VAKANSİYA 1
İşəgötürən: Optimal Electronics LLC
"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.
Niyə məhz Optimal?
- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq
Vakansiya: Satış məsləhətçisi (Elektronika)
Tələblər:
• Təhsil: Ali və ya orta;
• Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dillərindən birində özünü ifadə etməyi bacarmalıdır;
• Satış təcrübəsi arzu olunandır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
• Satış qabiliyyəti olmalı;
• Məhsulları təqdim etmək bacarığına malik olmaq.
Əsas vəzifələr:
• Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
• Müştərinin seçimi üçün optimal şərait yaratmaq;
• Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
• Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək
Biz Siz təklif edirik:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Ödənişsiz təlimlər;
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.
Aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz:
https://jobs.talhunt.az/optimal/416-sat%c4%b1%c5%9f+m%c9%99sl%c9%99h%c9%99t%c3%a7isi+(elektronika)
Son tarix: 30.04.2021
VAKANSİYA 2
İşəgötürən: ALGİ Group MMC
Tərcüməçi
* Yalnız xanım namizədlər
Namizədə aid tələblər
- Alman və rus dilləri üzrə tərcüməçi
- Müxtəlif mövzularda tərcümə etmək bacarığı
- Mövzular üzrə, terminlər standartını, elmi və ədəbi redaktənin əsaslarını, dilin qrammatikasını və stilini bilmək
- Dəqiqlik, operativlik və yüksək tərcüməçilik qabiliyyəti
- Tərcümə sahəsində 3 il təcrübə
İş barədə
- Təqdim olunan materialları tərcümə etmək
- Tərcümələrin müntəzəm hesabatların təqdim etmək
- Əmək haqqı 800-1000 AZN
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
VAKANSİYA 3
İşəgötürən: Mobil Group
MARKETİNQ ÜZRƏ MÜTƏXƏSSİS
İş haqqında:
Şirkətdə Marketinq fəaliyyətinə dəstək.
Namizədə dair tələblər:
- Müvafiq sahədə 3-6 il iş təcrübəsi
Müraciət qaydaları: [email protected] ünvanına mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” yazıb CV göndərməklə müraciət edilir.
VAKANSİYA 4
İşəgötürən: Caspian Legal Center
Vergi üzrə mühasib
İş barədə məlumat:
• Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
• Ödəniş tapşırıqlarının yazılması
• Elektron qaimə-fakturaların tərtib olunması və göndərilməsi
• Əməkhaqqı hesablanması
• Müştərilərlə yazışmalar
• Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili
• Vergi məsələləri üzrə məsləhətlərin verilməsi
• Verilmiş digər tapşırıqları yerinə yetirmək
Namizədə tələblər:
• Mühasib vəzifəsində minimum 1 il iş təcrübəsi
• MS Office, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı
• Vergi Məcəlləsi üzrə biliklər
• İngilis və Azərbaycan dili mütləqdir, Rus dili üstünlük hesab olunur
• Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək və işə planlı yanaşmaq bacarıqlarına malik olmalıdır.
Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.
Maraqlanan namizədlər cv-lərini [email protected] mail ünvanına başlıq hissəsinə “Vergi üzrə mühasib” yazmaqla göndərə bilərlər.
VAKANSİYA 5
İşəgötürən: AGA Group
AGA Group - Növbətçi
Tələblər:
• Ali təhsil (arzuolunandır);
• Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
• Hərbi xidməti keçmiş;
• Fiziki sağlam;
• Yaşı-20-35;
• İşgüzar, səliqəli, çalışqan və məsuliyyətli;
• Cinsi: kişi.
Vəzifə öhdəlikləri:
• Buraxılış-nəzarət sisteminin həyata keçirilmək;
• Müəssisə ərazisini nəzarət altında saxlamaq, kamera vasitəsilə nəzarəti təmin etmək;
• Daxili təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunmasına nəzarət etmək;
• Növbə sırasında gələn qonaqları qarşılamaq və yola salmaq;
• Lazım gəldiyi təqdirdə yönləndirmə və məlumatlandırma işini görmək.
Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsinə “Növbətçi”qeyd edərək göndərə bilərsiniz.
Ünvan : Caspian Plaza, C.Cabbarlı 44, Bakı, AZ1065
VAKANSİYA 6
İşəgötürən: Stamperia Print
Менеджер по персоналу
Требования:
• Знание языков: азербайджанский и русский.
• Компьютерные навыки: Word, Excel, e-mail, Outlook
• Опыт работы: 3-5 лет.
• Другие требования: необходимо знать трудовой кодекс AR. Свободное владение языком.
• Умение работать в команде.
• Точность, терпение.
Должности:
• Подготовка личных дел сотрудников;
• Подготовка кадровых отчетов необходимого уровня;
• Контролировать соблюдение сотрудниками правил внутреннего распорядка;
• Поиск новых вакансий;
• Собеседования и экзамены кандидатов;
• Сбор документов о приеме на работу нового сотрудника и заключение с ним трудового договора;
• Выдача приказов сотрудникам, архивирование, составление штатного расписания;
• Учет отпусков и командировок;
• Подготовка мотивационных, поощрительных проектов;
• Организация учебных материалов, место обучения и посттренинговые экзамены
• Своевременное и ответственное выполнение поставленных руководством задач;
Условия работы:
• рабочий график: с 9.00 до 18.00
• рабочая неделя: 5/2
• оплачиваемый отпуск
• оформление по ТК Азербайджанской Республики
• з/п по результатам собеседования ( 700 – 1000 азн)
• уютный и комфортный офис, свое рабочее место
• офис расположен в центре города, недалеко от станции метро “Гянджлик ” и/или “Н.Нариманова ” по адресу: пр. Зия Буньядова 19/69
E-mail: [email protected]
VAKANSİYA 7
İşəgötürən: Al-Kaya MMC
AL-KAYA MMC PARFUMERİYA ŞİRKƏTİ
Vəzifə öhdəlikləri:
- Mağazaya daxil olan müştərilərin rahat bir şəkildə seçim etməklərinə şərait yaratmaq;
- Müştərilərin suallarını cavablandırmaq, məhsullarla bağlı alternativlər təklif və tövsiyyələr etməklə satışı reallaşdırmaq;
- Müştəri məmnuniyyətinin təmini üçün şirkətin bu barədə olan siyasətinə uyğun davranmaq;
Tələblər:
- Yalnız xanım namizədlər
- Dinamik və pozitiv olmalı;
- Şəxsi inkişafa meyli olmalı
- Rus dilini bilməsi üstünlükdür;
İş şəraiti:
- Əmək haqqı : aylıq 400 AZN +BONUS
- İş saatı 10:00-21:00 (həftədə 1 gün istirahət)
- İş yeri şəhərin mərkəzində yerləşir
- İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir
- Pandemiyayla əlaqədər iş saatları dəyişdirilə bilər.
Əlaqə nömrəsi : 0553450001 ( whatsapp)
E-mail : [email protected]
VAKANSİYA 8
İşəgötürən: Aqrar İnnovasiya və Təchizat Şirkəti
Position: Marketing assistant
Salary: 500-600 azn
Duties & Responsibilities
• Implement marketing and communications activities as directed to promote a range of company projects and services
• Administer marketing and communications programs for company products and services, assisting in the evaluation of performance and impact
• Support Marketing manager with the promotion activities and media relations evaluation
• Respond directly to news coverage and media requests
• Manage advertising and other promotional activities
• Administer all aspects of the company’s presence at exhibitions
• Any other duties necessary to this post as delegated by line manager.
Education & Experience
• University degree in the field of marketing, business or journalism is required
• Minimum 1 year in related industry experience (internship)
Skills & Required Competencies
• Ability to communicate effectively and efficiently, both in writing and in person
• Strong interpersonal, communication, and relationship management skills with all level of employees, internal and external
• Excellent written and oral communication skills in Azerbaijan and English (Russian is preferable)
• Demonstration of exemplary business ethics, integrity and honesty in all situations
• Excellent computer skills including Word/Excel/PowerPoint
• Demonstrated ability to multi-task, prioritize and problem solve
• Ability to work with limited direction and to function as a team member
• Calm under pressure and comfortable working in a busy environment
• To have a friendly, flexible and approachable manner.
Interested applicants please submit your CV in English and with photograph to [email protected] and indicate the name of the position you are applying for in the subject line of the email.
VAKANSİYA 9
İşəgötürən: Universal Təchizat ASC
Maliyyə üzrə mütəxəssis
İş barədə:
• Şirкətin mаliyyə hеsаbаtının tərtib еdilməsi və fəаliyyətinin mаliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnmаsı və аnаlizi;
• Mal realizəsinin pul istifadəsi planının hazırlanmasında iştirak;
• Mənfəətin illik, rüblük planlarının və rentabellik göstəricilərinin müəyyən edilməsi;
• Dövriyyə vəsaitlərinin elementlər üzrə ehtiyaclarının müəyyən edilməsində iştirak və dövriyyə vəsaitlərinin normativlərinin hesablanması;
• Mаliyyə аnаlizi məlumаtlаrının dəqiqliyinin təmini, оnlаrın nоrmаtiv və büdcə göstəricilərindən аyrılmаlаrının izаhı, həmçinin vахtı-vахtındа şirкət rəhbərliyini əhəmiyyətli кənаr çıхmаlаr bаrədə məlumаtlаndırmаq
• Rüblük maliyyə göstəricilərinin aylar üzrə bölüşdürülməsi;
• Növbəti ay və ay daxili dövrlər üçün səyyar maliyyə planlarının hazırlanması;
• Normativdən artıq ehtiyatların toplanmasının qarşısını almaq məqsədi ilə mal-material dəyərlərinin gətirilməsinə nəzarət edilməsi;
• Maliyyə, kredit və kassa planlarının yerinə yetirilməsini təmin etmək.
Tələblər:
• Ali təhsil (maliyyə, iqtisadi)
• Beynəlxalq Maliyyə Standartları üzrə biliklər;
• Kompyuter proqramlarında sərbəst işləmək bacarığı (Excel, 1C mühasibatlıq);
• Maliyyə sahəsi üzrə analitik biliklər;
• İş təcrübəsi;
• Yaş həddi: 30 – 37.
CV göndərərkən mövzu qismində " Maliyyə üzrə mütəxəssis" sözünün yazılması mütləqdir!
E-mail: [email protected]
VAKANSİYA 10
İşəgötürən: Gabala Haspitality Group
Gabala Hospitality Group - Vergi Mütəxəssisi
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Mühasibat əməliyyatlarında vergi monitorinqi aparılmaq və əməliyyatların qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilməsini yoxlamaq;
- Vergi, sosial sığorta, statistika və digər hesabatların və bəyannamələrin hazırlanması üçün gərəkli məlumatları toplamaq və emal etmək;
- Hazırlanmış hesabatları nəzərdən keçirməsi üçün birbaşa rəhbərinə təqdim etmək və təsdiq olunmuş hesabatları vaxtında müvafiq dövlət orqanlarına göndərmək;
- Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasına və vaxtında büdcəyə köçürülməsinə nəzarət etmək;
- Hesablanmış vergi və digər öhdəlikləri uçot məlumatları ilə qarşılaşdırmaq;
- Vergi və digər dövlət orqanlarından daxil olan sorğuların, kameral uyğunsuzluq məktublarını və digər məktubları nəzarətdə saxlamaq, araşdırmaq və müvafiq olaraq cavablamaq;
TƏLƏB OLUNAN BİLİK, BACARIQ VƏ TƏCRÜBƏ:
- İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu və digər oxşar sahədə ali təhsil;
- Vergi qanunvericiliyinin tətbiqi və hesabatların tərtibatı minimum 1 il iş təcrübəsi;
- Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Sosial Sığorta Haqqında Qanun və digər əlaqəli normativ-hüquqi aktların mühasiblər üçün gərəkli olan müddəaları və maddələri haqqında informasiyalara, biliklərə və axtarış vərdişlərinə malik olmaq;
- Diqqətli və məsuliyyətli olmaq;
- İnternet Vergi İdarəsi ilə sərbəst işləmək bacarığına malik olmaq;
- Riyazi hesablama aparma və analitik təhlil etmə qabiliyyəti;
- MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı;
- Azərbaycan dilini mükəmməl bilmək (ingilis və rus dili bilikləri əlavə üstünlükdür);
- Beynəlxalq sertifikatların olması üstünlükdür;
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı göstərilməklə [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.
VAKANSİYA 11
İşəgötürən: Retailor LLC
Merçendayzer
Tələblər:
1. Təhsil - Ali.
2. Dil – Azərbaycan və İngilis dilləri
3. Yaş – 24 - 30
4. Sürücülük vəsiqəsi – B – BC
Üstünlük verilir: Satış sahəsində çalışmış şəxslər.
Vəzifə öhdəlikləri:
1. Şirkət məhsullarının istehlakçının diqqətini cəlb edəcək şəkildə satışın artırılması məqsədi ilə açılış və düzülüşlərinin gerçəkləşməsini təmin etmək, məhsulu satışa hazırlanmasını və realizə edilməsinə təmin etmək, qiymətinin kontrol edilməsi, məhsula satış görünüşünü vermək.
2. Rəqib məhsullardan daha yaxşı yerlərdə açılışını və düzülüşünü təmin etmək, əlavə açılış sahələri yaradaraq məhsullarımızın satış nöqtəsinin içərisindəki sahib olduğu payı artırmaq.
3. Satış nöqtəsində hərəkət istiqamətinə görə rəff başında, hərəkət istiqaməti münasib deyilsə ən çox diqqət çəkən rəflərdə açılışını və normativlərə uyğun düzülüşünü təmin etmək, məhsul qruplarının hamısını birlikdə açılışına və düzülüşünə çalışmaq.
4. Satış nöqtələri işçiləri ilə ünsiyyət quraraq rəqib firma aksiyaları və eləcə də iş yeri haqqında öyrənmək, rəff payı və penetrasiya faizlərini artırmaq üçün ziyarət etdiyi satış nöqtələrindəki əksiklikləri barəsində müdirinə məlumat vermək, məhsulların yayımını təmin etmək.
5. Şirkətin təqdim etdiyi uniformanı təmiz saxlamaq və geyim qaydasını pozmamaq.
6. Şirkətin daxili nizam-intizam qaydalarına, korporativ və etik davranış normalarına daim riayət etmək.
7. Daim şirkətin mənafeyini və imicini qorumaq.
8. Verilmiş tapşırıqların tam icrası, hədəflərin vurulması, pul yığımı və yaranmış problemlərin vaxtında rəhbərliklə paylaşılması.
İş qrafiki: Altı günlük iş həftəsi
Əmək haqqı: 700-1000 manat
E-mail: [email protected]
VAKANSİYA 12
İşəgötürən: AZMADE Group
“AZMADE GROUP” MMC şirkəti Strategiya üzrə mütəxəssis vəzifəsini tutmaq üçün təcrübəli namizədləri dəvət edir:
İŞİN TƏSVİRİ
• Strateji layihələrin icrası çərçivəsində mövzuya uyğun olaraq geniş bazar araşdırması və təhlillərin aparılması;
• Komanda rəhbərinin tapşırıqlarına uyğun olaraq araşdırma nəticələrinin təqdimat və ya hesabat şəklinə salınması və təqdim olunması;
• Şirkətlərin büdcə və kapital xərclərin əsaslandırılmasının hazırlanmasında iştirak etmək və töhvə etmək;
• Strategiya üzrə Baş mütəxəssisə müştərək layihələrdə dəstək vermək;
• Analitikaya əsaslanan hesabatların və təqdimatların hazırlanması;
• Rəhbərliyə aylıq/rüblük iclaslarda təqdim olunan prezentasiyaların tərtibatında birbaşa iştirak etmək;
• Qeyd olunan öhdəliklərlə yanaşı, rəhbərliyin tapşırığına əsasən digər müvafiq işlərin və tapşırıqların reallaşdırılması.
TƏLƏB OLUNAN TƏCRÜBƏ, SƏRİŞTƏLƏR VƏ BACARIQLAR
• Ali təhsil (müvafiq sahədə ali təhsili olanlara üstünlük verilir);
• Analitik, strategiya hazırlamaqda, asanlaşdırma və konsensus quruculuğuna dair güclü məsləhət bacarıqları;
• Məlumat manipulyasiyası və vizuallaşdırma vasitələri ilə iş təcrübəsi;
• Qeyri-müəyyənliklə işləyən ortamda yüksək dərəcədə rahatlıqla işləmək bacarığı;
• Dinamik və sürətli bir iş mühitində rahatlıqla işləmək bacarığı;
• Dinamik münasibət qurma və ortaqlıq bacarıqları;
• İstər yazılı, istərsə də şifahi, material hazırlamaq və icraçı auditoriyaya səmərəli təqdim etmək və inandırmaq bacarığı ilə seçilən ünsiyyət bacarıqları;
• Minimum 3 il peşəkar təcrübə;
• MS Office proqramları, məxsusi PowerPoint və Excel proqramı üzrə mütərəqqi biliklər;
• Azərbaycan və inqilis dillərində səlis biliklər; Rus dili bilikləri üstünlük təşkil edəcək.
NECƏ MÜRACİƏT ETMƏK
• Maraqlanan namizədlər CV-ləri [email protected] e-mail ünvanına göndərə bilərlər;
• Elektron məktubun “Mövzu” hissəsində “Strategiya üzrə mütəxəssis” vəzifəsi qeyd edilməlidir;
• CV-lər ən gec 31 mart tarixinədək göndərilməlidir.
Diqqət: Namizədlər ilkin CV yoxlanışından keçəcəklər. CV-lərin ilkin araşdırılmasına əsasən uğur qazanan namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq və onlar görüşə dəvət ediləcəklər.
VAKANSİYA 13
İşəgötürən: PASHA Life
Vakansiya haqqında məlumat:
Struktur bölmə: Strategiya və investisiya departamenti, İnvestisiya şöbəsi
Vəzifə: İnvestisiya şöbəsinin baş mütəxəssisi
Əmək haqqı: Stat cədvəlinə uygun olaraq
İs saatlari (is rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 29 mart 2021
Vəzifə Öhdəlikləri:
- Fəaliyyət istiqaməti üzrə qayda və prosedurların hazırlanması, təkmilləşdirilməsi istiqamətində işlərin aparılması;
- Potensial investisiya imkanlarını, yeni maliyyə alətlərini təhlil edərək investisiya gəlirlərinin maksimallaşdırılması və portfel risklərinin azaldılması istiqamətində işlərin aparılması;
- Likvidlik risklərinin qarşısının alınması üçün gözlənilən ödənişlərə nəzarət və potensial likvidlik ehtiyaclarını və artıqlığını müəyyənləşdirərək lazımi tədbirlərin görülməsi;
- Baş verən iqtisadi dəyişikliklərə dair məlumatlı olmaq və iqtisadi təhlillər apararaq investisiyə fəaliyyətini formalaşdırmaq;
- İnvestisiya fəaliyyəti ilə bağlı sistematik təhlil və hesabatlılıq sisteminin formalaşdırılması
- İnvestisiya fəaliyyətini əks etdirən məlumatların proqram təminatlarında doğru və tam şəkildə əks olunmasının təmin olunması;
- Büdcə prosesi vaxtı investisiya gəlirlərini proqnozlaşdırmaq;
- Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqların (maliyyə təhlilləri, müxtəlif məlumatların toplanılması və s.) yerinə yetirilməsi
Namizədə olan tələblər:
İş təcrübəsi: İnvestisiya sahəsi üzrə ən azı 3 il iş təcrübəsi.
Təhsili/ixtisasi: Maliyyə və ya iqtisadiyyat sahəsi üzrə bakalavr dərəcəsi.
Dil bilikləri: Azərbaycan dili - əla, İngilis dili - əla
Kompüter bilikləri: Microsoft Office (MS Excell - əla, MS Word – orta, Power Point – orta)
Üstünlüklər: Eviews və ya R Proqramlaşdırma dili üzrə biliklər, CFA və ya FRM beynelxalq sertifikatlarında nailiyyətin olması. Rus dili – orta
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müstəri yönümlülük, inam yaratma, komanda isi, əməkdasliq və keyfiyyət yönümlülük, genis perspektiv, problem həlletmə, planlaşdırma.
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 14
İşəgötürən: Rortvest Safety uniform
Tələblər:
- Qadın namizəd
- Ali təhsilli
- B1-B3, Microsoft Office proqramlarını bilmək
- 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
- e-gov.az, .e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
- Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
İş barədə məlumat
- Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
- Vergi orqanları ilə yazışmalar
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
Əlaqə nömrəsi: 0503932330 Elşən bəy.
E-mail: [email protected]
VAKANSİYA 15
İşəgötürən: Azərpambıq ASK MMC
Müəssisə - "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC
Struktur bölmə - Emal şöbəsi
Vəzifə - Baş mühəndis
Təhsili: Mühəndis-mexanik ixtisası üzrə ali təhsil
İş stajı: Baş mühəndis vəzifəsində minimum 5 il iş təcrübəsi
Fəaliyyət sahəsi: Xam pambığın tədarükü,saxlanması, emalı və texniki çiyiddən yağ emalı sahəsi
Kompüter biliyi: Microsoft Office (Word, Excel, Office, Outlook, PowerPoint, MS Project) həmcinin (AutoCAD, ArchiCAD,İnventor və s)
Dil biliyi: Azərbaycan və Rus dili ( İngilis dili arzuolunandır)
İş üçün lazım olan digər xüsusiyyətlər
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, analiz etmə bacarığı,şəxsi və peşəkar inkişaf, hesabat yazma bacarığın olması
- İş dövründə vaxtdan səmərəli istifadə etmək bacarığı
- Mühəndis-mexaniki sahəsi üzrə idarəçilik bacarığı
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydarlarını bilməsi
- Müvafiq qanunvericilikdə nəzərədə tutulan akt və normalar barədə yetərincə biliyə malik olması
Vəzifə öhdəliyi və məsuliyyəti
- Fəaliyyət sahəsi üzrə tədarük olunan xam pambığın normativ texniki sənədlərin tələblərinə uyğun qəbul edilməsi
- Xam pambığın və hazır məhsulların saxlanmasında profilaktik tədbirlərin vaxtında yerinə yetirilməsi
- Emal prosesini davamlı fəaliyyətini təmin etmək
- Emaldan alınan hazır məhsulların keyfiyyət göstəricilərinin normativ texniki sənədlərin tələblərinə uyğun olmasını təmin etmək
- Tədarük,saxlanma və emalda istifadə olunan avadanlıq,qurğu, mexanizimlərin cari və əsaslı təmirinin vaxtında yerinə yetirilməsi
- Avadanlıq,mexanizim və qurğuların cizgililərin diaqramları oxumaq bacarığı
Vəzifə səlahiyyəti
- "Cəmiyyətin direktorunun, digər vəzifəli şəxslərinin öz fəaliyyətinə aid olan qərarları ilə tanış olmaq.
-Onun tərəfindən yerinə yetirilən vəzifələrə aid olan məsələlərin müzakirəsində iştirak etmək.
-Cəmiyyətin fəaliyyətinin yaxşılaşdırılması üzrə təklifləri Cəmiyyət rəhbərliyinin təqdimatına irəli sürmək.
- Müvafiq məsələlər ilə bağlı Cəmiyyətin bütün (ayrı-ayrı) struktur bölmələrinin rəhbərləri ilə qarşılıqlı əlaqələr qurmaq.
- Ona tabe olan işçilərdən fərqlənənlərin həvəsləndirilməsi barədə, istehsal və əmək intizamını pozanlara cərimələrin tətbiq olunması barədə təkliflər irəli sürmək,
- Öz vəzifə borclarının və hüquqlarının icrasında Cəmiyyət rəhbərliyindən kömək göstərilməsini tələb etmək.
- Rəhbərliyə baxılması üçün şöbənin iş metodlarının təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək və müəssisənin digər struktur bölmələrinin fəaliyyəti üzrə qeydlər vermək.
- Öz səlahiyyətinə dair sənədləri imzalamaq, dərkənar qoymaq."
Əmək haqqı 2000 (gross)
İş vaxtı 5 günlük iş rejimi, 09:00-18:00
Digər işlər: İşi ilə bağlı ezamiyyətlərdə ola bilmək
Uyğun namizədlərdən cv-lərini [email protected] mail ünvanına mövzu yerinə “Emal şöbəsinin baş mühəndisi” qeyd edərək göndərmələri xahiş olunur.