VAKANSİYA 1
Dövlət qurumu, Publik Hüquqi Şəxs
Anbardar (Gəncə)
Son tarix 09 okt 2025 - Müraciət et
İş şəraiti
- Əmək haqqı: 800 AZN (net), (əlavə olaraq il ərzində mükafat almaq imkanı)
- İş Yeri: Gəncə şəhəri
- İş Şəraiti: Normal
- İş Rejimi: 5 günlük 09:00-18:00
- Sığorta: İcbari
Namizədə tələblər:
- Təhsil: Ali təhsil və ya anbardar vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Dil bacarığı: Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
- Kompüter bacarığı: MS Office proqramları, 1 C;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Mal və materialların qəbulu;
- Malın anbarda yerləşdirilməsi;
- Anbarda olan mal və materialların saxlanması rejiminə, sənədləşməsinə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunmasını təmin etmək.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Gəncə-Anbardar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 2
Baku Bus
Sərnişin məlumatlandırma mütəxəssisi
Son tarix 10 okt 2025 [email protected]
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Sərnişinləri Məlumatlandırma mütəxəssisi “BakuBus” Express Bus Information Assistant
Əsas vəzifə və öhdəliklər:
- Heydər Əliyev adına Beynəlxalq Hava Limanında BakuBus-a məxsus stenddə sərnişinləri ekspres avtobuslar haqqında məlumatlandırmaq;
- Gediş haqqı, interval və digər suallara dəqiq və nəzakətli şəkildə cavab vermək;
- Xarici qonaqlarla peşəkar ünsiyyət quraraq onları nəqliyyat xidmətlərindən istifadə etməyə yönləndirmək;
- Gələn sərnişinlərin suallarını operativ cavablandırmaq;
- “BakuBus" xidmətlərinin keyfiyyətini və etibarlılığını sərnişinlərə düzgün formada təqdim etmək;
- İş zamanı şirkət tərəfindən təmin edilən formadan səliqəli şəkildə istifadə etmək və şirkəti layiqincə təmsil etmək;
- Lazım gəldikdə sərnişinlərin hava limanında istiqamətlənməsinə kömək etmək;
- Fəaliyyətinə uyğun olaraq həftəlik hesabatlar hazırlamaq;
- Rəhbərliyin tapşırıqlarını icra etmək;
Vəzifədən gözləntilər:
- Təhsil səviyyəsi; Ali və ya orta ixtisas
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, İngilis və Rus dillərində sərbəst ünsiyyət bacarığı (əlavə dil üstünlükdür);
- Sərnişinlərlə yüksək səviyyədə nəzakətli və aydın ünsiyyət qura bilmə bacarıqları;
- Müştəri xidməti, turizm, nəqliyyat və ya hava limanı sahəsində təcrübə üstünlükdür;
- Stresə davamlı və operativ qərarvermə bacarığı;
- Xarici qonaqlarla işləmək təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Kompüterlə işləmə bacarıqları.
- İş qrafiki: Növbəli qrafikə uyğun;
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
- Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.
VAKANSİYA 3
Baltic Transline Azerbaijan
Pallet Accounting Manager
Son tarix 09 okt 2025 - [email protected]
Requirements for the employee
- Higher education;
- Good knowledge of English, German is an advantage;
- Ability to plan and set priorities in work;
- Quick reaction, diligence and attentiveness;
- Responsibility, sociability, and the ability to work in a team;
- Desire for continuous improvement and acquiring new knowledge;
- Work experience in accounting, analytics, logistics, or bookkeeping.
Job Description
- Verification and systematization of documents according to the established procedure;
- Accounting and control of pallet movements;
- Cooperation with other company departments, clients, and partners in resolving situations;
- Preparation and registration of reports/tasks in the system;
- Performing other tasks ssigned by the manager.
We expect you to
- Be determined and responsible;
- Have a serious approach to work;
- Enjoy dynamic work;
- Be motivated and have a desire to improve.
The company offers:
- A colleague-mentor who will help assimilate all job-related information;
- Good working conditions, and a fiendly/young/enthusiastic team;
- Career prospects;
- Opportunity to implement your ideas and abilities;
- Motivational package;
- Flexible approach to the employee.
Only selected candidates will be contacted.
Salary From 900 AZN/month in hand Baku/Kaunas, Lithuania - Baltic Transline Azerbaijan
Location: Nasibbəy Yusifbəyli 87 Əmrahlı iş mərkəzi
Interested candidates can send their CV to the e-mail address in the Apply for job button.
VAKANSİYA 4
Azərşəkər LLC
SƏTƏMM üzrə mütəxəssis (Yevlax)
Son tarix 09 okt 2025 [email protected]
Vəzifə öhdəlikləri:
- İş yerlərində əməyin mühafizəsinə və texniki təhlükəsizliyinə nəzarət etməsi;
- İstehsalatda zədələnmə səbəblərinin analizı, qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməsi;
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməsi;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməsi;
- Müvafiq nümayəndələr ilə birlikdə binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması;
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməsi;
- Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;
- Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
- Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi;
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməsi;
- Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında iştirak etməsi;
- SƏTƏMM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etməsi;
- İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməsi;
- İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini saxlatdırması;
- Potensial təhlükə mənbəyi olan iş metodları, proseslər, və ya materiallar üzrə işçilərin mühafizəsinə yönəldilmiş tədbirləri məsləhət görməsi;
- İş şəraitini, avadanlıqları, və təcrübələri təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etməsi və qiymətləndirməsi.
Bilməlidir:
- Azərbaycan Respublikasının qanunlarını;
- Müvafiq sahə üzrə beynəlxalq standartları;
- Əməyin təşkilinin əsaslarını;
- Daxili əmək intizamı qaydalarını;
- Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını
Vəzifə tələbləri:
- Ali təhsilin olması tələb edilir.
- Müvafiq sahə üzrə mütəxəssis kimi ən az 1 il iş təcrübəsi tələb edilir.
- SƏTƏMM üzrə tələb olunan yerli və beynəlxalq sertifikatların olması
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydaları;
- Ms Office(Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı;
- Təşkilati bacarıqlar,təşəbbüskarlıq, zəruri hallarda təzyiq altında işləmək bacarığı, hesabatlılıq;
- Yüksək ünsiyyət qabiliyyəti, komanda işində çeviklik;
- Vaxtın idarə edilməsi və konfliktlərin peşəkar həlli;
- Liderlik bacarıqları, detallı və analitik düşüncə
Əlavə məlumat:
- Struktur: SƏTƏMM şöbəsi
- Bilavasitə tabe olduğu şəxs: Təsərrüfat rəhbəri
- Funksional rəhbəri: SƏTƏMM üzrə menecer
- İş yeri: Yevlax rayonu
- İş qrafiki: 6 günlük iş həftəsi (həftə içi saat 09:00-17:00, şənbə günü 09:00-13:00)
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını SƏTƏMM üzrə mütəxəssis- Yevlax qeyd edərək Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
VAKANSİYA 5
Ofis Plus
Təchizat üzrə Mütəxəssis
Son tarix 09 okt 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Ofis və Təsərrüfat mallarının vaxtında və optimal şərtlərlə təchiz olunmasını təmin etmək;
- Mövcud və potensial təchizatçılarla danışıqlar aparmaq, qiymət təhlili və müqavilələrin hazırlanması;
- Satınalma sifarişlərinin hazırlanması, icrası və izlənilməsi;
- Anbar ehtiyatlarının dövri yoxlanılması və ehtiyacların planlaşdırılması;
- Bazar araşdırmaları aparmaq və yeni təchizatçıların axtarışı;
- Təchizat prosesi üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Tələblər:
- Ali təhsil
- Təchizat və ya satınalma sahəsində minimum 1-2 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışıq və yazı;
- İngilis dilində orta səviyyədə oxuma və yazma bacarığı;
- Bazar və məhsul bilikləri;
- Microsoft Office proqramlarında (Word, Excel) sərbəst işləmək bacarığı;
- Diqqətli, məsuliyyətli və komandada işləmək qabiliyyəti.
Əmək şəraiti:
- Əmək haqqı: 800 AZN;
- İş saatları: 09:00 – 18:00, həftə içi 5 gün;
- İş yeri: Çinar Plaza.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 6
Mazarina Trade Company
Büdcə və Hesabatlılıq üzrə Mütəxəssis
Son tarix 09 okt 2025 - [email protected]
Namizədin vəzifə öhdəlikləri:
- Aylıq və illik maliyyə və idarəetmə hesabatlarını hazırlamaq;
- Hesabat dövrünün sonunda faktiki və büdcə nəticələrinin müqayisələrini əks etdirən hesabat hazırlamaq;
- Aylıq olaraq maya dəyərinin analizi və təhlili ;
- MHBS (IFRS) standartlarının tələblərinə uyğun müxabirləşmələri başa düşmək və düzəlişləri etmək;
- Proqnoz büdcənin hazırlanmasında iştirak;
- Xarici audit məqsədləri üçün illik maliyyə hesabatlarının hazırlanması;
- Audit prosesinin vaxtında bitirilməsi üçün bütün lazımi məlumatların və sorğuların cavablandırılması;
- Faktiki maliyyə hesabatlarında olan xərclərin analizi və optimizasiyası;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və nizamlı şəkildə yerinə yetirilməsi.
Namizədə tələblər:
- Maliyyə və mühasibatlıq sahəsində ali təhsil;
- Müvafiq sahədə 2-3 il iş təcrübəsi;
- ERP( 1C, mikro və s);
- MHBS üzrə bilikləri, F3 mütləqdir, F7 üstünlükdür;
- Mükəmməl səviyyədə excel bilikləri ;
- Pozitiv yanaşma
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş qrafiki, saat 09:00-18:00
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq
Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini Büdcə və hesabatlılıq üzrə mütəxəssis mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
VAKANSİYA 7
NOVATECH LLC
Tender üzrə mütəxəssis
Son tarix 09 okt 2025 - [email protected]
Namizədlərə tələblər:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Tender üzrə tələb olunan sənədlərin operativ şəkildə hazırlanması;
- Tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
- Tender prosesi zamanı şirkətin təmsil olunması;
- Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Müştəri bazasının genişləndirilməsi;
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı
İş qrafiki:
- Bazar ertəsi – Cumə: 09:00-dan 18:00-dək
- Əmək haqqı 900 manat+bonus
Namizədə tələblər
- Ali təhsili olmalı;
- Satış və tender sahəsində təcrübəli olmalı;
- Rus və ingilis dillərini bilməli;
- Tender işləri üzrə ən azı 1 ildən-3 ilədək təcrübəsi olmalı;
- Kompyuter biliklərinə sahib olan;
- Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilən;
- Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
- Kollektivdə işləmə bacarığı olmalı
- Yaş həddi 22-40 yaş arası
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tender üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 8
Nexia Azerbaijan
Experienced Tax Consultant
Son tarix 09 okt 2025 - [email protected]
Job description
The main duties of the successful candidate will be:
- Dealing with different tax and accounting issues
- Preparation and review of monthly internal and external reports
- Review of the reports to the state authorities
- Regular communication with clients and the state authorities
- Advising clients on accounting and tax issues;
- Leading and training junior staff;
- Other duties related to the performance of job responsibilities.
Requirements
- High degree of self-motivation and strong career aspirations
- Minimum 4-5 years of experience in tax consulting and accounting
- Good knowledge of accounting and tax legislation
- Degree in Accounting, Business, Economics
- Advanced written and spoken Azeri and English, Russian will be an asset
- Ability to work in an environment of pressing deadlines and dynamic conditions
- Be creative and ability to focus on client service and strive to exceed clients’ expectations
- Knowledge of tax and financial accounting
- Good knowledge of MS Office, especially Excel
Interested candidates may send resumes to the e-mail address in the Apply for job button indicating the title of the applied position.
VAKANSİYA 9
Omnitech
Əməliyyat üzrə operator
Son tarix 09 okt 2025 - [email protected]
İş şəraiti:
- Ünvan: Əhməd Rəcəbli 2/26, Bakı
- Əmək haqqı: 400-500 azn
- İş qrafiki: həftədə içi 5 gün,
- Saat: 09:00-dan 18:00-dək
İş barədə məlumat:
- Karguzar işinin təşkili və şöbə daxili sənədlərlə işləmək;
- Qeydiyyat üzrə karguzarlığı aparmaq;
- Müştəri tərəfindən gələn müraciətləri qəbul etmək və sualları cavablandırmaq;
- Müvafiq reystrdə məlumatların toplanması;
- İş çərçivəsində şöbə rəhbərinin verdiyi tapşırıqları icra etmək;
- Şirkətin daxili nizam-intizam qaydalarına riayət etməsi;
Tələblər:
- Yaş həddi: 21 - 30
- Təhsil: Ali təhsil
- Ali təhsil (universiteti yenicə bitirən tələbələr müraciət edə bilər);
- Ünsiyyətçilik və səlis danışıq səriştəsi olan;
- Komandada işləmək bacarığı olan;
- MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti olan;
- Məsuliyyətli və dəqiq olmalı;
- Dil bilikləri- Azərbaycan dili-əla; Rus dili-əla;
Yalnız uyğun namizədlər cv formalarını “Əməliyyat üzrə operator” yazaraq Müraciət Et düyməsində göstərilən poçt ünvanına göndərə bilər.
Telefon: +994 51 226 94 79
Daxili nömrə: (012) 310-17-11
VAKANSİYA 10
Almet Trading LLC
Əməliyyatçı-mühasib
Son tarix 09 okt 2025 - [email protected]
Vəzifə Öhdəlikləri:
- Maliyyə hesabatlarının hazırlanması;
- Verilənlərin analiz və təhlilinin aparılması;
- Müxtəlif audit sübutlarının toplanması;
- Mühasibat sənədlərinin və hesabatlarının təhlilinin aparılması;
- Audit zamanı aşkar edilən problemləri araşdırıb, nəticələrinin rəhbərliyə təqdim edilməsi;
- İşlə bağlı verilən tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi;
- İstehsalat bölmələri ilə koordinasiyalı işləyərək maya dəyərinin hesablanması.
İş şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- Nahar şirkət tərəfindən qarşılanır
- Tam iş qrafiki (həftənin 5 günü)
- Bakidan servis fəaliyyət göstərir
- Əməkhaqqı: Namizədin bilik və bacarığına əsasən
CV-lərinizi qeyd olunan başlıqla Müraciət Et düyməsində qeyd olunan mail adresinə göndərməyiniz xahiş edilir.
VAKANSİYA 11
Beteko Group
Texniki ofis mühəndisi
Son tarix 09 okt 2025 - [email protected]
Vəzifə funksiyaları:
- Müştəri, podratçı və layihə qrupu arasında sənəd dövriyyəsinin təşkili.
- Yerinə yetirilmiş işlərin smeta və layihəyə uyğun yerinə yetirilməsinin yoxlanılması;
- Sahələrdən daxil olan texniki hesabatların yoxlanılması;
- Sifarişçilərdən və subpodratçılardan alınan smeta sənədlərinin yoxlanılması, tərkibi və keyfiyyəti barədə rəy hazırlanması;
- Davam edən layihələr ilə bağlı mütəmadi təqib halında olaraq layihələrin tikintisi üçün smeta sənədlərinin yoxlanlması, dəyərin hesablnılması;
- Tələb olduğu təqdirdə əlavə iş üçün smeta sənədlərinin tərtib edilməsi
- Material miqdarlarının (BOQ – Bill of Quantity) hesablanması.
- Forma 2 hazırlanması.
- Tikinti sahəsində görülən işlərin layihəyə uyğunluğunu sənədlərlə yoxlayır.
- Sifarişçilərdən və subpodratçılardan alınan smeta sənədlərini yoxlayır, tərkibi və keyfiyyəti barədə rəy hazırlayır;
- Layihə üzrə qiymət müqayisələri aparmaq və təhlil etmək.
- Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması.
- Müştəriyə və rəhbərliyə işlərin gedişi barədə məlumat vermək.
Tələb olunur:
- Təhsil - Ali texniki
- İş Stajı - Ən azı 2 il iş təcrübəsi;
- Kompüter bilikləri: Microsoft Office , AutoCAD ;
- Dil bilikləri: Azərbaycan dili - əla səviyyədə; İngilis dili - yaxşı səviyyədə;
İş şəraiti:
- Əmək haqqı: 3000 manat net;
- İş qrafiki 5 günlük, 9.00-18.00;
- Ünvan: Babek prospekti, Əlişir Nəvai küç 11
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Texniki ofis mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
VAKANSİYA 12
Əvəzoğlu Construction MMC
Usta
Son tarix 09 okt 2025 - [email protected]
Alminum plastik qapı pəncərə emalatxanasnda usta tələb olunur.
Fəlaiyyətimiz Aluminium qapı/pəncərə satışıdır.
Öhdəliklər:
- Sadə alminum izo sistem HBŞB cam balkon plastik qapi pəncərə işlərini peşakar görə biləcək usta olmalıdır.
İş şəraiti
- Əmək haqqı bacardığı işlər görə təyin olunacaq.
- Ünvan: Sabun,u rayonu şəhər şosesi, Sabunçu keçidinin yanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə:
- +994 55 594 12 34
- +994 10 236 02 03
VAKANSİYA 13
Kristal [email protected]
İT mütəxəssis
Son tarix 09 okt 2025 -
Tələblər:
- IT dəstək, sistem və ya şəbəkə sahəsində ən azı 2 il təcrübə;
- Şəbəkə avadanlıqları (MikroTik, Cisco, Ubiquiti və s.) ilə işləmə bacarığı;
- Access control sistemləri üzrə bilik və təcrübə;
- Windows Server, Active Directory ilə işləmə təcrübəsi;
- İnformasiya təhlükəsizliyi bilikləri (Firewall, VPN, antivirus).
Vəzifə öhdəlikləri:
- IP-telefonları idarə etmək;
- VoIP xidmətləri və sistemlərini sazlamaq;
- Kompüterlərin təmiri proqramlarını yazmaq;
- Şəbəkə strukturunun və kompüterlərin daxili qurğularının işləmə prinsiplərini bilmək;
- Yeni texnologiyaları öyrənmək və tətbiq etmək.
İş şəraiti:
- 6 günlük iş qrafiki (şənbə yarım iş günü);
- Ünvan - Bakı, Hüseynbala Əliyev 15;
- Əmək haqqı: 1400-1700 AZN.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İT mütəxəssis” üzrə yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.