Dövlət qurumu
Mühasib
Son tarix 09 fev 2026 - Müraciət et
İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- Gündəlik mühasibat əməliyyatlarının qeydiyyatı;
- İşçilərin əmək haqqı, müavinət, məzuniyyət və digər ödənişlərinin düzgün hesablanması və vaxtında ödənilməsini təmin etmək;
- Elektron qaimə-fakturaların işlənməsi;
- Vergi orqanları, DSMF və digər dövlət qurumlarına müvafiq hesabatların təqdim edilməsi;
- Bank əməliyyatlarının icrası və uçotu;
- E-gov.az, e-taxes.gov.az, İSB və digər portallardan istifadəsi;
- Debitor və Kreditor hesablaşmaların həyata keçirilməsi;
- Mühasibat sənədlərinin düzgün hazırlanması və sistemli şəkildə arxivləşdirilməsi;
- Satınalma proseslərinin həyata keçirilməsi, strategiyasının araşdırılması və nəzarət edilməsi;
- Satınalmalar zamanı tələbatın düzgün müəyyənləşdirilməsi və illik satınalma planının hazırlanması;
- Keçirilmiş satınalmalar üzrə hesabatların hazırlanması və ona nəzarət etmək;
- Rəhbərliyə maliyyə məlumatlarının təqdim olunması;
Vəzifənin tutulmasına dair tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə);
- Mühasib vəzifəsi üçün isə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramları (xüsusilə Excel) və 1C və ya digər mühasibat proqramlarında işləmək bacarığı;
- Vergi və Əmək qanunvericiliyi üzrə biliklər;
- Dəqiqlik, məsuliyyətlilik və komandada işləmək bacarığı;
Əmək şəraiti:
- İş qrafiki: 5 günlük (09:00-18:00)
- Nahar vaxtı: 13:00-14:00
- İstirahət günü: şənbə, bazar
- Əməkhaqqı: 1290 Azn
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.










