VAKANSİYA 1
166 Express
Anbardar
Son tarix 20 iyl 2025 -
İş şəraiti - 1
- İş saatı 10.00-20.00
- Əmək haqqı 600 manat
- 6 günlük iş rejimi(Temu)
İş şəraiti - 2
- İş saatı 12.00-21.00
- Əmək haqqı 550 manat
- 6 günlük iş rejimi
İş şəraiti - 3
- İş saatı 21.00-06.00
- Əmək haqqı 600 manat
- 6 günlük iş rejimi
Ünvan: Bakı, Nərimanov rayonu, Volodarski küçəsi 11
Əlaqə nömrəsi: 0552023166
VAKANSİYA 2
A+CO ASC
Anbardar (Xaçmaz rayonu üzrə)
Son tarix 20 iyl 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Anbar üzrə mövcud mal-materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
- Qaimələr əsasında anbara daxil olan malları yoxlanılmaq;
- Anbarın səmərəliliyin artırılması və sifarişlərin icrasını sürətləndirməyə dair işlər aparmaq;
- Mal-materialların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təmin etmək;
- Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil etmək.
Tələblər:
- Təhsil: Orta ixtisas və ya Ali;
- Anbar sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
- Planlaşdırma, təhlil və idarəetmə bacarığı;
- Analitik düşünmə, tez qərar qəbul etmək bacarığı;
- Komanda ilə işləmək bacarığı, tələbkarlıq, məsuliyyətlilik;
- Dil bilikləri: Azərbaycan dili;
- Kompüter bilikləri (əsasən MS Office) yaxşı səviyyədə olmalı.
İş şəraiti:
- İş yeri: Xaçmaz rayonu;
- 5/7 iş qrafiki;
- Əmək haqqı 650 Azn
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Anbardar (Xaçmaz )” yazaraq Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərilməsi və ya +994502508280 nömrəsi ilə saxlamaları xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
VAKANSİYA 3
VS Avto Servis MMC
Ofis meneceri
Son tarix 20 iyl 2025 - Müraciət et
İş şəraiti
- İş qrafiki - 5 gün/09:00-18:00/ Şənbə günü qısa iş günü
- İstirahət günü - Bazar günü
- Əmək haqqı - 600 Azn (başlanğıc)
- Rəsmi qeydiyyat.
- Nahar şirkət tərəfindən təmin olunur.
Namizədə tələblər:
- Cins - Qadın
- Yaş həddi: 20-35
- İş təcrübəsi: 6ay
- Dil bilikləri - arzu olunandır
- Kompüter bilikləri: MS Office Excel
- Diqqətli, dəqiq, səliqəli görünüşlü və öyrənməyə meyilli olmalıdır.
İş ünvanı: Aşağı Güzdək qəsəbəsi, Mübariz İbrahimov küçəsi,ev 1;
Əlaqə nömrəsi: +994502771888
VAKANSİYA 4
Azera Holding
1C konsultant- analitik
Son tarix 20 iyl 2025 - [email protected]
İş haqqında məlumat;
- Müştəri tələblərinin toplanması və sistemə uyğun analiz edilməsi;
- 1C proqram təminatının tətbiqi, tənzimlənməsi və dəstəklənməsi;
- Yeni funksionallıqların hazırlanması üzrə texniki tapşırıqların yazılması;
- Test ssenarilərinin hazırlanması və tətbiqin yoxlanılması;
- İstifadəçilərə texniki dəstək və təlimlərin keçirilməsi.
Namizədə tələblər;
- Ali təhsil (İqtisadiyyat, İT və ya əlaqədar sahə üzrə arzuolunandır)
- Azərbaycan dili və rus dili səlis, ingilis dili üstünlükdür.
- 1C:Enterprise platforması üzrə minimum 1 il iş təcrübəsi
- Mühasibat və ya ERP sistemləri üzrə biliklər (1C: Mühasibat, 1C:ERP və s.)
- Analitik düşüncə və sistemli yanaşma bacarığı
- SQL və ya digər verilənlər bazası ilə işləmə bacarığı üstünlükdür
- Komandada işləmək bacarığı və təşəbbüskarlıq
İş şərtləri;
- ƏM-nə uyğun rəsmiləşdirilmə
- 5 günlük iş qrafiki
- Əmək haqqı: Razılaşdırılma əsasında
- İş yeri: Bakı şəhəri, N.Nərimanov rayon, Ələsgər Qayıbov 1222
Müraciət üçün: CV-nizi “1C Konsultant-Analitik” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur .
VAKANSİYA 5
AZSERVİS MMC
Təchizat üzrə kiçik mütəxəssis
Son tarix 25 iyn 2025 - [email protected]
Təhsil:
- Orta ixtisas və ya ali təhsil (iqtisadiyyat, logistika, menecment və ya əlaqəli sahələr üstünlükdür).
İş təcrübəsi:
- Təchizat, satınalma və ya anbar sahəsində ən azı 1 il iş təcrübəsi üstünlükdür.
- Yeni məzunlara da bəzi hallarda şans verilə bilər.
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst.
- Rus dili- sərbəst
- İngilis dili – minimum preintermediate (xüsusilə idxal və ya xarici tərəfdaşlarla işləyən şirkətlərdə).
Kompüter bilikləri:
- MS Office proqramları (xüsusilə Excel) üzrə yaxşı biliklər.
- ERP sistemləri ilə işləmə bacarığı (SAP, 1C, Oracle və s.) – arzuolunandır.
Peşəkar bacarıqlar:
- Yaxşı təşkilatçılıq və planlaşdırma bacarığı.
- Diqqətli və məsuliyyətli olmaq.
- Analitik düşüncə və hesabat hazırlama bacarığı.
- Komandada işləmə qabiliyyəti.
- Danışıqlar aparmaq və təchizatçılarla ünsiyyət qurmaq bacarığı.
Vəzifə öhdəlikləri (nümunə):
- Müvafiq sənədlərin hazırlanması (hesab-fakturalar, sifariş formaları və s.).
- Təchizatçılarla əlaqə saxlayaraq çatdırılma vaxtlarını koordinasiya etmək.
Əməkhaqqı- 1000 AZN
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 6
PASHA Property
Baş hüquqşünas
Son tarix 20 iyl 2025 - Müraciət et
Təsvir
PAŞA Property Management Baş hüquqşünas vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
- Şirkətin fəaliyyəti ilə əlaqədar standart şərtli müqavilələri və digər müxtəlif növ müqavilələri, sazişləri və sair oxşar sənədləri hazırlamaq;
- Bütün növ müqavilələrin, sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, onların Şirkətin mənafeyi və qanunvericiliyin tələblərinə uyğunluğu barədə hüquqi rəylər vermək;
- Hüquq və komplayens fəaliyyət istiqamətləri üzrə hüquqi məsələlərə dair hüquqi araşdırma aparmaq və hüquqi rəylər hazırlamaq;
- Şirkətin fəaliyyəti, o cümlədən korporativ hüquqi məsələlər üzrə sənədlərin layihələrini hazırlamaq, bütün zəruri işləri görmək;
- Şirkətin fəaliyyətinə dair struktur bölmələrdən daxil olan hüquqi araşdırma tələb edən sorğularla bağlı hüquqi rəylər vermək;
- Şirkətin məhkəmə, arbitraj və inzibati orqanlarda təmsil etmək və müvafiq sənədləri hazırlamaq;
- İcra sənədlərinin ekspertizası, icrası və aidiyyəti struktur bölmələrlə koordinasiyasını həyata keçirmək;
- Hüquq-mühafizə və digər dövlət orqanları ilə qarşılıqlı hüquqi fəaliyyəti təşkil etmək;
- Şirkətin layihələrinin hüquqi baxımdan qiymətləndirilməsi və hüquqi müşayiəti;
- Rəsmi sorğu və şikayətləri hüquqi baxımdan qiymətləndirmək və cavablandırmaq;
- Şirkətdaxili normativ sənədlərin hazırlanması, ekspertizası və tətbiqinə nəzarət etmək
Tələblər
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
- Hüquq sahəsində minimum 2 il peşəkar iş təcrübəsi;
- Azərbaycan dilində mükəmməl, rus və ingilis dillərində isə ən azı orta səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Yüksək məsuliyyət hissi, təşkilatçılıq qabiliyyəti, analitik düşüncə və effektiv qərarvermə bacarığı;
- Güclü ünsiyyət və komandada işləmək bacarığı;
- Azərbaycan Respublikası qanunvericiliyini, xüsusilə mülki, mülki-prosessual, əmək, mənzil və daşınmaz əmlak sahəsində normativ hüquqi aktları bilmək;
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı (Word, Excel, PowerPoint və s.).
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.
VAKANSİYA 7
Ləzzət Qida Sənaye
Regionlar üzrə ərazi inkişaf meneceri
Son tarix 20 iyl 2025 [email protected]
Namizədə tələblər:
- İş təcrübəsi 3 ildən 5 ilə qədər, ali təhsilli.
- Əla səviyyədə azərbaycan dili bilikləri;
- Satış sahəsində bilik və bacarıqların yüksək səviyyədə olması;
- İdarəetmə bacarığı və müvəffəqiyyətli şəxsi satış təcrübəsi;
- Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq;
- Yüksək liderlik və danışıq qabiliyyətinin olması;
- Yaş həddi 25-45 yaş arası;
- Şəxsi avtomobili olanlara üstünlük verilir.
Əsas vəzifə öhdəlikləri:
- Satış planları və hədəflərinə nail olmaq üçün satış təmsilçilərinin idarə edilməsi;
- Müştəriləri cəlb etmək üçün kommersiya təkliflərinin hazırlanması. Müştəri bazasının inkişafı və yeni məhsulların təbliği;
- Bölmə və əsas müştərilər tərəfindən satış planlaşdırılması, əsas müştərilərlə ticarət danışıqlarının aparılması;
- Qiymət siyasətinin formalaşdırılması, satışın təhlili və sənədlərin idarə edilməsi. Həftəlik və aylıq satış hesabatlarının hazırlanması;
- Müştəri debitor borclarının idarə edilməsi;
- Distribütorların və satış nöqtələrinin ziyarət edilməsi
- Regionlarda yaşayan namizədlərə üstünlük veriləcəkdir
- Mütəmadi olaraq ezam olunacaq
İş şəraiti:
- Ünvan: Babək pr, Əlişir Nəvai 17
- İş qrafiki - həftədə 5 günlük iş rejimi
- Əmək haqqı - 1000 azn +( aylıq bonus)
Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə və ya 010-228-00-21 nömrəsi ilə əlaqə saxlaya bilər..
VAKANSİYA 8
ROOF Academic Training
Level Ofis üzrə Koordinator
Son tarix 20 iyl 2025 - Müraciət et
Vəzifə Öhdəlikləri
- Gələn zənglərə və mesajlara vaxtında və düzgün cavab vermək
- Tədris qruplarını formalaşdırmaq və tədris prosesini təşkil etmək
- İmtahan tarixlərini planlaşdırıb nəticələri tələbələrə bildirmək
- Dərs cədvəllərini və tədris otaqlarını səmərəli şəkildə planlamaq
- Tədris müqavilələrini hazırlamaq və tələbələrə təqdim etmək
- Növbəti səviyyəyə keçən tələbələrin məlumatlarını sistemə daxil etmək
- Sertifikatların hazırlanmasını və çap olunub tələbələrə təqdim edilməsini təşkil etmək
- Müxtəlif şöbələrlə koordinasiyalı işləmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək
Tələblər
- Ali təhsil
- İnzibatçılıq və ya oxşar sahədə minimum 1 illik iş təcrübəsi
- MS Office üzərində bacarıq
- Aydın və səlis yazılı və şifahi ünsiyyət bacarığı
- Təşkilatçılıq, vaxt idarəetməsi, çoxlu işi effektiv şəkildə həyata keçirmə qabiliyyəti
- İngilis dili ən az A2 səviyyə,azərbaycan dilini yüksək səviyyədə bilmək
İş Şərtləri
- Əmək haqqı: Namizədin təcrübə və bacarıqlarına əsasən müsahibə əsasında müəyyən edilməkdədir
- İş qrafiki: Tam-ştat, həftədə 6 gün (şənbə – qısa iş günü).
Maraqlanan namizədlərdən Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciətlərini tamamlamaqları xahiş olunur. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 9
AZ Abrau
Менеджер для канала HoReCa
Son tarix 20 iyl 2025 - [email protected]
Должностные обязанности:
- Проведение презентаций;
- Анализ потребностей целевой аудитории;
- Умение убеждать, объяснять, доносить до потребителя конкретную информацию;
- Умение работать в коллективе, выстраивать коммуникации;
Требования к кандидату:
- Высшее образование (экономическое);
- Стаж работы по указанной вакансии не менее 1 года;
- Умение работать с командой (уверенность, креативность, общительность);
- Владение русским и азербайджанским языками (английский желательно);
- Возраст: 23-35 лет;
- Желательно наличие собственного автомобиля;
- Готовность к командировкам;
Условия работы:
- Оформление согласно Трудовому Кодексу Азербайджанской Республики;
- График работы: с 09:00 до 18:00 (5-дневный режим);
- Местоположение: г.Баку;
- Заработная плата: 1000 azn + 500 azn (NET) bonus;
Кандидатов, соответствующих вышеуказанным требованиям, просим присылать свои резюме по электронному адресу в кнопке Откликнуться с указанием в теме письма «Менеджер для канала HoReCa».
VAKANSİYA 10
Bank Respublika ASC
İnsan Resursları Departamenti, Təlim və İnkişaf şöbəsinə kiçik mütəxəssis/ mütəxəssis/ analitik
Son tarix 20 iyl 2025 - https://jobs.glorri.az/vacancies/bankrespublika/bankrespublika-insan-resurslari-departamenti-telim-ve-inkisaf-sobesine-kicik-mutexes-72112?source=JobSearch
Təsvir
- Təlim ehtiyaclarının müəyyənləşdirilməsi;
- Təlim ilə bağlı bütün hesabatların və təhlilin aparılması;
- Təlim üzrə məlumatları toplamaq, təhlil etmək və vizuallaşdırmaq;
- Bankdaxili və xarici təlimlərin təşkil olunması;
- Təlim ilə bağlı layihələrdə iştirak və kordinasiyası;
- Təlim effektivliyinin qiymətləndirilməsi;
- Təlim şirkətləri ilə əməkdaşlığın həyata keçirilməsi;
- Rəhbərlik tərəfindən sahə üzrə verilən digər tapşırıqların icrası.
Tələblər
- Ali təhsil (İnsan resursları, idarəetmə, psixologiya sahələri üzrə arzuolunandır);
- Sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dili əla, İngilis və Rus dilləri yaxşı səviyyədə mütləqdir;
- Power BI ilə işləmə bacarığı (dashboard hazırlığı, DAX, Power Query);
- SQL bilikləri və məlumat bazaları ilə işləmə bacarığı;
- Məlumatların təhlili və vizual təqdimatı sahəsində analitik düşüncə qabiliyyəti;
- Excel üzrə yüksək səviyyədə bilik (pivot table, power pivot və s.);
- Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
- Təhlil etmək, yazılı məlumat və hesabat vermək bacarıqları.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
- Vəzifə dərəcəsi Tərəfdaş
- Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.
VAKANSİYA 11
PJA restoranlar şəbəkəsi
Layihəçi köməkçisi
Son tarix 20 iyl 2025 - [email protected]
Tələblər:
- Memarlıq, dizayn və ya oxşar sahə üzrə ali və ya orta ixtisas təhsili;
- AutoCAD və 3D Max proqramlarında peşəkar səviyyədə işləmək bacarığı;
- Adobe Photoshop, Illustrator və digər grafik dizayn proqramlarında təcrübə;
- Google Workspace alətləri ilə sərbəst işləmək bacarığı;
- Layihələndirmə sahəsində minimum 2 il iş təcrübəsi;
- Restoran və iaşə obyektlərinin layihələndirilməsi üzrə təcrübə üstünlükdür;
- Məsuliyyətli, diqqətli və çevik olmaq;
- Tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək bacarığı.
Vəzifə Öhdəlikləri:
- Rəhbər layihəçinin nəzarəti altında restoran və digər iaşə obyektlərinin dizayn və layihələndirilməsində iştirak;
- AutoCAD və 3D Max proqramlarında planların, çertyojların və vizualizasiyaların hazırlanması;
- Mövcud dizayn və planlara uyğun düzəlişlərin və yeni təkliflərin hazırlanması;
- Grafik dizayn alətləri ilə (Adobe Photoshop, Illustrator və s.) işləyərək təqdimat materiallarının və vizual kontentin hazırlanması;
- Google Workspace alətləri (Docs, Sheets, Slides və s.) ilə hesabatların, təqdimatların və layihə sənədlərinin hazırlanması;
- Tapşırıqların vaxtında və dəqiqliklə yerinə yetirilməsi;
- Texniki və memarlıq sənədlərlə işləmə bacarığı;
- Layihələndirmə prosesində çevik və səmərəli əməkdaşlıq.
İş Şərtləri
- İş qrafiki: 5/2, saat 10:00-19:00;
- Rəsmi əmək müqaviləsi ilə işə qəbul;
- Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq;
- Peşəkar inkişaf və dizayn layihələrində iştirak imkanı;
- Rahat və yaradıcı iş mühiti.
- Əmək haqqı: 800-1200 azn
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Layihəçi köməkçisi” mövzusu altında Müraciət et düyməsində qeyd olunan elekton ünvanına göndərə bilərlər.
VAKANSİYA 12
AzerGold CJSC
Sektor müdiri / İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi / Mətbuatla iş sektoru
Son tarix 20 iyl 2025 - Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- İctimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması, tənzimlənməsi, təkmilləşdirilməsi, rəsmi internet səhifəsi, sosial media hesabları və video-hostinqlərdəki kanallar vasitəsilə ictimaiyyətin məlumatlandırılması, nəticələrə dair təhlillərin aparılmasının təmin edilməsi istiqamətində fəaliyyəti təşkil etmək;
- Cəmiyyətin ictimaiyyətlə və KİV-lə əlaqələr sahəsində strateji və cari planlarını hazırlanmasında və həyata keçirilməsini təmin edilməsində iştirak etmək;
- Cəmiyyətin fəaliyyətinin məqsədi, istiqamətləri və nəticələri, müvafiq sahədəki yeniliklər barədə ictimaiyyətə planlaşdırılmış qaydada mütəmadi olaraq KİV, Cəmiyyətin rəsmi internet səhifəsi, sosial şəbəkələrdəki səhifələr və digər vasitələrlə məlumat verilməsini təşkil etmək;
- Aidiyyəti qanunvericilik aktlarının, Cəmiyyətin fəaliyyəti ilə bağlı zəruri yeniliklərin Cəmiyyətin rəsmi internet səhifəsində yerləşdirilməsini, Cəmiyyətin rəsmi internet səhifəsinin, sosial şəbəkələrdəki səhifələrinin idarə edilməsini və təkmilləşdirilməsini təmin etmək, səhifələrdəki məlumatların aktuallığını nəzarətdə saxlamaq;
- KİV və digər vasitələrlə Cəmiyyətin fəaliyyət istiqamətlərinə aid aktual mövzularla bağlı Cəmiyyətin rəsmi mövqeyini ictimaiyyətə çatdırılmasının təmin edilməsində iştirak etmək;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə informasiya sorğularını müvafiq qaydada cavablandırılmasını, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar informasiya sahəsində təhrif hallarının aradan qaldırılması üçün tədbirlər görülməsini, KİV tərəfindən daxil olan məktub, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil etmək;
- Cəmiyyətin mətbuat orqanların çap və elektron nəşrlərinə abunə yazılması işini təşkil etmək;
- Cəmiyyətin fəaliyyətinə dair məsələlər üzrə press-relizlər, Cəmiyyət adından rəsmi bəyanatlar, məlumat bülletenləri, İdarə Heyətinin sədrinin və digər rəhbər vəzifəli şəxslərinin KİV-də çıxışlarının, məqalələrinin, müsahibələrinin hazırlanmasını təmin edilməsində iştirak etmək;
- Cəmiyyətin İdarə Heyətinin sədrinin və Cəmiyyətin digər rəhbər vəzifəli şəxslərinin rəsmi və işgüzar xarakterli səfər və görüşlərinin, keçirilən tədbirlərin informasiya təminatını təşkil etmək;
- Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə, həmçinin ölkə miqyasında əlamətdar olan müxtəlif tarixlərlə bağlı müvafiq struktur bölmələri ilə birgə tədbirlərin təşkilində iştirak etmək;
- Cəmiyyət tərəfindən keçirilən tədbirlərdə KİV nümayəndələrinin iştirakını təşkil etmək;
- Müvafiq struktur bölmələri ilə birlikdə Cəmiyyətin İdarə Heyətinin sədrinin və Cəmiyyətin digər rəhbər vəzifəli şəxslərinin mətbuat konfranslarını və brifinqlərini təşkil etmək;
- Cəmiyyətin fəaliyyətinə dair video və foto çəkilişlərinin həyata keçirilməsini təmin etmək, multimedia materiallarının arxivini təşkil etmək;
- Sektorun iş planlarını tərtib etmək və onun icrasına nəzarət etmək;
- Sektor üzrə müzakirə edilməli məsələləri müəyyən etmək və bu barədə təklifləri şöbə müdirinə təqdim etmək, tapşırıqların sektor tərəfindən vaxtında və lazımi səviyyədə icrasını təmin etmək;
- Ezamiyyətlərə açıq biri olmalı.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili yaxşı, Rus dili yaxşı;
- Microsoft Office proqramları, SAP proqramında işləmə bacarıqları;
- Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Nizam-intizam, Təşəbbüskarlıq, Stresə davamlı, Problem həlletmə bacarıqları;
- İctimaiyyətlə əlaqələr sahəsində müvafiq sertifikatların olması arzuolunandır;
- İşgüzar yazışma qaydalarını bilməlidir.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali (Bakalavr: Jurnalistika sahəsində təhsil arzuolunandır);
- Müvafiq sahə üzrə minimum 5 il iş, idarəetmə təcrübəsi 3 il;
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
VAKANSİYA 13
Mazarina Trade Company
Maliyyə üzrə aparıcı mütəxəssis
Son tarix 20 iyl 2025 - [email protected]
Tələblər:
- Ali təhsil
- Maliyyə üzrə 3 illik iş təcrübəsi
- Microsoft office – yüksək səviyyədə excel bilikləri, F3, F7 biliklərinin olması
- Analitik təhlil,strateji düşünmə,statistik və riyazi biliklər
- Maliyyə hesabatları ilə işləmə bacarığı
- Rus və İngilis dilləri üzrə biliklər arzuolunandır.
- Təzyiq altında işləmə bacarığı
- Müstəqil qərar vermə bacarığı
- Təyin olunmuş son tarixlərlə işləmə bacarığı
- Yaş: 26-32
Vəzifə öhdəliklər:
- Strateji hədəflər və büdcənin hazırlanması
- Maliyyə nəzarətinin həyata keçirilməsi,təhlili
- Maliyyə hesabatlarının hazırlanması
- Xərc və gəlirlərin düzgün uçotunun aparılmasına nəzarət
- Hesabatların prezentasiyasını təşkil etmək
İş şəraiti:
- Maaş: 1200-1400 AZN (Namizədin bilik və bacarıqlarına əsasən dəyişilə bilər)
- İş vaxtı: 09:00–dan 18:00 dək;
- İstirahət günləri: Şənbə və Bazar;
- 6 aydan sonra könüllü tibbi sığorta ilə təmin olunma imkanı
Ünvan:
- Ələsgər Qayıbov 12/22 (Azera Holdinq)
- Yaxınlıqda yerləşən obyektlər: Rich Hotel ,Caspian Bussines Hotel, EuroHome Tikinti materialları bazarı və CONNECT.
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “Maliyyə üzrə aparıcı mütəxəssis”qeyd edərək göndərə bilərsiniz.