Dövlət orqanı
Satınalma üzrə baş mütəxəssis
Son tarix 06 dek 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- “Dövlət satınalmarı haqqında” Azərbaycan Respublikası Qanununu bilmək və Qanuna uyğun olaraq hüquqi hərəkətləri etmək;
- Dövlət satınalmalarının vahid internet portalında işləmə bacarağının olması;
- Satınalma sahəsində strategiya və siyasətlərin hazırlanmasında və həyata keçirilməsində satınalma şöbəsinin müdirinə kömək etmək;
- Qiymətləndirmə strategiyasının sənədini müəyyənləşdirmək və təsdiqləmək üçün satınalma şöbəsinin müdiri və daxili maraqlı tərəflərlə birlikdə işləmək;
- İlkin satınalma planını hazırlamaq və onun tətbiqini təmin etmək;
- Satınalma metodlarının təşkilində iştirak etmək;
- Satınalma predmetinin iş həcmini hazırlamaq, ehtimal olunan qiymətin müəyyən edilməsi üçün bazar araşdırılmasını aparmaq və verilən təklifləri analiz etmək;
- Satınalma predmetinin iş həcmi ilə şərtlər, zəmanətlər, kompensasiya və sığorta arasındakı uyğunsuzluqları nəzərdən keçirmək;
- Tələbləri müəyyənləşdirmək və müsabiqənin əsas şərtlər toplusunu tərtib etmək və elan verilməsi üçün lazım olan sənədləri hazırlamaq;
- Malgöndərənlər (podratçılar) tərəfindən tender müsabiqəsinə təqdim edilən normativ hüquqi və ixtisasa uyğun olan digər sənədləri yoxlamaq və nəzarət etmək;.
- Qiymətləndirmə prosesindən malgöndərənlər (podratçılar) tərəfindən təqdim edilən qiymət təkliflərini, maliyyə və eləcə də texniki sənədlərini yoxlamaq;
- Qiymətləndirmə prosesini yekunlaşdırmaq və müvafiq Qanunvericiliyə uyğun olaraq tələb olan hərəkətləri etmək;
- Satınalma müqaviləsini üçün lazım olan məlumatları hazırlamaq;
- Satınalmaların həyata keçirilməsi üzrə xidmətlərlə bağlı “gizli” öhdəlikləri, inkotermlər, ixrac/idxal üzrə məhdudiyyətlər, daşınma öhdəlikləri və vergidən azadolmaya dair tələblərə uyğunluq kimi məsələləri nəzərdən keçirmək;
- Proqnozlaşdırılan daxili və xarici satınalma planlarında işin icrası zamanı meydana çıxan fərqləri araşdırmaq və Satınalma şöbəsinin müdirinə təqdim etmək;
- İşini vaxtında və keyfiyyət standartları və spesifikasiyalarına uyğun icra etmək.
İş qrafiki: Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
Vəzifəyə dair tələblər:
- Təhsilə dair tələblər: İqtisadiyyat, idarəetmə və oxşar sahədə ali təhsil;
- İş stajına dair tələblər: bu sahədə ən azı 3 il iş stajı;
- Yaş: 25 yaşdan yuxarı
- Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B1; Rus dili – B1.
- Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Komanda ilə işləmək bacarığı;
- İş planlama və təşkil etmə, idarəetmə bacarığı;
- Mükəmməl kommunikasiya bacarığı;
- Yaradıcı qabiliyyət;
- Analitik təhlil;
- Gərgin iş qrafikinə uyğunlaşma.
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət: 05 dekabr 2023-cü il
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə mütəxəssisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.