VAKANSİYA 1
Old City Tours
Satış Meneceri
Son tarix 12 mar 2026 - [email protected]
Old City Tours – Azərbaycanın aparıcı daxili turizm şirkətlərindən biri – Satış Meneceri vəzifəsi üzrə komandasına məsuliyyətli və təşəbbüskar bir əməkdaş axtarır.
Əsas vəzifələr:
- Turistlərə tur xidmətlərinin izah edilməsi və satışı
- Daxil olan onlayn sorğuları cavablamaq
- Ofisin gündəlik fəaliyyətini təşkil və nəzarət etmək
- Şirkətin müxtəlif şöbələri və müştərilər arasında əlaqəni koordinasiya etmək
- Ofis ləvazimatlarına nəzarət və digər inzibati işləri yerinə yetirmək
Tələblər:
- Rus və İngilis dillərində sərbəst ünsiyyət bacarığı
- Məsuliyyətli, diqqətli və prezentabellik
Təklif etdiyimiz:
- Əmək haqqı: 500 AZN
- İş qrafiki: Tam ştat, həftədə 6 gün
- İş yeri: İçərişəhər, Bakı
- Mehriban və peşəkar iş mühiti
- Turizm sahəsində inkişaf imkanı
- 10 ildən artıq təcrübəyə və beynəlxalq partnyor şəbəkəsinə malik bir komandada çalışma şansı
Necə Müraciət Etmək Olar:
Vəzifə adını başlıqda qeyd edərək CV-nizi və vəzifəyə uyğunluğunuzu vurğulayan məktubunuzu Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.
VAKANSİYA 2
Aqrar Tədarük və Təchizat
Satınalma şöbəsinin müdiri
Son tarix 12 mar 2026 - [email protected]
“Satınalma şöbəsinin müdiri” vakansiyası üzrə işçi axtarışı elan edilir!
Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən, ən əsası isə komandamızın fəal üzvü kimi şirkətimizin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vəzifə öhdəlikləri:
- Satınalma şöbəsinin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
- Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
- Satınalma planı üzrə işlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
- Satınalma strategiyasının hazırlanması və icrasına nəzarət etmək;
- Rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim edilməsi;
- İddiaçılarla yazışmaların və protokollaşdırılmış görüşlərin aparılması;
- Şöbənin səlahiyyətinə aid edilmiş məsələlər üzrə hüquqi və fiziki şəxslərdən daxil olmuş məktub, sorğu, ərizə, şikayət və təkliflərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada baxılması, araşdırılması, cavablandırılması və göndərilməsi işinə rəhbərlik etmək;
- Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin etmək.
Tələblər:
- Ali təhsil (iqtisadiyyat, inzibati idarəetmə, biznesin idarə edilməsi və s.);
- Dövlət satınalmaları üzrə iş təcrübəsinin olması vacibdir;
- Dövlət satınalmaları haqqında qanun və əlaqədar sənədlərlə işləmək bacarığı;
- Azərbaycan və ingilis dili biliyi / rus dili biliyi arzu olunandır;
- Müvafiq sahədə ən az 5 il iş təcrübəsi;
- MS office proqramlarında (xüsusən Excel) yaxşı səviyyədə işləmək bacarığı;
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
- Satınalma müqavilələrin tərtibatı haqda biliklərin olması.
İş rejimi:
- 5 günlük iş qrafiki
- İş saatı 09:00-18:00-dək
- Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
CV-lərinizi mövzu hissəsində “ Satınalma şöbəsinin müdiri ” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin. Ən önəmli və vacib şərt namizədin Dövlət satınalmaları üzrə iş təcrübəsinin olmasıdır.
Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!
VAKANSİYA 3
MJ Finance
Kredit üzrə kiçik mütəxəssis/mütəxəssis
Son tarix 11 mar 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Kredit müraciətlərinin qəbulu və analizi;
- BOKT-un kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
- Kreditləşmə üzrə müvafiq sənədləşməni həyata keçirmək;
- Keyfiyyətli kredit portfeli formalaşdırmaq və portfeli idarə etmək;
- Ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq;
- Verilmiş kreditlərin monitorinqinin aparılması.
Tələblər:
- Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 6 ay iş təcrübəsi. Bank və ya BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür;
- 1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
- Analitik düşüncə, effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
- Dəqiqlik, detallara fikir vermək qabiliyyəti;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür.
- Bəy namizədlər üstünlükdür.
İş barədə məlumat:
- Əmək haqqı: 400-500 AZN+bonus
- Müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 5 günlük iş qrafiki
CV-lərinizi “Kredit üzrə kiçik mütəxəssis/mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır
VAKANSİYA 4
Crocus Fitness
Администратор кассир
Son tarix 12 mar 2026 - [email protected]
Обязанности:
- встреча членов CF центра;
- запись членов клуба на процедуры и другие услуги клуба;
- рекомендации и продажи услуг посетителям
- информирование посетителей и членов CF об услугах клуба ;
- взаимодействие с другими подразделениями клуба;
- прием оплат от клиентов клуба (наличный и безналичный расчет);
- подготовка и предоставление на ежедневной основе отчета по кассе.
- прием входящих звонков и регистрация клиентов в базе.
Требования:
- грамотная речь;
- коммуникабельность;
- презентабельный и опрятный внешний вид
- уверенный пользователь ПК;
- стрессоустойчивость;
- умение расставлять приоритеты;
- ответственность;
- дисциплинированность;
- умение работать в команде.
- Знание 1С и работа с кассовым аппаратом.
Условия:
- официальное оформление по ТК Азербайджанской Республики
- работа в крупной стабильной компании;
- обучение, профессиональный и карьерный рост в активно развивающейся фитнес-сети;
- возможность бесплатно заниматься в фитнес-клубе;
- гибкий график.
- з/п 914 АЗН + % от продажи услуг
- рабочее место: пос. Нардаран, Sea Breeze Resort & Residences + Sabah Residence ( пос.Байыл)
- обеспечение сервисом от м/с Короглу в Sea Breeze
Резюме высылать на электронный адрес в кнопке Откликнуться. CV отправлять с указанием названия вакансии
Только соответствующие вышеуказанным требованиям кандидаты будут приглашены на собеседование.
VAKANSİYA 5
Megas MMC
Mühasib
Son tarix 12 mar 2026 - [email protected]
Vəzifə öhdəlikləri
- Əməliyyatların, bank çıxarışlarının proqram təminatına işlənməsi, qalıqlara nəzarət və digər müvafiq işlərin aparılması;
- Alış və satış əməliyyatları üzrə məlumatların uçotu və reyestrlərin aparılması
- Bank və kassa əməliyyatları
- İnternet bankçılıq vasitəsilə yerli və xarici ödənişlərin həyata keçirilməsi;
- Debitor və kreditor borclarına nəzarət
- Dükanda Akınsoft proqramıdır (bilməyənə örgədiləcək)
Tələblər
- Bəy namizədlər
- Analitik düşüncə, diqqətlilik və yüksək məsuliyyət hissi
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
İş şəraiti
- İş qrafiki: Tam ştat
- İş yeri: Vianor Təkər Mərkəzi Bakı şəh, Babək pr,(Audi Bakı Mərkəzi ilə üzbəüz)
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə, bazar
- Dükan təkər satışı ilə məşğuldur
- Əməkhaqqı net 800 azn
Xahiş olunur yalnız vakansiyaya uyğun namizədlər Cv-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
VAKANSİYA 6
A Plus Supermarketlər şəbəkəsi
Mühafizə rəis müavini
Son tarix 12 mar 2026 [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətə məxsus mağazalarda mühafizə sisteminə nəzarət və monitorinqin həyata keçirilməsi
- Mağazalarda təhlükəsizlik qaydalarının icrasına nəzarət və pozuntuların aradan qaldırılması
- Mühafizə heyətinin idarə olunması və gündəlik fəaliyyətinin təşkil edilməsi
- Kameraların və təhlükəsizlik sistemlərinin düzgün işləməsinə nəzarət
- Planlı şəkildə mağazalara ziyarətlərin təşkili və yoxlamaların aparılması
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
Namizədə tələblər:
- Mütləq şəkildə retail (pərakəndə satış) sahəsində minimum 2-3 il iş təcrübəsi
- Mühafizə və təhlükəsizlik sahəsində rəhbər vəzifədə təcrübə arzuolunandır
- Şəxsi avtomobilin olması mütləqdir (yanacaq xərcləri ödənilir)
- Yüksək məsuliyyət və təşkilatçılıq qabiliyyəti
- Operativ və çevik qərarvermə bacarığı
- Kompüter bilikləri (Microsoft Office, e-mail, hesabat tərtibatı və s.)
İş şərtləri:
- İş qrafiki: Bazar ertəsi – Şənbə, saat 09:00 – 18:00
- Korporativ nömrə ilə təmin olunur
- Maaş: 1000 – 1200 AZN (net), təcrübə və bacarıqlara uyğun olaraq
- Rəsmi əmək müqaviləsi
Müraciət qaydası:
Qeyd olunan tələblərə cavab verən namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektorn poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Mühafizə rəis müavini” yazılması mütləqdir. Mövzu qeyd olunmadığı halda müraciətlər nəzərdən keçirilməyəcəkdir.
VAKANSİYA 7
Zarat Group of Companies
Gömrük məsələləri üzrə mütəxəssis
Son tarix 12 mar 2026 - [email protected]
Şirkətinin əsas fəaliyyət sahəsi taxılın emal olunmamış tütünün ,toxumların və heyvanlar üçün yemin topdan satışı ilə bağlıdır. Şirkətimizin satınalma şöbəsinə peşəkar kadr dəvət olunur.
Vəzifə öhdəlikləri:
- Gömrükləmə üçün lazım olan sənədləri hazırlamaq
- Gömrük bəyannamələrinin tərtib edilməsi
- Brokerlərlə danışıqların aparılması
- Gömrük ödənişlərinin edilməsi və anbara daşınmanın təşkil edilməsi
- AQTA müraciətləri və ödənişlərinin həyata keçirilməsi
- 1C üzərindən əməliyyatların həyata keçirilməsi
Tələblər:
- Rus dili biliyi olanlara üstünlük verilir;
- Ali və ya orta ixtisas təhsili (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqədar sahə üzrə);
- Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
- MS Excel və digər ofis proqramlarında işləmə bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik və komandada işləmək bacarığı;
- Gərgin iş şəraitində həlledici qərarları verə bilmək bacarığı;
- Xanım namizədlərə üstünlük verilir;
Şərtlər:
- İş qrafiki: Tam ştat (6 gün);
- İş yeri: Bakı şəhəri.
- Əmək haqqı: ilkin olaraq 600-800 AZN
Uyğun namizədlər CV-ni mövzu hissəsində “Gömrük məsələləri üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 8
Gens Elektrik
Korpotariv satış meneceri
Son tarix 12 mar 2026 - [email protected]
Tələblər:
- Ali təhsil
- Rus dili mütləqdir.
- Yaş aralıqı 23-35
- Cinsi: Bəy Xanım
- Kollektivdə işləmə qabiliyyəti olmalı;
- Şirkətdaxili nizam-intizam qaydalarına riayət etmək;
- Yüksək ünsiyyət qurma bacarığına malik olmalıdır;
- Microsoft Office proqramlarını bilmək (1C üstünlükdür);
- Aktiv satış sahəsində minimum 1 il tərcübə arzu olunandır
- Sürücülük vəsiqəsi arzuolunandır.
Vəzifələr:
- Korporativ müştəri ziyatətləri, görüşlərin təşkili, təkliflərin hazırlanması və s.;
- Məqsədyönlü və işləmək həvəsi olmalı
- Satış haqqında gündəlik və aylıq hesabatların hazırlanması və təhlili
İş şəraiti:
- İş vaxtı: 09:00 - 18:00 (İstirahət günü: Bazar)
- Ə/h: 600 Azn + Bonus Minimum 1500 Azn
- İşçilərin Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşməsi aparılır.
Qeyd olunmuş şərtlərə uyğun olan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 9
FRESH Catering
İstehsalat üzrə mühasib (kalkulyasiya və xammal nəzarəti üzrə)
Son tarix 12 mar 2026 - [email protected]
Fresh catering şirkətinə İstehsalat üzrə mühasib (kalkulyasiya və xammal nəzarəti üzrə) tələb olunur.
İş şəraiti
- İş yeri: Ağ şəhər
- İş rejimi: 6 günlük iş həftəsi
- Nahar şirkət tərəfdən verilir.
- Əmək haqqı 1000 azn.
Namizədə tələblər:
- Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya əlaqəli sahə)
- İstehsalat və ya iaşə sahəsində müvafiq iş təcrübəsi
- Maya dəyəri və xammal uçotu üzrə bilik
- İiko və Excel proqramlarında sərbəst işləmə bacarığı
- Analitik düşüncə, məsuliyyət və dəqiqlik
Əmək funksiyaları:
Kalkulyasiya və maya dəyərinin hesablanması
- Hər bir yemək və məhsul üzrə texnoloji kartların (reseptlərin) hazırlanması və sistemə daxil edilməsi
- Məhsullar üzrə faktiki və plan maya dəyərinin hesablanması
- Xammal qiymətlərində dəyişiklik olduqda kalkulyasiyaların yenilənməsi
- Banket, tədbir və xüsusi sifarişlər üzrə fərdi kalkulyasiyaların hazırlanması
- Maya dəyərində fərqlərin (plan–fakt) təhlili və rəhbərliyə hesabatın təqdim edilməsi
Xammalın silinməsi və istehsal uçotu
- Gündəlik istehsal hesabatları əsasında xammalın proqrama düzgün silinməsi
- Satışa uyğun olaraq hazır məhsulun anbar uçotundan silinməsinə nəzarət
- Normadan artıq sərfiyyat halları üzrə araşdırma aparılması
- Anbar qalığı ilə proqram qalığının uyğunluğunun yoxlanılması
- İnventarizasiya nəticələrinə əsasən düzəlişlərin aparılması
Proqram üzrə əməliyyatların icrası
- Mühasibat proqramında (İiko) nomenklaturanın düzgün qurulması
- Ölçü vahidlərinin və çevirmə əmsallarının düzgün tətbiqi
- Yeni məhsulların sistemə daxil edilməsi
- Proqramda səhv və uyğunsuzluqların aradan qaldırılması
Hesabatlılıq və nəzarət
- Gündəlik/aylıq xammal sərfiyyatı hesabatlarının hazırlanması
- Anbar üzrə qalığa nəzarət və minimum stok səviyyəsinin izlənməsi
- Artıq və çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi
Daxili nəzarət və sənədləşmə
- Texnoloji kartların faktiki istehsal ilə uyğunluğunun yoxlanılması
- Daxili nəzarət prosedurlarının tətbiqi
CV-lərinizi mövzu hissəsində “İstehsalat üzrə mühasib” qeyde etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
VAKANSİYA 10
Nero MMC
Ofis meneceri / Офис-менеджер
Son tarix 12 mar 2026 - [email protected]
Namizədə dair tələblər:
- Cins: Xanım namizədlər
- Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (vacib);
- Şəxsi keyfiyyətlər: Məsuliyyətli, ünsiyyətcil və təşkilatçılıq qabiliyyəti olan;
- Ofis proqramları ilə (Word, Excel) başlanğıc səviyyədə işləmək bacarığı.
İş şəraiti
- Əmək haqqı: 700 AZN
- Ünvan və Məkan: İş yeri Nadir Quliyev adına "Bakı Taxıl" ASC-nin ərazisində, istehsalat binasında yerləşir.
İş Qrafiki:
- Həftə içi: 09:00 – 18:00 (5 iş günü)
- Şənbə günü: Ayda cəmi 2 dəfə (yarım iş günü)
- Bazar günü: İstirahət
Əsas Öhdəliklər:
- Ofisə daxil olan sifariş və sorğuların qəbulu və düzgün yönləndirilməsi;
- Rəsmi e-mail yazışmalarının aparılması və sosial media mesajlarının cavablandırılması;
- Ofis telefonuna gələn zənglərin idarə edilməsi;
- Müdiriyyətin tapşırıqlarının operativ icrası;
- Ofisə gələn qonaqların qarşılanması və qəbulu.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Məktubun mövzu hissəsində mütləq "Ofis meneceri" yazılması xahiş olunur.
VAKANSİYA 11
Baş Baytar
Son tarix 12 mar 2026 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Baş Baytar Əməliyyatlar üzrə Rəhbərə və Cəmiyyət üzrə İdarə Heyətinin Sədrinə hesabat verir;
- Bütün Təsərrüfatlarda iribuynuzlu və xırdabuynuzlu heyvanların idarə olunmasına nəzarət edir;
- Bütün heyvan qrupları üzrə heyvanların sağlamlığına cavabdehlik daşıyır;
- İllik epzootik tədbirlər planının hazırlanması və planın yerinə yetirilməsini təmin edir;
- Baytarlıq bölməsinin apardığı işlər ilə bağlı rüblük statistik məlumatları hazırlayıb üst rəhbərliyə təqdim edir;
- Baytarlıq bölməsində dərman vasitələrini həcmini və tərkibini müəyyən edir və aidiyyəti üzrə təkliflər verir;
- Heyvandarlıq şöbəsində müalicə, müayinə və profilaktik proqramları işləyib hazırlayır və həmin proqram əsasında tədbirləri həyata keçirir;
- Baytarlıq bölməsində işçilərin iş yükünü təyin edir və qrafik üzrə iş prosesini təşkil edir;
- Bölmədə gündəlik baş verən düyə doğuşlarını, ölümləri, bala atmaları, düyə satışları və digər çıxdaşları aktlaşdırıb Maliyyə şöbəsinə təqdim edir, məlumatları daxil aidiyyəti proqrama daxil edir və hesabatını rəhbərliyə verir;
- Riskli və erkən doğuşlarda birbaşa iştirak edir;
- Gündəlik olaraq bütün heyvan qruplarına baxış keçirir, xəstə olan heyvanların uçotunu toplayıb üst rəhbərliə məlumat verir. Müalicə üçün metodlar təyin edib Baytar həkimlərə müvafiq təlimatlarını verir;
- Müalicələrin qeydiyyatının aparılmasını təmin edir;
- Baytarlıq bölməsinin qeydiyyat jurnallarının gündəlik olaraq işlənməsini təmin edir;
- Çoxalma proqramlarını hazırlayır və həmin proqram əsasında mayalanma işlərini həyata keçirir;
- Sürünün sağlamlaşdırılması istiqamətində daim təkliflər verir;
- Vaksinasiya proqramlarının icra olunmasına nəzarət edir;
- Dırnaq baxımı və dırnaq vannaları proqramlarının hazırlanması və icrasının təmin edir;
- Heyvan ölümlərinin səbəbini müəyyənləşdirir, lazım gəldikdə patoloji yarmalar aparır və nəticələr barədə rəhbərliyə hesabat verir;
- Ölüm hallarının dəqiq araşdırılması üçün patoloji materialları laboratoriya yoxlanışına göndərir;
- İllik sürü dövriyyəsi və vaksinasiya proqramlarının yerinə yetirilməsinə dair sənədlərin işlənib dövlət qurumlarına təqdim edilməsini təmin edir;
- Səlahiyyətli baytarlıq qurumunun göstərişinə əsasən karantin tədbirlərinin həyata keçirilməsində yaxından iştirak edir;
- Vəzifənin nəzərdə tutduğu digər öhdəlikləri yerinə yetirir;
- İşində əmək və texniki təhlükəsizlik qaydalarına, sanitar-gigiyenik qaydalara ciddi riayət edir;
- Mal-qaranın tələf olması səbəbləri barədə hesabt verir;
Tələblər:
- Heyvandarlıq üzrə ən azı 10 il, o cümlədən Baş baytar vəzifəsində ən azı 3 il təcrübə;
- Cinsi: Kişi
- Yaş həddi: 28-50
- Ali təhsil (Baytarlıq, Zootexnik)
- MS Office (Word, Excel),
- Güclü analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı;
Namizəddən gözlənilir:
- Yüksək analitik düşüncə və detal yönümlülük
- İşçi heyətinin idarəedilməsi, heyvandarlıq, dərman tanıma və sənədlərlə işləmə bacarığı
- Təqdimat bacarığı
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- Əmək haqqı: Namizədin bilik-bacarığına görə dəyərləndiriləcəkdir
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Baş Baytar” qeyd edərək göndərməyinizi xahiş edirəm.
VAKANSİYA 12
HumanPro
Mühasib
Son tarix 12 mar 2026 [email protected]
İş şəraiti:
- Əmək haqqı: 1500 AZN +
- İş qrafiki: Həftədə 5 gün
- İş saatları: 09:00 – 18:00
- İş yeri: Bakı şəhəri
- Karyera inkişafı: Şirkət daxilində yüksəlmə və peşəkar inkişaf imkanları
Vəzifə öhdəlikləri:
- 1C 8.3 proqramında idxal, alış, satış, məhsul komplektləşdirmə, layihələr və istehsal prosesləri üzrə sərbəst uçot aparmaq;
- E-qaimələrin yazılması, göndərilməsi və daxil olan e-qaimələrə nəzarət etmək;
- Ölkədaxili və ölkəxarici ödənişləri yerinə yetirmək;
- Internet banking vasitəsilə əməliyyatları idarə etmək;
- New e-taxes.gov.az, Emas, E-gov.az, Stat.gov.az və digər dövlət portallarından istifadə etmək;
- Aylıq, rüblük və illik ƏDV, Mənfəət Vergisi, DSMF və Statistika hesabatlarını hazırlamaq;
- İFRS uyğun aylıq maliyyə hesabatları (balans, mənfəət-zərər, pul hərəkəti hesabatları) hazırlamaq;
- Gündəlik bank və kassa əməliyyatlarını aparmaq;
- Debitor və kreditor borclarını izləmək və hesabatlandırmaq;
Tələblər:
- Ali təhsil;
- İngilis dili – C1 səviyyəsi;
- MS Excel və 1C proqramında əla bilik;
- İstehsalat sahəsində iş təcrübəsi üstünlük hesab olunur;
- Maliyyə və mühasibat sahəsində güclü təcrübə və analitik düşüncə;
- Komandada işləmək və işləri məsuliyyətlə, vaxtında yerinə yetirmək bacarığı;
- Strateji düşüncə və çevik adaptasiya qabiliyyəti.
Müraciət üçün: CV-lərinizi mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.











