VAKANSİYA 1
Mühasib
İSAAAK GROUP MMC
Namizədə tələblər:
- Yaş: 26-36 yaş
- 3il iş təcrübəsi
- Təhsil: Ali
- Lazım gəldikdə Qubaya ezamiyyətə getmək
- Rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək,gündəlik görülən işlər haqqında məlumat vermək
Əmək haqqı: 600-800
İş barədə məlumat:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- İstehsalat uçotunun aparılması
- Qaimə və vergi hesab fakturaların yazılması
- E-qaimə fakturaları işləmə bacarığı
- Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı
- Elektron qaimə-fakturaların yazılması
- Daxili mühasibat uçotunun aparılması
- Debitor və kreditor üzrə uçotun aparılması
- Bank və kassa əməliyyatları
- Əmək haqqının hesablanması
- İş qrafiki: həftə içi 5 gün (saat 08:00-dan 17:00-dək)
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
Şəkilli CV- lərini [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.
VAKANSİYA 2
Santral MMC
Korporativ satış üzrə menecer (Gülçülük)
Namizədə tələblər
• Bitkiçilikdən ümumi anlayış;
• Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
• Analitik düşünmə qabiliyyəti;
• Yenilikçi, kreativ olmaq, sahə üzrə trendləri görmək;
• Detallara diqqət etmək, yaradıcı və məsuliyyətli olmaq, təqib etməyi bacarmaq;
İş barədə məlumat
• Şirkətlərlə korporativ danışıqların aparılması;
• Müştərilərlə görüşlərin keçirilməsi;
• Satışların təşkili, planlaşdırılması və müqavilələrin bağlanması;
• Bazarın, rəqiblərin müntəzəm araşdırılması və təhlilinin aparılması;
Əlavə məlumatlar:
Əmək haqqı: yüksək + bonus (tam rəsmidir);
Nahar: Naharla təmin edilir;
İş yeri: Zirə qəsəbəsi.
CV: [email protected]
https://www.ziragul.az/
VAKANSİYA 3
Şirkət: "MASSI" MMC
Vəzifə: MERÇENDAYZER
Vəzifələr:
- Müştərilərlə münasibətlərin yüksək səviyyədə qurulması
- Satış həcminin artırılması istiqamətində təkliflər hazırlayıb təqdim etmək
- Təşəbbüskarlıq, idarəetmə və sərbəst qərar vermə bacarığı;
- Gündəlik işi haqda hesabatların təqdim olunması
- Rəhbərlik tərəfindən verilən tapşırıqları tam və vaxtında icra etmək
- Müştərilərə avto nəqliyyatları təqdim etmək nəqliyyatlar barədə məlumat vermək
- Şirkətin xidmət və tarifləri barədə müştəriyə düzgün məlumat vermək
- Müştərilər tərəfindən verilən sualları cavablandırmaq
Namizədə tələblər:
- İş təcrübəsi : minimum 3 il
- Rahat və səlis nitq qabiliyyəti
- Dil bilikləri: Azərbaycan dili , Rus dili .
- Xoş görkəmə malik
- Sahə üzərində satış bacarığı olan şəxslər
- Nizam-intizamlı olmaq
- 23-35 yaş arası xanımlar
- Merçendayzer kimi iş təcrübəsi olması
İş şəraiti :
- Stabil iş
- AR ƏM əsasən rəsmiləşdirmə
- Əmək haqqı – 700 azn
- İş rejimi: 09:00-dan 19:00-dək (həftədə 1 gün istirahət, qrafik üzrə)
- İş yeri: : Bakı Nizami r-nu, Heydər Əliyev pr 115, Caspian Sport Plaza B korpus
Xahiş olunur namizəndlər CV-sini MERÇENDAYZER başlığı ilə [email protected] ünvanına göndərsinlər.
VAKANSİYA 4
Bakı Sığorta” ASC “Subroqasiya üzrə mütəxəssis (hüquqşünas)” vəzifəsinə işçi axtarışı elan edir.
İş barədə məlumat:
• Subroqasiya yaranmış işlərin icraata qəbul edilməsi və mövcud sistemə işlənməsi;
• Subroqasiya iddiası ilə bağlı bildiriş məktublarının hazırlanması və cavabdeh tərəflərə göndərilməsi;
• Subroqasiya iddiası ilə bağlı işlərin məhkəməyə hazırlanması, məhkəmə proseslərində iştirak və məhkəmə-icra işinə nəzarət olunması;
• Mühasibatlıq şöbəsinin yazılı sorğusu əsasında, subroqasiya ödənişləri ilə bağlı məlumatın verilməsi;
• Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə tələblər:
• Hüquq sahəsi üzrə ali təhsil;
• Qanunvericilik biliyinin mükəmməl olması;
• Dil bilikləri: Azərbaycan dilinin sərbəst bilikləri, ingilis dili və rus dili biliyi.
• Ünsiyyət qurmaq bacarığı;
• Məsuliyyətlilik;
• Dəqiqlik;
• Öz fikirlərini aydın ifadə etmək bacarığı;
• Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
• Komanda ilə işləmək bacarığı.
İş şərtləri
- Həftə içi 5 gün, saat 09:00-18:00-dək
- “Bakı Sığorta” ASC öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.
VAKANSİYA 5
“Remells Hüquq Şirkəti” məhdud məsuliyyətli cəmiyyəti hüquqşünas vakansiyası üzrə müraciətlərin qəbulunu elan edir.
Vəzifələr:
- müxtəlif hüquqi sənədlərin, o cümlədən müqavilələrin və hüquqi rəylərin tərtibi;
- müştərilərin müxtəlif dövlət orqanlarında təmsil edilməsi;
- sənədlərin tərcüməsi;
- hüquq sahəsində sair işlər.
Tələblər:
- Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazmaq bacarığı;
- Hüquq sahəsində təhsil (ən azı bakalavr dərəcəsi);
- Mülki, əmək və vergi hüququ sahəsində biliklər;
- Işə məsuliyyətli, dürüst, dəqiq və peşəkar yanaşma;
- Detallara fikir vermək qabiliyyəti;
- Problemləri cəld, operativ həll etmək bacarığı;
- Microsoft Word proqramında işləmək bacarığı.
Rus dilində danışmaq və yazmaq qabiliyyəti üstünlük hesab olunur.
Maraqlanan namizədlər öz CV-lərini və müraciət məktublarını 23 iyul 2021-ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. Müraciət məktubunda gözlənilən əmək haqqının məbləğinin qeyd olunması xahiş olunur.
VAKANSİYA 6
PASHA Life
Vakansiya haqqında məlumat:
Struktur bölmə: Risklərin idarəedilməsi departamenti,Əməliyyat risklərinin idarəedilməsi şöbəsi
Vəzifə: Əməliyyat risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi (İT risklərinin idarə edilməsi sahəsi üzrə)
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 25 iyul 2021.
Vəzifə Öhdəlikləri:
1. İT risk insidentləri üzrə səbəb təhlillərinin aparılması (RCA - Root Cause Analysis) və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi;
2. Biznes proseslərinin İT risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi;
3. Cəmiyyət üzrə İT risk mədəniyyətinin ölçülməsi, monitorinqi və inkişaf etdirilməsi (zəruri tədrisin təmin edilməsi);
4. İT risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət;
5. Dəyişikliyin idarə olunması (change management) prosesində iştirak;
6. İT prosesləri üzrə əməliyyat risklərinin təhlili və dəyişiklik təkliflərinin hazırlanılması;
7. Cəmiyyət tərəfindən yaradılan və istifadə edilən İT sistemlərin yoxlanılması və qiymətləndirilməsinin təşkili;
8. Müəssisədə risklərin idarə edilməsi (enterprise risk management) proqramının İT risk komponentinin icra edilməsi;
9. İT riskləri üzrə reyestr, əsas risk indikatorları və risk xəritəsinin hazırlanması, onların mütəmadi olaraq nəzərdən keçirilməsi;
10. BIA (Business impact Analysis - Biznesə təsir təhlili) təhlillərinin aparılması və Biznesin Fasiləsizlik Planının hazırlanılması;
11. Dövri olaraq hesabatların hazırlanılması.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Risklərin idarə edilməsi, İT risklərinin idarə edilməsi, İT audit və ya digər müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur
- Təhsili/ixtisası: Kompüter elmləri, maliyyə, iqtisadiyyat, riyaziyyat və ya digər müvafiq sahə üzrə balakavr dərəcəsi.
- Dil bilikləri: Azərbaycan dili - əla, İngilis dili - əla
- Üstünlüklər: Maliyyə sektorunun əməliyyat risklərinin idarə edilməsi, İT risk,audit sahələrində təcrübə və sertifikatlara üstünlük verilir. Magistr dərəcəsi.
- Kompüter bilikləri: MS Office – əla
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, problem həlletmə, gələcəyi planlaşdırma
İmtiyazlar:
- Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 7
Azconstruction QSC
Kadrlar üzrə mütəxəssis
İş barədə məlumat:
- AR-nın Əmək Qanunvericiliyinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
- İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
- Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- Xəstəlik vərəqələrinin doldurulması və qeydiyyatı;
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
- Həftəlik və aylıq hesabatların hazırlanması;
- Elektron və yazılı Əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı ;
- Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.).
- İşçi heyətinin müqavilələrinin, əlavə razılaşmalarının, əmrlərinin, bildiriş məktublarının, intizam məsuliyyətinə cəlbetmə haqqında əmrlərin hazırlanması (xəbərdarlıq, töhmət) və s.;
- Yeni əmək kitabçalarının verilməsi , doldurulması və qeydiyyatı ;
- İşçi heyətinin tələb olunan hallarda düzgün əvəz edilməsinə nəzarət edilməsi (şirkəti tərk etdikdə, məzuniyyətə çıxdıqda, müvəqqəti əvəz olunduqda);
- İşçi heyəti üçün iş davamiyyəti cədvəllərinin hazırlanması və işçilərin əmək haqqılarının vaxtında və dəqiqliyi ilə ödənilməsini təmin etmək üçün mühasibat şöbəsi ilə birgə işin təşkil olunması;
- İşçilərin gündəlik davamiyyətini müəssisədə quraşdırımış turniketlə işləmək;
- İşdən çıxan işçilərin şəxsi işlərinin Azərbaycan Qanunvericilinə uyğun olaraq arxivləşdirmək;
Namizədə tələblər:
- Ali təhsil
- 1-3 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək.
- Kommunikativ bacarığı, məsuliyyətlilik
- Ofis texnikası və komputer texnologiyalarından inamla işləmə qabiliyyəti
- Microsoft Office, 1 C proqram
- Nahar şirkət tərəfindən verilir.
- Əmək haqqı 600 Azn
Sizi öz kollektivimizdə görməyə şad olarıq!
Maraqlananlar (başlıqda kadrlar üzrə mütəxəssis qeyd etməklə) cv-lərini [email protected] ünvanına göndərə bilərlər.
VAKANSİYA 8
Şirkətin adı: Honours Academy
Vakansiya: Marketinq Direktor
Əsas tələblər:
● Yaş: 25-35
● Təhsil: Ali
● Xarici dil bilikləri: İngilis dili (yaxşı səviyyədə), Rus dili (araşdırma edə biləcək səviyyədə)
● İş təcrübəsi: Minimum 3 il (Marketinq və Biznesin İnkişafı istiqamətində)
● İdarəetmə qabiliyyətlərinin yüksək səviyyədə olması
● İş görmək fəlsəfəsinin olması və şirkətin fəlsəfəsinə uyğunlaşması
● İşində ciddi, məsuliyyətli və dəqiq olması
● Vəziyyəti düzgün qiymətləndirə bilməsi, xaotik vəziyyətlərdə doğru qərar verə bilməsi
● Kommunikasiya və fikrini əsaslandırmaq bacarıqlarının yüksək səviyyədə olması
● Stressə davamlı
Vəzifə öhdəlikləri:
● Marketinq strategiyalarının hazırlanması
● Marketinq fəaliyyəti ilə bağlı ümumi və detallı planlama
● Komandanın işinin təşkili və icraya nəzarət
● Marketinq komandasının iş bölgüsü və nəzarət
● Yeni marketinq kampaniyalarının yaradılması və icrasının təşkil olunması
● Şirkətxarici əlaqələrin qurulması və şirkətin bazarda təqdimatı işləri
● Marketinq komandası ilə şirkət rəhbərliyi arasında hesabatlılıq sisteminin qurulması
● Marketinq işindən əlavə olaraq şirkətin fəaliyyəti üçün digər işlərin və şirkətin direktorunun və İcraçı direktorun tapşırıqlarının icrası
İş qrafiki:
Bazar ertəsi - şənbə (6 günlük iş qrafiki)
Saat: 09:00-18:00
Əmək haqqı: Əmək haqqı namizədin bacarıqlarına və işə yanaşma ciddiyətinə görə qarşılıqlı şəkildə razılaşdırılacaq.
Göstərilən tələb və öhdəliklərə uyğun namizədlər “Marketinq Direktor” başlığından istifadə edərək öz CV və Sosial Şəbəkə hesablarının ünvanlarını [email protected] ünvanına göndərə bilərlər.
VAKANSİYA 9
Mühasib
Son müraciət tarixi: 19.08.2021
Əsas tələblər:
• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
• Minimum 3 il iş təcrübəsi;
• 1 С 8.3 proqramında işləmə bacarığı mütləqdir
• Vergi Məcəlləsi üzrə biliklər;
• Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər;
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurları üzrə biliklər;
• Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti.
• Rus dilini səlis bilənlərə üstünlük veriləcək
Vəzifə öhdəlikləri:
• Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;
• E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;
• Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
• BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək;
• Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
• Daxili hesabatların hazırlanması və təqdim olunması;
• Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak;
• Əmək haqqının hesablanması.
Əmək şəraiti:
• İş yeri: Bakı şəhəri, Süleyman Dadaşov 6
• 5 günlük iş rejimi;
• Əmək haqqı: 1000 azn Net
Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Mühasib” qeyd etməklə CV-lərini [email protected] ünvanına yollaya bilərlər.
VAKANSİYA 10
Super Toys – Mağaza Adminstratoru
Vəzifə öhdəlikləri:
• Mağazalarda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək;
• İşçilər haqqında obyektiv rəy vermək;
• Mağazaya təyin edilən hədəfə çatmaq;
• Mağaza əməkdaşlarına satış təlimlərinin keçirmək;
• Şirkətə məxsus əmlakın qorunmasını təmin etmək;
• Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq;
• Satış analizlərini aparmaqla kateqoriya şöbəsinə dəstək vermək: satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək, işin təkmilləşməsi istiqamətində təkliflər vermək;
• Satışları artırmaq məqsədi ilə Marketinq tərəfindən həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək;
• Günlük və aylıq hesabatları hazırlayıb gərəkli şöbələrə yönəltmək;
Namizədə Tələblər:
• Dil bilikləri: Rus dili-əla;
• Kompüter bilikləri: MC Office – sərbəst işləmək;
• İdarəetmə qabiliyyəti (Təşkilatçılıq və təşəbbüskarlıq);
• Analitik düşüncə qabiliyyəti;
• Retail sektorda mağaza meneceri kimi ( idarəetmədə ) minimum 3 il iş təcrübəsi mütləqdir;
• Satış texnikası, idarəçilik qabiliyyəti;
• 35-50 yaş arası xanımlar;
Şirkət təklif edir:
- İş rejimi : Həftədə 6 gün (növbəli)
- Əmək haqqı : 600 AZN + əlavə bonus
- Rəsmi qeydiyyat
Qeyd: Namizədlərdən mövzu hissəsində “ Mağaza administratoru ” vakansiya adını göstərməklə öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.