VAKANSİYA 1
Trion Trade
Satış məsləhətçisi
Tələblər:
● Təhsil: Orta ixtisas (Ali təhsili olması arzu olunandır)
● Sürücülük vəsiqəsi + şəxsi avtomobil mütləqdı (Məsrəflər şirkət tərəfindən ödənilir benzin+amortizasiya)
● İş təccürbəsi: Satış sahəsində azı 2 il iş stajı (qeyri-qida sektorunda təccürbəsi arzu olunandir)
● Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
● Satış qabiliyyəti olmalı
● Dəqiq və işinə qarşı məsuliyyətli olan
● Ünsiyyəcil və yüksək danışıq qabiliyyəti
● İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan
İş barədə məlumat:
● Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək
● Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
● Məhsulun təqdim edilməsi.
● İş saati: Bazar ertəsi - Şənbə 09-00-dan-18-00-dək.
● Zalda məhsulun bütün çeşidlərinin mövcudluğuna nəzarət etmək
● Mağazada və anbarda olan malların qiymətləri, ölçüləri, miqdarı və s. barədə məlumatları bilmək.
● Satış sonrası işin izlənməsi
● Hesabatlar
● Satışların müvəffəqiyyətlə aparılması üçün peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi və bacarıqların təkmilləşdirilməsi.
Əmək haqqı: 800-1000 AZN
E-mail: [email protected]
VAKANSİYA 2
Bioderma
APTEK, KOSMETİKA MAĞAZALARI VƏ KLİNİKALARDA SATIŞ ÜZRƏ NÜMAYƏNDƏ QADIN
İşin təsviri və tələblər:
Baş ofisi Fransanın Lyon şəhərində yerləşən BIODERMA, ESTHEDERM VƏ ETAT PUR Dermatoloji Laboratoriyaları dermatoloqlar və institusional tədqiqat mərkəzləri (INSERM, CHU, Universitetlər) ilə birlikdə 1977-ci ildən bəri tibbi təlimat və məsləhət üçün məhsullar hazırlayır və təklif edir.
BIODERMA,ESTHEDERM, ETAT PUR dünya dermatoloqları tərəfindən ən çox məsləhət görülən brendlerdlərdir. Dünyanın 130-dan çox ölkəsində satılan brendlər Azərbaycan bazarındakı payını dünya bazarına paralel olaraq genişləndirməyə davam edir. Böyüyən komandamıza satış üzrə nümayəndə axtarışındayıq.
• Universitet məzunu qadın
• Aptek satış sektorunda reseptsiz məhsulların (OTC) və ya dermakosmetika / kosmetik məhsulların satışında minimum 2 il iş təcrübəli,
• Səyahət edə bilməli (Səyahət planına əsasən digər şəhərlərə gedə bilməli),
• Azərbaycan və Rus dillərini mükəmməl bilməli,
• MİCROSOFT OFFİCE proqramlarını səlis şəkildə bilməli,
• Komanda ilə işləmə bacarığı olmalı,
• Diqqətli, punktual, səbrli, məsuliyyətli və təşəbbüskar olmalı,
• Müştərilərlə gözəl ünsiyyət qurmalı və öz sahəsində işgüzar münasibətləri idarə edə bilməli,
• Səliqəli xarici görünüşə, nəzakətli danışığa və satış qabiliyyətinə malik olmalı
Vəzifələr:
• Cavabdeh olduğu Aptekləri, mağazaları və klinikaları müntəzəm ziyarət etmək, Sifariş almaq və aylıq satış hədəflərini həyata keçirmək,
• Portfelə yeni aptek, klinika və mağaza dilerlərinin daxil etmək,
• Aptek, mağazaların ehtiyacı olan təlimləri analiz etmək,
• Apteklər, klinika və mağazalarda rəflərin təşkili və məhsulların nümayişlərini hazırlamaq, əlavə nümayiş sahələri yaratmaqla brendlərin strategiyasını dəstəkləmək,
• Apteklərdə və mağazalarda müştərilərə satışların artırılmasından cavabdeh olmaq və satış rəqəmlərini mütəmadi olaraq izləmək,
• Aptek və mağaza daxilində təlimlər təşkil edərək çalışan işçilərin təlimi və inkişafını izləmək,
• Gündəlik iş hesabatlarını rəhbərliyə vaxtında və tam şəkildə təqdim etmək.
• Aptek və mağazaların ödəniş hesabatını aparmaq, nəzarət etmək və rəhbərliyə təslim etmək.
İş qrafiki:
- 5 günlük iş norması (bazar istirahət günü)
- İş vaxtı : 09:00 – 18:00
- Nahar yeməyi və yol haqqı
Əmək haqqı : 700-1000 AZN
Vakansiyayla maraqlanan xanım namizədlərin şəkilli CV-lərini “SATIŞ NÜMAYƏNDƏSİ” başlığı ilə [email protected] elektron ünvanına yollamaları xahiş olunur.
VAKANSİYA 3
Imperial Ceramic Center
Satınalma üzrə köməkçi
Namizəd üçün tələblər:
– Ali təhsil;
– Səlis danışıq qabiliyyəti;
– Mükəmməl Rus və İngilis dili biliyi;
– Microsoft Office proqramları biliyi;
– Analiz etmə qabiliyyəti;
– Məsuliyyətli və öyrənməyə həvəsli;
– 20-25 yaş arası xanım namizədlər;
Vəzifələr:
– Satınalma şöbəsinə aid hesabatların aparılması;
– Anbarla işləmə və hesabatların və analizlərin aparılması;
– Sifariş verilən məhsulların izlənməsi;
– Satış və alış analizlərinin aparılması;
– Görülən işlər barəsində gündəlik hesabatların hazırlanması;
– Satınalma ilə bağlı digər öhdəliklərin yerinə yetirilməsi;
– Məhsulların anbara təhvil verilməsi proseslərinə hakim olma;
– Satıcılardan sifarişlərin yığılması;
– Müdriyyətin verdiyi tapşırıqların yerinə yetirilməsi;
Qrafik: B.e – Şənbə günü; 9:00 – 19:00
Ünvan: Xətai pr. 34, Luxen Plaza
Nahar şirkət tərəfindən qarşılanır.
Həftəsonları nəqliyyatda məhdudiyyət olduğundan şənbə günü gəliş-gediş haqqı qarşılanır.
Əmək haqqı: 500 AZN
Əgər təklifimiz Sizə maraqlıdırsa, [email protected] email ünvanına “Satınalma üzrə köməkçi” başlığı ilə CV göndərə bilərsiniz.
VAKANSİYA 4
TuranBank ASC
Vəzifə: Məlumat təhlükəsizliyi bölməsi üzrə aparıcı mütəxəssis.
Vakansiya üzrə tələblər:
1. Texniki sahə üzrə ali təhsil;
2. 2 ildən artıq informasiya sistemlərində İT üzrə təhlükəsizlik sahəsində iş təcrübəsi;
3. Müvafiq beynəlxalq standartlar (ISO 27001-27002) üzrə biliklər
4. Şəbəkə və sistem təhlükəsizliyi, şəbəkə topologiyaları üzrə biliklər.
5. Şəbəkə avadanlıqlarının, o cümlədən Cisco şəbəkə avadanlıqları, fayrvol avadanlıqlarının idarə edilməsi, sazlanması üzrə biliklər
6. SIEM , DLP, Vulnerability scanner, File integrity və digər təhlükəsizlik sistemləri üzrə biliklər;
7. Səlis Azərbaycan dili, texniki sənədləri tam qavrayacaq səviyyədə ingilis dili bilikləri
8. Məsuliyyətlilik, daim öyrənməyə, inkişafa meyllilik
Vəzifə öhdəlikləri:
1. Məlumat təhlükəsizliyi risklərinin təhlil edilməsi
2. Məlumat təhlükəsizliyi risklərinin idarə edilməsi üzrə müvafiq təkliflərin verilməsi
3. Bankın kompüter şəbəkəsinin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq sazlamaların aparılması
4. Təhlükəsizlik insidentləri zamanı insidentə adekvat tədbirlərin həyat keçirilməsi
5. Məlumat təhlükəsizliyi üzrə müvafiq standartların tətbiq edilməsi
6. Məlumat təhlükəsizliyi üzrə bankdaxili qaydaların təkmilləşdirilməsində iştirak
Əmək haqqı: 1500 - 2000 AZN
Anketlərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Məlumat təhlükəsizliyi” yazmağı unutmayın.
VAKANSİYA 5
Modenis LLC eManat
Vəzifə adı: Ödəmə sistemləri inzibatçısı
Vəzifə öhdəlikləri
1. Ödəmə sisteminin idarə olunması
1.1. Sistem Userlərinin idarə olunması.
1.2. Sistemdə sazlanmaların icra olunması.
1.3. Xidmətlərin sistemə əlavə olunması.
1.4. Komissiyaların idarə olunması.
1.5. Tranzaksiyaların analizi və icrasına nəzarət.
2. Sistem istifadəçilərinin fəaliyyətinə dəstək.
3. Proseslərin analiz edilməsi və həll yollarının tapılması.
3.1. Əməliyyat loqlarının analizi.
3.2. Verilənlər bazasında əməliyyatların icrasının və statusunun yoxlanması.
3.3. İnteqrasiya olmuş sistemlərdə proseslərin analizi.
4. Verilənlər bazasında müxtəlif sorğuların aparılması.
5. Sistemdə yaranan problemlərin həlli və qarşısının alınması.
6. Müxtəlif layihələrin icrası üçün protokollarının aparılması və verilmiş tapşırıqların qeyd olunması
7. Tərtib edilmiş Proqram təminatının test üçün hazırlanması və nəticələrin yoxlanması.
8. Biznes ilə proqram təminatı arasındakı tələbləri müəyyənləşdirmək. Sifarişçi ilə icra olunan layihənin reallaşması üçün müzakirələrin aparılması.
9. Texniki tələblərin tərtib edilməsi bacarığı
Tələblər:
1. Ali təhsil
2. Riyazi və alqoritmik məntiqi düşüncə qabiliyyəti
3. Müvafiq sahədə ən az 2 il iş təcrübəsi
4. Task menecement (TFS, Redmine, Jira, ServiceDesk və s.) üzrə iş təcrübəsinin olması
5. Web Servislərlə (GET, POST, SOAP, REST və s.) təcrübə və biliklərin olması
6. Məlumat mübadiləsi (SQL, Excel, JSON, XML və s.) üçün təcrübə və biliklərin olması
7. Məntiqi-Riyazi düşüncə, müsahibə və sorğulama, analitik və sistematik düşüncə,
8. Proqramlaşdırma alqoritmini və texnologiyaları haqqında bilik və təcrübəsinin olması
9. RDBMS SQL bilikləri
10. Komanda şəklində işləmə bacarığı
11. Xarici dil səviyyəsi: İngilis – intermediate, rus – yaxşı
İş şəraiti :
1. Ofis daxili.
2. Nahar yeməyi şirkət tərəfindən ödənilir.
3. Əmək haqqı – Namizədin biliyi yoxlanılaraq razılaşma yolu ilə
4. İş rejimi: Həftənin 5 günü tam
5. Tibbi sığorta.
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Ödəmə sistemləri inzibatçısı” yazılmalıdır.
VAKANSİYA 6
Təchizat üzrə mütəxəssis
Əmək haqqı (800-900 AZN)
Vəzifələr:
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Açılmış sifariş formalarının analizi;
- Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
- Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
- Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması;
- Təchizatçıların seçimi və qiymətləndirilməsi;
- Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
Tələblər:
- Xanım namizədlər
- Ali təhsil
- Təchizat sahəsində ən az 3 il iş təcrübəsi
- 25-40 yaş
- Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq
- Təchizatın planlaşdırılması və təchizatçıların performansının qiymətləndirilməsi bacarığı
- Danışıqların aparılması bacarığı, təchizatçıların arasında düzgün seçim etmək bacarığı
- Bazarı təhlil etmək bacarığı
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
- Satınalma müqavilələrin tərtibatı haqda ümumi anlayış
- Dil bilikləri: Ingilis, Azərbaycan və Rus dilləri – mükəmməl səviyyədə
- MS Office proqramları
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
- Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları
- Stressə davamlılıq
İş şəraiti:
- İş rejimi - həftədə 5 günlükdür
- İş saatları - 09.00-18.00
- 1 saatlıq nahar fasiləsi
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
E-mail: [email protected]
VAKANSİYA 7
İT Bridge şirkətinə korporativ satış üzrə mütəxəssilər tələb olunur.
Namizəd üçün tələblər:
- Ali təhsil
- Yaş: 22-30;
- İT sahəsində ilkin biliklərə sahib olmalı
- Rus dilini bilməli
- İngilis dili arzu olunandı
- Sahə üzrə təcrübə arzu olunandır
- İş qrafiki: 09:00-18:00 həftə içi 5 gün.
- Əmək haqqı: 500 AZN + Bonus
Ünvan: Ağa Neymətulla küçəsi, Zəfəran Hospitalın yaxınlığı
E-mail: [email protected]
Tel: 050-299-06-66
VAKANSİYA 8
Hüquqşünas
Şirkət haqqında:
Amoris MMC kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətdir.
İş barədə məlumat:
• Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
• Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq və viza vermək;
• Cari qanunvericilik haqqında Cəmiyyətin fəaliyyətinə aid işçilərə sorğu və məsləhətlər, eləcə də təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəylər vermək;
• Hüquqi sənəd (məktublar və s.) və müqavilələri tərtib etmək və hüquqi ekspertizanı həyata keçirmək;
• Başqa bölmələrin sorğusu əsasında Cəmiyyətdə müxtəlif əmr və digər normativ sənədlərin hazırlanmasını təşkil etmək, qüvvədə olan sənədlərə dəyişikliklər etmək və qüvvəsini itirən sənədlərin ləğv edilməsi haqqında təkliflər hazırlamaq;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
• Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
• Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, daxili normativ aktlara hüquqi rəy vermək;
• Hər hansı mübahisəli məsələlər ilə bağlı məhkəməyə qədər zəruri tədbirlər görmək;
• Cəmiyyəti məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək.
• Müqavilə, maliyyə, əmək intizamının möhkəmləndirilməsinə görə keçirilən tədbirlərdə iştirak edir;
• Maddi və intizam məsuliyyətinə cəlb olunan işçilərin sənədlərinə hüquqi rəy verir;
• Debitor borcları üzrə materiallarının baxılmasında iştirak edir;
• Cəmiyyətə daxil olan hüquqi əhəmiyyətli sənədlərin baxılmasında iştirak edir;
TƏLƏBLƏR:
• Təhsil dərəcəsi: Bakalavr (hüquq qanunvericiliyini tam şəkildə bilməlidir)
• Təcrübə: Sahə üzrə ən az 1 il,
• Məsuliyyətlilik
• Ünsiyyət qurmaq bacarığı
• Etibarlılıq
• Detallara fikir vermək qabiliyyəti
• Azərbaycan, Rus dili- əla və İngilis dili-yaxşı səviyyədə bilmək
• Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)
• Əmək haqqı: 1000-1200
• İş yeri – Bakı şəhəri
E-mail: [email protected]
VAKANSİYA 9
“Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.
Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.
Mühasib ( ödənişlər üzrə )
İş haqqında məlumat:
• Bank hesabatlarının aylıq müqayisəsinin aparılması;
• Fakturaların yerləşdirilməsi və həftəlik ödəniş axının hazırlanması;
• Kreditor siyahısının yaradılması və yenilənməsi;
• Ticarət hesabının və təyinat üzrə jurnal girişlərinin aylıq üzləşdirilməsi;
• Açıq və ödənişli hesab fakturalar üçün mütəşəkkil təqdimetmə sisteminin saxlanılması;
• Birbaşa rəhbərin tapşırıqlarının icra edilməsi.
Namizədə olan tələblər:
• Sahə üzrə Ali təhsil;
• Mühasibatlıq sahəsində 1 - 3 il arası iş təcrübəsi;
• Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı;
• MS Office (xüsusilə MS Excel) proqramlarında işləmək bacarığı;
• Analitik düşünmə və təhlil bacarığı.
İş şəraiti:
• 5 günlük iş həftəsi
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur
Vakansiyaya müraciət üçün CV-ləri “Mühasib ödənişlər üzrə” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA 10
Vəzifə: Baş mühasib
Yerləşmə: Dərs Evi, Elmlər filialı (Hüseyn Cavid pr. 87-89)
Tələblərimiz:
• Maliyyə sahəsi üzrə ali ixtisas təhsili;
• Qeyd olunan vəzifə üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;
• Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı, ERP və digər İT platformalarda işləmə bacarığı;
• IFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər arzu olunandır;
• İdarəçilik qabiliyyəti, mövcud qanunvericilik üzrə biliklər;
• Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
• Azərbaycan və rus dili üzrə biliklər, ingilis dil arzu olunandır.
Əsas öhdəliklər:
• Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlamaq;
• Mühasibat bölmələri tərəfindən vəzifə və tapşırıqlarının yerinə yetirilməsi üçün şirkətin bütün struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurmaq;
• Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
• Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
• Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında hərəkətinin düzgünlüyünün yoxlamaq;
• Kassa və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun düzgünlüyünə nəzarət etmək;
• Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil və nəzarət etmək;
• Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib etmək;
• Maliyyə hesabatların tərtib etmək;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
• İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsinə nəzarət etmək;
• Vergi, statistika və DSMF hesabatların hazırlanması və göndərilməsi;
• Dövlət büdcəsinə məcburi ödəməli, Vergi, Dövlət Sosial Sığorta Fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsinə nəzarət etmək;
• Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
• Büdcə tərtibatı üçün materialların hazırlanmasına nəzarət etmək;
• Ayın bağlanmasını həyata keçirmək;
Necə müraciət etməli:
Xahiş olunur rezümenizi məktubun “Mövzu” hissəsində “Baş mühasib” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərəsiniz.
Son müraciət tarixi: 10.09.2021
VAKANSİYA 11
Company: “Retail Group Azerbaijan” LLC
Workplace: Nargiz Mall / Ganjlik Mall / 28 Mall Stores
Work schedule: 6-days 40 hours a week
Position/Title: Assistant Store Manager and Floor Manager
Reports to: Operation Manager, HR Manager
Responsibilities:
Assisting department and assistant department managers to:
• Organize daily resources and priorities of the store
• Supervise the tasks of Visual Commercial teams
• Guarantee that the merchandise and store image meet corporate criteria
• Monitor the department’s sales and daily staff organization
• Assure the quality of customer service within the section and lead the team for the best customer satisfaction experience
• Resolves customer service issues and follows up with corresponding corporate department
• Comply with the company’s Health & Safety policy
Requirements:
• Minimum 1 year of experience
• Result-based approach
• Strong analysis, prioritization and organizational skills
• Ability to work well under pressure and delegate tasks
• Articulate with excellent communication skills
• Energetic and enthusiastic
• Good interpersonal skills
• Strong initiative and self-motivation
• Strong negotiation and conflict management skills
• Ability to see bigger picture, to think “out of the box”
• Open/flexible to work varied hours including nights, weekends and/or holidays
• Ability to maintain professional standards of personal presentation, in order to present the image of the brand
• Passion for fashion and building up a career in Zara-Inditex
If you think you are compatible with the requirements and looking for a career in one of the world’s leading retail company, come join us now!
If you trust yourself and your capability please, send your CV's (resumes) by subject "Assistant Store Manager or Floor Manager " to our mail box .
E-mail: [email protected]
VAKANSİYA 12
Atena Group CSC
Vəzifə: Ofis menecer
Vəzifə öhdəlikləri:
Qonaqları və zəngləri qəbul etmək və yönləndirmək
Şirkət daxili sənəd dövriyyəsini təşkil etmək
Ofis təchizatını təşkil etmək
İR aid sənədləşmə işlərini icra etmək
Şöbə müdiri və kurasiya rəhbərinin tapşırıqlarını icra etmək
Namizədə tələblər:
Gülərüz, müştəriyönümlü, yüksək ünsiyyət və əməkdaşlıq bacarığı, məsuliyyətli,
Təcrübə: Tələb olunan iş üzrə minimum 2 il iş təcrübəsi
Dil biliyi: Azərbaycan dili səlist səviyyədə, rus və ingilis dili biliyi üstünlük sayılır
Ofis proqramlarından sərbəst istifadə etmək vərdişi
İş yeri: Ə.Rəcəbli 25 D, Bakı şəhəri.
İş şəraiti: 09:00-18:00; 5 günlük iş qrafiki
Nahar, korporativ xətt şirkət tərəfindən verilir.
Namizədlərdən “mövzu başlığı”-na vakansiyanın adını qeyd edərək CV-lərini “[email protected]” ünvanına göndərməkləri xahiş olunur.
VAKANSİYA 13
Novas Home 8 fevral 2019 –cu il tarixdən fəaliyyətə başlamışdır. Brendin filialları “Bizim Market” mağazalarında yerləşir. Qısa zaman ərzində Novas Home konsepsiyası yeni filiallarda genişlənmişdir.
“Novas Home”-da mövsümi, səyəhət, dəsmal-tekstil, elektrikli mətbəx alətləri, təmizlik vasitələri, uşaq aləmi, bağ-bağça alətləri, mətbəx əşyaları, suvenir-dekor, idman ləvazimatları, elektron-digital avadanlıqlar, avtomobil aksesuarları daxil 21 kateqoriyaya aid müxtəlif çeşid məhsullar yer alır.Geniş məhsul çeşidi, münasib qiymət, yüksək keyfiyyət və müştəri məmnuniyyəti əsas hədəfimizdir. Brendin sloqanı isə “təkrar olunmayan ahəng"dir.
Əgər siz də daimi karyera yüksəlişi və pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə bizə qoşula bilərsiniz.
Mağaza direktoru / Mağaza direktor müavini
İş haqqında məlumat:
• Mağazanın effektiv işinin təşkili;
• Personalla iş, müştərilərə müəyyən olunmuş standartlara uyğun xidmətin təşkili;
• Satış hədəflərinin yerinə yetirilməsinə nəzarət;
• Malların qəbulu və iadəsinin təşkili;
• Malların çeşidinə və keyfiyyətinə nəzarət;
• Satış zalında malların merçendayzinq standartlarına uyğun yığılmasını təşkil etmək ;
• Daxili inventarlaşmanın aparılması.
Namizədə olan tələblər:
• Ali və ya orta ixtisas təhsili;
• Mağaza direktoru və ya direktor müavini vəzifələrində minimum 1 il iş təcrübəsi;
• Azərbaycan dili sərbəst, rus dili arzu olunandır;
• Ünsiyyət qurmaq, idarəetmə və komandada işləmək qabiliyyəti;
• Təşkilatçılıq və liderlik bacarıqları;
• MS Office proqramlarını bilməli;
• Satış texnikası və pərakəndə satış haqqında məlumatlılıq.
İş şəraiti:
• Korporativ treyninqlərin təşkili;
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur
Vakansiyaya müraciət üçün CV-ləri “Mağaza Direktoru” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA 14
Modenis LLC eManat
Vəzifə adı: Hesablaşmalar şöbəsinin meneceri
Namizədə qoyulan tələblər:
• Ali təhsil;
• Ən azı 3 il iş təcrübəsi;
o Proqramlaşdırma bilikləri üzrə:
Namizəddən tələb olunur: SQL (PGSQL, TSQL), Excel (VB)
Namizədə üstünlük verilir:. C#, JavaScript,PHP
• RDBMS İnzibatçılığı və hesabatların çıxarılması;
• Hesbatların müqayisəsi, fərqlərin araşdırılması (SQL, Excel);
• Alqoritm qurma bacarığı və analitik - alqoritmik düşünmə qabiliyyəti;
• Komandanı idarə etmə bacarığı;
• Effektiv və strukturlu DB prosedur və funksiyaları yazma qabiliyyəti;
• Xarici dil səviyyəsi: İngilis dili– Intermediate, Rus dili – B1. ;
Vəzifə öhdəlikləri:
• Komanda üzərində iş;
• Proseslərin və tranzaksiyaların analizi və hesabatının çıxarılması;
• Şöbə rəhbəri kimi görülən işləri nəzarət etmək və cavabdehlik daşımaq;
• Hesabat və araşdırmanın aparılmasına nəzarət etmək, yaranan problemləri həll etmə qabiliyyəti;
• Excel Hesabatlar üzərində araşdırmanın aparılması;
• Verilənlər Bazası (DB) və WEB Servislərlə işləmə;
• Ödənişlərdə yaranan problemləri analiz etmək və qarşısını alma tədbirlərinin görülməsi.
• Optimal SQL (T-SQL, PGSQL) sorğularla müxtəlif reportların alınması
• DB NF-lərin tələblərinə uyğun DB obyektlərin yaradılması və dəstəklənməsi
• DB-də procedur, Job-ların qurulması və Backup, Restore əməliyyatları
• DB Plan testi və qurulması
• Terminal interfeysinin tərtibi və işə salınması
İş şəraiti:
• Ofis daxili;
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar yeməyinin təmin olunması;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Hesablaşmalar şöbəsinin meneceri” yazılmalıdır.
VAKANSİYA 15
Blue Planet Distribution LLC
Job title: Financial Reporting Specialist
Department: Finance department
Main duties:
• Perform month-end and year-end close processes
• Execution of Cash count process on monthly bases;
• Analysing of open item report and checking of given advances are allocated to proper payments;
• Perform analytical review of financial statements by researching financial variances and analysing financial data;
• Finalizing P&L report by analysing each line on P&L and solve the problems as arises.
• Prepare monthly and annual financial statement packages
• Keeping control of supplier advances to make sure that they are not unallocated for a long time. Investigate any matured supplier advance, if there is any.
• Keeping communication with suppliers on monthly basis, reconciling their statements with our records. Proper investigation is executed in case of any imbalance.
• Updating Stock Analyses File for each store for the current period.
• Compiling of annual budgets
• Preparing detailed breakdown of current year figures and provide to budget holders for basis to preparation of next year budget.
Requirements:
• Min.2+ experience with Financial reporting, i.e. conduction of Balance Sheet, Income Statement, Cash flow, etc.
• Knowledge of COINS is an advantage
• Leadership skills
• Problem solving
• Analytical skills for analysis of historical data
• Detail-oriented
Please send your CV to: [email protected] and indicate the name of the position you are applying for in the subject line of the email.
VAKANSİYA 16
AS Group Investment LLC
Vəzifə: Baş Mühasib
Vəzifə öhdəlikləri
• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət etmək;
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək;
• Pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, mal-material uçotunu, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;
• Rəsmi dövlət orqanları ilə hesablaşmalar;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
• Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
• Banklara ssudalar üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət etmək;
• Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb, mühasibatlıq proqramına daxil olunmasına nəzarət etmək;
• Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etmək;
• Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni təşkil etmək.
Tələb olunan göstəricilər:
• Maliyyə mühasibatlıq sahəsi üzrə ali təhsil;
• Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi;
• Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
• Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
• İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
• Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
• Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
• Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus dili biliyi;
• MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
• Mühasibatlıq proqramında işləmək bacarıqları 1c (8.3).
İş şəraiti barədə məlumat:
• İş rejimi: həftənin I – V günləri saat 9:00-dan 18:00-dək.
• İş yeri: Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 11B (Dərnəgül Yolu, Çermet körpüsünün yanı).
Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Baş Mühasib”, qeyd etməklə CV formalarını [email protected] mail ünvanına göndərə bilərlər.
VAKANSİYA 17
Vəzifə: Satış üzrə mütəxəssis
İşə götürən: Glasstech MMC (Şourum)
Vəzifə təlimatı:
⁃ Müştərilərin showroomda qarşılanması, satış yönümlü danışıqların aparılması və məhsulla bağlı təqdimatların olunması.
⁃ İnteryer və Dizayn mövzularında müştərini doğru yöndə istiqamətləndirmə və dizayn həlli kimi məsələlərdə uyğun həllər təklif etmə.
⁃ Yeni potensial müştərilərin axtarılması və şouruma dəvət edilməsi.
⁃ Sifarişlərin nəzarətdə saxlanılması, təhvil verilənə qədər daim müştəri ilə təmasda olma
Tələblər:
⁃ Kollektivlə işləyə bilmə
⁃ Ali təhsil: (Memarlıq və Dizaynerlik ixtisaslarına üstünlük verilir)
⁃ Dillər: Azərbaycan, İngilis, Rus
⁃ Ünsiyyət qura bilmə, müştəri yönümlü xarakterə sahib olma və satış edə bilmə
⁃ MS Office proqramlarını istifadə edə bilmə (Word, Excel, Powerpoint)
⁃ Yazışma apara bilmə
İşləyəcəyi Yer
⁃ Glasstech şirkətinin şourumunu görmək və şirkətlə tanış olmaq üçün instagram və web səhifələrinə baxıla bilər:
Instagram: https://www.instagram.com/glasstech_azerbaijan/
Web: www.glasstech.az
Qeyd: Xahiş olunur mövzu bölməsində #Showroom - Satış mütəxəssisi# qeyd edəsiniz.
E-mail: [email protected]
VAKANSİYA 18
Varidat Consulting Company
Satış və SMM Mütəxəssisi
Zəruri tələblər:
• ADOBE PHOTOSHOP, ADOBE İLLUSTRATOR –bilməli
• ADOBE PREMİERE, ADOBE ANİMATE- bilməli
• İnternet və komputer barədə yüksək səviyyədə məlumatlı olmalı
• WEBSİTE CONTENTS MANAGEMENT
• HTML, CSS3, Bootstrap barədə məlumatlı olmalı
• Microsoft Office proqramlarını bilməli
• Kreativ yanaşmaya sahib olmalı
• Minimum 1 il iş təcrübəsi
• Dil bilikləri: Azərbaycan dili (yüksək), Rus dili (yüksək), İngilis dili (orta səviyyədə)
Vəzifələr:
• Sosial şəbəkələr üçün materiallarının (mətn, şəkil, video) seçilməsi, hazırlanması və web sayt, social media və bloga yerləşdirilməsi;
• Müştərilər tərəfindən rəylərdə və inboxda yazılan sualların cavablandırılması və satışların həyata keçirilməsi
• Məhsullar və xidmətlər üçün yaradıcı ideya və təkliflərin hazırlanması
• Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək
• Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələrin hazırlanması
İş qrafiki: 6 Gün.
Əmək haqqı: Razılaşma yolu ilə
CV göndərərkən “subject” bölməsində Satış və SMM Mütəxəssisi sözünün yazılması mütləqdir.
E-mail: [email protected]
VAKANSİYA 19
"Texnomart" mağazalar şəbəkəsi "Mağaza meneceri" (Tovuz,Şəmkir,Sabirabad,Salyan,İsmayıllı) filialları üzrə vakansiyasını açıq elan edir.
Namizədə tələblər:
• Ali təhsil
• 25-40 yaş həddi
• Müvafiq sahə üzrə ən azı 2 ilə yaxın iş stajı
• Parakəndə Satış sahəsində təcrübə(Məişət Texnikası və Elektronika)
• MS Excel, Word və Outlook proqramları ilə işləmək qabiliyyəti
• Dinamiklik, inandırma və ünsiyyət bacarığı
Vəzifələr:
• Mağazada həyata keçirilən satış proseduruna nəzarət edilməsi
• İşçilərin davamiyyətinə nəzarət edilməsi, əmək və icra intizamına riayət edilməsinə nəzarətin həyata keçirilməsi
• Müştəri məmnuniyyətinin təmin olunması
• Mağazalarda malların vitrinlərdə düzülüşünə, səliqəsinə nəzarət edilməsi
• Gündəlik və aylıq hesabatların verilməsi
• Mağazada ümumi işin təşkili və ona nəzarət edilməsi
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV [email protected] elektron ünvana subject/mövzu hissəsində "Mağaza meneceri " yazıb göndərə bilərsiniz.
VAKANSİYA 20
Retail Company
Recruitment Manager
We are looking for an experienced and professional Recruitment Manager for our Client. As an Recruitment Manager, you will be responsible for sourcing, attracting and hiring job candidates for open positions.
Requirements and Qualifications:
• 5-7 years of experience in recruiting or similar HR role
• Excellent understanding of recruitment processes
• Good knowledge of candidates selection methods
• Good understanding of Employer Branding strategies
• Critical thinker and problem-solving skills
• Good interpersonal, presentation and communication skills
• Team player
• Good time-management skills
• BS degree in Human Resources or related field
E-mail: [email protected]
VAKANSİYA 21
Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.
Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.
Vakansiya: Sex rəisi
Vəzifə öhdəlikləri:
- Sexin işinin təşkili və idarə edilməsi.
- İstehsal texnologiyasını (avadanlıqların texniki göstəricilərini və işləmə prinsiplərini) bilmək və səmərəli idarə etmək;
- Təhlükəsizlik texnikası qaydalarına riayət etmək və sex işçilərini daimi məlumatlandırmaq;
- Sexdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmaq üçün təkliflər vermək;
- Məhsulun istehsalı və qablaşmasının tələb olunan standartlara uyğun olmasına nəzarət etmək;
- Aylıq qoyulan istehsal planını icra etmək;
- İstehsal müdirinə hesabatları hazırlayıb təqdim etmək.
Namizədə tələblər:
- Ali Təhsilli
- Yaş həddi 25-45 yaş arası bəy namizədlər
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
- Komanda ilə işləmək bacarığı;
- İdarəçilik bacarıqları;
- Təşkilati və analitik bacarıqlar;
- Microsoft office proqramlarından istifadə bacarığı.
İş şərtləri:
- Həftədə 6 iş günü tam, 1 gün istirahət;
- Əmək haqqı: Əməkdaşın biliyinə, bacarığına və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək;
- Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.
- İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
- İşçilərin daşınması üçün servis xidməti var (Sumqayıt, Xırdalan şəhərləri, Saray qəsəbəsi və 20 Yanvar metrosundan.)
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Sex rəisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.