VAKANSİYA 1
MJ Finance
Problemli kreditlər və Məhkəmələrlə iş şöbəsinin kiçik mütəxəssisi
Son tarix 27 yan 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- BOKT daxili təlimat, qayda və prosedurların, əsasnamələrin ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
- Zəruri sənədləri PKİD-ə aid xüsusi proqram təminatına yükləyir;
- BOKT-un əmlakları ilə bağlı sənədləşmə və qeydiyyat işlərini aparmaq;
- Təyin olunmuş portfelin idarə olunması;
- Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
Tələblər:
- Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
- Müvafiq sahə üzrə 1 il iş təcrübə tələb olumur;
- 1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
- Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
- Dəqiqlik, detallara fikir vermək qabiliyyəti.
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür
- Xanım namizədlərə üstünlük verilir.
İş barədə məlumat:
- Əmək haqqı: 400 – 450 AZN+bonus
- İş yeri: Bakı şəh, Aşıq Molla Cümə küç.
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-14:00
CV-lərinizi “Problemli kreditlər və Məhkəmələrlə iş şöbəsinin kiçik mütəxəssisi” başlığı altında elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır.
VAKANSİYA 2
MG Transport
Mühasib
Son tarix 27 yan 2025 - [email protected]
Məkan: BAKI / Azərbaycan (Həsən bəy Zərdabi 89, Grand Park yaşayış kompleksi)
Əmək haqqı: (Müsahibə zamanı işçinin bilik və təcrübəsinə əsasən müəyyən olunacaq)
İş təsviri:
Beynəlxalq logistika sektorunda fəaliyyət göstərən şirkətimiz mühasibatlıq departamentinə təcrübəli və bacarıqlı Mühasib axtarır. Mühasib olaraq siz maliyyə əməliyyatlarını idarə edəcək və şirkətimizin maliyyə göstəricilərinə nəzarət edəcək komanda üzvü olacaqsınız.
Vəzifə və Məsuliyyətlər:
- Şirkətin gündəlik maliyyə əməliyyatlarını izləmək və onun uçotunu təşkil etmək.
- Maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Büdcənin yaradılmasında və maliyyə məqsədlərinə nail olunmasında iştirak etmək.
- Vergi bəyannamələrinin hazırlanması və qanuni tələblərə riayət olunması.
- Mühasibat uçotu siyasəti və prosedurlarının hazırlanmasına və həyata keçirilməsinə töhfə vermək.
- Mühasibat departamentinin idarə edilməsi və komandanın fəaliyyətinin qiymətləndirilməsi.
Tələblər:
- Ən azı 5 il mühasibatlıq təcrübəsi.
- Mühasibat uçotu üzrə bakalavr və ya daha yüksək dərəcə.
- Mühasibat proqramları üzrə biliklər (məsələn, 1S. WINMUHASEBE).
- Vergi qanunları, maliyyə hesabatları standartları və hüquqi tənzimləmələr haqqında müasir biliyə malik olmaq.
- Analitik düşünmə, problem həll etmə və qərar vermə bacarıqları.
- Komanda idarəetmə və ünsiyyət bacarıqları.
- Detallara diqqət və vaxtı idarə etmə bacarığı.
Əgər yuxarıdakı meyarlara uyğun gəldiyinizi düşünürsünüzsə, CV-nizi email address ünvanına göndərməklə müraciət edə bilərsiniz. Müraciətinizin mövzu hissəsində “Mühasib” yazmağı unutmayın.
Əlaqə nömrəsi: 0102329119
Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq. Müraciətlər məxfi saxlanılacaq və yalnız iş seçimi prosesində istifadə olunacaq.
VAKANSİYA 3
Maple Trading
Satınalmalar üzrə mütəxəssis
Son tarix 27 yan 2025 - [email protected]
İş barədə məlumat:
- Satınalma işlərinin təşkili;
- Satınalma fəaliyyətləri, performans göstəriciləri və yüksək rəhbərlik üçün xərclərə qənaət haqqında müntəzəm hesabatların hazırlanması;
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
- Satınalmalar üzrə sənədləşmə işlərini aparmaq, müxtəlif hesabatları hazırlamaq;
- Alınan malları tələb edilən vaxt və keyfiyyət çərçivəsində icra etmək;
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili bazarda araşdırılması;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların,danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
Tələblər:
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti
- Kreativlik, analitik bacarıq
- Aktiv və çalışqan
- Məqsədyönlü və işinə məsuliyyətli yanaşan
- Kollektivlə işləmə bacarığı
İş qrafiki:
- İş vaxtı: Həftə içi 5 gün 09:00–dan 18:00 dək
- Ə/h – 500-600 AZN (müsahibə əsasında artım ola bilər)
- Ünvan: Ələsgər Qayıbov 12/22
CV-nizi e-mail adresinin mövzu hissəsində " Satınalmalar üzrə mütəxəssis" yazaraq müraciət edə bilərsiniz.
Əlaqə nömrəsi: 0102251245
VAKANSİYA 4
Qala Sigorta
Korporativ katib
Son tarix 27 yan 2025 - [email protected]
Namizədə olan tələblər:
- Təhsil: Ali. Hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə ali təhsili olmalıdır.
- Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);
- Səlis danışıq qabiliyyəti;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
- İş təcrübəsi: Maliyyə və ya hüquq sahəsi üzrə azı 3 (üç) illik iş təcrübəsinə malik olmalıdır.
Əsas vəzifə öhdəlikləri:
- Sığortaçının idarəetmə orqanlarının və komitələrinin bütün üzvləri ilə işləyir, onlara qərəzsiz məsləhətlər verir və sığortaçının məqsədlərinə uyğun hərəkət edir;
- Direktorlar Şurasının sədrinə korporativ idarəetmə ilə bağlı məsləhətlər verir, onunla birgə sığortaçının korporativ idarəetməsinin sığortaçının məqsədlərinə uyğunluğunu dövri olaraq nəzərdən keçirir və sığortaçının korporativ idarəetmə strukturunun gücləndirilməsi üçün zəruri tədbirlər müəyyən edir;
- Direktorlar Şurası üzvlərinin bilik və bacarıqlarının artırılması üçün onları lazımi resurslarla təmin edir, o cümlədən təlimlər təşkil edir və onların peşəkar inkişafına dəstək göstərir;
- sığortaçının idarəetmə orqanlarının və komitələrinin iclaslarının çağırılması və keçirilməsini təmin edir, həmin iclasların gündəliyini tərtib edir, iclasdan əvvəl onları yenilənmiş məlumatlarla və digər zəruri resurslarla təmin edir;
- sığortaçının idarəetmə orqanlarının və komitələrinin fəaliyyətinin effektiv təmini üçün zəruri olan siyasət və prosedurların hazırlanmasına dəstək verir;
- Direktorlar Şurası, onun komitələri, İdarə Heyəti və səhmdarlar arasında effektiv kommunikasiyanın qurulmasını təmin edir;
- sığortaçı tərəfindən açıqlanması tələb olunan məlumatlara səhmdarların və digər investorların əlçatanlığını təmin edir.
İş şərtləri:
- İş qrafiki: 09:00 – 18:00
- Şirkət tərəfindən korporativ nömrə təmin olunur;
- Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur;
- Əmək haqqı: Müsahibə əsnasında (+bonus sistemi).
Digər məlumatlar:
- Ünvan: Bakı şəhəri, AZ1065, İzmir küçəsi 5 A
- Əlaqə vasitələri: www.qala.az; (012) 404 77 74
Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini elektron poçt ünvanına mövzuda “Korporativ katib” qeyd etməklə göndərə bilərlər.
VAKANSİYA 5
Optimal Finance BOKT
Problemli kredit departamentində yığım üzrə mütəxəssis
Son tarix 27 yan 2025 [email protected]
Vəzifə öhdəlikləri:
- Problemli kreditlərin sağlamlaşdırılması və borcların qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- İcraatında olan kredit portfellərinə nəzarət edilməsi;
- Gecikmə gününə müvafiq olaraq borclulara telefon zənglərinin olunması, gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması;
- Borclular tərəfindən olunan ödənişlərin hesabatının verilməsi;
- Vaxtı ötmüş borclarla işin effektiv şəkildə aparılması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması;
- Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi.
Namizədə dair tələblər:
- Gecikdirilmiş kredit portfelinin idarə olunmasında təcrübə və biliklər;
- Azərbaycan dilində səlis danışıq bacarığı;
- Microsoft Office proqramlarından bilik və bacarıqlar;
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Həftədə 5 iş günü, saat 10:00-18:00, şənbə günü iş saatı 10:00-15:00, bazar günü - istirahət
- Əmək haqqı 700 AZN
VAKANSİYA 6
Facility Management Group
Binaların istismarı və idarə edilməsi şöbəsinin assistenti
Son tarix 27 yan 2025 - Müraciət et
Təsvir
- Mənzil və ofislərdə görülən hər bir iş üçün işin sifariş formalarını hazırlamaq;
- Hər ayın sonunda ay arzində görülən işlərin hesabatını hazırlamaq;
- Mütəmadi olaraq texniki xidmət üçün tələb olunan mal və materialların siyahısını hazırlamaq;
- Binalarda istifadə olunan su, qaz və elektrik sərfiyyatına nəzarət etmək;
- Texniki heyətin davamiyyəti və nizam-intizamına daim nəzarət etmək;
- Texniki heyətin iş geyimlərini sifariş etmək;
- Müvafiq vəzifə üzrə işin gedişatında yaranan məsələlər üzrə rəhbərliyin müvafiq tapşırıqları yerinə yetirmək.
Tələblər
- Müvafiq sahəyə uyğun 1 il iş təcrübəsi;
- İbtidai mühasibat uçotu və maliyyə prinsiplərini bilmək;
- Əla şifahi və yazılı ünsiyyət bacarıqları;
- Yaxşı analitik/tənqidi düşüncə;
- Rus və ingilis dillərində ünsiyyət bacarığı;
- Stresə davamlılıq və problemlərin həll edilməsi bacarığı.
VAKANSİYA 7
Make Agency
SMM Meneceri (SMM Manager)
Son tarix 26 yan 2025 - [email protected]
Hansı özəlliklərə malik olmalıdır?
- Sahə üzrə ən azı 2 il iş təcrübəsi
- Yüksək səviyyədə Azərbaycan və Rus dili biliyi
- Yüksək şifahi və yazılı kommunikasiya qabiliyyəti
- Təşəbbüskarlıq, punktuallıq və kreativlik
- Sosial mediada yaranan trendlərdən xəbərdar olmaq
SMM üzrə Menecer nə iş görür?
- Reklam strategiyalarının hazırlanması və icrası
- Sosial media üçün aylıq post planının hazırlanması, Mövzuya uyğun kontentlərin hazırlanması;
- Hazırlanan postların qrafikə uyğun düzgün şəkildə paylaşılması
- Sosial media reklamları yaratmaq və optimallaşdırmaq bacarığı (Facebook, Instagram, Linkedin və s)
- Sosial media alətlərindən düzgün istifadə bacarığı (Meta Business Suite, Ads Manager)
- Qrafik dizaynerlərə brieflərin tam və dolğun şəkildə ötürülməsi
- Sosial media reklamları və büdcəsinin hazırlanması, idarə edilməsi
- Aylıq reklam hesabatlarının hazırlanması və təqdim edilməsi
Bizim sizə təklifimiz:
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Əmək haqqı: 700-1000 AZN
- Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə
- Bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Gələcək karyeranızın qurulması üçün geniş şərait;
- Iş qrafiki: 5/7 - Bazar ertəsi – Cümə: 10:00 – 19:00
- 6-ci gün Online - təcili iş olduqda
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “SMM Menecer” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 8
MANEVER MMC
İnşaat Mühəndisi
Son tarix 27 yan 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Tikinti prosesinə nəzarət məqsədi ilə ərazilərə səfərlər etmək, işin gedişatını nəzərdən keçirmək və rəy tərtib etmək
- Sərf olunan materialların keyfiyyətinin tələb olunan səviyyədə olub-olmamasını yoxlamaq və bu baradə forma 2 sənədinin xüsusi xanasında rəy qeyd etmək
- Smeta və forma 2 sənədi arasında fərqləri müəyyən etmək və doğruluğunu yoxlamaq.
Namizədə dair tələblər:
- İş təcrübəsi: Müvafiq sahədə minimum 1 il;
- Təhsil səviyyəsi: Ali;
- Kompüter bilikləri: AutoCAD, MS Office (Word, Excel);
- Şəxsi Avtomobil olması arzu olunandır.
İş şəraiti:
- Maaş görüşdə müzakirə olunacaq.
- Maaşdan əlavə bonus sistemı da mövcuddur.
VAKANSİYA 9
Zarat Group of Companies
Maliyyə mütəxəssisi
Son tarix 27 yan 2025 - [email protected]
İş yeri: Bakı şəhəri;
Vəzifə öhdəlikləri:
- Şirкətin mаliyyə hеsаbаtının tərtib еdilməsi və mаliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnmаsı və аnаlizi;
- Müəssisənin illik büdcəsinin planlaşdırılması, digər struktur bölmə rəhbərləri ilə birgə büdcənin hazırlanması və icrasına nəzarət etmək;
- Müəssisənin maliyyə və iqtisadi vəziyyətini və fəaliyyətinin nəticələrini təhlil etmək, şirkətin likvidliyini təmin etmək;
- Şirкətin fəаliyyət хərclərinin аnаlizi və хərclərin аzаldılmаsı yоllаrını аrаmаq və еffекtivliyinin yахşılаşdırılmаsı;
- Cəmiyyətin maliyyə hesabatlarının düzgünlüyünü və orada olan məlumatların etibarlılığını təmin etmək;
- Şirкətin sаtınаlmа risкlərinə nəzаrət və оnun оptimаl səviyyədə sахlаnılmаsı;
- Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini həyata keçirmək;
- Hesabatlara əsasən məlumatların uçota alınması;
- Mənfəət və zərər hesabatının, kapitalda dəyişikliklər haqqında hesabatın hazırlanması.
Tələblər:
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il;
- Təhsil: Ali.
- Beynəlxalq maliyyə standartlarını bilmək (İFRS);
- Maliyyə auditi sahəsində təcrübə;
- MDB ölkələrində yerləşən ofislər ilə sıx əməkdaşlığı nəzərə alaraq rus və ingilis dillərini yüksək səviyyədə bilməli;
- Xarici ölkələrə ezamiyyələrə açıq olmalı;
- Mаliyyə şərаitini аnаliz еtməк qаbiliyyəti, prоblеmləri həll еtmək bаcаrığı;
İş şərtləri:
- 6 günlük iş həftəsi (Şənbə günü qısa iş günüdür)
- İstirahət günü: Bazar
- Əməkhaqqı: 1000 AZN
Müraciət qaydaları:
- CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Maliyyə mütəxəssisi” yazıb göndərməklə müraciət edə bilərsiniz.
VAKANSİYA 10
AZZA Cake House
Satıcı / Продавец-консультант
Son tarix 27 yan 2025 - [email protected]
“AZZA Gastronom” QSC şirkəti - bu gün Azərbaycanın ən böyük şirniyyat mağazaları şəbəkəsi "Satıcı" vakansiyasını elan edir.
Tələblər:
- Tam orta təhsil (ali təhsil olması üstünlükdür).
- Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (üstünlükdür).
- Satış sahəsində təcrübə (üstünlükdür).
- Komandada işləmə bacarığı.
Vəzifələr:
- Ticarət zalında kifayət qədər miqdarda çeşidin olmasına nəzarət etmək və lazım gələrsə onu doldurmaq.
- Alqı - satqı zamanı alıcılara məsləhət vermək.
- Mağaza tərəfindən malların qəbulunda köməklik etmək.
- Satış üçün malların hazırlanması.
- Malların qiymət etiketlərinə nəzarət etmək.
- Malların saxlama müddətinə nəzarət etmək.
- Mağazada malların yerləşdirilməsi və onlara nəzarət etmək.
Səlahiyyətlər:
- Məsuliyyət.
- Dəqiqlik.
- Stresə dözümlülük.
- Ünsiyyətlilik.
- Müştəriyə diqqətçilik.
Şirkət təklif edir:
- Əmək haqqı 500-550 azn,
- Karyera yuksəlişi altı aydan sonra menecer vəzifəsinə qədər mümkündur və əmək haqqı artım ilə 650-1000azn
- Bayram günlərində işləmək ganunvericiliyə uyğun olaraq 2 qat odənilir
- Növbəli iş cədvəli.
- Peşəkar inkişaf və yüksəliş.
- Rəsmi qeydiyyat.
Namizələrdən mövzu yerində "Satıcı" vakansiyasının adını göstərərək CV-lərini fotoşəkili ilə qeyd edilmiş e-poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
***
Компания “AZZA Gastronom” на сегодняшней день самая крупнейшая сеть кондитерских магазинов на территории Азербайджана – объявляет о вакансии «Продавец-консультант».
Требования:
- Полное среднее образование, высшее приветствуется.
- Владение языками: азербайджанский язык (свободно) русский язык (приветствуется).
- Опыт работы в сфере продаж.
- Умение работать в команде.
Обязанности:
- Следить за достаточным количеством ассортимента в торговом зале и при необходимости пополнять его.
- Консультирование покупателей при покупке.
- Помощь в принятие товара магазина.
- Подготовка товара к продаже.
- Контроль ценников на товарах.
- Контроль сроков годности товара.
- Контроль и выкладка товара магазина.
Компетенции:
- Ответственность.
- Пунктуальность.
- Стрессоустойчивость.
- Коммуникабельность.
- Клиентоориентированность.
Компания предлагает:
- Заработная плата 500-550 азн, после
- Возможность карьерного роста до менеджера по истечении шести месяцев с повышением заработной платы до 600-1000azn
- Работа в праздничные дни оплачивается по законадательству в двойном размере
- Сменный график.
- Профессиональный рост и развитие.
- Официальное оформление.
Кандидатов просим отправлять свое резюме с фотографией на e-mail, указав в теме письма название вакансии «Продавец-консультант».
На интервью будут приглашены только те кандидаты, которые будут соответствовать вышеуказанным требованиям.
VAKANSİYA 11
Palıd - 2015 MMC
Mebel dizayneri
Son tarix 27 yan 2025 [email protected]
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil,
- Kompüter bilikləri: MS Office proqramları, Adeko, Autocad, 3DMAX və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
- Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis, digər dil bilikləri əlavə üstünlük hesab olunur,
- İş təcrübəsi: Mebel istehsalı sahəsində 2 ildən az olmayaraq iş stajı.
- Xanım namizədlərə üstünlük verilir,
- Analitik düşüncə qabiliyyəti,
- Punktual və ünsiyyətcil olması.
Vəzifə öhdəlikləri:
- Mebel istehsalı üçün eskiz layihələrin Autocad proqramında hazırlanması;
- Ölçülərin düzgün qeyd edilməsi və mebel ustasına eskiz layihənin təqdim edilməsi.
- Müştəri tərəfindən seçilən model və nümunələrə əsasən eskiz layihələrin 3d görüntüsünün tərtib edilməsi,
- Müştəri ilə bağlanan müqavilənin ilk günündən işin təhvil verilməsi prosesinə qədər icraya nəzarətin edilməsi.
Bilik və bacarıqlar:
- Müasir və klasik üslub istiqamətlərini bilməsi,
- Mebel istehsalının texniki tələblərini və normativlərini bilməsi,
- Konstruksiya ilə işləmə qabiliyyəti,
- Optimal dizayn qərarlarını vermə qabiliyyəti.
- Müştəri ilə işləmə qabiliyyəti
İş şəraiti:
- İş qrafiki: VI günlük qrafik / 10:00-19:00 / Həftə içi istirahət günü
- İş yerinin ünvanı: Bakı şəhəri.,Nərimanov rayon,Aşıq Molla Cümə küçəsi 46B
- Əmək haqqı: 800 AZN + Satışdan bonus
Əlaqə nömrəsi: 050-235-69-51
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Satış təmsilçisi / Mebel dizayneri" adını qeyd edərək göndərmələri xahiş olunur.