VAKANSİYA 1
Vakansiya: Satış Təmsilçisi
Şirkət: “Faktor Qrup -S” QSC
İş yeri: BAKU CİTY RESİDENCE KHATAI və KOROGLU satış ofisi
Əlaqə: [email protected], [email protected], [email protected]
İş barədə məlumat:
- Potensial müştərilərin tapılması üzrə axtarışların keçirilməsi;
- Yeni müştəriləri şirkətə cəlb etmək ( -Müştərilərlə görüş almaq, görüşlər keçirmək, təkliflər hazırlamaq)
- Müştərilərə şirkətin bundan öncə inşa etdiyi və hazırda inşa etməkdə olduğu layihələr barəsində məlumatın verilməsi
- Müştərilərilərə təklif olunan yaşayış və qeyri yaşayış sahələrinin planı, keyfiyyəti, və digər fərqləndirici xüsusiyyətləri haqqında və şirkətin göstərdiyi xidmətlər haqqında dolğun, düzgün informasiyanın verilməsi
- Satışın həyata keçirilməsi
- Qoyulan satış planının icra edilməsi
- Aktiv media marketinq kampaniyalarının təşkili
- SMM təhlillərinin aparılması
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi
- İş qrafiki: Həftə içi 6 gün 10:00-dan 19:00-dək
- Əmək haqqı: 800 AZN (Nett)
- Əlavə bonuslar nəzərdə tutulur
Namizədə tələblər:
- Ali təhsilli
- Tələb olunan vakansiyaya uyğun iş təcrübəsinə malik (minimum 1 ildən 3 ilə qədər) təcrübə mütləqdir.
- Ofis avandalıqarından sərbəst şəkildə istifadə bacarığı
- Dil biliyi: Azərbaycan dili və Rus dili (mütləq, sərbəst), ingilis dili (arzu olunandır)
- Ciddi, səbirli, xoş görünüşlü və komanda halında işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı
Qeyd: Xahiş edirik yalnız şəkilli CV-lərinizi yuxarıda qeyd olunan mail adreslərinə göndərəsiniz.
Üstünlük bəy namizədlərə verilir.
VAKANSİYA 2
Zeta Group The Entertainer mağazalarında (28 Mall, Port Baku, Gənclik Mall) “Satış təmsilçisi” vakansiyasını elan edir.
Namizədə tələblər:
• Yaş: 20-30
• Təhsil: Orta/Orta ixtisas
• İş təcrübəsi: Satış sferasında +1 il
• Dil bilikləri: Azərbaycan, Rus
Şəxsi keyfiyyətlər:
• Kollektivlə işləmə
• Nitq mədəniyyəti
• Yüksək təqdimat bacarığı
Əsas vəzifə öhdəlikləri:
• Satış texnikasının professional üslublarından effektiv istifadə etmək;
• Məhsul seçimində müştəriyə kömək etmək və çeşidləri təqdim etmək;
• Bölmənin imicinin saxlanılması (təmizlik, səliqəlilik, reklam vərəqləri, vitrin və s.);
• Səliqəli görünüşü təmin etmək (forma,gigeyena, və s.).
• Müştəri bazasının genişləndirilməsində fəal iştirak etmək;
• Uğurlu satış həyata keçirilməsi üçün bölmənin həmkarları ilə fəal əməkdaşlıq etmək, həmçinin müvafiq qaydada məlumat mübadiləsi aparmaq;
• Mağazada və anbarda olan malların qiymətlərinin, ölçülərinin, miqdarının və s. məlumatları bilmək və müştərilərə dəqiq məlumat vermək;
İş şərtləri:
• İş vaxtı: Növbəli qrafik əsasında 8 saatlıq iş rejimi
• İş günü: 6günlük, həftədə 1gün istirahət
• Şirkət tərəfindən Uniforma verilir
• Əmək haqqı 450AZN+satışdan bonuslar
• İş qrafiki: 9:00-dən - 18:00-dək,13:00-dən - 21:00-dək
Maraqlanan şəxslər öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin).
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 3
Baku Electronics LTD
Məlumat xidməti mütəxəssisi
Vəzifə öhdəlikləri:
• Kredit götürmək məqsədilə müraciət edən müştəriləri qəbul etmək və mövcud şərtlər barədə məlumat vermək,
• Müştərilərə kreditlə məhsul satışının tələb və şərtləri haqqında məlumat vermək,
• Müştərilərə sıra nömrələri təqdim etmək,
• Daxili qaydalara uyğun olaraq loyallıq kartları təqdim etmək,
• Həvalə olunmuş tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək
Tələblər:
• Ali təhsil,
• Müvafiq sahə üzrə 1 il iş təcrübəsi,
• Dil bilikləri: Səlis azərbaycan və danışıq səviyyəsində rus dili biliyi,
• MS Office proqramlarından istifadə,
• Stresə davamlı, məsulliyyətli, işində dəqiq olmalı.
Əmək haqqı: 300 azn + bonus
Vakansiyaya müraciət üçün CV-nizi “Məlumat xidməti mütəxəssisi” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA 4
Şirkət haqqında:
“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Vakansiyanın adı: Təchizat sektorunun mütəxəssisi
• Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılmasını və təhlilini təşkil etmək;
• Tədarükçü bazasının formalaşdırılması və mütəmadi olaraq yenilənməsi təşkil etmək;
• “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, satınalmaların keçirilməsi prosesini təşkil etmək;
• Satınalmalar üzrə ehtimal olunan qiymətin formalaşdırılması istiqamətində zəruri işlər görmək;
• Tələblər əsasında potensial mal, iş və ya xidmət təchizatçılarının araşdırmasını təmin etmək;
• Sənəd dövriyyəsinin düzgün və operativ təşkilini həyata keçirmək;
• Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Dövlət Satınalmalar üzrə müvafiq İcra Hakimiyyəti orqanının göstərişləri, qərarları və təlimatlarının tələblərini.
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük.
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (arzuolunandır), Microsoft Office və 1C 8.3 proqramlarıni bilməli.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Müvafiq sahə üzrə ali təhsil.
• Təchizat sahəsi üzrə minimum 1 il iş təcrübəsinin olması tələb olunur.
Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
VAKANSİYA 5
Retailor LLC
Auditor
Tələblər:
1. Təhsil - Ali və orta.
2. Bacarıqlar – dəqiqlik, riyazi hesablamanı bilmə, məsuliyyətli və disiplinli.
3. Yaş – 22-35
Üstünlük verilir: Audit və market sahəsində çalışan şəxslərə
İş qrafiki və əmək haqqı:
1. 1-6 saat 09:00 - 16:00
2. Əmək haqqı 300 - 500
İşin məzmunu:
1. Təhkim olunmuş ərazi üzrə super market, mini market və hiper marketlərdə sifarişçinin tələbi üzrə, Retailor sistemində yaradılmış suallarda olan brandlər üzrə, əsas kateqoriyada olan vitrin paylarının metrə (sm) və sayım vasitəsi ilə qeydiyyatının aparılması və foto şəkillərinin sisteme daxil edilməsi.
2. Market daxilində olan əlavə sərgilənmə, reklam materialları və sistemdə yaradılmış digər sualların market daxilində cavablandırılması və foto şəkillərinin sistemə daxil edilməsi.
E-mail: [email protected]
VAKANSİYA 6
Əmək qanunvericiliyini mükəmməl bilən, kadr sənədləşməsinə maraq göstərən, daimi inkişaf axtaran, fərqliliyə və yeniliklərə üstünlük verən namizədlərin diqqətinə:
25 illik təcrübəyə malik olan BSC konsalting öz komandasına aşağıdakı tələblərə uyğun namizəd axtarır. Özünə güvənən, sözün əsil mənasında əmək qanunvericiliyi sahəsində konsultant(məsləhətçi) olmaq istəyən şəxsləri sıralarımızda görməkdən məmnun olarıq.
Vəzifə: İnsan Resursları üzrə baş mütəxəssis (kadr sənədləşməsi sahəsi üzrə)
Vəzifə və öhdəlikləri
∙ Xidmət göstərilən müəssisələrin işçilərini əmək qanunvericiliyinə əsasən işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması ilə bağlı prosedurların yerinə yetirilməsi;
∙ Əmək qanunvericiliyin tələblərinə əsasən müvaviq əmrlərin hazırlanması;
∙ İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin daxil edilməsi;
∙ İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatın aparılması; əmək kitabçalarında müvafiq qeydlərin aparılması;
∙ Məzuniyyət qrafikinin və cədvəlininin tərtib olunması, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini, işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasının təmin edilməsi.
∙ İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlanıb təqdim edilməsi;
∙ İş vaxtının uçotu cədvəllərinin tərtib edilməsi.
∙ Qanunvericilikdən irəli gələn digər işlərin yerinə yetirilməsi.
∙ Müəssisələrə əmək qanunvericiliyi ilə bağlı mütamadi olaraq müvafiq məsləhətlərin və izahatların verilməsi.
O cümlədən,
∙ Şirkətin fəaliyyəti ilə əlaqədar bütün kadr sənədləşməsinə dair sənədlərin (qərarlar, əmrlər, direktivlər, əsasnamələr, prosedurlar və s.) icra edilməzdən əvvəl hüquqauyğun olub-olmamasını yoxlayır və tələb olunduqda, öz razılığını ifadə edir;
∙ Pozuntu hallarının aradan qaldırılması məqsədi ilə rəhbərliklə birlikdə qanuni addımların atılmasını təmin edir;
∙ Şirkətin qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə mübahisəli halların məhkəmədən qabaq və məhkəmə prosesləri zamanı məsələrin həlli üçün tələb olunan sənədləri hazırlayır, onların hüquq şöbəsinə təqdim olunmasını təmin edir;
Tələb olunan xüsusiyyətlər
∙ Ali təhsil;
∙ İnsan resursları/hüquq sahəsində ən azı 3 il iş təcrübəsi;
∙ AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini əla səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
∙ Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
∙ Əla səviyyədə kompüter bacarıqları (MS Office proqramları)
∙ 1C proqramında işləmək bacarığı.
∙ Güclü ünsiyyət və danışıq qabiliyyəti;
∙ Azərbaycan, Rus dillərini mükəmməl bilməli, İngilis dilini bilməyi arzuolunandır.
∙ Komandada işləmək bacarığı;
∙ Təzyiq altında və dəyişkən iş qrafik ilə işləmək bacarığı.
Həftə içi 6 gün, 6-cı günlər 09:00-13:00
Əmək Haqqı : 1200-1500 AZN
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “İnsan Resursları üzrə baş mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur.
VAKANSİYA 7
2000-ci ildən fəaliyyətə başlayan “Melissa Group” şirkətlər qrupu inşaat sektorunda təqdim etdiyi innovativ layihələrinin texniki xüsusiyyətləri və vizual görünüşü ilə hər zaman diqqət mərkəzində olmuşdur. Sakinlərin rahatlığını, onların tam təhlükəsiz və komfortlu yaşayış sahəsi ilə təmin edilməsini əsas məqsədlərindən biri hesab edən “Melissa Group” proffesional kollektivi ilə də istər bilik və bacarıqların inkişafı, istərsə də karyera proqresi sahəsində əməkdaşlarının ümidini doğrultmaqdadır. Təcrübəli rəhbər və əməkdaşlarla işləmək istəyən, elan olunan vakansiya üzrə qeyd olunan tələblərə uyğun gələn namizədlərlə eyni komanda da işləməkdəm məmnun olarıq.
Şirkətimizdə hal-hazırda mövcud olan vakansiya “böyük mühasib” vakansiyasıdır.
Vəzifə təlimatları:
• Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
• Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əməkhaqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
• Təhtəlhesab, balans, avans hesabatının aparılması;
• Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF və s.)
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Elektron hökumət portalı və internet bankingdə işləməyi bacarmalı;
• Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
• Gömrük bəyənnamələri ilə bağlı uçotun aparılması
• Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;
• Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması.
Vəzifə ilə bağlı tələblər:
• Ali təhsil (mühasibat uçotu, maliyyə);
• Vergi Məcəlləsini bilməli;
• 1C proqramında 2-3 il iş təcrübəsi
• Müvafiq sahədə 2-3 ildən az olmayan iş təcrübəsi;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Komandada işləmək bacarığı;
• Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və ya rus dillərini bilənlərə üstünlük verilə bilər).
İş günləri : həftədə 6 gün.
Yaş həddi: 25-35
Əmək haqqı: 1500-1600 AZN
Tikinti sektorundə işləyən və müvafiq sahə üzrə 3 il təcrübəsi olanlara üstünlük verilir.
CV-lərinizi [email protected] ünvanına "böyük mühasib" başlığı ilə göndərməyiniz xahiş olunur.
VAKANSİYA 8
Lazzoni mebel mağazaları üçün müdir tələb olunur.
İş barədə məlumat:
- Şirkət tərəfindən müəyyən edilmiş satış planını həyata keçirmək
- Bazarın araşdırılması, potensial müştərilərin müəyyən edilməsi
- Müştərinin ehtiyaclarını və gözləntilərini analiz edib onun istəklərinə uyğun həll yolları tapmalıdır
- şərtsiz müştəri məmnuniyyətini ön planda tutaraq. İşlədiyi mağazanın satış hədəflərini gərcəkləşdirməlidir
- Layihələndirilmiş satışların, satış sonrası xidmətiləri də daxil olmaqla prosedur qaydalarına uyğun olaraq idarə edəcək.
- Satışın planlaşdırılması və icrası.
- Satış menecerlərinin təlimatlandırıması, hədəflərin təyin olunması
- Satış və qiymət strategiyasının hazırlanmasında, strateji planlaşdırmada öz səlahiyyətləri daxilində iştirak etmək
- Müştəri bazasının artmasını və keyfiyyətini təmin etmək
- Mövcud müştərilərlə mütəmadi əlaqə saxlamaq, əlaqələri inkişaf etdirmək, müştəri məmnuniyyətinin ölçülməsini təmin etmək
Namizədlər üçün tələblər:
İxtisas / Təhsil:
- Ali təhsilli
- Memarlıq və Dizayn bölümündən olan məzunlara üstünlük verilir.
Professional Biliklər:
- Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili orta səviyyədə
- MS Office Proqramlarını mükəmməl bilmək
- Müştəri xidmətləri
- Satış üsulları
Professional Bacarıq və Kompetensiyalar:
- Pərakəndə satış sahəsində iş kariyerası və ən az 3 il iş təcrübəsi olan
- Mağaza və satış sahəsində kariyera planı olan
- İnteryer ve dizayn sahəsində yenilikləri və trendləri yaxından təqib edən
- İdarəetmə bacarıqları
- Liderlik
- Satış bacarıqları
- Ünsiyyətcil olmaq
- Həftə sonu çalışma əngəli olmayan
Əmək haqqı: 1000-1500 + Aylıq Bonus
E-mail: [email protected] , [email protected]
VAKANSİYA 9
Bakı Sığorta
Mühasib
Tələblər:
• İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə üzrə ali təhsil;
• Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi (istehsal, konsaltinq,ticarət, inşaat və s.)
• Acca Sertifikatları üstünlük
• Microsoft Office (xüsusilə MS Excel), 1c 8.3, proqramı ilə sərbəst şəkildə işləmək bacarığı;
• AR Vergi Məcəlləsini orta səviyyədə bilməli;
• Yaş 22-35
• Cinsiyyət: kişi
Vəzifə öhdəliklər:
• Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• İlkin mühasibat hesabatlarının müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əsas vəsaitlərin uçotunun aparılması
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Daxili mühasibatlıq sistemində köçürmələrin təmin edilməsi
• Bank əməliyyatının işlənilməsi
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsini təmin olunması;
• Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün hesablanmasının təmin edilməsi;
• Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
• Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
İş şəraiti:
• Əmək haqqı 800-1000
• İş vaxtı: 09:00–dan 18:00 dək;
• İstirahət günləri: Şənbə və Bazar;
E-mail: [email protected]
VAKANSİYA 10
“PAŞA Sığorta” ASC “Xaçmaz nümayəndəliyinin rəhbəri” vakansiyası elan edir.
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
• Nümayəndəliyin gündəlik cari fəaliyyətinin idarə olunmasının həyata keçirilməsi, iş həcmini yüksəltmək və səmərəli çalışma mühitini yaratmaq vasitəsi ilə nümayəndəliyin dəqiq işinin təmin edilməsi
• İş ilə əlaqədar olan bütün prosedur qaydalar, təlimat və siyasətlər barəsində nümayəndəliyin bütün əməkdaşlarına məlumatın təqdim edilməsinin və həmin sənədlərin müddəalarının müəyyən edilmiş tələblərə uyğun surətdə icra olunmasının, nümayəndəlikdə nizam-intizam qaydalarına ciddi riayət olunmasının təmin edilməsi
• Cəmiyyət tərəfindən tərtib olunmuş fəaliyyət proqramı ilə tanışlıq, nümayəndəliyin əməkdaşlarının bu barədə məlumatlandırılması və proqramın icarasına nəzarət, nümayəndəliyin işindəki çatışmazlıqların aşkar edilməsi və işdəki nöqsanların aradan qaldırılması üçün təcili tədbirlərin həyata keçirilməsi və bu barədə tabe olduğu departamentə malumat verilməsi
• Cəmiyyət tərəfindən həyata keçirilən layihələrə bölgədə nəzarətin təmin edilməsi, habelә cəmiyyətin satışlar üzrə qəbul edilmiş korporativ strategiyasına müvafiq qaydada fəaliyyətin təmin edilməsi
• Bütün sığorta məhsulları üzrə gündəlik satış həcmlərini bilməli, rəhbərlik tərəfindən müəyyən edilmiş satış planı həcmlərinə riayəti təmin etmək məqsədi ilə monitorinqin həyata keçirilməsi üçün nümayəndəliyin aylıq və rüblük dövriyyəsinin uçotunun aparılması
• Bölgədə satış imkanlarını araşdırılmaları, habelə faktiki satış həcmləri ilə müəyyən olunmuş planın və keçən ilin analoji müddətinin müqayisəli təhlilinin aparılması, illik büdcənin və məsul olduğu bölgə üzrə satış üçün planlaşdırılan həcmlərin tərtib olunması məqsədi ilə tabe olduğu departamentə tələb olunan informasiyaların təqdim edilməsi və bu istiqamətdə departamentə yardımın göstərilməsi
BİLİKLƏR:
• Ali təhsil - Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir
• Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, işgüzar ingilis dili biliyinə üstünlük verilir
TƏCRÜBƏ:
• Müştəri xidmətləri sahəsində minimum 2 il iş təcrübəsi
• Sığorta sahəsi üzrə müvafiq sertifikasiya və iş təcrübəsinə üstünlük verilir
BACARIQLAR:
• Ünsiyyət qurmaq bacarığı
• Dəqiqlik
• Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
• Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
• Komanda ilə işləmək bacarığı
• Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı
• Mübahisəli məsələləri idarə etmək bacarığı
• Stressə davamlılıq
• İdarəetmə bacarığı
Son müraciət tarixi: 17 Sentyabr 2021.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
VAKANSİYA 11
Massi MMC
Baş mühasib
İcra edəcəyi iş:
- Maliyyə təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlayır
- Bütün maliyyə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil edir
- Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edir.
- Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu təşkil edir
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil edir
- İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təşkil edir
- Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsüm və ayırmaların ödənilməsini təşkil edir
-Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir
- Vergi sahəsilə bağlı əməliyyatlar- bütün vergi hesabatlarının göndərilməsi
- E-qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığ-Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi
- Daxili hesabatların hazırlanması və təqdim olunması
- Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar
- ƏDV ilə yüksək səviyyədə işləmə bacarığı
- Bəyannamələrin hazırlanması və göndərilməsi
- Maliyyə hesabatlarının tərtib edilməsi
- Vergi orqanlarının daxil olan məktublarının nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- E-portal proqramı ilə işləmək bacarığının olması
- Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi
Tələb olunan peşə - ixtisas səviyyəsi :
- Qadın namizədlər (30-45 yaş)
- Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə)
- Analoji sahə üzrə 5 il və ya daha çox iş təcrübəsi
- Excell ( peşəkar səviyyədə bilməli) və 1C proqramında işləmə bacarığı
- Vergi məcəlləsini bilməli
- Məsuliyyətli və işində dəqiq
- Komandada işləmək bacarığı
- İFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər arzuolunandır
İş şəraiti :
- İş rejimi: həftə içi 6 gün, 9:00-19:00 –dək
- AR ƏM əsasən rəsmiləşdirmə
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müsahibə əsasında təyin olunacaqdır
- İş yeri: Bakı Nizami r-nu, Heydər Əliyev pr 115, Caspian Sport Plaza B korpus
Xahiş olunur namizənlər CV-sini Baş mühasib başlığı ilə [email protected] ünvanına göndərsinlər.
VAKANSİYA 12
"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.
"Optimal Elektronika" MMC yeni açılacaq Ağdam filialında aşağıda qeyd edilən vakansiyaları açıq elan edir:
- İnzibatçı;
- Anbardar;
- Satış məsləhətçisi;
- Kredit üzrə mütəxəssis;
- Əməliyyatçı;
- Xadimə;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq CV ilə müraciət edə bilərlər:
https://jobs.talhunt.az/optimal/587-agdam+magazasinin+isci+heyeti
VAKANSİYA 13
Zeta Group “Korporativ Satış meneceri” üzrə vakansiya elan edir.
Namizədə tələblər:
• Yaş: 25-45
• Təhsil: Ali (Satış və marketinq sahəsində)
• İş təcrübəsi: Korporativ satış sahəsində +3 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla) İngilis (yaxşı)
• Kompüter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
Şəxsi keyfiyyətlər:
• Ünsiyyət qurmaq bacarığı
• Nitq mədəniyyəti
• Yüksək təqdimat bacarığı
• Müştəri yönümlü satış etmə bacarığı
Əsas vəzifə öhdəlikləri:
• Potensial korporativ müştərilərin cəlb edilməsi və onlarla işgüzar əlaqələrin qurulması;
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• Məhsullar, keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
• Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasının formalaşdırılması;
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarının yerinə yetirilməsi.
İş şərtləri:
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Əmək haqqı 600AZN+%
Maraqlanan şəxslər öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin).
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 14
İntern Audit
Job Description:
• Taking part in different stages of Audit projects
• Implement sound analytical procedures and report to management
• Preparation of financial statements under the International Financial Reporting Standards
• Establish working relationships with client personnel
• Ability to perform analytical review of audit documents
• Implement the set tasks in the required time and quality
• Identify accounting and auditing issues; perform research to solve issues that arise
Job Requirement:
Essential:
• Be a graduate or last-year student; have an interest in accounting and audit
• Knowledge of audit theory is an advantage
• Readiness for intensive work and learning
• Certifications on CIA, ACCA, CFE, CFA, CPA levels is an advantage.
• Good analytical ability and strong communication skills.
• Time management skills
• Opportunity to work full time
• Foreign Language: English (intermediate), Russian is an advantage
• Good MS Office skills particularly strong capabilities in MS Excel
E-mail: [email protected]
VAKANSİYA 15
Компания «ASBC» MMC (Торговая марка Alma Store)
Бизнеc -партнер Apple в Азербайджане объявляет набор на вакансию «Менеджер-магазина»
Если Вы готовы работать на результат, не боитесь людей и умеете обладать убедительной речью, тогда - добро пожаловать в нашу команду!
«Менеджер-магазина» ответственный и целеустремленный, с опытом активного обслуживания покупателей в соответствии с корпоративными стандартами, грамотной речью, аккуратный и нацеленный на результат.
Основные обязанности:
— управление сотрудниками магазина
— знать кассовую дисциплину:
— консультация, демонстрация и продажа техники Apple и аксессуаров;
— соблюдение стандартов обслуживания компании;
— выполнение поставленных руководством задач.
— поддержание чистоты шоу-рума и витрины, общение с клиентами, ведение клиентской базы.
— oбеспечение выполнения плана продаж
— исполнительность, ответственность, активность, инициативность.
— oпыт работы в активных продажах обязателен!
Требования к кандидатам:
— просьба студентам не отправлять свое резюме;
— возраст от 20 до 30 лет;— опыт розничных продаж;
— уровень знания компьютера — «продвинутый пользователь»;
— хорошие коммуникативные навыки, грамотная речь;
— знание продукции Apple приветствуется;
— знание русского языка - обязательное, азербайджанского и желательно английского языков.
Условия работы:
— работа сменная с 10:00 по 20:00 и с 12:00 по 22:00
на Всех заинтересованных лиц просьба присылать CV с фотографией по e-mail на адрес [email protected] с указанием специальности в разделе “Subject”.
VAKANSİYA 16
Baş mühasib
• Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC
• Əsas iş yeri: Qazax rayonu, Daş Salahlı kəndi
Namizədə dair tələblər:
• Maliyyə və ya Mühasibatlıq sahəsində ali təhsili olmalıdır;
• Minimum 3 il iş təcrübəsi olmalıdır;
• Mühasibat uçotu sistemləri (ERP) ilə işləmə təcrübəsi olmalıdır;
• Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır;
• Rus və / və ya ingilis dilini sərbəst bilməsi vacibdir;
• Mühasibatlıq üzrə beynəlxalq sertifikasiyası olması (ACCA, ACA) və ya sertifikasiyanın alınması üçün hazırda çalışan namizədlərə üstünlük verilir.
Əsas vəzifə öhdəlikləri:
• Maliyyə uçotunun qurulması və həmin prosesə nəzarət edir, uçotun Beynəlxalq mühasibat standartlarının tələblərinə uyğunlaşdırılması prosesini həyata keçirir və onu təşkil edir.
• Zavod tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatı məlumatları üzrə zavodun maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.
• Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışı, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının zavodun təsərrüfat maliyyə fəaliyyətinin yekun əməliyyatları uçotunu təşkil edir.
• Logo proqramına vergi uçot bazasının formalaşdırılması, onun fəaliyyətinin düzgün tənzimlənməsi, yekun hesabatların hazırlanması üçün lazimi əməliyyatların aparılmasına nəzarət edir.
• Vergi orqanlarına və digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanmasını və təqdim edilməsini təmin edir, təqdim olunan hesabatların doğruluğuna görə məsuliyyət daşıyır;
• Həm sistematik, həm də birdəfəlik xarakter daşıyan məlumatın öz şöbəsinin işçilərinə ötürür;
• Daxili və xarici auditin aparıldığı zamanlarda onlara lazımi dəstək verilməsi;
• Avtomatlaşdırılmış əməliyyat sisteminin (ERP) qurulması və təkmilləşdirilməsi proseslərində iştirak edir;
• Təh-təl hesab şəxslərlə iş və müvafiq uçotun aparılmasını təmin edir;
• Subpodratçılarla əlaqədar mal-material, xidmət, ödəmələr, zəmanət və avanslarla əlaqədar hesablamaları həyata keçirir və uçotunu aparır;
• Müəsisənin debitor və kreditorlar üzrə hesablaşmalarının dəqiqlityini təmin edir.
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu və s. tələbat fonduna və digər ehtiyyat fondlarına ayırmaları tərtib edir.
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, pul vəsaitlərinin, əmtəə material qiymətlərinin və əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanması və zavodun bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.
• Ştat maliyyə və kassa nizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının çatışmazlıqlarının və digər itkilərin mühasibat balanslarından silinməsinin qanuniliyinin təmin edilməsi işlərini görür.
• Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə verilməsi işinin qanunauyğun şəkildə yerinə yetirilməsinə nəzarət edir.
• Mühasibat-maliyyə məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil işlərinə rəhbərlik edir.
Əsas təminatlar:
- Nahar (Əgər zavod ərazisindəki hoteldə qalacaqsa gündə 3 dəfə yeməklə təmin olunur),
- Aylıq mobil rabitə limiti ilə təmin olunur,
- Zavod ərazisində yaşayış yeri şirkət tərəfindən təmin olunur (Adminstrativ heyət üçün zavod ərazisində yüksək səviyyəli Hotel – yataqxana fəaliyyət göstərir),
- İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün ətraf yaşayış məntəqələrinə (Qazax və Ağstafa rayonları) komfortlu servis avtobusları fəaliyyət göstərir.
E - mail : [email protected] . Mövzu hissəsində " Baş mühasib " qeyd olunması zəruridir.
Qeyd: Xahiş olunur fikri ciddi olmayan və iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.
VAKANSİYA 17
Vəzifə: Korporativ müştərilərlə iş üzrə Satış Mütəxəssisi
İşə götürən: Maffin Reklam Agentliyi
İş barədə məlumat:
- Gündəlik müştərilərə zəng, e-mail və ziyarət vasitəsi ilə ilkin əlaqənin qurulması və növbəti mərhələdə satışın həyata keçirilməsi;
- Müştərilərin irad və təkliflərini dinləyib, texniki komanda vasitəsi ilə həll edilməsi;
- Korporativ danışıqların aparılması və müştəri bazasının formalaşdırılması;
- İş qrafiki : 5 gün ( 9.00-18.00)
- İş yeri : Nərimanov metrosu yaxınlığında, Turan Biznes Mərkəzi 2 (Albert Aqarunov 14A)
Əmək haqqı fiks fond və satışlardan əlavə bonuslar əsasında müəyyən olunur və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz.
Namizədə dair tələblər:
- Xidmət satışı bacarıqları olan;
- Bu sahədə təcrubəsi olması arzuolunandır ;
- Korporativ görünüşlü , ünsiyyət qurmağı bacaran, işgüzar və səlist danışıq qabiliyyətinin olması;
- Proqram bilikləri: MS Word, MS Excel;
- Dil bilikləri: Azərbaycan, Rus dili (ingilis dili arzu olunandır);
- Yaş: 24-38;
- Şəxsi avtomobilin olması üstünlükdür;
Müraciət formanızı CV formasında [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur. Mövzu yerində vakansiyanın adını qeyd etməyiniz vacibdir.
VAKANSİYA 18
Baku Electronics LTD
Hüquqşünas
Vəzifə öhdəlikləri:
- Şikayətçi müştərilərlə görüşmək, iddialarını dinləmək, tələb və xahişlərini araşdırmaq (Call center, Servis mərkəzi və digər şöbələrlə əlaqəli), yazılı şikayətlərini rəsmi qaydada cavablandırmaq;
- Rus və ingilis dilində olan müqavilələri oxumaq, qeydlər etmək və şöbə müdirinə müvafiq müqavilə barədə ətraflı məlumat vermək;
- Notariusda tələb olunan hüquqi sənədlərin, sənədlərin surətlərinin və digər aktların təsdiqini həyata keçirmək;
- Dövlət Miqrasiya Xidmətinə müraciətləri hazırlamaq və lazım olan sənədlərin təhvil – qəbul edilməsi üçün müvafiq təşkilata getmək;
Tələblər:
- Ali hüquq təhsili (Bakalavr sonuncu kurs və magistr pilləsində təhsil alan tələbələr də müraciət edə bilərlər);
- Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyəti;
- Fikrin strukturlaşdırılmış şəkildə izah edilməsi bacarığı;
- Əla səviyyədə Azərbaycan dili biliyi,Rus dili və İngilis dili biliyi üstünlük təşkil edir.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
VAKANSİYA 19
Zeta Group
Maliyyəçi
İş barədə məlumat:
- İş saatları: Həftə içi 5 gün 09:00-dan 18:00-dək
- İstirahət günləri: Şənbə və Bazar
- Əmək haqqı: 900-1000 AZN
- Yaş: 30-35
-İş təcrübəsi: 5 ildən artıq.
Namizədə tələblər:
- Mühasibat uçotu üzrə ilkin sənədləşməni təşkil etmək;
- Satış ve debitor hesabatı hazırlanmaq;
- E-qaimə faktura, Elektron vergi hesab fakturalarını tərtib etmək və göndərmək;
- Müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədləri doldurmaq;
- DSMF və Statistika hesabatlarının (aylıq, rüblük, illik) hazırlanmasına dəstək olmaq;
- Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrini, ödəmə sifarişlərini və digər sənədləri düzgün hazırlanmaq;
- Banking sistemində əməliyyatlar aparmaq;
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak etmək;
- Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etmək.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin).
Qeyd: Yuxarıda qeydolunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 20
Vəzifə: Hüquqşünas
İş yeri: Bakı şəhəri
İş rejimi: Həftəlik 5 gün/ 09:00-18:00 (iş saatlarında razılaşma edilə bilər)
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Vəzifənin icra ediləcəyi şirkət:
Yurd Pharma MMC - 10 ildən artıqdır bazarda mövcud olan şirkət dərman vasitələri və qida əlavələrinin idxalı və topdan satışı ilə məşğuldur, həmçinin, marketinq fəaliyyəti göstərir.
Vəzifə öhdəlikləri:
• Şirkət fəaliyyətinin hüquqi tənzimləməsinin həyata keçirilməsi;
• Hüquqi rəylərin hazırlanması;
• Şirkətin əməkdaşlıq etdiyi yerli və xarici şirkət və müəssisələrlə münasibətlərin hüquqi tənzimlənməsinin aparılması (müqavilə və digər sənədlərin düzgün, qanunvericiliyə uyğun hazırlanmasını təmin etmək)
• Əmək münasibətlərində yaranan mübahisəli məsələlərdə hüquqi tənzimləmələrinin aparılmasına köməklik göstərmək (lazimi sənədlərin toplanmasında göstəriş vermək, məhkəmə işlərində şirkətin təmsil olunmasını həyata keçirmək)
• Məhkəmə qərarlarının icrasının təmin olunması
• Dövlət qurumları və təşkilatları ilə münasibətlərin hüquqi tənzimlənməsinin təşkil edilməsi.
• Məhkəmələrdə, digər dövlət orqanlarında və qeyri-hökumət təşkilatlarında Şirkətin qanuni mənafeyinin müdafiəsini həyata keçirmək;
• Müqavilələrin icrası ilə əlaqədar dəymiş və ya dəyə biləcək zərər risklərinin (ziyanın, itkilərin) aradan qaldırılması məqsədilə müvafiq məktub, bildiriş, iddia, pretenziya və digər bu tipli sənədlərin hazırlanması;
• Struktur bölmələr tərəfindən hazırlanan müqavilə və müqavilə xarakterli sənədlərin hazırlanması prosesinə köməklik göstərilməsi, müvafiq əlavə və dəyişikliklərin edilməsi;
• Hüquqi xarakterli müraciətlərin hazırlanması
• Səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət qurumlarından, hüquqi və fiziki şəxslərdən daxil olan məktub, sorğu, ərizə, şikayət və təkliflərə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxmaq, araşdırmaq, nəticəsi barədə rəhbərliyə məruzə etmək, sənədləri hazırlamaq və göndərmək;
Vəzifəyə tələblər:
• Təhsil – müvafiq sahə üzrə ali təhsil (təhsilin daha yuxarı pillələri üstünlükdür)
• İş təcrübəsi - 8-10 il korporativ-hüquq sahəsində iş təcrübəsi
• Dəqiq, səliqəli işləmə qabiliyyəti
• Nəzarət, işi təqibetmə və analiz etmə qabiliyyəti
• Detallara diqqət
• Məsuliyyətlilik
• Etibarlılıq
• Rus dilində danışmaq və yazmaq qabiliyyəti üstünlük hesab olunur.
Müraciət qaydaları:
CV-ni [email protected] ünvanına “Hüquqşünas” başlığı (tema/subject) ilə göndərirsiniz.
Qeyd: Hər bir müraciətə 2 həftə ərzində baxılır. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunur.
Son müraciət tarixi 15.09.2021
VAKANSİYA 21
Money4you.financial MMC
Kredit üzrə mütəxəssis / Loan Manager (LM)
İş haqqında məlumat:
• Məqbul keyfiyyət və zərər meyarları daxilində təyin olunmuş kredit riski portfelinin idarə edilməsi
• Müştəri bazası ilə əlaqəli kredit riskinin təsdiq edilmiş hədlər daxilində təsdiqlənməsi
• Bütün müştərilər və girov üçün risk reytinqlərinin dəqiq, vaxtında və ardıcıl təyin edilməsi
• Bütün kredit risklərinin “money4you.financial” Kredit Siyasətinə uyğun olaraq strukturlaşdırılması, sənədləşdirilməsi və təsdiqlənməsinin təmin edilməsi
• Problemləri anlamaq, həll planlarını təsdiqləmək və potensial problemlərin dərhal artması üçün vahid komanda ilə işin aparılması
• Yeni metod və prosedurları tövsiyə edib və tətbiqini irəli sürmək
Tələb olunan bacarıqlar:
• İngilis dili bilikləri (Ən azı B1 səviyyəsi)
• İqtisadiyyat, mühasibat uçotu, maliyyə və ya biznesin idarə edilməsi və ya digər əlaqəli sahələrdə bakalavr və ya magistr dərəcəsi
• Ən azı 1 illik iş təcrübəsi
• Vaxtın idarə edilməsi bacarıqları
• Stress altında çalışmaq
• Komandada işləmə bacarığı
• Analitik bacarıqlar
• Problem həll etmə bacarığı
• Əla ünsiyyət və təqdimat bacarığı
• Çeviklik
Zəhmət olmasa, CV-nizi [email protected] ünvanına e-poçt mövzu sətrində "Loan Manager" yazaraq göndərin.
VAKANSİYA 22
Vəzifə: Filial Müdiri
İşəgötürən: “Azərbaycan Mikro Kredit BOKT” MMC
Bölgə: Cəlilabad, İmişli və Salyan şəhərləri üzrə
İş qrafiki: 09:00 - 17:00 (Bazar ertəsi – Şənbə)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil - Maliyyə, İqtisadiyyat.
• Kredit təşkilatlarında müvafiq vəzifə üzrə azı (iki) il iş təcrübəsi;
• İstehlak, lombard və ya mikro kredit əməliyyatları üzrə təcrübə;
• Kredit portfelinin idarə olunmasında təcrübə, bilik və bacarıq;
• Problemli kreditlərin idarə olunmasında təcrübə, bilik və bacarıq;
• Strateji və analitik düşünmə qabiliyyəti;
• Yüksək səvviyyədə ünsiyyət qabiliyyəti;
• Detallara fikir vermə qabiliyyəti;
• Təşəbbüskarlıq;
• Kompüter bilikləri
İŞİN TƏSVİRİ:
• Filialda cari rəhbərliyi həyata keçirmək;
• Filial işçilərinin işinə nəzarət etmək və əmək intizamını təmin etmək;
• Filialın əməkdaşları tərəfindən müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinin təmin etmək;
• Potensial müştəriləri cəlb etməklə kreditləşmənin həyata keçirilməsini təmin etmək;
• Öz səalhiyyəti səviyyəsində kredit qərarlarını təsdiq etmək;;
• Kreditvermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
• Filialın bütüm işçilərinin təlim ehtiyyaclarını müəyyən etmək və təlimlərin keçirilməsini təmin etmək;
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində bölgəyə uyğun olaraq “Filial Müdiri” (Cəlilabad, Salyan və İmişli)” qeyd etməklə göndərmələri xahiş olunur.
Əlaqə vasitələri:
E - mail: [email protected]
Telefon: (+994 12) 498 94 97
VAKANSİYA 23
Realest MMC, baş ofisi Bakıda yerləşən, yaşayış və ticari məqsədli daşınmaz əmlak sektorunda inşaat, idarə etmə və qiymətləndirmə üzrə məsləhət xidmətləri verən və Azərbaycanın bütün ərazisini əhatə edən konsaltinq şirkəti “Office manager” üzrə vakansiya açıq elan edir.
Vəzifə öhdəlikləri:
• Ofisə gələn qonaqların qarşılanması və qeydiyyatı
• Telefon zənglərinə cavab verilməsi, yönləndirilməsi
• Şirkətin bazasının gündəlik işlənilməsi, dəyişiklərin əlavə edilməsi
• Ofis daxili işlərə ümumi nəzarət edilməsi və kargüzarlıq işlərinin aparılması
• Rəhbərin tapşırıqlarının yerinə yetirilməsi və gündəlik hesabatların verilməsi
• İş qrafiki: 09:00-dan 18:00-dək, həftədə 5 gün
Tələblər:
• Kompüter bilikləri: Microsoft Office -Word, Excel, Power Point , İnternetdən sərbəst istifadə
• Dil bilikləri: Azərbaycan dili , rus dili (ingilis dili biliyi üstünlükdür)
• Ofis avandlıqları ilə işləmə bacarığı
• Ünsiyyət qurma və analiz etmə qabiliyyəti
• Məsuliyyətli olmaq, dəqiqlik, punktuallıq
Vakansiyaya uyğun olan namizədlər CV-lərini [email protected] ünvanına mövzu yerində “Office manager” yazaraq göndərə bilərlər.
VAKANSİYA 24
Vendor menecer
“AVICOM” MMC Azərbaycanda İnformasiya texnologiyası sahəsində İT həllər və xidmətlər təqdim edən aparıcı şirkətlərdən biridir. Şirkət yarandığı gündən etibarən İnformasiya təhlükəsizliyi xidmətləri, İT sistemlətin inteqrasiyası, layihələrin idarə olunması və İT konsultasiya üzrə öz müştərilərinə yüksək səviyyəli xidmət və müasir həll üsullarını təklif edir.
Tələblər:
• Ali və orta təhsil;
• Rus və İngilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
• Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
• Ümumi İT (veb portallar, CRM, ERP və s.) bliklər;
• Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəs;
• Satınalma sənədlərini hazırlama üzrə bacarıqlar;
• Punktualıq, öhtəlikləri vaxtlı vaxtında icra etmə.
Vəzifə öhdəlikləri:
• Şirkətin təsdiq etdiyi istehsalçılarla uzunmüddətli əlaqələrin inkişaf etdirilməsi;
• Vendorlar və daxili əməkdaşlarla bütün satıcı idarəetmə proseslərini əlaqələndirmək;
• Vendorlara dair tendensiyalarını (kanpanyalar, endirimlər və digər yeniliklərin) davamlı olaraq izlənilməsi;
• Yeni istesalçılarla işgüzar əlaqələrin qurulması;
• Qarşılıqlı görüşlərin, təqdimatların hazırlanması və təşkil edilməsi;
• Sifarişlərin planlanması və qiymətlərin analizi;
• Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
• Məxfilik qaydalarına riayət etmək;
• Daimi yeniliklərə açıq, örgənməyə hazır olması mütləqdir.
İş yerinə dair üstünlüklər (benefits):
• Korporativ (könüllü) tibbi sığorta
• Performansa dayanıq ekstra ödənişlər
• Şəxsi inkişaf imkanları
İş şərtləri:
• iş rejimi - həftədə 5 günlükdür
• iş saatları – 09:00-18:00
• 1 saatlıq nahar fasiləsi
Namizədlər e-maıl”ın mövzu hissəsində “Vendor menecer” yazmaqla öz CV-ni [email protected] ünvanına göndərə bilərlər.