VAKANSİYA 1
AMO Group
Baş mühasib
Son tarix 05 iyn 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək
- Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərin və pul vəsaitlərin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uşotu hesablarında vaxtında əks etdirilməsini təmin etmək
- Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılmasına nəzarət etmək
- Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatının təqdim edilməsini təmin etmək
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasına nəzarət etmək
- Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsinə və Təşkilatın əmlakının qorunmasına nəzarət etmək
- Proqram üzrə mühasibat yazılışlarının verilməsi
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatının məlumatları üzrə Təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsi, inventarizasiyanın aparılmasını təşkil etmək
Tələblər:
- Ali təhsil /Maliyyə, İqtisadiyyat , Mühasibat uçotu/
- Azərbaycan , rus dilləri yüksək səviyyədə olmalı (ingilis dili arzu olunandir)
- Yüksək səviyyədə idarəetmə və komandada işləmək bacarığı
- Güclü analiz qabiiyyətinə malik olmalı
- Maliyyəni yüksək səviyyədə bilməli
- MS Office (MS Excel, MS Word, MS Outlook, 1C) proqramlarından sərbəst istifadə qabiliyyəti
- Müvafiq sahədə iş təcrübəsi minimum 5 il
- İntizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq, namizədin bilik və bacariqlarindan asılı olacaq.
Maraqlnan namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “Baş mühasib” qeyd edərək göndərə bilər.
VAKANSİYA 2
Xalq Bank
Kredit şöbəsinin mütəxəssisi (Şabran)
Son tarix 05 iyn 2022 - [email protected]
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Şabran
Nami̇zədə Dai̇r Tələblər:
- Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri.
İşi̇n Təsvi̇ri̇:
- Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;
- Kredit sənədlərinin tərtibi;
- Kredit portfelinə nəzarət və idarə etmək;
- Müştəri hesablarının aparılmasına nəzarət;
- Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
VAKANSİYA 3
Planet Travel
Mühasib köməkçisi
Son tarix 06 iyn 2022 - [email protected]
İş barədə məlumat:
- Hesabatların hazırlanması .
- Ödəniş tapşırıqları və internet banking vasitəsi ilə ödənişlərin edilməsi.
- E-Qaimə fakturalarının yazılması
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Daxili mühasibatlıq işlərini görə bilən (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və.s)
- Aylıq daxili maliyyə hesabatların hazırlanması.
- Ən azı 1-2 il iş təcrübəsi olmalıdır.
- Əmək 700-800 AZN .
Namizədə tələblər:
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək
- Kompüterdə işləmək bacarığı
- Şirkətə daxil olan sorğuların operativ və işgüzar formada cavablandırılması
- Məntiqi və riyazi düşüncə qabiliyyəti.
- İnternetdən aktiv istifadə etmək, sürətli axtarış və s
- Office proqramlarında işləmə bacarığı (Excel, Word)
- Bütün hesab-fakturaların, müqavilə sənədlərinin və onlardan irəli gələn aktların , qaimə-fakturaların qəbul edilməsi, qeydiyyata alınması, yoxlanılması və müvafiq ödənişinin icra edilməsi üçün hazırlanması və təqdim edilməsi .
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Şəkilli CV-lərinizi "Mühasib " başlığı altında elektron ünvanına göndərə bilərlər.
VAKANSİYA 4
Camal LTD
HoReCa üzrə satış təmsilçisi
Son tarix 05 iyn 2022 - [email protected]
Tələblər:
- HoReCa sahəsində iş təcrübəsi 1 ildən 3 ilə qədər (qida sektorunda təcrübəsi olanlara üstünlük verilir).
- Azərbaycan dilini mükəmməl bilməli, rus və ingilis dili arzuolunandır;
- Satış işində təcrübəsinin olması (restoran, otel istiqaməti üzrə satış təcrübəsinin olması arzuolunandır);
- Xoş görnüşlü, məsuliyyətli və səliqəli olmalı, ünsiyyət qurmaq bacarığı;
- Yaş həddi 22-35 yaş arası.
Vəzifələri:
- Plan üzrə satış nöqtələri ilə görüşlərin təyin edilməsi və məhsul sifarişlərinin götürülməsi;
- Qarşıya qoyulan satış hədəflərinin yerinə yetirilməsi;
- Müştərilərin vaxtında, planlı şəkildə ziyarət edilməsi;
- Müştərilərdən ödənişlərin qəbul edilməsi və borc öhdəliklərinə nəzarət;
- Yeni məhsulların müştərilərə təqdim olunması;
- Müştəriləri vaxtı vaxtında nümunələrlə təmin etmək və onların ehtiyacları olan məhsulların vaxtında çatdırırılması;
- Şirkətin yeni məhsulları ilə əlaqədar təqdimatların keçirilməsi.
Digər məlumatlar:
- 6 günlük iş həftəsi, tam iş günü;
- 1 aylıq sınaq müddəti;
- Əmək haqqı 1000-1200 manat +%
Əlaqə məlumatları:
- Tel: (012) 310 10 40 (daxili 227)
- Mob: (+994) 55 900 32 07
- Ünvan: Bakı şəh., Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21, döngə 9 "Camal" LTD şirkəti (Dondurma zavodu)
VAKANSİYA 5
Aqrar İnnovasiya və Təchizat Şirkəti
Mühasib köməkçisi/Xəzinədar
Son tarix 05 iyn 2022 - [email protected]
Həftədə 5 gün
Əmək haqqı 500-600 AZN (net)
Tələblər:
- Ali təhsil (İqtisadiyyat sahəsi üzrə)
- İxtisas üzrə 1 iş təcrübəsi
- Yüksək səviyyədə idarəetmə və koordinasiya bacarığı
- Komandada işləmək bacarığı
- Məsuliyyətli və işində dəqiq olmalı
- MS Office proqramlarını xüsusilə də Excel proqramından yüksək işləmə bacarığı
Əmək funksiyaları:
- Maliyyə və kassa intizamına, inzibati, təsərrüfat və digər xərclərin smetalara uyğun və tələb olunan ilkin sənədlərlə xərclənməsini, əskiklərin, təhtəl hesab şəxslər üzrə borcların və digər itkilərin mühasibat uçotu hesabatlarından silinməsini həyata keçirtmək;
- Kassa mədaxil və məxaric əməliyyatlarının icra edilməsi,kassa uçotunun aparılması;
- Bank, Dövlət qurumları və digər təşkilatlarla sənəd mübadiləsinin həyata keçirilməsi;
- Təşkilatın filiallarında ilkin və mühasibat sənədlərinin,hesablaşmaların həyata keçirilməsini təmin etmək;
- Təşkilatın uçot sənədlərinin arxivləşdirilməsi və nəzarət edilməsi
Yuxarıda qeyd olunan tələbləri qarşılayan namizədlərdən müraciət üçün öz yenilənmiş CV*lərini email adresinə mövzu hissəsində “Mühasib köməkçisi/Xəzinədar”qeyd etməklə göndərmələri tələb olunur.
Yalnız minimum tələbləri qarşılayan namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.
VAKANSİYA 6
Safe Express
Resepşn
Son tarix 06 iyn 2022 - [email protected]
Vəzifə tələbləri:
- Ali təhsilli xanım namizədlər
- Minimum 1 il iş təcrübəsi
- Komputer və ofis proqramlarından sərbəst istifadə etmək bacarığı
- Rus dilində sərbəst danışmaq qabiliyyəti
- Yaş həddi: 20-30 yaş aralığı
- Komandada işləmə bacarığı
Vəzifə öhdəlikləri:
- Müştərilərin qarşılanması və onlarla gülərüz, xoş rəftar edilməsi
- Müraciətlərin qəbulu və araşdırılması
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası
İş şəraiti:
- İş vaxtı: Həftədə 6 gün, saat 10:00-20:00
- İş ünvanı : Gənclik metrosunun yaxınlığı
- Nahar şirkət tərəfindən qarşılanır
- Əmək haqqı başlanğıc olaraq 450 AZN (3 ay sonra 500 azn)
Maraqlanan şəxslər öz CV-lərini göndərə bilərlər.
VAKANSİYA 7
Grow Group Azerbaijan
Xarici satınalmalar və İdxalat üzrə koordinator
Son tarix 06 iyn 2022 - [email protected]
İş haqqında məlumat:
- Təhsil: Ali
- İş təcrübəsi: Müvafiq vəzifədə minimum 1 il
- Dil bilikləri: İngilis, Rus və Azərbaycan dilləri – sərbəst (şifahi və yazılı)
- Əmək haqqı: 800 - 1000 azn (namizədin təcrübəsindən asılı olaraq)
- Xarici bazarda material və avadanlıqlar üzrə araşdırma, qiymətləndirmə aparmaq və optimallaşdırmaq üçün təkliflər vermək;
- Yüksək şifahi və yazılı kommunikasiya səviyyəsi
- Daşınmaların təşkili üçün effektiv və sərfəli yolların araşdırılması
- Material və avadanlıqların texniki məlumatlarının araşdırılması və müqayisə olunması;
- Müvafiq hesabatların hazırlanması
- Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsi
- Material və avadanlıqların məlumat bazasını hazırlamaq və yeniləmək, şirkətin xarici təchizat xərclərinə nəzarət etmək və aidiyyati şəxslərə hesabat vermək;
- Satınalmalar üçün rəqabətli qiymət sorğusu sisteminə nəzarət etmək;
- Daxil olan satınalma sifarişlərinin vaxtında və keyfiyyətli həyata keçirmək
- Müqavilələrin bağlanması, şərtlərin müəyyən edilməsi və öhdəliklərin vaxtında icra edilməsini kontrol etmək
- Faydalı şərtləri təmin etmək üçün xarici və daxili satıcılarla danışıqlar
- Təchiz olunan malların və xidmətlərin keyfiyyətinə nəzarət etmək
- Tədarük prosesində maneələrin, problemlərin aradan qaldırılması və koordinasiyası.
- Rəqabətli əmək haqqı
- Karyera imkanları
- AR Əmək qanunveriliyi üzrə sənədləşmə
- 5 gün 09:00-18:00
- Şənbə günü 09:00-13:00
Maraqlanan namizədlər mövzuda “Xarici satınalmalar və İdxalat üzrə koordinator” və əmək haqqı iddiasını qeyd etməklə CV-lərini göndərsinlər.
VAKANSİYA 8
AzəriMed QSC
Əczaçı
Son tarix 05 iyn 2022 - [email protected]
Tələblər:
- Təhsil: Tibb təhsili (Ali və ya orta ixtisas);
- Təcrübə: Müvafiq sahədə iş təcrübəsi üstünlükdür;
- Kompüter bilikləri: MS ofis proqramlarını (Word, Excel) orta səviyyədə bilməlidir.
Vəzifə öhdəlikləri:
- Müştərilərə məhsul seçimində köməklik göstərmək;
- Dərman preparatları və tibbi ləvazimatların satış prosesini həyata keçirmək;
- Aptekə daxil olan malları yoxlamaq, tərkiblərinə uyğun və tələb olunan qaydada yerləşdirmək;
- Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət yetirmək;
- Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət etmək;
- Sifarişi dəqiq və vaxtında yerinə yetirmək.
İş şəraiti:
- İş qrafiki: Növbəli
- Əmək haqqı: 400-600 AZN. Bonus sistemi mövcuddur.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Əczaçı” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-58-71 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
VAKANSİYA 9
Ferrum Capital
Problemli kreditlər üzrə mütəxəssis
Son tarix 06 iyn 2022 - [email protected]
Hansı özəlliklərə malik olmalıdır?
- İqtisadi, riyazi və digər analitik ixtisaslar üzrə ali təhsil;
- 21- 35 yaş aralığı;
- Müvafiq sahə üzrə minimum 6 ay iş təcrübəsi;
- Tələbkar, obyektiv, məsuliyyətli, çevik olmalı;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Stress altında işləmək və çətin vəziyyətlərin həlli yollarının müəyyən etmək qabiliyyəti.
Problemli kreditlər üzrə mütəxəssis nə iş görür?
- Problemli kredit portfellərinə nəzarət etmək;
- Hər bir gecikmə üzrə müştərilərlə ödənişlərini təmin etmək üçün mütəmadi əlaqə saxlamaq;
- Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlər görmək;
- Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək;
- Hesabatların hazırlanması və vəzifə öhdəliklərini dəqiqliklə, məsuliyyət ilə yerinə yetirmək.
- Şirkətin rəhbərliyi tərəfindən tapşırılan digər vəzifə və öhdəliklərini həyata keçirmək;
Əlavə məlumat:
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Əmək haqqı – 400 AZN + Bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “ Problemli kreditlər üzrə mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
VAKANSİYA 10
StudyLab
Xari̇cdə təhsi̇l üzrə məsləhətçi̇
Son tarix 01 iyn 2022 - [email protected]
Əmək haqqı 800 AZN təşkil edir (əlavə bonus qaydalari fərdi olaraq müzakirə olunur).
Məndən nə tələb olunur?
Şərqi Avropa, Qərbi Avropa, Amerika, Kanada, Böyük Britaniya və digər xarici ölkələrdə dil kursları, ali məktəbə hazırlıq proqramları, ilk ali təhsil və magistratura təhsili daxil olmaqla, müştərilər üçün xaricdə ən münasib və uyğun təhsil proqramları seçmək, ilkin məsləhətləşmələr vasitəsilə, müraciət edən şəxsləri (potensial müştəriləri) həqiqi müştərilərə çevirmək.
Bizə kim lazımdır?
- Yüksək IQ səviyyəsi və dünyagörüşü olan, məqsədyönlü, inkişaf etmək arzusunda olan;
- Əla kommunikator, insanlar ilə ünsiyyət qurmağı sevən;
- Potensial müştəriləri əsl müştərilərə çevirməyi bacaran, satış üzrə peşəkar;
- Şərqi Avropa, Qərbi Avropa, Amerika, Kanada, Böyük Britaniya daxil olmaqla, xarici ölkələrin təhsil sistemlərini yüksək səviyyədə bilən mütəxəssis;
- İngilis dilini Advanced səviyyədə bilmək (2-ci xarici dil bilənlərə üstünlük verilir);
- MS Office (Word, Excel) proqramları üzrə biliklər
- Tanınmış ali təhsil müəssisəsinin məzunu olmaq;
- Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən;
- Xaricdə təhsil sahəsində çalışan namizədlərə üstünlük verilir.
Tapşırıqlar:
- Xaricdə təhsil bölməsinin bütün xidmət və faəliyyətlərini effektiv şəkildə icrasını təmin və idarə etmək;
- Xaricdə təhsil bölməsinin illik fəaliyət planını hazırlamaq, həmin plana əsasən fəaliyyətini qurmaq və hesabat vermək;
- Xaricdə təhsillə bağlı potensial müştərilərə konsultasiya xidmətləri göstərmək və bu konsultasiyaları effektiv şəkildə satışa çevirmək;
- Xarici universitetlərin proqramlarını və yeni partnyorluq əlaqələrini genişləndirmək məqsədi ilə müntəzəm şəkildə araşdırmaq və izləmək;
- Yeni əməkdaşlıqlarla bağlı araşdırmalar edərək təkliflər hazırlayıb rəhbərliyə təqdim və müzakirə etmək;
- Ölkə üzrə keçirilən müvafiq tədbirlərdə StduyLab şirkətini təmsil etmək;
- Yüksək səviyyədə xidmət göstərməsini təmin etmək və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində plan və strategiyalar hazırlamaq və təklif etmək;
- Xaricdə təhsil, yay məktəbləri, dil kursları və digər aidiyyatı xidmətlərin tanıdılması və müştərilərin cəlb edilməsi istiqamətində fəaliyyət göstərmək;
- Yaranmış və ya yarana biləcək çətinlikləri vaxtında və tam şəkildə aradan qaldırmaq və ehtiyac olduğu halda bu barədə birbaşa rəhbəri məlumatlandırmaq;
- Digər tapşırılan müvafiq vəzifələri yerinə yetirmək; Komanda ilə aktiv əməkdaşlıq etmək və Şirkətin fəaliyyətlərində yaxından iştirak etmək;
Şərtlər:
- Ödəniş: əmək haqqı+ işin nəticələrinə görə bonuslar
- Rahat yerdə yerləşən rahat ofis. Laptop ilə təchiz olunmuş iş yeri;
- Bazar ertəsi – Cümə 09:30 -18:30 / Şənbə 10:00 - 17:00
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
- Əmək haqqı və bonus qaydalari fərdi olaraq müzakirə olunur.
- İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku
Müraciət qaydası: elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – XARİCDƏ TƏHSİL ÜZRƏ MƏSLƏHƏTÇİ yazıb CV göndərməklə müraciət edilir.
Son müraciət tarixi: 31 may, 2022