VAKANSİYA 1
AZZA Cake House
Satıcı
Son tarix 03 iyl 2025 - [email protected]
“AZZA” QSC şirkəti - bu gün Azərbaycanın ən böyük şirniyyat mağazaları şəbəkəsi "Satıcı" vakansiyasını elan edir.
Tələblər:
- Tam orta təhsil (ali təhsil olması üstünlükdür).
- Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (üstünlükdür).
- Satış sahəsində təcrübə (üstünlükdür).
- Komandada işləmə bacarığı.
Vəzifələr:
- Ticarət zalında kifayət qədər miqdarda çeşidin olmasına nəzarət etmək və lazım gələrsə onu doldurmaq.
- Alqı - satqı zamanı alıcılara məsləhət vermək.
- Mağaza tərəfindən malların qəbulunda köməklik etmək.
- Satış üçün malların hazırlanması.
- Malların qiymət etiketlərinə nəzarət etmək.
- Malların saxlama müddətinə nəzarət etmək.
- Mağazada malların yerləşdirilməsi və onlara nəzarət etmək.
Səlahiyyətlər:
- məsuliyyət
- dəqiqlik
- stresə dözümlülük
- ünsiyyətlilik
- müştəriyə diqqətçilik
Şirkət təklif edir:
- əmək haqqı 500-550 manat
- növbəli iş cədvəli
- peşəkar inkişaf və irəliləyiş
- rəsmi qeydiyyat
Namizələrdən mövzu yerində "Satıcı" vakansiyasının adını göstərərək CV-lərini fotoşəkili ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
VAKANSİYA 2
Cronos Construction
Texniki ofis rəhbəri
Son tarix 03 iyl 2025 - [email protected]
Texniki ofis rəhbəri
- İnşaat sahəsi üzrə ali təhsil;
- Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;
- Texniki şöbə rəhbəri vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Ofis proqramları, Outlook , Autocad, Primavera proqramlarında işləmək bacarığı;
- Texniki problemlərin təyin edilərək təhlil olunması və həll yollarının tapılması bacarıqları;
- Hesabat hazırlama və təhlil etmə bacarığı.
Əsas vəzifə və öhdəliklər:
- Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə texniki nəzarət edir;
- Tikinti-quraşdırma işlərinin həcminin, habelə təsdiq edilmiş layihə-smeta sənədlərinin strukturlarının, işçi heyətinin, tikinti norma və qaydalarının, standartların, texniki şərtlərin, əməyin mühafizəsi standartlarının uyğunluğunu yoxlayır;
- Sifariş verilən layihələr üçün tikinti smetasının hazırlanmasında və icrasında iştirak edir.
- Sahələrdən daxil olan texniki hesabatları yoxlayır;
- Sifarişçilərdən və subpodratçılardan alınan smeta sənədlərini yoxlayır,tərkibi və keyfiyyəti barədə rəy hazırlayır;
- Ayrı-ayrı komponentlər daxil olmaqla, tikinti xərclərini hesablayır, sifarişçi və subpodratçı smetalarını, materialların xərc smetaları və əlavə xərclərini, görülən işlərin hesabatını, texniki şərtləri, yerinə yetirilmiş iş aktlarını faizlə əlaqələndirir;
- Uyğunsuzluğun aradan qaldırılması üçün xüsusi fəaliyyət proqramlarının həyata keçirilməsi və islahedici tədbirlərin görülməsində iştirak edir;
- Bağlanılan müqavilələr üzrə qarşı tərəfin öhdəliklərinin icrasına nəzarət edir;
- Tamamlanmış tikinti-quraşdırma işlərinin uçotunu aparır və tikinti planlarının icrası barədə hesabat vermək üçün lazımi məlumatları hazırlayır;
- Davam edən layihələr ilə bağlı mütəmadi təqib halında olaraq layihələrin tikintisi üçün smeta sənədlərini yoxlayır, dəyəri hesablayır, görülən işləri qeyd edir;
- Mövcud və tələb olunan standartlara əsasən keyfiyyətə təminat vermə prosesində iştirak edir;
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərinin hazırlanmasını təmin edir
- Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir;
- Sahələrdən gələn texniki hesabatları yoxlayır.
Tələblər:
- Şöbənin ümumilikdə işini təşkil və idarə etmək;
- Şöbə üzrə aylıq gördüyü işlərə görə şirkər rəhbərinə hesabat vermək
- Müvafiq profilaktik tədbirlər üçün ümumi dizayn və müqavilələrə nəzarət etmək;
- Layihə sənədləşmə sistemini təşkil etmək (Çizimlər, siyahıları, NFI, RFI, MA, MS);
- Tələblərə görə laboratoriya nəticələri və sertifikatları təşkil etmək;
- Subpodtratçılar üçün texniki spesifikasiyaları hazırlamaq;
- Layihə planlarını idarə etmək və layihənin inkişafının plana uyğun həyata keçirildiyinə nəzarət etmək;
- Tikinti işçiləri ilə tikinti qaydalarının hazırlanmasına rəhbərlik və nəzarət etmək;
- Işlərin miqdarı və hazırlanması hesabatlarını tərtib etmək və hesablamaq;
- Mühəndislik qrupu və tikinti qrupları arasında uyğunluğu təmin etmək üçün iki qrup arasında əlaqə yaratmaq;
- Texniki material təqdim etmələrini hazırlamaq;
- Matrial sifarişləri və təchizatı nəzarətdə saxlamaq
- Təhvil-təslim prosedurlarını təşkil etmək və hazırlamaq;
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
VAKANSİYA 3
OMİD Mağazalar şəbəkəsi
Satış məsləhətçisi xanım və bəy namizədlər (Ağsu üzrə)
Son tarix 03 iyl 2025 - [email protected]
İş barədə məlumat:
- Mağazanın satış işini təmin etməlidir;
- Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır;
- Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır;
- Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli və bütün malların qiymətinin yerində olmasından cavabdehdir;
- Satış apararkən daim düzülüşə nəzarət etməli və vitrin boşluqlarını aradan qaldırmalıdır;
- Mağazanın forma geyim tələblərinə riayət etməlidir.
Namizədə tələblər:
- 18-35 yaşı;
- Bəsit riyazi biliklərin olması vacibdir;
- Ali və ya orta təhsilli (peşə və kollec məzunlarına üstünlük verilir);
- Müvafiq sahədə təcrübənin olması üstünlükdür.
Əmək Şəraiti:
- Əmək haqqı: 500-700 AZN;
- İş rejimi: Həftənin 6 günü;
- Nahar şirkət tərəfindən təmin olunur, bonus və əlavə imtiyazlar da mövcuddur.
Ağsu ərazisində yaşayan xanım və bəy namizədlər CV-lərində yaşadığı ərazini və mövzu hissəsində “Satış məsləhətçisi” başlığı ilə qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 055-500-91-00 və ya 055-500-97-38 nömrələrinə whatsapp üzərindən müraciət etmələri xahiş olunur.
VAKANSİYA 4
Azericard
Helpdesk
Son tarix 03 iyl 2025 - Müraciət et
Tələblər:
- Ali təhsil (üstünlük texniki ixtisas);
- İT sahəsində ən azı 1 illik iş təcrübəsi;
- Windows əməliyyat sistemlərinə dair biliklər və işləmək bacarığı;
- Şirkətin fəaliyyətində istifadə olunan sistemlərin quruluş və iş prinsiplərinin bilikləri;
- Çox tapşırıqlı iş rejimində işləmə qabiliyyəti;
- Azərbaycan və rus dili sərbəst, İngilis dili bilikləri (danışıq qabiliyyəti, texniki sənədlərin oxunub tərcümə olunması).
Vəzifə üzrə fəaliyyəti:
- Şirkətdə istifadə olunan avadanlıqların işində xətalar və ya sıradan çıxma halları olduqda onların bərpa olunması üçün operativ tədbirlər görür;
- Qəbul olunmuş tələbləri qeydiyyatdan keçirir, onların təhlilini aparır və departamentinin səlahiyyətli əməkdaşlarını məlumatlandırır;
- İşçi stansiyalarının və şirkətin sistemlərinin istifadə olunmasında müəyyən edilmiş xətalar və görülmüş tədbirlər haqqında yuxarı rəhbərə vaxtında yazılı şəkildə məlumat verir;
- İşçi stansiyalarının və cavabdeh olduğu sistemlərin təhlükəsizliyini təmin edir.
Namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
VAKANSİYA 5
Caspian Energy Club
Mühasib
Son tarix 03 iyl 2025 - [email protected]
Tələblər:
- Yaş həddi: 23–30
- Azərbaycan dilini mükəmməl bilmək. Xarici dil bilənlərə üstünlük verilir.
- Əsas maliyyə və mühasibat sənədlərinin tərtib olunması qaydalarını bilmək;
- Vergi orqanlarına hesabatların təqdim edilməsi qaydalarını bilmək;
- Müvafiq sahə üzrə ali təhsil;
- Təcrübə: 1–3 il;
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
- 1C mühasibatlıq proqramında işləmək bacarığı.
Vəzifələr:
- E-gov.az, e-taxes.gov.az və digər elektron portallardan istifadə etmək;
- Təhvil-təslim aktlarının tərtib olunması;
- Onlayn kargüzarlıq sistemi vasitəsilə daxil olan məktublara nəzarət etmək;
- Debitor borclarının izlənilməsi və təhlili;
- Debitor qalığının yoxlanılması, uyğunsuzluqların araşdırılması və aradan qaldırılması;
- E-qaimələrin sistemə yüklənməsi, ləğv edilməsi və izlənməsi;
- Borclarla bağlı zənglərin edilməsi;
- Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatların hazırlanması.
İş şəraiti
- İş vaxtı: 09:00 – 18:00
- Əmək haqqı: 700 AZN
Əlaqə: Zəhmət olmasa, şəkilli CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
VAKANSİYA 6
Melissa Group
Marketinq Meneceri
Son tarix 03 iyl 2025 [email protected]
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
İşin Təsviri:
- Marketinq strategiyasının və büdcə planlamasının işlənib hazırlanması, analitik təhlillərin aparılması, proqnozların verilməsi, strategiyanın yerinə yetirilməsinin təmin edilməsi;
- Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq komandasına strateji istiqamətin təyin edilməsi;
- Marketinq komandasının hədəflərinin təyin edilməsi və təqib olunması;
- Bazar mövqelənməsinin təyin olunması və bu istiqamətdə işlərin təşkil edilməsi;
- Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
- Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmalarının aparılması, bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
- Şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılması;
- Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
- Marka mesajının doğru kommunikasiya kanalları vasitəsilə hədəf kütləyə çatdırılmasının təmin edilməsi;
- PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
- Partnyorlarla daim ünsiyyətdə olmaq və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstək əldə etmək;
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Qiymət strategiyasının işlənib hazırlanması;
- Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi, analitik təhlillərin aparılması;
- Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
- Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi;
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi.
Namizədə Tələblər:
- Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya magistr dərəcəsi üstünlükdür;
- Marketinq meneceri vəzifəsində minimum 2 il iş təcrübəsi;
- Marketinq strategiyası, brend idarəçiliyi və bazar araşdırmaları haqqında dərin biliklər;
- Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olmaq;
- Rəqəmsal marketinq alətləri və sosial media platformaları ilə işləmə bacarığı, Google analytics üzrə biliklər;
- Güclü analitik düşüncə, kreativlik və liderlik qabiliyyəti;
- Rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Marketinq Meneceri” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 7
Bashak Supply
Sürücü
Son tarix 03 iyl 2025 - [email protected]
Namizəddə tələblər:
- 30-40 yaş aralığında olan kişi namizədlər;
- Müvafiq sahədə azı 5 il təcrübə;
- Məsuliyyətli, intizamlı, gərgin iş şəraitində işləmək bacarığı;
- Səliqəli görünüş, düzgün danışıq qabiliyyəti;
Vəzifə öhdəlikləri:
- Sifariş olunan malları qaimə-faktura əsasında anbardan təhvil alıb, sifarişi qeyd olunan ünvanda yerləşən ticarət nöqtələrinə vaxtında çatdırmaq;
- Avtomobili texniki saz vəziyyətdə saxlamaq, vaxtında servis mərkəzində texnoloji təchizatını təmin etmək və texniki baxışdan keçirmək;
- Məhsulların təyinat yerinə rahat və təhlükəsiz çatdırılmasını təmin etmək;
- Şirkət tərəfindən təhkim olunmuş avtomobili təmiz və səliqəli saxlanılmasına nəzarət etmək;
- Yol hərəkəti qaydalarına riayət etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi;
İş şəraiti:
- Əmək haqqı: 700 AZN;
- İş vaxtı: Həftə içi 5 gün 09:00–dan 18:00 dək; şənbə yarı iş rejimi,
- Nahar şirkət tərəfindən qarşılanır;
- Korporativ nömrə,korporativ paket;
- Ünvan: Dərnəgül şossesi, Ziya Bünyadov pr 3105.
Tələblərə uyğun şəxslər CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “Sürücü” yazaraq göndərə bilərlər.
VAKANSİYA 8
Fairmont Baku
Satış üzrə koordinator
Son tarix 03 iyl 2025 - [email protected]
Əmək funksiyası.
- Satış fəaliyyətinin bütün aspektlərini, o cümlədən ilkin sorğuların alınması, potensial müştəri məlumatlarının, təkliflərin, yazışmaların və müqavilələrin vaxtında hazırlanması, gözləyən rezervasiya və s. kimi məsələlərin əlaqələndirilməsinə və həll edilməsinə köməklik etmək:
- Təklif və müqavilələri tələb olunduğu şəkildə hazırlamaq:
- Lazım olduğu təqdirdə müştərilərlə əlaqə saxlamaq:
- Müqavilələrin vaxtında qarşı tərəfə qaytarılmasına nəzarət:
- Bütün reklam-informasiya materiallarının dəqiq hesabatını aparmaq:
- Gəlir axınlarını əhatə edən xüsusi marketinq təşəbbüslərini əlaqələndirmək:
- Şirkət əməkdaşlarına və qonaqlara nəzakətli şəkildə kömək etmək və düzgün koordinasiyanı təmin etmək;
- Həftəlik şöbənin iclaslarında, gündəlik görüşlərdə və təlimlərdə iştirak etmək;
- İş prosesində hər hansı bir texniki problem və lazımi ehtiyaclar barədə dərhal birbaşa rəhbərə məlumat vermək;
- Birbaşa rəhbər tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək;
- Şöbənin digər əməkdaşlarının işinə köməklik etmək;
- Növbədə olduğu müddət ərzində bütün hesabatları hazırlayıb birbaşa rəhbərə təqdim etmək;
- Həm Satış şöbəsi daxilindəki həmkarlarla, həm də digər şöbələrin əməkdaşları ilə sıx əməkdaşlıq münasibətləri qurmaq;
- 1C proqramında işləmək, sistemə aylıq davamiyyət cədvəlini əlavə etmək;
- Satış və marketinq komandası ilə daxili koordinasiyaya cavabdeh olmaq;
- Satış şöbəsinə aid olan bütün sənədlərin (müqavilələr, otaq siyahıları, təkliflər vəs) dəqiq və vaxtında hazırlanmasını təmin etmək:
- Görüşləri, tədbirləri təşkil etmək və əlaqələndirmək:
- Görüşlərin protokollarını hazırlamaq:
- Özünün və həmkarının etdiyi bütün satışların yazılı müqavilələrini və digər tələb olunan sənədləşməsini hazırlamaq
Tələblər:
- Ali təhsil (turizm və otelçiliyin idarəedilməsi arzuolunandır)
- Müvafiq vəzifə üzrə təcrübə (üstünlük verilir)
- Opera PMS Software, Microsoft Windows kompüter proqramlarını bilmək.
- Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq.
- Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq.
- Son dərəcə məsuliyyətli və etibarlı olmaq.
- Diqqətini qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq.
- Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək
- Səlis Azərbaycan,İngilis,Rus dili
- Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq.
- Dinamik, öyrənməyə həvəsli olmaq
- Yaxşı satış və təqdimat bacarığı olmaq
- Eyni zamanda birdən çox işi idarə etmək bacarığı olmaq
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 9
Company
İstehsalatda xətt operatoru
Son tarix 03 iyl 2025 - [email protected]
“İstehsalatda xətt operatoru” (büküm-strander avadanlığı üzrə)
Əsas vəzifələr:
- Kabel istehsalı prosesində strander avadanlığının idarə olunması;
- Texniki tələblərə uyğun olaraq kabel tellərinin bükülməsi və nəzarəti;
- Avadanlığın gündəlik işə hazırlanması, sazlanması və sadə texniki baxışların aparılması;
- İstehsal zamanı texniki göstəricilərə riayət olunması və keyfiyyətə nəzarət.
Tələblər:
- Orta ixtisas və ya texniki təhsil (elektrik və ya mexanika üzrə üstünlükdür);
- Büküm/strander tipli avadanlıqla işləmə təcrübəsi (ən azı 1 il);
- Texniki sənədlərlə işləmək bacarığı;
- Məsuliyyətli, dəqiq və komanda ilə işləməyə meyilli olmaq.
İş Şərtlərimiz:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əmək haqqı - 900 Azn (NET) + Bonus
- 6 günlük iş rejimi
- Ünvan: Abşeron rayonu Atyalı kəndi
Maraqlanan namizədlərdən xahiş olunur ki,şəkilli CV-lərini e-mailin mövzu hissəsində“İstehsalatda xətt operatoru” ( büküm-strander avadanlığı üzrə) sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
VAKANSİYA 10
Qala Sigorta
Subroqasiya şöbəsinin hüquqşünası
Son tarix 03 iyl 2025 - Müraciət et
İş yeri: “Qala Sığorta” ASC
Tələb edilən bilik, bacarıq və təcrübə:
- Hüquq üzrə ali təhsil;
- Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı, ingilis və rus dili biliyi üstünlükdür;
- Sığorta sahəsində, xüsusilə də subroqasiya sahəsində ən azı 1 il iş təcrübəsi tələb olunur;
- MS Office proqramlarında işləmək bacarığı;
- Ofis proqramları üzrə biliklər;
- Vaxtın idarəedilməsi bacarığı;
- Problem həlletmə bacarığı.
Vəzi̇fə və öhdəli̇klər:
- Cəmiyyət üzrə yaranmış subroqasiya tələbləri üzrə işlərin aparılması; bu məqsədlə subroqasiya yaranmış işlərin icraata qəbul edilməsi, qeydiyyatının aparılması, mövcud sistemə işlənməsi, məhkəməyə qədər həll proseduru üzrə tələb irəli sürülən şəxslərlə müvafiq danışıqların aparılması, subroqasiya iddiası ilə bağlı bildiriş məktublarının, sorğuların və s. hazırlanması, aidiyyəti üzrə göndərilməsi;
- Subroqasiya iddiası ilə bağlı işlərin məhkəməyə hazırlanması, sənədlərin toplanması, məhkəməyə müraciət edilməsi və məhkəmə proseslərində iştirak;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Cəmiyyətin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak edilməsi;
- Məlumatın yayılması təhlükəsizliyinin qorunması zərurəti ilə əlaqədar fəaliyyəti dövründə əldə etdiyi məlumatların Şirkətdən xaricə çıxarılmamasının təmin olunması;
- Vəzifə səlahiyyətləri çərçivəsində departament və şöbə müdirinin göstərişlərinin yerinə yetirilməsi;
- Vəzifə səlahiyyətləri çərçivəsində İdarə Heyətinin qərarlarının və tapşırıqlarının icrası.
Əmək şəraitinin şərtləri:
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına email-in mövzu hissəsində “Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur.
Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 11
ATS Food
Elektrik mühərriklərinin təmiri üzrə usta
Son tarix 03 iyl 2025 [email protected]
Vəzifə öhdəliyi:
- Elektrik mühərriklərinin yoxlanılmasını və elektrik mühərriklərinin yastıqlarının təmirini həyata keçirməli;
- Elektrik mühərriklərinin sarğısının sarınmasını və təmirini həyata keçirməli;
- Sarğı bağlantı sxemlərinin təyin edilməsini və sarğı tellərinin, sarğı üçün izolyasiya hissələrinin hazırlanmasını bacarmalı;
- Elektrik alətlərindən istifadə edərək dəyirmi və duzbucaqlı kəsişməsinin mis tellərinin lehimlənməsini bilməli;
- Montaj və demontaj qaydalarını,alətlərdən istifadə qaydalarını bilməli;
- Elektrotexnikanın nəzəri əsaslarını,sarğı materialları və sarğı texnologiyasını bilməli.
Namizədə tələblər:
- Təhsil səviyyəsi: Orta,orta-texniki təhsil
- İş təcrübəsi: 3 il
- Dil bilikləri: Azərbaycan dili (əla) və Rus dili (orta)
İş qrafiki:
- 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
Əmək haqqı: 883 AZN Net
İş yeri: Sumqayıt şəhəri
Üstünlüklərimiz:
- Nahar ilə təmin edilmə
- Servis ilə təmin edilmə
- Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Elektrik mühərriklərinin təmiri üzrə usta” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 12
Azerbaijan Airlines
Uçuşları İstehsalı İdarəsi/Mütəxəssis
Son tarix 03 iyl 2025 - Müraciət et
Təsvir
- Uçuş heyətləri və təyyarə bələdçilərinin sənədlərinin proqrama yerləşdirilməsi;
- İşə qəbul olunan əcnəbi vətəndaşlığı olan uçuş heyətlərinin sənədlərinin yoxlanılması və sistemə daxil edilməsi;
- Rəhbər sənədlərdə edilən dəyişikliklərin Q-Pulse və Meridian proqramları vasitəsilə SMS yolu ilə uçuş heyətlərinə göndərilməsi;
- Uçuş heyətləri və təyyarə bələdçilərinin məzuniyyətlərinin rəsmiləşdirilməsi;
- Ezamiyyət və xəstəlik vərəqələrinin sistemdə qeydiyyata alınması;
- Uçuş heyətlərinin uçuş sənədlərinin (xidməti pasportlar, vizalar, tibbi sertifikatlar, pilot şəhadətnamələri, buraxılış vəsiqələri və s.) bitmə tarixlərinə nəzarət edilməsi və bu barədə rəhbərliyə hesabatların hazırlanması;
- Pilotlar üçün CAT I, II və III kateqoriyaları üzrə DMAA-ya rəsmi məktubların hazırlanaraq göndərilməsi.
Tələblər
- Təhsil: Ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili - Ana dili; İngilis dili - yüksək səviyyə;
- Proqram bilikləri: Microsoft Office proqramları;
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ünsiyyət bacarıqları;
- Problemi həll etmə bacarığı;
- Təqdimat bacarıqları;
- İşə uyğunlaşma qabiliyyəti;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Komandada işləmək bacarığı.
İş şəraiti
- İş qrafiki: 5 günlük;
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
VAKANSİYA 13
Irshad Electronics
Xəzinədar (Sea Breeze)
Son tarix 03 iyl 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Nağd və nağdsız ödənişlərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək;
- Günün yekün hesabatını aparmaq;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Tələblər:
- Ali təhsil arzuolunandır;
- Azərbaycan və Rus dilində səlis danışıq;
- Minimum 1 il iş təcrübəsi ( Mobil telefon və elektronika sahəsində təcrübə üstünlükdür)
- 20 yaşdan yuxarı;
- Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmaq;
- Analitik düşünmək;
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmləri haqqında məlumatlı olmaq;
- Yüksək dəqiqlik və məsuliyyət
Bizim təminatımız:
- İş qrafiki: 6 günlük
- Əmək haqqı 700 AZN +Bonus
- İş yeri: Bakı, Sea Breeze .
CV-ləri şəkil əlavə etməklə mövzü bölməsində "Xəzinədar" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Əlaqə nömrəsi: 055 211 16 65
VAKANSİYA 14
iSchool
General English Instructor
Son tarix 03 iyl 2025 - [email protected]
Komandamıza "General English" üçün müəllim axtarışındayıq.
Əsas tələblər:
- İngilis dili biliyi; (Minimum C1 səviyyəsində)
- Müvafiq sahə üzrə ali təhsil;
- Minimum 1-3 il iş təcrübəsi;
- İşinə qarşı həvəsli, məsuliyyətli, yeniliklərə açıq olmalı.
İş şərtləri:
- İş günləri: 1-6-cı günlər, bazar günü istirahət;
- Tam-ştat iş rejimi;
- Minimum əmək haqqı- 1000 AZN
Bizimlə çalışmağın üstünlükləri:
- Fərdi və komanda şəklində inkişaf (pedoqoji heyyət üçün təlimlər təşkil edilir);
- Mərkəzin təqdim etdiyi xidmətlərdən tam ödənişsiz şəkildə yaralanma hüququ.
Qeyd: Namizədlərin Rus dili biliyinin olması üstünlükdür.
Uyğun namizədlər CV-lərini (Müraciət anketi) müvafiq başlıq adı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya +994 55 837 70 01 əlaqə nömrəsinə göndərə bilərlər.
VAKANSİYA 15
Caffècino
Kassir
Son tarix 03 iyl 2025 [email protected]
Caffècino kassir vəzifəsinə xanım işçilər axtarır.
Vəzifələr
- Ödəniş əməliyyatlarını həyata keçirmək:
- Ödəniş əməliyyatlarını həyata keçirən zaman texniki təlimatlara uyğun olaraq müvafiq təhlükəsizlik tədbirlərini görmək;
- Qəbul edilmiş nağd pul vəsaitlərini rəhbərliyin nümayəndəsinə təhvil verəndək yoxlamaq, təhlükəsiz şəkildə saxlamaq;
- Müştərilərin sorğularına gülərüz, nəzakətli və dəqiq şəkildə cavab vermək;
- Müştəriyə qəbz/qaimə təqdim etmək;
- Nağd pul vəsaitlərinin müəssisənin təhlükəsizlik tələblərinə uyğun olaraq saxlanmasını təmin etmək;
- İmtina olan sifarişin ödənişlərini geri qaytarmaq;
- Gündəlik və dövri hesabatlıq;
Tələblər
- Rus və ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək
- Ünsiyyətcil, məsuliyyətli və diqqətli namizədlərə üstünlük veriləcək
- Yaş limiti 18-28
İş şəraiti
- Əmək haqqı: Aylıq maaş – 500 AZN
- Əlavələr: tips, faiz və bəzi aylarda mükafat
- Rəsmi əmək müqaviləsi
- İş qrafiki: həftədə 6 iş günü / 1 istirahət günü
- Maaş artımı perspektivi mövcuddur
- İş yeri: Ceyhun Hacıbəyli küçəsi 85 (Gənclik m/st yaxınlığı)
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
VAKANSİYA 16
Azerfon
Veb Yerləşdirmə üzrə Mütəxəssis
Son tarix 03 iyl 2025 [email protected]
İş qrafiki: Standart
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Veb saytın performansını və SEO nəticələrini təhlil etmək
- Müvafiq hesabatlar hazırlamaq və onları rəqiblərlə/keçmiş göstəricilərlə müqayisə etmək
- Mövcud bütün məlumat bazalarından istifadə edərək istifadəçi təcrübəsinin optimizasiyası üçün tövsiyələr vermək
- Üçüncü tərəf şirkətlərin veb yerləşdirmə üzrə fəaliyyətini idarə etmək
- Veb saytın texniki təhlili, rəqabət / açar sözlərin (keyword) araşdırılması və link təhlili də daxil olmaqla məlumatların toplanmasını həyata keçirmək (SEO)
- Media reklamlarını dərindən analiz etmək
- Biznesin tələblərinə uyğun olaraq saytın kontentini yeniləmək
- Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək
- Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək
- Şirkətə aid məlumatların məxfiliyini təmin etmək
Vəzifənin tələbləri:
- Ali təhsil (Marketinq sahəsində Ali təhsil üstünlük hesab olunur)
- Müasir rəqəmsal texnologiyalar haqqında məlumatlı olmaq və onlayn araşdırma aparma bacarığı
- A/B və çoxşaxəli testlərin (A/B və MVT testing) aparılmasında təcrübə
- Vebsayt analitikası üçün alətlər (məsələn, Google Analytics, Yandex Metrica, Data Studio) üzrə biliklər
- Google Ads (GDN, Search, YouTube ads etc), Yandex Direct, Facebook Business Manager və digər reklam platformalarında kampaniyalarının yaradılması və optimallaşdırılması üzrə təcrübə
- E-mail marketinq aparılmasında təcrübə
- Bir neçə tapşırığı eyni zamanda yerinə yetirmə qabiliyyəti
- Rəqəmsal marketinq üzrə ən azı 3 il iş təcrübəsi (Telekommunikasiya və reklam agentliyi üzrə iş, eləcə də korporativ iş təcrüsbəsi üstünlük hesab olunur)
- Azərbaycan dili və İngilis dilini səlis bilmək (Rus dilini bilmək üstünlük hesab olunur)
- MS Office (Outlook, Word, Power Point, Excel, Visio etc.) proqramlarını bilmək
- HTML, CSS, JavaScript barədə ilkin biliklərin olması üstünlükdür
- Google (Ads, Analytics, YouTube, Data Studio etc.) HubSpot, Yandex (Direct, Metrica), CDMP (Certified Digital Marketing Professional), Facebook BluePrint və s., üzrə sertifikatlar üstünlük hesab olunur
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda ‘Veb Yerləşdirmə üzrə Mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Web Placement Specialist
Work graphic: Standard
Your main job responsibilities
- To analyze performance of the Website and the results of SEO
- To generate reports and compare them with previous data and competitors
- To make recommendations for optimization of the online customer experience by utilizing the full ecosystem of data sources
- To manage Web Placement efforts of vendors
- To perform information gathering services including technical website analysis, competitive/keyword research, and link analysis (SEO)
- To analyze display ads report in-depth
- To update content of the website in accordance with business needs
- To execute job responsibilities and verbal/ written instructions by management
- To execute assigned tasks in compliance with the procedures/policy/instructions.
- To keep confidentiality of the company data.
Your job requirements:
- University Degree (University degree in Marketing is a plus)
- Knowledge of modern digital technologies and ability to have online research skills
- Experience with A/B and multivariate experiments
- Solid knowledge of website analytics tools (e.g., Google Analytics, Yandex Metrica, Data Studio)
- Experience in setting up and optimizing campaigns in Google Ads (GDN, Search, YouTube ads etc), Yandex Direct, Facebook Business Manager etc. / Google Ads (GDN, Search, YouTube ads etc.)
- Experience in e-mail marketing
- Ability to multitask and meet deadlines
- At least 3 years work experience in digital marketing (Work experience in Telecommunications and advertising agency, as well as corporate work experience is a plus
- Fluent knowledge of English and Azerbaijani languages (Russian language is a plus)
- Knowledge of Microsoft Office (Outlook, Word, Power Point, Excel, Visio etc.)
- Knowledge of basic HTML, CSS, JavaScript is a plus
- Google (Ads, Analytics, YouTube, Data Studio etc.) HubSpot, Yandex (Direct, Metrica), CDMP (Certified Digital Marketing Professional), Facebook BluePrint, etc. certificates are a plus
Please send your CV to the e-mail address in the Apply for job button.
Applications without ‘‘Web Placement Specialist ” in the e-mail subject will not be considered.
Applications will be reviewed against position requirements and only shortlisted candidates will be contacted
VAKANSİYA 17
Penoplex Prikavkazye
Бухгалтер по реализации (Гаджигабул)
Son tarix 03 iyl 2025 [email protected]
Требования:
- Возраст: от 25 лет
- Образование: Высшее
- Знание иностранного языка: Русский (С2)
- Знание программных продуктов: Уверенный пользователь: MS Office (Exсel, Word, Outlook), работа в Интернете и с электронной почтой. Знание профессиональных программ: 1С предприятие на профессиональном уровне
Должностные обязанности
- Выполняет работу по ведению бухгалтерского и налогового учёта, расчетов с дебиторами/кредиторами, ведет книгу покупок и прочее в филиале.
- Отражать весь процесс продаж в бухгалтерском учете
- Отражать в бухгалтерском учете себестоимости производства
- Осуществляет приём, контроль и отражение первичной документации на счетах бухгалтерского и налогового учёта фактов хозяйственной деятельности по соответствующим участкам бухгалтерского учёта;
- Организует подготовку документов для проведения налоговых проверок
- Принимает участие в формировании Учетной политики, исходя из специфики условий хозяйствования, структуры, размеров, отраслевой принадлежности и других особенностей деятельности организации;
- Формирует информационную систему бухгалтерского учета и отчетности в соответствии с требованиями бухгалтерского, оперативного и управленческого учета, 1 С.
- Своевременно и качественно выполняет работы в соответствии со сроками, утвержденными для отражения в учете хозяйственных операций, оформления и предоставления первичных документов, сводок, отчетов.
- Бухгалтер по реализации может быть привлечен к выполнению обязанностей других работников, а также к решению текущих задач Общества и филиала по устному или письменному указанию директора филиала, их заместителей, непосредственного руководителя, а также лиц, их замещающих.
Условия работы
- Место работы завод Penoplex Prikavkazye, Гаджигабул, Трансфер с 20 января
- Обед и мобильная связь обеспечивается со стороны компании
- Зарплата 1391 манат до вычета налогов +премия согласно положению о премирование (20% от оклада)
CV слать на РУССКОМ ЯЗЫКЕ на эелктронный адрес в кнопке Откликнуться.
VAKANSİYA 18
Foodcity Agropark
Müştəri xidmətləri üzrə mütəxəssis (Xudat şəhəri)
Son tarix 03 iyl 2025 - [email protected]
Tələb olunan bilik, bacarıq, təcrübə:
- Ali təhsil;
- Müvafiq sahədə iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (Rus dili və İngilis dili üstünlükdür);
- Yüksək ünsiyyət bacarığı, səbirli və nəzakətli davranış;
- Komandada işləmə və stresə davamlılıq bacarığı;
- Problem həll etmə bacarığı və təşəbbüskarlıq;
- MS Office proqramları ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Şirkətin xidmətləri və üstünlükləri barədə müştəriləri düzgün məlumatlandırmaq;
- Müştərilərin sorğularına canlı ünsiyyət, telefon, e-mail və ya mesajlaşma vasitəsilə operativ cavab vermək;
- Müraciətləri qeydiyyata almaq və aidiyyəti şöbəyə yönləndirmək;
- Müştəri sifarişlərinin sənəd üzərindən təqibi və ödəmə nəzarətinin aparılması;
- Müştəri şikayətlərinin qeydiyyatını aparmaq və onların vaxtında həll olunmasına nəzarət etmək;
- Daxili proqram təminatı ilə işləmək və hesabatların hazırlanması;
Təminat və əlavə imtiyazlar:
- Könüllü tibbi sığorta;
- “DəyərliSən” mobil tətbiqi “PAŞA Loyallıq platforması.
Ünvan: Xudat şəhəri
Vakansiya ilə bağlı “Müştəri xidmətləri üzrə mütəxəssis (Xudat ş.)” adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz
VAKANSİYA 19
Foton
İşə qəbul üzrə baş mütəxəssis
Son tarix 03 iyl 2025 [email protected]
Nə təklif edirik?
- Aylıq NET əmək haqqı: 2.800 AZN
- Könüllü tibbi siğorta; (ailə paketi)
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
- Vəzifə tələblərinin hazırlaması və müxtəlif platformalarda yerləşdirməsi. İşədüzəlmə portalları, sosial media, peşəkar şəbəkələr (məs. LinkedIn) və işçi tövsiyələri ilə potensial namizədlərin müəyyənləşdirməsi və cəlb edilməsi;
- Tərcümeyi-halların nəzərdən keçirilməsi, namizədlərin qısa siyahısının tərtib edilməsi və bacarıq, təcrübə və mədəni uyğunluğun qiymətləndirməsi üçün ilkin müsahibələrin aparılması;
- Axıcı və səmərəli müsahibə prosesinin təmin edilməsi üçün müsahibə dövrlərinin planlaşdırması və əlaqələndirməsi;
- Seçilmiş namizədlərin siyahısının xətt rəhbərlərinə təqdim edilməsi;
- İş təkliflərinin hazırlanması və seçilmiş namizədlərə təqdim edilməsi;
- Cari və gələcək işəgötürmə ehtiyaclarını qarşılamaq üçün ixtisaslı namizədlərin siyahısının yaradılması və saxlanması;
- Namizədləri İzləmə Sistemindən (ATS platforması) istifadə etməklə namizədlərin məlumatlarının idarə edilməsi və işə qəbul siyasətinə və qaydalarına riayət olunmasının təmin edilməsi;
- İşə qəbuldan əvvəl namizəd məlumatlarının doğruluğunun və etibarılılığının təmin edilməsi üçün namizədlərin tərcümeyi-halını və tövsiyələrinin yoxlanması;
- Əmək yarmarkalarında, işgüzar əlaqələrin qurulması üçün keçirilən tədbirlərdə iştirak və istedadlı mütəxəssisləri cəlb etmək üçün işə qəbul üzrə marketinq kampaniyalarını idarə etməklə işəgötürənin brendinin yaradılmasının dəstəklənməsi;
- Sənədləşmə və istiqamətləndirmə daxil olmaqla yeni işçilərin (onbording) prosesinin təşkil edilməsi.
Tələblər:
- Psixologiya, Sosiologiya və ya İnsan Resursları istiqamətində bakalavr dərəcəsi;
- İşə qəbul üzrə (Recruitment) 3-4 il iş təcrübəsi;
- İnsan Resurslarında Performansın idarəedilməsi/Təlim və inkişaf üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
- Kadrların qiymətləndirilməsi və seçilməsi alətləri ilə tanışlıq, işəgötürmə üzrə marketinq və işəgötürənin brendinin yaradılması haqqında biliklər;
- Resursların cəlb edilməsi alətləri və metodları üzrə təcrübə;
- Microsoft Office (Word/Excel/PowerPoint)
- Azərbaycan, ingilis və rus dillərinin mükəmməl biliyi.
CV-lərinizi “İşə qəbul üzrə baş mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
VAKANSİYA 20
SOCAR Upstream Management International LLC
Leading / Senior Recruitment Specialist
Son tarix 03 iyl 2025 - [email protected]
Job duties:
- Perform recruitment efforts, ensuring alignment with organizational standards and supporting best practices across company and assets.
- Participate in design and implement recruiting strategies to meet business objectives and scale operations effectively.
- Perform headhunting, sourcing, interviewing, and onboarding processes.
- Partner with hiring managers to understand their hiring needs and forecast future recruitment requirements.
- Meet performance metrics for recruiting activities, such as time-to-fill, cost-per-hire, and source effectiveness.
Additional requirements:
- Bachelor’s and/or Master’s degree in Human Resource Management or equivalent. SHRM/CIPD certification is an advantage
- Advanced resourcing and headhunting skills
- Excellent analytical and reporting skills
- Good negotiation and headhunting skills
- Minimum 5 years of experience including at least 1 year experience in Oil and Gas sector
- Fluency in English (both written and verbal)
- Ability to express team work, coordination
Applicants are required to send resumes to the e-mail address in the Apply for job button stating the position in subject line.