İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Baş Layihə Meneceri
Son tarix 28 noy 2024 - Müraciət et
Təsvir
- Layihə büdcəsinin qiymətləndirilməsi və hazırlanması;
- Layihənin hər mərhələsində layihə qrupuna rəhbərlik etmək;
- Layihə resurslarının (komanda və maddi resurslar) müəyyənləşdirilməsi;
- Layihə tələblərinin müəyyən edilməsi, razılaşdırılması və layihənin başladılması;
- Layihə planlarının hazırlanması, idarə edilməsi, risklərin müəyyənləşdirilməsi, aradan qaldırılması və icraya nəzarət;
- İcrada olan layihələr üzrə hesabatlılığın təmin edilməsi;
- Layihələrin təhvil-təslim prosedurlarının hazırlanması və sənədləşdirilərək yekunlaşdırılması;
- Layihənin KPI-larına çatmaq üçün layihənin bütün aspektlərinin ümumi idarə edilməsi.
Tələblər
- Ali təhsil (İT sahəsində təhsilə üstünlük verilir);
- Rəqəmsal layihələrin idarə edilməsi sahəsi üzrə ən az 3 (üç) il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (əla) | İngilis dili (əla) | Rus dili (arzuolunandır);
- Kömpüter və texniki bilikləri; Microsoft Office Programs (Word,Excel, Power Point)
- Waterfall və Agile kimi layihə idarəetmə yanaşmalarını yaxşı başa düşmək;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı.
Baş Məhsul Meneceri
Son tarix 28 noy 2024 - Müraciət et
Təsvir
- Məhsulun strategiyası, yol xəritəsi və vizyonunu formalaşdırmaq;
- Məhsulun konseptindən başlayaraq, araşdırma mərhələsini həyata keçirmək, MVP meyarlarını təyin etmək;
- Məhsulun "backlog"unu yaratmaq və prioritetləşdirmək;
- "Stakeholder" tələblərinə əsasən məhsulun rüblük hədəflərini müəyyənləşdirmək;
- Komandanın hədəflərin realizasuyası istiqamətində işləməsini təmin etmək;
- Ehtiyacları müəyyən etməkdə əsas rol oynamaq;
- Biznes tələblərini texniki komandaya dəqiq ötürə bilmək;
- Biznes analitik və Məhsul dizayn komandası ilə koordinasiyada davamlı yaxşılaşdırma səylərinə təşəbbüs göstərmək və icrasına nəzarət etmək.
Tələblər
- Ali təhsil;
- 4 (dörd) ildən artıq məhsul inkişafı üzrə peşəkar təcrübə (dövlət, biznes, xidmət, e-ticarət, opensource);
- Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması ilə yanaşı, həm də qanun, fərman və sərəncamlar anlayışına malik olmaq;
- G2C/G2G/G2B məhsullarının idarə edilməsində təcrübəyə malik olmaq;
- Texniki həlləri qavramaq və qiymətləndirmək bacarığına malik olmaq, müasir web arxitektura anlayışlarını başa düşmək (məsələn, mikroservislər, API və s.);
- Effektiv kommunikasiya qurmaq qabiliyyətinə sahib olmaq (development team, infrastructure team, marketing team və s.)
- Komandada işləmə və komandanı idarəetmə bacarığı;
- Problem həll etmə və dəyişiklikləri idarəetmə bacarığı;
- Sistem analizi, Re-design və PRD sənədlərini hazırlama bacarığı;
- Agile və ya Design thinking üzrə təcrübəyə və biliklərə malik olmaq;
- Jira, Confluence və Figma kimi alətlərdən istifadə təcrübəsi.