Dövlət qurumu
Elektronika mühəndisi (Zəif axın sistemləri)
Son tarix 06 okt 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Layihələndirilən cizgilərin zəif-axın sistemləri bölmələrini estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
- Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
- Zəif-axın sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
- Layihələndirmə müddətlərinin zəif-axın hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
- Layihənin müvafiq olaraq, zəif-axın sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək;
- Layihəçi şirkətlər tərəfindən tamamlanmış zəif-axın sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin edilməsini təmin etmək;
- Layihələrin zəif-axın hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək.
Namizədə dair tələblər:
- Elektronika mühəndisliyi üzrə ali təhsil
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, İEC, SNIP, IEC, BS, NFPA
- Yanğın siqnalizasiya sisteminin layihələndirilməsi, qurulması və yanğın ssenarisinin tərtib olunması;
- Səsli həyəcan xəbərdarlıq sistemlərinin layihələndirilməsi və qurulması;
- İKT (İCT) sistemlərinin layihələndirilməsi və qurulmasına texniki nəzarət;
- Security sistemlərinin (Kamera CCTV, Access control, interkom və s.);
- Multimedia sistemlərinin layihələndirilməsi və qurulması, avtomobil park idarəetmə sisteminin və avtomatikasının layihələndirməsi və qurulması;
- BMS-in qurulması üzrə biliklər.
Əmək şəraiti:
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 2026 AZN (net)
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.
Layihəçi memar
Son tarix 06 okt 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Müxtəlif obyektər üçün kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işləyib hazırlamaq;
- Layihələndirmə layihə təkliflərinin və şəhər, müəssisə, bina və qurğuların baş planlarının işləyib hazırlamaq, müvafiq orqanlarla, nəzərdə tutulmuş layihə həlli və tikintinin yerinə yetirmə şərtlərini razılaşdırmaq;
- Layihə işlərinin müəyyən edilmiş vaxtda icrasını, keyfiyyət və qənaət etmənin yüksəldilməsinin, habelə qəbul edilmiş layihə həllinin, layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materialla uyğun olmasını təmin etmək;
- Lazımi texniki-iqtisadi əsaslandırma və tikini-quraşdırma işlərinin həcmi üzrə hesablamanı tərtib etmək, tikintinin smeta dəyərinin, lazımi tərkibdə və sayda avadanlıq məmulat və materiallarını müəyyən etmək;
- Layihə- axtarış işlərinin aparılması üzrə sifarişçi və subpodrat təşkilatlarla müqavilə bağlanması üçün materialları hazırlamaq;
- Subpodrat təşkilatlara texniki tapşırıqları işləyib hazırlamaq və tapşırılmış işin icrası üçün, onları lazımi məlumatlarla təmin etmək;
- Layihələndirilən obyektlərin tikintisində müəllif nəzarətini yerinə yetirmək, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət etmək.
Namizədə dair tələblər:
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi
- Memarlıq sahəsi üzrə ali təhsil
- Microsoft Office, AutoCad proqramlarında səlis işləmə bacarığı;
Əmək şəraiti:
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 2026 AZN (net)
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.
Konstruktor
Son tarix 06 okt 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Toplantılar keçirmək, hesabatlar tərtib etmək, sənədlər hazırlamaq və müqavilə çərçivəsində sahibkar, konstruktor və subpodratçılar ilə danışıqlar aparmaqda layihə menecerinə köməklik göstərmək;
- İş həcminə nəzarət etmək, dəyişiklik edilmiş sənədlərin hazırlanmasına yardım etmək və daxili təsirləri təhlil etmək;
- Layihənin təhlilinə və hesabatların hazırlanmasına köməklik etmək, layihə ilə əlaqədar bütün suallara aydınlıq gətirmək;
- İşlərin, hazırlanacaq konstruksiyaların texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsinin, eləcə də onların standartlaşmış vahid şəklə salınmış hissə və yığım vahidlərindən istifadəsini təmin etmək;
- Layihə olunacaq məhsulun texniki göstəricilərinin səviyyəsini təmin etmək;
- Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığının tərtib edilməsi;
- İşçi layihələrini yoxlamaq və çertyojların, işin ixtisas və ya profil üzrə nəzarətini keçirmək, mürəkkəb hissələrin naturadan eskizini çıxarmaq;
- Layihə üzrə texniki hesablamaları aparmaq və layihə olunacaq konstruksiyanın effektivliyini təhlil etmək, konstruksiyaların istismarı üçün təlimat, onu aydınlaşdırıcı yazı, texniki səviyyə xəritəsi, pasport (o cümlədən patent və lisenziya), sınaq üçün proqramlar, texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrinin və başqa texniki sənədləri tərtib etmək;
- Başqa müəssisə və təşkilatlardan gələn konstruktor sənədlərinin onlardan gələcəkdə layihələşdirmə və konstruksiya işində istifadə etmək məqsədi ilə öyrənmək və təhlil etmək;
- İşlənib hazırlanmış layihələri müəssisə, idarə və təşkilatların başqa bölmələri, sifarişçi və nəzarət orqanları nümayəndələri ilə razılaşdırmaq, işlənib hazırlanmış konstruksiyanı iqtisadi cəhətdən əsaslandırmaq;
- Layihəçi təşkilatçılar tərəfindən göndərilən layihələrin СНП ГОСТ AzDTN normalarına uyğunluğunu yoxlamaq.
Namizədə dair tələblər:
- Layihələndirmə (yaxud əlaqədar sahədə) üzrə təhsil, yalnız inşaatçı mühəndis;
- Kompyuter bacarıgları: AutoCad, Archi Cad, Lira 9.6.
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi
Əmək şəraiti:
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 2026 AZN (net)
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.
Smeta mühəndisi
Son tarix 06 okt 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- İnşa olunan obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsini təmin etmək;
- Layihə təşkilatlarından layihə sənədlərini qə4bul etmək və onlarla birlikdə, podrat tikinti təşkilatlarının iştirakı və bu sənədləri müzakirə etmək, layihə təşkilatlarının tərtib etdiyi smeta sənədlərinin düzgünlüyünü, qüvvədə olan normativ sənədlərə uyğunluğunu yoxlamaq;
- Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklər etmək;
- Layihə-smeta sənədlərini layihə təşkilatları ilə razılaşdırmaya hazırlamaq.
Namizədə dair tələblər:
- İnşaat sektorunda istifadə olunan materialların, məmulatların, konstruksiyaların, avadanlıqların xüsusiyyətlərini və təyinatlarını bilmək;
- Qiymətqoymanın Resurs metodu ilə həyata keçirilməsini bilmək;
- Mühəndislik (inşaat) üzrə ali təhsil;
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi
Əmək şəraiti:
- İş rejimi: 5 gün, 09:00 – 18:00;
- Əmək haqqı: 2026 azn (net).
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.