Dövlət qurumu, Publik Hüquqi Şəxs
Şöbə müdiri (Quba şəhəri)
Son tarix 03 noy 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- Şöbənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
- Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
- Şöbəyə həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
- Maliyyə-təsərrüfat əməliyyatların Azərbaycan Respublikasının mövcud Vergi, Əmək və digər qanunvericiklərə uyğun təşkil olunmasını təmin etmək
- Əməliyyatların mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək
- Maddi vəsaitlərin inventarizasiyası, hesab qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi
- Aktivlərin, debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Əmək haqqı, məzuniyyət haqqı, ezamiyyət və s. əmək haqqı ilə bağlı sənədlərinin hazırlanması, hesablanması və ödənilməsi;
- Dövlət qurumlarından daxil olan məktubların cavablandırılması;
- Ödəniş və bank sənədlərinin tərtib olunması;
- Dövlət qurumlarına hesabatların hazırlanması və təqdimi.
Vakansiya ilə bağlı tələblər:
- Ali təhsil (mühasibatlıq sahəsi üzrə);
- Müvafiq sahədə 3 illik analoji iş təcrübəsi;
- Vergi, Əmək və digər qanunvericikləri və Beynəlxalq Maliyyə Hesabatları Standartlarını bilməli;
- PMS və Beynəlxalq dərəcəli sertifikatları (ACCA) olanlara üstünlük verilir;
- Excel və 1C proqramı ilə üzrə yüksək işləmək bacarığı.
- Respublika daxili ezamiyyətlər
İş Şərtləri:
- Həftənin 5 günü;
- İş saatları: 09:00-18:00;
- İstirahət günləri: şənbə və bazar;
- Əməkhaqqı: 1100 AZN net;
- İş yeri: Quba şəhəri
Tələblərə uyğun namizədlər mövzu yerində “Maliyyə şöbəsi – Şöbə müdiri” yazaraq CV formasını Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməklə müraciət edə bilərlər.