VAKANSİYA 1
OBA marketlər şəbəkəsi
Vəzifə: Sayıcı-hesablayıcı (Bakı)
Namizədə dair tələblər:
• Cins : Kişi
• Kompüter bilikləri: MS Office
• Şəxsi avtomobil olması üstünlükdür
Vəzifə öhdəlikləri:
- Marketlərdə olan əsas vəsaitlərin və ticari malların terminallar vasitəsi ilə sayım işinin həyata keçirilməsi.
- İş qrafiki: Dəyişkən (axşam və gecə saatları)
- Yanacaq xərcləri qarşılanır (şəxsi avtomobil olduğu halda)
- Ezamiyyətə hazır olmalı
- Nahar ödənişi edilir.
Əmək haqqı: 450-500AZN
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Sayıcı – hesablayıcı" yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 2
Resant Group
İnsan Resursları üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
• İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
• İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
• Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
• E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
• Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək;
• Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
• Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi);
• Müsahibələrin keçirilməsi (telefon, panel, qrup və case intervyular);
• Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək.
Namizədə bağlı tələblər:
• AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
• İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
• İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
• Azərbaycan və Rus əla səviyyədə bilməli;
• MS Office proqramlarını, xüsusilə 1C proqramını əla səviyyədə bilməli;
• İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
İş Şəraiti:
• İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək;
• Əmək haqqı: 1000-1300 AZN
• Şirkət tərəfindən nahar.
Maraqlanan namizədlər mövzu yerində “ İnsan Resursları üzrə mütəxəssis” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
VAKANSİYA 3
“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
“MKT İstehsalat Kommersiya” MMC xam Pambıqdan əsasən Mahlıc, Çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jmıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir.
2021-ci ilin Yanvar, Fevral və Mart ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində “MKT İstehsalat Kommersiya” MMC birinci yerdə qərarlaşmışdır. Hal-Hazırda müəssısəmizdə işçı sayı 3200 nəfərdir və regionlarda 23 filialımız fəaliyyət göstərməkdədir.
“MKT İK” MMC Mühasibatlıq komandasına qoşulmaq üçün açıq fikirli və enerjili Mal-material nəzarətçisi axtarır.
Vəzifə öhdəlikləri:
• Anbarlarda müqavilə əsasında icarəyə götürülən və Şirkətə məxsus qurğu və avadanlıqları, operatorları və işçi qüvvəsini səmərəli və effektiv şəkildə əlaqələndirmək, ayırmaq və nəzarətdə saxlamaq;
• Tapşırıqları müvafiq qaydada qəbul etmək, siyahılaşdırmaq və onları anbar işçilər arasında bölüşdürmək;
• Bütün satın alınan, tələb olunan və buraxılan materialların, avadanlıqların və alətlərin qeydiyyatlarının proqram təminatında Materiallara nəzarət və Anbar sahəsinin fəaliyyətini tam əhatə etməsini təmin etmək;
• Bütün mədaxil və məxaric olan materialların, avadanlıqların və alətlərin sifarişlərinin dəqiqliklə hazırlanıb və fayllarda saxlanmasını təmin etmək;
• Anbarda saxlanmalı olan bütün materiallar və alətlər barəsində proqram təminatında məlumatların təzələnməsini və onların xüsusi yeşiklərdə saxlanmasını təmin etmək;
• Proqram təminatına daxil olan bütün materialların sənədləşmə tələblərinə uyğun olmasının təmin edilməsi;
• Məxaric olunan bütün materialların və alətlərin proqram təminatında lazımi qaydada qeydiyyata alınmasının, həmçinin düzgün sənədləşmə və invoys tələblərinə cavab verməyən materialların növbəti qərar verilənədək karantində saxlanmasının təmin edilməsi;
• Yoxlamalardan sonra düzəlişlər və əlavələrin Karantin qeydiyyat jurnalına vaxtlı-vaxtında daxil olunmasının təmin edilməsi;
• Düzgün qeydlərin aparılması və MKT idarəçiliyində olan məlumat bazasına daxil olmasını təmin etməklə inventarların sayılması/onlara nəzarət;
• Anbardan göndərilən istehsal materialları və alətləri üçün bütün müvafiq sənədlərin (yük qaiməsinin, tələb olunan əlavələrin, Materialların təhlükəsizlik pasportlarının, sertifikatların və s.) təqdim olunmasını təmin etmək. Materialların təhvil verilməsi və ya ötürülməsi əməliyyatlarının proqram təminatında işlənməsini, prosedura uyğun olaraq sənədlərin təqdim olunmasını və arxivləşdirilməsini təmin etmək;
• Mal material şöbəsinin fəaliyyətdən doğan nailiyyətlərin monitorinqi, habelə, baş verə bilən bütün gecikmələrin və ya boşluqlar barədə rəhbərliyin məlumatlandırılmasını təmin etmək;
• Bütün materialların anbarda düzgün, təhlükəsiz şəraitdə, zədəsiz və normal istismar tələblərinə uyğun olaraq saxlanmasını təmin etmək.
Tələblər:
• Ali təhsil; (Mühasibat və ya maliyyə ixtisası üzrə);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• MS Office (Word, Excel) və 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Analitik təhlil etmə qabiliyyəti;
• Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.
Səriştələr:
• Məsuliyyətli
• Şəxsi inkişafa meylli
• Pozitiv
• Özünütəşkiletmə qabiliyyəti
• Nailiyyət yönümlülük
• Etibarlılıq
• Dürüstlük
Əlavə məlumat:
• Əmək haqqı razılaşma əsasında;
• İş qrafiki: Beş günlük iş həftəsi
• İş yeri: Baki şəhəri, Qafqaz Business Center
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS Mal-material nəzarətçisi” mövzusu ilə [email protected] elektron ünvanına göndərə bilərsiniz.
"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
VAKANSİYA 4
Imperial Ceramic Center
Satış mütəxəssisi
Tələblər:
- Yalnız xanım namizəd
- 25 – 35 yaş arası
- Azərbaycan, Rus dili biliyi (İngilis dili üstünlükdür)
- Riyazi hesablama bacarığı
- Satış menecmentində 1-3 il təcrübə;
- MS Ofis proqramları biliyi;
- Təqdimat bacarığı;
- Punktual, analiz etmə, planlama bacarığı olmalı;
- Məlumat bazası ilə iş bacarığı;
Vəzifə öhdəliyi:
- Satış hədəflərinin icra olunması;
- Şirkət daxilində mövcud olan qaydalara riayət edilməsi;
- Müştərilər ilə birbaşa əlaqələr yaratmaq və onların satışlarına nəzarət etmək;
- Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Sifarişlərin koordinasiya edilməsi;
İş barədə:
- Qrafik: 9:00 – 19:30 / 6 gün
- Rabitə xərcləri şirkət tərəfindən qarşılanır
- Əmək haqqı +600 (Bonus sistemi)
"Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış mütəxəssisi” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
VAKANSİYA 5
Universal Təchizat ASC
Mühasib
Tələblər:
• Ali təhsil(maliyyə və muhasibatlıq sahəsi üzrə);
• Mühasibatlıq və Vergi bilikləri;
• Kompüterdə sərbəst işləmək bacarığı (1C, Excel, Elektron Hökümət Portalı);
• İş təcrübəsi min. 2 il;
• Yaş həddi: 29 yaşdan yuxarı;
İş barədə:
• Vergi, Mühasibat uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların həyata keçirilməsi;
• Bütün növ hesabatların hazırlanması və aidiyyatı orqanlara müəyyən edilmiş müddət ərzində təqdim edilməsi;
• E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiqişləşdirməyi bacarığına malik olmalı
• Vergi və muhasibat uçotunun aparılması
• Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması
• Aylıq,rüblük,illik vergi,DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
• Əmək haqqı,məzuniyyətlərin aparılması
• Debitor və kreditor hesblaşmaların aparılması
E-mail: [email protected]
CV göndərərkən mövzu qismində " Mühasib " sözünün yazılması mütləqdir!
VAKANSİYA 6
NBA Technologies International LLC
Вакансия: Менеджер по маркетингу
* Место работы: Баку
* Режим работы: 5 дней
* Время работы: 9: 00-18: 00
О работе:
● Разработка маркетинговых стратегий и представление новых идей в соответствии с деятельностью компании;
● Исследование проектов в сферах, актуальных для платформы компании, участие в тендерах, привлечение крупных проектов;
● Организация и реализация проектов по улучшению обслуживания клиентов;
● Определение местных и зарубежных каналов продаж, а также подготовка и реализация соответствующих стратегий и проектов развития;
● Деловое понимание и сильные навыки аналитического мышления;
● Разработка и реализация активных предложений, обеспечивающих краткосрочную и долгосрочную эффективность продаж;
● Выявление каналов маркетинговых коммуникаций и мониторинг их эффективности;
● Исследование спроса и предложения и анализ спроса на рынке;
● Предложения по стратегии развития продукта.
● Мониторинг активности конкурентов.
Требования:
● Высшее образование;
● 3 лет опыта работы в соответствующей сфере;
● Должен иметь опыт творческих маркетинговых проектов (желательно портфолио);
● Азербайджанский - отлично, русский и английский ;
● Возможность работы в программах MS Office (MS Excel, MS Powerpoint, MS Word), Outlook;
● Высокие устные и письменные коммуникативные навыки;
● Предпринимательство и творчество, работа в команде, презентация, аналитические и аналитические способности, отслеживание тенденций в этой области;
● Требуются сертификаты по маркетингу.
E-mail: [email protected]
VAKANSİYA 7
TID Consulting
Böyük mühasib
İş barədə məlumat:
- Bank hesablarıı üzrə ödənişlərin həyata keçirilməsi;
- Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;
- Elektron Qaimə Hesab Fakturalarının işlənməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması;
- Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı;
- BTP proqramında (ƏDV,SV, Mənfəət,Əmlak,Torpaq
- MÖMV,ÖMV,Aksiz,Mədən,) hesabatların tərtib edilməsi;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək.
Namizədə tələblər:
- Ali təhsilli olmalı (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir)
- Göstərilən sahə üzrə min. 3 il iş təcrübəsi
- MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı
- Vergi Məcəlləsini bilməli
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
- Azərbaycan dili biliyi (rus dili arzu olunandır)
- Ünsiyyət qura bilmə bacarığı
Əmək haqqı namizəddən asılı olaraq müəyyən ediləcəkdir.
Maraqlanan şəxslər CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərin CV göndərmələri xahiş olunur.
VAKANSİYA 8
Moore Azerbaijan is a member firm of Moore Global, established in accordance with the laws of the Republic of Azerbaijan. Its principal activity is audit and the rendering of associated services in accordance with international and Azerbaijan auditing standards.
Moore Azerbaijan is looking for experienced and motivated candidates for the position of Audit Assistant Manager.
Job Responsibilities:
• Ability to obtain and present appropriate audit evidence, address the relevant audit objectives, and demonstrates its relevance to the rest of the audit.
• Document the results of their audit work in accordance with Moore Audit Methodology, regulatory requirements.
• Demonstrate knowledge of prevailing accounting standards, accounting disclosure requirements, and applying these to allocated work.
• Ability to coach staff effectively during fieldwork.
Professional experience:
• At least 5 years in auditing and accounting, preferably with a large professional services audit firm.
• Graduate degree in Accounting or Finance.
• Knowledge of International Financial Reporting Standards.
• Experience leading and delivering audit services, preferably over various audit engagements.
• Strong problem-solving capabilities, with an interest in innovative and creative thinking.
• Proficient understanding of audit methodologies and approaches.
• Comfortable working independently, and without daily supervision.
• Ability to productively manage and work within a virtual team.
• Strong English communication skills (written, verbal, and presentation).
• Proficiency in Microsoft Office products (e.g., Word, Excel & PowerPoint).
• Professionally Qualified or Certified Auditor/Accountant (e.g., CPA / CA / ACCA).
If you feel you have the skills, experience and approach necessary to perform this role, please apply via the following email: [email protected].
VAKANSİYA 9
"Az FP Co LTD" MMC (Milla süd emalı zavodu) Planlama və analitika mütəxəssisi vəzifəsi üzrə işçi qəbulu elan edir:
İşiniz nədən ibarətdir?
- Satış və istehsal proqramlarının planlaşdırılması, hazırlanması;
- İllik, aylıq və həftəlik planlara nəzarət;
- Satış, marketinq hesabatlarının hazırlanması;
- Stokların nəzarəti və analiz olunması;
- Satış KPI hesablamalarının aparılması;
- Müxtəlif analiz modelləri və analiz metodlarından istifadə etməklə satış komandasının, satış kanallarının məhsul portfelinin analiz olunması
Sizdən nə tələb olunur?
- Ali təhsil Biznesin idarəedilməsi və ya Menecment üzrə
- 3-4 il arası iş təcrübəsi
- MC Office proqramlarında yüksək səviyyədə istifadə bacarığı;
- İngilis və rus dilləri arzu olunandır.
- Müşahidə və analiz bacarığının olması.
- Analitik düşüncə bacarığının olması.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Planlama və analitika mütəxəssisi” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.
VAKANSİYA 10
SMM менеджер
Обязанности:
• Анализ рынка, аудитории и конкурентов
• Разработка SMM-стратегии и ведение страниц компании в социальных сетях
• Создание креативных текстов, статей и визуального контента для социальных сетей
• Аналитика и отчетность по проведенным кампаниям
• Работа с корпоративным сайтом компании (контроль наполнения сайта, работа с дизайнерами по созданию собственного визуального контента, оформление статей на сайте);
• Поддержка обратной связи с потенциальными клиентами
Требования:
• Высшее или профильное образование (маркетинг / PR / реклама)
• Oпыт ведения коммерческих аккаунтов в социальных сетях
• Опыт работы с таргетированной рекламой
• Умение грамотно писать на азербайджанском и русском языках
• Знание графических программ (Adobe Photoshop, Adobe Illustrator и др.)
• Знание трендов в маркетинге и SMM
• Навыки копирайтера
• Креативность
Тип занятости:
• Полная занятость
• Оформление по Трудовому кодексу АР
• Режим работы с 9:00 до 18:00 (Пн-Пт)
CV c фотографией и ссылки на портфолио высылать по адресу: [email protected] с указанием названия вакансии (SMM менеджер) в теме письма.
VAKANSİYA 11
METAK
Senior ERP Specialist
Responsibilities:
• Analyze and troubleshoot ERP system issues reported by end users;
• Training of users in system’s functions;
• Ensure ERP system meets business requirements;
• Participate in designing and implementing new ERP modules;
• Configuring and development of solutions to facilitate ERP integration;
• Regular monitoring and analysis of ERP system to improve efficiency.
Requirements:
• Bachelor of Science in technical field;
• Good Knowledge of SQL;
• Software architecture and design principles;
• API design standards and principles;
• Database design principles and best practices;
• Strong analytical and problem-solving skills;
• Minimum 3 years as ERP specialist;
• Fluency in Azerbaijani, English and Russian.
Work conditions:
• Work schedule: Monday to Friday;
• Lunch is provided by the company;
• Transportation service is provided by the company.
Candidates who meet the requirements above can fill application form on our website https://job.metak.az/vacancy/show/16 or send their resumes to [email protected] with the Job Title “Senior ERP Specialist”.
VAKANSİYA 12
“Tayms Konsaltinq LTD” MMC reklam şirkətinə Art Direktor tələb olunur.
Tayms Konsaltinq LTD” MMC 10 ildən çox Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən ən böyük reklam şirkətlərindən biridir. Əsas fəaliyyət reklam yerlərinin və reklam daşıyıcılarının satışıdır. Əlavə olaraq reklamın istehsalı (kreativ ideya və dizayn da daxil olmaqla) və marketinq xidmətlərinin göstərilməsi ilə də məşğuldur.
Əsas öhdəliklər:
• Şirkətin və şirkət müştərilərinin fəaliyyəti ilə bağlı korporativ və promo materialların dizayn işlərini təşkil edir;
• Komandayla birgə müxtəlif daşıyıcılar üçün reklam məhsulların dizayn layihələrini təklif edir və hazır reklam dizaynlarını təqdim edir;
• Reklam materiallarının istehsalı ilə məşğul olan podratçılarla əlaqə quraraq işlərin effektiv və keyfiyyətli şəkildə həyata keçirilməsini təmin edir;
• Kreativ departamentin toplantılarını təşkil edir, işlərin daha effektiv həyata keçirilməsinə dair təklifləri irəli sürür.
• Gündəlik fəaliyyəti ilə əlaqədar hesabatları vaxtlı-vaxtında təqdim edir.
• Təqdimetmə bacarığı;
Namizədlərə qarşı tələblər:
- Qrafik dizayn sahəsində ən azı 3 il iş təcrübəsi;
- Adobe Photoshop, Adobe Illustrator və InDesign redaktorlarından peşəkar istifadə;
- 3D qrafik redaktorlardan orta/yüksək səviyyədə istifadə;
- Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti,
- İngilis dilini bilməsi üstünlük kimi qiymətləndirilir;
- Bədii zövq, dizayn və reklam sahələrində müasir trendlərdən xəbərdar olmaq;
- Geniş dünya görüşü və daim inkişafa həvəs;
- Komandanı düzgün yönləndirmə və sistematik işləməsini təmin etmək;
- Liderlik;
- Stressə dözümlülük və gərgin qrafiklə işləmək bacarığı;
- MS Ofis proqramlarının bilməsi və korporativ mühitdə işləmək həvəsi.
Üstünlüklərimiz:
• 2000 manat əmək haqqı (təcrübəyə əsasən əmək haqqı dəyişə bilər);
• Gənc və şən kollektiv;
• Şəhərin biznes mərkəzində müasir və dəbli ofis şəraiti;
• Karyera qurulması imkanı;
• Nahar şirkət tərəfindən təşkil olunur;
• İşgüzar danışıqlar üçün telefon limiti.
Xahiş edirik, məktubunuzun mövzu (Subject) hissəsində vakansiyanın adını (Art Direktor: Adınız) qeyd edib CV və portfolionuzu [email protected] e-mail ünvanına göndərəsiniz.
VAKANSİYA 13
Caspian Textile MMC
Mühasib
Öhdəliklər:
- Bütün mühasibat əməliyyatlarını mühasibat prinsiplərinə əsasən aparmaq
- Büdcələrin hazırlanması və maliyyə proqnozları
- Maliyyə hesabatlarının vaxtında nəşr edilməsi
- Ay sonu və ilin sonu proseslərinin keçirilməsi
- Hesab məlumatlarını toplamaq, təhlil etmək və yekunlaşdırmaq
- Balans, gəlir/ zərər hesabatının hazırlanması və s
- Maliyyə əməliyyatları üzrə audit və mühasibat nəzarəti prosedurlarının sənədləşdirilməsi
- Məlumatın gizli saxlanması və onları təsadüfi verilənlər bazası ehtiyatları ilə təmin etmək
- Maliyyə siyasəti, tənzimləmə və qanunvericiliyin qorunması
- Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir
- Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotuna əks etdirmək;
- Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
- Vergi orqanları ilə yazışmalar;
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;
- Vergi , DSMF və Statistika hesabatlarının hazırlanması;
- Əmək haqqı, məzuniyyət və son haqq hesabların hazırlanması;
- E-Qaimə Fakturanın tərtib olunması və göndərilməsi;
- Gündəlik kassa, bank, mal uçotunun aparılması;
- Əsas vəsaitlərin uçotunun aparılması;
- Malsatanlarla üzləşmələrin aparılması;
- Vergi və mühasibat uçotunun tam sərtbəst şəkildə aparılması bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı.
Tələblər:
- Təhsil : Ali
- İş təcrübəsi : 3 ildən 5 ilə qədər
- Yaş : 30 – 45
- İş qrafiki: Bazar ertəsi- Cümə: 9:00 - 18:00
- Əmək haqqı müsahibə zamanı müəyyən olunacaq.
Müraciət üçün [email protected] e-mail ünvanına subject bölməsində “Mühasib ” qeyd etməklə göndərə bilərsiniz.
VAKANSİYA 14
Unicapital
Vəzifə: Biznes proseslərin sənədləşdirilməsi üzrə mütəxəssis
Vəzifə öhdəliklərinin təsviri:
• Mövcud biznes proseslərin identifikasiyası, iş axınlarının sxematik təsvirlərinin yaradılması və onların sənədləşdirilməsi
• Biznes proseslərin xəritəsinin hazırlanması
• Biznes proseslərin təhlili və onların təkmilləşdirilməsi üzrə təkliflərin formalaşdırılması
• Şirkət daxili prosedurların, təlimatların və iş axınını tənzimləyən digər normativ sənədlərin hazırlanması
• Yeni biznes proseslər üzrə iş axınının qurulması
• Biznes proseslərin avtomatlaşdırılması imkanlarının araşdırılması
Namizədə dair tələblər:
• Ali təhsil (iqtisadi, maliyyə, hüquqi və ya riyazi sahədə ali təhsilə üstünlük veriləcək)
• Vəzifə öhdəliklərində qeyd edilmiş funksiyaların icrası üzrə minimum 2 il iş təcrübəsi (maliyyə və ya audit sektoru üzrə təcrübəyə üstünlük veriləcək)
• MS Visio və ofis proqramlarında sərbəst işləmək bacarığı
• Analitik/sistemli düşünmə və səlis ünsiyyət vərdişləri
• Səlis Azərbaycan dili biliyi (İngilis və Rus dili biliyi olanlara üstünlük veriləcək)
CV-lərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.