Dövlət qurumu
Böyük hüquqşünas
Son tarix 13 avq 2023 [email protected]
İş saatları : 09:00-18:00
İş yeri : Bakı şəhəri, Nəsimi rayonu
Vəzifə öhdəlikləri:
- Qurumun aiddiyyəti şöbələrinin və tabeliyindəki qurumların hüquqi sorğularına peşəkar şifahi və yazılı cavab vermək;
- Normativ hüquqi akt layihələrinin, təşkilat-sərəncamverici sənədlərin hazırlanmasında iştirak etmək, hazırlanmış sənədlərə dair peşəkar rəy vermək;
- Hüquq şöbəsi tərəfindən hazırlanmış müqavilə, protokol və digər sənədləri sistemləşdirmək, onların elektron daşıyıcıda arxivləşdirilməsini təmin etmək və nəzarət etmək;
- Yerli və xarici şirkətlərlə olan satınalma, əməkdaşlıq, sponsorluq müqavilələrinin və memorandumların hazırlanmasında iştirak etmək;
- Qurumun adından digər dövlət qurumlarına və şirkətlərə göndərilən məktubların tərtib olunmasını, tərtib olunmuş məktubların yoxlanılmasını təmin etmək;
- İnzibati, mülki və digər məhkəmə işləri üzrə hüquqi sənədlərinin hazırlanmasında şöbə müdirinə kömək etmək, qurumun məhkəmə işlərinin elektron izlənilməsini təmin etmək və lazım gəldikdə məhkəmədə nümayəndə kimi çıxış etmək;
- Qurum adından digər dövlət və özəl qurumlarda təmsilçilik;
- Qurumdaxili və digər qurumlardan daxil olmuş hüquqi sənədlərin ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək.
Namizədə tələblər:
- Hüquq sahəsində ali təhsil;
- Azərbaycan və ingilis dillərini əla bilmək (Rus dili arzuolunandır);
- Xarici müqavilələrlə işləmək bacarığı;
- Dövlət qurumlarında 2 ildən az olmayaraq iş təcrübəsi;
- Dövlət hüququ sahəsində biliklər;
- Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
- Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
- E-mehkeme.gov.az, e-qanun.az portallarından istifadə etmək üzrə yüksək bacarıqlar;
- Məsuliyyət, dəqiqlik, məntiqi təhlil etmək və detallara fikir vermək qabiliyyəti;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Normayaratma fəaliyyəti sahəsində təcrübəsi olan şəxslərə üstünlük verilir;
CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını “böyük hüquqşünas” qeyd etməyiniz xahiş olunur. CV-ləri göndərməyiniz xahiş olunur.