VAKANSİYA 1
Unimac
Maliyyə mütəxəssisi
Son tarix 15 okt 2025 - [email protected]
İş barədə məlumat:
- Struktur bölmə: Maliyyə Departamenti
- Əmək haqqı: 500 AZN (başlanğıc)
- İş rejimi: 5 günlük iş qrafiki
- İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- Satış qaimələrinin daxili bazaya qeydiyyata alınması;
- Daxili və xarici bazar alışlarının daxili bazaya işlənməsi;
- Bank əməliyyatlarının daxılı bazaya qeydiyyata alınması;
- Depozit hesab əməliyyatlarının daxili bazaya qeydiyyatı;
- Bank qalıqlarının yoxlanılması
- Satış qaimələrinin ƏDV depozit hesabına köçürülməsi;
- Vergi üzrə əməliyyatların daxılı bazada əks olunması;
- Debitor və Kreditorların portal ilə uyğunluğunun yoxlanılması;
- Gömrük sənədlərinin və xərclərinin portal ilə düzgünlüyünün və baza ilə uyğunluğunun yoxlanılması;
- Müqavilələrinin(rəsmi qaimə,qiymət razılaşma) hazırlanması;
- Təhvil-təslim,qiymət razılaşma,hesab-fakturaların hazırlanması;
- Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirmək
Vəzifə tələbləri:
- Təhsili/ixtisası: Ali təhsil
- İş təcrübəsi: 2 il
- Dil bilikləri: Azərbaycan dili - əla;
- Kompüter bilikləri: MS Ofis
Vakansiya üçün müraciət qaydası: CV-lərini mövzü yerində maliyyə mütəxəssisi yazmaqla Müraciət Et düyməsində göstərilən elektron poçtuna göndərə bilərsiniz.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 2
Azbadam MMC
Avtomatika üzrə mütəxəssis
Son tarix 15 okt 2025 - Müraciət et
Təsvir
- Gündəlik avtomatika, nəzarət ölçü cihazları və elektronika avadanlıqlarına nəzarət etmək.
- Elektron avadanlıqları, mühərriklər, sensorlar, PLC, elektrik panelləri, və s. quraşdırmaq və baş vermiş nasazlıqların aradan qaldırılması.
- İnvertorların konfiqurasiya edilməsi, parametrlərinin dəyişdirilməsi və backup edilməsini təmin etmək və ya digər tip invertorlarla əvəz etmək.
- PLC giriş və çıxışlarına yeni modulların əlavə edilməsi programda dəyişiklik edilməsi və backup olunması.
- SCADA və HMI sistemlərinə nəzarət, proqramda dəyişikliklər etmək, yaranmış problemlərin həll edilməsi və backup olunması.
- P&ID sxemləri, elektrik SLD və digər sxematik diaqramlara uyğun avadanlıqların quraşdırılması, elektrik panellərin yığılması və tələbə uyğun digər işlərinin aparılması.
- Gərginlik, xəbərləşmə və ethernet üzrə kabelləşmə işlərinin aparılması.
- Tərəzi sistemlərinə nəzarət, hesabatların aparılması və baş vermiş nasazlıqların həll edilməsi.
- Tərəzi SCADA sisteminin backup edilməsi və load cell-lərin kalibrasiya edilməsi.
- Yanğın siqnalizasiya sistemi, havalandırma sistemləri, kompressor avadanlığı, qazanxana və nasosxana elektron avadanlıqlara nəzarət və texniki qulluq.
- İstehsalat və yan təsislərdə yerləşən avadanlıqlara periodik texniki xidmət, planlı və plansız təmir işlərinin aparılması.
- Generator və transformator məntəqəsində zəyif axın avtomatika işləri və 0.4kV-luq paylayıcı hissələrində baş vermiş problemlərin həlli.
- Avadanlıqlar üzrə vacib ehtiyyat hissələrinin mövcudluğunun yoxlanılması və ERP üzrə sifarişlərin yazılması.
- Elektrik və operatorların işlərinə daimi nəzarət.
- İstehsalat şöbə rəhbərinin verdiyi tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahədə ən az 3 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst şifahi və yazılı ünsiyyət qurma bacarığı;
- Yüksək səviyyədə ünsiyyət qurma və problemləri həll etmək bacarığı;
Komanda ilə işləmək bacarığı;
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Şirkət tərəfindən qidalanma ilə təmin edilir;
- Şirkət tərəfindən tibbi sığorta paketi ilə təmin edilir;
- Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təklif edilir;
- Şirkət tərəfindən nəqliyyat xidməti ilə təmin edilir;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
VAKANSİYA 3
Nut Garden MMC
Baş Mühasib köməkçisi
Son tarix 15 okt 2025 - [email protected]
Vəzifə Öhdəlikləri:
- Mühasibat uçotunun 1C proqramında aparılması;
- Bank və ƏDV depozit hesabında müvafiq əməliyyatının həyata keçirilməsi;
- Müqavilələrin, elektron qaimələrin və hesab fakturaların tərtib olunması;
- Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının təhvil təslim aktların tərtibi;
- Debitor – kreditorlarla hesablaşmaların aparılması;
- Aylıq ödənişlərin işlənməsi, uyğunsuzluqların araşdırılması;
- Kassa əməliyyatlarının aparılması, mədaxil, məxaric orderlərinin yazılması;
Tələblər:
- Xanım namizəd tələb olunur.
- Maliyyə mühasibatlıq üzrə ali təhsil.
- Mühasibat uçotunun və kargüzarlığının aparılması haqqında bilik.
- Orta səviyyədə MS Excel proqramında işləmə bacarığı.
- 1C 8.3 proqramında işləməyi bacarmalı.
İş şəraiti:
- Əmək haqqı: 600-800 AZN
- İş təcrübəsi: 1 il
- İş qrafiki: 5 günlük iş həftəsi, 09:00-17:30
- Korporativ mobil nömrə
- Nahar şirkət tərəfindən verilir
- Ünvan: Qaradağ rayon, "AQROTERMİNAL" Ərzaq və Meyvə topdan satış mərkəzi
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 4
Mpay MMC
Biznes analitika üzrə qrup rəhbəri
Son tarix 15 okt 2025 - Müraciət e
Vəzifə öhdəlikləri:
- Bazar imkanlarının və sektor trendlərinin təhlil edilməsi, yeni məhsul və xidmətlər üçün fürsətlərin müəyyən olunması.
- Şirkətin satış, müştəri davranışı, gəlirlilik və əməliyyat göstəricilərinə dair analitik hesabatların hazırlanması.
- Gündəlik, aylıq və illik dashboard və analitik alətlərin hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Biznes proseslərinin mövcud vəziyyətinin təhlili və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi
- Proqnoz modellərinin qurulması və müxtəlif ssenarilər üzrə analizlərin aparılması.
- Müxtəlif layihələr çərçivəsində məlumat təhlili və qərar dəstəkləyici sənədlərin hazırlanması.
- Komanda üzvlərinin tapşırıqlarının bölüşdürülməsi, fəaliyyətlərinin izlənilməsi və peşəkar inkişaflarının dəstəklənməsi.
- Analitik alətlərin (Power BI, SQL, Excel və s.) tətbiqi və inkişafı üzrə təşəbbüslərin irəli sürülməsi.
- İcra rəhbərliyinə və digər struktur rəhbərlərinə vaxtında, düzgün və biznesə dəyər qatan məlumatların ötürülməsi.
Tələblər:
- Minimum 3-5 il iş təcrübəsi
- ingilis dilini biliyi üstünlükdür
- Analitik düşünmə bacarığı
- Ofis proqramları, Power BI, SQL və Tableau ilə işləmək
- Yüksək ünsiyyət və təqdimat bacarıqları
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, Müraciət et düyməsində qeyd olunan linkə daxil olub, CV-nizi yönləndirəsiniz.
VAKANSİYA 5
Force Trade
Satınalma üzrə kiçik mütəxəssis
Son tarix 15 okt 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Düzgün və dəqiq qiymət araşdırmalarının aparılması;
- Daxil olan sorğulara operativ şəkildə cavab verilməsi;
- Təsdiqlənmiş sifarişlərin təhvil müddətinin dəqiqləşdirilməsi;
- Sifarişin təhvil tarixinə qədər bütün proseslərin izlənilməsi və nəzarətdə saxlanılması;
- Görülən işlər və nəticələrlə bağlı rəhbərliyə düzgün və aydın hesabat hazırlanması.
Tələblər:
- Təcrübə mütləqdir;
- Orta ixtisas və ya ali təhsil;
İş şəraiti:
- İş yeri: ASK Arena (Ulduz metrosunun yanı);
- İş saatı: 09:00–18:00;
- Əmək haqqı: 500 AZN.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 6
Azərşəkər LLC
Satınalmalar üzrə mütəxəssis
Son tarix 15 okt 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Təchizatçılar ilə əlaqələrin qurulması;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
- Satınalma müqavilələri haqqında məlumatlı olmalı;
- Xarici bazar qiymətlərinin müqayisəli təhlili bacarığı;
- Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq;
- Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək;
- Satınalma müqavilələrini aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq;
- Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq;
- Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək.
Vəzifə tələbləri:
- Maliyyə, iqtisadiyyat və ya təchizat zəncirləri sahəsi üzrə ali ixtisas təhsili;
- Qeyd olunan vəzifə üzrə 1 ildən az olmayaraq iş təcrübəsi;
- CİPS biliyi üstünlükdür
- Microsoft Ofis proqramlarında sərbəst işləmə bacarığıı;
- Təchizatçıların idarəedilməsi üzrə proqram təminatı sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir;
- Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsində biliklər;
- Təchizatçıların axtarışı və idarəedilməsi üsulları ilə tanışlıq;
- Mükəmməl ünsiyyət və danışıq bacarıqları.İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir;
- Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
- Azərbaycan və İngilis dili səlis (Rus dili bilikləri arzuolunandır)
Əlavə məlumat:
- Struktur: Satınalmalar departamenti
- Bilavasitə tabe olduğu şəxs: Departament rəhbəri
- İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Satınalmalar üzrə mütəxəssis) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
VAKANSİYA 7
BOA Agency
Borcların ilkin təqibi üzrə kiçik mütəxəssis
Son tarix 15 okt 2025 - [email protected]
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.
Vəzifə öhdəlikləri:
- Problemli kreditlərin sağlamlaşdırılması və borcların qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- İcraatında olan kredit portfellərinə nəzarət edilməsi;
- Gecikmə gününə müvafiq olaraq borclulara telefon zənglərinin olunması, gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması;
- Borclular tərəfindən olunan ödənişlərin hesabatının verilməsi;
- Vaxtı ötmüş borclarla işin effektiv şəkildə aparılması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması;
- Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi.
Vakant vəzifə üzrə tələblər:
- Yaş həddi: 21-30
- Ali təhsil
- Universiteti bitirmiş və yaxud müvafiq vəzifə üzrə 1 ilədək iş təcrübəsi;
- Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır.
- Yüksək dərəcədə ünsiyyət və komanda ilə işləmək bacarıqları;
- Müştərilərlə davranış etikası.
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Bank və yaxud qeyri bank sahəsində, kredit, call center sahəsində müştərilərlə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.
İş şəraiti:
- Əmək haqqı – 400 azn (+1000 manata qədər və daha çox bonus imkanı və loyallıq proqramına əsasən mükafat)
- İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- Şənbə və bazar istirahət;
- Nahar fasiləsi: 13:00 – 14:00;
Sizə nə təklif edirik?
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
- Əmək haqqına mükafat və əlavə bonuslar;
- İş ilinin tamamında vəzifə və əmək haqqı artımı;
- Korporativ nömrəylə təmin edilmə;
- Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
- Karyera və inkişaf perspektivləri;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı.
Maraqlanan şəxslər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.
Ünvan: Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D; (012) 310 39 21
VAKANSİYA 8
Araz Supermarket
Biznesə Nəzarət üzrə Analitik (Fresh məhsullar)
Son tarix 15 okt 2025 [email protected]
Araz Supermarketlər Şəbəkəsi "Biznesə Nəzarət üzrə Analitik (Fresh məhsullar)" vakansiyası üzrə işə qəbul elan edir!
Öhdəliklər
- Təzə məhsullar üzrə alış və satış maliyyə hesabatlarının hazırlanmasını icra etmək
- İmha yoxlamalarının aparılmasını icra etmək
- Bonus hesabatını kontrol etmək, keyfiyyət və kampaniya hesabatlarını hazırlamaq
- Tədarükçü verimlilik hesabatının hazırlanmasını icra etmək
- Fresh məhsulların biznes göstəricilərini izləmə bacarığı
Tələblər
- Maliyyə, iqtisadiyyat və ya əlaqədar sahələr üzrə bakalavr və ya magistr dərəcəsi
- Maliyyə analizi sahəsində ən azı 2 il iş təcrübəsi
- F3, F7 sertifikatları üstünlükdür
- Microsoft Excel – yaxşı səviyyədə
- SAP bilikləri üstünlükdür
- Analitik düşüncə tərzi və detallara diqqət
- Yaxşı kommunikasiya və təqdimat bacarıqları
- Komanda ilə işləmə bacarığı
Təminatlar
- Nahar ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük iş qrafiki
- Servis xidməti mövcuddur
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Biznesə Nəzarət üzrə Analitik (Fresh məhsullar)” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 9
HR Option
Əməliyyatlar üzrə Rəhbər Köməkçisi
Son tarix 15 okt 2025 [email protected]
Vəzifə öhdəlikləri:
- HR Option tərəfindən keçirilən təlimlərin koordinasiya olunması və təşkilati işlərin idarə edilməsi;
- Təlim iştirakçıları və təlimçilərlə daimi və effektiv kommunikasiyanın qurulması;
- Təlimlər üzrə qeydiyyat, materialların hazırlanması və zəruri texniki dəstəyin təmin edilməsi;
- HR Option-un həyata keçirdiyi layihələrin hazırlanmasında və icrasında aktiv iştirak;
- Təlim və layihələr üzrə hesabatların hazırlanması, proseslərin izlənməsi və təkmilləşdirilməsi üçün təkliflər vermək.
Namizədə tələblər:
- Ali təhsil (universiteti yeni bitirmiş namizədlər müraciət edə bilər);
- Təcrübə mütləq deyil, lakin tələbəlik dövründə könüllü fəaliyyətlər, layihə və təşkilati işlərdə təcrübə üstünlükdür;
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;
- Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
- Komandada işləmək və eyni zamanda müstəqil qərar verə bilmək;
- Microsoft Office proqramlarından istifadə bacarığı;
- Daimi inkişaf etməyə və yeni biliklər öyrənməyə maraq;
Təklif edirik:
- Öyrənmə və inkişaf üçün imkanlar
- Şirkət daxilində təşkil edilən bütün təlimlərdə ödənişsiz iştirak imkanı
- Ölkə əhəmiyyətli Forum və Konfranslarda iştirak və təcrübə
- Şəbəkələşmə (Networking) üçün geniş imkanlar
İş şəraiti:
- İş qrafiki: İş qrafiki: 09:00 – 17:00 (6-cı günü natamam iş günü)
- Əmək haqqı: 500–600 AZN (Net)
- Ünvan: Nərimanov r., 1/25 Əhməd Rəcəbli, Çinar Park Biznes Mərkəzi.
Müraciət qaydası:
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Əməliyyatlar üzrə Rəhbər Köməkçisi” qeyd edərək, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. Yuxarıda qeyd edilmiş tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
VAKANSİYA 10
Azərbaycan Mikro Kredit BOKT
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis
Son tarix 15 okt 2025 - [email protected]
Bölgə: Bakı
İş günləri: Bazar ertəsi – Şənbə
Namizədə dair tələblər:
- Müvafiq sahədə Ali təhsilin olması;
- UNIX/Linux əsaslı sistemlərin quraşdırılması, sazlaması və problemlərin aradan qaldırılması sahəsində təcrübə;
- Windows əsaslı sistemlərin quraşdırılması, sazlaması və problemlərin aradan qaldırılması sahəsində təcrübə;
- Virtuallaşma və konteyner sahəsində təcrübəsi (VMware, Docker və s.);
- Şəbəkə bilikləri (OSI, TCP/IP, SDN və s.);
- Veb texnologiyaları sahəsində iş təcrübə (veb həllər, veb xidmətlər və s. );
- Skript bacarıqları (bash shell, Python və s.);
- Antivirus, EDR, XDR sahəsində iş təcrübəsi;
- WAF və digər təhlükəsizlik divarı həlləri ilə iş təcrübəsi;
- Autentifikasiya sistemləri, logların idarə edilməsi, məzmunun filtrasiyası sahəsində iş təcrübəsi;
- Verilənlər bazası və əməliyyat sistemlərinin təhlükəsizliyi haqqında ətraflı texniki biliklər;
- Ən son təhlükəsizlik prinsiplərini, texnikalarını və protokollarını hərtərəfli başa düşmək;
- Problem həll etmə və təzyiq altında işləmək bacarığı.
İşin təsviri:
- Təşkilatın məlumatlarının, sistemlərinin və şəbəkələrinin qorunması üçün təhlükəsizlik tədbirlərinin planlaşdırılması, həyata keçirilməsi, idarə edilməsi, monitorinqi və təkmilləşdirilməsi;
- Sistem və/və ya şəbəkə təhlükəsizliyi müdaxilələrinə cavab verilməsi;
- Uyğun təhlükəsizlik nəzarət mexanizmlərini işə salmaqla təşkilatın məlumatlarının və infrastrukturunun qorunmasını həyata keçirmək;
- Dəyişikliklərin idarə edilməsi prosesində iştirak etmək;
- Şəbəkə və sistemlərdə mövcud olan boşluqların aşakarlanması üçün müvafiq sınaq və yoxlamaların həyata keçirilməsi;
- Gündəlik inzibati tapşırıqların yerinə yetirilməsi, hesabatların hazırlanması və qurumun müvafiq idarələri ilə əlaqə;
- Təşkilatın təhlükəsizlik ehtiyaclarını dəyərləndirmək və buna uyğun ən yaxşı tətbiqetmə və standartların yaradılması.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində bölgəyə uyğun olaraq “İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis” qeyd etməklə göndərə bilər.
VAKANSİYA 11
Agrokimya
Müştəri xidmətləri üzrə mütəxəssis
Son tarix 13 okt 2025 - [email protected]
Ünvan: BAKI ş., Yasamal r. , Şəfayət Mehdiyev 271 A.
Vacibdir: Satış və müştəri xidmətmələri sahəsində ən azı 1 il iş təcrübəsi (ofis daxili).
Əsas vəzifə və öhdəliklər:
- Müştəri məmnuniyyətinin təmin olunması;
- Korporativ müştərilərlə bir başa, telefon, e-mail və digər elektron vasitələrlə əlaqə saxlanılması və cavablandırması, şirkət tərəfindən təqdim olunan məhsul barədə düzgün məlumat verilməsi;
- Müştərilərdən gündəlik sifarişlərin qəbul edilməsi və 1C proqramında sifarişlərin yazılması;
- Qiymət təklifinin hazırlanması;
- Müqavilənin tərtib olunması;
- Şirkətə müraciət edən müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ yerinə yetirilməsi;
Namizədə tələblər:
- Xanım namizədlərə üstünlük veriləcəkdir
- Satış və müştəri xidmətmələri sahəsində ən azı 1 il iş təcrübəsi;
- Ali təhsil (mütləq);
- Yaş - 25-40;
- Yüksək səviyyədə Azərbaycan dili (Rus və İngilis-dil bilikləri arzuolunandır);
- Microsoft Excel proqramından sərbəst şəkildə istifadə (1C proqramı bilikləri üstünlükdür);
- Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
- Yüksək ünsiyyətqurma və komanda ilə işləmək bacarığı;
İş şəraiti:
- İş saatı 9:00 –dan 18:00 -dək, Şənbə günü 9:00 -dan 13:00-dək
- İstirahət günü: Bazar
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- Nahar şirkət tərəfindən təmin edilir.
- Mobil telefon, korporotiv nömrə və aylıq mobil rabitə limiti şirkət tərəfindən təmin olunur.
- Əmək haqqı: 600-700 AZN-dən ( Namizədin bilik və təcrübəsinə əsasən Ə/M müəyyənləşəcək )
Maraqlanan namizədlər CV formalarını (şəkilsiz CV- qəbul edilmir) Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərə bilərlər. Məktubun mövzu bölməsində vakansiyanın adını “Müştəri xidmətləri üzrə mütəxəssis” qeyd etməyiniz xahiş edilir, əks halda müraciətə baxılmayacaq.
VAKANSİYA 12
Oven Food Bakery
İstehsalat müdiri
Son tarix 15 okt 2025 - [email protected]
İş şəraiti
- Əməkhaqqı: Müsahibə əsasında müəyyənləşdiriləcək
- İş qrafiki: 6 günlük
Vəzifə öhdəlikləri:
- Tabeçiliyində olan istehsal, texniki qulluq, mexaniki və elektrik bölmələrinin fəaliyyətini tənzimləmək və aidiyyatı üzrə tapşırıqlar vermək
- İstehsal edilən məhsulların keyfiyyətinə cari və son nəzrətin edilməsi.
- İstehsalatda istifadə olunan bütün avadanlıqların düzgün istismar qaydalarına riayət edilməsi, onların təmiri və profilaktik texniki qulluq planlamasının həyata keçirilməsini təmin etmək;
- İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayyət olunmasına daim nəzarət edilməsi.
- İstehsal prosesi və istehsal planlaşdırılmasında ortaya çıxan plandan yayınmalar və gecikmələri izləmək, aradan qaldırılması üçün tədbirlər görmək, həll yolları təklif etmək.
- Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi.
- Tabeçiliyində olan istehsal, texniki qulluq, mexaniki və elektrik bölmələrinin fəaliyyətini tənzimləmək və aidiyyatı üzrə tapşırıqlar vermək.
- Günlük, həftəlik hesabatların rəhbərliyə təqdim olunması.
Tələblər:
- Ali təhsil
- Sahə üzrə təcrübə 3-5 il.
- Yaş həddi 30-50.
- MS Office ,1C və Sap proqramlarını bilənlərə üstünlük verilir.
- İstehsalat və texniki avadanlıqlarla işləmə bacarığı
- Komanda ilə işləmə bacarığı.
- Stresə davamlılıq.
Uyğun namizədlərdən mövzu hissəsində “İstehsalat müdiri” qeyd edərək öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun gələn namizədlər ilə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 13
Confirex
Tender üzrə mütəxəssis
Son tarix 15 okt 2025 - [email protected]
Vəzifə öhtəlikləri:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Bazar qiymətlərinin araşdırılması və tələbatın müəyyənləşdirilməsi;
- Tender təkliflərinin, texniki şərtlərin tam araşdırılması və texniki dəqiqliyə nəzarət;
- Tender tələblərinin düzgün təhlil etmək və rəhbərliyi məlumatlandırmaq;
- Tələb olunan sənədlərin və məlumatların müvafiq şöbələrdən tələb etmək.
- Əldə edilmiş sənədləri portal üzərindən son müraciət tarixinə qədər düzgün şəkildə yerləşdirilməsini təmin etmək.
- Müqavilə şərtlərini tam şəkildə oxuyub başadüşmək.
- Bazar qiymətlərinin araşdırılması və tələbatının müəyyənləşdirilməsi;
- Tender prosesində aydın olmayan şərtlərin dəqiqləşdirilməsi üçün yazışmaların aparılmasını təmin etmək.
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək,
Namizədə dair tələblər:
- Ali təhsil;
- Yaş: 25 - 50
- Tender sahəsi üzrə minimum 3 il təcrübə;
- Dil bilikləri: Azərbaycan dili, (İngilis və Rus dili bilənlərə üstünlük verilir)
- Kompyuter bilikləri Microsoft Office (Excel,Word, Out look və s);
- Problemləri həll edə bilmə bacarığı və prossesləri davamlı olaraq təkmilləşdirməyə yönümlü olmaq;
- Komandada işləmə bacarığı;
- Məsuliyyətli, nizam-intizamlı və punktual olmaq.
- Səliqəli xarici görünüş və etik davranış qaydalarına riayət;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.
İş şəraiti
- İş vaxtı: 1-5 günlər.
- İş saatı: 09:00-18:00
- İstirahət günü; şənbə- bazar.
- Əmək haqqı: 800-1500 azn
Əlaqə - 055 673 67 00
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 14
AROUND GROUP
Baş Mühasib
Son tarix 15 okt 2025- [email protected]
Şirkətimizə təcrübəli baş mühasib axtarılır.
Tələblər:
- Yaş: 25 – 45
- Minimum 3 il mühasibatlıq təcrübəsi
- Rus dilində sərbəst ünsiyyət
- Mühasibat uçotunun və vergi uçotunun qanunvericiliyə uyğun aparılması
- Ali Təhsil (Maliyyə, iqtisadiyyat,mühasibatlıq sahəsi üzrə arzuolunandır)
- MS Office proqramlarını və mühasibatlıq proqramlarını (1C, və s.) sərbəst istifadə bacarığı;
- AR Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə mükəmməl biliklər.
- PMS sertifikatı olanlara üstünlük verilir.
Vəzifə öhdəlikləri:
- Gəlir və xərclərin uçotu, sənədləşmələrin düzgün aparılması
- Mühasibatlıq sənədlərinin yoxlanması və arxivləşdirilməsi
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması
- Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun vergi hesabatlarının (ƏDV, mənfəət vergisi, sadələşdirilmiş vergi, DSMF, işsizlik sığortası və s.) hazırlanması və təqdim edilməsi;
- E-qaimə, e-vergi hesab fakturalar, hesabatların düzgün hazırlanması və vaxtında təqdim edilməsi;
- Debitor və kreditor hesablaşmaların aparılması;
- Maliyyə hesabatlarının (balans, mənfəət-zərər, pul vəsaitlərinin hərəkəti və s.) hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Bank əməliyyatlarının aparılması,uçotu və nəzarəti;
- Əməkhaqqı, məzuniyyət, ezamiyyə və digər hesablamaların icrası və düzgünlüyünün təmin edilməsi;
- Dövlət orqanlarına (Vergi, Statistika, DSMF, Məşğulluq və s.) hesabatların vaxtında və düzgün təqdim olunması;
- Vergi yoxlamaları, daxili və xarici auditlərə tam hazır vəziyyətin təmin olunması;
İş şəraiti:
- 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
- İş yeri: İçərişəhər metrosunun yaxınlığı
- Əmək haqqı: namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq
- Xahiş olunur ancaq təcrübəli və rus dilini bilən namizədlər müraciət eləsin!
CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA 15
Zeytun Pharmaceuticals
Gömrük Rəsmiləşdirilməsi üzrə Mütəxəssis
Son tarix 15 okt 2025 - [email protected]
Ümumi tələblər
- Təhsil: Ali
- Təcrübə: Müvafiq sahədə 3 ildən yuxarı
- Proqram bilikləri: MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili, Rus dili
- Cəldlik, problemləri həll etmə bacarığı, analitik düşüncə tərzi, riyazi biliklər, yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı
Vəzifə öhdəlikləri
- Qısa İdxal Bəyannamələrinin yazılmasına nəzarət etmək
- Gömrük paket sənədlərinin hazırlanması prosesini idarə etmək
- Yüklərin müvəqqəti saxlanc, sərbəst dövriyyə bəyannamələrinin hazırlanmasına nəzarət etmək
- Yüklərin gömrük orqanlarından keçirilməsi işini idarə etmək
- Malların idxal, ixrac proseslərinin həyata keçirilməsini idarə etmək
- İllik, aylıq hesabatların hazırlanması
İş şəraiti:
- İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
- Əmək Haqqı: 1200-1500 AZN
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
VAKANSİYA 16
AgroTrade Supply
Texnoloq (buğda emalı)
Son tarix 15 okt 2025 - Müraciət et
Təsvir
- Texnoloq istehsalat proseslərini idarə edir, məhsulun keyfiyyətini təmin edir, texnoloji təhlil və təkmilləşdirmə aparır, xammal və avadanlıq idarə edir, təhlükəsizlik və sağlamlıq qaydalarına riayət edir, sənədləşmə və hesabat hazırlayır, təlim keçir və müştəri tələblərinə uyğun məhsul istehsalını təmin edir.
Tələblər
- Müəssisələrdə istehsalın texnoloji rejimini və texnoloji proseslərin avtomatlaşdırılmasını təmin edir.
- Taxıl emalı proseslərini idarə etmək, müxtəlif mərhələlərdə texnoloji parametrləri tənzimləmək.
- İstehsalat proseslərinin səmərəli və məhsuldar şəkildə həyata keçirilməsini təmin etmək.
- Emal olunan taxılın və istehsal edilən məhsulun keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq.
- Məhsul keyfiyyətindəki hər hansı problem və uyğunsuzluqları müəyyənləşdirmək və həll yolları təqdim etmək.
- Taxıl xammalının keyfiyyətini yoxlamaq, qəbul etmək və istifadə üçün uyğunluğunu təmin etmək.
- Xammal ehtiyatlarını planlaşdırmaq və idarə etmək.
- Emal avadanlıqlarının müntəzəm texniki baxımını təmin etmək, nasazlıqları vaxtında aradan qaldırmaq.
- Avadanlıqların düzgün işləməsini təmin etmək üçün müntəzəm yoxlamalar aparmaq.
- Günlük, həftəlik və aylıq istehsalat hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Məhsul keyfiyyətinin müştəri gözləntilərinə uyğun olmasını təmin etmək.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə 1 ilədək
- Təhsil - Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
VAKANSİYA 17
AZERMASH
Maliyyə üzrə mütəxəssis
Son tarix 15 okt 2025 - [email protected]
İşin təsviri:
- 1C 8.3 proqramında maliyyə əməliyyatlarının düzgün uçota alınmasına nəzarət etmək.
- Maliyyə rəhbərinin tapşırığı ilə hesabatları sistemdən çıxarmaq və ilkin təhlilini aparmaq.
- Hesabatlarda olan məlumatların düzgünlüyünü yoxlamaq, uyğunsuzluq olduqda rəhbərliyə məlumat vermək.
- Xərclər, gəlirlər, balans və dövriyyə hesabatlarının hazırlanmasında aktiv iştirak etmək.
- Maliyyə analizləri üçün tələb olunan filtrlərə uyğun hesabatların hazırlanması.
- Proqramda məlumatların düzgün daxil edilməsinə nəzarət və ehtiyac olduqda düzəlişlər etmək.
- Hesabat dövrləri üzrə müqayisəli təhlil aparmaq və nəticələri rəhbərə təqdim etmək.
Namizədə tələblər
- Müvafiq sahə üzrə təhsil
- Mövcud sahədə ən az 3-5 il təcrübəsi
- MS Office, xüsusilə Excel bilikləri (əla-yoxlanılacaq)
- 1C proqramında sərbəst işləmə bacarığı (əla)
- F3 (ACCA) sertifikatı arzuolunandır
- Məsuliyyətli, dəqiq və peşakar
- Rus dili (arzuolunandır)
- Cins: qadın
- Analitik düşünmə qabiliyyəti
Şərtlər:
- İş qrafiki həftədə 5 iş günü, saat 09:00-dan 18:00-dək
- İş yeri - Tbilisi prospekti
- Əmək haqqı 1200 Azn
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;
CV-ləri Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA 18
Azərbaycan Mikro Kredit BOKT
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis
Son tarix 15 okt 2025 - [email protected]
Bölgə: Bakı
İş günləri: Bazar ertəsi – Şənbə
Namizədə dair tələblər:
- Müvafiq sahədə Ali təhsilin olması;
- UNIX/Linux əsaslı sistemlərin quraşdırılması, sazlaması və problemlərin aradan qaldırılması sahəsində təcrübə;
- Windows əsaslı sistemlərin quraşdırılması, sazlaması və problemlərin aradan qaldırılması sahəsində təcrübə;
- Virtuallaşma və konteyner sahəsində təcrübəsi (VMware, Docker və s.);
- Şəbəkə bilikləri (OSI, TCP/IP, SDN və s.);
- Veb texnologiyaları sahəsində iş təcrübə (veb həllər, veb xidmətlər və s. );
- Skript bacarıqları (bash shell, Python və s.);
- Antivirus, EDR, XDR sahəsində iş təcrübəsi;
- WAF və digər təhlükəsizlik divarı həlləri ilə iş təcrübəsi;
- Autentifikasiya sistemləri, logların idarə edilməsi, məzmunun filtrasiyası sahəsində iş təcrübəsi;
- Verilənlər bazası və əməliyyat sistemlərinin təhlükəsizliyi haqqında ətraflı texniki biliklər;
- Ən son təhlükəsizlik prinsiplərini, texnikalarını və protokollarını hərtərəfli başa düşmək;
- Problem həll etmə və təzyiq altında işləmək bacarığı.
İşin təsviri:
- Təşkilatın məlumatlarının, sistemlərinin və şəbəkələrinin qorunması üçün təhlükəsizlik tədbirlərinin planlaşdırılması, həyata keçirilməsi, idarə edilməsi, monitorinqi və təkmilləşdirilməsi;
- Sistem və/və ya şəbəkə təhlükəsizliyi müdaxilələrinə cavab verilməsi;
- Uyğun təhlükəsizlik nəzarət mexanizmlərini işə salmaqla təşkilatın məlumatlarının və infrastrukturunun qorunmasını həyata keçirmək;
- Dəyişikliklərin idarə edilməsi prosesində iştirak etmək;
- Şəbəkə və sistemlərdə mövcud olan boşluqların aşakarlanması üçün müvafiq sınaq və yoxlamaların həyata keçirilməsi;
- Gündəlik inzibati tapşırıqların yerinə yetirilməsi, hesabatların hazırlanması və qurumun müvafiq idarələri ilə əlaqə;
- Təşkilatın təhlükəsizlik ehtiyaclarını dəyərləndirmək və buna uyğun ən yaxşı tətbiqetmə və standartların yaradılması.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində bölgəyə uyğun olaraq “İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis” qeyd etməklə göndərə bilər.
VAKANSİYA 19
AZERMASH
Aparıcı mühasib
Son tarix 15 okt 2025 - [email protected]
İşin təsviri:
- Bütün maliyyə-mühasibat əməliyyatlarının uçotunun həyata keçirilməsi və 1C əməliyyat sisteminə daxil edilməsinə nəzarət
- Rəhbərlik üçün gündəlik, həftəlik və aylıq daxili hesabatların hazırlanması
- Daxil olan sənədlərin üzləşdirilərək yoxlanılması və 1C əməliyyat sisteminə işlənməsinə nəzarət
- Satışlar üzrə sənədlərin hazırlanması və qaimələrin təqdim olunmasına nəzarət
- Maliyyə hesabatları hazırlanması(mənfəət və zərər hesabatları)
- Kassa əməliyyatlarının icrası
- Pul vəsaitləri üzrə daxilolmaların 1C əməliyyat sisteminə işlənməsi və ödəmələrin icrasına nəzarət
- Rəhbərliyin mühasibatlığa dair digər tapşırıqlarının icrası
Namizədə tələblər
- Müvafiq sahə üzrə təhsil
- Mövcud sahədə ən az 3-5 il təcrübəsi
- MS Office, xüsusilə Excel bilikləri (əla)
- 1C proqramında sərbəst işləmə bacarığı (əla)
- Məsuliyyətli, dəqiq və peşakar
- Rus dili (arzuolunandır)
- Cins: qadın
- Yaş həddi 35+
- Analitik düşünmə qabiliyyəti
- İdarə etmə bacarığı
Şərtlər:
- İş qrafiki həftədə 5 iş günü, saat 09:00-dan 17:00-dək,şənbə günü 09:00-15:00
- İş yeri - Abşeron rayonu, Hökməli qəsəbəsi
- Əmək haqqı 1300 Azn
- Nahar şirkət tərəfindən təmin olunur.
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;
CV-ləri Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.