Publik Hüquqi Şəxs
Daxili nəzarət departamentinin böyük və baş mütəxəssisi
Son tarix 22 okt 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Səlahiyyətlər çərçivəsində daxili nəzarət tədbirləri, o cümlədən xidməti araşdırmalar, daxili audit yoxlamaları və monitorinqlər həyata keçirmək;
- Vəzifə və məhdudiyyətlərə dair müddəaların tələblərinin pozulması halları üzrə xidməti araşdırma və yoxlamalar aparmaq, onları təhlil etmək və ümumiləşdirərək rəhbərliyə təqdim etmək;
- Korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş məlumatlar əsasında daxili nəzarət tədbirləri həyata keçirmək və nəticələri barədə rəhbərliyə məlumat və təkliflər vermək;
- Digər bölmələr ilə birlikdə mühasibat uçotu məlumatları əsasında müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət etmək;
- Fəaliyyətdə olan forma və sistemləri təhlil etmək, onların təkmilləşdirilməsi üzrə tədbirlər işləyib hazırlamaq;
- Aşkar olunmuş nöqsanların təhlil edilməsini, vaxtında aradan qaldırılmasına dair təkliflərin verilməsini, icra intizamında risklərin qiymətləndirilməsini və nəzarətin həyata keçirilməsi məqsədi ilə onların təkrar monitorinqini həyata keçirmək;
- Qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;
- Zərurət yarandığı hallarda müəssisənin aidiyyəti struktur bölmələri tərəfindən həyata keçirilən cari və funksional işlərin icra vəziyyətinə praktiki nəzarət etmək məqsədilə həmin işlərdə bilavasitə iştirak etmək;
- Müəssisənin fəaliyyətinin təmin edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada aylıq, rüblük və illik hesabatların hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsini təmin etmək;
- Xəzinə, təsərrüfat və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-maddi aktivlərin, təsərrüfat mallarının, material ehtiyatlarının və hesab-fakturaların uçotuna nəzarət etmək;
- Dövlət orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılmasını təmin etmək;
- Departamentin daxili proseslərinin avtomatlaşdırılmasına dair təkliflər vermək;
- Hesablanmış və ödənilmiş əmək haqqının uçotunun aparılmasını və sənədlərin tamlığına nəzarət olunmasını həyata keçirmək.
Tələblər:
- Maliyyə, mühasibatlıq və iqtisadiyyat üzrə ali təhsil;
- Müvafiq vəzifə üzrə minimum 3 il iş təcrübəsi;
- MHBS və Mühasibat uçotunun prinsipləri barədə nəzəri biliklər (ACCA və ya PMS sertifikatları olanlara üstünlük veriləcək);
- MS Office, BTP və 1C mühasibatlıq proqramından istifadə bacarıqları;
- Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
- Azərbaycan dilində əla səviyyədə danışıq və yazışma;
- Qərarvermə;
- Analitik təhlil etmə bacarığı;
- Təqdimat bacarığı;
- Ünsiyyət qurma (dinləmə və izahetmə);
- Operativlik və çeviklik;
- Özünəinam və problem həlletmə bacarığı;
- Təşəbbüskarlıq və komandada işləmə bacarığı;
- Münaqişələri idarəetmə bacarığı.
İş şərtləri:
- Həftədə 5 iş günü;
- İş saatları: 09:00-18:00;
- Əməkhaqqı:1600-1800 AZN NET
Vakansiya ilə maraqlanan namizədlərdən CV göndərərkən mövzu hissəsində hansı vakansiya üzrə müraciət etdiklərini qeyd etmələri xahiş olunur.