Vakansiya 1
Buta Construction” Qapalı Səhmdar Cəmiyyəti vakansiya üzrə namizəd axtarır:
Topoqraf
Tələblər:
• Ali təhsil – müvafiq sahə üzrə
• Tikinti sahəsində ən az 3 il təcrübə
Vəzifə öhdəlikləri:
İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:
- İşləri vaxtında başa çatdırmaq üçün bütün zəruri sahə resurslarının (işçi qüvvəsinin, avadanlıqların,materialların və s.) təşkil edilməsi;
- Tikinti sahəsində topoqrafik ölçülərin aparılması və onun əsasında torpaq işinin müəyyən edilməsi;
- Topoqrafik hesabatların və cizgilərin hazırlanması;
- Monolit dəmir-beton koinstruksiaların, boruları, elektrik və mexaniki qurğuların tikinti sahəsində koordinat nöktələrin təyin edilməsi;
- Həftəlik və aylıq həcm hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən yuxarda göstərilən iş bölgüsinə uyğun və tapşırıqların yerinə yetirilməsi.
İş rejimi - 6 günlük
Əmək haqqı – müsahibə əsasında təyin olunacaq
İş yeri: Bakı şəh., həmçinin bölgələrdəki layihələrə yerində nəzarət etmək şərti ilə
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “ TOPOQRAF” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq
Vakansiya 2
Təcili olaraq aşağıdakı şərtlər üzrə “Smeta mühəndisi” tələb olunur.
Vakansiya haqqında
İş yeri: Bakı, Azərbaycan
İş saatı : Həftədə 5 gün 8 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.
Vəzifə öhdəlikləri
• Layihə üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında layihənin bütün mərhələlərinin detallı şəkildə smetasını tərtib edilməsi;
• Müəyyən edilmiş vaxt ərzində layihənin təhvil verilməsi planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsi;
• Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
• Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsində iştirak edilməsi, obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üçün tapşırıqların tərtib edilməsi;
• Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması;
• Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi;
• Layihə-smeta sənədlərini lahiyə təşkilatları ilə razılaşdırmaya hazırlanması;
• Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
• Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması, layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında aylıq, illik hesabatların tərtib edilməsi.
Təhsil və iş təcrübəsi
• Mülki inşaat, İnşaat mühəndisliyi sahələri üzrə ali təhsil;
• Minimum 10 il inşaat sahəsi üzrə ümumi təcrübə. Minimum 5 ili Smeta mühəndisi kimi iş təcrübəsi.
Bacarıq və səriştələr
• Ünsiyyət və təşkilati bacarıq;
• Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
• Rus və azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət);
• Ms. Office programları, Excell əla səviyyədə.
Bilməlidir
• Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;
• Tikintidə layihə-smeta işlərinin təşkili üzrə, müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərin və digər istinad edilən, rəhbər tutulan metodiki normativ sənədləri;
• Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.
Müraciət qaydası
Zəhmət olmasa CV-lərinizi [email protected] e-mail adresinə göndərin.
CV-ləri göndərərkən başlıq yerinə “Smeta mühəndisi” qeyd etməyi unutmayın.
Vakansiya 3
Texnomart Mağazalar Şəbəkəsi (Əhmədli filialı)
Kredit mütəxəssisi
Namizədə tələblər
• Ali təhsil
• Müvafiq sahə üzrə ən azı 1 ilə yaxın iş stajı
• Kompüter bilikləri
• Analitik təhlil, yüksək diqqət, təqdim etmə bacarığı
Vəzifələr
• Kreditin rəsmiləşdirilməsi üçün müraciətlərinin qəbulu və analizi
• Şirkətin kredit şərtləri barədə müştərilərin məlumatlandırılması
• Sənəd dövriyyəsinin idarəedilməsi
• Kreditlərin monitorinqi
• Hesabatların hazırlanması
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV-lərini [email protected] elektron ünvanına təqdim edə bilərlər.
Vakansiya 4
Baş Mühasib
- 30-45 yaşında xanım namizədlər
Vəzifələri:
• Mühasibat müxabirləşmələrini 1C (8.3) Proqramında yazmaq,
• Əmək haqlarını tabel üzrə yoxlamaq və hesablamaq
• Vergi, DSMF və Statistika hesabatlarını hazırlamaq
• Bank köçürmələrini yerinə yetirmək
• Kreditor-debitor borcların uçotunu aparmaq
• İnvoys hazırlamaq, elektron qaimələri sistemə vurmaq
Aylıq əmək haqqı 2000AZN (NET məbləğ) təşkil edir.
E-mail: [email protected]
Vakansiya 5
Closed Joint-stock company
"AzerFloat" Vərəqə Şüşə İstehsalı Zavodu Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşir və Float texnologiyası (isti vannada yayma) əsasında ildə 8 mln. m2 müxtəlif çeşiddə şüşə lövhələr istehsalı ilə məşğuldur.
Vakansiya: IT HelpDesk Texnik
İş yeri: Azerfloat OPJSC
Vəzifə və Öhdəlikləri:
• Noutbuk, masaüstü kompüterlər, printerlər və digər şəbəkə avadanlıqları da daxil olmaqla bütün cihaz və proqram təminatlarının quraşdırılması və yüklənməsini və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək.
• MS Windows 7, 8, 10 quraşdırılması və sazlanması
• Baş ofisə yerində və uzaqdan İT dəstək göstərmək.Ofisin xarici və daxili beynəlxalq rabitə çıxışı, internet çıxışının təmin olunması və nəzarət.Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması, şəbəkənin monitorinqi
• Daxil olmuş müştəri sorğularının vaxtında və düzgün həll edilməsini təmin etmək
• Active Directory ilə işləmə bacarığı (kompyuterləri AD-a qoşmaqla,ilkin quraşdırma və s.);
• PC və noutbuk,periferik və şəbəkə qurğuları ilə işləmə bacarığı
• Yerli və simsiz şəbəkənin, DNS, DHCP, TCP / IP quraşdırılması və istismarı prinsipləri barədə əsas biliklərə malik olmalı
• Video konfrans dəstəyi (ZOOM, MS Teams)
Tələblər
• Ali təhsil
• Bu sahədə ən azı 2 il iş təcrübəsi
• Azərbaycan, Rus (yüksək səviyyədə), İngilis dili bilikləri (arzu olunandır)
Xüsusi bacarıqlar:
• Komandada işləmək bacarığı
• Ünsiyyət qurmaq qabiliyyəti
• Problemləri düzgün analiz edə bilmə bacarığı
İş şəraiti:
• İş qrafiki: 5 günlük
• İş saatı: 09:00 – 18:00
• Tibbi sığorta
• Servis və nahar ilə təmin edilir
• Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Müraciətlər: [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Vakansiya 6
Sistem inzibatçılığı üzrə baş mütəxəssis
- Ali təhsil (texniki ixtisas üzrə olması arzu olunandır)
- İT sistemlərinin idarə edilməsi sahəsində ən azı 3 il iş təcrübə tələbi.
- Windows əsaslı serverlərin quraşdırılması, konfiqurasiyası və idarə edilməsi bilmək tələbi.
- MS proqram təminatı məhsullarını bilmək tələbi. (MS Server, AD, GPO, MS Exchange, MS IIS, MS SQL)
- DBMS idarəetmə iş təcrübəsi. (database management systems)
- Yedek (Backup) sistemlərini bilmək tələbi.
- Vmware üzrə və idarə etməyi bilmək tələbi.
- Antivirus sistemlərini idarəetməsini bilmək tələbi.
- İnformasiya təhlükəsizliyinin əsaslarını bilmək tələbi.
- Azərbaycan və ya Rus dilini bilmək tələbi.
- İngilis dilini bilmək (texniki sənədləri oxumaq və tərcümə etmək üzrə iş təcrübəsi)
E-mail: [email protected]
Vakansiya 7
Менеджер по Продажам
Обязанности:
⁃ Поиск и привлечение клиентов
⁃ Повышение доходности отеля и выполнение финансового плана
⁃ Проведение переговоров, встреч, презентаций
⁃ Регулировка условий сотрудничества с турагентствами и контроль заездов гостей
⁃ Участие в разработке спецпредложений по привлечению туристов
⁃ Индивидуальное и групповое бронирование
⁃ Работа с претензиями гостей отеля
⁃ Ведение ежедневной отчётности, выставление счетов
Требования:
⁃ Опыт работы в гостиничной сфере (минимум 3 года)
⁃ Знание языков: азербайджанский, русский, английский
⁃ Умение работать в MS Office, Opera и Elektra
⁃ Хорошие коммуникативные навыки
⁃ Умение работать в команде, устанавливать прочные деловые отношения
Условия работы:
⁃ График работы: 6 дней в неделю, понедельник-пятница с 09:00 до 18:00, суббота с 09:00 до 15:00
⁃ Обед за счет работодателя
Лица, заинтересованные в данной позиции, могут высылать CV по адресу [email protected] указав название вакансии в теме письма.
Vakansiya 8
Vəzifə: Korporativ hüquq üzrə menecer
İşin Təsviri: Özünə və peşəkarlığına güvənən, xüsusilə də istehsalat sahəsində Hüquq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
• Hüquq sahəsində ali təhsilinin olması;
• Təsərrüfat subyektlərinin kommersiya fəaliyyətinin hüquqi təminatı sahəsində azı 3 (üç) il iş təcrübəsinin olması arzuolunandır;
• Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
• Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
• Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
• Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
• Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Cəmiyyəti təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
• Cəmiyyət tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Cəmiyyəta qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
• Cəmiyyət fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, təsərrüfat müqavilələrinin hazırlanması, Cəmiyyətın kontragentləri tərəfindən təqdim edilmiş müqavilə layihələrinə Cəmiyyətın hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;
• Cəmiyyət tərəfindən bağlanması nəzərdə tutulan və Hüquq idarəsinə viza qoyulması üçün təqdim edilən müqavilələr üzrə hüquqi rəylərin verilməsi;
• Cəmiyyətın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq Cəmiyyət daxili normativ sənədlərin layihələrinin hazırlanması, Cəmiyyətın digər struktur bölmələrinə Cəmiyyət daxili normativ və digər sənədlərin hazırlanmasında yardım edilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi;
• İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
• Hüquq şöbəsinə daxil olan və çıxan sənədlərin, işlərin uçotunu aparmaq.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
İş yeri: Bakı şəh.
İş qrafiki: 6 günlük
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur 12 mart 2021 tarixinədək mövzu sətirində “Hüquqşünas” qeyd edərək CV-lərini [email protected] electron poçt ünvanına göndərsinlər.
Vakansiya 9
AzEstetik Group MMC-yə Direktor köməkçisi tələb olunur
- Gündəlik kargüzarlıq və ofis daxili işlərin yerinə yetirilməsi, yönləndirilməsi,icrasına nəzarət.
- Email və telefonların cavablandırılması
- Aidiyyatı şəxslərlə əlaqənin qurulması və qeydiyyatının aparılması.
- Sənədlərin qeydiyyatı, şirkətə daxil olan və şirkətdən göndərilən məktubların qeydiyyatı.
- Rəhbərliyin digər göstərişlərinin yerinə yetirilməsi
- Cinsi: Xanım
- Azərbaycan və rus dilində səlis danışıq qabiliyyəti
- Aktiv və çalışqan
- Xoş görünüşlü və ünsiyyətcil
- Məsuliyyətli və komandada işləmək bacarığına malik, analitik düşünmə qabliyyəti olan
- Əmək haqqı: Razılaşma yolu ilə
Vakansiya ilə maraqlanan şəxslərdən şəkilli CV-lərini mövzu yerinə " Direktor köməkçisi" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Vakansiya 10
Daşınmaz əmlak üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
• Müştərilərlə əlaqənin qurulması, görüş və satışın həyata keçirilməsi;
• Satışların artmasını təmin etmək və maliyyə planına/ hədəflərə çatması;
• Müştərilər ilə uzunmüddətli əlaqələr qurmağı bacarmalı;
• Müştərilərlə ünsiyyət qurmaq, onlara şirkətə məxsus elektron daşınmaz əmlak bazasından müvafiq təkliflər etmək;
• Onların tələb və təkliflərinə uyğun əmlak növünü təklif etmək;
• Daşınmaz əmlakın alqı-satqı qaydaları haqqında müştərilərin dəqiq məlumatın almasında köməklik göstərmək.
Namizədə bağlı tələblər
• Cinsi: kişi;
• Korporativ mühitlə əlaqədar və həmin sahədə ən azı 2 il iş təcrübəsi;
• Nitq və ünsiyyət mədəniyyəti;
• Aktiv, məsuliyyətli, ünsiyyətcil;
• Müştərini inandırmaq bacarığı;
• Yüksək təqdimat bacarığı.
İş Şərtləri:
• İş vaxtı: həftədə 6 gün;
• Əmək haqqı: 500-600 AZN + Bonus.
Maraqlanan namizədlər mövzu yerində “Daşınmaz əmlak üzrə mütəxəssis” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
Vakansiya 11
Sabah Froup şirkəti Administrator axtarır
Tələblər
- Cinsi: Kişi
- Yaş həddi 20-30 arası
- Fiziki güc
- Ofis proqramlarında orta səviyyədə işləyə bilmə bacarığı(üstünlük)
- Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı
- Azərbaycan dili səlis, rus dili orta bilənlərə üstünlük veriləcək
Vəzifələr
- Mağaza menecerinin tapşırıqlarının vaxtında və səlis yerinə yetirilməsi
- Malların qəbulu, yüklənməsi və boşaldılması
- Anbarın hesabatının aparılması, anbardakı malların dövriyyəsinin analizi
- Düzgün malların seçimi və vaxtında çatdırılma
İş şəraiti
İş qrafiki 6 gün, 1 gün istirahət
Növbəli qrafiklə iş: 10:00-19:00 və 12:00-21:00 və ya 10:00-19:00 və 13:00-22:00
Əmək haqqı 500-600 AZN.
Maraqlanan namizədlər CV-lərini “Administrator” başlığı ilə [email protected] e-mail ünvanına göndərə bilərlər.
Vakansiya 12
Buta Rent şirkəti
Şəbəkə inzibatçılığı üzrə baş mütəxəssis
- Ali təhsil (texniki ixtisas üzrə olması arzu olunandır)
- İT sistemlərinin idarə edilməsi sahəsində ən azı 3 il iş təcrübə tələbi.
- LAN və WAN şəbəkə texnologiyalarını bilmək tələbi.
- Şəbəkə idarəetməsi (router konfiqurasiyası və s.)
- Şəbəkə daxilində marşrutlaşdırmanın idarə olunması.
- Əsas şəbəkə xidmətlərinin (DNS, DHCP, HTTP, IMAP, POP, SMTP) prinsiplərini bilmək tələbi.
- İnformasiya təhlükəsizliyinin “FortiNet FireWall security” bilmək tələbi.
- IP telefoniya sisteminin qurulması və proqram təminatının idarə etmə bilmək tələbi.
- Yedek (Backup) sistemi ilə iş təcrübəsi.
- Azərbaycan və ya Rus dilini bilmək tələbi.
- İngilis dilini bilmək (texniki sənədləri oxumaq və tərcümə etmək üzrə iş təcrübəsi)
E-mail: [email protected]
Vakansiya 13
Avtolüks Azərbaycan” MMC-yə Müştəri xidmətləri üzrə mütəxəssis (Reception) tələb olunur.
Namizədə olan tələblər:
1. 3 il müvafiq sahədə iş təcrübəsi ;
2. Ali təhsil;
3. Rus-dilini əla bilməlidir;
4. İngilis-dili yaxşı bilməlidir;
5. Yaş həddi 22-28 ;
Vəzifə öhdəlikləri:
1. Müştərilərə edilən/müştərilərdən gələn zənglərə cavab vermək lazımı ünvanlara istiqamətləndirmək.
2. Müştəriləri salamlamaq, onların istəklərinin yerinə yetirilməsinə kömək etmək, müvafiq məlumatları toplamaq və şirkətin potensial müştəri sisteminin və xidmət sonrası əlaqə sistemlərinin müəyyən edilmiş prosedurlar çərçivəsində işlədilməsinə nəzarət etmək.
3. Müştərilər haqqında tələb edilən məlumatların məlumat bazasının davamlı şəkildə genişləndirilməsi üçün müvafiq CRM moduluna yüklənməsini dəstəkləmək və təmin etmək.
4. Məlumat bazasının təmizlənməsinə yardım etmək, habelə məlumat bazasındakı bütün məlumatların tamlığı və dəqiqliyinin davamlı şəkildə yoxlanılması və hər hansı uyğunsuzluqlar olduğu halda bunların birbaşa rəhbərə və ya satış proseslərinə nəzarət edən şəxsə məruzə edilməsini təmin etmək.
Email : [email protected]
Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.
Vakansiya 14
Starex.az Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əldə etdiyi lisenziya ilə həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının çatdırılmasını həyata keçirir. Şirkətimiz hazırda Azərbaycan, Türkiyə, Amerika və Çində qeydiyyatdan keçmiş və hər dörd ölkədə özünəməxsus ofislərində fəaliyyət göstərir. Türkiyə, Amerika və Çindən sifariş üçün xidmətlərimizdən istifadə edə bilərsiniz.
Vəzifə : CEO Executive Assistant
Əmək haqqı : 1000 – 1200 Azn
Nahar şirkət tərəfindən təmin olunur.
Vəzifə Öhdəlikləri :
- İşgüzar yazışmaların və danışıqların təşkili və işin təqib edilməsi
- İclasların və görüşlərin təşkili və əlaqəli materialların hazırlanması, qaydalara əməl olunmasına nəzarət, protokolların icrası - stenoqrafiya etmək
- Direktorun əmrlərinin icrasına nəzarət edilməsi
- Direktorun daxili və xarici qonaqlarını qəbul etmək
- İş xarici səfərlərin təşkili və Direktorun gündəlik İş günü planın təmin edilməsi
- Direktorun informasiya dəstəyini təmin etmək
- Bütün işgüzar görüşlərin təşkili , görüşlərin təqibi və iştrak etmək
- Təqdimatların təşkili və xərclər barədə hesabatların təşkili
- Şəxsi sifarişlərin icrasına nəzarət etmək
- Xərclər barədə hesabatların hazırlanması
- Virtual təqdimatlar hazırlanması
Namizədə Tələblər :
- Xanım namizədlər - 22 - 45 yaş aralığı
- Maliyyə və İqtisad sahə üzrə ali təhsil olması arzuolunandır.
- Rus və İngilis dillərində sərbəst ünsiyyət bacarığı olmalıdır.
- Ofis proqramlarında yaxşı işləmək bacarığı olmalıdır.
- Xarici səfərlərdə və ezamiyyətlərdə iştirak edə bilməlidir.
- Sürətlə dəyişən bir mühitə uyğunlaşma.
- Bir və ya daha çox xarici dildə sərbəst danışmaq.
- İnformasiya axını ilə işləmək bacarığı.
- Məxfiliyi qorumaq bacarığı.
- Vəziyyəti sistematik təhlil etmək bacarığı.
- Proseslərə diplomatik yanaşma
- Prioritet etmək bacarığı
- Çeviklik, münaqişələri həll etmək bacarığı.
- Müvafiq ixtisasların bilməsi (xüsusilə hüquq baza bilikləri olması arzuolunandır.
Göstərilən tələblərə cavab verən təcrübəli namizədlər öz CV-lərini müraciət edilən vəzifə adı “CEO Executive Assistant “ qeyd etməklə, [email protected] elektron ünvanına göndərə bilərlər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiya 15
İş yeri : SERVİS MTK
VƏZİFƏ ÖHDƏLİKLƏRİ
- Mühəndislik sahəsinin fəaliyyətini təşkil etmək və sahəyə rəhbərlik etmək;
- İş proqramına uyğun olaraq öhdəliyə götürülmüş inşaat istehsalını vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra etmək;
- Normativ sənədlərin hazırlanması (Beton işləri jurnalı və s.);
- Material, işçi və işçi heyəti və podratçının ehtiyaclarını əvvəlcədən müəyyən edərək, layihə rəhbərinə bildirmək;
- Göstərilən iş proqramına uyğun olaraq təfsilatlı iş proqramı hazırlamaq;
- Günlük və aylıq məruzələri hazırlamaq, onlara nəzarət etmək;
- Xərclər barədə məlumatları tam şəkildə müəyyən olunan formalarda saxlamaq və mühəndislik şöbəsinə göndərmək;
- Bütün podrat işlərini və digər işləri həyata keçirmək və mühəndislik şöbəsinə göndərmək;
- Tikinti sahəsində daşınma işlərini həyata keçirmək və layihə rəhbərinə bildirmək;
- Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlamaq;
- Görüləcək əsas iş elementlərinin iş metod və təlimatlarını hazırlamaq və təsdiqləmək;
- İş təhlükəsizliyinin tənzimlənməsi və təlimatlarına uyğun olaraq işin görülməsinin təmin edilməsi;
NAMİZƏDƏ TƏLƏBLƏR
- Təhsil - Ali təhsil (müvafiq sahədə);
- 5-ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi;
- Kompüter bilikləri - MS ofice, Word, Excell, AutoCad;
- Dil bilikləri - Azərbaycan, Rus;
- Komandanı idarə etmək bacarığı;
İŞ VAXTI : 6 günlük
Əmək haqqı : 1500-2000
Maraqlananlar CV-ni [email protected] adresinə göndərə bilərlər