VAKANSİYA 1
Super Toys
SMM üzrə mütəxəssis
Son tarix 09 apr 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin sosial şəbəkə hesablarının idarəedilməsi (facebook, Instagram və s.)
- Sosial media üçün həftəlik post planının hazırlanması
- Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi
- Səhifənin günlük,həftəlik və aylıq hesabatlarının hazırlanması
Namizəd üçün tələblər:
- Ali təhsil (Bakalavr)
- 20-35 yaş arası xanımlar
- Xarici dil bilikləri: Rus dili, ingilis dili (arzuolunandır)
- Sosial media marketinq (SMM) üzrə ən azı 1 il iş təcrübəsi
- İşgüzar yazışmalar və şifahi danışıqlar aparmaq bacarığı
Şirkət təklif edir:
- İş rejimi: Həftə içi 6 gün
- Əmək haqqı:600-700 AZN
- Əmək məcəlləsinə uyğun sənədləşmə
Komandamızda olmaq istəyən maraqlı olan namizədlərdən CV-lərini mövzu hissəsində vəzifə adını “ SMM üzrə mütəxəssis “ qeyd etməklə göndərə bilər.
VAKANSİYA 2
AZAUDIT
Baş mühasib
Son tarix 09 apr 2022 - [email protected]
İş yeri- Sumqayıt şəhəri
Əmək haqqı -1000-1500
Əmək məcəlləsinə uyğun sənədləşmə
İş qrafiki: 1-5ci günlər 9.00-18.00
Namizədə tələblər:
- Ali təhsil maliyyə və mühasibatlıq üzrə
- 3 ildən artıq iş təcrübəsi
- MS Office və 1C 8.3 proqramlarında mükəmməl işləmək bacarığı
- İş planlamaq bacarığı
- Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı
CV-lərinizi aşağıda qeyd olunan e-mail adresinə göndərməyiniz xahiş olunur.
Əlaqə nömrəsi: 050-205 88 35
VAKANSİYA 3
Keyfiyyətə nəzarət üzrə mühəndis
Son tarix 09 apr 2022 - [email protected]
İş şəraiti:
- Həftədə 5 iş günü (saat 08:00-17:00), 2 gün istirahət
- Ofis
- Əmək haqqı: 1000 AZN
Vəzifə öhdəlikləri:
- Xarici auditlər vasitəsilə qeydə alınan uyğunsuzluqlar üçün effektiv düzəldici tədbirlərin planlaşdırılması və təqdim edilməsi;
- Satın alınan və xaricdən göstərilən xidmətlərə dair tələblərin müəyyən edilməsi;
- Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi;
- İş sahələrini üçün check list hazırlayaraq yoxlamaların keçirilməsi, müşahidələrin aparılması,uyğunsuzluqların rəhbərliyə bildirilməsi;
- Yükləmə üçün hazırlanan məhsulların keyfiyyətinə və məhsulların paletləmə/streçləmə qaydalarına seçmə üsulu ilə nəzarət;
- Müəsissədə, layihələrdə Keyfiyyəti idarəetmə (İSO 9001) və Peşə sağlamlığı və təhlükəsizliyinin idarəetmə sistemlərinin (İSO 45001) fəaliyyətinin mövcudluğunu və təkmilləşdirilməsinin təmin edilməsi;
- Keyfiyyəti idarəetmə (İSO 9001) və Peşə sağlamlığı və təhlükəsizliyinin idarəetmə sistemlərinin (İSO 45001) işləməsi üçün lazımi sənədlərin işlənib hazırlanmasının təşkili, əlaqələndirilməsi, sənədlərin işlək vəziyyətində saxlanılması;
- Standartlara, spesifikasiyalara, texniki şərtlərə, dizayn, texniki və texnoloji sənədlərə, təsdiq edilmiş nümunələrə (standartların), çatdırılma şərtlərinə və müqavilələrin tələblərinə cavab verməyən mal və məhsulların, proseslərin və xidmətlərin qarşısını almaq üçün işlərin idarə edilməsi;
Tələblər:
- Ali təhsil ;
- Azərbaycan dili , ingilis dili (rus dili arzuolunandır);
- İş təcrübəsi əlaqəli sahədə 3 ilə qədər; (Neft-Qaz və tikinti sahəsi üzrə təcrübəyə üstünlük verilir);
- Fərdi keyfiyyətlər: məsuliyyət, diqqətlilik, ünsiyyət qurmaq qabiliyyəti;
- ISO 9001, ISO 45001 və müvafiq olaraq daxili audit sertifikatları
- MS WORD,EXCEL,POWERPOINT və VİSİO proqramlarını bilməli;
- Keyfiyyətə nəzarət prosedurları və standartları üzrə biliklər
Xahiş edirik, mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mühəndis” yazaraq, öz CV-lərinizi e-poçt ünvanına göndərəsiniz.
VAKANSİYA 4
Art Factory
Mühasib
Son tarix 09 apr 2022 - [email protected]
Tələblər:
- Müvafiq sahədə iş təcrübəsi: 1-3 il
- Kompüter bilikləri: MS Office / MS Excel; 1C
- Mühasibat uçotu standartları üzrə biliklər
- Vergi Məcəlləsi və Əmək Qanunvericiliyi üzrə biliklər
Əsas vəzifə və öhdəliklər:
- Gündəlik bank və kassa əməliyyatlarının aparılması
- Maliyyə əməliyyatlarının 1C mühasibat proqramında əks etdirilməsi
- Əmək haqqlarının, məzuniyyət və xəstəlik vərəqələri üzrə ödənişlərin hesablanması; DSMF hesabatlarının hazırlanması və verilməsi
- Mövcud vergi öhdəliyinə uyğun Vergi bəyənnamələrinin, ƏDV, ÖMV hesabatlarının və digər rəsmi hesabatların hazırlanması və verilməsi
- Həftəlik və Aylıq Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
Digər məlumatlar:
- İş qrafiki: 5 günlük
- Iş saatları: 09:00-18:00
- Əmək haqqı: 450-600 AZN
- Qeydiyyat: AR Əmək Məcəlləsinin tələblərinə uyğun
Əmək Haqqı müsahibə zamanı namizədin bilik və təcrübəsinə uyğun təyin olunacaqdır.
Namizədlərdən CV-lərini elektron poçt ünvanına “Mühasib” başlığı altında göndərmələri xahiş olunur.
VAKANSİYA 5
Daxili satınalma üzrə mütəxəssis
Son tarix 09 apr 2022 - [email protected]
İş yeri: Bakı şəh. Nərimanov rayonu, Əhməd Rəcəbli 19A
İş təcrübəsi: 3-5 il
Əmək haqqı: 800-1000 AZN (namizadə görə dəyişəcək)
İş qrafiki : 5 günlük (09:00 – 18:00)
Vəzifə öhdəlikləri:
- Portfelində olan şirkətlərdən gələn tələbləri (PR) yoxlanılması
- Yerli tədarükçulərin araşdırılması, əlaqələrin yaradılması;
- Yerli bazar üzrə tenderlərin təşkili və optimal təkliflər paketinin əldə olunması;
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
- Tədarükçülərlə müqavilələrin bağlanmasına yardım;
- Müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
- Materiallara olan daxili tələbatın öyrənilməsi, gündəlik olaraq fabrik mütəxəssisləri ilə alınacaq malların spesifikasıyasının dəqiqləşdirilməsi
Namizədə tələblər:
- Ali təhsil (maliyyə, logistika üzrə ixtisasa üstünlük verilir)
- Kompüter bacarıqları: MS Office proqramları (Excel proqramını mükkəməl bilməli)
- İş təcrübəsi əlaqəli sahədə 3 ildən 5 ilə qədər;
- Azərbaycan dili - əla, İngilis və Rus dilləri – orta (üstünlükdür)
- Sürücülük vəsiqəsi mütləqdir
Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını e-mail ünvanına mövzu yerində “Daxili satınalma üzrə mütəxəssis” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.
VAKANSİYA 6
Golden Horn Apart Hotel
Housekeeper
Son tarix 09 apr 2022 - [email protected]
Требования:
- Пол женский;
- Возраст 20-45 лет;
- Знание азербайджанского, русского(хотя бы разговорный) языка;
- Умение выполнять качественно и своевременно работу;
- Предоставлять вежливые и профессиональные услуги;
- Возможность работать в разные смены.
Обязанности:
- Обеспечение чистоты в номерах, этажах и общественных местах отеля.
Условия работы:
- 6 дневный рабочий график в неделю;
- З/пл 400 ман;
- Обед и рабочую одежду предоставляет Отель.
Просьба высылать CV с фотографией и указанием в строке Тема «Housekeeper».
VAKANSİYA 7
BSC Consulting & Outsourcing Company
İnsan Resursları üzrə mütəxəssis (kadr sənədləşməsi sahəsi üzrə)
Son tarix 09 apr 2022 - [email protected]
Vəzifə və öhdəlikləri:
- Xidmət göstərilən müəssisələrin işçilərini əmək qanunvericiliyinə əsasən işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması ilə bağlı prosedurların yerinə yetirilməsi;
- Əmək qanunvericiliyin tələblərinə əsasən müvaviq əmrlərin hazırlanması;
- İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin daxil edilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatın aparılması; əmək kitabçalarında müvafiq qeydlərin aparılması;
- Məzuniyyət qrafikinin və cədvəlininin tərtib olunması, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini, işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasının təmin edilməsi.
- İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlanıb təqdim edilməsi;
- İş vaxtının uçotu cədvəllərinin tərtib edilməsi.
- Qanunvericilikdən irəli gələn digər işlərin yerinə yetirilməsi.
- Müəssisələrə əmək qanunvericiliyi ilə bağlı mütamadi olaraq müvafiq məsləhətlərin və izahatların verilməsi.
O cümlədən,
- Şirkətin fəaliyyəti ilə əlaqədar bütün kadr sənədləşməsinə dair sənədlərin (qərarlar, əmrlər, direktivlər, əsasnamələr, prosedurlar və s.) icra edilməzdən əvvəl hüquqauyğun olub-olmamasını yoxlayır və tələb olunduqda, öz razılığını ifadə edir;
- Pozuntu hallarının aradan qaldırılması məqsədi ilə rəhbərliklə birlikdə qanuni addımların atılmasını təmin edir;
- Şirkətin qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə mübahisəli halların məhkəmədən qabaq və məhkəmə prosesləri zamanı məsələrin həlli üçün tələb olunan sənədləri hazırlayır, onların hüquq şöbəsinə təqdim olunmasını təmin edir;
Tələb olunan xüsusiyyətlər:
- Ali təhsil;
- İnsan resursları/hüquq sahəsində ən azı 3 il iş təcrübəsi;
- AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini əla səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
- Əla səviyyədə kompüter bacarıqları (MS Office proqramları)
- 1C proqramında işləmək bacarığı.
- Güclü ünsiyyət və danışıq qabiliyyəti;
- Azərbaycan, Rus dillərini mükəmməl bilməli, İngilis dilini bilməyi arzuolunandır.
- Komandada işləmək bacarığı;
- Təzyiq altında və dəyişkən iş qrafik ilə işləmək bacarığı.
Həftə içi 6 gün, 6-cı günlər 09:00-13:00
Əmək Haqqı : 800-1000 AZN.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur.
VAKANSİYA 8
Araz Supermarket
Əmək haqqı üzrə Mütəxəssis
Son tarix 09 apr 2022 - [email protected]
Tələblər:
- Müvafiq sahədə minimum 3 ildən yuxarı iş təcrübəsi;
- Microsoft Office (Word, Outlook, PowerPoint, xüsusilə Excel) proqramlarını bilmək;
- Əmək məcəlləsi,Vergi məcəlləsi haqqında və aidiyyəti qanunvericiliklər haqqında biliklər;
Vəzifə öhdəlikləri:
- Şirkət əməkdaşlarının aylıq əmək haqqını (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) hesablamaq və ödənilməsi üçün müvafiq struktur bölməyə yönləndirmək;
- Əmək haqqı, dərəcələndirmə və bonus sistemlərinin qurulmasında iştirak etmək;
- İşçilərin məzuniyyət haqlarını, kompensasiyalarını, son haqq-hesablarını hesablamaq və vaxtında ödənilməsi üçün müvafiq addımlar atmaq;
- Xəstəlik vərəqələri və ezamiyyətlər üzrə ödənişləri hesablamaq və vaxtında ödənilməsi üçün müvafiq struktur bölməyə yönləndirmək;
- Şirkət əməkdaşlarının gündəlik davamiyyətinə nəzarət etmək və tabel formalaşdırmaq;
- Əmək haqqı kartlarının işçilərə təhvil verilməsini təmin etmək;
- Əmək haqqı və digər aidiyyəti maliyyə məsələləri ilə bağlı işçilərin şikayətlərini dinləmək və həll edilməsi üçün müvafiq addımlar atmaq;
- Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərinə təqdim etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Əmək haqqı üzrə Mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 9
Zakaz.az
Kamera nəzarəti üzrə mütəxəssis
Son tarix 09 apr 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Təhlükəsizlik kameraları vasitəsilə işçiləri, ərazini və obyektləri izləmək;
- Hadisələrə qarşı diqqətli davranmaq;
- Video arxivlə işləmək;
- Video görüntüsü və yaxınlaşdırılması super olan İP CCTV kameralar, bundan əlavə hi lockvision və s. kamera sistemləri işləmək;
- Bütün video yazıları yaddaşda saxlayan DVR aparatlarını idarə etmək;
- Baş verən hadisələrlə bağlı rəhbərliyə vaxtında məlumat vermək;
- Daxili təhlükəsizlik qaydalarına daim əməl olunmasına nəzarət etmək;
- Rəhbərlik tərəfindən tapşırılan digər tapşırıqların yerinə yetirilməsi və s.
Tələblər:
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis ünsiyyət bacarığı;
- Detallara fikir vermək;
- Diqqətli;
- Komandada işləmə bacarığı, çeviklik və məsuliyyətlilik bacarığı.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Xətai pr 40a;
- Əlaqə nömrəsi: 051-261-28-61, 050-251-39-11.
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində " Kamera nəzarəti üzrə mütəxəssis " qeyd edərək e-ünvanına göndərə bilərlər.
VAKANSİYA 10
Trion Trade
Expeditor
Son tarix 09 apr 2022 - [email protected]
Tələblər:
- Təhsil: Orta ixtisas (Ali təhsili olması arzu olunandır)
- Sürücülük vəsiqəsi + şəxsi avtomobil (Məsrəflər şirkət tərəfindən ödənilir benzin+amortizasiya)
- Şəxsi avtomobil mütləqdı.
- Azərbaycan dilini, rus dilini səlis bilməlidir
- İş təccürbəsi: Satış sahəsində azı 2 il iş stajı (qeyri-qida sektorunda təccürbəsi arzu olunandir)
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
- Satış qabiliyyəti olmalı
- Dəqiq və işinə qarşı məsuliyyətli olan
- Ünsiyyəcil və yüksək danışıq qabiliyyəti
- İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan
İş barədə məlumat:
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
- Məhsulun təqdim edilməsi.
- Zalda məhsulun bütün çeşidlərinin mövcudluğuna nəzarət etmək
- Mağazada və anbarda olan malların qiymətləri, ölçüləri, miqdarı və s. barədə məlumatları bilmək.
- Satış sonrası işin izlənməsi
- Hesabatlar
- Satışların müvəffəqiyyətlə aparılması üçün peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi və bacarıqların təkmilləşdirilməsi.
- Əmək haqqı:800-1000 AZN
İş qrafiki:
- Bazar ertəsi -Şənbə
- Saat:09:00-dan-17:00-dək
VAKANSİYA 11
UNICO
Satınalma üzrə baş mütəxəssis
Son tarix 09 apr 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Satınalmalar üzrə menecerin rəhbərliyi altında satınalma strategiyasının inkişafı, idarə edilməsi və həyata keçirilməsi;
- Şirkət daxili Satınalma Prosedurlarına və Əmrlərinə riayət olunmasına nəzarət;
- Etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının inkişaf etdirilməsinin təşkili və nəzarət;
- Daxili və xarici bazarların araşdırılmasının təşkili və mexanizmin işləməsinə nəzarət;
- Sifariş edilmiş mal-material və ya xidmətlərin tələblərə uyğun şəkildə təşkilinin idarə edilməsi;
- Podratçı və tədarükçülərin müvafiq performansının analiz edilməsi;
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq təşkil və icra etmək;
- Təchizat sifarişlərinin təşkili və idarə edilməsi (açılmış sifariş formalarının analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və satınalma üzrə mütəxəssisə yönləndirilməsi);
- Tikinti-istismar üzrə satınalma və təchizat prosesinə və komandaya nəzarət;
- Satınalmalar üzrə Menecerin tapşırıqlarının icrasına nəzarət və bütün ödənişlərin, təchizatla bağlı qərarların hesabatı və təsdiqinin alınması;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Tenderlərin hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
- Satınalma pressesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirmək;
- Hesabatların hazırlanması və analizi, təchizatçıların analizi və digər prosseslərin effektiv idarə olunması;
- Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
Tələblər:
- Ali təhsilli (iqtisadiyyat üzrə);
- CİPS sertifikasiyası (arzuolunandı)
- Azərbaycan, rus və ingilis dillərini bilməli;
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
- MS Office (Word, Excell, Power Point); proqramlarında işləməyi bilməli;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
- Problemləri həll etmə bacarığı;
- Təhlil etmə bacarığı;
- Ünsiyyət qurma bacarığı.
Maraqlanan şəxslərdən CV-lərini mövzu hissəsində "Satınalma üzrə baş mütəxəssis" yazmaqla e-poçt ünvanına göndərmələri xahiş olunur
VAKANSİYA 12
Damla Mebel MMC
Satış təmsilçisi (Mərkəzi Aran)
Son tarix 09 apr 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Aylıq tərtib olunmuş plana uyğun həcmdə malları satmaq, qoyulan planı icra etmək;
- Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları dəqiq və ətraflı hazırlayıb şöbə müdirinə yazılı surətdə təqdim etmək;
- Satış məntəqələrində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirməsinə nəzarət etmək;
- Müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
- Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək, təkliflər vermək;
- Satış müdirinə mütəmadi hesabatlar təqdim etmək.
Namizədə tələblər:
- Ali Təhsilli
- Müvafiq sahə və topdan satış üzrə 2-3 il iş təcrübəsi;
- Təşkilati və analitik bacarıqlar;
- Sürücülük vəsiqəsinin olması mütləqdir.
İş şərtləri:
- Əmək haqqı: Şərti olaraq 1500 AZN: həm sabit əmək haqqı,həmdə bonus hissədən ibarət olur.
- Korporativ nömrə, maşın, yanacaq şirkət tərəfindən təmin edilir.
- Region - Mərkəzi Aran ( Satışı həyata keçirəcəyi bölgələr - Kürdəmir-Hacıqabul-Şirvan-Sabirabad-Saatlı-İmişli-Beyləqan-Fizuli).
- Yaşayış yeri - İmişli rayonu (kirayə xərci şirkət tərəfindən təmin edilir).
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Satış təmsilçisi-Mərkəzi Aran” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
VAKANSİYA 13
NBCO KredAqro
Kredit Mütəxəssisi
Son tarix 09 apr 2022 - [email protected]
Qazax, Gəncə, İsmayıllı, Tovuz və Ağdaş filialı.
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
- Kredit sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Müştərilərlə davranış etikası.
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
- Əmək haqqı 400 manat gross və aylıq bonus.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Kredit Mütəxəssisi” qeyd etməklə göndərmələri xahiş olunur.
VAKANSİYA 14
Embawood
Maliyyə mütəxəssisi (Sumqayıt)
Son tarix 09 apr 2022 - [email protected]
İş qrafiki: 5 günlük / saat 09:00 – 18:00
İşin təsviri:
- Kassa sənədlərinin,pul tələblərinin,əmək haqqı cədvəlinin və avans hesabatlarının təsdiqlənməsi
- Maliyyə uçotu sisteminin 1C proqramında izlənməsi
- Pul vəsaitlərinin uçotunun aparılması
- Mal-material uçotunun aparılması
- Struktur bölmələrdən büdcə formasının qəbulu
Tələblər:
- Ali təhsil
- Ən azı 3 il iş təcrübəsi
- MS Office, 1C biliyi
- Qrupla işləmə bacarığı,idarəetmə bacarığı
- Ünsiyyət qurma bacarığı
Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “Maliyyə mütəxəssisi (Sumqayıt)” qeyd edib göndərəsiniz.
VAKANSİYA 15
Ferrum Capital
Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas
Son tarix 09 apr 2022 - [email protected]
Hansı özəlliklərə malik olmalıdır?
- Hüquq sahəsində ali təhsil;
- İxtisası üzrə minimum 1 il iş təcrübəsi;
- Mükəmməl azərbaycan dili (rus dili arzu olunandır);
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı.
Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas nə iş görür?
- Qüvvəyə minmiş məhkəmə orqanlarının qərarlarının icrasını təmin etməklə bağlı müvafiq tədbirlər görmək;
- Məhkəmə qərarına əsasən borclular ilə əlaqə yaratmaq və danışıqlar aparmaq;
- İcra işinin təmin edilməsi üçün prosesə, aylıq ödənişlərə nəzarət etmək və borclunun adına olan əmlakların müəyyən edilməsi üçün müvafiq sorğuların verilməsini həyata keçirmək;
- İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
- Müvafiq məlumat bazası yaratmaq, hesabatlar hazırlamaq.
Əlavə məlumat:
- Bazarertəsi – Cümə: 09:00 – 18:00
- Əmək haqqı: 600 AZN + bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
VAKANSİYA 16
Tarsa Kompozit Boya Makina MMC
Auditor
Son tarix 09 apr 2022 - [email protected]
Öhdəliklər:
- Müştərilərlə qarşılıqlı hesabların yoxlanılması;
- Gündəlik cari nəzarəti həyata keçirmək;
- Anbarlarda yoxlamaların, mal-material qalıqlarının və avadanlıqların inventarlaşmasının aparılmasını təmin edilməsi;
- Xəzinə qalıqlarının və sənədlərinin yoxlanışlarını həyata keçirmək;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsi;
- Yoxlanışlar zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair qərarların həyata keçirilməsi barədə rəhbərliyə mütəmadi məlumat verilməsi;
- Nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsi, nöqsanların buraxılmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə səmərəli təkliflərin verilməsi;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.
İş şəraiti: Həftə içi 5 gün, saat 09:00-dan,18:00-dək arası
Namizədə tələblər:
- MS Office proqramlarını bilməli;
- 1C proqramında işləmək;
- Təhlil, analitik düşüncə və yüksək ünsiyyət qurma qabiliyyəti;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı.
- Minimum 3 il iş təcrübəsi
Maraqlanan namizədlərdən öz CV-lərini poçt ünvanına, mövzu bölməsində Auditor yazmaqla göndərmələri xahiş olunur.
QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.
VAKANSİYA 17
Araz Supermarket
Şəxsi marka və idxalat şöbəsi üzrə təcrübəçi
Son tarix 09 apr 2022 - [email protected]
Tələblər:
- Ali təhsil;
- Yeni bilik və bacarıqlar öyrənmək istəyi;
- Rus-dili biliyi mütləqdir (işin mahiyyətinə əsasən);
- İngilis-dili biliyi arzuolunandır.
Proqram son kurs bakalavr tələbələri və ya magistr dərəcəsində təhsilini davam etdirənlər, həmçinin universitetdən son 2 ildə məzun olan şəxslər üçün nəzərdə tutulur.
Qeyd edək ki, təcrübə proqramı 3 aylıqdır, rəsmi və ödənişlidir. Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclər, davamlı işlə təmin oluna bilərlər.
Təcrübə proqramına müraciət etmək istəyən namizədlər CV-ləri “Təcrübə proqramı- Şəxsi marka və idxalat” başlığı altında yönəldə bilərlər.
VAKANSİYA 18
Eurodesign CSC
Business Analyst, IT Business Analyst
Son tarix 09 apr 2022 - [email protected]
Description:
- Business analyst elicits and analyses information from a variety of sources within an enterprise, including tools, processes, documentation, and stakeholders to document solid description of the current or expected business processes and required actions.
- Business Analyst leads the entire requirements life cycle process by full filling the role of the Project Owner, what is defined as Monitoring deliverables and ensuring timely completion of projects.
Responsibilities:
- Assisting in Evaluating business processes, anticipating requirements, uncovering areas for improvement, by collecting critical information from meetings with various stakeholders and furtherly analyzing collected information; developing solutions based on collected and analyzed information.
- Documenting, reporting, and presenting (both internal and external) the results of activities decried above, with relevant validation.
- Leading the Requirement – Life Cycle Process, by full-filling the role of the Project Owner, what is defined as Monitoring deliverables and ensuring timely completion of projects.
- Formulate ways for businesses to improve, based on previous research.
Requirements:
- 2+ years of experience in relevant field
- Bachelor or Master University degree (BUSINESS ANALYSIS, BUSINESS ADMINISTRATION)
- Azeri, English, Russian
- Computer Literacy MICROSOFT OFFICE®, JIRA
Please send your resume with position title Business Analyst, IT Business Analyst in the subject line.
VAKANSİYA 19
Baş mühasib
Son tarix 09 apr 2022 - [email protected]
Əmək haqqı: Razılaşma əsasında
Tələblər:
- Müvafiq sahədə ali təhsil
- Istehsalat sahəsində fəaliyyət göstərən və ƏDV ödəyicisi olan şirkətdə baş mühasib kimi 5 il iş təcrübəsi
- Vergi Məcəlləsini, Mühasibat uçotu üçün qanunvericilik aktlarını və normativ sənədləri mükəmməl bilmək;
- Cari idarəetmə hesabatların gündəlik yenilənməsinin təmin olunması: kreditor və debitor borcların kontragentlər üzrə açıqlanması, pul vəsaitlərin qalıqları üzrə gündəlik hesabat, hazır məhsulun qalıqları və hərəkəti haqqında gündəlik hesabat, hazır məhsulun maya dəyərinə daxil olan birbaşa məsrəflər barədə gündəlik hesabat, istehsalata silinən xammal və materiallar barədə gündəlik hesabat, xammal və material qalıqları barədə gündəlik hesabat və s.
- Əsas vəsaitlərin hər bir vahidi üzrə qeydiyyatını aparan reyestrin aparılmasının təmin ediməsi və bu işə nəzarət: alış dəyəri, alış tarixi, alışın ilkin sənədləri, istismara buraxılma tarixi, dəyəri, kapitallaşdırılan təmir xərcləri barədə ilkin məlumat, amortizasiya ilə bağlı olan məlumat, qalıq dəyəri və s. məlumatları özündə əks etdirən reyestr
- Növbəti ayın 5 tarixinə kimi keçən ay ərzində istehsal olunmuş hazır məhsulun maya dəyərinin (xərc maddələri üzrə) tam kalkulyasiyasının hazırlanması
- Növbəti ayın 5 tarixinə kimi keçən ay ərzində satılmış hazır məhsulun maya dəyərinin hesablanması
- Gündəlik əməliyyatların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq zamanında rəsmiləşdirilməsinin təmin olunması və bu işə nəzarət: təqdim edilmiş hazır məhsula görə elektron qaimə-fakturaların zamanında kəsilməsi, alınmış mallara və xidmətlərə görə elektron qaimə-fakturaların zamanında kəsilməsini təchizatçılardan tələb etmək və s.
- Aylıq əsasda debitorlarla və kreditorlarla Borcların Üzləşməsini təmin etmək
- Gündəlik təsərrüfat əməliyyatların zamanında mühasibat kitablarına işlənilməsini təmin etmək
- Hesablanmış və icra olunmuş Satış Sifarişlərin (Sales Orders) üzləşməsi barədə aylıq hesabatların hazırlanması: satış qiyməti, maya dəyəri və karlıq
- Əmək haqqı cədvəllərin zamanında hazırlanmasını təmin etmək
- Gündəlik təsərrüfat əməliyyatlarını əks etdirən ilkin sənədlərin qanuna uyğun rəsmiləşdirilməsini təmin və bu işə nəzarət etmək
- Bütün təsərrüfat əməliyyatlarında vergi və digər icbari ödənişlərin düzgün tətbiqini və hesablanmasını təmin və bu işə nəzarət etmək
- Bütün kontragentlərlə imzalanacaq müqavilələrdə vergi, bank və digər icbari ödənişlərlə bağlı maddələrin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tərtib edilib-edilməməsinə nəzarət etmək
- Vergi, statistika, DSMF, digər icbari yığımlarla və s. bağlı dövlət orqanlarına təqdim edilməli olan bütün hesabatların zamanında hazırlanmasını və təqdim edilməsini təmin etmək
- Vergi və digər dövlət orqanları ilə yazışmaların aparılması, onların bütün sorğu və tələblərini zamanında və dolğun cavablandırılmasını təmin etmək
- Vergi və digər dövlət orqanları tərəfindən aparılan kameral və səyyar yoxlamaların koordinasiyası və bu işə nəzarət
- İllik inventarizasiyanın keçirilməsinin təmin edilməsi və bu işin koordinasiyası
- Şirkətə məxsus bütün maddi aktivlərin uçotunun və qeydiyyatının təmin edilməsi (maddi məsul şəxslər üzrə, yerləşdiyi yerlər üzrə və s.)
- Növbəti ayın 10 tarixinə kimi aylıq və illin əvvəlindən artan yekunla dövrü, növbəti ilin fevral ayının 15 tarixinə kimi isə illik maliyyə hesabatların hazırlanması: Balans Hesabatı, Mənfəət və Zərər Haqqında Hesabat, birbaşa metodla hazırlanmış Pul Axınları Haqqında Hesabat, Kapitalda Dəyişikliklər Barədə Hesabat
- Növbəti ayın 5 tarixinə kimi 3 aylıq ödənişlər (mədaxil və məxaric) proqnozunun hazırlanması və ödənişlərin həmin proqnoza uyğun aparılmasına nəzarət
- İllik büdcənin hazırlanması və təsdiqlənməsi prosesinin təşkil edilməsi və koordinasiyası
- İllik büdcənin icrası ilə bağlı hesabatlarıın hazırlanması
- Aylıq istehsal proqnozların hazırlanması və təsdiqlənməsi prosesinin təşkil edilməsi və koordinasiyası
- Aylıq istehsal proqnozların icrası ilə bağlı hesabatlarıın hazırlanması
- Şirkətin daxili biznes proseslərinin və prosedurlarının mütəmadə olaraq təhlil olunmasını və tələb olduqda onların yenilənməsini təmin etmək
- Tabeçiliyində olan işçilər arasında mühasibatlıq funksiyaların optimal şəkildə bölüşdürülməsini təmin etmək və mühasibat şöbəsinin işinə nəzarət etmək
- Birbaşa rəhbərdən alınan bütün tapşırıqların zamanında icra olunmasını təmin etmək
- Kompüter biliyi yüksək səviyyədə ( 1C8.3, Excel, Word, Outlook)
İş haqqında məlumat:
- İş saatı 09:00-17:00.
- İstirahət günü - Şənbə və Bazar günləri.
- Firma tərəfindən nahar təmin olunur.
- İş yeri Xırdalan şəhərində yerləşir.
Əlaqə vasitələri: CV-nizi movzu hissəsində “Baş mühasib” qeyd edərək email ünvanına göndərin. Yalnız uyğun namizədlərlə əlaqə yaradılacaq.
VAKANSİYA 20
Irshad Electronics
Satış təmsilçisi
Son tarix 09 apr 2022 - [email protected]
Bakı, Sabirabad, Lökbatan, Masazır, Xırdalan, Məştağa, Mərdakan və Şəmkir.
Vəzifə və öhdəliklər:
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Müştərilərlə işləmək qabiliyyəti;
- Mükəmməl kommunikasiya qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Ali təhsilə üstünlük verilir;
- Müştəriyə məhsullar, zəmanət şərtləri haqqında dəqiq və ətraflı məlumatın verilməsi;
Tələblər:
- Yaş: 23-29 arası;
- Cinsi: kişi;
- Ali təhsil, Azərbaycan dili və rus dili səlis bilməyi;
- Mobil telefon və elektronika sahəsində iş təcrübəsi minimum 1 il olmalıdır.