VAKANSIYA 1
AZZA Cake House
Mağaza adiministratoru
Son tarix 15 may 2022 - [email protected]
Tələblər:
- Tam orta təhsil (ali təhsil olması üstünlükdür)
- Yaş həddi: 22-30 yaş
- Dillər: Azərbaycan dili (səlis),Rus dili (üstünlükdür)
- Müvafiq sahədə təcrübə mütləqdir.
- Komandada işləmə bacarığı
Vəzifə öhdəlikləri:
- Mağazalarda ümumi iş prosesinin aparılması zamanı Təhlükəsizlik tədbirlərini təmin etmək
- Mağaza personalının vəzifə öhdəliklərinin yerinə yetirilməsini nəzarətdə saxlamaq və yönləndirmək
- Müştərilərə yüksək keyfiyyətli xidmətin təmin olunmasında köməklik göstərmək
- Mağazaya daxil olan və çıxan məhsulların qəbulu və çıxarışı prosesində iştirak etmək və tam nəzarətdə saxlamaq
Şirkət təklif edir:
- əmək haqqı minimum 600 manat
- növbəli iş cədvəli(5 günlük iş rejimi)
- rəsmi qeydiyyat
Namizələrdən mövzu yerində " Mağaza adiministratoru " vakansiyasının adını göstərərək CV -lərini fotoşəkili ilə e -poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
VAKANSIYA 2
Frutti Agro
Mühasib
Son tarix 15 may 2022 - [email protected]
Fəaliyyət sahəsi: Kənd təsərrüfatı (meyvəçilik)
İş yeri: Tərtər rayonu
Əmək haqqı: 700-800 AZN.
Tələblər:
- İxtisasyönümlü ali təhsil
- 25-30 yaşları arası
- MS Office, 1C bilikləri
- İngilis və rus dillərini bilənlərə üstünlük veriləcək
Əlaqə: 050 255 07 43
VAKANSIYA 3
Satış meneceri
Son tarix 15 may 2022 - [email protected]
Vəzifə borcu:
- İşin təşkili, korporotiv görüşlər, məhsulun satişinı artırmaq, layihələrin hazırlanması, müqavilələrin bağlanması, layihəyə sonuna qədər tam nəzarət edilməsi, layihəni tam hesablama, problemlərin həlli.
- Satışın analizini aparmaq bacarığı;
- Müştərilərin istək və ehtiyaclarını təxmin edə bilmə bacarığı;
- Fəaliyyət göstərdiyi sektorda yer alan rəqib şirkətləri analiz edə bilməsi;
- Müştəri ilə görüşmə zamanı meydana çıxan problemləri həll edə bilmə bacarığı;
- Müştəri etirazları ilə işləmək və bu etirazların həlli zamanı ortaya çıxan problemləri həll etmə bacarığı;
- Müştəri, bazar və rəqiblərlə əlaqədar informasiyaları hesabat şəklində hazırlamaq
- Potensial müştərilər haqqında məlumatların toplanması və rəhbərliyə təqdim olunması;
- Satışla əlaqədar tələb və təkliflərin hesabat kimi təqdim edilməsi;
- Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara müəssisə, mal və xidmətlər haqqında ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
- Yeni sifarişlər əldə etmək üçün təkliflərin hazırlanması;
- İşgüzar görüşlərin təşkil olunması və işgüzar danışıqların aparılması.
Bilməlidir:
- Müştəri əlaqələri, təqdimatlar və danışıqlar, müqavilə bağlamaq, tender müddəti, satış sonrası fəaliyyətlər, müqavilə və maliyyə ilə bağlı təməl bilgilərə sahib olmaq.
- Davamlı olaraq məqsəd və hədəflərə çatmaq üçün çalışmaq
- Uğursuzluqlarla müsbət şəkildə üzləşmək
- Problem və maneələrin öhdəsindən gəlmək üçün əzm göstərmək
- Başqaları ilə müsbətləri müsbət şəkildə cəld inkişaf etdirmək
- Qarşılıqlı olaraq faydalı əlaqələr qurma məlumatlarını paylaşmaq
- Başqaları ilə münasibətdə uzunmüddətli güvən yaratmaq
- Komandada işləmək bacarığı
İxtisas tələbləri:
- Müvafiq sahədə üzrə ali təhsil
- Kompüter bilikləri MS office, Outlook
- Azərbaycan, Rus
- Tikinti Şirkətində təcrübə
VAKANSIYA 4
eManat
Müştərilərə xidmət şöbəsinin təmsilçisi (Call Center)
Son tarix 15 may 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Daxil olan şikayətlərin qəbulu, onların işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirilməsi;
- Şirkətin əməkdaşlıq etdiyi provayderlər haqqında maksimum informasiyaya və həmçinin müştərilərdə sual doğura biləcək, informasiyaya malik olmaq;.
- Sorğuların düzgün ( qəbul olunmuş təlimatlara) işlənilməsi.
- Nəzakətli olmaq, telefon etiketi biliklərinə malik olmaq;
- Ünsiyyətçil və səbrli olma bacarığı;
- Tələb olunan hesabatları hazırlamaq (şöbə rəhbərinin fərdi tapşırığı əsasında);
- Müraciətlərə əsasən bəzi provayderlərlə (səlahiyyət çərçivəsində) əlaqə saxlamaq və problemin tez bir zamanda həllinə nail olmaq;
- Şöbənin digər əməkdaşlarının işdə olmadığı vaxtlarda (nahar fasiləsi, məzuniyyət, ezamiyyət, xəstəlik və digər hallarda) onları əvəz etmək.
Namizədə qoyulan tələblər:
- Bəy namizədlər
- Ali təhsilli
- Dil Bilikləri - Azərbaycan dili (ana dili) rus dili (əla)
- MS office proqramları
- Nitqində qüsur olmamalı;
- Veriləcək proqram təminatı ilə işləmə bacarığı ;
- Verilən tapşırığa adaptasiya olma bacarığı;
- Kollektivə uyğunlaşma bacarığı.
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 6 günü
- İş saatları növbəli (09:00-18:00,17:00-23:00)
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar təminatının qarşılanması.
Maraqlananlardan xahiş olunur öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “Müştərilərə xidmət şöbəsinin təmsilçisi” yazılmalıdır.
VAKANSIYA 5
Ailə sürücüsü
Son tarix 15 may 2022 - [email protected]
Vəzifələr:
- Təhlükəsizlik və yol hərəkəti qaydalarına riayət etmək;
- Ehtiyac yarandıqda ezamiyyətlərə getmək;
- İşlə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları icra etmək:
Tələblər:
- 30-40yaş arası kişi namizədlər;
- 5 ildən artıq sürücülük təcrübəsi;
- B kateqoriyalı sürücülük vəsiqəsi;
- Şəhəri yaxşı tanımalı;
- Səliqəli, dəqiq, məsuliyyətli və son dərəcə ehtiyyatlı olmalı;
İş şəraiti:
- İş qrafiki: 6gün iş, 1gün istirahət.
- Əmək haqqı: Başlanğıc olaraq 800 AZN
Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini aşağıdaki email ünvanına göndərə bilərlər.
VAKANSIYA 6
Logist LLC
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis
Son tarix 15 may 2022
İş barədə məlumat:
- Gömrük bəyannamələrinin tərtib olunması;
- Gömrükləmə üçün lazım olan sənədlərin yığılması və prosesi idarə etmək;
- Tranzit, idxal, ixrac yüklərin sənədlərinin gömrükləməyə qədər hazırlanması;
- Müştərilərə Şirkətin göstərdiyi Gömrük/logistika xidmətləri haqqında ümumi məlumatların təqdim edilməsi;
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
- İş qrafiki: Həftə içi 5 gün, 09:00-18:00 nahar fasiləsi 13:00-14:00,
- Əmək haqqı: müsahibəyə əsasən təyin olunur.
- İş yeri:Lökbatan qəsəbəsi, Xocahəsən yolu 112A- BLC Plaza
Namizədə tələblər:
- Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində attestasiyadan keçmiş
- Azərbaycan Respublikasının Gömrük qanunvericiliyindən məlumatlı olmaq, Incoterms haqqında qısa biliklərin olması
- Gömrük Bəyannamələrinin növləri/rejimləri haqqında biliklərin olması
- Tranzit, idxal, ixrac prosesi və yüklərin gömrüklənməsi barədə ümumi anlayış
- Ümumi fərdi keyfiyyətləri: İşdə məsuliyyətli, dəqiqlik, operativlik, kollektivdə işləmə bacarığı;
- Dürüst, səmimi, təşəbbüskarlıq qabiliyyəti və inkişafa meyllilik;
- Yarana biləcək problemləri həll etmə bacarığı və analitik təfəkkür;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı) və İngilis dilini bilməsi üstünlükdür.
- Kompüter billikləri: MS Office (Word, Excel, adobe) proqramını bilməli.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Gömrük brokeri” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində attestasiyadan keçmiş şəxslər müraciət etsin.
VAKANSIYA 7
Administrator (Qida və İçki şöbəsi, Şəki)
Son tarix 15 may 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Qonaq qarşılama və ilk kontaktın yaradılması
- Sifarişin qəbulu,ehtiyacların təyyini və təqdimat
- Sifarişin icrası və etirazlarla iş
- Komandanın yaradılması
- İşçi ilə inkişafedici, kritik və dəstəkverici danışıq
- İclasların effektiv keçirilməsi
- Ofisiantların qonaqpərvərlik bacarıqlarına öyrədilməsi
- Satış bacarıqlarının inkişafı
- Münaqişəli vəziyyətlərin həlli
Namizədə qarşı tələblər:
- Təcrübə:ən azı 5 il
- Dil bilikləri: azərbaycan və rus dilləriini səlist bilməli
- Yüksək danışıq qabiliyyəti və idarəetmə bacarığı
İş Şəraiti:
- İş vaxtı: həftədə 6 gün
- Əmək haqqı müsahibə zamanı təyin olunacaqdır.
- Nahar şirkət tərəfindən verilir
Maraqlanan namizədlər mövzu yerində “Administrator” yazmaqla öz CV-lərini göndərə bilərlər.
VAKANSIYA 8
Aral Group Baku
Ofis meneceri
Son tarix 15 may 2022 - [email protected]
Namizədən tələblər:
- Ofis meneceri kimi ən azı 2-3 il iş təcrübəsi
- Excel və ERP proqramı üzrə iş təcrübəsi
- MS Office proqramlarında sərbəst işləmək qabiliyyəti
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması
- İnzibati işçilərin işlərini orqanizə və kontrol etmək
- Ofis üçün alınan mal-materialın sifarişi və takibi
- İşgüzar və hədəf yönlü
- İşi sonuna çatdırmaq (koordinasiya edilməsi)
- İşə məsuliyyətli yanaşma
- İşdən çəkinməmək
- İş qrafiki həftə içi 09:00-18:00 (5 gün)
Ünvan: Biləcəri qəs.Sumqayıt şosesi 10A.
VAKANSIYA 9
Atena Group CSC
Auditor
Son tarix 15 may 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Törəmə şirkətlərin müvafiq sahələr üzrə audit yoxlanışlarında iştirak etmək;
- Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
- Audit yoxlanış nəticələri üzrə müvafiq hesabatları hazırlayıb birbaşa rəhbərə təqdim etmək;
- Audit yoxlanışları məqsədilə ezam səfərlərində olmaq;
- Audit növləri üzrə təftiş prosesini lazımı qaydada təşkil etmək və idarə etməkdə üst rəhbərə kömək etmək.
Namizədə tələblər:
- Sahə üzrə minimum 1 ildən az olmayan iş təcrübəsi arzuolunandır; ən azı 2 il mühasib iş təcrübəsi olmalıdır
- Audit fəaliyyəti ilə bağlı qanunverciliyi bilmək və müvafiq beynəlxalq sənədlərlə tanış olmaq
- İqtisad və ya maliyyə üzrə ali təhsil
- Ofis proqramlarından sərbəst istifadə
- Əla riyazi təhlil bacarığı və maliyyə bilikləri olmalı
- İnsanlar arasında geniş əlaqə yaratma və ünsiyyət vərdişləri
- Yaxşı inkişaf etmiş tənqidi düşüncə, çevik, dəqiq, diqqətcil, obyektiv olmaq və şəffaflığa bağlılıq
İş yeri: Bakı şəhəri, Ə.Rəcəbli 25 D
İş şərtləri: Şirkət tərəfindən nahar və korporativ xətt ilə təmin edilir.
Əmək haqqı: müsahibə əsasında
Tələblərə cavab verən və regionda işləmək imkanı olan namizədlərdən mövzu başlığına vakansiyanın adını qeyd edərək göndərməkləri xahiş olunur.
Qeyd: Yanlız seçilmiş namizədlər 2-ci mərhələ üçün müsahibəyə dəvət edilir.
VAKANSIYA 10
Advent Distribution
Korporativ satış şöbəsinin müdiri
Son tarix 15 may 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Tabeliyində olan işçilərə rəhbərlik etmək
- Satış proqramının hazırlanmasına nəzarət etmək
- Korporativ müştəri bazasının formalaşdırılması
- Potensial müştərilər ilə əlaqə qurmaq və görüşlər keçirmək və digər satış təmsilçilərinin bu sahədəki işlərinə nəzarət etmək
- Rəqib şirkətlər və onların satdıqları məhsullar haqqında məlumatlı olmaq və rəhbərlik etdiyi digər satış təmsilçiləri ilə bu barədə müzakirələr aparmaq
- Satış gücünü idarə etmək
- Satış təmsilçiləri arasında iş bölgüsünü aparmaq
- Satışın satış təmsilçiləri tərəfindən düzgün aparılmasına nəzarət etmək
- Satış prosesini yaxından izləmək və bu prosesin gedişatı barədə rəhbərliyə məlumat vermək
- Sənədləşmə prosesinə nəzarət etmək.
- Şöbədə çalışan işçilərin gördükləri işin effektivliyinin yüksəldilməsi istiqamətində işləmək
- Şirkətin keyfiyyət siyasəti və hədəfləri istiqamətində işləməli
- Yeni məhsullar, onların xüsusiyyətləri, digər məhsullardan fərqli cəhətləri barədə şirkət tərəfindən təşkil olunmuş seminar və təlimlərdə mütamadi iştirak etmək
Namizədə tələblər:
- Ali təhsil
- Mövcud sahədə iş təcrübəsi- 5 il
- Şirkətin satış siyasətini idarə etmək təcrübəsi olmalı
- Potensial müştərilər ilə əlaqə qurmaq və görüşlər keçirmək bacarığı olmalı
- Yerli bazarın tələbatlarından xəbərdar olmalı
- MS Office bilikləri – əla
- Azərbaycan dili -əla, Ingilis dili və Rus dili- arzuolunandır
- Sürücülük vəsiqəsi: B
- Ezamiyyətlərə açıq
- Kollektivdə işləməyi və işçilər arasında yaranan problemləri həll etməyi bacarmalıdır
İş şərtləri:
- İş saatı: I-V günlər 09:00-dan 18:00-dək, VI gün 12:00-dən 15:00-dək
- İstirahət günü bazar günüdür
- Şirkət tərəfindən yanacaq və korporativ nömrə ilə təmin edilir
- Əmək haqqı: Namizədin bilik və bacarığı əsasən müsahibə əsnasında dəyişəcəkdir.
- Aylıq bonus və rüblük motivasiya.
CV-ləri aşağıda qeyd olunan e-mail adresinə göndərməyiniz xahiş olunur.
VAKANSIYA 11
Kapital Bank
Monitorinq və nəzarət şöbəsinin Meneceri
Son tarix 15 may 2022
Öhdəliklər:
- Filialların gündəlik fəaliyyətinə, işçilərin davamiyyətinə və korporativ standartların pozulmamasına distant və yerində nəzarətin təşkili;
- Mütəmadi olaraq filiallarda monitorinqlərin aparılması və rəhbərliyə hesabatların təqdim olunması;
- Şöbə daxilində işlərin və vaxtın düzgün bölüşdürülməsinə, şöbə əməkdaşlarının öhdəliklərini düzgün formada yerinə yetirmələrinə nəzarət;
Tələblər:
- Kollektivlə işləmə bacarığı;
- Özünə əminlik, gərgin iş rejimində işləmə bacarığı;
- Sərbəst şəkildə problemləri həll etmə qabiliyyəti;
- İdarəetmə və liderlik keyfiyyətləri;
- Təşkilatçılıq bacarıqları;
- Yüksək ünsiyyətqurma bacarıqları;
- Filialda iş təcrübəsi;
- Filial meneceri kimi attestasiyasının olması arzu olunandır ;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək müraciət edə bilərsiniz.
VAKANSIYA 12
Abşeron Logistika Mərkəzi
Marketinq mütəxəssisi
Son tarix 11 may 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Sosial media hesabları və platformalarını idarə etmək (Facebook, LinkedIn, Instagram, Youtube və s.);
- Kreativ post ideyaları hazırlamaq (mətnlərin yazılması və redaktə edilməsi);
- Bütün növ reklam, PR mətn və ideyalarının və mətnlərinin hazırlanması (press-reliz, seo yönümlü mətnlər);
- Bazarda trendlərin, rəqiblərin analiz edilməsi və digər araşdırmaların edilməsi;
- PR, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
- Səhifəyə gələn sorğuları cavablandırılmasını təmin etmək;
- Şirkətin vebsaytında olan məlumatların redaktə olunması;
- Podratçi şirkətlərlə işləmək (mətbəə, agentlik və s.).
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Marketinq üzrə 1- 3 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili və Rus dili mükəmməl, İngilis dili yaxşı;
- Kompyuter biliyi: Word, Excell, Power Point;
- Qrafiq dizayn və video montaj proqramınlarından anlayışı olması üstünlükdür;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Sosial media planlama və idarəetmə təcrübəsi;
- Araştırma, daima öyrənməyə həvəsli və verilən tapşırıqları vaxtında çatdırmaq;
- Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
- Problem həlletmə, müstəqil qərarvermə və təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır.
- Portfolio mütləqdir (cv ilə portfolionuzu əlavə etməyiniz xahiş olunur).
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 10 may 2022-ci il tarixidir.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Marketinq mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSIYA 13
İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdir müavini
Son tarix 15 may 2022 - [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Kurasiya üzrə işlərin bölgüsünü aparmaq və işlərin vaxtında və keyfiyyətli icrasını təmin etmək;
- Kurasiya üzrə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri təsdiq etmək, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək;
- Marketinq sahəsində işlərin təşkilini, tənzimlənməsini və təkmilləşdirilməsini təmin etmək;
- Yeni layihələrin təklif edilməsi və cari layihələrin idarəedilməsinə nəzarət;
- Müvafiq dövrü hesabatların hazırlanmasına nəzarət;
- Pərakəndə satış istiqamətində marketinq fəaliyyətinin planlanması və icrasına nəzarət.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
- Dəqiq və qərəzsiz olmalı, analiz, təklif vermə qabiliyyətinə sahib olmalı;
- Layihə idarəetmə (Project Management) təcrübəsi olmalı;
- Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (yaxşı), Microsoft Office proqramlarını mükəmməl bilmək.
Tələb olunan təhsil və iş təcrübəsi:
- İqtisadiyyat, marketinq, biznesin idarə olunması sahəsində ali təhsil.
- İctimaiyyətlə əlaqələr, KSM və ya marketinq kommunikasiyaları sahələrində ən azı 4 il iş təcrübəsi olmalı;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdir müavini" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
VAKANSIYA 14
Technology Equipments Company
Anbardar
Son tarix 07 may 2022 - [email protected]
Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 187, Ofis 120
İş yeri: Binəqədi qəsəbəsi
Tələblər:
- MS Office proqrammlarında sərbəst işləməlidir
- İş təcrübəsi 3 ildən artıq
- Diqqətli, şaffaf, işində dəqiq olmalıdır
Əsas vəzifələr:
- Anbarda məhsulların qəbulu/verilməsi və qeydə alınması:
- Anbarda məhsulların dövriyyəsinin izlənilməsi;
- Anbar üzrə hesabatların hazırlanması;
- Çatışmazlıqlar barədə rəhbərə məlumatların verilməsi.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Aylıq maaş: 665 AZN
- Karyera yüksəlişi imkanı
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Anbardar” qeyd edərək öz CV-lərinizi elektron ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSIYA 15
Company
Baş mühasib
Son tarix 07 may 2022 - [email protected]
Tikinti şirkətlərindən birinə Baş mühasib tələb olunur:
Vəzifə öhdəlikləri:
- Maliyyə uçotu və Vergi uçotunun qurulması, idarə edilməsi;
- Maliyyə hesabatlarının və rəhbərliyin tələbinə uyğun digər hesabatların təmin edilməsi;
- Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar/kreditorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
- Əsas vəsaitlərin, mal-materialların və digər aktivlərin uçotu və inventarizasiyasının təşkil və nəzarət;
- Dövlət qurumlarına hesabatların təqdim edilməsi və yazışmalar;
- Tabeçiliyindəki əməkdaşların işlərinə nəzarət
- Qanunvericiliyə uyğun Kadr uçotunun qurulması və idarə olunması.
Vakansiya ilə bağlı tələblər:
- Tikinti sahəsində ən azı 2 il iş təcrübəsi;
- Mühasibatlıqla bağlı qanunvericilik bilikləri;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
İş şəraiti:
- Həftədə 6 iş günü; 09:00-18:00
- Əmək haqqı: 1000-1500 AZN
Xahiş edirik, mövzu hissəsində “Baş mühasib” yazaraq, öz CV-lərinizi mail ünvanına göndərəsiniz.
VAKANSIYA 16
NetTech
Sosial Media Mütəxəssisi
Son tarix 07 may 2022 - [email protected]
İş barədə məlumat:
- Şirkətin sosial şəbəkə hesablarının idarə edilməsi
- Sosial media üçün Aylıq post planının hazırlanması
- Sosial media üçün yaradıcı post ideyalarının düşünülməsi
- Sosial media paylaşımları, müştəri rəylərinin və sorğuların cavablandırılması
- Tik-tok video çəkiliş+montaj
Namizədə tələblər:
- Ali təhsil
- Azərbaycan dili (rus dili arzulolunandır)
- Nəzakətli, dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli və həvəsli olmalı
- Komandada işləmək bacarığı
İş şəraiti:
- İş saatı: 10:00-19:00
- Əmək haqqı: 500 AZN
- Əlavələr: AR əmək məcəlləsinə görə sənədləşmə
- İş yeri: Kövkəb Səfərəliyeva küç. 14
Müraciət qaydaları:
Aşağıda qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “SMM “adını yazıb CV göndərməklə müraciət edilir.
VAKANSIYA 17
Zəhmət - Ruzi MMC
Baş mühasib
Son tarix 07 may 2022 - [email protected]
Əsas vəzifə və öhdəlikləri:
- Müəssisələr tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi
- Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Sosial Müdafiə Fondu, Statistika Komitəsi və vergi orqanlarına təqdim olunan aylıq, rüblük və illik hesabatların hazırlanmasına nəzarət, hesabatların təqdim edilməsinin təmin edilməsi
- Uçot sisteminin, təqdim olunan hesabatların avtomatlaşmasının təmin edilməsi
- Vergi və digər qanunvericilik yeniliklərini yaxından izləmək və Şirkətilərin vergi siyasətinin aktuallığını qoruması istiqamətində işlər aparmaq
- Mühasibatlıq şöbəsinin işinin düzgün təşkilini təmin edən qaydaların aktuallığını mütəmadi yoxlamaq və yeniliklər təklif etmək
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- BTP proqramı, 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s. , e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi
- Əmək haqlarının, məzuniyyətlərin, ezamiyyətlərin, əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamanması
Tələblər olunan keyfiyyətlər:
- Maliyyə və ya mühasibatlıq üzrə bakalavr dərəcəsi;
- Mühasibatlığa dair cari qanunvericilik (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə) aktlarına dair bilik
- Mühasibatlıq üzrə min.5 il iş təcrübəsi;
- Kompüter bacarığı: MS Office, 1C Mühasibat Proqramının 8.3 konfiqurasiyasında işləmə bacarığı
- İstehsal sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək.
- Məsuliyyətli və işində dəqiq;
- Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik;
İş barədə məlumat:
- AR qanunvericikliyinə uyğun sənədləşmə
- İş yeri Xırdlan şəhəri
- İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dək, istirahət günləri şənbə, bazar
- Şirkət hesabına nahar
- Əmək haqqı 1700-2000 AZN (namizədin bilik və bacarığından asılı olaraq dəyişir)
Maraqlananlar CV-lərini mövzu yerinə “ Baş mühasib” yazaraq mail ünvanına göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSIYA 18
Badamlı
Ofis menecer
Son tarix 07 may 2022 - [email protected]
İş barədə məlumat:
- Ofis xidmətlərinin təmin edilməsi və nəzarətdə saxlanılması
- Görüşlərin və tədbirlərin təşkili, müvafiq təqvimlərin tutulması
- Telefon zənglərinin qəbulu və qeydiyyatının aparılması
- Müxtəlif kanallardan daxil olan bütün yazılı və şifahi müraciətlərin qeydiyyatının aparılması və nəticələrinin izlənməsi
- GPS sistemdən müvafiq hesabatların alınması və izlənməsi
- Sənəd dövriyyəsinin təşkili və reyestrinin aparılması
- Talonların hazırlanması, işçilərə təqdiminin və hesabatlılığının təmini
- Poçt, e-poçt və kuryerlə sənədlərin göndərilməsinin təmini
- Elanların və anonsların yerləşdirilməsi
- Qonaqların və namizədlərin qarşılanması, yönləndirilməsi və qeydiyyatının aparılması
- Rəhbərliyə və qonaqlara çay, su, kofe verilməsi
- Ofis üzrə aylıq dəftərxana ləvazimatları ehtiyaclarının müəyyənləşdirilməsi və tələbin müvafiq bölməyə göndərilməsi
- Ofisin inzibati işlərinə nəzarət və problemlər haqqında məlumatın vaxtında təqdim edilməsi
- İşi ilə bağlı müvafiq periodik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- İş qrafiki: həftənin 1-6 günləri
- İş saatı: 09:00 - 18:00, 6-cı gün qısa iş günü
- Əmək haqqı: 500 AZN
Namizədə tələblər:
- Ali təhsil
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Mükəmməl səviyyədə Azərbaycan dili və səlis nitq qabiliyyəti
- MS Office proqramlarında yaxşı səviyyədə işləmə bacarığı
- Kargüzarlığın aparılması üzrə bilik və təcrübə
- İdarəetmə, kreativlik, komandada və operativ işləmə bacarıqları
- İcraçılıq, məhsuliyyət, detallara diqqət və öyrənmə istəyi vacibdir
Tələblərə uyğun namizədlərdən CV-lərini “Ofis menecer” başlığı altında e-ünvanına göndərmələri xahiş olunur.
Xanım namizədlərə üstünlük veriləcək.
VAKANSIYA 19
Kontakt Home
Hüquq işləri üzrə inzibatçı
Son tarix 07 may 2022 - müraciət etmək
Vəzifə öhdəlikləri:
- Müxtəlif hüquqi sənədlərin hazırlanması;
- Müvafiq məlumat bazasının yaradılması;
- Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması.
Tələblər:
- Ali təhsil (hüquq təhsili üstünlükdür);
- Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
- Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır;
- Tələbkarlıq, obyektivlik, məsuliyyətlilik;
- Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı);
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- İş günləri: I-V günlər tam iş günü, şənbə günü qısa iş günü;
- 600 AZN əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSIYA 20
Baku Accountants Associates MMC
Mühasib
Son tarix 07 may 2022 - [email protected]
İş barədə məlumat:
- Elektron qaimələrin yazılması, təhvil - təslim aktları hazırlanılması;
- E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmə bacarığı;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması;
- Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödənişləri reallaşdırmaq;
- Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq;
- Aylıq,rüblük,illik vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
- Əmək haqqı, məzuniyyətlərin hesablanması;
- Gördüyü işlərlə bağlı gündəlik və aylıq, illik hesabatlar tərtib etmək;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: Bazar ertəsi – Şənbə, 09:00-dan 18:00-dək;
- İstirahət: Bazar günləri;
- Əmək haqqı – 400-600 AZN;
Tələblər:
- Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- Müvafiq sahədə minimum 2 (iki) il iş təcrübəsi;
- Office proqramlarında, əsasən EXCEL-də yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində biliklərə sahib olmalıdır;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Əlaqə: 070-611-77-51 Nicat Məhmərzayev
VAKANSIYA 21
Starcom
Office Manager
Son tarix 07 may 2022 - [email protected]
İş barədə məlumat:
- Müştərilərin qarşılanması və qeydiyyatı
- Telefon zənglərinə cavab verilməsi və yönləndirilməsi
- Gələn informasiyaların toplanması və uyğun olan struktur bölmələrinə ötürülməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi
- Rəhbərliyə inzibati işlərdə dəstək
- Xidmətlərin keyfiyyətli və ən yüksək səviyyədə göstərilməsi
- İş günləri: 5 gün, saat 09:00-dan 18:00-dək
- Əmək Məcəlləsi-nə uyğun sənədləşmə
Əmək Haqqı- 500 AZN
Namizədə tələblər:
- Azərbaycan vətəndaşlığı
- Dil bilikləri: Azərbaycan və rus dili (ingilis dili biliyi üstünlükdür)
- Səliqəli, punktual, xoş görünüşlü
- Təhsili: Orta ixtisas və ya Ali
- Kompüter bacarıqları: Office proqramları - Word, Excel
- Ünsiyyət, düzgün diksiya və məlumatın ötürülməsi bacarığı
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı.
CV-siz namizədlərə baxılmır.Seçimlərə düşmək üçün cv göndərmək mütləqdir!
CV-lərinizi fotoşəkil ilə birlikdə elektron ünvanına “Office Manager” başlığı altında göndərməyiniz mütləqdir.
VAKANSIYA 22
Azmerika
Qrafik dizayner
Son tarix 07 may 2022 - [email protected]
Namizədə tələblər:
- Photoshop, Illustrator yaxud Corel Draw biliyi
- Google üzərindən axtarış etməyə yetəcək səviyyədə İngilis dili biliyi
İş haqqında məlumat:
- Sosial Media postlarının hazırlanması
- Şirkətin brendinqinə uyğun reklam posterlərinin hazırlanması
- İş qrafiki – həftənin 6 günü 09:00 – 18:00
- Əmək haqqı: İlk 3 ay üçün 500 AZN
- Ünvan: Bakıxanov qəs, Bəşir Bünyadov küç
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərin mövzu yerində “Qrafik dizayner” qeyd edərək öz CV-lərini elektron ünvanına göndərməyi xahiş olunur.
Freelancer nəzərdə tutulmur, SMM şirkətləri müraciət etməsin.
VAKANSIYA 23
Deniz Egece Neuroscience Academy
Zənglər mərkəzinin mütəxəssisi
Son tarix 07 may 2022 - [email protected]
Zəruri tələblər:
- Azərbaycan dilini səlis bilməli (Rus dili arzu olunandır)
- Səlis və aydın intonasiya ilə nitq bacarığı
- Telefonda ünsiyyət və dinləmə qabiliyyəti
- Fikrini aydın ifadə etmə və təqdimat bacarığı
- Xoş səs tonuna malik olmalı
- Komanda ilə işləmək bacarığı
- Satış təcrübəsi arzu olunandır
Vəzifələr:
- Müştərilərdən daxil olan telefon zənglərinə cavab vermək
- Telemarketing (şirkət məhsullarının satışını təmin etmək)
- Müştərilərə məhsul və xidmətlərlə bağlı məlumat vermək
- Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək
İş qrafiki: Bazar ertəsi – Cümə tam iş saatı, Şənbə günü qısaldılmış iş saatı.
Əmək haqqı: 400-1000 AZN (əmək fəaliyyətinə əsasən sonra əmək haqqında artım olunacaq) və bonus
Qeyd: Yalnız xanım namizədlərin müraciətlərinə baxılacaq.
CV göndərərkən “subject” (mövzu) bölməsində "Zənglər mərkəzinin mütəxəssisi" sözünün yazılması mütləqdir.
VAKANSIYA 24
Miniso Co LLC
Satış Təmsilçisi
Son tarix 07 may 2022 - [email protected]
Tələblər:
- Təhsil: Ali və ya orta;
- Azərbaycan dilini və Rus dilini bilməsi üstünlükdür;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Satış qabiliyyəti olmalı;
- Məhsulları təqdim etmək bacarığına malik olmaq.
Əsas vəzifələr:
- Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
- Müştərinin seçimi üçün optimal şərait yaratmaq;
- Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək.
Biz Siz təklif edirik:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Karyera yüksəlişi imkanı;
Əmək haqqı : 400 AZN
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Satıcı ” qeyd edərək öz CV-lərinizi elektron ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSIYA 25
C.Q PARTNERS MMC
Mühafizə rəisi
Son tarix 07 may 2022 - [email protected]
Öhdəliklər:
- İstehsal müəsisəsinin və müəssisə ərazisində olan bina, əmlak, avadanlıq, depo (anbar), mal-materialların mühafizəsini təmin etmək;
- Növbə zamanı əraziyə daxil olan hər bir şəxsin və nəqliyyat vasitələrinin, çıxan və daxil olan mallar və onların sayı, sənədlə düzgünlüyünün ciddi yoxlanmasını təmin etmək ;
- Müəssisənin ərazisinə giriş və çıxışla bağlı tətbiq olunan rejimlərin tələblərinə əməl olunmasını tələb etmək;
- Müəssisənin mühafizəsini təmin etmək məqsədi ilə növbədə olduğu müddətdə əraziyə daxil olan hər bir şəxsin və nəqliyyat vasitələrinin ciddi yoxlanmasını təmin etmək
- Mühafizə işçilərinin növbə cədvəlini təyin etmək
- Yanğın təhlükəsizliyi tədbirlərinin görülməsini təmin etmək ;
- Fövqəladə hallar zamanı insanların və zəruri inventarın təxliyəsinin təşkil edilməsi ;
- Təhlükəsizliyin təmin edilməsi səviyyəsinin mütəmadi diaqnostikası ;
- Daxili təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək ;
- Fəaliyyəti ilə əlaqədar mütəmadi olaraq, rəhbərliyə hesabatlar vermək
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirmək
Namizəddən tələblər:
- Mühafizə işinin təşkilində minimum 3-5 il iş təcrübəsi ;
- Yaş həddi 25 - 40 ;
- Boy 173 sm - dən yuxarı olmalı ;
- Komandada işləmək bacarığı ;
- İnsanlarla münasibətdə birtərəfli baxış ;
- İşində məsuliyyətli, ciddi və dəqiq olmalı ;
- Çevik və düzgün qərar verməyi bacaran ;
- Hərbi xidmət keçmiş olmalı ;
- Məhkumluğu və hər hansı alüdəçiliyi və pis vərdişləri olmamalı ;
- Şifahi nitq və ünsiyyətdə yüksək səviyyədə bacarığı olmalı ;
- İnsan idarəetmə bacarığının yüksək olması;
- Dürüst olmaq;
Əmək haqqı: 800 manat.
VAKANSIYA 26
MSDIS Holding
Mal-material üzrə mühasib
Son tarix 07 may 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
- Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
- Daxili təsərrüfat ehtiyatlarınının nəzarəti. Itkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirləri həyata keçirir.
- Sistemə yeni mal-materialın adlarını daxil edilməsi;
- Mövcud hazır mal-materialın maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
- Məhsullar üzrə mal-materialın maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqaisənin aparılması;
- Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqaisə olunması;
- Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi;
- İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərin təmin etməli;
- Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması;
- Mühasibatlıq sənədlərinin olduğu kimi qorunub saxlanmasını təmin etməli, müəyyən olunmuş qaydaya əsasən onların arxivə ötürülməsini həyata keçirməli;
- Aidiyyatı sahə üzrə rəhbər şəxslərin digər tapşırıqlarını həyata keçirməlidir;
- Məxfilik prinsiplərini pozmamaq.
Tələblər:
- İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə – Ali təhsil;
- Tikinti və istehsal sahələrində 3 illik iş təcrübəsi olmalı;
- Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə mükəmməl biliklərə sahib olmalı;
- Müvafiq sahə üzrə sertifikatları olmalı;
- 1 C sistemi üzrə bilik və təcrübələri olmalı, ,
- MS Excel üzrə mükəmməl biliklərə sahib olmalı;
- Mühasibat qaydaları, vergi qanunvericiliyi, Əmək qanunvericiliyi sahib olmalı;
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: müsahibə əsasında təyin olunur
- İş yeri: Nərimanov rayonu.
- Əlaqə nömrəsi:051-201-21-97
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Mal-material üzrə mühasib” qeyd edərək e-ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, müraciət sıxlığından dolayı yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSIYA 27
PASHA Life
Kredit, bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi
Son tarix 01 may 2022 - https://pasha-life.az/about/#career
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 30.04.2022-ci il.
Vəzifə Öhdəlikləri:
- İnvestisiya portfelinin və digər aktivlərin təhlil edilməsi yolu ilə kredit, bazar və likvidlik risklərinin aşkarlanması, ölçülməsi və nəzarətdə saxlanılması;
- Kredit, bazar və likvidlik riskləri üzrə alət və modellərin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
- Aktiv və öhdəliklərin valyuta, durasiya, konveksiti, faiz və s. bu kimi meyarlar əsasında uzlaşdırılması və immunizasiyası;
- İqtisadiyyatda mövcud və potensial dəyişikliklərin araşdırılması, stress-testlərin aparılması (Solvency II) və şirkətin maliyyə vəziyyətinə mümkün təsirinin təhlili;
- Kredit, bazar və likvidlik riskləri üzrə Risk İştahı Bəyənnaməsi və/və ya digər normativ sənədlər ilə müəyyən edilmiş limitlərə nəzarət edilməsi;
- IFRS 9 standartlarına uyğun olaraq makrokalibrasiyanın aparılması
- Birbaşa rəhbərin risklərin idarəedilməsi ilə bağlı digər tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Risk/Maliyyə (maliyyə analitikası) sahəsi üzrə ən azı 1 il iş təcrübəsi
- Təhsili/ixtisası: Maliyyə və ya iqtisadiyyat üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla
- Üstünlüklər: Risklərin idarə edilməsi sahəsində iş təcrübəsinin olması, CFA I/FRM I sertifikatları
- Kompüter bilikləri: MS Office:əla
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə, planlaşdırma.
İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSIYA 28
PASHA Insurance
Satış üzrə assistent (Xaçmaz nümayəndəliyi)
Son tarix 07 may 2022 - [email protected]
Vəzifə və öhdəliklər:
- Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi
- Şirkətə müraciət edən müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsi
- Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanın Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi
- Zərurət yarandığı halda sığorta obyektlərinə baxışın həyata keçirilməsi
- Fərdi və bank müştərilərinə xidmət edilməsi, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələrin yazılması
- Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edilməsi və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi
- Şirkətin əməkdaşlıq etdiyi partnyorların (agentlərin) maddi-texniki təminatına dəstək göstərilməsi
Biliklər:
- Ali təhsil - Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir
- Dil bilikləri: Azərbaycan dilini sərbəst bilmək
Təcrübə:
- Müvafiq iş təcrübəsinin olmasına üstünlük verilir
Bacarıqlar:
- Ünsiyyət qurmaq bacarığı
- Dəqiqlik
- Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
- Komanda ilə işləmək bacarığı
- Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı
Son müraciət tarixi: 07 may 2022.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.
VAKANSIYA 29
Ram Holding
İşə Qəbul üzrə Mütəxəssis
Son tarix 07 may 2022 - [email protected]
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil;
- Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (Upper-İntermediate), Rus dili (arzuolunandır);
- Kompüter bilikləri: MS Excel bilikləri (Pivot Table, VlookUp, SumİFS funksiyalarından istifadə edə bilən);
- Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı;
Vəzifə öhdəlikləri:
- Daxil olan işçi tələb formalarını təhlil edilməsi;
- Mövcud vakansiyalar üzrə iş elanlarını hazırlanması və müvafiq kanallarda yerləşdirilməsi;
- Vakansiyalara uyğun namizədlərin seçilməsi, müsahibələrin təşkili və keçirilməsi;
- Zərurətə əsasən işə qəbul testlərinin həyata keçirilməsi;
- Yeni əməkdaşların adaptasiya proseslərinə nəzarət edilməsi;
İş şərtlərimiz:
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Çalışacağınız ünvan: Yasamal ray., Mirəli Seyidov küç. (21 saylı məktəbin yaxınlığında).
- Şirkət tərəfindən nömrə ilə təmin olunma;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İşə Qəbul üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSIYA 30
Irshad Electronics
Satış təmsilçisi (Gəncə, Şəmkir və Tovuz)
Son tarix 07 may 2022 - [email protected]
Vəzifə və öhdəliklər:
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Müştərilərlə işləmək qabiliyyəti;
- Mükəmməl kommunikasiya qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Ali təhsilə üstünlük verilir;
- Müştəriyə məhsullar, zəmanət şərtləri haqqında dəqiq və ətraflı məlumatın verilməsi;
Tələblər:
- Yaş: 23-29 arası;
- Cinsi: kişi;
- Ali təhsil, Azərbaycan dili və rus dili səlis bilməyi;
- Mobil telefon və elektronika sahəsində iş təcrübəsi minimum 1 il olmalıdır.
VAKANSIYA 31
Kontakt Home
Merçendayzer
Son tarix 07 may 2022 - müraciət etmək
Vəzifə öhdəlikləri:
- Rəhbərlik tərəfindən təyin edilmiş qaydalara riayət olunub-olunmadığının qiymətləndirilməsi üçün mağazaların yoxlanılması, o cümlədən məhsulların düzülüşü, təmizlik, qiymət kağızlarının vaxtında dəyişdirilməsinin yoxlanılması;
- Yeni təyin olunan qayda və kampaniyalar haqqında mağaza personalının məlumatlı olub-olmadığını yoxlamaq üçün mağaza personalının sorğu-sual edilməsi;
- Məhsulların düzülüşü haqqında mağaza personalına təlimlərin keçirilməsi.
Tələblər:
- Müvafiq sahə üzrə iş təcrübəsi: 1 ildən;
- Merçendayzinqin əsaslarını üzrə biliklər;
- Digər (məsələn, paltar, ev əşyaları və sair qeyri qida məhsullarının satışı) sahələrdə merçendayzer kimi iş təcrübəsi arzu olunandır;
- Tez öyrənmək və uyğunlaşmaq bacarığı;
- İş ilə bağlı səyahət etmək imkanı.
İş şəraiti:
- İş günləri: I-VI günlər;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSIYA 32
Kəngərli
Satınalma meneceri
Son tarix 07 may 2022 - [email protected]
İş barədə məlumat:
- Tikinti, mühəndisi-geologiya sahəsi bazarında layihələrin axtarışı
- 5 günlük iş həftəsi
Namizədə tələblər:
- Əmək haqqı namizədin bilik və bacarığından asılı olaraq müsahibə zamanı müəyyən edilir
- Müvafiq sahədə axtarış təcrübəsi
- Tikinti sahəsində iş təcrübəsi 3-5 il
- Tikinti sahəsində şirkətlər haqqında məlumatın olması
- Yaxşı analitik və ünsiyyət qurma, danışıqların aparılması bacarıqları
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli
Əlaqə nömrəsi: 050 314 40 14
VAKANSIYA 33
Ferrum Capital
Marketinq bölməsində Copywriter
Son tarix 07 may 2022 - [email protected]
Hansı özəlliklərə malik olmalıdır?
- Ali təhsil;
- 21-29 yaş aralığında gənclər;
- Komanda ilə işləmə bacarığı;
- Yaradıcı düşüncə;
- Maraqlı portfolioya sahib olmaq;
- Azərbaycan dilində mükəmməl yazma qabiliyyəti (əlavə xarici dil üstünlükdür);
- Müvafiq sahədə 1-2 il iş təcrübəsi (Reklam agentliyində təcrübəsi olanlara üstünlük veriləcək)
Copywriter nə iş görür?
- Şirkətin məhsul və xidmətləri ilə bağlı yaradıcı kampaniya təkliflərini təqdim etmək;
- Sosial Media üçün kontent yaratmaq, kreativ post ideyaları hazırlamaq, mətnlərin yazılması və redaktə edilməsi;
- Kampaniyalar üçün sloqanlar düşünmək;
- Müştərilərin diqqətini cəlb edəcək mətnlər hazırlamaq və yaradılan kontentlərin nəticələrini analiz etmək;
- Video kontentlər üçün ssenarilər hazırlamaq;
- Ehtiyac olduğu halda bütün növ reklam, PR mətn və ideyalarının hazırlanması.
Əlavə məlumat:
- 5 günlük iş qrafiki: 09:30 – 18:30
- Əmək haqqı: 500-800 AZN
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Copywriter” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.