Dövlət qurumu
HR Specialist
Son tarix 01 yan 2024 [email protected]
Vəzifə və öhdəliklər:
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara uyğun işçilərin işə qəbulu, köçürülməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi.
- İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq;
- Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
- Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması;
- İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialları hazırlamaq;
- İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
- İnsan resursları departamentinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi;
- Aylıq hesabatların hazırlanması;
- İnsan Resursları əməliyyatlar istiqamətinə aid olan prosedurların hazırlanması və ya yenilənməsi;
- Əmək haqqı araşdırılmalarının aparılması və analizi;
- Rəhbərlik tərəfindən veriləcək Əmək qanunvericiliyi ilə bağlı sorğuları və tapşırıqları icra etmək;
Şəxsi keyfiyyətlər:
- Nitqi aydın və səlis olmalı;
- Fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı;
- Məsuliyyətli və səbrli olmalı;
Tələblər:
- AR vətəndaşlığı;
- Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
- 25-35 yaş;
- Azərbaycan Respublikası Əmək Məcəlləsi bilikləri;
- Minimal iş təcrübəsi – 3-5 il;
- Hərbi mükəlləfiyyət (bəy namizədlər üçün qeyd edilən tələb mütləqdir.) ;
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
- Güclü kommunikasiya və təqdimat bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
- Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
*Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.
Əmək haqqı: 1500 AZN + Bonus sistemi.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “ HR Specialist ” yazaraq göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.