İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
İşə qəbul və daxili kommunikasiya üzrə mütəxəssis
Son tarix 02 noy 2023 - [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Görəcəyiniz işlər:
- Vakant vəzifələrin Agentliyin saytında və digər saytlarda elan edilməsi və yayılmasının təmin edilməsi;
- Namizədlərin daxil olan CV-lərinə ilkin baxışın və seçimin həyata keçirilməsi, müvafiq CV bazalarına işlənilməsi;
- Testlər, müsahibələr və digər vasitələrlə namizəd seçimlərinin aparılması;
- Yeni əməkdaşlar üçün giriş təlimatı təlimlərinin təşkil edilməsi;
- Agentlik işçilərinə müxtəlif məzmunlu məlumatların göndərilməsi, daxili kommunikasiya işinin icrası;
- Komanda qurma, ünsiyyətin artırılması ilə əlaqədar layihələrin və tədbirlərin təşkili;
- Agentliyin əməkdaşları üçün motivasiya tədbirlərinin təşkili;
- İntranet portalında aidiyyəti üzrə mətnlərin hazırlanması və yayımının təmin edilməsi;
- Funksiyaları üzrə aylıq hesabatların hazırlanması;
- Şöbəyə daxil olan məktubların icrası.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil;
- İşə qəbul və daxili kommunikasiya sahəsində minimum 1 il iş təcrübəsi;
- İntranet portalında iş təcrübəsinin olması üstünlükdür;
- Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək və təşkilatçılıq bacarığı;
- Microsoft Ofis proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Rus və ingilis dili biliyinin olması üstünlükdür.
Əlavə məlumatlar:
- İş yeri: Lev Tolstoy 170;
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi 01.11.2023-cü il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.