VAKANSİYA 1
Competo
Агент по обучению партнёров
Son tarix 19 iyn 2022 - [email protected]
Должностные обязанности:
- Обеспечение качества мерчанта в обучении.
- Диагностика и решение проблем пользователей при работе с используемым программным обеспечением.
- Сопровождение пользователей, ответы на наиболее частые вопросы.
- Мониторинг, проверка работоспособности и тестирование используемого\нового функционала.
- Работа с excel данными для последующей выгрузки на сайт (партнеры предоставляют информацию о товаре в разных форматах - её необходимо приводить в необходимый для размещения на платформу).Подготовка отчетных документов.
- Подготовка отчетных документов.
- Так же другие обязанности будут согласовываться с вашим непосредственным руководством
Требования к кандидатам:
- Знание азербайджанского и русского языка;
- Умение работать в режиме многозадачности;
- Готовность работать в команде;
- Энергичность, уверенность в себе, доброжелательность и клиентоориентированность;
- Эмоциональная устойчивость;
- Компьютерные навыки на уровне пользователя;
- Пунктуальность и целеустремленность;
- Обучаемость, ответственность
Условия:
- Заработная плата 400+100 АЗН
- Локация работы – Сядарак
Ваши обязанности не будут ограниченны данными перечнем
VAKANSİYA 2
Air Group
Baş mühasib
Son tarix 19 iyn 2022 - [email protected]
Namizədə tələblər:
- Maliyyə sahəsi üzrə ali təhsil;
- Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
- Milli və beynəlxalq mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
- İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
- Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
- MS Office və 1C 8.3 ERP proqramlarında işləmək bacarığı
- Müvafiq sahə üzrə iş təcrübəsi: 3-5 il;
- Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
- Baş mühasib təcrübəsi olan şəxslərə üstünlük veriləcəkdir
İş barədə məlumat:
- Maliyyə uçotu və Vergi uçotunun qurulması, idarə edilməsi;
- İlkin sənədlər əsasında maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – Vergi bəyannamələrinin hazırlanıb paketləşdirilərək Vergi orqanına təqdim edilməsi, o cümlədən:
- Mənfəət vergisi;
- Əmlak vergisi;
- Əlavə dəyər vergisi;
- Ödəmə mənbəyində tutulan vergi;
- Muzdlu işlə əlaqədar vahid bəyannamə;
- Torpaq vergisi ;
- DSMF hesabatlarının Vergi orqanına təqdim edilməsi;
- Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması;
- Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar;
- Bank əməliyyatlarının həyata keçirilməsi;
- Əmək haqqının hesablanması;
- Bank və kassa əməliyyatları;
- Təhtəl hesab, avans hesabatının aparılmasını təmin etmək;
- Debitor və kreditorlarla qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
- Tabeçiliyindəki əməkdaşların işlərinə nəzarət.
Əlavə məlumatlar:
- Əmək haqqı: 1500 AZN gross
- İş qrafiki: 5 gün, 09:00 – 18:00.
- Korporativ nömrə və danışıq balansı
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Baş mühasib” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər
VAKANSİYA 3
ZO Skin Health
Менеджер По Продажам
Son tarix 19 iyn 2022 - [email protected]
Функции:
- Организация конференций, индивидуальных и групповых встреч с представителями медицинских учреждений, салонов красоты, врачами, и лидерами мнений в области медицины;
- Представление продукции компании и саму компанию (используя профессиональные навыки презентации и ведения деловых переговоров), а также демонстрация этического поведения;
- Развитие деловых связей с партнерами;
- Сбор необходимой информации для расширения внешних связей и обмена опытом;
- Проведение профессиональных консультаций для представителей медицинских учреждений;
- Продвижение продукции на рынке сбыта, информируя пользователей о преимуществах, качества и отличительных свойствах продукции;
- Развитие долгосрочного партнерства с врачами и представителями медицинских учреждений;
- Выполнение плана визитов в «целевые» учреждения и плана продаж;
- Сбор и передача непосредственному руководителю информации о рынке, потребителях, деятельности конкурентов (соблюдая этические нормы);
- Расширение собственных знаний о продукции и продукции конкурентов, участие в тренингах.
- Подготовка регулярных отчетов в соответствии с требованием руководителя и компании;
Требования к опыту и квалификации:
- Девушка от 25 лет;
- Опыт работы в сфере продаж (преимущественно в компании, занимающейся продажей медицинского оборудования или фармацевтики, медицинским представителем) будет преимуществом;
- Умение использовать компьютер (опытный пользователь Microsoft Excel, Word, Power Point, Microsoft Outlook) и другую оргтехнику;
- Знание азербайджанского и русского языков.
Условия работы:
- График работы с 09:30 до 18:00;
- В неделю два раза выходные;
- Проводится обучение, тренинги;
- Зарплата 600-1000 манат
Просьба высылать CV, с темой МЕНЕДЖЕР ПО ПРОДАЖАМ.
VAKANSİYA 4
Star Mining LLC
Aparıcı mühasib
Son tarix 19 iyn 2022 - [email protected]
Yaş həddi:28-45
Ə/H: 1500-2000 AZN.
Vəzifə təlimatı:
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsinin təşkili və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
- Əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılması, kapitallaşma və amortizasiyasının mühasibat uçotuna əsasən həyata keçirilməsi ;
- Bank və kassa əməliyyatlarının düzgün aparılması, rezident və qeyri-rezidentlərə ödənişin həyata keçirilməsi;
- Kredit əməliyyatlarının uçotu və bununla bağlı monitorinqi;
- E-Qaimə faktura və hesab fakturaların yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar və idxal olunan malların maya dəyərinin hesablanması;
- Vergi uçotunun aparılması;
- Vergi, DSMF , statistika hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi;
- Tələb olunan daxili hesabatların hazırlanması və təqdim olunması;
Namizədə tələblər:
- Ali təhsil
- 7-10 il aidiyyatı sahə üzrə təcrübə
- Azərbaycan dilini bilməsi mütləqdir
- Rus və İngilis dili biliyi arzu olunandır
- MS Office proqramları, 1C, Logo, SAP proqramlarında işləmək bacarığının olması ( istənilən birində)
- BTP proqramı, e-gov.az, e-taxes.gov.az portallarından istifadə etmək bacarığı
- Komandada işləmək bacarığı
- İşinə dəqiq, məsuliyyətli yanaşma
İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək
Nahar şirkət tərəfindən verilir
İşə qəbul əmək məcəlləsinə uyğun aparılır
Zəhmət olmasa yuxarıdakı tələblərə uyğun olmayan namizədlər cv göndərməsin.Uyğun namizədlər CV formalarını e-mail-ə göndərə bilərlər.
VAKANSİYA 5
Grand Motors Company
Anbardar (texnika anbarı)
Son tarix 19 iyn 2022 - [email protected]
Namizədə olan tələblər:
- Təcrübə: Anbardar kimi minimum 3 il iş təcrübəsi;
- Excel-lə işləmə bacarığı;
- Zərurət yarandıqda, ezamiyyətlərə getməyə hazır olmalı;
- Ünsiyyət qurma bacarığı;
- Komanda ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan texnikaların prosedura uyğun qəbul edilməsi;
- Anbarda saxlanılan texnikaların sazlığına nəzarət edilməsi;
- Texnikaların müştərilərlə təhvil-təslim prosesinin həyata keçirilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 1000 – 1200 AZN;
- İş rejimi: 6 günlük;
- İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, Neptun marketlə üzbəüz.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Anbardar” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 6
Hajigabul Poultry Farm Company
Texniki işlər üzrə şöbə rəhbəri (Hacıqabul – Şirvan)
Son tarix 19 iyn 2022 - [email protected]
Vəzifə üzrə tələblər:
- Ali mühəndis təhsili
- Müvafiq sahədə 3-5 il iş təcrübəsi
- Microsoft office programlarından sərbəst istifadə bacarığı
Vəzifə öhdəlikləri:
- Avadanlıqların təhlükəsiz şəkildə işləməsini və onlardan texniki cəhətdən düzgün istifadə olunmasını təmin etmək və nəzarət etmək
- Texniki təmir planına uyğun olaraq avadanlıqlara texniki baxış qrafikini hazırlamaq
- Hazırlanmış qrafik əsasında işlərin həyata keçirilməsinə nəzarət etmək
- Təmir-istismar ehtiyaclarının təmin edilməsi üçün əlaqədar struktur bölmələri vaxtında məlumatlandırmaq
- Əməyin təhlükəsizliyi qaydalarına əməl edilməsinə nəzarət etmək
İş şəraiti:
- 6 günlük iş rejimi (08:00 – 17:00)
- Həftədə bir gün istirahət
- Nahar şirkət tərəfindən təmin edilir
- Hacıqabul və Şirvan şəhər mərkəzlərinə servis xidməti fəaliyyət göstərir
Əmək haqqı müsahibə əsnasında razılaşma yolu ilə müəyyən ediləcəkdir.
VAKANSİYA 7
Ferrum Capital
Satışın inkişafı üzrə operator
Son tarix 19 iyn 2022 - [email protected]
Hansı özəlliklərə malik olmalıdır?
- Ali təhsil (İqtisadi, maliyyə və digər əlaqəli sahə üzrə);
- Yüksək səviyyədə Azərbaycan dili (xarici dil biliyi üstünlükdür, xüsusilə Rus dili);
- Riyazi və analitik düşünmə qabiliyyəti;
- Yüksək ünsiyyətqurma və komanda ilə işləmək bacarığı;
- Stress altında işləmək bacarığı;
- Problemi həll etmə bacarığı;
- Ofis proqramları ilə işləmə bacarığı.
Satışın inkişafı üzrə operator nə iş görür?
- Daxil olan müştəri müraciətlərinin sistem üzərindən yönləndirilməsi;
- Müştərilərlə əlaqə saxlayaraq ilkin məlumatların toplanılması;
- Sorğuların cavablandırılması;
- Qəbul edilən müraciətlərin aidiyyatı şöbələrə yönləndirilməsi;
- Görülən işlərə dair hesabatların tərtib edilməsi.
Əlavə məlumat:
- 5 günlük iş qrafiki: 09:30 – 18:30
- Əmək haqqı: 300 + Bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Satışın inkişafı üzrə operator” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
VAKANSİYA 8
OMİD Mağazalar şəbəkəsi
Satış məsləhətçisi
Son tarix 19 iyn 2022 - [email protected]
Namizədə tələblər:
- Cinsi: Xanım
- Təcrübə: 1-2 il (müvafiq sahə üzrə)
- Dil bilikləri: Azərbaycan dili-Səlis
- Təhsil: Orta və ya texniki təhsil
- Elementar riyazi hesablamalar
- Satış haqqında ümumi anlayış
- İşgüzar ünsiyyət və davranış etiketi qaydalarını bilməlidir
İş qrafiki:
- 09:00-dan 18:00-dək
- Həftə içi 6 gün
- 1 gün istirahət
- Əməkhaqqı: 400-600+Bonus
- Nahar şirkət tərəfindən verilir
- AR Əmək qanunvericiliyinə uyğun sənədləşmə
İş haqqında məlumat:
- Şöbənin fasiləsiz satış işini təmin etməlidir;
- Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır
- Şöbəni təmiz və səliqəli saxlamalı, hər gün satışdan əvvəl malların tam yoxlanışını (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirməlidir
- Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır
- Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli, bütün malların qiymətinin yerində olmasından və düzgünlüyündən cavabdehdir;
- Ona təhkim olunan şöbələrdə satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir;
- Satış apararkən daim düzülüşü yeniləməli, vitrin boşluqlarını aradan qaldırmalıdır;
- Anbardan malları qəbul edərkən onların tamlığına ,qablaşdırılmasına, qiymət dəyişikliyinin olub-olmamasına nəzarət etməli və təmizləməlidir;
- İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartını daim üzərində görünəcək vəziyyətdə saxlamalıdır.
Qeyd : Yeni vakansiyamız (Buzovna,, Mərdəkan, Şağan, Şüvəlan, Binə) ərazilərində yaşayan və yaxın olan namizədlər müraciət edə bilər.
Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli "CV"lərini mövzu yerində "Satış məsləhətçisi" yazaraq göndərmələri və ya N.Nərimanov rayonu, Ə.Rəcəbli 184 ünvanında yerləşən baş ofisə gəlmələri xahiş olunur.
VAKANSİYA 9
Debet Safety
Ofis meneceri
Son tarix 19 iyn 2022 - [email protected]
İşin təsviri:
- Ofisə yaxınlaşan qonaqları qarşılamaq, yönləndirmək, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq
- Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək
- E-mail və yazışmaları həyata keçirmək, ümumi mailə gələn məktubları cavablandırmaq
- Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirmək, poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək (çap və skan edilməsi və s. bu kimi işlərin görülməsi)
- Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək (Kargüzarlıq işlərini aparmaq)
- Ofis üçün tələb olunan ləvazimatların təmin edilməsi üçün sifariş blankalarının hazırlanaraq müvafiq şöbəyə yönləndirmək
- Ofis üçün alınan təsərrüfat və ərzaq mallarının sifarişinə və düzgün alınmasına nəzarət etmək
- Ofis daxili inzibati işlərin görülməsini təşkil etmək və ofisin təmizliyinə nəzarət etmək
- İşlərin prosedur və təlimatlara uyğun şəkildə təşkil edərək icra etmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası;
Tələblər:
- Ali təhsil üstünlükdür
- Yaş həddi: 22-35 yaş
- Müvafiq sahədə iş təcrübəsi
- Sənədləşdirmə və yazışma işlərini bacarmalı
- Kollektivdə işləmək bacarığı
- Dil bilikləri: Azərbaycan dili və rus dili (ingilis dili arzuolunandır)
- Kompüter bilikləri: Ofis proqramları – Word, Excel, Outlook
- Ofis avadanlıqları ilə işləmək bacarığı
- Səliqəli , xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
- Ə/h: 400-500 AZN
- 5 günlük iş həftəsi ( 09:00 – 18:00).
Vakansiyaya müraciət üçün CV-nizi “ Ofis meneceri ” mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA 10
Mazarina Trade Company
İnsan Resursları üzrə Təcrübəçi
Son tarix 19 iyn 2022 - [email protected]
Tələblər:
- Ali təhsil ;
- Yaş: 21-25;
- Cinsi:Bəy namizədlərə üstünlük veriləcək;
- Güclü ünsiyyətqurma qabiliyyəti;
- İR sahəsi üzrə karyera qurmaq hədəfi;
- MS Office bilikləri;
- Öyrənməyə və inkişafa yüksək həvəs;
- Analitik düşünmə qabiliyyəti;
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
İş şəraiti:
- İş vaxtı: 09:00 –dan-18:00 dək;
- İstirahət günləri: Şənbə və Bazar;
- Əmək Müqaviləsinin müddəti : 3 ay;
- Təcrübə müddəti üzrə əmək haqqı: 300 AZN
- Təcrübə müddətini uğurla keçən təcrübəçi işlə təmin edilə bilər.
Qeyd: MBA (İnsan Resurslar üzrə) və HR Təlimlərində iştirak edən nazmizədlərə üstünlük verilir
Müraciət etmək istəyən namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “İnsan Resursları üzrə Təcrübəçi” qeyd edərək göndərə bilərsiniz
Ünvan:
Ələsgər Qayıbov 12/22 (Gülüstan Palace)
https://goo.gl/maps/HL5LGdg3mUpLr24e8
Yaxınlıqda yerləşən obyektlər: Rich Hotel, Caspian Bussines Hotel, EuroHome Tikinti materialları bazarı və CONNECT.
7A,7B,71,11,24,93 nömrəli avtobuslarla gələ bilərisiniz (Baksol yolu dayanacağı)
VAKANSİYA 11
POS.az
Менеджер по продажам
Son tarix 19 iyn 2022 - [email protected]
Зп 500 АЗН + премии
Требования:
- Знание языков: азербайджанский, русский
- Отличное знание программ MS Office
- Опыт работы в продажах не менее 1 года
- Опыт холодных продаж
- Клиентоориентированный сервис
- Уверенность в себе
- Отличные устные и письменные коммуникативные навыки
- Возможность своевременно достигать поставленных целей
- Хорошие навыки управления и планирования
- Умение работать самостоятельно
Обязанности:
- Установление контактов с корпоративными клиентами, продвижение продукции компании, поиск новых клиентов, предоставление информации об услугах путем прямого обращения к ним
- Для определения уровня удовлетворенности клиентов, для определения уровня обслуживания клиентов, для анализа и выявления недостатков и внесения предложений руководству
- Проведение маркетинговых исследований, изучение потребностей клиентов
- Организация продаж посредством холодных звонков, встреч и презентаций
- Действовать к поставленным целям
- Сдача ежедневных и ежемесячных отчетов о проделанной работе напрямую менеджеру
Условия работы:
- Режим работы: 5 дней в неделю, 09: 00-18: 00.
- Выходные: суббота и воскресенье.
Просим кандидатов высылать свои СV.
VAKANSİYA 12
Deniz Egece Neuroscience Academy
Ofis menecer
Son tarix 19 iyn 2022 - [email protected]
Vəzifələr:
- Şirkətə daxil olan zənglərin cavablandırılması;
- Microsoft Office proqramlarında (xüsusilə word, excel) işləmək bacarığı;
- Ehtiyac yarandıqda ofis daxili digər işlərə köməklik göstərmək.
- Qonaqların qarşılanması və yönləndirilməsi, lazım olduğu hallarda qonaqlara çay servisin edilməsi;
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
Tələblər:
- Cinsi: Qadın
- Azərbaycan və Rus dilində səlis yazmaq və danışmaq;
- Orta ixtisas və ya ali təhsil;
- Gülərüz və mehriban
- Kommunikasiya bacarığının olması;
- İşə və mühitə tez adaptasiya olan;
- Pozitiv, enerjili və öyrənməyə həvəsli;
- Səlist nitq qabiliyyətli, fikrini aydın izah edə bilmək;
- Aidiyyatı sahə üzrə 6 ay iş təcrübəsi;
- Operativ iş mühitində təzyiq altında işləmək;
Əmək haqqı: 400-450 AZN
İş qrafiki: Bazar ertəsi – Cümə tam iş günü, Şənbə qısaldılmış iş günü
Üstünlüklər:
- Gənc və böyük komandanın üzvü olmaq;
- İş təcrübəsini artırmaq;
- Lazım olduqda rəhbərlikdən referans almaq;
- Şirkətdaxili (pulsuz) təlimlərdən faydalanmaq.
E-mail-in “subject” bölməsində “ofis menecer”yazmağınız mütləqdir.
VAKANSİYA 13
AirTransfer
Satış, rezervasiya və informasiya üzrə mütəxəssis
Son tarix 19 iyn 2022 - hr@airtransfer
Namizədə tələblər:
- Təhsil:Ali
- Yaş həddi: 22-40
- Kompüter biliyi: MS Office, 1C proqramı
- Azərbaycan və rus dilləri səlis, ingilis dili yaxşı
- Korporativ satış sahəsində iş təcrübəsi üstünlükdür
Digər tələblər:
- Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı
- Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
- Tapşırıqları operativ icra etmə qabiliyyəti
- Loyallıq və punktuallıq
İş barədə məlumat:
- Yeni partnyorların internet üzərindən araşdırılmasını həyata keçirmək, soyuq zənglər və mail vasitəsi ilə şirkətlərə təkliflər göndərərək satışların artırılmasında aktiv iştirak etmək;
- Müştərilərlə münasibətlərin yüksək səviyyədə qurulmasına, müəssisənin xidmətləri haqqında dolğun və ətraflı məlumatların təqdim edilməsinə cavabdehlik daşımaq;
- Sifarişləri qəbul edib, düzgün formada koordinatora yönləndirmək və icrasına nəzarət etmək;
- Xarici partnyorlarla korporativ yazışmalar aparmaq və yaranan sualları cavablandırmaq;
- Həyata keçirilən kampaniyalarla bağlı müştərilərin məlumatlandırılmasını təmin etmək;
- Müştərilər tərəfindən hər hansı bir narazıçılıq yaranarsa dərhal aradan qaldırılmasını təmin etmək və baş verən problemlərlə bağlı rəhbərliyi məlumatlandırmaq;
- Rəhbərin göstərişi ilə korporativ görüşlərdə iştirak etmək;
Əlavə məlumatlar:
- Əmək haqqı: 650-750 AZN gross
- İş qrafiki: 5 gün, 09:00 – 18:00
- Korporativ nömrə və danışıq balansı
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış, rezervasiya və informasiya üzrə mütəxəssis” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər.
VAKANSİYA 14
North West Construction
Quantity Surveyor
Son tarix 19 iyn 2022 - [email protected]
Responsibilities:
- Examination of Tender Documents;
- Preparation of Pricing Schedule with quantities;
- Determination of necessary machines and equipment;
- Calculation of materials (with consumption);
- Calculation of manpower (with man-hours);
- Getting quotation of necessary materials.
Requirements:
- University degree in Construction, Engineering (Civil Departments; Architecture) or a related field preferred;
- Minimum 5 years relative work experience;
- Excellent computer skills – MS Office applications (Word, Excel, PowerPoint, Outlook); proficiency in AutoCAD, Revit;
- General management skills, including: leadership, effective oral and written communication skills; staff development, personal time management, and conflict resolution;
- Accurate and precise attention to detail;
- Excellent verbal and written communication in Azerbaijani & English (Russian is preferable).
Please, send your CV/Resume with “Quantity Surveyor “subject.
VAKANSİYA 15
Hajigabul Poultry Farm Company
İnsan resursları üzrə kiçik mütəxəssis (Hacıqabul – Şirvan)
Son tarix 19 iyn 2022- [email protected]
Vəzifə üzrə tələblər:
- Ali təhsil (insan resursları, menecment, hüquq və ya sosial psixologiya sahələrində olması arzuolunandır)
- İnsan resursları sahəsində nəzəri biliklər
- Əmək qanunvericiliyi üzrə biliklər
- Microsoft office programlarından sərbəst istifadə bacarığı
- İR sahəsində iş təcrübəsinin olması arzuolunandır
Vəzifə öhdəlikləri:
- Kadr kargüzarlıq işlərinin yerinə yetirilməsi
- İşə qəbul üçün müraciət edən namizədlərin müraciətlərinin təhlil edilməsi
- Müsahibələrin təşkil edilməsi
- İR rəhbərliyi tərəfindən tapşırılan digər işlərin icrası
İş şəraiti:
- 6 günlük iş rejimi (08:00 – 17:00)
- Həftədə bir gün istirahət
- Nahar şirkət tərəfindən təmin edilir
- Hacıqabul və Şirvan şəhər mərkəzlərinə servis xidməti fəaliyyət göstərir
Əmək haqqı müsahibə əsnasında razılaşma yolu ilə müəyyən ediləcəkdir.
VAKANSİYA 16
Mars Overseas Baku
Büdcə və maliyyə nəzarəti bölməsində aparıcı mütəxəssis
Son tarix 19 iyn 2022 - [email protected]
Namizədin vəzifə öhdəlikləri:
- Büdcə hazırlanması üçün təqdim olunan məlumatların təhlili və bütün əməliyyatların maliyyə vəziyyətinin nəzərdən keçirilməsi
- Korporativ hədəflərə uyğun olaraq maliyyə təhlilinin aparılması və büdcə planlaşdırılmasının hazırlanmasını həyata keçirmək
- Qrup daxili müəssisələrin büdcəsinin hazırlanması, balans, mənfəət və zərər, nağd pulun hərəkəti proqnozlarının hazırlanması, icrası və nəzarət
- Bütün əməliyyatların büdcə daxilində olmasını təmin etmək üçün maliyyə məlumatlarını təhlil etmək
- Büdcədəki uyğunsuzluq və dəyişikliklər barədə ətaflı hesabatlar hazırlamaq
- Qrup daxili müəssisələrdə maliyyə hesabatlarının analitik təhlilinin aylıq şəkildə həyata keçirilməsi
- Büdcə və mühasibat prosesləri üçün siyasət və prosedurların hazırlanmasında iştirak emək
Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq sahədə 1 ildən çox iş təcrübəsi
- Azərbaycan dili və İngilis dili - mükəmməl səviyyədə
- MS Office proqramları - mükəmməl səviyyədə
- Beynəlxalq maliyyə hesabatları standartlarına dair biliklər
- Mükəmməl analitik və düşünmə bacarıqları
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Aparıcı mütəxəssis (Büdcə və maliyyə nəzarəti bölməsi)" qeyd etməklə ünvanına göndərə bilərsiniz.
VAKANSİYA 17
Alza Conustruction MMC
Mühasib
Son tarix 19 iyn 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Maliyyə hesabatlarının tərtib edilməsi,
- Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi,
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil edir,
- Aylıq və rüblük hesabatların tərtib edilməsi,
- Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi,
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması,
- Balans, avans hesabatının aparılmasını təmin etmək,
- Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması,
- Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı,
- Gündəlik əməliyyatların (invoysların, elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturaların, ödəniş tapşırıqlarının hazırlanması) həyata keçirilməsi
- Bank hesablarının açılması və bank hesabı vasitəsilə köçürülmələrin aparılması
- İşçilərin işə qəbul, işdən çıxma, başqa işə keçirilmə, məzuniyyət, xəstəlik, ezamiyyə və digər müvafiq əmrlərin sənədləşdirilməsi
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması
- Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil (Təcrübəli şəxslərə üstünlük veriləcəkdir),
- Göstərilən sahə üzrə ən az 5 il mühasibatlıq sahəsində iş təcrübəsi,
- Məsuliyyətli və işində dəqiqlik,
- Komandada işləmək bacarığı,
- MS Office və 1C 8.2/8.3 proqramlarında işləmək bacarığı
- Vergi Məcəlləsini bilməli,
- Gömrük işlərindən anlayışı olmalı,
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli,
- İnternet-banking üzrə lazımi əməliyyatların və ödənişlərin icra edə bilməli,
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti.
İş qrafiki:
- Həftə içi 6 gün saat 10:00-19:00.
- Əməkhaqqı: 1.000-1.500 AZN,
- Ünvan: Bakı şəh, Zərgərpalan küçəsi
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Mühasib” yazaraq göndərə bilərlər
VAKANSİYA 18
Irshad Electronics
Call Center Opeartoru
Son tarix 19 iyn 2022 - [email protected]
Tələblər:
- Təhsil - Ali
- Cinsi - Kişi
- Təcrübə - min. 1 il call center operator kimi
- Dil biliyi – Azərbaycan dili səlis, Rus dili səlis!!!
Vəzifə öhdəlikləri:
- Daxil olan zəngləri cavablandırır
- Telefon zənglərini şöbələrə və aidiyyatı şəxslərə yönləndirir
- Gün ərzində daxil olan zəngləri çeşidləyərək qeydiyyatın aparır
- Onlayn çata gələn sorğuları cavablandırır
- Onlayn ərizələri yönləndirir
Şəxsi keyfiyyətlərə tələblər:
- Səlis diksiya
- Təşəbbüskar
- Ünsiyyətcil
- Məsuliyyətli
- Komandada işləmə bacarığı
- Stresə davamlı
Əmək haqqı: 600 AZN