VAKANSİYA 1
Caspel LTD - Satış üzrə koordinator
Məsuliyyət və vəzifələr:
- Şirkətin məhsullarının satışının təşkili
- Mövcud müştəri bazasının genişləndirilməsi
- Satış nöqtələrinin vaxtlı vaxtında yoxlanılması
- Satış nöqtələrimizdə yaranan çatışmamazlıqların aradan qaldırılması
- Satış işçilərinin fəaliyyətlərinin düzgün qiymətləndirilməsi və təlimatlandırılması və s.
Tələblər:
- Təhsil : Ali
- İş təcrübəsi : 1 ildən 3 ilə qədər
- Yaş : 22 - 35
- Cins : Qadın
- Ancaq xanım namizədlər tələb olunur
- Satış sahəsində təcrübə və satış bacarığı
- Bazar təhlili və aktiv şəkildə korporativ müştərilərin axtarışı
- Yüksək nitq qabiliyyəti
- Dürüstlük
- İşgüzarlıq
- Məsuliyyətlilik
- Müştərilərlə işləmə bacarığı
Sabit əmək haqqı 400-500 AZN (+bonuslar)
İş vaxtı 09:00 - 18:00 (həftədə 5 gün)
E-mail: [email protected]
VAKANSİYA 2
Azinvest Telecom Technology - Layihələr üzrə koordinator
Vəzifə öhdəlikləri:
- Ərazidə işə başlamazdan öncə risklərin qiymətləndirilməsi nəticəsində aşkarlanan texniki nasazlıq hallarının araşdırması və aradan qaldırılması;
- Texniki təhlükəsizliyə riayət edilməsi və təhlükəsizliklə bağlı müvafiq formaların imzalanmasına nəzarət;
- Layihənin sxeminə uyğun olaraq kabellərin çəkilməsinə və dirəklərin basdırılmasına nəzarət;
- Layihələrdə aparılan işlərin hesabatlarının alınması , yoxlanması və məsul şəxsə təhvil verilməsi;
- Layihələrdə dəyişiklik edilməsi ;
- Vəzifə icrası ilə bağlı digər işlər.
Vəzifəyə olan tələblər:
- Təhsil - Ali , Orta və texniki təhsil
- Sertifikat - arzu olunandır
- Staj - Ən azı 2 il iş təcrübəsi
- Dil biliyi - Azərbaycan/ rus dillərini bilmək
- Kompüter biliyi - MS Office proqramları
- Xüsusi proqramlar - Nagios, Autocad
- Xasiyyət xüsusiyyətləri - Ünsiyyət qurma bacarığı, dəqiqlik
İş qrafiki: 6 günlük, I-V günlər, saat 09:00-17:00; VI gün gün 10-16:00-dək.
Əmək haqqı: 600 -800 AZN net.
CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını “Layihələr üzrə koordinator” yazmaqla göndərə bilərsiniz.
VAKANSİYA 3
ŞİRKƏT HAQQINDA:
“Başak” MMC şirkəti 2004-cü ildə təsis edilib. Şirkət həm texnologiya, həm səmərə, möhkəmlik, həm də peşəkar mühəndis kadrlarının və işçi qüvvəsinin cəlb edilməsi baxımından ölkəmizdə müasir, tikinti müəssisəsi kimi insanlara xidmət edir. Şirkətimiz özəl və fərdi layihələrdə bir neçə istiqamətlərdə fəaliyyət göstərir: Kirəmit və metal dam örtüklərin satışı və quraşdırılması, istənilən növ inşaat materiallarının satışı və tikinti işlərinin görülməsi, yerli və avropa istehsalı olan plastik və aluminyum pəncərə qapı sistemlərinin quraşdırılması, müxtəlif çeşidli uniformaların hazırlanmasını və satışını həyata keçirir.
Vəzifə: Korporativ satış mütəxəssisi
Tələblər:
• Ali təhsil,
• Korporativ satış üzrə minimum 2-3 il təcrübə,
• Əsas tələb: şəxsi avtomobil (amortizasiya xərcləri qarşılanır),
• Standart kompüter bacarıqları (Word, Excel, Outlook, PPT),
• Danışıqlar aparma qabiliyyəti,
• Təqdimat hazırlama və təqdimat keçmək bacarığı,
• Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olmaq,
• 23-30 yaş aralğı,
İş şəraiti:
• İş vaxtı: Həftə içi 6 gün 09:00–dan 18:00 dək;
• Əməkhaqqı: 700 AZN + Bonus (KPİ),
• Nahar şirkət tərəfindən qarşılanır,
• Ünvan: Dərnəgül şossesi, Ziya Bünyadov pr 3105.
Tələblərə uyğun şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsinə “Korporativ satış mütəxəssisi” yazaraq göndərə bilərlər.
VAKANSİYA 4
BSC Consulting & Outsourcing Company
Baş mühasib
Namizədə olan tələblər:
- Müvafiq sahədə 3-5 il iş təcrübəsi;
- AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;
- İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil;
- MS Office, 1C 8.2, 8.3 ;
- Şəxsi keyfiyyətlər : stresədavamlı, liderlik xüsüsiyyətləri olan, təşəbbüskar, analitik düşüncə tərzi, pozitiv iş münasibətləri qura bilən, dəqiq və məsuliyyətli;
- Azərbaycan dili (Rus və İngilis dili bilmək arzu olunandır);
İcra edəcəyi əmək funksiyaları:
- Elektron qaimə-fakturaların portala daxil edilməsi
- Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi
- İdxal olunmuş malların maya dəyərinin hesablanması
- Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması
- Gəlir və xərc sənədlərinə nəzarət edilməsi
- Vergi, DSMF (vahid müzdlu bəyannamələr), statistika və digər dövlət qurumlarına hesabatların təqdim edilməsi
- Hesablar planı və müxabirləşməsi
- Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili
İş vaxtı:
I-V günlər 09:00 - 18:00
VI- 09:00-13:00
Əmək haqqı 2000-2500 AZN.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə göndərmələri xahiş olunur.
VAKANSİYA 5
Korporativ satış üzrə kiçik mütəxəssis/mütəxəssis
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Korporativ satış bölməsində Korporativ satış üzrə kiçik mütəxəssis/mütəxəssis vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Kimlər müraciət edə bilər?
• 21-29 yaş aralığında gənclər
Hansı özəlliklərə malik olmalıdır?
• Ali təhsil
• Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür)
• Səlis və aydın nitq qabiliyyəti
• Müştəri yönümlülük, təqdimetmə bacarığı
• Yüksək ünsiyyətqurma, satış və inandırma bacarığı
Korporativ satış üzrə kiçik mütəxəssis nə iş görür?
• Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
• Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
• Məhsul və xidmətlər haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərilməsi
Əlavə məlumat
• Bazar ertəsi – Cümə: 09:00 – 18:00
• Şənbə: 10:00 – 14:00
• Əmək haqqı: 300/400 AZN + Bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Korporativ satış üzrə kiçik mütəxəssis/mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 6
Royal Development
Vakansiya: Satış müdiri (Tikinti sahəsi üzrə)
Namizədə tələblər:
• Ali təhsil;
• Müvafiq sahəsə ən azı 1 il iş təçrübəsi
• Kompüter biliyi: MS Office proqramları;
• Dillər: Azərbaycan, İngilis və Rus dilləri (sərbəst)
• Yaş həddi: 30-40.
Şəxsi keyfiyyətləri:
• Liderlik;
• Fikrini izah etmək qabliyyəti;
• Ünsiyyət qurmaq bacarığı;
• Analitik düşünmə qabiliyyəti.
Vəzifə öhdəlikləri:
• Tikinti sahəsində korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
• Görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili;
• Satış zamanı şirkətin müştəri xidmətləri standartına uyğun xidmət göstərmək;
• Müştərilərlə müqavilə bağlanmasını təmin etmək, onlarla işgüzar münasibətlər yaratmaq və davam etdirmək;
• Müştəri məmnuniyyətini saxlamaq;
• Aidiyyatı tapşırıqların yerinə yetirilməsi.
İş qrafiki: 09:00 - 18:00 (5 günlük iş qrafiki)
İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 Sentyabr, 2021-ci il tarixinədək [email protected] elektron ünvanına, mövzu hissəsində “Satış müdiri” qeyd edərək göndərə bilərlər.
VAKANSİYA 7
Бухгалтер- кассир
Компания ООО «Breeze Hotel» объявляет набор кандидатов на вакантную должность – Бухгалтер-кассир.
Заработная плата 2000 АЗН.
Обязанности:
• Ведение бухгалтерского учета кассовых операций в базе 1С;
• Работа с системой R-Keeper;
• Получение и выдача наличных денежных средств;
• Работу по организации и учету кассовых операций;
• Ведение первичной документации по приему и выдаче наличных денег;
• Ежедневно в конце рабочего дня подсчет итогов операций за день;
• Следить за сохранностью первичных документов по кассовым операциям;
• Проводить сверки с контрагентами, работа с банк клиентом, контроль и печать документов реализации;
• Архивирование документации;
• Выполнение иных поручений руководства.
Требования к кандидату:
• Высшее экономическое образование;
• Опыт работы от 3 лет;
• Отличное владение программой 1С, версия 8.2;
• Уверенный пользователь ПК со знанием программ Microsoft Excel, Microsoft Word;
• Умение работать с большим объёмом информации;
• Высокая работоспособность;
• Коммуникабельность, исполнительность, внимательность.
Условия:
• Полная занятость
• График 5/2
• Испытательный срок 3 месяца
• Оформление по Трудовому кодексу АР
• Возможность карьерного роста.
• Компания предоставляет сервисный автобус, обед и мобильную связь.
CV высылать по адресу: [email protected] с указанием названия вакансии в строке «Тема»
CV кандидатов, не соответствующих указанным требованиям, не будут рассматриваться.
VAKANSİYA 8
Vəzifə: Maliyyə Nəzarəti üzrə Müdir Müavini
İş yeri: OBA Marketlər Şəbəkəsi, Baş Ofis
Direktorluq: Maliyyə
Namizədə dair tələblər:
• Təhsil: Ali təhsil (maliyyə yönümlü)
• Kompüter bilikləri: MS Office
• Dil bilikləri: İngilis dili
• İş təcrübəsi: Audit sahəsində (Big 10) iş təcrübəsi (Audit Assistant 3 və ya Audit Senior), ümumilikdə isə 3-5 il təcrübə
• ACCA imtahanlarının bir hissəsinin (F1-F3, F7) müvəffəqiyyətlə keçmiş olması
Vəzifə öhdəlikləri:
• Mühasibat uçotu üzrə əməliyyatları yoxlamaq və düzgün tanınmasına nəzarət etmək
• Xərclər üzərində nəzarəti təmin etmək
• Ay bağlanışı prossesinə nəzarət etmək
• Daxili audit ilə işlərin koordinasiyası və audit prossesinə dəstək
• Xarici audit ilə işlərin koordinasiyası və audit prossesinə dəstək
• Mühasibat uçotu üzrə prosseslərin yoxlanılması və daxili nəzarətin qurulması
• Qrup maliyyə sorğularının cavablandırılması
Əlavə təminatlar:
• Nahar;
• Korporativ nömrə;
• Servis xidməti;
İş qrafiki:
İş saatları 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00
Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Maliyyə Nəzarəti üzrə Müdir Müavini" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 9
Daxili Audit Mütəxəssisi
Namizədə tələblər:
• Ali təhsil (iqtisadiyyat və idarəetmə ixtisasları üzrə)
• Daxili nəzarət və auditor vəzifələri üzrə azı 2 il iş stajı
• Ofis proqramları və 1C proqramında işləmək bacarığı olmalı
• Məsuliyyətlilik, müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı, problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı.
Vəzifələr:
• Şirkətlər qrupu üzrə Audit zamanı sahə işlərini aparmaq və aşkar edilən hallar barədə hesabatlar hazırlamaq;
• Prosesləri / nəzarətləri təkmilləşdirmək və iş proseslərini, əməliyyatlarını və kommunikasiyasını davamlı inkişaf etdirmək üçün imkanları müəyyənləşdirmək və təqdim etmək;
• Hər Audit prosesindən sonra Audit departamenti tərəfindən rəsmi şəkildə verilən tövsiyələr əsasında işin düzgün qaydada icrasına nəzarət etmək;
• Prosedur mexanizmlərin işlənilməsinə nəzarət məqsədi ilə sənədlərin təhlil etmək;
• Baş ofis və törəmə şirkətlər üzrə daxili nəzarət sistemlərini, habelə bu sistemlərin beynəlxalq səviyyədə qəbul edilmiş standartlara uyğunluğunu mütəmadi olaraq izləmək;
• Struktur bölmələrin gündəlik fəaliyyətinin nəticələri ilə əlaqəli qüsurları və sistem xətalarını təhlil etmək, onların aradan qaldırılması və təkrarlanmaması üçün tövsiyələr vermək.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV [email protected] elektron ünvana təqdim edə bilərlər.
VAKANSİYA 10
Şirkət: “Kristal Abşeron” MTK
Vəzifə: İstehsalat üzrə Mühasib
Tələblər:
- Ali təhsil (iqtisadi sahələrdə olması vacibdir);
- İstehsalat üzrə mühasib kimi minimum 2-3 il təcrübə;
- Azərbaycan dilini mükəmməl, rus dilini yaxşı səviyyədə bilmək;
- ERP və Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
- Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların 1C proqramına daxil edilməsi;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət;
- Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
- Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi;
- Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların mühasibat standartalarına uygun uçotunu təmin etmək;
- Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi;
- Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak etmək, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək;
- Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək;
- Maliyyə hesabatlarının hazırlanması (Balans, Mənfəət və Zərər, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat və s.);
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri Xırdalan şəhərində yerləşir;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İstehsalat üzrə mühasib” yazmaqla ''[email protected]'' elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 11
Şirkət: Industrial Business MMC
Vəzifə: Təchizat üzrə mütəxəssis
Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 187A, Offis 78
Vəzifə təlimatı:
- Sifarişlərin qəbulu, təhlili;
- Tədarükçulərin araşdırılması, əlaqələrin yaradılması;
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
- Tədarükçülərlə müqavilələrin bağlanması;
- Müqavilənin icrası uçotunun aparılması;
- Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması);
- Malların gətirilməsi və anbara təhvil verilməsi;
- Malların qeydiyyatının aparılması;
- Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması;
Tələblər:
- Ali təhsilli, texniki ali təhsili olan namizədlərə üstünlük verilir;
- Azərbaycan, rus və ingilis dillərində yaxşı səviyyədə danışıq qabiliyyəti;
- Kompüter biliyi: Microsoft Office proqramlarını bilməli;
- Neft-mədən və digər sənaye mallarını tanımalıdır;
- İş təcrübəsi əlaqəli sahədə 3 ildən artıq;
- Fərdi keyfiyyətlər: məsuliyyət, diqqətlilik, müstəqil qərar vermək və ünsiyyət qurmaq qabiliyyəti;
Şərtlər:
- İş qrafiki: Həftənin 5 günü, saat 10.00-19.00
- İşə qəbul AR Əmək Məcəlləci əsasında
- Mobil rabitə.
- Əmək haqqı: Danışıq əsnasında
- Müsahibə CV əsasında aparılacaq.
Xahiş edirik, mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) və gözlənilən əmək haqqını qeyd etməklə [email protected] e-poçt ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.