VAKANSİYA 1
AlVentures
Çağrı mərkəzinə operator (xanım)
Son tarix 16 yan 2023 - [email protected]
Tələblər:
- Dil bilikləri: Azərbaycan dili və rus dili səlis danışıq qabiliyyəti.
- Kompüter bilikləri: Ofis proqramları
- Ünsiyyət qurabilmə qabiliyyəti.
- Yaş həddi: 18-35 yaş
İş barədə məlumat:
- İş qrafiki: Həftənin 5 günü saat 10-dan 19:00-dək, 11-dən 20:00-dək,12dən- 21:00-dək.
- İstirahət günləri: Həftə içi (2 gün)
- Əmək haqqı: 400 AZN + bonus . Əmək müqaviləsi baglanılır
- Çağrı mərkəzinə daxil olan zənglərin cavablandırılması. Abunəçilərin və potensial müştərilərin xidmətlər barədə məlumatlandırılması, telefonda texniki dəstək və müştərilərə xidmət təklif etmək.
VAKANSİYA 2
Mopedo.az
Satış üzrə mütəxəssis
Son tarix 16 yan 2023 [email protected]
Öhdəliklər:
- Müştərilərdən məlumatları toplamaq, təhlil etmək və təkliflər vermək;
- Müştərilərə yüksək səviyyədə xidmət göstərmək;
- Məhsulu müştəriyə təqdim etmək;
- Mağazada olan məhsullar, xidmətlər və kampaniyalar haqqında müştəriyə ətraflı məlumat vermək;
- Müştərilərin tələb və suallarını diqqətlə dinləmək;
- Məhsullar haqqında məsləhətlər vermək və alış üçün seçimləri təklif etmək;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
Tələblər:
- Orta və ya ali təhsil
- Azərbaycan dilini əla səviyyədə bilmək
- Şifahi və yazılı olaraq yüksək ünsiyyətqurma bacarığı
- Aktiv çevik təşəbbüskar, ünsiyyətcil, strese davamlı, məsuliyyətli olması vacibdir
- Yüksək inandırıcılıq qabiliyyətinə sahib olmaq.
- Komanda da işləmək bacarığı
- Moto sahəsində biliyi olanlara üstünlük verilir.
İş şərtləri:
- İş qrafiki 6 günlük;
- Karyerada yüksəliş imkanı.
Müraciət:
Namizədlər mövzu hissəsinə “Satış üzrə mütəxəssis” qeyd edərək elektron ünvanına CV formalarını göndərərək müraciət edə bilərlər.
VAKANSİYA 3
189 Courier
Supervizer
Son tarix 16 yan 2023- [email protected]
Öhdəliklər:
- Çata və e-maile gələn məktubların və ismarıcların cavablandırılması
- Təsdiq olunmuş sifarişlərə nəzarət
- Kuryer namizədləri ilə müsahibə;
- Kuryerlərin iş qrafikinin tərtibi
- Rəhbərliyin göstərişlərini icra etmək
Namizədə tələblər:
- Kişi namizədlər
- Ali və ya orta texniki təhsil;
- 22-35 yaş həddi
- Komputer bilikləri - MS office,
- Azərbaycan dili-səlis
- Rus dili -yaxşı
Ofis-şəhərin mərkəzində
6 günlük növbəli iş qrafikı
Əmək haqqı – 650 AZN
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərsinlər.
Tel: 012 505 01 89
VAKANSİYA 4
Unimac
Daxili Auditor Köməkçisi
Son tarix 16 yan 2023 - [email protected]
İşin təsviri:
Şirkətdə Risklərin idarəetməsi, daxili idarəetmə proseslərinin qiymətləndirilməsinə və inkişafına dair təkliflər irəli sürmək, o cümlədən audit planları və proqramları əsasında daxili audit yoxlamalarında yaxından iştirak etmək
Vəzifə öhdəlikləri:
- Audit rəhbəri ilə audit yoxlamalarında iştirak etmək.
- Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək və qiymətləndirmək.
- Audit yoxlaması aparılan departamentin və ya bölgələrin işini və risklərinin analizini həyata keçirmək;
- Daxili audit proseslərinə kömək etmək. Daxili nəzarət mühitinin qiymətləndirməsinə dair verilən tapşırıqları yerinə yetirmək və təkliflər irəli sürmək
- Audit hesabatlarının tərtib edilməsi
- Şirkət çalışanlarının fəaliyyətlərinin qiymətləndirilməsi
- Ehtiyac olarsa ölkədaxili ezamiyyətlərdə iştirak etməsi
- Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını və konfidensiallığını təmin etmək
- Audit rəhbərinin verdiyi digər tapşırıqların yerinə yetirilməsi
Təhsil/Təlim/Təcrübə:
- İqtisadiyyat,Mühasibatlıq,Audit ,Maliyyə sahəsi üzrə Ali təhsili olanlara üstünlük veriləcəkdir
- CİA sertifikatı olanlara üstünlük veriləcək
Namizədə dair tələblər:
- Yaş həddi (20-30)
- Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili biliyi arzuolunandır)
- İşçi heyəti ilə düzgün münasibətdə olmalı
- Eyni vaxtda bir neçə işi görməyi bacarmalı
- Öz bilik səviyyəsini daim inkişaf etdirməli
- Təkbaşına qərarvermə və problemləri həll etmə bacarığına sahib olmalı
- Düzgün planlaşdırma bacarığına sahib olmalı
- Analiz bacarığı
- Riyazi bacarıqlar
- Kompyuter bilikləri(word,excel-yaxşı )
- Operativ,dəqiq,etibarlı və məsuliyyətli
- 1C bilikləri
- Şəxsi avtomobilin olması arzuolunandır ,Şəxsi avotomobilin istifadəsinə görə amortizasiya xərcləri qarşılanacaqdır
- Kollektivdə işləməyi bacaran,Analitik düşünmə ,Problem həll etmə və çətin vəziyyəti idarə etmə bacarığı
- Əmək haqqı razılaşma yolu ilə
İş şəraiti : VI günlük iş qrafiki, VI-cı gün qısa iş günü
Tələblərə cavab verdiyiniz halda CV-nizi mövzu hissəsində “Daxili audit köməkçisi” qeyd etməklə göndərməyiniz xahiş olunur.
VAKANSİYA 5
De-Luxe MTK
Satış meneceri
Son tarix 16 yan 2023 - [email protected]
İş barədə məlumat:
- Yalnız xanım namizədlər
- Ünsiyyətcil və gülərüz olmaq
- Özünə inam, inandırmaq bacarığı
- Məsuliyyətli və nizam-intizamlı olmaq
- Yüksək nitq mədəniyyəti
- Kompüter işləmə bacarığı
- Satış xüsusiyyətlərini və satış psixologiyasını yaxşı bilməlidir.
- Daşınmaz əmlakın satışı üzrə təcrübə mütləqdir
- Müştərilərə şirkətin bundan öncə inşa etdiyi və hazırda inşa etməkdə olduğu layihələr barəsində məlumatın verilməsi
- Müştərilərilərə təklif olunan yaşayış və qeyri yaşayış sahələrinin planı, keyfiyyəti, və digər fərqləndirici xüsusiyyətləri haqqında və şirkətin göstərdiyi xidmətlər haqqında dolğun, düzgün informasiyanın verilməsi
- Satışın həyata keçirilməsi
- Danışıqlar aparmaq, şərtləri razılaşdırmaq və müqavilələr bağlamaq.
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi
Tələblər:
- Tikinti sahəsində təcrübə mütləqdir
- Yaş həddi 25-35
- Ali təhsilli
- Tələb olunan vakansiyaya uyğun iş təcrübəsinə malik (1 ildən 3 ilə qədər)
- Ofis avandalıqarından sərbəst şəkildə istifadə bacarığı
- Dil biliyi: Azərbaycan dili və Rus dili (Əla), ingilis dili (Orta)
- Xoş görünüşlü , intizamlı və işinə qarşı məsuliyyətli olmaq
- İş qrafiki: Həftə içi 6 gün 09:00-dan 18:00-dək
- Əmək haqqı: 800-1000 AZN
Uyğun namizədlər CV-ni “Satış Meneceri” başlığı altında göndərə bilərlər.
VAKANSİYA 6
ATS Food
Təchizat Departamentinin Direktoru
Son tarix 16 yan 2023 - [email protected]
İş məkanı: Sumqayıt
Tələblər:
- Təhsil səviyyəsi: Ali təhsil (İqtisadi sahə üzrə)
- İş təcrübəsi: Satınalma, Təchizat üzrə 5 il, Təchizat sahəsində rəhbər pozisiyada 2 il təcrübə
- Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis (əla)
- Kompüter bilikləri: MS Office programları üzrə biliklər, xüsusilə exceldə yaxşı səviyyədə işləmə bacarığı.
- Digər: CIPS sertifikatına sahib olmaq arzu olunandır.
Vəzifədən gözləntilər:
- Satın alınan məhsulun keyfiyyətinin tələb sorğusunda müəyyən edilmiş standartlara uyğun monitorinqini təmin edir;
- Satınalma xərclərinin azaldılması proqramlarını hazırlayır və həyata keçirir;
- Xammal, avadanlıq, mal-material, ehtiyat hissələri, xidmət tədarükçülərinin axtarışını təmin edir;
- Sifarişin yerinə yetirilməsi və çatdırılma nəticələrini təhlil edir;
- Çatdırılma, logistika və nəqliyyat nəzarətinin təşkili;
- Potensial təminatçılarla görüşlərin təşkili və iştirakı;
- Satınalma müqavilələrinin idarə olunması;
- Müvafiq satınalma hesabatlarının hazırlanması;
- Təminatçı axtarışının koordinasiya edilməsi;
Vəzifə üzrə səriştələr:
- Strateji yanaşma;
- Dəyişikliyin idarə edilməsi;
- Müştərək rəhbərlik;
- Analitik Düşünmə, analiz etmə, diqqətcillik;
- Risklərin idarəedilməsi
- Tapşırıqları zamanında həll edə bilmək;
- Gərgin rejimdə işləmə bacarığı;
- Müstəqil və Komanda şəklində işləmə bacarığı;
- Güclü analitika və problem həll etmə bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı.
İş Şərtləri:
- Əmək haqqı: Razılaşmaya uyğun olaraq
- İş rejimi: 5 gün (həftəiçi)
- Servis: Var
- Yemək: Var
Maraqlananların emaildə “Təchizat Departamentinin Direktoru” yazaraq CV-lərini göndərməyi xahiş olunur.
VAKANSİYA 7
Junior Estimator
Son tarix 16 yan 2023 [email protected]
An estimator will develop project labor hours and material estimations from customers’ furnished drawings, specifications, and standards. Must be able to identify the detailed scope of work and integrate projected schedule and material to yard workload.
Garadagh dist.
Duties & Responsibilities:
- Preparing various estimations from conceptual cost estimates developed from schematic or feasibility level documentation, detailed budget grade estimates throughout the various trades;
- Must have an understanding of the basis of unit cost development, such as market labor rate indexes, commodity pricing differences, and the various factors that affect construction installation costs, labor productivity issues and etc.;
- Prepare for, and often lead the presentation of his/her cost estimate and basis of estimate information to the Client;
- Participate as a member of a team involved in Request for Proposal Responses (RFPs), and the formal presentation of the proposal.
- Supporting Commercial Officers with sourcing prices in the market for equipment, material and services for potential/ongoing projects.
- Continuous involvement in the development of client relationships within core businesses with both new and existing Clients;
Education & Experience:
- A University degree in the field of business, mathematics, or similar is required.
- Having experience in the marine industry would be a plus.
Skills & Required Competencies:
- The ability to communicate effectively and efficiently, both in writing and in person.
- The ability to go on job sites;
- Strong interpersonal, communication, and relationship management skills with all levels of employees, internal and external.
- Excellent written and oral communication skills including at senior management levels.
- Demonstration of exemplary business ethics, integrity, and honesty in all situations.
- Experienced user level of Microsoft office software (Word, PowerPoint, Excel, Projects, Outlook);
- Demonstrated ability to multi-task, prioritize and problem-solve.
- Ability to work with limited direction and to function as a team member.
- Calm under pressure and comfortable working in a busy environment.
- An understanding of and commitment to both office and industrial site safety requirements
Proposed Salary & Benefits:
- Salary: AZN 1,200 (will be determined during the interview depending on the candidate's knowledge and experience).
- Medical Insurance
- Compulsory Insurance
- Personal Accident Insurance
- Transport and meal provision
- Job-related trainings
Interested candidates are requested to submit their resumes and indicate “Junior Estimator” title in the subject line of the e-mail.
VAKANSİYA 8
Sinteks Group of Companies
Logistika üzrə Administrator
Son tarix 16 yan 2023 - [email protected]
To the attention of candidates: The requirements should be paid attention and relevant knowledge and skills should be pointed out in the CV.
Sinteks Şirkətlər qrupuna hal hazırda Logistika üzrə Administrator tələb olunur.
Vəzifənin rolu:
Bu vəzifənin rolu idxal və ixrac daşınmalarının razılaşdırılmış təyinat nöqtəsinə çatdırılmasını təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
- Təchizatçılar və yük göndərmə agentlikləri ilə əlaqə qurur
- Məhsulların çatdırılmasını təşkil edir
- Nəqliyyat prosesi və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədləri hazırlayır
- Gələcək məhsullar barədə məsul şəxsləri məlumatlandırır
- Hesab fakturaları logistika və maliyyə databazasına daxil edir
Əsas tələblər:
Təhsil:
- Ali təhsil (Nəqliyyat və logistika üzrə dərəcə üstünlükdür)
- Logistika üzrə müvafiq sertifikat və ixtisaslaşma arzuolunandır
Təcrübə:
- Təchizat Zənciri və ya Logistika sahəsində minimum 1 illik təcrübə
- Pərakəndə satış şirkətlərində təcrübə üstünlükdür
Professional biliklər:
- İncoterm standartları
- İngilis dili yaxşı səviyyədə
- 1C programında işləməyi bacarmaq arzuolunandır
- MS Office
Professional bacarıqlar və kompetensiyalar:
- İşgüzar ünsiyyət bacarıqları
- Müzakirə bacarıqları
- Analitik düşüncə
- Təfərrüatlar və nəticə yönümlü
- Zamanın idarə olunması
- Problem həll etmə bacarıqları
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Logistika üzrə Administrator” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
We are currently looking for Logistics Administrator to join Sinteks Group of Companies.
To the attention of candidates: The requirements should be paid attention and relevant knowledge and skills should be pointed out in the CV.
The role of the position:
The role of Logistics Administrator is to organize import and export shipments to agreed destinations.
Job responsibilities:
- Communicates with suppliers and forwarding agencies
- Arranges delivery of goods
- Prepares necessary documents required for the transportation process and customs clearance
- Informs responsible persons about upcoming goods
- Enters invoices into the logistic and financial database
Main requirements:
Education:
- Higher education (Degree in Transportation and Logistics is an advantage)
- Relevant certification and qualification in Logistics is desirable
Experience:
- Minimum 1 year of experience in Supply Chain or Logistics
- Experience in Retail companies is an advantage
Professional knowledge:
- Knowledge of Incoterms and international transportation standards
- Good command of English
- Working in 1C is desirable
- MS Office
Professional skills and competencies:
- Business communication skills
- Negotiation skills
- Analytical thinking
- Details and result oriented
- Time management
- Problem solving skills
Interested candidates can send their CV’s by mentioning “Logistics Administrator” in the subject line.
VAKANSİYA 9
Araznet MMC
Montajçı
Son tarix 16 yan 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Fiber-optik kabellərin çəkilməsi,qaynaq olunması;
- Data və elektrik kabellərinin qapalı məkan və ya ərazidə montajı;
- Nəzarət sistemlərinin (kamera,şlaqbaum, giriş-çıxışa nəzarət sistemləri) montaj olunması ;
- Şəbəkə kabellərinin test olunması;
- Səs sistemlərinin və tv sistemlərinin kabelləşməsi və montaj olunması;
- Elektrik avadanlıqlarının montaj və demontajı;
- Lokal şəbəkə kabellərinin kanal və suvaqaltı çəkilişi , montajı , sonlandırılması.
- Yoxlamalar zamanı aşkar edilmiş nöqsanların yerində öyrənilməsi və onların aradan qaldırılması məqsədi təmir işlərinin aparılması.
Namizədə tələblər:
- Müvafiq sahədə mimimum 2 il iş təcrübəsi;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını bilməli;
- Şəbəkə, kabel, kamera nəzarət sistemləri barədə texnik biliklər.
- Operativ və nəticə yönümlü;
- Yüksəklikdə işləmək bacarığ;
- Ezamiyyət üçün açıq.
İş barədə məlumat:
- Rəsmi əmək müqaviləsi.
- Korporativ nömrə.
- Həftəlik 40 saatdan çox olmmaqla 6 (altı) günlük iş qrafiki.
- Əmək haqqı aralığı: 600-800 azn
Maraqlanan namizədlər CV-lərini elektron ünvanına "Montajçı" başlığını qeyd edərək göndərə bilərlər.
VAKANSİYA 10
Ateshgah Sigorta
Sığorta üzrə Satış Məsləhətçiləri Layihəsi
Son tarix 16 yan 2023 - [email protected]
Təlimlərdə iştirak et, satış incəliklərini öyrən, yüksək gəlir əldə etmək imkanı qazan!
Yaş məhdudiyyəti yoxdur. Satış Sahəsində təcrübə və bilik toplayib yüksək gəlir əldə etmək istəyənlər müraciət edə bilər.
Siz burada nə əldə edəcəksiniz:
- Yüksək qazanc və İşlə təmin olunma imkanı; Uğurlu karyera qurmaq; Sığorta sahəsində real iş imkanına malik olmaq;
- Peşəkar iş mühitində çalışmaq
- Satış bilikləri;
- Biznes əlaqələr və biznesin idarə edilməsi;
- Sığorta fəaliyyətinin əsasları;
- Natiqlik və təqdimat bacarıqları;
- Kommunikasiya bacarıqları;
- Ödənişsiz təlimlər;
Maraqlananlar öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində “Sığorta üzrə Satış Məsləhətçiləri” qeyd etmək mütləqdir).
VAKANSİYA 11
Dably
Satıcı
Son tarix 16 yan 2023 - [email protected]
Vəzifə Öhdəlikləri:
- Şirkətin satış həcminin artırılmasına dəstək
- Müştərilərə məhsullar haqında dolğun məlumat vermək və məhsulların satışında səmərəli təkliflərin edilməsi
- Satış texnikası və müştəri məmnuniyyəti standartlarına riayət etməklə satışı həyata keçirmək
- Müştərilərdən gələn sifarişlərin düzgün qəbul edilməsi və müvafiq bölmələrə ötürülməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtı-vaxtında icra edilməsi
Tələblər:
- 18-35 yaş
- Tam orta təhsil
- Müvafiq vəzifə üzrə minimum 1 il iş təcrübəsi
- Moda sahəsinə marağın olması
- Rus dili üstünlükdür
- Mükəmməl ünsiyyət bacarığı və səlis danışıq
- Məsuliyyətli, Çalışqan, İşə həvəsli
- Səbrli, Aktiv, Gülərüz, Səliqəli
İş qrafiki:
- Ünvan: Təbriz küç.74 (N.Nərimanov r),
- İş rejimi: 09:00 - 18:00 ( 6 gün )
- Əmək haqqı: 400 - 600 AZN + bonus
Maraqlanan namizədlər mövzu yerində “Satıcı” yazmaqla öz CV-lərini göndərə bilər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyuya dəvət olunacaqlar.
Əlaqə : 055-200-80-37 ( Whatsapp )
VAKANSİYA 12
Bestcomp Group
Proqramçı (back-end developer)
Son tarix 16 yan 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Proqram təminatının inkaşfı üçün proqramçı, analitik və layihə rəhbərləri ilə işləmək.
- Proqram təminatının verilən tələbləri qarşılamasının yoxlanılması.
- Problemlərin aradan qaldırılması, xətaların incələnməsi və proqram təminatını təkmilləşdirilməsi
- Məlumatların təhlükəsizliyinin təmin olunması üçün konfiqurasiyaların hazırlanması
Davranış bacarıqları:
- Təhlil etmək və problem həll etmək bacarığı.
- Çevik yanaşma, yeni vəziyyətlərə və problemlərə uyğunlaşmağı bacarmaq
- Komandada işləmək bacarığı
Xüsusi tələblər:
- Kompüter elmləri, kompüter mühəndisliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi
- C# proqramlaşdırması ilə min 2 illik ardıcıl təcrübə
- Proqramlaşdırma dilləri: C# proqramlaşdırma dili üzrə təcrübü biliklər
- VBİS: SQLServer, Oracle, MongoDB və Redis
- OS:Linux, Windows
- Web server: IIS vs NGINX
- Proqram mühəndisliyi: OOP, Architectural pattern, Design patterns, Design principles
- TDD and BDD (Nunit, XUnit) kimi test etmə yanaşmaları
Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq
Son müraciət tarixi: 15.01.2023
Başlıq: maraqlanan namizədlər CV-ləri “Proqramçı (back-end)” başlığı altında göndərə bilərlər.
VAKANSİYA 13
Restaurant
Baş Aşpaz (milli mətbəx)
Son tarix 16 yan 2023 - [email protected]
İş öhdəlikləri:
- Mətbəxin ümumi işində baş aşpaz fəaliyyəti göstərmək;
- Mətbəx işçilərini idarə etmək, o cümlədən işçilərin iş cədvəlini qurmaq və intizam və inzibati məsələlərə nəzarət etmək;
- Yeməklərin keyfiyyətini yoxlamaq və bişirmə texnikasına nəzarət, yeməklərin hazırlanmasında komandaya rəhbərlik etmək;
- Yeni qəbul olan işçilərə və kiçik aşpazlara təlimlər keçmək;
- Yemək menyularının yaradılmasında köməklik etmək;
- Qida gigiyena qaydalarına ciddi riayət olunmasını təmin etmək;
- Məhsulları düzgün istifadə etmək və ehtiyata nəzarət etmək.
Əsas tələblər:
- MİLLİ mətbəx aşpaz kimi azı 6 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, Rus dili bilikləri arzu olunandır;
- Çevik iş qrafikində işləmək bacarığı;
- Ünsiyyət, komandada işləmək, idarəetmə və stressə davamlılıq bacarıqları.
Əlavə şərtlər:
- Maaş: 1000 + bonuslar
- İş saatı: Görüşdə müzakirə olunur
- 6 günlük iş grafiki
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir
- Nahar təmin olunur
Bu vakansiya yalnız Azərbaycan vətandaşlığı olan şəxslər üçündür.
VAKANSİYA 14
Carlsberg Azerbaijan
Аналитик-координатор по продажам
Son tarix 16 yan 2023 - Müraciət et
Условия работы:
Предложение компании: Карьерные возможности, конкурентоспособный компенсационный пакет (базовый оклад + бонусы согласно политике компании) & социальный пакет (мед. страховка, лимитированная мобильная связь, сервис, питание).
Месторасположение: г. Хырдалан, Шемахинское шоссе.
График работы: Понедельник-Пятница 08:00-17:00
Основные должностные обязанности:
- сбор, обработка и анализ сведений о продажах и остатках продукции
- своевременная подготовка, рассылка аналитических отчетов по продажам
- работа с учетными информационными системами обеспечения продаж: анализ каналов дистрибуции, покрытия, контроль продуктивности работы полевого персонала, подготовка и рассылка аналитических отчетов
- постановка ежемесячных планов по сотрудникам отдела продаж
- подведение итогов выполнений целей по отделу продаж
- подготовка и проведение презентаций на основе проведенного анализа
Требования к кандидатам:
- высшее образование (желательно по специальности экономика, финансы)
- опыт работы не менее 1 года в области анализа продаж (желательно в сфере: международные FMCG)
Необходимые знания и навыки, компетенции:
- знание системы дистрибуции, системы взаимоотношений между участниками рынка
- навыки планирования продаж
- бюджетирование, методы контроля и управления эффективностью бюджета
- навыки бизнес-анализа показателей продаж и дистрибуции
- навыки подготовки и проведения презентаций
- навыки коммуникации (этика делового общения, ведение переговоров и презентаций, принятие решений, преодоление возражений, лидерство, работа в команде, нацеленность на результат, способность обучать и обучаться).
Контакты:
Если Вы соответствуете вышеуказанным требованиям и хотели бы претендовать на данную, интересную и сложную одновременно вакансию, пожалуйста, пришлите Ваше резюме пройдя по линку :
https://www.carlsbergazerbaijan.az/en/work-with-us/join-our-team/career-form/
https://www.carlsbergazerbaijan.az/az/bizimla-calis/komandamiza-qosul/career-form/
Обращаем ваше внимание, что только с ограниченное число кандидатов будет приглашено на собеседование.
VAKANSİYA 15
Peony Flowers Boutique
Водитель-курьер
Son tarix 16 yan 2023 - [email protected]
Требования:
- НАЛИЧИЕ СОБСТВЕННОГО АВТОМОБИЛЯ
- Знание русского языка ОБЯЗАТЕЛЬНО
- Пол: Мужской
- Коммуникабельность
- Возраст: 25-35 лет
- Опыт работы в этой сфере
Компания предлагает:
- 1000 AZN
Адрес: Mehdi Huseyn 71
VAKANSİYA 16
Daşkəsən Dəmir Filiz MMC
CİS mütəxəssisi
Son tarix 16 yan 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin xəritə bazasının saxlanması;
- Dəyişikliklərin mütəmadi şəkildə qeydiyyatı;
- Ortofoto şəkillərin deşifrələnməsi və saxlanması;
- Bütün bazanın paralel olaraq kmz bazada yığılması;
- Kartoqrafiya işləri;
- Texniki komandanın CİS sorğularının yerinə yetirilməsi;
- DEM və digər topoqrafik modellər üzərində əməliyyatlar;
- Müxtəlif miqyaslarda topoqrafik xəritələrin tərtibi;
- Cəmiyyətin torpaq sənədləşmə işlərinin, yerquruluşu planlarının və bu yöndə digər bürokratik və texniki məsələlərin həlli işlərinin icrası;
- Nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi qanunvericilik aktlarına uyğun olan digər göstəriş və tapşırıqlarını birbaşa rəhbərini məlumatlandırmaqla vaxtında və tam icra etmək:
Namizədə tələblər:
- Ali təhsil(uyğun ixtisas üzrə ali təhsil);
- Sahə üzrə minimum 5 illik iş təcrübəsi;
- ArcGİS, Google Earth və Autocad Civil 3D proqram təminatlarında yaxşı işləmə bacarığı
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili;
- MS Office üzrə biliklər.
Digər məlumatlar:
İş yeri: Daşkəsən rayonu, Dəmir filizi sahəsi
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “CİS mütəxəssisi” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elekton poçt ünvanına göndərmələri xahiş olunur.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 17
BrandMart QSC
SMM mütəxəssis
Son tarix 16 yan 2023 - [email protected]
Namizəd üçün tələblər:
- Yaş: 18-40 (xanım)
- Azərbaycan dilinin qrammatika, leksika biliyi və düzgün tətbiq bacarıqları, rus dili biliyi arzuolunandır;
- Kreativ ideyalı və yaradıcı qabiliyyətli;
- Məsuliyyətli və diqqətli olmaq;
- Komandada işləmə bacarığı;
- SMM üzrə 1 il iş təcrübəsi;
- Punktual və pozitiv olmalı;
- İnstagram/Facebook/Tik-Tok mühitində rahat işləmək bacarığı;
- İnternet, qrafik dizayn proqramlarında işləmə bacarığı;
İş barədə məlumat:
- Səhifə inzibatçılığı;
- Səhifə izləyici sayının və aktivliyinin artırılması;
- Targeting və hədəf kütlənin planlaşdırılması və təşviq edilməsi;
- İzləyicilərin səhifələrə cəlb edilməsini təmin edən tədbirlərin görülməsi;
- Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuları şirkətin adından korporativ etika çərçivəsində cavablandırmaq;
- Müştəri məmnuniyyətini təmin etmək;
- Mövzuya uyğun olaraq kontentin (mətn, foto, video) hazırlanması və ya seçilməsi;
- Satış yönümlü yazışma aparmaq;
- Sosial mediada şirkət haqda rəyləri monitorinq etmək;
- İş keyfiyyətini mütəmadi olaraq artırmaq;
- Səhifənin günlük,həftəlik və aylıq hesabatlarının hazırlanması;
09:00-18:00
Həftədə 1 gün istirahət
Əmək haqqı: 670 AZN (gross).
VAKANSİYA 18
Researcher (Medicine & Science)
Son tarix 16 yan 2023 - [email protected]
To be successful as a researcher, you should be resourceful, and demonstrate excellent time management and patience, having scientific publications available in referenced citation databases (Scopus, Web of Science - Clarivate, etc.) plus working English language command skills.
Qualificatoins and skills:
- Knowledge of relevant field (e.g., biochemistry, pharmacology, medical sciences, sports medicine and rehabilitation, etc.);
- Strong organizational, project management, documents security, confidentiality and classification skills;
- Teamwork skills and analytical mindset;
- Experience with applied research projects and ability to identify and assess objective measures of success;
- Experience with critical evaluation of research proposals and reports, experimental design, interpretation of data and principles of statistical analysis;
- Bilingual proficiency in Azerbaijani and English, proficiency in other languages is an asset;
Kindly ask to send your CV with salary expectations to the e-mail address.
VAKANSİYA 19
INEO Group
Администратор магазина
Son tarix 16 yan 2023 - [email protected]
Французский бренд Jacadi объединяющие высокое качество, безупречные стандарты и европейский стиль.
График работы: 6 дней рабочее время. Один день выходной
Основные обязанности:
- Обеспечение исполнения плана продаж магазина
- Координация работы персонала магазина, обеспечение высокого уровня клиентского сервиса
- Адаптация, обучение и мотивация консультантов
- Обеспечение бесперебойной работы магазина по всем направлениям деятельности (мерчандайзинг, прием партий товара, проведение инвентаризационных проверок, координация проведения рекламных акций)
- Участие в формировании заказа продукции
- Ведение необходимой отчетности
Требования:
- Девушки, возраст 25 – 35 лет
- Опыт работы в розничной торговле и на данной позиции не менее 3-х лет
- Свободное владение азербайджанским и русским языками (английский приветствуется)
- Знание правил и методов обслуживания покупателей, психологии и принципов продаж
- Уверенный пользователь 1С, Excel
- Высокий уровень ответственности, инициативность и исполнительность
- Четкая, грамотная речь
- Презентабельный внешний вид
Условия и компенсации:
- Заработная плата – по результатам собеседования (от 700 - 800 azn) + KPI
- оформление по трудовому законодательству АР, социальное страхование
Заинтересовавшихся просьба отправлять CV с указанием названия позиции в теме письма.
VAKANSİYA 20
İnsan Resursları Departamentində Ödənişli Təcrübə Proqramı
Son tarix 16 yan 2023 - [email protected]
Tələblər:
- Ali təhsil ( İnsan Resursları , Biznesin təşkili, Maliyyə və Hüquq və s.)
- Riyazi biliklər və məntiqi təfəkkür;
- Ofis proqramlarını orta səviyyədə bilmə;
- Təşəbbüskar və məsuliyyətli olma;
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
- Özünü inkişafa meyillilik;
- Komandada işləmə bacarığı;
- Ünsiyyət qurma və səlis danışıq qabiliyyəti;
- Punktual və nizam-intizamlı.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar Şirkət tərəfindən təmin olunur;
- Servis xidməti ilə təmin olunur;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Təcrübəçi” yazaraq göndərə bilərlər.