VAKANSİYA 1
Dubai International Hotel
Mühasib
Son tarix 16 iyl 2022 - [email protected]
Əmək haqqı: 700-800 AZN.
İş barədə məlumat:
- Vergi hesabatlari (Mənfəət, DSMF, Statistika)
- İcbari Sığorta ödənişləri
- İnternet Bankinqlə əməliyyatlar
- Kassa əməliyyatları
- Əmək müqavilələrinin hazırlanması
- Elektron qaimələrin göndərilməsi
- Əmək haqqının hesablanması və ödənişlərinin həyata keçirilməsi
- Baş ofisin tələb etdiyi hesabtları vaxtında təmin etmək
- Ümumi maliyyə hərəkətlərinə nəzarət
Tələblər:
- İngilis dilində danışıq və yazı biliyi (intermediate)
- 1-3 il iş təcrübəsi
- Otel sahəsində təcrübəsi olması üstünlükdür.
- Vergi uçotunun vergi qanunvericiliyinə əsasən tətbiqi , BTP proqramı üzərindən mənfəət vergisi,ƏDV, Gəlir vergisi , Torpaq-əmlak vergisi və s bəyannamələrin tam şəkildə tərtib etmək
- Kompüter bilikəri -Word , Excel -düsturlarla uçotun tətbiqi.
VAKANSİYA 2
ARIS
Vue.js developer
Son tarix 16 iyl 2022 - [email protected]
Namizəddən tələb olunan bilik və bacarıqlar:
- 2+ il JavaScript təcrübəsi;
- Vue.js ilə web App təcrübəsi;
- React.js biliyi üstünlükdür;
- HTML, CSS, SCSS və ya LESS təcrübəsi;
- Rest Api-larla, Git və Webpack ilə işləmə bacarığı;
- UI kitlər ilə işləmə və hazırlama bacarığı;
- Fərdi hazırlanmış veb dizayna uyğun responsiv saytların hazırlanması;
- State management kitabxanaları ilə işləmə bacarığı;
- Səliqəli və oxunaqlı kod yazmaq bacarığı.
Vəzifə üzrə başlıca öhdəliklər və məsuliyyətlər:
- Yeni layihələrin hazırlanması;
- Mövcud layihələrə yexiki dəstək göstərilməsi;
- Layihə və texniki sənədlərin hazırlanmasında iştirak;
- Layihə rəhbəri tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.
Əmək haqqı: 1300-2000 AZN (Müsahibə zamanı namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən olunacaq).
Namizədlərdən öz CV-lərini “Vue.js developer” başlığı altında elektron poçt ünvanına göndərmələri xahiş olunur.
VAKANSİYA 3
Şirniyyat mağazası
Marketinq menecer
Son tarix 16 iyl 2022 - [email protected]
Marketinq menecer kimi sizin rolunuz satış və marketinq fəaliyyətinin həyata keçirilməsi, brendin müsbət imicinin gücləndirilməsi, eləcə də müxtəlif miqyaslı kampaniyalarının (BTL və ATL) həyata keçirilməklə yeni müştərilərin cəlb olunmasından ibarət olacaqdır.
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Biznes məhsullu üzrə brend və marketinq kommunikasiyasının hazırlanması, məhsul və xidmət sahəsinə uyğun olaraq müvafiq planların, kampaniyaların və tədbirlərin hazırlanması və yerinə yetirilməsi
- Brendin müsbət imicini qoruyub saxlamaqla bazardakı mövqeyinin möhkəmləndirilməsi
- Büdcənin planlaşdırılması və xərclərin idarə edilməsi
- Təsdiq edilmiş büdcə və zaman çərçivəsində müxtəlif miqyaslı marketinq kommunikasiya kampaniyalarının (brend, rəqəmsal, ATL, BTL) hazırlanması, həyata keçirilməsi, idarə edilməsi və reallaşdırılması
- Yerli və beynəlxalq bazarlarda marketinq tendensiyalarının monitorinqi
- Alış istiqamətlərin müəyyən edilməsi və müəyyən layihə çərçivəsində işin düzgün əlaqələndirilməsi üçün görüşlərin hazırlanması
- Həyata keçiriləcək yeni satış tuneli üzrə planların və gedişata dair hesabatların hazırlanması və idarə olunması
- Heyyətin idarə olunması
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- İqtisadiyyat, Marketinq, Menecment və ya Biznes Administrasiyası üzrə ali təhsil
- İdarəçilik və marketinq kommunikasiyalari üzrə 3-5 il iş təcrübəsi
- Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili üstünlük hesab olunur)
İş qrafiki: Iş saatı 09:00-dan 18:00-dək.
- Həftənin 5 günü
- Maaş 1500-2000AZN + bonus
- Korporativ nömrə
- Nahar
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “marketinq manager” qeyd etməklə elekton poçt ünvanına göndərmələri xahiş olunur.
VAKANSİYA 4
ARIS
PHP developer
Son tarix 16 iyl 2022 - [email protected]
Namizəddən tələb olunan bilik və bacarıqlar:
- MVC daxil olmaqla, 1 ildən artiq obyekt yönümlü proqramlaşdırma (OOP) üzrə expert bilikləri;
- PHP (MVC, OOP, Laravel framework, Yii framework);
- Project arxitekturasının qurulması üzrə təcrübə;
- Security üzrə biliklər;
- Design, Algorithm optimization üzrə təcrübə;
- MySQL/relational database, noSQL, REDIS üzrə təcrübə;
- RESTFul API və ORM üzrə təcrübə;
- Optimal Sorğuların yazilması və yazılmış sorgularin optimallaşdırılması;
- Linux təcrübəsi;
- HTML, CSS, JavaScript, jQuery;
- React və ya Vue üzrə biliklər;
- Version control tools (git).
Vəzifə üzrə başlıca öhdəliklər və məsuliyyətlər:
- Yeni layihələrin qrup və ya fərdi şəkildə ərsəyə gətirilməsi, mövcud layihələrin dəstəklənməsi və inkişaf etdirilməsi;
- Keyfiyyətli və səliqəli kod yazmaq;
- Hazırlanan tapşırıqların ilkin sınaqlarını aparmaq və işlərin keyfiyyətli təhvil verilməsi;
- Yeni texnologiyaları izləmək və öyrənilməsinə meyilli olmaq.
Əmək haqqı: 1500-2000 AZN (Müsahibə zamanı namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən olunacaq).
Namizədlərdən öz CV-lərini “PHP developer” başlığı altında elektron poçt ünvanına göndərmələri xahiş olunur.
VAKANSİYA 5
Baku Electronics
Anbar Xidmət İşçisi (Fəhlə)
Son tarix 16 iyl 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Məhsulları əl və ya əl arabası, forklift, birbaşa qaldırıcı-nəqledici mexanizmlərdən istifadə etməklə yükləyib boşaltmaq;
- 50 kq-a qədər (4 dərəcə) və 50 kq-dan artıq (5 dərəcə) yükləri avtomobillərə və nəqliyyat vasitələrinə yükləyib boşaltmaq;
- Məhsulları daşımaq və anbar daxili kodlaşdırmaya uyğun yerləşdirmək;
- Malları yük maşınına yığdıqda hərəkətini məhdudlaşdırmaq üçün möhkəmləndirmək;
- Müştəriləri gülərüzlə qarşılamaq, hər bir müştəriyə prosedura uyğun xidmət göstərmək və müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq;
- Anbar daxilində sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında yerinə yetirmək.
Tələblər:
- Komandada işləmək bacarığı;
- Ağır, iri həcmli məhsullara işləmək qabiliyyəti;
- Loyallıq və şirkət qaydalarına riayət etmək;
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
İş rejimi: Tam iş günü (6 gün), gündəlik 8 saat
Əmək haqqı: 500 AZN+ bonus
Yaş həddi: 25-40
İş yeri: Bakı şəhəri, Hökməli qəsəbəsi
Əlaqə nömrəsi 055 414 51 23.
VAKANSİYA 6
Consulting Company
Payroll Specialist
Son tarix 16 iyl 2022 - [email protected]
Experience & Qualifications:
- Higher education in Accounting, Audit, Finance, Economics
- 5+ years of relevant experience in payroll accounting and relevant taxes calculation, including for foreigners and external contractors and for different types of income
- Strong knowledge of Azerbaijani Labor code and Tax code
- Experience with tax inspectorate collaboration
- English at upper-intermediate level at least
- Work experience in 1С (both ZUP and Holding) or another, Excel – professional user, ORACLE user experience is an advantage
- Excellent communication skills both written and verbal
- Good interpersonal skills and ability to develop strong partnership with stakeholders
- Ability to work under pressure and extended hours
- Readiness for additional scope, including outside of payroll
Hard skills:
- Experience in multinational companies/Big4 more than 4-5 years
- Experience with complex payroll calculations
- IFRS or US GAAP reporting
- Fluency in English/Azerbaijani/Russian
- Work experience in 1C/Oracle/SAP
Soft skills:
- Multitasking
- Communication skills
- Stress resistance
VAKANSİYA 7
Qaya Safety Solutions
Feldşer
Son tarix 16 iyl 2022 - [email protected]
Əmək haqqı minimum 700 AZN başlamaqla, namizədlərin bilik və təcrübəs əsasında əmək haqqı müsahibə zamanı razılaşdırılacaq.
İş barədə məlumat:
- İşçi personalına ilkin tibbi yardımın göstərilməsi;
- Kəskin xəstəliklər və bədbəxt hadisələr zamanı ilkin təxirəsalınmaz tibbi yardım göstərilməsi;
- Gündəlik müraciət edən işçilərin lazımi olan dərmanlarla təmin edilməsi;
- Əmək intizamına, müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması;
- İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl olunması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları icra etməsi.
İş şəraiti:
- İş yeri: Cəbrayıl rayonu;
- İş qrafiki: 6 günlük (altıncı günü qısadılmış);
- Gündə 3 dəfə yemək ilə təmin edilmə;
- Yaşayış yeri ilə təmin edilmə;
- Mehriban və peşəkar kollektiv;
- Daha ətraflı əlavə məlumat intervyu zamanı veriləcək.
Namizədə tələblər:
- Orta tibbi təhsil və tibbi sertifikatlara malik olmalı;
- Müvafiq vəzifədə iş təcrübəsi olması: hərbi sahədə - 3 il, mülki sahədə - 3-5 il;
- Komanda ilə çalışma bacarığına sahib olmalı;
- İngilis dili biliyi arzuolunandır.
Electron poçtun “Mövzu” yerinə “Feldşer” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz.
VAKANSİYA 8
Golden Coast Hotel
Mühasib
Son tarix 16 iyl 2022 - [email protected]
Tələblər:
- Cinsi: Xanım
- Qrafik: 6 iş günü
- Nahar şirkət tərəfindən verilir.
- Restoran və ya otel sahəsində (cost controller ) üzrə azı 2 il iş təcrübəsi;
- Rus və ingilis dili orta səviyyədə bilməlidir.
- Əmək haqqı müsahibə əsasında
Görəcəyi iş:
- Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
- Məhsulların norma və faktiki maya dəyəri üzrə hesabatların tərtib və təqdim olunması;
- Qiymət məlumat bazasının hazırlanması və Satış qiymətlərinin formalaşması prosesində aktiv iştirak;
- Dövri təhlillərin aparılması və nəticlərin rəhbərliyə təqdim edilməsi. Mümkün xərc azalmaları ilə bağlı təkliflərin hazırlanması.
- İstehsal prosesindı itkilərin araşdırılması və itgilərin minimum endirilməsi üçün prosedurlara icra edilməsinə nəzarət
- Sənədlər üzrə xərclərin mühasibat uçotuna uyğun uçotunun aparılması;
- Mühasibat uçotu standartlarına və Şirkətin daxili qaydalarına uyğun olaraq bütün şöbələrin xərclərinə nəzarət;
- Anbar hərəkətlərinə nəzarət, Anbardarın apardığı əməliyyatlara nəzarət və sistemə düzgün daxil edilməsinin təşkili.
- Aylıq (lazım gələrsə aralıq dövrlər üzrə) sayımların aparılmas faktiki və mühasibat uçotu qalıqlarının üzrləşdirilməsi və itgilərin araşdırılması həmçinin itgilər üzrə müvafiq səndlərin tərtibi və mühasibat uçotunda əks etdirilməsi.
- Bütün mal material hərəkətinin gündəlik olaraq mühasibat uçotuna uyğun hesablarda əks etdirilməsi və qalıqlarla bağlı dövri hesabatların hazırlanması
- Ish yeri bayil erzisinde yerleshir.
CV-ləri e-mail ünvanına göndərə bilərsiz
VAKANSİYA 9
Performance Center Co
Ehtiyat hissələri üzrə bazar araşdırma mütəxəssisi
Son tarix 16 iyl 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Alınmış ehtiyat hissələrinin qiymətinin bazara uyğun olub olmamasını yoxlamaq;
- Elektron kataloqdan ehtiyat hissələrinin seçilməsi və qiymət araşdırılması;
- Ehtiyat hissələri satış nöqtələrinin reyestr bazasının tərtibi;
- Ehtiyat hissələri bazarının təhlili və müntəzəm monitorinqi;
- Dövri hesabatların hazırlanması;
- Yeni satış nöqtələrinin və alternativ markaların araşdırılması,müvafiq təkliflərin verilməsi;
- Ehtiyat hissələrin təhlili;
- Ehtiyat hissələri anbarı ilə işləmək;
- Şirkətin Audit şöbəsi ilə yaxından işləmək.
Tələblər:
- Ali texniki təhsil;
- Yaş həddi: 25-40;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dilləri arzuolunandır;
- 1C proqramında sərbəst işləmə bacarığı;
- Microsoft Excel yüksək səviyyədə bilməli;
- Komanda ilə işləmək qabiliyyəti;
- Ehtiyat hissələri haqqında dolğun məlumatın olması;
- Yaxşı münasibət qurma və danışıq bacarığı;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
İş şərtləri:
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
- Əmək haqqı: 800-1000 ₼
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Ehtiyyat hissələri üzrə bazar araşdırma mütəxəssisi” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 10
Betta
Baş Mühasib
Son tarix 16 iyl 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Baş Mühasib Baş Direktora tabe olmalı və görülmüş işlər barədə onun qarşısında hesabat verməli.
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat hesabında düzgün əks etdirilməsini təmin etməli.
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etməli.
- Maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən hazırlanması (Profit and loss statement, cash flow statement, balance sheet and etc)
- Müştərilərdən köçürmə yolu ilə şirkətin hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək, gündəlik bank qalığının yoxlanılmasına nəzarət etməli.
- Şirkətin fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməli.
- Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin köçürülməsini həyata keçirməli.
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamalı, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etməli, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirməli.
- Aşkar olunan nöqsanları mümkün olduğu halda dərhal yerində həll etməyə çalışmalı.
- Mühasibat məlumatlarını 1C bazasına vaxtı vaxtında işləməli, Vergilər Nazirliyinə və DSMF-na təqdim edilən bəyannamələr və hesabatların düzgünlüyünü yoxlamalı.
- Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və nəzarət edilməsi
- Borcların təhlili və sifarişçilərlə borcların bağlanmasına dair qabağlayıcı tədbirlərin görülməsi
- Tender və Təchizat proseslərinində iştirak etmək və gedişi haqqında hesabatların hazırlanması
- Əmək haqqının tabellər və digər qeydiyyat sənədləri ilə müqaisəsi və dəqiqliklə AR Əmək Məcəlləsinə uyğun hesablanması və köçürülməsi.
- Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyi məlumatlandırmalı və həlli barədə məsləhətlər verməli.
Namizədə tələblər:
- Ali təhsilli
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili
- Ən azı bu sahədə 3 il təcrübəsi olmalı
- Analitik düşüncəyə malik olmalı
- Verilmiş tapşırıqları vaxtında icra etmək bacarığına malik olmalı.
İş şəraiti:
- İş rejimi - 5 günlük (09:00-18:00)
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir.
- Əmək haqqı razılaşma əsasında müəyyən olunacaqdır.
Maraqlanan şəxslər öz CV formalarını " Baş Mühasib " başlığı ilə email ünvanına göndərə bilərlər.
VAKANSİYA 11
Askona
Специалист по продажам
Son tarix 16 iyl 2022 - [email protected]
МЫ приглашаем тебя стать частью команды ASKONA!
ASKONA - крупнейшая шведско-российская компания по производству товаров для сна. Уже открыто более 800 магазинов в 20 странах мира Мы откроем для тебя новые возможности для профессионального и личного развития.
Тебе понравится работать у нас, если ты:
- Открыт для общения, приветлив и доброжелателен
- Есть желание зарабатывать
- Интересуешься новыми технологиями
- Обладаешь активной жизненной позицией
- Умеешь работать в команде
5 причин работать в ASKONA:
- Неограниченная премия по результатам работы (оклад, премии и бонусы за личные достижения)
- Корпоративные привилегии (скидки на продукцию компании, премия за стаж работы, конкурсы, поездки и многое другое).
- Обучение в Компании и возможность карьерного роста.
- Предоставляем сменный график работы
Требования:
- Опыт: не менее 2 лет опыта работы в продажах в розничном сегменте, желательно в международных компаниях
- Возраст: 20-40 лет
- Знание языков: русский обязателен, английский желателен (с учетом того, что руководство предприятия русское и головной офис предприятия находится за границей)
- Владение компьютером, желателен опыт работы в 1С, СРМ
Чем предстоит заниматься:
- Знакомится с покупателями в магазине, изучать их потребности
- Обеспечить высокое качество обслуживания клиентов в магазине
- Предоставлять полную и подробную информацию о товаре
- Аргументированно отвечать на вопросы
- Налаживать длительную коммуникацию с покупателями в том числе послепродажную.
- Достигать поставленных целей и планов продаж
- Вносить предложения по стимулированию продаж
- Следить за внешним видом магазина в соответствии со стандартами компании
График работы сменный (2 дня работа/2 дня отдых)
Заработная плата: Фиксированный оклад 400 манат + проценты (Средне ежемесячный доход от 900-1000 манат)
Место работы: ТЦ 28 Молл, Парк Бульвар
Кандидатов, отвечающих вышеперечисленным требованиям, просим направлять свои резюме с темой «Специалист по продажам» .
VAKANSİYA 12
Amal Group
Mebel dizayneri
Son tarix 16 iyl 2022 - [email protected]
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil,
- Kompüter bilikləri: MS Office proqramları, Autocad, 3DMAX və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
- Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
- İş təcrübəsi: Mebel istehsalı sahəsində 1 ildən az olmayaraq iş stajı.
- Analitik düşüncə qabiliyyəti,
- Punktual və ünsiyyətcil olması.
Vəzifə öhdəlikləri:
- Mebel istehsalı üçün eskiz layihələrin Autocad proqramında hazırlanması;
- Ölçülərin düzgün qeyd edilməsi və mebel ustasına eskiz layihənin təqdim edilməsi.
- Müştəri tərəfindən seçilən model və nümunələrə əsasən eskiz layihələrin 3d görüntüsünün tərtib edilməsi,
- Müştəri ilə bağlanan müqavilənin ilk günündən işin təhvil verilməsi prosesinə qədər icraya nəzarətin edilməsi.
Bilik və bacarıqlar:
- Müasir və klasik üslub istiqamətlərini bilməsi,
- Mebel istehsalının texniki tələblərini və normativlərini bilməsi,
- Konstruksiya ilə işləmə qabiliyyəti,
- Optimal dizayn qərarlarını vermə qabiliyyəti.
- Müştəri ilə işləmə qabiliyyəti
İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus
Əmək haqqı: 1000-1500 AZN (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Mebel dizayneri" adını qeyd edərək göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 13
Ateshgah Sigorta
Korporativ satış şöbəsinin mütəxəssisi
Son tarix 16 iyl 2022 - [email protected]
Namizədə tələblər:
- Yaş: 23-35
- Təhsil: Ali
- İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
- Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus (əla) mütləqdir ,İngilis dili (arzuolunandır)
Şəxsi keyfiyyətlər:
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Əsas vəzifə öhdəlikləri:
- Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
- Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
- Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 - 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
- Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
- Əmək haqqı 550 azn – 1130 azn (əmək haqqı gross ilə qeyd olunub, namizədin bilik və bacarığı əsasən müsahibə əsnasında dəyişəcəkdir)
- Bonus və rüblük motivasiya
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Korporativ satış şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.
VAKANSİYA 14
Zeytun Pharmaceuticals
Ehtiyat satış müvəkkili
Son tarix 16 iyl 2022 - [email protected]
Vəzifə funksiyaları:
- Sifarişlərin qəbul olunmasına nəzarət;
- Verilən iadələrin vaxtında və düzgün iadə olunmasına nəzarət;
- Sifarişin müştəriyə vaxtında və sağlam şəkildə çatdırılması;
- Müştəridən və ya ərazidə işə aid məlumatların əldə olunub satış müdirinə çatdırılması;
- Avtomobilə yüksək səviyyədə qulluğun edilməsi və vaxtı vaxtında təmirinin təmin olunması;
- Ay sonu satılan malın pulunun tam şəkildə kassaya çatdırılması;
- Müştəri haqda tam və dolğun məlumata sahib olmaq.
Tələblər:
- Ali təhsil
- Satış və çatdırılma sahəsində iş təcrübəsi
- Microsoft Office və 1C proqramlarından istifadə bacarığı
- Sürücülük vəsiqəsi
- Hərbi xidməti başa vurmuş şəxslər
- Satış qabiliyyəti
Qeyd: Namizədin iş yerinə yaxın ərazidə yaşaması şərtdir.
İş şəraiti:
- 6 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı – 600 AZN
- İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo.
Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə vakansiyanın adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
VAKANSİYA 15
Company
Satıcı (xanım)
Son tarix 16 iyl 2022 - [email protected]
Əmək haqqı: Bonus sistemi ilə hesablanır. Minimum satışla 800 AZN
Həftədə 2 gün istirahət günü
İş saatı- 10:30- dan saat 20:00-a qədər.
Vəzifə öhdəlikləri:
- Alıcılarla etik qaydalara riayyət etməklə ünsiyyət qurmaq;
- Alıcıya xidmət, malın təklifi və göstərilməsi, malın dəyərinin hesablanması, kassa işlədilməsi və çekin verilməsi işini həyata keçirməlidir;
- Pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanılmasını təmin edən qaydalara mütləq riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirmək;
- Kassa hesabatını tərtib etmək;
- Malın alınma zamanı çeşidi, sayını, qiymətini yoxlamaq və satışa hazırlamaq;
- Malın üzərinə qiyməti yerləşdirmək, malların rəflərə səliqəli şəkildə düzmək, rəflərin təmizliyinə nəzarət etmək;
- İşin axırında çekləri və pulu hesablamaq və təhvil vermək, satılmayan malları yığışdırmaq.
Tələblər:
- Yaş həddi 21-35 yaşa kimi;
- Azərbaycan, Rus dillərində sərbəst danışan İngilis dili yaxşı səviyyədə (mütləq şərtdir);
- Kollektivlə işləmək bacarığı;
- Kassa və satış sahəsində 2 il təcrübə (yalnız adıçəkilən müvafiq sahə üzrə);
- Gülərüz, məsuliyyətli, müştəri və personal ilə ünsiyyət bacarığı;
Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini e-mail ünvanına mövzu yerində "Satıcı” qeyd etməklə göndərə bilərlər.
VAKANSİYA 16
Qaya Safety Solutions
SƏTƏM üzrə mütəxəssis
Son tarix 16 iyl 2022 - [email protected]
Əmək haqqı 900-1100 AZN (Namizədlərin bilik və təcrübəsi əsasında əmək haqqı müsahibə zamanı danışılacaq).
İş barədə məlumat:
- Əməyin mühafizəsi üzrə işlərin əlaqələndirilməsini təmin etmək, struktur bölmələrdə və layihələrdə yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə qanunvericilik və normativ hüquqi aktlara riayət olunmasına nəzarəti təşkil etmək;
- Peşə və ya vəzifəyə uyğun olaraq tələb olunan təlimlərin təşkili və təmin edilməsi;
- Giriş təlimatlarının keçirilməsini təmin etmək, iş yerində ilkin və təkrar təlimatlarının keçirilməsinə nəzarət etmək;
- Təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi;
- Bütün SƏTƏM məsələləri üzrə rəhbərliyə hesabatlar təqdim etmək, fəaliyyətin təkmilləşdirilməsi üçün yeni təkliflər vermək;
- SƏTƏM-ə dair risklərin qiymətləndirilməsi prosesinə nəzarət etmək, rəy bildirmək;
- Hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlər hazırlamaq;
- Əmək funksiyasına uyğun olaraq görülmüş işlər, verilən göstəriş və tapşırıqların icrası barədə şöbə rəhbərinə (onun tələbinə əsasən) məlumat vermək;
- Şöbə rəhbəri tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları yerinə yetirmək.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri.
- Cəbrayıl rayonuna ezamiyyətlər;
- İş qrafiki 6 günlük;
- AR qanunvericiliyinə uyğun sənədləşmə.
Namizədə tələblər:
- Texniki sahə üzrə ali ixtisas təhsili;
- Tələb olunan vəzifə üzrə minimum 5 il iş təcrübəsi;
- Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, təşkilatın missiyasına sadiqlik;
- İngilis dili biliyi arzuolunandır;
- Açıq sahə şəraitinə, əlavə iş qrafiki ilə işləməyə hazır olmalı.
Elektron poçtun “Mövzu” yerinə “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
VAKANSİYA 17
Company
Customs Clearance Coordinator/Logistics operator
Son tarix 16 iyl 2022 - [email protected]
Salary range is up to 2200 AZN net depends on skills and relevant experience of the candidate.
Work schedule 8 hrs 5days per week from 09:00- 18:00
Family medical insurance package, lunch
Contract duration: start ASAP up to 31 March 2023
Customs Clearance Coordinator is responsible for the coordination of logistics and customs clearance activities.
Duties and responsibilities:
- Arrange technical specifications for customs clearance of imported goods, if required
- Check of documents required for import customs clearance (shipping invoice, packing list, certificate of origin etc)
- Review and verification of Cargo Declaration issued by Customs
- Collaboration in determination and assignment of HS Code for Import, if required
- Day by day cooperation with Local Forwarder/Customs Broker/Customs authority
- Preparation of customs payments forecast and control of withdrawal flow
- Control all deliveries as inland and well as international in coordination with Logistics Engineer
- Collaboration with Logistics/Procurement team in Milano
- Monitor in/out cargoes in responsible storage area/green corrido
- Update on daily/weekly basis ongoing status of customs clearance, including report of in/out cargoes in responsible storage area to Construction Site
- Preparation of issues correctness of Weekly & Monthly Progress Reports both Customs clearance Status/Register & Transportation
- Attendance to periodical meetings with Client related to Customs activities
- Ability to represent the company with local Customs Authorities
- Ability to work under pressure due to critical demands of Project.Coordination of insurance activities;
Knowledge & Qualifications: University Degree or Diploma in relevant discipline or equivalent
Experience:
- Relevant experience in construction/modernization of oil & gas /industrial sector/ EPC projects large refinery plants;
- At least 3 years of experience in the specific discipline;
- Similar role covered in last three projects of comparable size;
- Experience working on Contractor side.
Skills and Abilities:
- Fluent Azerbaijani and English;
- Good IT and analytical skills;
- Attention to detail, excellent communications skills;
- Strong interpersonal, team-oriented skills, self-motivation and direction, with strong bias toward timely performance and problem resolution.
VAKANSİYA 18
Kontakt Home
Satınalma üzrə mütəxəssis
Son tarix 16 iyl 2022 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
- Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
- Hesabatların hazırlanması və analiz olunması.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycan, Rus və İngilis dilləri biliyi;
- Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
- Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
- Satınalma üzrə vacib olan hüquqi biliklər;
- Xarici bazar biliyi;
- Komanda ilə işləmək bacarığı;
- Məsuliyyətlilik, dürüstlük və ünsiyyət qurma bacarığı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 19
Max Print
Reklam istehsalatı üzrə dizayner
Son tarix 16 iyl 2022 - [email protected]
İş barədə məlumat:
Reklam və mebel istehsalı üzrə sifariş tərəfindən verilən dizaynların redaktə olunması, sifarişçinin tələblərinə uyğun yeni dizaynların çəkilməsi, hazır dizayn fayllardan çap və istehsal materilları üçün ölçülərin ayrı-ayrı çıxarılması, smetaçı üçün ölçülərin təqdim olunması
Namizədə tələblər:
- Reklam sahəsində çalışması əlavə üstünlükdür.
- Stressə davamlılıq, komanda şəklində çalışma bacarığı və təşəbbüskarlıq
- Autocad, 3D, Corel Draw, Photoshop proqramları əla səviyyədə bilməli
- Metal, mebel və ya tikinti sahəsində təcrübəsi olmaq əlavə üstünlükdür
- Təşəbbüskar, yeniliklərə açıq olmalı, məsuliyyətli olmalı
- İstehsala gedəcək materilların düzgün ölçüsünün tərtib olunması
- Çapa veriləcək materialları uyğun ölçülərə salmaq
İş qrafiki: Bazar ertəsi – Cümə 09:00 – 18:00, Şənbə 10:00 – 16:00
Mobil danışıq xərcləri şirkət tərəfindən qarşılanır.
AR Əmək Məcəlləsinə uyğun ştata alınır.
Maaş 1200-1500+ AZN (namizədə görə dəyişir)
CV göndərərkən “subject” bölməsində "Dizayner" sözünün yazılması mütləqdir.
VAKANSİYA 20
Performance Center Co
Maliyyə şöbəsinin rəhbərinin müavini
Son tarix 16 iyl 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Maliyyə mühasibatlıq hesabatlarını yoxlamaq;
- Aylıq, rüblük, illik olmaqla vergi DSMF və statistika hesabatlarına birbaşa nəzarət;
- Gündəlik maliyyə - mühasibatlıq işlərinə nəzarət etmək və səmərəli təkliflər vermək;
- İnventarizasiyalar aparmaq , qiymətlilərin sayımında iştirak etmək;
- BTB proqramı vasitəsilə göndərilən hesabatlara birbaşa nəzarət etmək.
Tələblər:
- Ali iqtisadi təhsil;
- MS Office və 1C proqramlarını bilməli;
- Baş mühasib vəzifəsində minimum 3-5 il iş təcrübəsi;
- Mühasibatlıq qanunvericiliyi, Mühasibat uçotunu və Mühasibat müxabirləşmələrini bilməli;
- Vergi və Əmək məcəlləsini bilməli;
- Elektron hökümət portalında işləmə bacarığı olmalı;
- Dil bilikləri: Azərbaycan dili əla, rus dili və ingilis dili arzuolunandır;
- Təhlil, analitik düşüncə və yüksək ünsiyyət qurma qabiliyyəti;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı.
İş şərtləri:
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
- Əmək haqqı: 1800-2000 ₼
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Maliyyə şöbəsinin rəhbərinin müavini” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 21
PEGAS Touristik Azerbaycan
Outgoing Manager
Son tarix 16 iyl 2022 - [email protected]
Обязанности:
- Приём входящих звонков (предоставление потребителям и потенциальным потребителям всей нужной информации по турам‚ тарифам‚ услугам и акциям компании)
- Исходящие информативные звонки (предоставление заказчику информации)
- Обработка входящей корреспонденции‚ поступающей на электронный адрес и факс отдела)
- Работа с клиентскими пожеланиями‚ их передача в соответствующие отделы
- Приём и обработка заявок на предоставление туров
- Участие в специализированных выставках, семинарах и рекламных турах
Требования:
- Возраст: от 22 до 35 лет
- Образование: высшее
- Опыт работы: от 2-х лет в сфере туризма
- Знание языков: Азербайджанский, Английский и Русский
- Знание компьютерных программ: пакет MS Office
- правописание‚ хорошая дикция‚ приятный голос‚ усидчивость‚ без вредных привычек
- Доброжелательность‚ коммуникабельность‚ стрессоустойчивость‚ работоспособность, загранпаспорт, мобильность (поездки заграницу)
Условия:
- График работы 5/2 с 10:00 до 19:00 (+1-2 дежурные субботы в месяц)
- Оплачиваемый отпуск. Стабильный достойный доход: по результатам собеседования.
- Зарплата обсуждается с успешным кандидатом индивидуально.
- Испытательный срок.
VAKANSİYA 22
Company
Mütəxəssis
Son tarix 16 iyl 2022 - [email protected]
Актуальная вакансия для выпускников и молодых специалистов.
Компания ищет в свою команду молодых специалистов и выпускников, без опыта работы на должность специалист по работе с клиентами.
Требования:
- Образование - среднее, среднее специальное, высшее
- Отличное знание Азербайджанского и русского языков, хорошее знание английского.
- Возраст от 20 до 30 лет.
- Владение компьютером на уровне пользователя.
- Ответственность, внимательность, стрессоустойчивость, желание развиваться.
Условия:
- Оформление согласно трудовому законодательству АР
- График работы - сменный (дневная/ночная смена затем 2 дня выходных) 8:00-20:00/20:00-8:00;
- Месторасположение – г. Баку
- Заработная плата – 650 АЗН (с опытом заработная плата повышается)
- Наличие служебного транспорта
- Обеспечение форменной одеждой
Обязанности:
- регистрация клиентов и оформление соответствующей документации
- обеспечение информационной поддержкой клиентов
- организация и выполнение производственных процессов в смене
- составление отчетности за смену
Заинтересованные лица могут выслать свое резюме по адресу с указанием наименования вакансии «Специалист /Mütəxəssis» в поле «тема» письма.
VAKANSİYA 23
Tikinti şirkəti
Ofis menecer
Son tarix 16 iyl 2022 - [email protected]
Tələblər:
- Yalnız xanım namizədlər
- Yaş həddi 23-30,
- Tələb olunan vakansiyaya uyğun iş təcrübəsinə malik (minimum 1 ildən 3 ilə qədər),
- Ofis avandalıqarından sərbəst şəkildə istifadə bacarığı,
- Dil biliyi: Azərbaycan dili (əla səviyyədə) və Rus dili (əla səviyyədə), ingilis dili (əla səviyyədə),ingilis və rus dili biliyi mütləqdir.
- Ciddi, səbirli, xoş görünüşlü və komanda halında işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı.
Vəzifələr:
- Daxil olan zənglərin cavablandırılması və qeydiyyatı,
- E-mail və yazışmaların həyata keçirilməsi,
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqları yerinə yetirilməsi,
- Məktubların, daxili yazılan sənədlərin qeydiyyatı, şirkətə daxil olan və şirkətdən göndərilən sənədlərin qeydiyyatı,
- Gələn qonaqların qarşılanması, çay və kofe ilə təminatı.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə ;
- İş qrafiki :Bazar ertəsi –cümə : 9:00-18:00; Şənbə günü - 09:00 – 17:00 ;
- Nahar şirkət tərəfindən verilir ;
- Səmimi və mehriban iş kollektivi .
Əmək haqqı – 700 AZN-dən başlayır.
Ünvan : Xırdalan şəhəri. Servis xanımları 20 Yanvardan götürür və iş sonunda geri gətirir.
QEYD : Vakansiyada qeyd olunan tələblərə uyğun Xanım namizədlərdən Şəkilli CV-lərini mail ünvanına göndərməkləri xahiş olunur. Şəkilsiz CV-lərə baxılmayacaq.
VAKANSİYA 24
Company
Merçendayzer
Son tarix 16 iyl 2022 - [email protected]
Əmək haqqı: 500 AZN
İş barədə məlumat:
- Şirkətə 18-28 yaş arası merçendayzer vəzifəsinə qızlar tələb olunur. İş qrafiki: 8:30-18:00. İstirahət günü: bazar günü.
- Əmək haqqı: 500 + yol pulu.
Tələblər:
- Yaş : 18 - 28
- Cins : Qadın
Vəzifə borcları:
Mağazalarda təyin olunmuş xüsusi sxemə uyğun olaraq məhsulların rəflərdə yerləşdirilməsi və düzülüşü, qalıqların izlənməsi və vaxtında doldurulması;
Satış məntəqəsində piştaxtalarda rotasiya aparılması, promosyon məhsulları ilə piştaxtaların və mağazanın digər hissələrində düzülüşü.
Əlaqədar şəxs: Orxan, +99451 2559966
VAKANSİYA 25
Bright Finance
1C Operator
Son tarix 16 iyl 2022 - [email protected]
İş vaxtı 09:00-18:00, 5 günlük
Yaş - 20-30
Təhsili - Ali
İş təcrübəsi 1 ildən -3 ilə qədər
Əmək haqqı 400
İş barədə məlumat:
- Elektron-qaimə fakturalarla işləmə bacarığı
- Elektron hökümət portalları ilə işləmə bacarığı
- Məlumatların verilənlər bazasına daxil edilməsi
- Bütün maliyyə əməliyyatlarının 1C mühasibat proqramında əks olunması
Namizədə tələblər:
- Xanım namizədlər
- Məsuliyyətli və təşəbbüskar olmalı
- Diqqətli və punktual olmalı
- Azərbaycan dilində səlis yazmaq və oxumaq bacarığı; (Rus dili arzu olunandır)
- MS Office programlarını bilməli
- 1C 8.3 yaxşı səviyyədə bilməli
Maraqlanan namizədlər mövzu yerində “1C Operator” yazmaqla öz CV-lərini göndərə bilərlər.
VAKANSİYA 26
Turban Moda
Mühasib
Son tarix 16 iyl 2022 - [email protected]
Əmək haqqı namizəddən asılı olaraq 500-1,000 AZN
Vəzifəyə olan tələblər:
- 1C Əməliyyat sistemində günlük əməliyyatların işlənilməsi;
- Qaimələrin tərtib edilməsi, təhvil-təslim aktlarının, hesab-fakturaların yazılması;
- Bank və kassa əməliyyatlarının mədaxil və məxarici;
- Vergi qanunvericiliyinə uyğun olaraq sənədləşmənin aparılması;
- Aylıq, rüblük və illik Vergi, DSMF və digər dövlət orqanlarına müvafiq hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Vergilər və digər dövlət qurumları ilə bağlı bütün məsələlərlə əlaqədar olaraq yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması;
- Vergi və Mühasibatlığa aid olan qanunvericilikdə dəyişiklikləri izləmək;
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirməsi.
Namizədə olan tələblər:
- Dil biliyi: Azərbaycan dili. Rus dili və İngilis dilləri əlavə üstünlükdür;
- Təhsil: İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə sahəsində ali təhsil;
- Beynəlxalq ACCA (mühasibat uçotu) serifikatların mövcudluğu əlavə üstünlükdür;
- Müvafiq sahədə 2 il və daha çox aktiv təcrübəsinin olması;
- e-taxes.gov.az (online kargüzarlıq, E-qaimə, Depozit hesabı və s.) sərbəst işləmə bacarığı;
- 1C əməliyyat sistemində sərbəst işləmə bacarığı;
- Ofis proqramlarını (Word, Excel) bilmək;
- Fərdi qaydada və komandada işləmək bacarığına malik olmaq;
- Məsuliyyətli və məsələlərin həllində təşəbbüsün göstərilməsi bacarığına malik olması.
VAKANSİYA 27
Company
Customer Service Representative
Son tarix 16 iyl 2022 - [email protected]
Job Description:
- Quote new business
- Run Daily Report from each carrier for cancellations , renewals , expiration dates .
- Have New business signatures completed within 24 hours of binder .
- Issue certificates of insurance , billing issues , evidence of insurance , etc as needed
- Process Endorsements such as adding / removing vehicles , drivers , change mortgagee , as requested but not limited to what is mentioned above
- Keep a 24 hour or less turnaround time on emails , returning voicemails and any other communication
- Individual lines quoting needs to be done within same day
- Commercial quoting turnaround time should be 2-4 business days , with daily updates to the client .
- Manage QQcatalyst Client Center for all current clients
- Email Marketing Campaigns
- Set new birthday , renewal reminder campaigns , referral campaigns for new clients as sales is completed .
- Set Follow - ups for work needed to make sure assignments are 100 % completed
Requirements for a candidate:
- excellent knowledge of English and Russian (Important)
- experience in a call center
- experience in customer service
- sociable
- problem solving skills
- quick learning
Most of the work will be with citizens of the United States of America.
Work time: 7:00 PM-04:00 AM, 08:00 PM-05:00 AM
5 working day
Salary Net 1000-1500 AZN.
VAKANSİYA 29
Performance Center Co
Satıcı-məsləhətçi
Son tarix 16 iyl 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Müştəri bazasının formalaşdırılması və müştərilərlə əlaqələrin qurulması;
- Avtomobillərin yüksək səviyyədə təqdim olunması, kampaniyalar, xidmətlər barədə geniş məlumat verilməsi;
- Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
- Ümumi fəaliyyətə dair satış rəhbərinə hesabatların verilməsi.
Tələblər:
- Ali təhsil
- Yaş: 23-35
- Azərbaycan və rus dillərində səlis danışıq (ingilis dili arzuolunandır);
- Avtomobilin quruluşu və istismarı üzrə biliyə malik olmalı;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Təqdimat bacarığının olması;
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyəti;
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Avtomobil bazarı haqqında informasiyaya sahib namizədlərə üstünlük veriləcək.
Əlavə məlumatlar:
- Həftədə 5 iş günü, saat 09:00-19:00
- Əmək haqqı: 400-1700 AZN (əmək haqqı və əlavə bonuslar)
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Satıcı-məsləhətçi” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 30
Company
Operator
Son tarix 16 iyl 2022 - [email protected]
Актуальная вакансия для выпускников и молодых специалистов.
Компания ищет в свою команду молодых специалистов и выпускников, без опыта работы на должность оператора в Call Centre.
Требования:
- Пол – женский
- Образование - среднее, среднее специальное, высшее
- Отличное знание Азербайджанского и русского языков, хорошее знание английского.
- Возраст от 20 до 30 лет.
- Владение компьютером на уровне пользователя.
- Ответственность, внимательность, грамотная речь, хорошая дикция, желание развиваться.
Условия:
- Оформление согласно трудовому законодательству АР
- График работы - сменный (дневная/ночная смена, 2 дня выходных) 8:00-20:00/20:00-8:00;
- Месторасположение – г. Баку
- Заработная плата – 540 АЗН
- Наличие служебного транспорта
- Обеспечение форменной одеждой
Обязанности:
- Прием входящих звонков
- Обработка поступивших обращений и предоставление необходимой информации
- Консультирование клиентов по запрашиваемым вопросам
- Ведение отчета поступивших звонков
- Соблюдение стандартов качества обслуживания
Заинтересованные лица могут выслать свое резюме с указанием наименования вакансии «Оператор» в поле «тема» письма.
VAKANSİYA 31
Lalafo
Менеджер телефонных продаж
Son tarix 16 iyl 2022 - [email protected]
Требования:
Ты наш кандидат если:
- имеешь опыт работы с клиентами или хочешь научиться этому;
- умеешь общаться с людьми, можешь находить подход к каждому клиенту;
- готов много общаться по телефону;
- хочешь работать и зарабатывать;
- умеешь пользоваться ПК;
- владеешь русским и азербайджанским языками.
Обязанности:
- Коммуницировать с клиентами по прописанным скриптам согласно установленных правил (теплая база, искать клиентов самостоятельно не нужно)
- Проактивно решать вопросы и проблемы клиентов
- Работать в базе СRM согласно утвержденным нормам и правилам
Условия работы:
- Средняя зарплата, от 500 azn и выше (ставка + % + бонусы)
- Если умеешь хорошо продавать сможешь заработать намного больше (верхнего потолка нет)
- Зарплата выплачивается каждый месяц без задержек.
- Дополнительные бонусы в виде подарков и билетов в кино.
- Интересные командообразующие мероприятия каждый месяц.
- График работы: с 09:00 до 18:00, 5 рабочих дней с Пн-Пт;
- Удобное расположение офиса в центре города.
- Мы предоставляем компьютер, телефонию и все, что понадобиться тебе для работы;
- Возможность профессионального развития: тренинги и мастер-классы;
- У нас дружный и позитивный коллектив профессионалов, которые любят свою работу.
Хочешь стать частью одной из лучших компаний Азербайджана? Тогда уже сейчас отправляй нам резюме, с пометкой «Менеджер по продажам»!
Мы будем рады видеть тебя в своей команде!
VAKANSİYA 32
Performance Center Co
Maliyyə şöbəsinin rəhbərinin müavini
Son tarix 16 iyl 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Maliyyə mühasibatlıq hesabatlarını yoxlamaq;
- Aylıq, rüblük, illik olmaqla vergi DSMF və statistika hesabatlarına birbaşa nəzarət;
- Gündəlik maliyyə - mühasibatlıq işlərinə nəzarət etmək və səmərəli təkliflər vermək;
- İnventarizasiyalar aparmaq , qiymətlilərin sayımında iştirak etmək;
- BTB proqramı vasitəsilə göndərilən hesabatlara birbaşa nəzarət etmək.
Tələblər:
- Ali iqtisadi təhsil;
- MS Office və 1C proqramlarını bilməli;
- Baş mühasib vəzifəsində minimum 3-5 il iş təcrübəsi;
- Mühasibatlıq qanunvericiliyi, Mühasibat uçotunu və Mühasibat müxabirləşmələrini bilməli;
- Vergi və Əmək məcəlləsini bilməli;
- Elektron hökümət portalında işləmə bacarığı olmalı;
- Dil bilikləri: Azərbaycan dili əla, rus dili və ingilis dili arzuolunandır;
- Təhlil, analitik düşüncə və yüksək ünsiyyət qurma qabiliyyəti;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı.
İş şərtləri:
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
- Əmək haqqı: 1800-2000 ₼
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Maliyyə şöbəsinin rəhbərinin müavini” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.