VAKANSİYA 1
Sofistico
Mühasib
Son tarix 11 iyl 2025 - [email protected]
İş şəraiti
- Əmək haqqı təklifi: 600-1000 azn aralığı
- İş qrafiki: 5 günlük 09:00-18:00
- Ünvan: İnşaatçılar metrosunun yaxınlığı
Namizədə tələblər:
- Bəy namizəd
- Vergi və mühasibatlıq sahəsində 1-2 il təcrübəsi olmalıdır. Sadəcə kurs bitirmiş və ya sertifikat əldə etmiş namizədlər qəbul olunmayacaq.
- Universiteti audit, mühasibat uçotu, maliyyə, iqtisadiyyat və bu kimi bölmələr üzrə bitirmiş olmalıdır.
- Konsaltinq sahəsində uzunmüddətli çalışmaq istəyi olan namizədlərə üstünlük verilir.
- İlk 3 ay sınaq müddəti olaraq qəbul ediləcək.
- Rus dilli əməkdaş olması üstünlükdür.
Vakansiya ilə maraqlanan namizədlərdən Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə CV-lərini təqdim etməkləri xahiş olunur.
VAKANSİYA 2
Aral Group Baku
İnzibati işlər mütəxəssisi - Sumqayıt
Son tarix 11 iyl 2025 - [email protected]
Ünvan: Sumqayıt
Tələblər:
- Bu işdə ən azı 1-2 il iş təcrübəsi;
- İnşaata aid olan mal-materialların adlarını bilməli;
- Günlük,işçilərin giriş-çıxış qeydiyyatının dəqiq və düzgün aparılması;
- ERP proqramı üzrə proseslərin icrası;
- Hesabat vermə, səhvlərin təhlili və həlli ilə bağlı biliklərə malik olmaq;
- Komanda işinə və əməkdaşlığa meylli, problem həll etmə, təhlil etmə, planlaşdırma və təqib etmə bacarıqları;
- Analitik düşünmə və güclü ünsiyyət bacarığı;
- MS Office proqramları üzrə qabaqcıl biliklər.
Əmək haqqı – razılaşma əsasında
Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü hissəsinə "İnzibati İşlər mütəxəssisi" qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 3
Business Partners Consulting MMC
Mühasib
Son tarix 11 iyl 2025 - [email protected]
Namizədə Tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə);
- Mühasibatlıq sahəsində minimum 3 illik iş təcrübəsi, o cümlədən aparıcı və ya baş mühasib köməkçisi kimi təcrübə üstünlükdür;
- Vergi Məcəlləsi və müvafiq qanunvericilik üzrə biliklər;
- 1C, E-taxes.gov.az və digər müvafiq proqramlarla işləmək bacarığı;
- MS Office proqramlarını (xüsusilə Excel) sərbəst istifadə bacarığı;
- Analitik düşüncə, dəqiqlik və yüksək məsuliyyət hissi;
- Komandada işləmə bacarığı və yüksək ünsiyyət qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Mühasibatlıq strategiyasının ve prinsiplərinin formlaşdırılmasını təmin etmək
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
- Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
- Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
- İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi;
- Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
İş şərtlərimiz:
- Əmək haqqı: 800+ Azn
- İş qrafiki: I-V günlər 09:00-17:00
- Rəsmi işdir və işçi müvafiq sahə üzrə qeydiyyata alınacaq
- Ünvan: İçərişəhər metrosu yaxınlığı
Qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində «Mühasib» qeyd edərək CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.
Əlaqə nömrəsi: 0774883536
VAKANSİYA 4
MediClub
Əczaçı
Son tarix 11 iyl 2025 - [email protected]
Əmək funksiyası:
- Müştərinin sifarişinin vaxtında və dəqiq yerinə yetirilməsi
- Aptekə alınan malların tərkiblərinə uyğun tələb olunan qaydada qorunub saxlanılması, yerləşdirilməsi və s.
Bilməlidir:
- Əczaçılıq işinin əsaslarını;
- Əczaçılıq üzrə normativ sənədləri;
- Həkim resepti olmadan buraxılan dərman vasitələrinin siyahısını;
- Dərman vasitələrinin sertifikatlaşdırılması, keyfiyyəti, səmərəliliyi, təhlükəsizliyi və dövlət qeydiyyatı ilə bağlı tələbləri və s.
Vəzifəyə qoyulan tələblər:
- Əczaçılıq üzrə ali və ya orta ixtisas təhsili;
- Sahəsi üzrə tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi;
- Dil bilikləri : Azərbaycan dili, Rus dili;
- İxtisas üzrə azı 3 il iş təcrübəsi.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə ;
- Növbəli iş rejimi ;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq 500-700 Azn arası təyin edilir.
Qeyd olunmuş tələblərə cavab verən namizədlər, mövzu hissəsində iddia edilən vəzifənin adını qeyd etməklə, CV- lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
VAKANSİYA 5
Mono Logistics
Loqistika Satışı üzrə Mütəxəssis
Son tarix 11 iyl 2025 - [email protected]
Əsas vəzifələr
- Potensial müştərilərlə əlaqə yaratmaq (xüsusilə KOB-lar).
- Müştərinin ehtiyaclarını öyrənmək və uyğun logistik həllər təklif etmək.
- Görüşlər təyin etmək, təkliflər təqdim etmək və satış imkanlarını izləmək.
- Əməliyyat komandası ilə əməkdaşlıq edərək qiymət təklifləri hazırlamaq.
- CRM sisteminə müştəri məlumatlarını daxil etmək və mütəmadi izləmək.
Tələblər
- Təhsil: Biznes, Marketinq və ya əlaqəli sahədə bakalavr dərəcəsi (və ya son kurs tələbəsi).
- Təcrübə: Başlanğıc səviyyəsi (0–2 il)
- İngilis dili – tələb olunur, rus dili – üstünlükdür.
- Effektiv ünsiyyət və inandırma bacarıqları.
- Soyuq zənglər etməyə və qərarvericilərlə danışmağa hazır olmaq.
- Satış hədəfləri ilə işləməyə və bu sahədə inkişaf etməyə motivasiya.
- Müştəri xidməti və ya satış sahəsində əvvəlki təcrübə üstünlükdür.
Təklif etdiklərimiz
- Tam təlim və mentor dəstəyi
- 1–2 il ərzində yüksəlmək imkanı
- Əməkhaqqı 600 AZN
- Peşəkar və dəstəkləyici iş mühiti
- Real biznes və logistik təcrübə qazanmaq imkanı
Maraqlanan namizədlər mövzu yerində “Loqistika Satışı üzrə Mütəxəssis” yazmaqla öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 6
Ram Holding
Satış üzrə baş mütəxəssis
Son tarix 11 iyl 2025 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil;
- Satış sahəsində ən azı 5 il iş təcrübəsi(Rəhbər kimi təcrübə üstünlükdür);
- Azərbaycan dili səlis, ingilis dili əla səviyyədə olmalı;
- Ezamlara hazır olmalı;
- Şəxsi avtomobil və sürücülük vəsiqəsi olmalı.
Vəzifə öhdəlikləri:
- Satış ilə bağlı bazar araşdırmalarının aparılması və potensial müştərilərin müəyyən edilməsi;
- Şirkət strateqiyasına və hədəflərinə uyğun satış strateqiyasının müəyyən edilməsi;
- Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulmasının təmin edilməsi;
- Yeni əlaqələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili, təqdimatların keçirilməsi və təkliflərin verilməsi;
- İşgüzar yazışmaların həyata keçirilməsi və müştərilərlə danışıqların aparılması;
- Müştərilər tərəfindən göndərilən sorğuların satış mütəxəssisləri arasında bölgüsünün planlaşdırılması;
- Satışın icrası üçün lazımi müqavilə sənədlərinin( dövlət reestrindən çıxarış, şirkət direktorunun şəxsiyyət vəsiqəsi, məhsul təhvil alacaq şəxsin etibarnaməsi) düzgün və tam hazırlanması və nəzarət edilməsi;
- Satışın artırılması üçün mövcud müştərilərlə münasibətlərin qorunması və məhsullarla bağlı çarpaz təkliflər hazırlanması;
- Potensial müştərilərlə əlaqələrin lazımı səviyyədə təşkil edilməsi üçün davamlı olaraq satış mütəxəssislərinin işinin və onların fəaliyyət planlarının icrasının izlənilməsi, satışla bağlı detalların Bitrix, və 1C-də düzgün qeyd edilməsinə nəzarət edilməsi;
- Satış mütəxəssislərinin regionlara ezamiyyətinin təşkili, bölgələr üzrə bölgünün planlaşdırılması;
- Satış haqqında cashflow, forecast, məhsullara və müştərilərə görə hesabatların hazırlanması;
- Satış mütəxəssisləri üçün aylıq satış hədəflərinin təyin olunması;
- Korporativ satış əməkdaşları üçün yeni əməkdaşların seçilməsi və təlimlərin təşkil olunması;
- Müştəri borclarının ödənişinin təmin edilməsi;
- Məhsulların istifadəçiyə çatdırılmasının təşkil edilməsi;
- İştirak ediləcək tenderlərin seçilməsi;
- Qazanılmış tenderlərin icrasına nəzarət edilməsi;
İş şərtlərimiz:
- İş qrafiki : Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- İş yeri: Lökbatan Dairəsi Salyan Şossesi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış üzrə baş mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 7
AZ Abrau
Satış təmsilçisi
Son tarix 11 iyl 2025 - [email protected]
İş şəraiti
- Gündəlik əmək haqqı – 25 AZN NET
- İş müddəti – 1 ay
Vəzifə təlimatı:
- Müştərilərə mağazada olan kampaniyalar, müştərilər üçün təşkil edilən servis və quraşdırma, kredit, sığorta və çatdırılma xidmətləri haqqında ətraflı məlumat vermək.
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı məlumat vermək.
- Şirkətin müştəri xidməti standartlarının mağazada icrasi üzrə “İrad və Təkliflərini” Mağaza rəhbəri ilə bölüşmək
Müştərilərə özəl xidmət göstərilməsində birbaşa iştirak etmək və şirkət qaydalarına uyğun yönləndirmək. - Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək və satış prosesi sona çatana qədər müştərini müşayət etmək.
- Satış proseduruna uyğun məhsullar haqqında, onların funksiyaları, iş mexanizmi, zəmanət şərtləri ve servis xidməti haqqında tam, hərtərəfli məlumatlar vermək, əlavə olaraq müştəriyə məhsul ilə istifadə oluna bilən aksesuarlar və köməkçi vasitələr təklif etmək.
- Mağazada olan məsullarin qiymətinə nəzarət etmək.
- Məsullarin satişini etmək .
- Gün sonunda satiş və müştərilərin fikirləri barədə hesabat vermək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 8
Norm OJSC
Satınalma və Təchizat Logistikası üzrə Aparıcı Mütəxəssis
Son tarix 11 iyl 2025 [email protected]
Hazırda şirkətimizə Satınalma və Təchizat Logistikası üzrə Aparıcı Mütəxəssis tələb olunur.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
- İqtisadiyyat, İdarəetmə, Maliyyə və ya Biznesin İdarəedilməsi üzrə ali təhsil (Magistr dərəcəsinin olması üstünlükdür)
- Təchizat və logistika sahəsində minimum 3 il, tenderlərin təşkili sahəsində minimum 1 il iş təcrübəsi
- Əla səviyyədə ingilis dili biliyi
- MS Office komputer proqramı üzrə bacarıqlar
- CIPS və ya buna bənzər sertifikat
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Satınalmanın təşkili: Son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materiallarının şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması, tədarükü və logistika əməliyyatlarının həyata keçirilməsi
- Kateqoriyanın İdarəolunması prinsiplərinə müvafiq şəkildə kateqoriyalar üzrə danışıqlar aparmaq və müqavilələr bağlanmaq, mal-material və xidmətlər üzrə alış əməliyyatlarının və bu əməliyyatlarla bağlı digər müvafiq işlərin yerinə yetirilməsi
- Müəyyən edilmiş hədəflərə nail olmaq üçün, sifarişçi və yaxud son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi, kateqoriya ilə bağlı il ərzində baş verən istənilən dəiyşilik və yenilənmələrə nəzarət edilməsi və adekvat tədbirlərin görülməsi
- Tender və standard təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq Təsdiqlənmiş Təchizatçı Siyahısında mövcud olan və eləcə də bazar araşdırması zamanı müəyyən edilmiş alternativ təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi.
- Müvafiq kateqoriyalar üzrə tenderlərin təşkili, müqayisə cədvəllərinin Tender Komitəsi iclaslarında təqdimatı və Təsdiqlənmiş Xərc Tələb formasının hazırlanması
- Kateqoriyanın İdarəolunması prinsiplərinə uyğun olaraq təchizatçıların ilkin və təkrar qiymətləndirilməsi prosesində iştrirak etmə
- Təchizatçı siyahısının tərtib edilməsi və mütəmadi yenilənməsi, yeni potensial Təchizatçıların araşdırılması, təchizatçıların ofis və sahələrinə səfərlər etməklə təchizatçıların qiymətləndirilməsi və satınalma şərtlərinin uyğunlaşdırılması, fərdi sifarişlər, həmçinin uzunmüddətli alışlar üçün alış qiyməti və şərtləri ilə bağlı təhlillərin aparılması və danışıqların həyata keçirilməsi, əsas və strateji təchizatçılarla kommersiya şərtlərinin razılaşdırılması.
- Təchizatçı müqavilələrinə baxılması və lazım gələrsə müvafiq dəyişiliklərin edilməsi üçün təkliflərin hazırlanması
- Təchizatçıların vaxtında satınalma sənədlərinin təhvil verilməsinə nəzarət etmək və bu sənədlərin maliyyə ayının vaxtında bağlanışı üçün Maliyyə şöbəsinə təhvil verilməsi
- Təchizatçı performansının qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün rəylərin alınması, sorğularının keçirilməsi və tövsiyələrin verilməsi.
- Müvafiq kateqoriyaya aid layihələrin müəyyən edilmiş zaman çərçivəsində və keyfiyyətlə icrası və idarə edilməsi.
- Alış Tələbnamələrini vatlı-vaxtında, qənaətlə və düzgün qaydada icra edilməsi
- Lazım olduqda təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılması
- Təchizatçının seçilməsi formasının və alış sifarişlərinin hazırlanması
- Şirkətin adına xaricdən idxal olmuş bütün mal-materialların vaxtında və düzgün gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təmin etmək məqsədilə gömrük işlərini həyata keçirən şirkətlə əlaqələndirmə, tələb olunan sənədlərin təqdim edilməsi və rəsmiləşdirmə ilə əlaqədar digər tələb olunan hərəkətlərin yerinə yetirilməsi
- Mallar göndərilmək üçün hazır olduqda təchizatçının təqdim etdiyi nəqliyyat sənədlərinin düzgünlüyünün yoxlanılması və təsdiqlənməsi
- Gömrük rüsumları və idxal ƏDV-nin ödənilməsi üçün nəzərdə tutulan debit kartlarda daim idxal olunan malların gömrük rəsmiləşdirlməsi üçün tələb olunan vəsaitin olmasını təmin etmək məqsədilə gömrük brokeri və Maliyyə şöbəsi arasında əlaqələndirmə
- Xaricdən alınan mal-materialların müvafiq şərtlərlə çatdırılması, idxal edilməsi üçün nəqliyyat firmaları ilə danışıqların aparılması, müqavilələrin bağlanması və logistika işinin təşkil edilməsi
- Çatdırlmaların Şirkətin ehtiyaclarına uyğun əlaqələndirilməsi
- Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi
- APİ SPEC Q1,ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin hazırlanması, tətbiqi və illik auditlərə hazırlıq
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar
Biz nə təklif edirik:
- Korporativ tibbi sığorta
- Servis avtobusu
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
- Unikal imtiyazlar paketi
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA 9
Suyum AZ
Sənədlər üzrə mütəxəssis
Son tarix 11 iyl 2025 - [email protected]
Vəzifələri:
- Müvafiq sənədlərin düzgün tərtib olunması
- Şirkətin maillərinə nəzarət edilməsi və cavablandırılması
- Sənədlərin sistemə daxil edilməsi
Namizədə tələblər:
- Cinsi: Qadin
- Yaş həddi: 22-35
- Təhsil tələbləri: Ali təhsil
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
- Microsoft Word, Excel proqramları ilə səlis işləmə bacarığı (yüksək səviyyədə)
- Azərbaycan və Rus dillərində səlis yazılı və şifahi ünsiyyət bacarırları
- Məhsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı, daim inkişafa yönümlü olmaq
İş şəraiti:
- Həftə içi: 09:00-18:00
- Vəzifə artımı imkanı
- Azərbaycan Respublikası rəsmi əmək müqaviləsi əsasında qeydiyyat
- Əmək haqqı – 600 AZN
- İş yeri: Bakı, Şıxov qəsəbəsi (Metrodan nəqliyyat xidməti göstərilir).
Müraciət üçün CV formasını mövzu yerinə “Sənədlərin mütəxəsisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA 10
Irshad Electronics
Satış məsləhətçisi
Son tarix 11 iyl 2025 - [email protected]
Satış təmsilçisi üzrə vəzifə və öhdəliklər:
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Müştərilərlə işləmək qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Tapşırıqların vaxtında, dəqiq yerinə yetirilməsi;
Tələblər:
- Yaş: 23 yaş və yuxarı;
- Bəy namizədlərə üstünlük veriləcəkdir
- Orta təhsil. Ali təhsil arzuolunandır;
- Azərbaycanca səlis danışıq;
- Satış üzrə minimum 1 il iş təcrübəsi ( Mobil telefon və elektronika sahəsində təcrübə üstünlükdür)
CV formanızı şəkil əlavə etməklə mövzu yerində "Satış təmsilçisi" qeyd edərək Müraciət Et düyməsindəki elektron poçt ünvanına göndərə bilərsiniz!
VAKANSİYA 11
Logist LLC
Anbarda Toplayıcı
Son tarix 11 iyl 2025 - Müraciət et
İş barədə məlumat:
- Fiziki işdir
- Anbarda malların qəbul olunması
- Yüklərin boşaldılması və yerləşdirilməsi
- Sifarişlərin maşınlara yüklənməsi
- Terminal ilə işləmək (öyredilir)
- Əmək haqqı 500 AZN + bonus/KPİ ödənişi
İş şəraiti
- Növbəli iş qrafiki
- Səhər - 08:00-17:00
- Günorta 14:00-23:00 (əmək haqqına əlavə 20% ödəniş)
- Gecə 22:00-07:00 (əmək haqqına əlavə 40% ödəniş)
- İstirahət günü (şənbə/bazar)
- Azərbaycan Respublikası qanunvericiliyinə əsasən sənədləşmə
- Nahar şirkət tərəfindən təmin edilir
Namizədə tələblər:
- Orta təhsil
- Kollektivdə işləmə bacarığı
- İş yeri Sədərək ticarət mərkəzinin yaxınlığında yerləşir.
Maraglanan şəxslər 055-253-94-07 əlaqə saxlaya bilərlər.
VAKANSİYA 12
Almet Holding
Lawyer
Son tarix 11 iyl 2025 [email protected]
Job Description
- Drafting, negotiating and reviewing templates of client and vendor agreements, as well as templates of other contractual documents of the Company;
- Provision of legal support to different departments of the Company;
- Provision of verbal or written advice at the management and staff;
- Provision of legal support to the Company with respect to queries on Azerbaijani legislation raised by the regional office, headquarters as well as other Deloitte offices;
- Review of the Company's documents, policies and procedures to ensure their compliance with the legislation and draft the required legal documents;
- Participating in the creation of new offices/divisions of the Company, affiliated companies, their reorganization and liquidation through developing their legal structure, charter and other legal documents;
- Preparation of the Company’s corporate documents, drafting charters, resolutions and minutes;
- Monitoring of the changes in the legislation and bringing the Company’s corporate documents in line with the legislation in force;
- Development of wording for powers of attorney issued in the Company’s name.
Requirements:
- Graduate degree in law with academic excellence, postgraduate degree from a foreign university will be an asset;
- Advanced written and spoken Azerbaijani and Russian language skills( English is a plus);
- At least one year of experience as a lawyer in a multinational company or an international law firm;
- Ability to handle multiple tasks;
- Russian is preffered
- Demonstrating pro-active approach and taking initiative on issues concerning the Company activities;
- Effective business communication and interpersonal skills;
- Analytical and organizational skills;
What company offers:
- We offer a competitive salary and benefits package
- Work experience in trading company with overseas subsidiaries
- Personal growth and professional development opportunities.
- An opportunity to work with a dynamic and growing company
- Other benefits (after probation period gym coverage, private medical and life insurance with Pasha Insurance, corporate mobile line etc.)
Interested candidates are requested to send their CV by email, specifying the job title in the subject line, to the e-mail address in the Apply for job button
The location of the workplace is Hyatt Regency Tower 3, Izmir Street 8, Baku, Azerbaijan.
VAKANSİYA 13
Bulaq
Aşpaz
Son tarix 11 iyl 2025
Əməkhaqqı: 1200 azn
Vəzifə öhdəlikləri:
- Hazırlanan yeməklərin keyfiyyətli olmasını, onların tələb olunan standartlara cavab verməsini təmin etmək;
- Təsdiq olunmuş menyuya və yazılı resepturaya əsasən yeməklərin hazırlanması;
- Məhsulları və onların müddətini daim nəzarətdə saxlamalı;
- Gündəlik yeməklərin hazırlanmasında köməklik etmək və yeməklərin tədarükünü öncədən hazırlamaq;
- Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək;
- Komandanın bir üzvü kimi çalışmaq və lazım olduqda köməyə ehtiyacı olan əməkdaşlara dəstək olmaq;
- Qida gigiyena qaydalarına ciddi riayət etmək;
Tələblər:
- Müvafiq vəzifə üzrə 5 il təcrübə;
- Müxtəlif növ salatların hazırlanmasını bacarmalı;
- Komanda ilə işləmək bacarığı;
Digər Məlumatlar:
- İş yeri: Nabran
- İşçi yemək və yaşayış yeri ilə təmin olunur.
Əlaqə nömrəsi: +994702355170
VAKANSİYA 14
ASADZADE SANAN MMC
Fars dilli SMM menecer
Son tarix 10 iyl 2025 - [email protected]
İşin Təsviri:
Fars dilində mükəmməl danışıq və yazı bacarığına sahib SMM Meneceri axtarırıq. Əgər siz sosial media dünyasına yaxından bələd bir peşəkarsınızsa və Fars dilində əlaqə qurma qabiliyyətiniz yüksəkdirsə, sizinlə işləmək istərik!
Əsas Vəzifələr:
- Sosial şəbəkələrdə reklam kampaniyalarının planlaşdırılması, həyata keçirilməsi və optimizasiyası (Instagram, Facebook, LinkedIn, Telegram, Twitter və s.).
- Hədəf auditoriyasının müəyyənləşdirilməsi və analitik alətlərdən istifadə edərək reklam kampaniyalarının effektivliyini izləmək.
- Fars dilində məzmun yaratmaq (yazılı və vizual), müxtəlif sosial media platformalarında müştərilərin maraqlarına uyğun kreativ məzmun hazırlamaq.
- Sosial şəbəkə analitikası və A/B testləri aparmaq, kampaniyaların performansını təhlil edərək strateji düzəlişlər etmək.
- Müxtəlif kampaniyalar üçün reklam mətnləri yazmaq və uyğun vizuallar hazırlamaq.
- Fars dilli istifadəçilərlə əlaqə qurmaq, onların rəy və şərhlərini idarə etmək, müştəri məmnuniyyətini təmin etmək.
Tələb Olunan Bacarıqlar:
- Fars dilində mükəmməl danışıq və yazı bacarığı — sosial şəbəkələrdə yüksək keyfiyyətli məzmun yazmaq və müştərilərlə effektiv əlaqə qurmaq.
- Sosial Media Meneceri kimi ən azı 2-3 il iş təcrübəsi.
- Sosial media platformalarında reklamların qurulması və idarə edilməsi təcrübəsi (Facebook Ads, Instagram Ads, LinkedIn Ads və s.).
- Google Analytics, Facebook Ads Manager və digər analitik alətlərdən istifadə etmə bacarığı.
- Kreativ düşüncə və yüksək vizual hazırlıq (reklam şəkilləri və videolarının yaradılması bacarığı).
- SEO və SEM bilikləri (əlavə olaraq, faydalıdır).
- Yaxşı vaxt idarəetməsi bacarığı və çoxsaylı tapşırıqları paralel idarə etmək bacarığı.
- Arzu Edilən Bacarıqlar:
- Fars dilində yazılı və şifahi ünsiyyət bacarığı — müştərilərlə əlaqə saxlama, rəy və sorğulara sürətli və səmərəli cavab vermək.
- Instagram, Telegram və Twitter kimi platformalarda yüksək performanslı məzmun və kampaniya hazırlamaq təcrübəsi.
- Sosial media trendlərini izləmək və yeni alətlərdən yararlanmaq.
Təhsil və Sertifikatlar:
- Marketinq və ya əlaqəli sahə üzrə ali təhsil.
- Google Ads, Facebook Blueprint kimi sertifikatlar (əlavə üstünlükdür).
Şərait və İş Növü:
- Tam zamanlı iş.təcrübəsi.
- Sosial media trendlərini izləmək və yeni alətlərdən yararlanmaq.
Təhsil və Sertifikatlar:
- Marketinq və ya əlaqəli sahə üzrə ali təhsil.
- Google Ads, Facebook Blueprint kimi sertifikatlar (əlavə üstünlükdür).
Şərait və İş Növü:
- Tam zamanlı iş.
Əlavə məlumatlar:
- Gənc və pozitiv komandada işləmək imkanı
- Həftədə 6 iş günü, saat 09:00-18:00
- Əmək haqqı: 800 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 15
Company
Baş mühasib
Son tarix 11 iyl 2025 - [email protected]
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 5 il iş təcrübəsi;
- Istehsalat sahəsində 3 il iş təcrübəsi,
- Kompüter bacarıqları: Microsoft Office (Excel, Word, Outlook)- Yaxşı;
- 1C 8.3 proqramında sərbəst işləyə bilmə bacarığı;
- Yaxşı səviyyədə rus dili biliyi;
- Analitik düşünmə qabiliyyəti;
- İşi planlamaq bacarığı;
- Detallara diqqət göstərmə, davamlı öyrənmə və inkişafa meyllilik, hədəf və nəticə yönümlülük;
Vəzifə öhdəlikləri:
- Anbar uçotunun aparılmasına nəzarət;
- Gündəlik mühasibat əməliyyatlarının icrasın nəzarət;
- Xarici və daxili alış-satış əməliyyatların rəsmiləşdirilməsi;
- YGB-nin arxivləşməsinə nəzarət etmək;
- Ödəniş izləmə reyestrlərinə daxil etmək;
- Bank əməliyyatlarının aparılmasına nəzarət;
- Vergi Hesabatlarının verilməsi (ƏDV, MƏNFƏƏT, GƏLİR, SV, ƏMLAK);
- Maliyyə hesabatlarının hazırlanması;
- Statistik hesabatların verilməsi;
- Mal qalıqlarına nəzarət edilməsi;
- Elektron qaimə-fakturaların tərtib edilməsi və göndərilməsi;
- Bütün əməliyyatların mühasibat uçotunda qeydə alınması;
İş şəraiti:
- İş qrafiki: 5 gün
- İş Saatı: 09:00-18:00
- İş yeri: Bakı, Ziya Bünyadov pr. 1969d
- Əmək Haqqı: 2000-2500 AZN (Namizədin bilik və bacarıqlarına əsasən dəqiq müəyyən olunacaq)
- Korporativ telefon, nömrə və kompüter şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
CV göndərərkən mövzu hissəsində vakansiyanın adını mütləq qeyd edin.
Qeyd: İstehsalat təcrübəsi olmayan namizədlərin müraciət etməməsi tövsiyə edilir
VAKANSİYA 16
Xırman
Merçendayzer
Son tarix 10 iyl 2025 - [email protected]
İş barədə məlumat
- Marketlərdə məhsulları planoqrammaya uyğun yığılması;
- Satış nöqtəsində şirkətin mallarının satış keyfiyyətinin və həcminin artırılması üçün vəzifə təlimatına uyğun xidmət göstərilməsi;
- Məhsulların rəf qiymətlərinə nəzarət etmək;
- Məhsulların keyfiyyətinə,qablaşmasına və istifadə müddətinə nəzarət etmək;
- Təqdimatların təşkili və ya onların təşkilində köməklik göstərmək;
- Lazımi hesabatların aparılması və gündəlik hesabatlarını Supervayzerə vermək.
Namizədə tələblər:
- Xanımlar
- Yaş həddi: 20-35
- Səlis danışıq qabiliyyəti olmalıdır;
- Komanda ilə işləməyi bacarmalıdır;
- Qeyd olunan sahədə ən az 1 il iş təcrübəsi olmalıdır;
Digər Məlumatlar:
- İş qrafiki: 6 günlük (bazar günü istirahət)
- Əmək haqqı: 400 Azn + bonus(700-900)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi (055) 293-13-39 (whatsapp)
VAKANSİYA 17
Fortis Group
Gipskarton Lövhə istehsalı sex rəisi
Son tarix 11 iyl 2025 - [email protected]
Gipskarton Lövhə istehsalı sex rəisi
- Müəssisənin adı: “FORTİS GROUP” MMC
- İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:
- Yaş həddi 25-55;
- Texniki sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi (minimum 3 il);
- Fəal və ünsiyyət yaratmaq bacarığı olmalı;
- Diqqətli və məsuliyyətli olmalı;
Əsas vəzifə öhdəlikləri:
- Hazır məhsul istehsalatı sahəsinin fəaliyyətinə rəhbərlik etmək, istehsal sahəsinin vaxtında istismara hazırlanması, xammalın qəbulu, saxlanması, buraxılışı və digər məsələlərlə bağlı işlərin icra olunmasını təmin etmək;
- İstehsal olunan məhsulun vaxtında və yüksək keyfiyyətlə qablaşdırılmasına və anbarlara təhvil verilməsinə nəzarət etmək;
- Malların kəmiyyət və keyfiyyət üzrə saxlanılmasını, texniki qurğuların və texnoloji avadanlığın texniki cəhətdən düzgün və səmərəli istifadə olunmasını təmin etmək;
- Sexdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmaq üçün təkliflər vermək;
- Fəhlələrin və operatorların fəaliyyətini əlaqələndirmək, sahənin işçilərinə rəhbərlik etmək;
- İstehsalat məhsullarının çeşidlərinin genişləndirilməsi və yeni məhsul növlərinin tətbiqi üzrə təkliflər hazırlamaq;
- Yeni resepturaların hazırlanmasını və təsdiq edilməsini həyata keçirmək;
- İstehsalat və əmək intizamına, daxili iş qaydalarına riayət olunmasına, işçilərin təlimatlandırılmasına və onlara təhlükəsiz iş metodlarının öyrədilməsinə nəzarət etmək;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;
Təminatlar:
- Əmək haqqı: 1500-2000 AZN (xalis)
- Nahar ilə təmin edilir.
- Korporativ nömrə ilə təmin edilir.
- İş yerinə servislə çatdırılır.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Gipskarton Lövhə istehsalı sex rəisi” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız müvafiq sahədə təcrübəsi olan namizədlər müsahibəyə dəvət olunacaqdır.