VAKANSİYA 1
BESAN MMC
Gömrük əməliyyatları üzrə operator
Son tarix 09 yan 2022
İş barədə məlumat:
- Gömrük rəsmiləşdirilmələri və bəyannamələri ilə bağlı işlərə nəzarət etmək;
- İdxal/ixrac olunan malların aktlaşdırılması;
- Müvafiq sənədlərin hazırlanması və prosesə nəzarət edilməsi;
- Əmək haqqı- 450-650 Azn;
- İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək;
- Nahar şirkət tərəfindən qarşılanır.
Tələblər:
- Ali təhsil (logistika,maliyyə,vergi, biznesin idarə olunması sahələrində);
- Rus dili və ya İngilis dilli biliyi;
- Bu sahədə 1 illik iş təcrübəsi;
- Sürücülük vəsiqəsinin olması;
- Microsoft Ofis proqramları ilə işləmək bacarığı;
- Müvafiq qanunvericilik biliyi.
Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər ([email protected]).
VAKANSİYA 2
Optimal Electronics
Logistika üzrə koordinator
Son tarix 09 yan 2022
Tələblər:
- Təhsil: orta və ya ali;
- Kompüter biliyi: Microsoft Office, xüsusən Excel proqramlarında sərbəst işləmək bacarığı mütləqdir; 1C proqramı ilə iş təcrübəsi üstünlükdür;
- Proqram bilikləri test imtahanı üsulu ilə yoxlanılacaq;
- Logistika sahə üzrə ən azı 2 il iş təcrübəsi
- Dil biliyi : Azərbaycan dili;
- Kollektivdə işləmək bacarığı;
- Yüksək ünsiyyət və təqdim etmə bacarıqları;
- Şəhəri yaxşı tanımağı üstünlükdür;
Əsas vəzifələr:
- Sənədlərin sistem üzərində düzgün şəkildə qeydiyyata alınması;
- Ümumilikdə gündəlik olaraq görülən işi ustalara ərazi üzrə göndərməli;
- Çatdırılmaların system üzrə koordimasiyası və izlənilməsi
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Ə/h: 600 AZN;
- Karyera yüksəlişi imkanı;
VAKANSİYA 3
Başak Group
B2B satış mütəxəssisi
Son tarix 09 yan 2022
Tələblər:
- Ali təhsil,
- Korporativ satış üzrə minimum 2-3 il təcrübə (yalnız korporativ satış təcrübəsi olan namizədlərin cv formaları dəyərləndiriləcək),
- Supply sahəsində təcrübə,
- Əsas tələb: şəxsi avtomobil (amortizasiya xərcləri qarşılanır),
- Yüksək rus və ingilis dili biliyi ( rus dili arzuolunandır),
- Standart kompüter bacarıqları (Word, Excel, Outlook, PPT),
- Danışıqlar aparma qabiliyyəti,
- Təqdimat hazırlama və təqdimat keçmək bacarığı,
- Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olmaq,
- 23-30 yaş aralğı,
İş şəraiti:
- İş vaxtı: Həftə içi 5 gün 09:00–dan 18:00 dək;
- Əməkhaqqı: 700 AZN + Bonus (KPİ),
- Nahar şirkət tərəfindən qarşılanır,
- Korporativ nömrə,
- Ünvan: Dərnəgül şossesi, Ziya Bünyadov pr 3105.
Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Korporativ satış mütəxəssisi” yazaraq göndərə bilərlər ([email protected]).
VAKANSİYA 4
Azsafety Production
Mühasib köməkçisi
Son tarix 09 yan 2022
Bizim üçün ideal namizəd:
- Yalnız xanım namizədlər.
- Maliyyə, mühasibatlıq və ya İqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli,
- Mühasibatlıq sahəsində ən azı 2 illik iş təcrübəsi olan.
- MS Office və mühasibatlıq proqramlarını yüksək səviyyədə biləndir,
- İdarəetmə, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olmalı,
- Milli uçot standartlarını bilməli,
- Azərbaycan, rus, və ingilis dillərini yaxşı səviyyədə həm şifahi, həm də yazılı bilməlidir.
Hansı işləri görəcəksiniz:
- Akkreditiv, bank qarantiyası, kreditlərin götürülməsi və s. Bank əməliyyatlarının aparılması (açılıb, bağlanması),
- Tender sənədlərinin toplanması və təqdim olunması.
- Elektron qaimə-fakturaların tərtib olunması və göndərilməsi
- Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
- Büdcə hazırlanması və xərclərə nəzarətin təmin edilməsi,
- Debitor kreditor borcların hazırlanıb təqdim edilməsi.
Əlavə məlumatlar:
- Əmək haqqı 600-700 AZN
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:30 – 18:00, 5 günlük iş həftəsi
- İş yeri Hövsan qəsəbəsi, Hövsan Dəniz limanında yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühasib köməkçisi” yazaraq göndərilməsi xahiş olunur ([email protected]).
VAKANSİYA 5
Bizim Market
Sifariş toplama operatoru
Son tarix 09 yan 2022
Əmək funksiyaları:
- Şirkətin təchizat üzrə sifarişləri təmin etmək;
- Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;
- Təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparılması;
- Tədarükçülərlə qiymət və digər texniki göstəricilər barəsində danışıqlar aparılması;
- Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim edilməsi.
Tələblər:
- Müvafiq sahədə
- Təchizat zəncirinin İdarə olunmasına dair anlayışın olması;
- Kompüter bilikləri (MS Office);
- 1C sistemi bilikləri;
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
- Kollektivlə işləmə bacarığı;
- Operativ, gördüyü işə cavabdehlik.
Əmək şəraiti:
- 6 günlük iş həftəsi (6-cı gün 09:00-14:00)
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək haqqı 450 AZN.
VAKANSİYA 6
Başak Group
Mağaza Müdiri
Son tarix 09 yan 2022
Tələblər:
- Ali təhsil,
- Geyim, mebel sektorunda minimum 3-5 il təcrübə,
- Azərbaycan və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı,
- MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı,
- Komandada işləmə bacarığı.
- Xanım namizədlərə üstünlük veriləcək.
Vəzifə öhdəlikləri:
- Mağaza müştəri xidmətləri bölmələrinin fəaliyyəti ilə bağlı mərkəzlə mağaza arasında koordinasiyanı təmin etmək və izləmək,
- İşçi məmnuniyyətini və satış performansını artırmaq,
- Mağazada müştəri portfelinin yaradılması,
- Müştəri şikayət / təklif sisteminin idarə edilməsi,
- Mağazanı sərfəli və nümunəvi bir müəsissəyə çevirmək,
- Lazımi hesabatların vaxtında və dəqiq şəkildə verilməsini təmin
- etmək,
- Məhsulları sayaraq stok izləməsini həyata keçirmək,
- Mağazadakı lojistik tətbiqetmələri həyata keçirmək.
İş şəraiti:
- Əmək haqqı: 1000 AZN + bonus (KPİ)
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə,
- Ünvan: Dərnəgül şosesi 31, məhəllə 5, Ziya Bünyadov pr. 3105
- İş günlərinin sayı 6 gün, şənbə günü qısaldılmış.
Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Mağaza müdiri” yazaraq göndərə bilərlər ([email protected]).
VAKANSİYA 7
Baku Business Consulting
Mühasibatlıq işləri üzrə mütəxəssis
Son tarix 09 yan 2022
Vəzifə öhdəliyi:
- Gündəlik bank və kassa əməliyyatlarının aparılması;
- Maliyyə əməliyyatlarının 1 C (8.3) mühasibat proqramında işlənilməsi;
- Əmək haqlarının, məzuniyyət üzrə ödənişlərin hesablanması və icra edilməsi;
- Aylıq, rüblük və illik statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Mövcud vergi öhdəliyinə uyğun Vergi bəyənnamələrinin (Vahid rüblük, ƏDV, ÖMV) hesabatlarının tərtib edilməsi;
- Yerli və xarici ödənişlərin internet banking vasitəsi ilə icra edilməsi;
- E-Qaimələrin göndərilməsi.
Tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
- MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
- 1C (8.3) proqramında mükəmməl işləmək bacarığı;
- Vergi Məcəlləsi və Əmək Qanunvericiliyi üzrə biliklər;
- Mühasibatlıq işləri üzrə ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır;
- Komandada işləmə bacarığı;
- İxtisasını daim təkmilləşdirməli;
- Müştəriyönümlülük, vaxtın idarəedilməsini bacarmalı;
- Problemləri təhlil və həll etmə bacarığı;
- Məsuliyyətli və loyallıq;
Biz Sizə nə təklif edirik:
- Peşəkar, mehriban komandada iş;
- Etibarlı şirkətdə karyera yüksəlişi;
İş şərtləri:
- İş qrafiki: 6 günlük
- Əmək haqqı 900-1200 AZN
CV-lərinizi elektron ünvanına “Mühasibatlıq işləri üzrə mütəxəssis” başlığı altında göndərməyiniz xahiş olunur ([email protected]).
VAKANSİYA 8
Bizim Market
Mühasib
Son tarix 09 yan 2022
İş haqqında məlumat:
- Mühasibat uçotu üzrə ilkin sənədlərin hazırlanması;
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların aparılması;
- Online kargüzarlıq və e-qaimə portallarında işlərin görülməsi;
- Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Bank və kassa əməliyyatları.
Namizədə olan tələblər:
- Mühasib vəzifəsində minimum 2 il iş təcrübəsi;
- Word və Excel proqramlarını bilməli;
- Mühasibat sahəsi üzrə qanunvericilik aktlarını və normativ sənədləri bilməli;
- Analitik qabiliyyət, ünsiyyət və təqdim etmək bacarıqlarına malik;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına malik olmalıdır.
Təminatlar:
- Əmək haqqı 800 AZN +
- Korporativ telefon nömrəsi verilir
- Nahar yeməyi təmin edilir
VAKANSİYA 9
Money4you.financial MMC
Hüquqşünas
Son tarix 09 yan 2022
İş haqqında məlumat:
- Bütün korporativ hüquqi prosesləri aparmaq qabiliyyəti (Intellektual mülkiyyət, birləşmə və satınalmalar, əməliyyatlar, sazişlər, məhkəmə prosesləri, patentlər və s.)
- Leqal məsələlərdə şirkət siyasətini və hüquqi məsələlər üzrə mövqeyini inkişaf etdirmək
- Hüquqi risklərlə bağlı araşdırılmaların aparılması, onların qarşısı alınması və şirkətin bu tip risklərdən qorunması
- Şirkət idarəçilərinin bütün korporativ hüquqla əlaqəli məsələlərlə tanışlığına əmin olmaq
- Hesabatların və digər hüquqi sənədlərin tərtib edilməsi və nəzarətdə saxlanması
- Şirkəti məhkəmə icraatında təmsil etmək (məhkəmə işi, məhkəmə prosesi və s.)
- Bütün müqavilələrin hazırlanması və idarə edilməsi
- Əməliyyatlar haqqında danışıqlar aparmaq və şirkətin iclaslarında iştirak etmək
- Satıcılar və əməkdaşlar ilə yeni biznes tərəfdaşlıqlarının qiymətləndirilməsi
- Yeni məhsul və xidmətlərlə bağlı hüquqi məsələləri araşdırmaq
Tələb olunan bacarıqlar:
- İngilis dili bilikləri (Ən azı B2 səviyyəsi)
- Çin dili bilikləri (yaxşı səviyyə)
- Hüquq və ya digər əlaqəli sahələrdə bakalavr yaxud magistr dərəcəsi
- Korporativ hüquq haqqında mükəmməl biliklər
- Leqal şirkət cəmiyyəti haqqında üstün bilikər
- Qiymətli kağızlar və fintech üzrə mükəmməl biliklər
- Komanda halında və ya individual işləmək istəyi
- Tolerantlıq və hörmət
Zəhmət olmasa, CV-nizi e-poçt mövzu sətrində Hüquqşünas (Lawyer) yazaraq göndərin ([email protected]).
VAKANSİYA 10
Maffin Reklam Agentliyi
Kopirayter
Son tarix 09 yan 2022
Namizədə dair tələblər:
- Ali təhsil ;
- Azərbaycan dilində səlis danışma və yazma qabiliyyəti;
- Kreativ düşüncəli, Yaradıcı;
- Marketinq və reklam kampaniyalarının yaradılmasında iş təcrübəsi;
- Müxtəlif video kontentlər üçün ssenari, mətnlərin verilməsi
- Sosial media, və digər marketinq kanallarında məzmun yaratmaq bacarığı;
- Sosial Media üçün kreativ post ideyaları vermək, postlar üçün mətnlər hazırlamaq;
- Sosial Media üçün yaradıcı kampaniya təkliflərinin təqdim etmək;
- Kampaniyalar üçün sloqanlar düşünmək;
- Məsuliyyətlilik, operativlik, dəqiqlik, komanda ilə çalışa bilən;
Üstünlük verilir:
- Marketinq və ya uyğun sahədə 2-5 il iş təcrübəsi
- İngilis dili (Rus dili) biliyi
İş barədə məlumat:
- Müştərilər üçün strategiyaların hazırlanması, kontent yaradılması və idarə edilməsi;
- Kreativ kontentlərin hazırlanmasında, nəticələrin təhlilində və mövcud imkanların müəyyən edilməsi, marketinq və satış şöbələri ilə əməkdaşlıq edilməsi;
- Komandanın yeni və yaradıcı təşəbbüslərinin inkişaf etdirilməsi;
- Təkliflərin təqdimatının təşkil edilməsi və ona nəzarət edilməsi, nəticələr üçün təsdiqlərin əldə edilməsi.
- Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim edilməsi
İş saatı : Tam iş qrafiki - 5 gün (09 :00-18:00)
İş yeri : N.Nərimanov metro stansiyasının yaxınlığı, Heydər Əliyev Mərkəzinin arxasında
Əmək haqqı müsahibə əsasında razılaşdırılacaq.
Müraciət etmək istəyənlər CV formanızı emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı mütləq yazılmalıdır ( [email protected]).
VAKANSİYA 11
Atlas ES
İnzibati işlər üzrə mencer
Son tarix 09 yan 2022
İş qrafiki: 5 gün, 09:00-dan 18:00-dək
İstirahət günləri: şənbə-bazar günləri
İşçi ARƏM uyğun olararaq işə qəbul olunacaq
Əsas Öhdəliklər:
- Daxil olan zənglərin və elektron ünvana gələn məktubların, sorğuların vaxtında cavablandırılması, yönləndirilməsi, lazımi qeydlərin aparılması və aidiyyatı şəxslərə çatdırılması
- Müəssisənin fəaliyyəti ilə əlaqədar rəhbərliyin göstərişi ilə məktubların və digər lazım olan sənədlərin layihələrinin hazırlanması Müəssisə daxili toplantı və iclaslarının keçirilməsi təşkili və protokolların tərtib edilməsi
- Ofis daxili idarəetmə işlərinin yüksək səviyyədə yerinə yetirilməsi
- Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi
- Şirkətə gələn qonaqların qarşılanması və yönləndirilməsi, iş görüşlərinin təşkili, hava və dəmiryolu biletlərinin sifarişi, mehmanxana və otellərin rezervasiyası,viza məsələlərinin təşkil edilməsi və nəzarətdə saxlanması
- Şirkətdaxili nizam-intizam qaydalarına riayət etmək və riayət olunmasına nəzarət
- Tabeliyində olan işçilərlə işin düzgün qurulması və koordinasiyası
- İşlə əlaqədar lazımi şirkətlərlə əlaqələrin yaradılması
- Ofis daxili aylıq dəftərxana və təsərrüfat mallarının sifarişi
Namizədə tələblər:
- Ali təhsil
- Azərbaycan, İngilis, Rus dillərini bilən və danışan.
- Kompüter biliyi: MS Office , MS Excel, Adobe Acrobat proqramlarında sərbəst işləmək
- Oxşar sahədə iş təcrübəsi olanlara üstünlük veriləcək
- İdarəetmə bacarığı
- Məsuliyyət və dəqiqlik
- Yüksək şifahi və yazılı ünsiyyət bacarığı
- Planlaşdırma və təşkilat
Müraciət qaydası:
Müraciət üçün CV-i elektron ünvanına göndərməyiniz xahiş olunur. Xahiş edirik müraciət zamanı mövzu hissəsində vəzifənin adını qeyd edəsiniz (с[email protected]).
VAKANSİYA 12
Azerlotereya
BI & data analytics specialist
Son tarix 09 yan 2022
Main activities:
- Build regular and ad hoc reports consolidating different data sources collaborating with business departments
- Discover and share new insights from data to support the business departments
- Visualize the data with easily understandable and business friendly graphs
- Forecast future events like sales, survival or churn time, churn rate, potential value etc.
- Build response models to predict likelihood of response to the targeted campaigns
Skills and qualifications required:
- Good interpretation skills of customer behavior through data driven approach
- Degree in a quantitative field (e.g., computer science, statistics, economics etc.)
- At least two years of experience as BI specialist, data analyst or related positions
- SQL querying (T SQL or PL SQL)
- Experience in reports visualization, insights in BI tools (preferably Power BI)
- Knowledge of statistical programming languages like R, SPSS, Python is an advantage
- Knowledge and ability to interpretate a central tendency, spread measures and regression
- Passion to discover new insights from customer behaviour data
- Business acumen
- Creative and data driven mindset
- Detail oriented
- Eagerness to learn new tools and skills
- Interest in sport and virtual games is preferred
If you are interested, please share your CV with subject “BI & data analytics specialist” ([email protected]).
VAKANSİYA 13
Sabah Group
Anbar meneceri
Son tarix 09 yan 2022
Vəzifə:
- Anbara gələn məhsulların gəbulu, düzgün saxlanması və onların sorguya uyğun olaraq düzgün təşkili
- Hər məhsulu öz yerinə, koduna və qablaşdırmasına uyğun olaraq yerləşdirməsinin heyata keçirir
- Malın mağazalara vaxtında çatdırılması üçün lazım olan tədbirləri görmək
- Bütün anbar üzrə məsuliyyət daşımaq, işçiləri düzgün işə vaxtı-vaxtına gəlmələrini tələb etmək
- Gündəlik gələn məhsulların hesablamasını aparır və qalıqı haqqında Kateqoriya menecerinə məlumat verir
- Anbarda səliqə səhman yaratmalı və onu qoruyub saxlamalı
- Anbarda Microsoft Office proqramında mövcüd olan bazanın gündəlik yeniləşdirilməsi, bazaya məlimatın düzgün daxil edilməsini və gündəlik bazanı yeniləşdirilməsini həyata keçirir
- İşçi inventarizasiya zamanı iştirak etməli və öz bölməsində malın miqdarını, mağazaya verilən məhsulun və alınan məhsulun hesabatını bilməli
- Kateqoriya menecerinə məhsul haqqında və məhsulun vəziyyəti haqqında məlumat verməli
- Müştəri tərəfindən evə sifariş olunan məhsul haqqında məlumatı, anbardan ne vaxt çıxmasına, hansı ünvana çatdırılmasına və çatdırılmanı həyata keçirən işçinin adını, soyadını və imzasını mövcüd olan formaya daxil etmələrinə nəzarət etməli
- Fiziki iş tələb olunur
Tələb:
- Cinsi: Kişi
- Yaş həddi 20-45 arası
- Ali təhsilli
- Azərbaycandili biliyi (Rus və ingilis dillərini biliyi üstünlükdür)
- Ofis proqramlarında işləyə bilmə bacarığı
- B,C kateqoriyalı sürücülük vəsiqəsi
- Mövcud vəzifə üzrə 1-3 il təcrübə
- Məsuliyyətli
İş şəraiti:
- Əmək haqqı başlanğıc olaraq 600 azn təşkil edir
- 1 ay sonra əmək haqqı 800 azn təşkil edəcək.
- İş qrafiki 6 günlük iş rejimi
- Bu vəzifə sahibləri müqavilə ilə maddi-məsuliyyətli şəxs olurlar
- Anbar Ulduz metrostansiyası yaxınlığında yerləşir.
Maraqlanan şəxslərdən CV-lərini ünvanına "Anbardar" başlığı ilə göndərmələri xahiş olunur ([email protected]).
VAKANSİYA 14
Company
Aparıcı audit mütəxəssisi
Son tarix 30 dek 2021
İş yeri: Bakı şəh.
İş qrafiki : 5 günlük (09:00 – 18:00)
Əmək haqqı: Razılaşma yolu ilə.
Vəzifə öhdəlikləri:
- Təsdiq olunmuş İllik Audit Planına və rəhbərin göstərişlərinə uyğun olaraq təyin edilmiş audit layihələrində, monitorinq və təqib auditlərdə və xüsusi auditlərdə iştirak etmək;
- Audit layihəsi çərçivəsində müəyyən edilmiş audit prosedurlarını həyata keçirmək (biznes proseslərinin sahibləri ilə müsahibələr aparmaq, məlumat toplamaq, əldə edilmiş məlumatları təhlil etmək və s.) və aşkar edilmiş çatışmazlıqlar barədə layihə rəhbərinə məlumat vermək;
- Audit layihəsi çərçivəsində həyata keçirilən risklərin idarə edilməsi, monitorinq və idarəetmə proseslərinin effektivliyinin qiymətləndirilməsi;
- Aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün şirkət rəhbərliyi tərəfindən razılaşdırılmış audit tövsiyyələrin icrasına nəzarət edilməsi;
- Audit layihəsi üzrə iş proqramının hazırlanmasına rəhbərliyə köməklik göstərmək;
- Audit hesabatının hazırlanmasında rəhbərə dəstək olmaq;
- Auditin həcmi və vaxtı haqqında hesabatın hazırlanmasına köməklik göstərmək;
- Layihə rəhbəri və Daxili Audit Departamentinin direktoru tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
- İşgüzar səfərlər həyata keçirtmək;
Namizədə tələblər:
- Ali iqtisadi təhsil;
- Müvafiq iş təcrübəsi: 3 ildən çox;
- Vergi və əmək qanunvericiliyi üzrə biliklər
- CIA / CFSA / ACCA / CPA / CIMA / CISA / CFA (L1) üstünlükdür.
- İstehsal sektorunu tənzimləyən normativ sənədləri bilməsi arzuolunandır;
- Audit prosedurlarının yerinə yetirilməsi üçün müvafiq sektor və biznes prosesləri haqqında biliklər;
- Detallara yüksək diqqət və əla analitik bacarıqlar;
- Ünsiyyət bacarıqları;
- Müstəqil və ya komanda daxilində, az və ya heç bir nəzarət olmadan işləyə və ardıcıl müstəsna iş yarada bilən;
- Audit standartları və prosedurları, qanunlar, qaydalar üzrə biliklər;
- MS Office, mühasibat proqramları və verilənlər bazaları üzrə qabaqcıl kompüter bacarıqları;
Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını e-mail ünvanına 30.12.2021 ci il tarixinə qədər mövzu yerində “Aparıcı Audit mütəxəssisi ” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır ([email protected]).