VAKANSİYA 1
Bonus Market
Vakansiya: Market inzibatçısı (Sumqayıt, Qobu, Ramana)
Vəzifə öhdəlikləri:
• Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək
• Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək
• Mağazanın fəaliyyətinə aid hesabatların təqdim edilməsi
• Sifarişlərin düzgün idarə edilməsini nəzarətdə saxlamaq
• Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək
• Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək
• Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq
• Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək
• Mağazanın ümumi idarə edilməsi
Tələblər:
- İş təcrübəsi 3 il
- Yaş 25 - 40
- Ali təhsil
- Pərakəndə sektorunda ən az 5 il iş təcrübəsi olmalı
- Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı
- Satış texnikası və prinsiplərini bilmək
- Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək
- İşgüzar davranış etikası
- Xoşgörünüşlü
- Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik
- Karyerasını satış sahəsində qurmaq istəyi
- Azərbaycan Dili (əla), Rus dili (arzuolunan)
- Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) 1C proqramı
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Market inzibatçısı (Regionun adı)” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur
Əlaqə nömrəsi: (055) 202 71 91
VAKANSİYA 2
Azconstruction QSC
“Azconstruction”QSC Tikinti müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Əmək funksiyası:
- Layihələrin sahədəki tikinti fəaliyyətinə rəhbərliyi həyata keçirmək,
- Tikinti fəaliyyətinin layihəyə və texniki spesifikasiyalara uyğun həyata keçirilməsini təmin etmək,
- Tabeçiliyində olan işçi heyətini və subpodrat şirkət heyətini layihə hədəfi doğrultusunda idarə etmək, Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin etmək,
- Şirkət və subpodrat tərəfindən aylıq görülən işlər barədə Forma 2-lərin düzgün hazırlanmasını təmin etmək, Obyektlərin inşaası üçün texniki sənədləşmənin əldə edilməsini təmin etmək, Tikinti maşınları, nəqliyyat və mexaniki vasitələrin, materiallar, konstruksiyalar, detallar (hissələr), alətlər, inventar və s. əldə edilməsi üçün sifarişlər hazırlanmasına nəzarət və onlardan səmərəli istifadə olunmasını təmin etmək. İşin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçmək, Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparmaq, Görülmüş işlərin uçotunu aparmaq, texniki sənədləşməni tərtib etmək, Ustalar üçün tikinti-quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən etmək, onların yerinə yetirilməsinə nəzarət etmək, Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak etmək,
- Sahəni həmişə nəzarətdə saxlamaq, o cümlədən tikinti işləri ilə, heyətlə, layihə dəyişikliyi ilə bağlı problemlərinin aradan qaldırılmasını vaxtında və effektiv formada, müstəri məmnuniyyəti və keyfiyyət planına uyğun həyata keçirmək, Texnoloji avadanlıqlardan (nərdivanlar, körpülər, müdafiə ləvazimatı, və s. qurğular), enerji qurğularından, nəqliyyat vasitələri və işçiləri qoruma vasitələrindən istifadəni təminetmək, Ağırlığın qaldırılması normalarına, iş yerlərində, keçid və giriş yollarında səliqə və qaydaya, kranaltı yolların düzgün saxlanılması və istismar olunmasına, iş yerlərinin təhlükəsizlik işarələri ilə təmin olunmasına riayət etməyə nəzarət etmək, İşçi layihələri oxumaq, layihədə olan konstruktiv və texnoloji xətaları aşkar etmək,
- Şirkət mərkəzi ofisi və şöbələri ilə effektiv koordinasiyalı işləmək,
- Rəhbəri olduğu sahədə təhlükəsiz iş şəraitinin qurulmasını və davamlılığını təmin etmək.
İlkin tələblər:
- İnşaat və ya Tikinti mühəndisliyi üzrə ali təhsil,
- Sənaye tipli layihələrin tikintisində ,o cümlədən minimum 3-5 il idarəçilik təcrübəsi,
- Tikinti fəaliyyətinə dair müvafiq əsasnamə, qayda, qanun və digər normativləri bilmə,
- Microsoft Office (Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı.
- Dil bilikləri : İngilis dili, Rus dili (əla səviyyədə)
- Nahar şirkət tərəfindən verilir.
- Əmək haqqı namizədin bilik bacarığına əsasən təyin olunacaq.
- AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.
İş vaxtı:Həftə içi 6 gün, saat:08:00-17:45
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə "Tikinti müdiri" yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.
VAKANSİYA 3
189 Taxi
189 Taxi Xidmətinə təcrübəli Marketing üzrə mütəxəssis tələb olunur
• Marketinq planlaşdırılması və hesabatlar
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
• Şirkətin yeni və mövcud layihələr üzrə marketinq strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi
• Reklam və tanıtım ehtiyaclarının təyin edilməsi ( bütün çap materiallarının sifarişi və nəzarətin həyata keçirilməsi , reklamların və digər aktivliklərin sifarişinə, hazırlanmasına nəzarət edilməsi)
• Promoaksiyalarını və təkliflərini hazırlanması
• Sosial şəbəkələrdə və saytda carı aksiyalara dair bannerlərin və postların yerləşdirilməsinə nəzarət və sosial şəbəkələrdə aksiyaların keçirilməsinə dair büdcənin müəyyənləşdirilməsi, büdcə xərcləri hesabatının aparılması
• Bukletlərin paylanması üzrə planın tərtibi və nəzarəti
• Partyonlar ilə birlikdə aksiyaların hazırlanması
• Lazım olan prezentasiyaların və dizaynların hazırlanması
• Müştərilər tərəfindən olan şikayətlərə ciddi nəzarət (sosial şəbəkələrdə, telefonla zənglər, anket-sualçıda olan şikayətlər).
Tələblər:
• Təhsil : Ali
• Yaş : 25-35
• Marketinq sahəsində 1-3 il iş təcrübəsi
• Yüksək idarəcilik və təşkilatcılıq bacarığları
• Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı yüksək olmalıdır
Ofis-şəhərin mərkəzində yerləşir
6 günlük iş qrafikı, 9.00-18.00
Əmək haqqı – müsahibə nəticəsi əsasında müəyyənləşdirilir
E-mail: [email protected]
Tel: 055 203 98 89
189 Taxi Service is seeking a Marketing Specialist
• Marketing planning and reports
• Investigating the market and competitors, conducting analysis and identifying the needs
• Developing company's marketing strategy for its new and existing projects, processing and implementing plans and projects
• Identifying advertising and promotion needs (carrying out the order and control over all printing materials, supervision of the order and preparation of advertisements and other activities)
• Preparing promotion campaigns and offers
• Controlling over the distribution of banners and posters for current campaigns on social networks and sites, and budgeting on the campaigns running on social networks, as well as reporting on budget expenditures
• Compiling and controlling the brochures distribution plan
• Preparing campaigns together with partners
• Preparing of required presentations and designs
• Strict control over customer complaints (in social networks, via phone calls, through questionnaires).
Requirements:
• Education: Higher
• Age: 25-35
• 1-3 years of work experience in marketing
• High managerial and organizational skills
• Good oral and written communication skills
• The office is located in the center of the city.
• 6-day working schedule, 9.00-18.00
• Salary will be determined on the basis of interview results
Candidates meeting these requirements may submit their CVs to the following email address [email protected]
Tel: 012 505 01 89
VAKANSİYA 4
AZZA Cake House
Компания AZZA на сегодняшней день крупнейшая сеть кондитерских магазинов на территории Азербайджана – объявляет о вакансии «Бухгалтер».
Требования:
• Опыт работы в должности бухгалтера не менее 2 лет
• Высшее (экономическое) образование
• Знание программы 1С
• Знание русского языка желательно
• Пол- женский
Обязанности:
• Обработка выписок по расчетным счетам
• Подготовка и отправка платежных поручений
• Обработка полученных электронных накладных
• Исполнение графиков платежей (своевременность расчетов с поставщиками)
• Взаимодействие с банками по возникающим вопросам
• Сверка взаиморасчетов с поставщиками
Компания предлагает:
• Пятидневная рабочая неделя
• Обед за счет компании
• Официальное оформление.
• Оплачиваемый отпуск
Кандидатов просим отправлять свое резюме на e-mail: [email protected], указав в теме письма название вакансии «Бухгалтер». На интервью будут приглашены только те кандидаты, которые будут соответствовать вышеуказанным требованиям.
VAKANSİYA 5
Azconstruction QSC
“Azconstruction”QSC Anbardar vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifəyə olan tələblər:
Təhsil: bakalavr
Dil bilikləri: rus dili
Kompüter bilikləri: MS Office, 1C
İş təcrübəsi: 1-2 il
Bilməlidir:
- Anbar təsərrüfatının təşkilinə aid olan, əsasnamə, təlimat və digər normativ sənədlər, rəhbər materiallar, mal-material qiymətlilərə aid olan standart və texniki şərtləri;
- Anbar təsərrüfatının aparılma qaydası, anbarda materialların hərəkəti, mühafizəsi, uçotu qaydası və onların müşayiət edən sənədlərin rəsmiləşdirilmə qaydası, texnoloji sənədlər ilə müxtəlif materiallar partiyasının komplektləşdirmə qaydası, anbarda ölçü vasitələrinin, alət və mexanizmlərin tətbiqi qaydası, onların işə yararlı olmasının yoxlama üsulları, avtodayanacaqlarda avtonəqliyyatın saxlanılma qaydası;
- Mal-material qiymətlilərinin yerləşdirilməsi qaydaları, onların kirayə veriləsi hesabatını aparmaq üçün təlimat və əsasnamələri;
- Hesablama texnikasının istismar qaydası;
- Əməyin təşkilinin əsasları, daxili əmək intizamı qaydaları, əmək qanunvericiliyinin əsasları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları.
- Əmək haqqı namizədin bilik bacarığına əsasən təyin olunacaq.
- Nahar şirkət tərəfindən verilir.
- AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.
İş vaxtı: Həftə içi + gün, saat: 08:00-17:45
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə "Anbardar" yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.
VAKANSİYA 6
Delta Qrup C.O. MMC
Şirkət haqqında:
Ölkənin istehsal və satış sektorunda inkişaf etmiş şirkətlərindən olan Delta Qrup C.O. MMC “ODAD”,“Bismak” və “Çörəkçi” brendi adı altında istehsalı və “Anchor”, “Доярушка”, “Ammerlander”, “Gut von Holstein”, “Peros” və digər brendlərinin distribusiyası ilə məşğuldur. Şirkətimizə dinamik, inkişaf yönümlü əməkdaşlar axtarışındayıq. Şirkət haqqında ətraflı məlumat üçün səhifmizə dəvət edirik: www.linkedin.com/in/delta-group-hr
Vakansiyanın adı: PL və Yerli İstehsal üzrə Şöbə Müdiri (Marketinq Departamenti)
Müvafiq tələblər:
- Yerli İstahsalı bilmək və komanda şəklində məhsul inkişafında təcrübə
- Yerli bazar və müştəri araşdırması üzrə təcrübə
- Marketinq sahəsində təcrübə
- Qida məhsul inkişafı prosesində təcrübə
- İdxal üzrə müəyyən təcrübə
- Satış, marketinq və ya müvafiq sahə üzrə Ali təhsil
- Dil bilikləri Azərbaycan (Əla) , Rus (Əla) İngilis dili (Əla)
Müvafiq vakansiya üzrə vəzifə öhdəlikləri:
- PL və yerli istehsalın inkışafı üçün müştəri bazarını araşdırmaq
- Mövcud və perspektivli müştərilərlə təsirli iş əlaqələrini qurmaq və inkişaf etdirmək
- PL və yerli istehsal üzrə müraciətləri araşdırmaq, təhlil etmək və müvafiq prosedurlara əsasən qida, məhsul inkişafı prosesini təşkil etmək
- PL və yerli istehsal üzrə qida, məhsul inkişafı prosesini təhlil etmək müvafiq strukturlarla əməkdaşlıq yaratmaq
- Komanda yönümlü, işinə sahiblənən, nümunəvi, çevik peşəkar iş prinsiplərinə əsaslanaraq şirkətin ümumi Missiya, Vizyon, Dəyərlərinin və Strategiyasının inkişafına bir başa dəstək olmaq
İş şəraiti üzrə təkliflərimiz:
- İş yeri:Sumqayıt şəhəri
- İş qrafiki: Həftəiçi 5 gün 09:00-18:00
- Bakı və Sumqayıt ərazisi üzrə servis xidməti
- Tibbi sığorta,
- Nahar
- Özünü inkişaf planlaması və kariera inkişaf proqramı
Əmək haqqı: 2245 Azn + Bonus
Müraciət üçün CV-ləri [email protected] ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələbatlarına uyğun namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 7
Sinteks Group of Companies
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev eşyaları mağazalarını və 10-a yaxın kofeteriya filialını idarə edir. Lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Hazırda şirkətimizdə Təcrübə Proqramına start verilib və sizə Insan Resursları şöbəsində bilik, bacarıq və peşəkar şirkətdə iş təcrübəsi qazanma fürsəti təqdim edirik!
Əsas tələblər
Təhsil:
• 3-cü və 4-cü kurs bakalavr tələbələri
• Magistr Tələbələr
• Yeni Məzunlar
Təcrübə:
• Tələb olunmur
Professional biliklər:
• Azərbaycan və Rus dillərini mükəmməl, İnglis dilini yaxşı səviyyədə bilmək
• Microsoft Office proqramlarını bilmək
Professional bacarıqlar və kompetensiyalar:
• Öyrənmək istəyi
• Detallara diqqət
Peşəkar komandanın bir hissəsi olmaq üçün fürsətini qaçırmayın, CV-nizi elektron məktubun mövzusu hissəsində “HR Intern” qeyd edərək [email protected] elektron poçtuna göndərin
Founded in 1996, Sinteks Group of Companies is one of the largest and most successful fashion retail companies in the Caucasus and Central Asia. Sinteks manages more than 100 of fashion, jewelry, beauty and household utilities stores, and around 10 branches of coffee shops. Represents leading international brand names in luxury, premium and mass-market segments.
We are currently launching Internship Program and offering the opportunity to gain knowledge and skills in Human Resources department and work experience in progressive retail company.
Main requirements:
Qualifications / Education:
• 3rd and 4th year Bachelor Students
• Master Students
• Fresh Graduates
Experience:
• Not required
Professional knowledge:
• Knowledge of MS Office Programs
• Fluent knowledge of Azerbaijani and Russian languages, intermediate level in English
Professional skills and competencies:
• Willingness to learn
• Detail oriented
Don’t miss the opportunity to become a part of the professional team, send your CV to [email protected] indicating “HR Intern” in the subject line.
VAKANSİYA 8
Abşeron Konteyner
“Abşeron Konteyner” MMC Maliyyəçi-mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz dəstəyi təmin edən peşəkar komandamız müəssisənin əsas kapitalı hesab olunur. Müəssisənin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
• Dəmir yolları, beynəxlaq daşıma əməliyyatlarından, logistika sahəsində vergi güzəşti və cərimələrdən məlumatlı olmaq;
• 1C sistemində işləmək;
• Məktubların yazılması və cavablandırıması;
• Kameral yoxlamanın icrası;
• Hesab-fakturaların kəsilməsi, əmək haqqı hesablanması, məzuniyyət, ezamiyyət rəsmiləşdirilməsi;
• Debitorlar və kreditorlar üzrə analitik uçotun aparılması,
• E-qaimələrin yazılması, müştərilələrlə üzləşmə aktların hazırlanması;
• Kassa əməliyyatlarının aparılması;
• Vergi, statistika və DSMF hesabatların hazırlanması və göndərilməsi;
• E-gov.az və e-taxes.gov.az da müvafiq sənədləri işləmək;
• Bank Əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması, arşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Aylıq hesablama metodu ilə rəhbərliyə hesabatların təqdim edilməsi (balans, nağd pul vəsaitlərinin hərəkəti, mənfəət zərər, yaşlanmış debitorlar);
• Əmək haqqı 1200 AZN-dir.
Namizədə qarşı tələblər:
• Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit və s.);
• Logistika sahəsində 3-5 illik iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri (əla);
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
• E-gov.az və e-taxes.gov.az da işləmək bacarığı;
• Kompüter bilikləri: MS Office (Word, Excel, Outlook) proqramlarını yaxşı səviyyədə bilmək;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
• Analitik qabiliyyətə, təqdim etmə bacarıqlarına malik olmaq;
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
• Yaş həddi: 25-50 yaş.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 14 aprel 2021-ci il tarixidir.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Maliyyəçi-mühasib” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 9
Oil and Gas Company
Sales/Tendering Specialist
Roles and responsibilities:
- Research and disseminate information on potential customers, supplier related activities, cost and schedule of designated project with local team.
- Monitor the tender submission process for formatting, completeness, consistency, and compliance
- Ensure all relevant documents are established and submitted to suppliers along with enquiries.
- Act as the link between sales team and different counterparts; join customer and supplier visits, when necessary
- Perform cost-benefit and needs analysis of existing/potential customers to meet their needs.
- Establish, develop and maintain positive business and customer relationship.
- Supply management with reports on customer needs, problems, interests, competitive activities and potential for new products and services.
- Review received Material/Service Requisition and verify accuracy
- Support the business by ensuring management and teams are provided with sufficient data, analysis and support for plans, business initiatives to enable performance delivery and enhanced decision-making.
- Proactively seek more business development tasks and projects.
- Follow Company related policies and standards
Requirements
- Degree in business management or equivalent qualification/ experience
- Minimum 3 years’ experience in a similar role in the Oil and Gas Industry.
- Proven sales success of strategic sales.
- Experience with collecting competitive information, identify weakness and compare them to our strong features/benefits
- Excellent command of the English language, Azerbaijan language.
- Excellent knowledge of Ms. Office
- Highly motivated and target driven with a proven track record in sales.
- Excellent selling, communication and negotiations skills
To be considered for this position, please email your resume to [email protected] with reference “Sales/Tendering Specialist” in the email subject line. Only successful candidates (CV corresponding to all requirements) will be contacted.
VAKANSİYA 10
BSC Consulting & Outsourcing Company
Business Service Center MMC
Vəzifə: İnsan Resursları üzrə Mütəxəssis
Vəzifə və öhdəlikləri
• Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, o cümlədən qiymətləndirilməsi ilə bağlı prosedurları yerinə yetirir;
• İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işləyir, lazımi dəyişiklikləri daxil edir;
• İşçilərin şəxsi işlərini formalaşdırır və qeydiyyatını aparır; əmək kitabçaları əmrlər əsasında doldurur;
• Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak edir;
• Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini; işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasını təmin edir.
• İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlayıb təqdim edir; Kadrlar üzrə hesabatları tərtib edir.
• Vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsi, müsahibələrin keçirilməsi; Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu.Yeni işçilər üçün adaptasiya proqramının həyata keçirilməsi.
• Qanunvericilikdən irəli gələn digər işləri yerinə yetirir.
• Kadr sənədləşməsinə mütəmadi nəzarət.
O cümlədən,
• Şirkətin fəaliyyəti ilə əlaqədar bütün sənədlərin (qərarlar, əmrlər, direktivlər, əsasnamələr, prosedurlar və s.) icra edilməzdən əvvəl hüquqauyğun olub-olmamasını yoxlayır və tələb olunduqda, öz razılığını ifadə edir (sənədlərin müvafiq yerlərində imza etməklə);
• Pozuntu hallarının aradan qaldırılması məqsədi ilə rəhbərliklə birlikdə qanuni addımların atılmasını təmin edir;
• Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi şəxs(lər)in dövlət qeydiyyatı, yenidən təşkili və ləğvinə dair sənədlər paketini hazırlayır və icra edir;
• Şirkətin qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə mübahisəli halların (iddiaların) məhkəmədən qabaq həlli üçün tələb olunan sənədləri hazırlayır, onların digər tərəfə təqdim olunmasını təmin edir, arzuolunan nəticələrin əldə edilməsi üçün digər hüquq-müdafiə vasitələrindən istifadə edir;
• Müqavilələr və digər hüquqi sənədlərin qüvvədə olan qanunvericiliyə və şirkətin siyasətinə uyğun olmasını təmin etmək üçün onları nəzərdən keçirir.
Tələb olunan xüsusiyyətlər
• Ali təhsil;
• İnsan resursları/hüquq sahəsində ən azı 3 il iş təcrübəsi;
• AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
• Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, İnternet və s.).
• Güclü ünsiyyət və danışıq qabiliyyəti;
• Azərbaycan, Rus dillərini mükəmməl bilməli, İngilis dilin bilməyi arzuolunandır.
• Komandada işləmək bacarığı;
• Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı.
Həftə içi 5 gün. 09:00-18:00
6-cı günlər 09:00-13:00
Əmək Haqqı : 700 AZN
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur.
VAKANSİYA 11
Smile LLC
JOB TITLE: Satış üzrə mütəxəssis
EMPLOYER : Smile MMC
İş barədə məlumat
- Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara seçim üçün optimal şərait yaratmaq, məsləhətlər vermək, alış üçün seçim variantları təklif etmək
- Kollektivdə mehriban və məsuliyyətli olmaq, komanda işi nümayiş etdirmək
- Satışla bağlı qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı öyrənmək və satış zamanı tətbiq etmək
- Marketinq və satışa dair planlama və hesabatlar
- Bazar araşdırması, təhlili və tələblərin təyin edilməsi
- İş qrafiki: Həftənin 5 günü 09:00-dan 18:30-dək. Şənbə və bazar istirahət günləridir.
- Əmək haqqı 500 AZN.
Namizədə tələblər
- Yalnız qadınlara üstünlük veriləcək.
- Satış sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək
- Yaş həddi 20-35 yaşlarında namizədlər
- Ali təhsilli
- Azərbaycan və rus dillərində sərbəst yazmalı, oxumalı, danışmalı (ingilis dili arzuolunandır)
- Səlis danışıq, izah etmə bacarığı və nitq mədəniyyəti olmalı
- İş həyatında dinamik və aktiv olmalı, məsuliyyətli, çalışqan
- Kollektivdə işləmə bacarığı , dəqiqlik
- İş təcbrübəsi 1 ildən çox olmalıdır
CV-lər [email protected] mail ünvanına göndərilməlidir.
VAKANSİYA 12
Caspident Dental Trade company
Marketinq meneceri
Vəzifələr
- Şirkətin məhsul və xidmətlərinin satışı üçün strateqiya və taktikaların qurulması.
- Yeni ideyalar yaradaraq uğurlu marketinq kompaniyalarını həyata keçirmək və idarə etmək.
- Web sayt və sosial media səhifələri üçün maraqlı məzmunlar yaratmaq.
- Əsas partnyorlarla strateji əlaqələr qurmaq.
- Marketing büdcəsini rüblük,illik hazırlanması və effektiv idarə olunması.
- Bazar araşdırması edərək məhsullarımızı trend etmək.
- Marketing strategiyalarını satış,maliyyə departamentləri ilə əlaqələndirmək.
- Marketing şöbəsinin əmakdaşlarını yönəltmək.
- Sərgi və sənaye ilə əlaqəli tədbirlərdə markalarımızı tanıtmaq.
Tələblər
- Marketing üzrə bakalavr və ya magistr təhisili.
- 3 illik iş təcrübəsi.
- Liderlik,ünsiyyət komandada işləmək qabilliyəti .
- Analiz etmə və problemləri həll etmə bacarığı.
- Vaxt idarəetməsi və təşkilati qabiliyyətlər.
- İş qrafiki 6 gün, 9:00-18:00 kimi
Əlaqə: [email protected]
VAKANSİYA 13
Azconstruction QSC
“Azconstruction”QSC Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat :
• Mühasibatlıq strategiyasının ve prinsiplərinin formalaşdırılmasını təmin etmək
• Vergi, statistika və DSMF hesabatların hazırlanması;
• Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
• Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
• Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
• Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması;
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
• Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
• Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
• İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi;
• Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;
• Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
• Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
Tələblər :
- Təhsil : Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
– MS Office, BTP, EVHF, B1, B3 hesabatları mükəmməl səviyyədə bilməli;
– Məsuliyyətli və işində dəqiq;
– Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik;
– Qanunvericiliyi bilməlidir və daimi izləməlidir
- Əmək haqqı namizədin bilik bacarığına əsasən təyin olunacaq.
- Nahar şirkət tərəfindən verilir.
- AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.
İş vaxtı:Həftə içi 5 gün, saat:08:00-17:45
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə "Baş mühasib" yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.
VAKANSİYA 14
Mobil Group
Satış, Broker və Logistika üzrə mütəxəssis
İş barədə məlumat:
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
- Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması;
- Müştərilərlə görüşlərin keçirilməsi və təkliflərin verilməsi;
- Görüşlərin nəticələrinin izlənilməsi;
- Fəaliyyətlə bağlı hesabatların vaxtlı-vaxtında təqdim edilməsi
- Cəlb edilmiş müştərilər ilə daim ünsiyyətdə olmaq
Tələblər:
- Təhsil : Ali
- İş təcrübəsi : 1 ildən 3 ilə qədər
- Cins : Qadin
- Ali təhsil;
- Korporativ mühitlə əlaqədar minimum 3 il iş təcrubəsi;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
- MS Office ilə qabaqcıl istifadə bacarıqları;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, ingilis və rus dillərini orta səviyyədə bilməli;
- Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması;
- Təqdimat bacarığının olması;
Əmək haqqı: Razılaşdırılmış əmək haqqı+bonuslar
Korporativ nömrə şirkət tərəfindən təmin edilir.
E-mail: [email protected]
VAKANSİYA 15
Araz Supermarket
Araz Supermarketlər şəbəkəsi Françayzinq-Mühasibatlıq Bölmə Müdiri vakansiyası üzrə işə qəbul elan edir!
Tələblər :
- Ali təhsil (Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə);
- Vergi uçotu sahəsində 5 ildən artıq iş təcrübəsi;
- Vergi, Əmək məcəlləsini və Normativ hüquqi aktları bilməli;
- Yüksək səviyyədə MS Excel bilikləri;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Komandada işləmə, ünsiyyət bacarıqlarının olması;
Vəzifə öhdəlikləri :
- Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi;
- Gəlir, ƏDV, Mənfəət, əmlak vergisi və s. kimi Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Mühasibat uçotuna nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin uçotunu təşkil etmək
- Pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət
- Kreditor və debitorlar ilə hesablaşmaların aparılması
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki.
- Servis xidməti;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Françayzinq-Mühasibatlıq Bölmə Müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 16
Azconstruction QSC
“Azconstruction ”QSC Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri :
• Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
• Vergi orqanları ilə yazışmalar
• Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
• E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
• Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
• Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
• Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
• Əmək haqqılarının hesablanması
• İş qrafiki: Bazar ertəsi – Cümə: 08:00-dan 17:45-dək
• Şənbə və bazar istirahət günləridir
Namizədə tələblər:
• Ali təhsilli
• B1-B3, Microsoft Office proqramlarını bilmək
• 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi
• e-gov.az, .e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
• Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
• Balansın çıxarılması üzrə biliklərə sahib olmalı
• Əmək haqqı: razılaşma əsasında
• Staj: minimum 3 il (istehsalatda)
• Ərazi: Bakı
• İş rejimi: Tam iş günü (5 gün)
İş vaxtı:Həftə içi 5 gün, saat:08:00-17:45
- Əmək haqqı namizədin bilik bacarığına əsasən təyin olunacaq.
- Nahar şirkət tərəfindən verilir.
- AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə "Mühasib" yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.
VAKANSİYA 17
Toyota Bakı Mərkəzi
“Toyota” - Bakı Mərkəzi” MMC
Servis üzrə məsləhətçi
Vəzifə öhdəlikləri:
• Daxil olan telefon zənglərinə vaxtında cavab verir.
• Müştərilərə servis xidmətinin bütün aspektlər üzrə izahatlar verir.
• Servis xidmətinə gələn müştəriləri qəbul edir.
• Avtomobilləri texniki xidmət üçün qəbul edir.
• Təmir işlərinin aparılmasının sifarişini tərtib edir.
• Müştərilər tərəfindən göstərilən nasazlıqların qeydiyyatını aparır.
• Cəmiyyətdə təsdiq olunmuş xidməti sənədləşməni, uçotu və hesabatı keyfiyyətlə və vaxtlı-vaxtında tərtib edir.
Namizədlərə tələblər:
• Yaş: 25-35;
• Ali təhsil (texniki ali təhsilə üstünlük verilir);
• Avtomobil sahəsində iş təcrübəsi (min. 2 il);
• MS Office proqramlarında işləmə bacarığı;
• Rus və ingilis dillərinin bilməsi üstünlükdür;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
• Fəal və işə planlı yanaşma;
• Qərarvermə qabiliyyəti.
Namizədlər [email protected] email adresinə CV göndərə bilərlər.
Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.