VAKANSİYA 1
Norm OJSC
Norm Sement zavodu
Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5300 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.
Hazırda şirkətimizə Önləyici və Dövri Mexaniki Təmir üzrə İnspektor vəzifəsinə namizəd axtarılır.
Tələblər:
• Mexanika mühəndisliyi üzrə ali təhsil
• MS office və SAP proqramlarından istifadə bacarığı:
• Excel programından yüksək səviyyədə istifadə bacarığına sahib olanlara üstünlük verilir
• İnglis dilinin elementar səviyyədə biliyi
• Əlaqədar sahədə 1 il iş təcrübəsi
Tələb olunan kompetensiyalar:
• Müştəriyönümlülük
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
• Bütövlük
• Yenilikçilik
Vəzifə və Öhdəliklər:
• Öhdəsində olan sahələri periodik təftiş planına əsasən təftişləri icra etmək və tələb olunan təmir işlərini müəyyən etmək və SAP sistemində iş bildirişlərinin yaradılması.
• Uyğunsuzluq və təmir nəticələrini ilə əlaqədar hesabatların hazırlanması və təqdim edilməsi.
• Ərazidə yerinə yetirilən təmir və təftiş işlərinin keyfiyyətinə nəzarət və uyğunsuzluqlar barəsinə məlumat vermək.
• Avadanlıqlarda aşınma ölçüm işlərinin yerinə yetirilməsi və hesabatların hazırlanması.
• Şöbələr ilə birlikdə təmirdən sonra avadanlıqları və cihazları test etmək
• Bölgəsinə aid olan ehtiyat hissələrinin anbarda yoxlamaq və ehtiyac ola biləcək sifariş tələbini bildirmək.
• Avadanlıqlarda tənzimləmə işlərinin yerinə yetirilməsi və hesabatların hazırlanması.
• Vəzifəsinə aid olan və görülən spesifik işlər üçün təlimatların hazırlanması və yenilənməsi.
• Zavod qaz təsərrufatında olan avadanlıqlarda periodik olaraq təftiş və təmir işlərinin yerinə yetirilməsi. Təmir və qəza planlarının hazırlanması.
Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected]z ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.
Son Müraciət Tarixi: 21.04.2021
VAKANSİYA 2
Ziraat Bank Azərbaycan ASC
Ziraat Bank Azərbaycan ASC Əməliyyat Departamentinə Klirinq üzrə Kiçik mütəxəssis/Mütəxəssis vəzifəsinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
• Ali iqtisadi təhsil;
• Müvafiq sahədə 2 il iş təcrübəsi;
• Kompüter bilikləri (MS Office, Internet);
• Türk , Rus və İngilis dili bilikləri müsbət qarşılanır.
Əsas vəzifələr:
• Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ aktlarına uyğun qaydada əməliyyatların aparılması və bununla əlaqədar bütün lazımi işlərin yerinə yetirilməsi;
• Günsonu fayllarının (kart hesabları, POS və ATM üzrə əməliyyatlar) prosessinq mərkəzindən qəbulu və bank proqramına tanıdılması/müxabirləşmələrin icra edilməsi və günsonu balansın prosessinq mərkəzinə göndərilməsi;
• “Issuing” və “Ekvayring” əməliyyatları üzrə Bank sponsor, Azərikarddaxili və Azərikardxarici banklarla gündəlik klirinqin aparılması, hesab qalıqlarına nəzarət;
• Pos-terminal müqavilələrinin bankın proqramına tanımlanması və müvafiq sənədləşmənin prosessinq mərkəzinə göndərilməsi;
• ATM İnkassasiya öncəsi və sonrası müvafiq aktların yoxlanılması;
• POS terminalların fəaliyyətinin aylıq monitorinqi;
• Kart əməliyyatları, habelə bankın ATM və POS terminallarında aparılmış əməliyyatlara dair "Etiraz əməliyyatları" və mübahisəli əməliyyatlar üzrə işin aparılması;
• Kart əməliyyatları üzrə limitlərin təyin edilməsində iştirak və tətbiqinin təmin edilməsi;
Göstərilən tələblərə cavab verən namizədlər May ayının 20-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Klirinq” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
VAKANSİYA 3
Ferrum Capital
Motokuryer
Tələblər:
- Şəxsi mopedin və ya motosiklın olması
- Şəhəri yaxşı tanımaq
- İşində ciddi və məsuliyyətli olmaq
Vəzifə öhdəlikləri:
- Şirkətə məxsus sənədlərin aidiyyəti üzrə ünvana çatdırılması və təhvil alınması
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi
İş qrafiki
Bazar ertəsi – Cümə: 10:00 – 19:00
Şənbə: 10:00 – 14:00
Əmək haqqı: 400 AZN
Benzin xərcləri şirkət tərəfindən qarşılanacaq
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Motokuryer” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
VAKANSİYA 4
OBA marketlər şəbəkəsi
Vəzifə: Sayıcı-hesablayıcı
İş yeri: OBA Marketlər şəbəkəsi, baş ofis
Namizədə dair tələblər:
• Yaş : 32 yaşa qədər
• Cins : Kişi
• Təhsil: Ali
• Komputer bilikləri: MS Office
Vəzifə öhdəlikləri:
Marketlərdə olan əsas vəsaitlərin və ticari malların terminallar vasitəsi ilə sayım işinin həyata keçirilməsi.
- İş qrafiki: Dəyişkən (axşam saatları)
- Yanacaq xərcləri qarşılanır (şəxsi avtomobil olduğu halda)
- Ezamiyyətə hazır olmalı
- Nahar ödənişi edilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Sayıcı - hesablayıcı" yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 5
Scandinavian Auto
Servis Qəbulçusu
Öhdəliklər:
• Servisə gələn avtomobilllərin qəbulu, qeydiyyata alınması və müştəriyə təhvil verilməsi, müştərinin tələb və suallarını diqqətlə dinləməli, xidmət ehtiyaclarını müəyyənləşdirmək üçün müvafiq suallar verməli və müştərinin xidmət ehtiyaclarını həll etməklə lazımi xidmət göstərmək
• Servisdə yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək
• Müştərilər və usta heyəti ilə ünsiyyət qurmaq
• Müasir avtomobillərin quruluşu və texniki xidməti barədə bilikləri daim artırmaq
• Xidmət və ehtiyat hissələrinin qiymətini hesablamalı və işlərin tamamlanma vaxtını bildirməli / hesabı təqdim etmək.
• Hər bir tamamlanmış iş kartında yerinə yetirilmə vaxtını, qiymətlərin dəqiqliyini və məlumat aydınlığını yoxlamaq.
Tələblər:
• Ali təhsil (texniki savada malik olan namizədlərə üstünlük veriləcək)
• Avtomobil sahəsində və qəbulçu vəzifəsində əmək stajı mütləqdir
• Azərbaycan dili və Rus dili -əla səviyyədə olmalı
• Kompüterdə sərbəst çalışmağı bacarmalı
• Yaş həddi: 25-45
• Cinsi: kişi
• Sürücülük vəsiqəsi
• İş saatları: 10:00-19:00 (I-VI günlər)
• Əmək haqqı: Müsahibədən asılı olaraq
E-mail: [email protected]
VAKANSİYA 6
Siyazan Broiler
Şirkət: Siyazan Broiler
Vakansiya: Baş mühasib müavini
Vəzifə öhdəlikləri:
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
• Vergi hesabatlarının (Əmlak, Torpaq, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
• 1C, BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək
• Balans, Mənfəət və zərər hesabatlarının hazırlanması
• Rəsmi hesabatların hazırlanması (Statistika;DSMF)
Namizədə tələblər:
• Ali təhsil (mühasibat uçotu, maliyyə)
• Kişi namizədlər
• Yaş: 25-40
• Vergi məcəlləsi, əmək qanunvericiliyi üzrə biliklərə sahib olması
• Vergi və mühasibat uçotunun tam sərbəst şəkildə aparılması bacarığı
• Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi
• Istehsalat sahəsində təcrübəsi olması üstünlükdür
İş şəraiti:
• İş qrafiki: I-V günlər, 09:00 - 18:00, şənbə 09:00 - 14:00
• Əmək haqqı: 1500 – 2000 Azn gross
Maraqlanan namizədlərdən mövzu hissəsində “Baş mühasib müavini” qeyd etməklə CV formasını [email protected] email ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 7
Buxar Mühəndislik
Buxar Mühəndislik şirkəti “Layihələndirmə və təklif” şöbəsinin müdiri vakansiyasına namizəd seçimi üçün təcrübəli namizədləri müsahibəyə dəvət edir.
Namizədə dair tələblər:
- Ali təhsil (texniki / mühəndislik sahəsində);
- Müvafiq sahədə idarəçilik üzrə minimum 5 il iş təcrübəsi;
- Autocad və MS office proqramlarında işləmə bacarığı;
- İş planlama ,təşkil etmə və idarəetmə bacarığı;
- Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyət;
- Ünsiyyətcil və danışıq aparmaq bacarığı;
- Komanda daxilində işləmək bacarığı;
İş barədə məlumat:
- Layihələrin həyata keçirilməsinə birbaşa nəzarət və rəhbərlik;
-Layihələndirmə (soyutma, havalandırma və isitmə mühəndisliyi üzrə);
- Layihənin smetalarının düzgün hazırlanmasına nəzarət və birbaşa rəhbərlik;
- Şirkətin bütün tikinti obyektləri tərəfindən işlərin müvafiq qaydada təsdiq edilmiş qrafiklərə riayət edilməklə yerinə yetirilməsinə - nəzarət etmək, zərurət yarandıqda bilavasitə təmin etmək;
- Yüksək keyfiyyətə nail olmaq üçün effektiv layihə qərarlarının verilməsini, vaxtında və keyfiyyətli yerinə yetirilməsinnə nəzarət;
- Mühəndislərin işinə nəzarət və hesabatlılıq;
- Layihələndirmə ilə bağlı görüşlərə nəzarət və iştirak;
Qeyd:İsitmə, soyutma və havalandırma üzrə mühəndis iş təcrübəsi olan namizədlər müsahibəyə dəvət ediləcəkdir.
CV-ləri Layihələndirmə və təklif şöbəsinin müdiri mövzusu ilə [email protected] ünvanına göndərə bilərsiniz.
VAKANSİYA 8
Arsenal Center Baku
Job title: Marketing Manager
Employer: Arsenal Center Baku
RESPONSIBILITIES:
● Development of marketing strategies and presentation of new ideas in accordance with the activities of the company;
● Researching projects in areas relevant to the company's platform, participating in tenders, attracting large projects;
● Organization and implementation of projects to improve customer service;
● Identification of local and foreign sales channels, as well as preparation and implementation of appropriate strategies and development projects;
● Business understanding and strong analytical thinking skills;
● Development and implementation of active offers that ensure short-term and long-term sales efficiency;
● Identification of marketing communication channels and monitoring of their effectiveness;
● Research of supply and demand and analysis of demand in the market;
● Suggestions for a product development strategy.
● monitoring the activity of competitors.
Requirements:
● Higher education;
● 3 years of experience in the relevant field;
● Azerbaijani - excellent, Russian and English - excellent;
● Ability to work in MS Office programs (MS Excel, MS Powerpoint, MS Word), Outlook;
● High oral and written communication skills;
● Entrepreneurship and creativity, teamwork, presentation, analytical skills, tracking trends in this area;
Interested candidates please send your CV to [email protected] highlighting the position name “Marketing Manager” in the subject line.
VAKANSİYA 9
Oil Supply MMC
Vəzifə öhdəlikləri
• Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunması;
• Hesab-fakturaların hazırlanması, tənzimlənməsi, izlənməsi;
• 1C proqramında işləmə bacarığı: uçotun aparılması, anbar uçotun aparılması və təşkili;
• Gündəlik balansın və dövriyyə məlumatlarının hazırlanmasi;
• E-qaimə fakturaların və VHF yazılması;
• E-portal proqramı ilə işləmək bacarığının olması;
• Satış və debitor borc hesabatın hazırlanması;
• Alış və kreditor borc hesabatının hazırlanması.
• Vergi və DSMF hesabatların hazırlanması.
Namizədə tələblər
• Yaş: 25-40
• Təhsil: Ali (Maliyyə sahəsində olanlara üstünlük verilir)
• İş təcrübəsi: Maliyyə/Mühasibatlıq sahəsində +5 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus və İngilis dili bilmək üstünlükdür
• Kompüter bilikləri: MS Office/Excel, 1C (8.3 versiya) proqramında mükəmməl işləmə bacarığı
İş şərtləri
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş qrafiki həftənin 6 günü;
• İş saatı: Həftə içi 09:00-19:00, şənbə günü 09:30-15:00. Bazar günü istirahət
• Əmək Haqqı – 500-800 AZN
Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] poçt ünvanına, mövzu bölməsində Mühasib yazılmaqla göndərmələri xahiş olunur.
VAKANSİYA 10
Para BOKT
“Para” Bank Olmayan Kredit Təşkilatı namizədlərə Maliyyə şöbəsinə baş mütəxəssis vəzifəsini təklif etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
İş günləri 1-6-cı günlər Bazar İstirahət günü
Əmək haqqı: 1000-1500
Peşəkar tələblər:
o Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
o Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) haqqında anlayış və onların tətbiqi təcrübəsinə malik olması;
o Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyini və AMB-nin normativ xarakterli aktlarını bilməsi;
o Iki illik iş təcrübəsinə təcrübəyə malik olması;
o Təşkilatın əməliyyatlarının bütün aspektləri ilə tanış olması;
o Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti
Vəzifə öhdəlikləri:
• DSMF-na periodik hesabatların hazırlanması və təqdim olunması;
• DSK-nə periodik hesabatların hazırlanması və təqdim olunması;
• DVİ-nə periodik bəyannamələrin hazırlanması və təqdim olunması;
• Təşkilata gələn DSMF, DSK və DVİ tərəfindən sorğularına yazılı cavabların hazırlanması;
• Qanunvericilikdə nəzardə tutulan müddətdə bank əməliyyatlarına dair dövlət vergilərin hesablanması və ödənilməsinə nəzarət edilməsi;
• DSMF və DVİ ilə bankın hesablaşmaların tutuşdurulması işini mütəmadi aparılması;
• DSMF və DVİ tərəfindən periodik yoxlamalar zamanında tələb olunan sənədlərinin təqdim edilməsi;
• Bankın Mərkəzi Apparatında hüquqi şəxslərə və sahibkarlara təzə açılan bank hesablar üçün sənəd komplektlərinin yoxlanılması, hesabların rəsmi olaraq açılma qeydlərin aparılması və bank elektron bazasına daxil etməsi;
• Təşkilatın səhmdarlarına imtiyazlı səhmləri üzrə dividendlərin periodik hesablanması;
• Təşkilatın Mərkəzi Apparatında elektron bazasında gün ərzində yığılmış mühasibat yazılışların daxili qaydalarında nəzardə tutulan limit çərçivəsində təsdiq edilməsi;
• Təşkilatın üzrə elektron bazasında mühasibat uçotu işinin təşkilinə daimi nəzarətin aparılması;
• Ehtiyac olan vaxtda şöbənin müdirinin vəzifələrini icra etmək;
• Şöbəyə aidiyyati üzrə daxil olan məktubların operativ icrasının təmin etmək;
• Şöbə müdirin müxtəlif (birdəfəlik) tapşırıqlarının icra edilməsi;
Məsuliyyətləri :
• Öz işinin nəticə və effektivliyinə;
• Ona həvalə olunmuş vəzifələrin düzgün və vaxtı-vaxtında yerinə yetirilməsinə;
• Təşkilatın iş prosessinə mane olan halları aşkar edib qarşısının almasına;
• Təşkilatın Daxili İntizam Qaydalarına riayət etmək;
Xüsusi bacarıqlar:
• Məsuliyyətli və dəqiq;
• Komanda işini bilən, insanları tanımaq;
• İdarəetmə qabiliyyəti;
• Strateji və analitik qabiliyyət;
• Təşkilatçılıq, ruhlandırma və təşəbbüskarlıq qabiliyyəti.
Maraqlanan şəxslər subject (mövzu bölməsində) “Maliyyə şöbəsinə baş mütəxəssis” başlığı ilə [email protected] [email protected] ünvanına CV ilə müraciət edə bilərlər.
VAKANSİYA 11
Zeytun Pharmaceuticals
Mühasib
Tələblər:
• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
• Mühasibatlıq sahəsində 1 ildən artıq iş təcrübəsi
• Azərbaycan dili; Rus dili arzu olunandır
• Debitor və kreditorlarla hesablaşmalar üzrə biliklər və təcrübə
• Əmək haqqının hesablanması üzrə bilikləri
• Vergi məcəlləsi, Əmək pensiyaları haqqında qanun üzrə biliklər
• MS Office(Excell vacibdir) üzrə sərbəst biliklər
• 1C (8.3) proqramında işəmək bacarığı
İş haqqında:
• 1C proqramın-da mühasibat müxabirləşmələrinin işlənməsi
• Aylıq, rüblük və illik statistika, DSMF , ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunması;
• Vergilər Nazirliyi Onlayn karguzarlıq sistemi ilə iş. Gündəlik VN tərəfindən göndərilmiş məktubların, bildirişlərin müvafiq şöbələr üzrə ayrılması və təqdim olunması;
• Ümumi satışlar üzrə elektron qaimələrin yazılması və 1 C proqramına işlənməsi;
• Alıcılar ilə müqavilələrin hazirlamsı və üzləşmə aktlarının işlənməsi;
İş şəraiti:
• İş yeri: BEGOC Biznes Mərkəzi.
• Həftənin 5 günü : 09:00-dan 18:00-dək.
• Nahar şirkət tərəfindən təmin olunur.
• Karyera yüksəlişi imkanı.
• Tibbi sığorta ilə təmin edilir.
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
VAKANSİYA 12
Komtec LTD
Marketinq Menecer
İş barədə məlumat
1.Şirkətin marketing imicinin yaradılması
2.Marketing fəaliyyəti üçün kreativ kontentin hazırlanması
3.Sosial media kanallarına nəzarət
4.Bütün vasitələrdə şirkətin reklamlarının yerləşdirilməsi
5.Press releaselərin hazırlanması və xəbər saytlarında dərc olunması
6.Media monitorinqin həyata keçirilməsi
7.Dövrlər üzrə rəqib analizlərinin aparılması
8.Şirkətin reklam yerlənin satışı
9.Partnyorlarla birgə və ya kütləvi kampaniyaların həyata keçirilməsi
Namizədə tələblər
- Ali təhsil
- Rus və İngilis dili biliyi
- SMM və Marketing sahəsində təcrübə
- Kreativ, yenilikçi
Əlavə məlumat
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00)
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.
E-mail: [email protected]
VAKANSİYA 13
Intercontinental Hotel Baku
Welcome. Now that you’re part of our family, let’s explain the role you'll play.
What’s the job?
Cost controller primarily responsible is calculating costs of F&B items and the short and long-term planning of the F&B controlling and pricing aspects, periodically to helps to maintain a suitable inventory of food and beverage items for the entire hotel
Your day-to-day
People
• Liaise closely with the Food & Beverage Department on various operational and cost related issues.
• Assists the Director of Finance with month end procedures
Financial
• Prepare the costing for recipes, menus and beverages prepared by the Executive Chef and F&D Manager and suggests the selling price.
• Prepares monthly statements by collecting data; analysing and investigating variances; summarizing data, information, and trends.
• Prepare inventory variation report. To prepare cost controller’s report. To advise all concerned, raise alarms when expenses and costs are high and are not in line with revenues generated.
• Perform test checking on the receiving of goods at the hotel and to see that the procedures are followed correctly.
• Prepare general store issue reports on weekly basis. To perform market surveys once in 6 months, necessary amendments should be made to the standard list of suppliers for food & beverage, in liaison with the Executive Chef, Purchasing Manager and Director of Finance.
Guest Experience
• Help guests - you’ll be happy to help if someone needs assistance with a request or complaint
Responsible Business
• Verify daily outlet void control sheets. To verify outlet open item report to see that correct pricing has been applied and take necessary action in input the recurring items in the POS system.
• Analyse and prepare entertainment, complimentary, employee relation & employee meals cost at month end
• Perform random test counts in the Stores.
• Prepare Daily Flash Report of food costs.
• Minimise waste and reduce slow-moving items
• Other ad-hoc duties – unexpected moments when we have to pull together to get a task done
• randomly test the inventory of outlets by reconciling the opening stock with the closing stock, taking account of store issues and sales.
What we need from you
• Previous experience or current working experience with minimum of 2-3 years experience in a similar environment
• Previous experience cost control function within a hotel environment.
• Computer literate, with good MS Excel skills, Micros, FBM, Material Control
• Computer literate, with good MS Excel skills, Micros, FBM, Material Control
• Must speak English.
We genuinely care about people and we show this through living out our promise of True Hospitality each and every day. It’s what connects every colleague in all hotels.
Each hotel delivers True Hospitality in their own way, and at the heart of it all are specific, core service skills.
• True Attitude: being caring, wanting to make a positive difference, and building genuine connections with guests
• True Confidence: having the knowledge and skills to perform your role, and giving guests the confidence that they can trust you, to help and support them during their stay
• True Listening: focusing on what your guest is saying, picking up on body language that is often overlooked, and understanding what the guest wants and needs
• True Responsiveness: is about providing guests with what they need, and doing so in a timely and caring manner
The statements in this job description are intended to represent the key duties and level of work being performed. They are not intended to be ALL responsibilities or qualifications of the job.
If you are interested in it please send your resume to [email protected] with the subject “Cost Controller”
VAKANSİYA 14
A+Co ASC
“A+CO” ASC şirkəti “İşə qəbul və təlim üzrə mütəxəssis” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Tələblər:
• İnsan Resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə Ali təhsil;
• İşə qəbul və Təlim sahəsində minimum 3 il iş təcrübəsi;
• Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
• Müsahibə və tədqiqatçılıq bacarıqları;
• Səlis Azərbaycan və Rus dili bilikləri, yaxşı səviyyədə İngilis dili bilikləri;
• İrəli səviyyədə MS Office bilikləri;
Vəzifə öhdəlikləri:
• İşəqəbul strategiyasına və Şirkətin işəqəbul siyasətinə əsaslanan effektiv işə qəbulprossesini həyata keçirmək;
• İşəqəbul proseslərini, prosedurlarını və digər müvafiq sənədlərini mütəmadi olaraq yeniləmək;
• Tədqiqat aparmaq və yeni işəqəbul üzrə metodları təqdim etmək;
• İşəqəbul layihələrində təşkilati işin həyata keçirilməsini təmin etmək;
• Yeni işçilərin rəsmi qeydiyyata alınması üçün Kadrlar şöbəsi ilə sıx əməkdaşlıq etmək və sınaq müddətlərinin izləməsini və nəticələrinin hesabatlılığını hazırlamasını təmin etmək;
• Namizədlərin dəyərləndirilməsi üçün ixtisas testləri, İQ, EQ, psixoloji və digər müvafiq testləri hazırlamaq və tətbiq etmək;
• İşəqəbul olan işçilər üçün “Onboarding” təlimləri təşkil və təmin etmək; yeni əməkdaşların adaptasiya dövrünün izlənməsini təmin etmək;
• Xarici vətəndaşların işəqəbul prossesini həyata keçirmək, miqrasiya işlərini təşkil etmək və sənədləşmə prossesinin sonacan izlənməsini və həyata keçirilməsini təmin etmək.
• Təlim və inkişafla bağlı prosedurlar hazırlamaq və təşkil etmək;
• Təlim ehtiyaclarını monitorinq etmək və müəyyənləşdirmək;
• İşçilərin peşəkarlıq səviyyəsinin təlimlər vasitəsilə yüksəldilməsi üçün tədbirlər planı hazırlamaq və tətbiq etmək;
• Müəyyən edilmiş büdcə və illik təlim planına müvafiq olaraq, aylıq təlim fəaliyyətlərini planlaşdırmaq və aparmaq;
• İllik təlim planlarını hazırlamaq və təlim büdcəsinin hazırlasnmasında iştirak etmək;
• Müxtəlif növ təlimlərin, seminarların təşkili, biliklərin tədris olunmasında bilavasitə iştirak etmək;
• Aparılan təlimlərin nəticələrini ölçmək və qiymətləndirmək;
• Rəhbərlik təfərindən təyin olunmuş digər əlaqəli tapşırıqları yerinə yetirmək və daim hesabatlılığı təmin etmək.
İş şəraiti:
• İş yeri: Xırdalan şəhəri
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar və Servis Şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə " İşə qəbul və təlim üzrə mütəxəssis" yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
VAKANSİYA 15
Modenis LLC eManat
Vəzifə adı: Satış şöbəsinin operatoru
Vəzifə öhdəlikləri:
• Tabe olduğu rəhbərliyi tərəfindən verilən tapşırıqların vaxtlı-vaxtında icrasının təşkili və təmin edilməsi.
• Proqram üzərində maddələrin açılması, bağlanması və açıq qalan maddələrə nəzarət olunması
• Daxil olan müraciətlərin araşdırılması, cavablandırılması və təyinatı üzrə yönləndirilməsi
• Terminal sifarişi ilə bağlı daxil olan müraciətlərin cavablandırılması
• Zəruri məlumatların müştərilərə telefon vasitəsilə çatdırılması
Namizədə qoyulan tələblər:
• Ali təhsil;
• Sahə üzrə 1-2 il iş təcrübəsi arzuolunandır;
• Kompüter bilikləri; Ofis proqramları
• Komanda şəklində işləmə bacarığı;
• Xarici dil səviyyəsi: İngilis dili (orta və daha üstün) və Rus dili (yaxşı səviyyədə)
• İşgüzarlıq,operativlik və icra etdiyi işə görə cavabdehlik
• Digər müsbət xarakterli xüsusiyyətlər.(ünsiyyət, səbrli, nəzakətli və.s)
• Səlis və aydın danışıq qabiliyyəti
İş şəraiti:
• Ofis daxili;
• Əmək haqqı 350 AZN (net)
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar təminatının qarşılanması;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.
Maraqlananlardan xahiş olunur öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “Satış şöbəsinin operatoru” yazılmalıdır.