VAKANSİYA 1
Satıcı məsləhətçisi
Son tarix 08 yan 2022
Vəzifə öhdəlikləri:
- Müştərilərlə münasibətin yüksək səviyyədə qurulması, yeni müştəriləri cəlb etmək;
- İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı;
- Müştəriləri ilə showroom-da görüşlər və təqdimatların keçirilməsi;
- Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması;
- Sifarişlərin icra olunması;
- Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi;
- Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi;
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
- Məhsul seçimində müştəriyə xidmət haqqında tanıtım və satışın həyata keçirilməsi;
İş şəraiti:
- Mobil nömrə (+30 azn aylıq balans) və noutbuk şirkət tərəfindən verilir;
- Təlimlər şirkət tərəfindən keçirilir və ya ödənilir;
- AR ƏM əsasən rəsmiləşdirmə, əmək haqqı bank kartına ödənilir;
- Əmək haqqı: müsahibə əsasında namizədə görə dəişir 450 azn - 650 azn arası + bonus sistemi;
- İş rejimi: 10:00-dan 19:00-dək, həftədə 6 gün (həftədə 1 gün istirahət, qrafik üzrə);
- İş yeri: yalnız ofis və showroom daxili;
- Ünvan: Bakı Şəhəri, Ağ Şəhər, Yaşıl Ada küçəsi 1;
- 1-ay sınaq müddəti; ;
Tələb olunan bilik və bacarıqlar:
- MS OFFICE (Word, Eexcel, Powerpoint) yüksək səviyyədə bilməli;
- Korporativ e-mail yazma bacarıqları və e-mail proqramların bilikləri (MS Outlook, Work Space və s.);
- Azərbaycan və Rus dilləri mükəmməl səviyyədə bilməli, İnglis dili arzuolunandır;
- Müştəriyönümlü satış etmək bacarığının olması;
Nəmizədə qoyulan tələblər:
- Ali təhsil arzuolunandır;
- Qadın namizəd;
- İş təcrübəsi: satış sahəsində 1 il və üzəri iş təcrübəsinin olması arzuolunandır;
- Yaş həddi: 18-30;
Xahiş olunur namizədlər şəkilli CV-sini “Satıcı məsləhətçisi” başlığı ilə göndərsinlər. (Seçim yalnız bu üsulla aparılır) ([email protected])
VAKANSİYA 2
Aqrar İnnovasiya və Təchizat Şirkəti
Kateqoriya üzrə menecer
Son tarix 08 yan 2022
Vəzifə öhdəlikləri:
- Tədarükçü siyahisinin təyin edilməsi ( Azərbaycanda bizim mağazada satıla biləcək məhsulları idxal və ya istehsal edən şirkətlər )
- Satış nöqtələrində məhsulların kateqoriyaya uyğun düzülüşü (planoqram )
- Seqment və brendlere görə məhsulların seçimi və ayrılması
- Məlumatların sistemə tam dəqiq daxil edirlməsi ( məhsul adı, qutu, pallet, ölçü, min.sifariş və s.)
- Sifariş proseduruna uyğun məhsul sifarişi və göndərilmə tarixini müəyyən edir
- Qiymət dəyişikliyi ( gündəlik )
- Rəqiblərin monitorinqi
- Məhsul limitlerinin təyin edilməsi
- Malların təchizat müqaviləsini razılaşdırmaq
- Tədarükçülərin hansı holdinqlərə, hansı sahibkara aid olmasını və ən əsası şirkətin maddi durumunu bilmək.
- Kateqoriyasında aid olan məhsulların ABC attikullarla bölünməsi
- Assortimentin tam qiymətləndirilməsi ( Analiz )
Namizədə dair tələblər:
- Ali təhsil (marketinq, biznes, iqtisadiyyat sahədə)
- Satış, merçendayzinq, marketinq sahədə iş təcrübəsi- 2-3 il
- MS Office proqramları- yaxşı səviyyədə
- Ünsiyyət qurabilmə, Azərbaycan dilində səlis danışıq bacarığı olmalı;
- Bazar qiymətləri, rəqabətlilik haqqında məlumatlı olmalı;
- Müxtəlif bölgələrdəki marketləri və müştəri profillərini yaxşı bilməli;
- Rus dili və İngilis dili biliyi arzu olunandır.
- MS Office proqramlarını əla səviyyədə bilməli;
İş şərtləri:
- Ə/h – 1200 azn
- İş yeri: Chinar Park BM, Ə.Rəcəbli küç.
- İş qrafikiı: 08.30- 17.30 – I-V
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına başlıq hissəsində ``Kateqoriya üzrə menecer`` yazaraq göndərə bilərlər ([email protected]).
VAKANSİYA 3
Müştəri məmnuniyyəti üzrə nəzarətçi
Son tarix 08 yan 2022
Tələblər:
- Azərbaycan dilində səlis danışmaq, yazmaq və oxumaq bacarığı;
- Rus dilində səlis danışmaq bacarığı;
- Təcrübəli kompüter istifadəçisi olmaq;
- Müştəri xidməti sektorunda iş təcrübəsi;
- Şikayətlərin araşdırılması və cavablandırılması üzrə təcrübə;
- Video nəzarət üzrə təcrübə arzuolunand;r;
- Stresədavamlı və operativ olmaq;
- Tələbkarlıq və qərar vermək bacarığı;
- Etik davranış qaydalarına əməl etmək;
- Şirkətin fəaliyyət istiqamətlərinə dair biliklərə malik olmaq.
Öhdəliklər:
- Müştərilərdən daxil olan telefon zənglərinə cavab vermək;
- Müştərilərə operativ və keyfiyyətli xidmət göstərilməsini təmin etmək;
- Səbirli olmalı, müştərilərdən sorğusunu tam ətraflı qəbul etməlidir və bütün sualları cavablandırmalıdır;
- İşində məsuliyyətli, ciddi, danışıq diksiyası normal olmalı;
- Müştəri şikayətlərinə baxılması, müştəri məmnuniyyətini təmin etmək üçün lazımi tədbirlərin həyata keçirilməsi;
İş Şərtləri:
- Ə/H 800 AZN
- 6 günlük iş həftəsi;
- Növbəli iş rejimi.
- İş yeri şəhərin mərkəzində yerləşir;
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir;
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Müştəri məmnuniyyəti üzrə nəzarətçi” mövzusu altında elekton ünvanına göndərə bilərlər ([email protected]).
VAKANSİYA 4
Kredit Evi QSC
Xəzinədar (Ağcabədi)
Son tarix 08 yan 2022
Tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Səlis Azərbaycan dili;
- Yaş həddi: 21-35 yaş;
- Cinsi:Qadın;
- Xəzinədar vəzifəsində iş təcrübəsi arzuolunandır;
- Nağd pulla intensiv işləmə bacarığı;
- Microsoft Office proqramlarını bilmək və sürətli çap etmə bacarığı;
- Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
- İşdə dəqiqlik və detallara diqqətlilik;
- Müştərilərlə xoş ünsiyyət bacarığı
Vəzifə öhdəlikləri:
- Nağd pul və digər qiymətlilərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılması;
- Müştərilərə xəzinə xidməti göstərilməsi;
- Kassa dövriyyəsi haqqında hesabat hazırlanması;
- Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması;
- Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatları təqdim edilməsi;
- Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması.
Bizim sizə təklifimiz:
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Bacarıqlarınız nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Gələcək karyeranızın qurulması üçün geniş şərait;
Əgər təklifimiz sizə maraqlıdırsa şəkilli cvlərinizi (şəkilli cv mütləqdir) elektron ünvanına göndərə bilərsiz.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Ağcabədi-Xəzinədar). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq ([email protected]).
VAKANSİYA 5
Papa John’s Azərbaycan
Maliyyə meneceri
Son tarix 08 yan 2022
Tələblər:
- Maliyyə idarəçiliyi sahəsində minimum 5 il iş təcrübəsi.
- Vergi qanunvericiliyini bilməli.
- Azərbaycan, Rus dilində sərbəst danışıq mütləqdir.
- Ali təhsil mütləqdir.
- Yüksək idarəcilik və təşkilatcılıq bacarıqları.
- Maliyyə şöbəsinin fəaliyyətinin qurulması və idarə olunması bacarıqları.
Öhdəliklər:
Maliyyə Hesabatları
- Gəlir və Xərclər hesabatının tərtibi
- Dövriyyə Hesabatlarının tərtibi
- Fəaliyyətin analitik və statistik hesabatları
- Ticarət hasilatına nəzarət
Uçot
- Kreditorlarla hesablaşmalara nəzarət.
- Bölmələr üzrə material qalığına nəzarət.
- Mal hərəkətinin uçotu və inventarizasiya nəzarət.
- Əsas vəsaitlər və amartizasiya hesablanmasına nəzarət.
Dövlət orqanları üzrə
- Vergilərin hesablanmsı
- Sosial ayırmaların nəzarəti
- Hesabatların tərtib və təqdim edilməsi
- Müəssənin balansının tərtibi
Əmək haqqı uçotu
- Əmək haqqlarının hesablanmsına nəzarət.
- Sosial vergilərin hesablanmasına nəzarət.
Kassa və planlanma
- Kassa hesabatlarına nəzarət .
- Satışın planlanması və mayə dəyərinin kalkulyasıyası.
- Büdcələrin tərtib olunması.
İş Şərtləri:
- Ə/H müsahibə əsasında bildiriləcək.
- 5 günlük iş həftəsi.
- Rabitə xərclərinin şirkət tərəfindən ödənilir.
- İş yeri şəhərin mərkəzində yerləşir.
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Maliyyə meneceri” mövzusu altında elekton ünvanına göndərə bilərlər ([email protected]).
VAKANSİYA 6
Şəki Şərab MMC
Финансовый директор на предприятие
Son tarix 08 yan 2022
Винодельческая производственная компания в республике Азербайджан в городе Шеки.
Объем производства / Производственные мощности: мощность производства до 3 млн.бут/год
Функциональные обязанности и задачи финансового директора:
Взаимодействие с Управляющей компанией Группы:
- Предоставление УК оперативной информации на регулярной основе (ежедневно, еженедельно, ежемесячно).
- Анализ себестоимости производства – план-факт, анализ отклонений, понимание расчёта себестоимости продукции и умение аргументированно на цифрах прокомментировать изменения, факторный анализ себестоимости.
- План-факт трёх основных форм отчётности, план-факт по инвестиционной программе, расшифровка расходов.
- Активное участие в проектах автоматизации.
- Проведение тендерных процедур по выбору подрядчиков на строительные и проектные работы.
- Внешнеэкономическая деятельность (сопровождение операций по закупке материалов за рубежом и экспорту готовой продукции)
- Расчет налогов и налогообложение (акциз на алкоголь, НДС и др.)
Проведение финансово-экономического анализа деятельности компании:
- Формирование годового бюджета. План продаж, план производства, плановая калькуляция себестоимости, план капитальных вложений по проектам. Анализ чувствительности.
- Анализ эффективности запуска новых продуктовых линеек, расчёт окупаемости контрактного розлива. Построение долгосрочных моделей окупаемости.
Взаимодействие с аудиторами, страховыми компаниями, кредитными организациями
Контроль обязательной отчетности в налоговые и другие фискальные органы
Требования:
- Высшее образование экономическое/техническое;
- Опыт работы финансовым директором/заместителем финансового директора от 2 лет;
- Знание МСФО и 1С;
- Опыт учета в организациях с активной внешнеэкономической деятельностью
- Приветствуется опыт в сельском хозяйстве (планируется закладка собственных виноградников)
- Знание связи трёх форм отчётности между собой (ОПУ, Баланс, ДДС) и применение на практике, финансовое моделирование, построение долгосрочных финансовых моделей, оценка окупаемости инвестиционных проектов;
- Продвинутый пользователь MS Excel;
- Уверенное знание русского языка.
Заработная плата 1500-2000 AZN/мес
Оплата жилья иногородним
Контакты:
Тел. +7-495-933-33-33 (телефон в Москве) Колесниченко Наталья – контактное лицо
Email: [email protected]; [email protected] Резюме присылать по 2 адресам
VAKANSİYA 7
Baş auditor
Son tarix 08 yan 2022
Vəzifə öhdəlikləri:
- Daxili audit fəaliyyəti çərçivəsində fərqli biznes funksiya və biznes proseslər üzrə qiymətləndirməni aparmaq
- Daxili Audit Departamentinin fəaliyyətinin təşkil edilməsində və idarə olunmasında Departament rəhbərinə kömək edir.
- Mühasibatlıq, Maliyə Hesabatlılığı, Risk İdarəçiliyi və Korporativ İdarəetmə istiqamətlərində, biznesə dəstək və idarəetmə sahələrində audit təyinatlarına rəhbərlik edir.
- Təyin olunmuş audit əməliyyatlarına əvvəldən sonadək uğurla rəhbərlik edir.
- Audit rəylərinin prosesə, mövcud vəziyyətə və risklərə tam surətdə əsaslanmasını təmin edir.
- Audit rəylərinin düzgün qaydada sənədləşdirilməsini təmin edən dəlilləri əldə edərək nəzərdən keçirir.
- Departamentdə müəyyən olunmuş standartlara və peşə standartlarına hər zaman riayət olunmasını təmin edir.
- Yüksək keyfiyyətə, dəqiqliyə və effektiv nəticələrə nail olmaq şərti ilə, qoyulmuş vəzifələri aydın və anlaşılan şəkildə əməliyyat heyətinə həvalə edir.
Namizədlərə qarşı tələblər:
- Ali təhsil (iqtisadi təhsilə üstünlük verilir)
- Daxili audit, maliyyə hesabatlılığı, büdcə nəzarəti, risk idarəçiliyi və ya kənar audit sahələrində ən azı 4 illik iş təcrübəsi.
- Güclü təşkilatçılıq və nəzarət vərdişləri, o cümlədən rəqabətli prioritetlər qoymaq, vaxt məhdudiyyətlərinə və öhdəliklərə riayət etmək bacarığı.
- Kiçik heyətə rəhbərlik etmək və uğurlu nəticələri təmin etmək bacarığı.
- Daxili Auditorlar Təşkilatının Etik Məcəlləsini, Beynəlxalq Peşəkar Təcrübə Şərtlərini yaxşı bilmək və başa düşmək.
- Audit standartlarını təcrübədə tətbiq etmək bacarığı.
- Maliyyə hesabatlılığı prosesini yaxşı başa düşmək.
- Risk idarəçiliyi və daxili nəzarət konsepsiyalarını aydın başa düşmək və tətbiq etməyi bacarmaq.
- Mükəmməl şifahi və yazılı ünsiyyət vərdişləri.
- Mükəmməl dinləmə vərdişləri və məntiqi çatışmazlıqları müəyyən etmək bacarığı.
- Mükəmməl Azərbaycan dili biliyi Rus və İngilis dili biliklərinə üstünlük verilir
- Beynəlxalq dərəcəli sertifikasiya proqramlarına üstünlük verilir (ACCA, CFA və s) və Beynəlxalq Audit Standartlarını (ISA), yerli mühasibat standartlarını bilmək.
- müvafiq vergi qanunlarını bilmək üstünlük hesab olunur.
- Microsoft office üzrə biliklər. Digər proqramlaşdırma dil bilikləri üstünlükdür (SQL, Python və s)
- Komandada işləmə, kommunikasiya, problem həll etmə, şəxsi inkişaf, intellektual maraq və s
Maraqlanan şəxslər öz CV formalarını elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz ([email protected]).
VAKANSİYA 8
Baku City Residence
Marketing üzrə mütəxəssis
Son tarix 08 yan 2022
İş barədə məlumat:
- İllik marketinq planını hazırlayır və ona uyğun işlərini qurur;
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verir.
- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni maliyyə məhsul və xidmətlərinin reklamını təşkil edir;
- Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
- Email marketinq sahəsində mütəmadi olaraq mail konseptlərinin hazırlayır və təqdimatını aparır;
- Müştəri bazasını genişləndirir;
- Digital Marketinq üzrə kampaniyaları təşkil və idarə edir;
- Şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlayır və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabat yazaraq təqdim edir;
- İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir;
- Müştərilərdən gələn sorğuları cavablandırır;
- Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır;
- Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;
- İstifadə olunan saytların effektivliyini təhlil edir;
- Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir;
- Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll edir.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
- Müvafiq sahədə ən azı 3-5 illik iş təcrübəsinə (maliyyə sektorunda təcrübəsi olanlara üstünlük veriləcək), xüsusən digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq;
- Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
- SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq
- Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dilini yüksək səviyyədə bilənlərə üstünlük verilir;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.
- Rəhbərliyə lazımi məlumatları hazırlayıb təhvil verməli
- Məxfiliyin tam qorunması
Təminatlar:
- Əmək haqqı 1000 AZN (NETT)
- 6 günlük iş qrafiki
- Korporativ mobil nömrə ([email protected]).
VAKANSİYA 9
Optimal Electronics
Brand Manager
Son tarix 08 yan 2022
Requirements:
- Strong academic background;
- Proven experience above 2 years is required;
- Impressive communication and analytical skills;
- Self improvement skills;
- Ability to constantly analyse and implement new ideas;
- Proficciency in Azeri and English/Russian;
Main responsibilties:
- Analyze how our brand is positioned in the market and crystalize targeted consumers insights;
- Translate brand strategies into brand plans, brand positioning and go-to-market strategies;
- Lead creative development and create motivating stimulus to get targeted population to “take action;
- Establish performance specifications, cost and price parameters, market applications and sales estimates;
- Measure and report performance of all marketing campaigns, and assess against goals (ROI);
- Coach the team and get the best from everyone;
- Monitor market trends, research consumer markets and competitors’ activities to identify opportunities and key issues;
- Oversee marketing and advertising activities to ensure consistency with product line strategy;
- Monitor product distribution and consumer reactions;
- Brainstorm new and innovative growth strategies;
Company offers:
- Career and professional (growth) development;
- Salary: 3000 azn
- Registration according to the Labour Code of the Azerbaijan Republic;
Interested candidates are requested to send their CV and certificates via link.
Note: Shortlisted candidates only will be invited to the interview ()
VAKANSİYA 10
Strix LLC
Kontent Menecer
Son tarix 08 yan 2022
İş barədə məlumat:
Elektronika sahəsində avadanlıqlar haqqında məzmun yaratmaq və saytların kontenti yazmaq (haqqımızda, xidmətlər, siyasətlər, FAQ və s.) SEO və SMM mütəxəssislərinin tövsiyələrinə uyğun olaraq məzmunu optimallaşdırmaq və tətbiq etmək. Tətbiqin və saytın məzmununu, üslubunu və tərtibatını planlaşdırmaq və inkişaf etdirmək üçün layihə sahibi və texniki qruplarla əməkdaşlıq etmək.
Tələblər:
- Veb kontent mütəxəssisi vəzifəsində 3-5 ilə qədər təcrübə
- Veb məzmun admini və ya məzmun redaktoru kimi təcrübə
- Məzmunla bağlı marketinq strategiyalarına dair geniş bilik
- HTML, CSS və veb saytda dərc etmək haqqında əsas texniki biliklər
- SEO və veb trafik ölçüləri haqqında əsas biliklər
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl yazı bacarığı
- Microsoft Office məhsullarından istifadə bacarığı
- Nəticə yönümlü
- Detallara dəqiqlik və diqqət
- Verilən tapşırıqları qabaqcadan təyin edilən vaxt bölgülərinə uyğun olaraq yerinə yetirmək.
- Şirkət tərəfindən hazırlanan veb saytların kontentinin əlavə edilməsi, test edilməsi və test nəticəsində yaranan problemlərin(həm texniki, həm də məntiqi) bildirilməsi.
- Azərbaycan dildə və Rus dilində qrammatik yazılışı əla olmalı
- Yenilikləri sevən, trendləri izləyən, social yönümlü fərd olmalı
- Video/Foto redaktə edən proqramları bilmə əlavə üstünlükdür.
- WordPress CMS təcrübəsi olmaq əlavə üstünlükdür.
Əmək haqqı –Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişir.
İş saatı 10:00-19:00 (5 günlük iş qrafiki)
İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir ([email protected])
Müraciət qaydaları:
Mövzu hissəsində vəzifə adını yazıb CV göndərməklə müraciət edilir.
Əlaqə nömrəsi: 0554004745
VAKANSİYA 11
NBCO KredAqro
Kredit Meneceri (Gəncə)
Son tarix 08 yan 2022
Əsas vəzifə və öhdəliklər:
- Filialın işçi heyətinin idarə olunması;
- Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
- Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
- Filialın kredit portfelini idarə etmək və monitorinqlərin vaxtlı-vaxtında keçirilməsini təmin etmək.
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- Etibarlı sürücülük vəsiqəsi;
- İdarəetmə və liderlik qabiliyyəti;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
İş şəraiti:
- İş yeri: Gəncə şəhəri;
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
- Əmək haqqı 800 manat gross + aylıq bonus.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kredit Meneceri) qeyd etməklə göndərmələri xahiş olunur ([email protected]).
VAKANSİYA 12
Специалист по кадровому делопроизводству
Son tarix 30 dek 2021
Условия работы:
Предложение компании: Карьерные возможности, конкурентоспособный компенсационный пакет (годовой базовый оклад + бонусы согласно политике компании) & социальный пакет (мед. страховка, лимитированная мобильная связь, сервис, питание).
Месторасположение: г. Хырдалан, Шемахинское шоссе.
График работы: Понедельник-Пятница 08:00-17:00
Основные должностные обязанности:
- Ведение кадрового делопроизводства в полном объеме
- Консультирование сотрудников по трудовым вопросам
- Участие в процессе онбординга
- Работа с электронным гос порталом (e-gov.az и isb.az)
- Работа с гос органами по части трудового законодательства
- Оказание поддержки сотрудникам по миграционным вопросам
Требования к кандидатам:
- Высшее образование (юридическое приветствуется)
- Опыт работы мин 3 года специалистом по кадровому делопроизводству
- Уверенный пользователь MS Office, опыт работы с ERP системами
- Знание языков: азербайджанский и русский-свободно, английский-мин уровень Upper-Intermediate
- Аналитический склад ума
Знания и Навыки:
- стандарты и унифицированные формы кадровой документации
- правила и порядок ведения кадрового делопроизводства
- формы и методы контроля исполнения документов
действующего законодательства АР, в части касающейся исполнения должностных обязанностей, в том числе трудовой кодекс АР
- этика делового общения
- порядок установления общего и непрерывного стажа работы
- архивные дела
- правила хранения документов строгой отчетности, правила оформления, ведения и хранения трудовых книжек
Контакты:
Если Вы соответствуете вышеуказанным требованиям и хотели бы претендовать на данную вакансию, пожалуйста, пришлите Ваше резюме на русском или английском языке с ожидаемым уровнем оплаты на:
https://www.carlsbergazerbaijan.az/en/work-with-us/join-our-team/career-form/
https://www.carlsbergazerbaijan.az/az/bizimla-calis/komandamiza-qosul/career-form/
Последний срок подачи заявок: 30 декабря 2021 г.
Обращаем ваше внимание, что только с ограниченное число кандидатов будет приглашено на собеседование.
VAKANSİYA 13
Аудитор торговых точек (Гянджа-Товуз-Акстафа)
Son tarix 08 yan 2022
Тип контракта: сервисный
График работы: 5 дней (со вторника по субботу)
Основные должностные обязанности:
- Проведение мониторинга в торговых точках (мониторинг по различным направлениям: соблюдение планограмм выкладки продукции, доли продукции на полке нашей и конкурентов, наличие продукции в торговой точке, контроль цен на продукцию, наличие POSM-материалов в торговой точке и т.п.);
- Ввод результатов мониторинга в специализированную программу на коммуникаторе;
- Сбор информации о торговых точках (наличие необходимого оборудования в торговой точке, возможность установки оборудования и т.п.);
- Инвентаризация оборудования в торговых точках;
- Соблюдение маршрутов и выполнение плана посещения торговых точек;
- Выполнение поставленных целей по мониторингу торговых точек.
Требования к кандидатам:
- Опыт работы супервайзером/ торговым представителем/ мерчендайзером от 1 года в FMCG-компаниях;
- Высшее образование;
- Уверенный пользователь EXCEL, PowerPoint, опыт работы в базах данных;
- Готовность к командировкам;
- Наличие автомобиля ;
- Самостоятельность, ответственность, честность, скрупулёзность, целеустремленность, дружелюбие, умение четко и грамотно излагать свои мысли.
Контакты:
Если Вы соответствуете вышеуказанным требованиям и хотели бы претендовать на данную, интересную и сложную одновременно вакансию, пожалуйста, пришлите Ваше резюме на русском или английском языке с ожидаемым уровнем оплаты на:
https://www.carlsbergazerbaijan.az/en/work-with-us/join-our-team/career-form/
https://www.carlsbergazerbaijan.az/az/bizimla-calis/komandamiza-qosul/career-form/
Обращаем ваше внимание, что только с ограниченное число кандидатов будет приглашено на собеседование.
VAKANSİYA 14
FINCA Azerbaijan
Gecikmələr üzrə zəng mərkəzinin işçisi
Son tarix 22 dek 2021
Əsas öhdəliklər:
- Gecikmələr üzrə Çağrı Mərkəzi Təlimatına əsasən təyin olunmuş portfel üzrə gecikmədə olan kreditlərə görə telefon zəngləri etmək;
- Hansı addımların atılmalı olduğunu qərarlaşdırmaq və səmərəli danışıq üsulu seçmək məqsədilə gecikmədə olan müştərilərə dair qeydiyyata alınmış bütün mövcud məlumatları təhlil etmək;
- Gecikmədə olan müştərilərlə səmərəli ünsiyyət qurmaq və həmin ünsiyyəti qoruyub saxlamaq;
- Gecikmənin səbəblərini müəyyənləşdirmək və müştəriləri Şirkət qarşısında öhdəliklərini yerinə yetirməyə inandırmaqla geri ödəniş tərixlərinin müəyyənləşdirilməsi üçün problemli müştərilər və əlaqəli şəxs(lər)lə danışıqlar aparmaq;
- Portfelində olan gecikmiş kreditlərin geri ödəniş ehtimalının vaxtında və düzgün qiymətləndirilməsini həyata keçirmək;
- Geri ödəniş üçün təyin olunan tərixlərin zamanlama və ardıclllığını müəyyənləşdirmək;
- Hesabatların yaradılması məqsədilə gecikmələr üzrə proqram təminatında gecikmələrə dair bütün zəruri məlumatları izləmək;
- Əməliyyatlar Departamentini dəstəkləmək üçün zəruri olan digər təyin edilmiş tapşırıq və vəzifələri icra etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil;
- Azərbaycan dilində səlis danışmaq;
- MS Office proqramları üzrə biliklər (MS Word, MS Excel, MS Outlook), məlumat daxiletmə və çapetmə bacarığı;
- Bank və yaxud qeyri bank sahəsində qeyd olunan vəzifə üzrə 6 ay iş təcrübəsi. Problemli kreditlər üzrə iş təcrübəsi olanlara üstünlük verilir;
- Ödənişlərini gecikdirən müştərilərlə iş aparmaq bacarığına malik olmaq;
- Müştəri xidmətləri, xidmət sahələri üzrə təlim kursu sertifikatı olanlara üstünlük verilir;
- Şirkətin kreditvermə Siyasəti və Prosedurları üzrə biliyə malik olmaq;
- Məsuliyyətli, etibarlı, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 22 dekabr 2021-ci il tarixdən gec olmamaq şərtilə elektron ünvanına Subject/Mövzu hissəsində Gecikmələr üzrə Zəng Mərkəzinin işçisi (Baş Ofis) qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.([email protected])
VAKANSİYA 15
AMO Group
Hüquqşünas
Son tarix 08 yan 2022
Vəzifə öhdəlikləri:
- Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
- Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi;
- Struktur və bölmələrin iş fəaliyyətində orta çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həlli;
- Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
- Protokolların hazırlanması;
- Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
- Məhkəmədə və digər dövlət orqanlarında Bankın hüquqi nümayəndəsi kimi təmsilçilik;
- Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s.
- Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
- Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
- Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir;
- Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxır, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər verir.
Tələblər:
- Ali təhsil
- Azərbaycan dili mükəmməl olmalı , rus və ingilis dillərini bilməli
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
- MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti
- İş təcrübəsi minimum 3 il
- Səliqəli xarici görünüş, nəzakətli danışıq , intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
- İş qrafiki : 5 günlük
- İş vaxtı: 9:00 – 18:00
Maraqlanan namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “Hüquqşünas” qeyd edərək göndərə bilərsiniz ([email protected]).
VAKANSİYA 16
eManat
Baş Xəzinədar
Son tarix 08 yan 2022
Tələblər:
- Ali təhsilli və müvafiq sahədə 2-3 il iş təcrübəsi;
- Kompüter proqramlarını(WORD,EXCEL) bilməli;
- Idarəetmə qabiliyyəti olmalı;
Öhdəlikləri:
- Nağd pul və digər qiymətlilərin qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, hesabı, verilməsi,saxlanması və mühafizəsi üzrə əməliyyatların yerinə yetirilməsi;
- İşçilərin əmək haqlarını və mükafatlarını hesablanması;
- Mədaxil-məxaric sənədləri əsasında kassa kitabında (Elektron excell cədvəldə) uçotun aparılması;
- Nağd pul və digər qiymətlilərin faktiki məbləği ilə kassa kitabındakı (Elektron excell cədvəldəki) qalıq məbləğin düzgünlüyünün yoxlanılması;
- Kassa kitabındakı (Elektron excell cədvəldəki) qalıqların məbləği ilə mühasibatlıqda 1C proqramında xəzinədəki vəsaitin qalıq məbləğlərinin düzgünlüyünün yoxlanılması.
- Kassa hesabatının tərtib edilməsi;
- Xəzinədarlıq şöbəsində işlərin sistemli aparılmasına, davamiyyətə nəzarət edilməsi;
- Xəzinəyə daxil olan vəsaitlərin əskinas və məbləğ üzrə (həftəlik, aylıq) analizlərinin aparılması;
- Banklara təqdim edilən vəsaitə uyğun əskinasların bölüşdürülməsi, analiz edilməsi;
- Banklara vəsait çıxışı üzrə marşrut istiqmətlərinin (həftəlik, aylıq) analiz edilməsi;
- Yararsız vəsaitlərin əskinas və məbləğ üzrə (həftəlik, aylıq) analizlərinin aparılması;
- Şöbə üçün lazım olan texnika və avadanlıqların alınması üçün analizlərin və araşdırmaların aparılması.
- Şöbədə mövcud texniki avadanlıqların istismarına və sazlığına nəzarət edilməsi.
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Baş xəzinədar” yazılmalıdır ([email protected]).
VAKANSİYA 17
Bizim Market
Təlimçi
Son tarix 08 yan 2022
Əmək funksiyaları:
- Təlim materiallarını hazırlayır;
- Təlim vaxtı və məkanı haqqında təlim iştirakçılarını məlumatlandırır;
- Təlimləri keçirir;
- Təlim suallarını hazırlayır və imtahan götürür;
- Təlimlərin nəticələri barədə təlim iştirakçılarını və onların rəhbərlərini məlumatlandırır;
- Təlimlərin qeydiyyatını aparır;
- Təlim proqramlarının hazırlanmasında iştirak edir;
- Təlimlə bağlı digər funksiyaları həyata keçirir.
Tələblər:
- Ali təhsil arzuolunandır;
- Təlimçi kimi iş təcrübəsi minimum 1 il;
- Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri, İngilis dili biliyi arzuolunandır;
- Yüksək ünsiyyət, təlim keçmək bacarığı, detallara qarşı diqqətlilik kimi keyfiyyətlərə malik olmalıdır.
İş şəraiti:
- Əmək haqqı: 800 AZN +
- İş rejimi: I-V günlər, 09:00-18:00
- Nahar yeməyi təmin edilir.
VAKANSİYA 18
NBCO KredAqro
Filial Müdiri (İsmayıllı)
Son tarix 08 yan 2022
Əsas vəzifə və öhdəliklər:
- Filialın işçi heyətinin idarə olunması;
- Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
- Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
- Filial kredit komitəsində iştirak etmək və komitəyə sədrlik etmək;
- Filialın büdcə proqnozlarının hazırlanmasında iştirak etmək və yerinə yetirilməsini təmin etmək;
- Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək, monitorinqlərin vaxtlı-vaxtında keçirilməsini təmin etmək.
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
- Yaşayış yeri: İsmayıllı;
- Etibarlı sürücülük vəsiqəsi;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- İdarəetmə və liderlik qabiliyyəti;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
- Əmək haqqı 800 manat gross və aylıq bonus.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Filial müdiri, İsmayıllı) qeyd etməklə göndərmələri xahiş olunur ([email protected]).
VAKANSİYA 19
PASHA Life
İnvestisiya şöbəsinin mütəxəssisi
Son tarix 25 dek 2021
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 25.12.2021-ci il
Vəzifə Öhdəlikləri:
- İnvestisiya portfelinin idarəetmə prosesini səmərəli tamamlanmasını təmin etmək məqsədi ilə xarici tərəfdaşlarla münasibətləri qurmaq və bu əlaqələri idarə etmək;
- Xarici tərəfdaşlarla danışıqlar aparmaq və investisiya əməliyyatlarını həyata keçirmək;
- İnvestisiya əməliyyatları ilə bağlı tövsiyələr vermək;
- Bazarda mövcud olan yeni investisiya imkanlarını mütəmadi olaraq izləmək;
- Daxili metodologiyaya uyğun olaraq bankların maliyyə hesabatlarını təhlil etmək;
- Əmanət portfelinin və faiz hesablamalarını yoxlamaq;
- Şöbə müdirindən gələn digər sorğuları cavablamaq;
Namizədə olan tələblər:
- İş təcrübəsi: İnvestisiya sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: Maliyyə, İqtisadiyyat, Tətbiqi riyaziyyat, İqtisadi kibernetika və ya Mühasibatlıq ixtisasları üzrə bakalavr dərəcəsi.
- Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta, Rus dili: orta.
- Üstünlüklər: Riyaziyyat, məntiq və statistika üzrə biliklər. Mühasibatlıq üzrə ACCA və ya CFA proqramlarına üzvlük və magistr təhsili.
- Kompüter bilikləri: MS Office: əla.
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və təsir göstərmə, geniş perspektiv, problem həlletmə, planlaşdırma.
İmtiyazlar:
- Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61.
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942.
Vakansiya üçün müraciət qaydası: Namizədlər müraciət et bölməsindəki keçiddən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 20
Valehlər MMC
Keyfiyyətə nəzarət üzrə mütəxəssis
Son tarix 07 yan 2022
İş barədə məlumat:
- Anbarda, mağazalarda quru meyvələrin keyfiyyətinə nəzarət etmək, idxal zamanı Qida Təhlükəsizlik Agentliyindən sənədlərin alınması.
- İş vaxtı: - 09:00-dan 18:30-dək.
- İş yeri Məhəmədli kəndində yerləşir.
- Əmək haqqı razılaşma ilə müəyyən oluncaq.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə təhsil
- Keyfiyyətə nəzarətlə bağlı müvafiq təlimat və qaydalar haqqında məlumatlı olmalı;
- Qida təhlükəsizliyi sahəsini tənzimləyən qanunvericilik aktları və təlimatlar barədə məlumat;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Maraqlanan namizədlər öz CV-lərini vakansiya adını başlığa qeyd etməklə elektron ünvanına göndərə bilərlər ([email protected]).
VAKANSİYA 21
Matanat A
İşə qəbul mütəxəssisi (recruiter)
Son tarix 07 yan 2022
Vəzifə öhdəlikləri:
- Namizədlərin cəlb edilməsi məqsədi ilə bütün şöbələrlə sıx işləyərək, işə qəbul və seçim prosesinin effektiv aparılması;
- Şirkətin işə qəbul siyasətinə uyğun olaraq, işə qəbul prosesinin aparılması;
- Zərurət olduqda, şöbə müdirlərinə işə qəbul prosesi ilə bağlı tövsiyyələr vermək;
- İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi;
- Şirkətin əməkdaşlıq etdiyi işə düzəltmə agentliklərinin işlərini koordinasiya etmək;
- Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
- Uğurlu namizədlər haqqında əvvəlki və ya indiki işə götürənlərindən rəylər almaq;
- Vəzifədən irəli gələn inzibati öhdəliklər – iş təkliflərinin hazırlanması, tələb olunan sənədlərin qəbulu və s.
- İşçi işə başlayarkən görülən işlərin koordinasiyası;
- İşə qəbul prosesinə aid mövcud qanunvericilik biliklərinin daim təkmilləşdirilməsi;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər.
Əmək haqqı: Razılaşma yolu ilə.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü.
Tələblər:
- Yalnız kişi namizədlər
- İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi(Vəzifə üzrə minimum 2 il iş təcrübəsi arzu olunandır)
- Təhsil: Ali
- AR-nın Əmək Məcəlləsinin işə qəbul sahəsinə aid maddələri haqqında məlumatlı olmaq;
- Mülki tikinti və İstehsalat sahəsinə aid vəzifə və peşələr haqqında bilgilərin olması arzuolunandır;
- Dil bilikləri: Azərbaycan və Rus dili, İngilis dili əla səviyyədə;
- Kompüter bacarıqları: MS Office proqramları;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin.
VAKANSİYA 22
Hayat Clinic Medical Center
Marketinq bölməsinin rəhbəri
Son tarix 07 yan 2022
Vəzifələri:
- Marketinq üzrə məlumatları tədqiq etmək:
- Təşkilatın marketinq konsepsiyasını daim təhlil etmək;
- Təşkilatın dövri marketinq məqsədlərini müəyyən etmək, marketinq planlarını tərtib etmək, eləcə də müvafiq siyasət və prosedurlarını müəyyənləşdirmək,
- Müvafiq məlumatlar ilə əlaqədar marketinq sahəsində keçmiş fəaliyyətləri araşdırmaq;
- Mövcud büdcə əsasında marketinq sahəsində fəaliyyətlərdən gözlənilən nəticələri müəyyən etmək. Strateji istiqamətləri müəyyən etmək:
- Verilmiş büdcə və biznes planın məqsədləri, pasiyentlərin təlabatları, şirkətin mövqeyi, onun məqsədləri, imkanları və ehtiyatlarına uyğun olaraq marketinq üzrə istiqamətləri qiymətləndirmək;
- Sosial şəbəkələrdə klinikanın xidmətləri barədə məlumatlar yerləşdirmək
- Pasiyent bazasını yoxlamaq
- Xidmət xüsusiyyətləri haqqında məlumat, eləcə də marketinq strategiyasını müəyyən etmək, hazırlamaq və qiymətləndirmək;
- Xidməti daha da yaxşılaşdırmaq, xərcləri optimallaşdırmaq məqsədi ilə onları prioritetləşdirmək və s
- Əmək haqqı 800 manat
- Iş saatı 6 günlük 09.00-18.00
Namizədə tələb:
- Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır)
- Müvafiq sahə üzrə 5 il iş təcrübəsi
- Təqdimat bacarıqları
- Marketinq kommunikasıya kanalları ilə işləmə bacarığı
- Marketinq plan və büdcə hazırlama bacarığı
- Dil bilikləri: Azərbaycan və Rus dili mükəmməl bilməli, İngilis dili arzuolunandı
- Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmalı
- Bazarın öyrənilmə xüsusiyyətlərini bilməli
- Kompüter bacarıqları: Ofis programlarında proqramlarında peşəkar səviyyədə işləməyi bacarmalı
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti
- Təzyiq altında işləmək bacarığı
- İnandırma bacarığı
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Marketinq bölməsinin rəhbəri” şəklində göstərilməsi xahiş edilir. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq ([email protected]).
VAKANSİYA 23
Rifah Group
Mağaza rəhbəri
Son tarix 07 yan 2022
Namizədə dair tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat sahəsi, marketinq);
- Satış sahəsində təhlilin aparılması qabiliyyəti olmalı;
- Komandada işləmək bacarığı olmalı;
- Mebel satışı sahəsində minimum 3 il iş təcrübəsi olmalı;
- Microsoft Office proqramlarında işləmə bacarığı, xüsusilə 1c proqramında əla bacarığı olmalı.
İşin təsviri:
- Bazar araşdırılmasının aparılması və müvafiq hesbatların hazırlanması;
- Müştəri bazasının yaradılması və genişləndirilməsi istiqamətində planların hazırlanması və icra edilməsi;
- Mağaza satışına nəzarət;
- Mağaza satışı ilə bağlı və hesabatların şirkətin Baş Direktoruna və Baş
- Direktorun müavininə təqdim edilməsi;
- Mağazada olan işçi heyətinə müvafiq təlimlərin keçirilməsi;
Əmək haqqı: razılaşma əsasında
İş yeri: Bakı şəhəri
İş qrafiki: 6 günlük
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Mağaza Rəhbəri” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik ([email protected]).
VAKANSİYA 24
ABTC
Müştəri Əlaqələri Meneceri (təcrübə proqramı)
Son tarix 07 yan 2022
Vəzifə öhdəlikləri:
- Mərkəzin müştəri məlumat sistemini yaratmaq və onu daima təkmilləşdirmək;
- Mərkəzin mövcud müştəriləri ilə daima əlaqələr yaratmaq, onların yeni təlim və məsləhət xidmətlərinə olan ehtiyaclarını, istifadə etdikləri xidmətlərin keyfiyyətləri barədə rəylərini öyrənmək;
- Mərkəzə yeni müştərilər cəlb etmək;
- Mərkəzin yeni təlim və məsləhət xidmətləri barədə mövcud və potensial müştəriləri məlumatlandırmaq;
- Mərkəzin təlim və məsləhət xidmətlərinin təşviqini və satışını həyata keçirmək;
- Mərkəzin xidmətləri üçün müraciətlərin qeydiyyatını aparmaq;
- Mərkəzin təlim xidmətlərinin keyfiyyətinə nəzarət etmək;
- Mərkəzin təşviqat məhsullarını hazırlamaq;
- Ehtiyac olduqda təlim və digər tədbirlərin təşkilinə dəstək vermək;
- Mərkəzin Direktorunun satışla bağlı ona həvalə etdiyi digər funksiyaları həyata keçirmək.
Vəzifəyə olan tələblər:
- Hər hansı ali təhsil;
- Müştərilərlə iş sahəsində ən azı bir il təcrübə;
- Azərbaycan, İngilis və Rus dillərini bilmək;
- İşə yaradıcı yanaşmaq, yeni idealara malik olmaq qabiliyyəti;
- ABTM-nin xidmətlərini təşviqetmək və satmaq bacarığı;
- Layihə idarə etmək bacarığı;
- Komandada işləyə bilmək qabiliyyəti;
- Qarşısına qoyduğu məqsədə çatmaq qabililiyyəti;
- İnsanlarla tez ünsiyyətə girə bilmək qabiliyyəti;
- MC ofis tipli proqramlardan yüksək peşəkarlıqla istifadə etmək qabiliyyəti.
Biz Sizə nə vəd edirik:
- Daimi öyrənmək və inkişaf imkanı, mehriban və səmimi kollektivdə iş
- Performansın dəyərləndirilməsi, gördüyü işlər haqqında daimi geri dönüş, təcrübə mübadiləsi
- Mərkəz hesabına nahar yeməyi;
- Əmək qanunvericiliyinə uyğun iş şəraiti.
Qeyd: Təcrübə müddətini uğurlu şəkildə bitirmiş şəxlər gələcəkdə komandaya qoşulacaq və ya digər şirkətlərə müraciət üçün onlara tövsiyyə məktubu veriləcəkdir ([email protected]).