VAKANSIYA 1
“Bonus Market” MMC “Mağaza müdiri” vakansiyasını açıq elan edir.
Ərazi: Qobu Park-2 “Qobu Bonus Market”
Tələblər:
• Ali təhsil
• Satış sahəsində ən azı 3 il iş təcrübəsi olmalı
• Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook), 1C proqramı
Vəzifə öhdəlikləri:
• Mağazanın işçi heyətinin formalaşdırılmasında fəal iştirak edir;
• Mağaza işçi heyətinin bütün fəaliyyətlərini istiqamətləndirir və əlaqələndirir;
• Aidiyyəti struktur bölmələri ilə birlikdə mağaza büdcəsinin hazırlanmasında yaxından iştirak edir və büdcənin icrasına nəzarət edir;
• Mağaza satış hədəflərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir
• Mağazaya təqdim olunmuş inventarların və proqram təminatının daim saz/işlək vəziyyətdə olmasını, onlardan təhlükəsiz, düzgün və səmərəli şəkildə istifadə olunmasını təmin edir.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Ə/h: 500-800 azn
Yuxarıdakı tələblərə cavab verən namizədlər mövzu yerində “Mağaza müdiri_Qobu” qeyd edərək, CV lərini [email protected] elektron ünvanına göndərər bilərlər.
VAKANSIYA 2
Imperial Ceramic Center
Satış mütəxəssisi
Tələblər:
- Yalnız xanım namizəd
- 25 – 35 yaş arası
- Azərbaycan, Rus dili biliyi (İngilis dili üstünlükdür)
- Riyazi hesablama bacarığı
- Satış menecmentində 1-3 il təcrübə;
- MS Ofis proqramları biliyi;
- Təqdimat bacarığı;
- Punktual, analiz etmə, planlama bacarığı olmalı;
- Məlumat bazası ilə iş bacarığı;
Vəzifə öhdəliyi:
- Satış hədəflərinin icra olunması;
- Şirkət daxilində mövcud olan qaydalara riayət edilməsi;
-Müştərilər ilə birbaşa əlaqələr yaratmaq və onların satışlarına nəzarət etmək;
- Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Sifarişlərin koordinasiya edilməsi;
İş barədə:
- Qrafik: 9:00 – 19:00 / 6 gün
- Rabitə xərcləri şirkət tərəfindən qarşılanır
- Əmək haqqı +600 (Bonus sistemi)
"Göstərilən tələblərə cavab verən xanım namizədlərdən CV-lərini mövzu yerinə “Satış mütəxəssisi” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
VAKANSIYA 3
"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.
Vakansiya: Operator (call center)
Tələblər:
• Təhsil: orta-ixtisas / ali;
• İş stajı : müvafiq sahədə ən azı 1-2 il;
• Dil biliyi : Azərbaycan dilində səlis danışmaq/yazmaq; rus və ya ingilis dillərindən birində fikrini sərbəst ifadə etmək bacarığı;
• Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
• Kollektivdə işləmək bacarığı;
• Yüksək ünsiyyət və təqdim etmə bacarıqları.
Əsas vəzifələr:
• Daxil olan telefon zənglərinin cavablandırılması;
• Kompüterdə zənglərin qeydiyyatını aparmaq;
• Şirkətin məhsulları haqqında tam məlumatlı olmalı;
• Müştərilərin verdiyi sualların dolğun və ətraflı şəkildə cavablandırılması;
• zəng mərkəzinə gələn təkliflərin və şikayətlərin qəbul edilməsi;
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Ə/h: 300;
• İş yeri: İnqilab;
• Karyera yüksəlişi imkanı;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Operator” qeyd edərək [email protected] electron ünvanına CV ilə müraciət edə bilərlər.
VAKANSIYA 4
AZEA Group MMC inşaat şirkəti haqqında ətraflı məlumatı www.azea.az saytından əldə edə bilərsiniz.
ŞİRKƏTİN İNTERYER VƏ EKSTERYER LAYİHƏLƏRİNİ (DİZAYN) SATMAĞA TAM ƏMİN OLDUĞUNUZ HALDA CV GÖNDƏRİN.
E-mail: [email protected]
1. VƏZİFƏNİN ADI: Korporativ Satış Meneceri
2. ƏMƏK HAQQI: 600 AZN ((net) + satışlardan 5% bonus (minimum plan 10.000 AZN, maksimum limitsiz) + 100 AZN (nəqliyyat, mobil rabitə və s. xərclər üçün);
3. VƏZİFƏNİN NÖVÜ: 95% OFİS XARİCİ, 5% OFİS DAXİLİ (müştərilərə zəng edib görüş təyin etmək və ya görülən işlər haqqında hesabat hazırlamaq üçün);
4. SATILACAQ MƏHSUL VƏ XİDMƏTLƏR: İNTERYER VƏ EKSTERYER LAYİHƏLƏR (DİZAYN) (fərdi evlərin, inzibati binaların, villaların, ticarət və istehsalat təyinatlı obyeklərin, hovuz və landşaft).
Hansı iş şəraiti təklif olunur:
• Korporativ mobil nömrə;
• İş qrafiki: Həftə içi 6 gün (bazar günü istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi, 9-cu mərtəbə.
Biz kimi axtarırıq:
• Ali/orta təhsilli;
• Azərbaycan vətəndaşı olmalı;
• İstənilən məhsulu satmağı bacaran və ən azı son 2 ili uğurlu satışlar əməliyyatlarını reallaşdırmış;
• Dil biliyi: Azərbaycan dilini (yazmaq, oxumaq, danışmaq, anlamaq) yüksək səviyyədə bilməli.
• Standart MS Office proqramları haqqında bilik və bacarıqlar: (Excel (hesabat üçün), PowerPoint (təqdimat keçirmək üçün)).
• Şəxsi avtomobilin olması mütləqdir (amortizasiya xərcləri qarşılanır);
• MÜŞTƏRİ BAZASININ OLMASI ÜSTÜNLÜKDÜR.
İş barədə məlumat:
SADƏCƏ ŞİRKƏTİN MƏHSUL VƏ XİDMƏTLƏRİNİ SATMAQ VƏ QAZANMAQ
• Qoyulan satış hədəflərini həyata keçirmək;
• Potensial müştərilərin tapmaq, onlara təkliflər vermək;
• İşgüzar görüşlər təşkil edərək təqdimatlar keçirmək, danışıqlar aparmaq, yeni müştəriləri şirkətə cəlb etmək
• Rəhbərliyə satışlar haqqında həftəlik hesabatlar təqdim etmək;
• Rəhbərliyin digər yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.
VAKANSIYA 5
Netbet MMC “Müştəri Xidmətləri üzrə Mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
İşin Təsviri:
• Müştərilərdən gələn zənglərə cavab vermək;
• Zəng edən bütün müştərilərə xüsusi yanaşma və təmkinli davranış;
• Müştərilərin sorğularına cavab vermək, onların istəklərinin yerinə yetirilməsinə kömək etmək;
• Müştərilərdən daxil olan şikayət və təkliflərin qəbul edilməsi, təhlili və qısa müddətdə həll olunmasına nail olmaq/ ehtiyac yarandığı zaman müvafiq şöbəyə yönləndirmək;
• Bütün Etopaz müştərilərinin veb saytımızdan ən yaxşı şəkildə faydalanmalarına kömək etmək;
• Müştərilərə onların hər zaman yanında olduğumuzu göstərərək müştəri loyallığının qorunmasına və inkişaf etdirilməsinə nail olmaq;
Tələblər:
• Ali təhsil;
• Yüksək ünsiyyət qabiliyyəti;
• Əla səviyyədə Azərbaycan və rus dilləri, yaxşı səviyyədə ingilis dili biliyi
• Kompüter bilikləri: Microsoft Office proqramları;
• Komanda tərkibində işləmə bacarığı;
• Dəqiqlik və operativlik;
• Dəyişkən iş qrafiki;
Maraqlanan namizədlərdən CV-lərini [email protected] e-poçt ünvanına “Müştəri xidmətləri üzrə mütəxəssis” başlığı ilə göndərmələri xahiş olunur.
VAKANSIYA 6
AS İnşaat MMC
Texniki nəzarət mühəndisi
Yerinə yetirəcəyi işlər:
- Tikintinin gedişatı zamanı müxtəlif işlərin(elektromontaj,sanitar və s.) icra edilməsininin keyfiyyətinə nəzarət edir;
- Nəzarətin nəticələri uzrə qeydlər aparır;
- Nəzarət nəticəsində üzə çıxan uyğunsuzluqlar haqqında layihənin iş icraçısına məlumat verir;
- Təşkilatın layihələrinin icrası zamanı baş verən çətinlik və uğursuzluqların(geciktirmə,keyfiyyətin aşağı düşməsi və s.) səbəblərini, layihə obyektlərinin istismarı haqqında məlumatları analiz edir;
- Başa çatmış tikinti-montaj işlərinin qeydini aparır;
- Ümumi tikinti planının icrası haqqında hesabat üçün lazım olan məlumatları hazırlayır;
- Ortaya çıxan nöqsanları aradan qaldırmaq üçün tədbirlər görür;
- Tikinti təşkilatları tərəfindən nöqsanların aradan qadırılmasının keyfiyyətinə nəzarət edir;
- Tikinti-montaj işlərinin icrasını,podratçı təşkilatlardan başa çatmış işlərin qəbulunu,başa çatmış tikinti-montaj işlərin və obyektlərin qəbulunu həyata keçirir,lazımi texniki sənədləşməni tərtib edir;
- Tikinti zamanı üzə çıxan layihə üzrə qərar dəyişikliklərin müzakirə və razılaşdırılmasında,tikinti obyektlərinin qəbul və istismarını həyata keçirən komissiyada iştirak edir:
Səriştələr:
- Tikinti obyektinin idarə olunmasının, planlaşdırılması işləri,tikinti texnologiyasını, qabaqcıl yerli və xarici metodiki materialları, tikintinin norma və qaydalarını.
- Layihə-smeta və digər texniki sənədlərin hazırlanma və sənədləşdirmə, aparılan tikinti işlərinin qeydlərinin tutulması və hesabatın hazırlanması qaydalarını;
- Tikinti sahəsində olan istehsal avadanlıqlarını, onların istismar qaydalarını;
Tələblər:
- Ali texniki təhsil (mülki tikinti, inşaat mühəndisliyi,inşaat və texnologiya və başqa uyğun ixtisaslar)
- Müvafiq sahə üzrə 5 ildən yuxarı iş təcrübəsi.
- Microsoft Office, AutoCad,
Əmək haqqı 1600 AZN
İş yeri Xaçmaz rayonu, Xanoba kəndində yerləşir
İş rejimi 6 günlük
İşçi qalmaq üçün yer və qida ilə təmin edilir.
CV üçün e-mail : [email protected] (“Texniki nəzarət mühəndisi” başlığı ilə göndərməyiniz xahiş olunur)
VAKANSIYA 7
STP Şirkətlər Qrupu, Maliyyə departamentinin Büdcə və hesabatlıq bölməsi üzrə Təcrübəçi vakansiyası elan edir.
2012-ci ildən etibarən bazarda fəaliyyət göstərən şirkətimiz regionun ilk və ən böyük texnoparkıdır. Özündə 10-dan artıq istehsalat müəssəsini cəmləşdirən “STP” MMC-nin məhsulları “Made in Azerbaijan” brendi altında dünya bazarında da öz yerini tutmaqdadır.
Özünə güvənən, Maliyyə sahəsində təcrübə yığmaq istəyən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Tələblər:
- İqtisadiyyat, maliyyə, mühasibat uçotu və ya audit sahəsində bakalavr və ya magistr təhsilini son 3 ildə başa vurmuş məzunlar;
- MS Office proqramlarında (xüsusilə Excel) işləmə bacarığı;
- Aktiv, məsuliyyətli və nəticəyönümlü;
- Güclü riyazı və məntiq biliklərinin olması;
- Fərdi və komanda da işləmə bacarığı;
- Səbrli, məsuliyyətli və gərgin iş rejimində çalışma qabiliyyəti;
- Azərbaycan dili əla səviyyədə olmalı, ingilis dili arzuolunandır;
- Maliyyə sahəsi üzrə sertifikatlarının olması üstünlükdür.
Əlavə məlumatlar:
- Əmək haqqı 300 AZN;
- Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Təcrübəçi” yazaraq 28.10.2021-ci il tarixinədək [email protected] ünvanına göndərilməsi xahiş olunur.
VAKANSIYA 8
ŞİRKƏT HAQQINDA:
“Başak” MMC şirkəti 2004-cü ildə təsis edilib. Şirkət həm texnologiya, həm səmərə, möhkəmlik, həm də peşəkar mühəndis kadrlarının və işçi qüvvəsinin cəlb edilməsi baxımından ölkəmizdə müasir, tikinti müəssisəsi kimi insanlara xidmət edir. Şirkətimiz özəl və fərdi layihələrdə bir neçə istiqamətlərdə fəaliyyət göstərir: Kirəmit və metal dam örtüklərin satışı və quraşdırılması, istənilən növ inşaat materiallarının satışı və tikinti işlərinin görülməsi, yerli və avropa istehsalı olan plastik və aluminyum pəncərə qapı sistemlərinin quraşdırılması, müxtəlif çeşidli uniformaların hazırlanmasını və satışını həyata keçirir.
TƏLƏBLƏR:
• Ali təhsil,
• Göstərilən vəzifə üzrə min 1-2 il təcrübə (yalnız bu vəzifə üzrə təcrübəsi olan namizədlərin cv formaları dəyərləndiriləcək),
• Şəxsi avtomobil (amortizasiya xərclərəri qarşılanır),
• Satınalma prinsiplərini bilməli,
• Analitik düşünmə və problemləri həll etmə bacarığı,
• Rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı,
• MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı,
• Dinamiklik, gərginliyə davamlılıq, ünsiyyət və təqdim etmə bacarığı,
• Komandada işləmə bacarığı.
İŞ ŞƏRAİTİ:
• Əmək haqqı: 700 AZN + BONUS (KPİ),
• Nahar şirkət tərəfindən verilir,
• Korporativ nömrə,
• Ünvan: Dərnəgül şosesi 31, məhəllə 5, Ziya Bünyadov pr. 3105
• İş günlərinin sayı 6 gün, şənbə günü qısaldılmış,
Tələblərə uyğun şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.
VAKANSIYA 9
“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.
Hal-hazırda “FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı MASALLI FİLİALI üçün MÜŞTƏRİ ƏLAQƏLƏRİ ÜZRƏ İŞÇİ vəzifəsinə işçi axtarışı elan edir.
“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.
Əsas Öhdəliklər:
• Yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək;
• Kredit sənədlərinin tənzimlənməsi və portfelin idarə olunması prosesində mərkəzləşdirilmiş şöbələrə dəstək göstərmək;
• Kreditin verilməsi və çatdırılma kanallarını dəstəklə təmin etmək;
• Şirkətin siyasət və prosedurlarına uyğun şəkildə müəyyənləşdirilmiş qaydada filialın inzibati tapşırıqlarını icra etmək və arxiv funksiyasını idarə etmək;
• Tələb olunan hesabatları hazırlamaq və Sahə Menecerinə təqdim etmək;
• Filialın və Baş Ofisin digər Departamentləri/Şöbələri ilə xoş münasibət qurmaq və səmərəli əməkdaşlığı təmin etmək;
• Müəssisə tərəfindən təşkil olunmuş bütün müvafiq təlim fəaliyyətlərində və seminarlarda fəal iştirak etmək;
• Tələb olunarsa, “FİNCA Azərbaycan”ın müxtəlif filial ofislərinə səfərlər və/və ya rotasiya;
• Aylıq və yarım-illik performans hədəflərinə nail olmaq; müştəri məmnuniyyəti standartları/hədəfləri və müştəri şikayətlərinin nisbəti ilə ölçülən yüksək keyfiyyətli müştəri xidmətləri göstərmək; Dəqiq hesabatvermə və sənədlərin emalı.
Tələb olunan bilik və bacarıqlar:
• Ali təhsil. Biznes, iqtisadiyyat, mühasibatlıq və ya bizneslə əlaqəli digər sahədə diploma üstünlük verilir;
• Səlis Azərbaycan dili;
• MS Office (MS Word, MS Excel, MS Outlook) sahəsində əsas biliklər; çapetmə və məlumat daxiletmə bacarıqları;
• Müştəri xidmətləri və arxa ofis üzrə bir il iş təcrübəsi;
• Kreditlərin restruktirizasiyası üzrə məlumatlı olması;
• İşgüzarlıq və aktivlik.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 10 oktyabr 2021-ci il tarixdən gec olmamaq şərtilə [email protected] electron ünvanına Subject/Mövzu hissəsində Müştəri Əlaqələri üzrə İşçi (Masallı Filialı) qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSIYA 10
VMF
Hüquqşünas
Vəzifə öhdəlikləri:
• Qanun mahiyyətli sənədləri işləyib hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
• Şirkətin bölmələrini hüquqi məsləhət və yardımla təmin etmək;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabları hazırlamaq;
• Sənəd və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
• Aidiyyəti məsələlərə dair rəyləri hazırlamaq;
• Protokolları hazırlamaq;
• Əmr və sərəncamları hazırlamaq;
• Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlamaq;
• Hüquq şöbəsinə daxil olan və çıxan sənədlərin, işlərin uçotunu aparmaq;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
İş qrafiki: 09:30 – 18:30 (6 günlük iş qrafiki)
İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Namizədə tələblər:
• Ali təhsil;
• Azərbaycan və rus dili mütləq , ingilis dili arzuolunandır;
• Müvafiq sahə üzrə iş təcrübəsi 5 il.
• MS Word, MS Excel və MS Outlook proqramları üzrə biliklər zəruridir;
• Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməli;
• Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməli;
• Kargüzarlıq işinin əsaslarını bilməli;
• Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməli;
Namizədlər CV-lərini hüquqşünas başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSIYA 11
Название должности: Ассистент отдела Perfect Store ( Trade Marketing)
Место работы: Азербайджан, г. Баку, Низаминский район, Восьмая поперечная дом 2/ AZ 1029
Основные обязанности:
Выполнение должностных обязательств отдела Trade Marketing:
1) Планирование и мониторинг приоритетов месяца
2) Мониторинг KPI (показателей) Perfect Store (MSL, Standart) и Right Store
3) Планирование и запуск новинок
4) Планирование промо календаря и контроль промо активностей
5) Разработка и заказ рекламных оборудований и POSm
6) Аудит установок и выполнения приоритетов месяца
7) Активное участие в подготовке стратегического трейд-маркетингового плана
8) Активное участие в планировании G2N (торговых инвестиций)
9) Активное участие в планировании A&C бюджета (бюджет трейд-маркетинга)
10) Разработка планограмм - стандартов размещения продукций Mdlz
11) Доведение презентаций новинок, приоритетов месяца торговой команде
12) Подготовка к встречам: Cycle Meeting (раз в месяц), Country Review (раз в квартал), Operational Review ( раз в году)
13) Закрытие LF предыдущего месяца (листингов – доплат)
14) Регулярный анализ продаж и возврата просрочки
15) Price monitoring
Формальные требования:
- Пол: мужчина
- Возраст: 19-30
- Отсутствие физических /хронических заболеваний
- Возможность: ненормируемого рабочего дня
- Место работы: постоянное
Квалификация:
- Образование: высшее
- Опыт работы: желательно – опыт в сфере продаж (от 3-х месяцев)
- Уровень полномочий: ведение трудовых обязанностей отдела Perfect Store
Функциональные требования:
- Умение работы в ПК: Excel, Power Point, Outlook – обязательно, 1C – желательно
- Аналитические способности – навыки анализа и оценки
- Умение обучаться
- Желание обучаться
- Навыки работы с документацией
- Навыки работы с фин. документами
Нефункциональные требования:
- Аналитический склад ума
- Инициативность
- Нацеленность на результат, амбициозность
- Ответственность
- Креативность
- Гибкость, быстрая адаптация
- Высокая коммуникабельность
- Позитивний/ конструктивный подход
- Уровень интеллекта
- Честность, открытость и порядочность
- Дисциплинированность
- Самоорганизованность
- Способность работать в команде
Отчётность:
Ассистент отдела Perfect Store ( Trade Marketing) - Старший специалист отдела Perfect Store ( Trade Marketing) - Функциональный руководитель - Perfect Store Activation Superviser Кавказ и Линейный руководитель - Regional Manager
Заинтересованных лиц просим высылать CV на почту [email protected]
Наш сайт www.aztrade.az.
VAKANSIYA 12
Blue Planet Distribution LLC
Job title: Financial Reporting Specialist
Department: Finance department
Main duties:
• Perform month-end and year-end close processes
• Execution of Cash count process on monthly bases;
• Analysing of open item report and checking of given advances are allocated to proper payments;
• Perform analytical review of financial statements by researching financial variances and analysing financial data;
• Finalizing P&L report by analysing each line on P&L and solve the problems as arises.
• Prepare monthly and annual financial statement packages
• Keeping control of supplier advances to make sure that they are not unallocated for a long time. Investigate any matured supplier advance, if there is any.
• Keeping communication with suppliers on monthly basis, reconciling their statements with our records. Proper investigation is executed in case of any imbalance.
• Updating Stock Analyses File for each store for the current period.
• Compiling of annual budgets
• Preparing detailed breakdown of current year figures and provide to budget holders for basis to preparation of next year budget.
Requirements:
• Min.2+ experience with Financial reporting, i.e. conduction of Balance Sheet, Income Statement, Cash flow, etc.
• Knowledge of COINS is an advantage
• Leadership skills
• Problem solving
• Analytical skills for analysis of historical data
• Detail-oriented
Please send your V to: [email protected] and indicate the name of the position you are applying for in the subject line of the email.
VAKANSIYA 13
“Lombardcini” kredit təşkilatı Quba və Xaçmaz filialına Lombard kreditləri üzrə mütəxəssis qəbulu elan edir.
İş haqqında məlumat:
• Müştərilərə kredit məhsulları haqqında məlumat vermək;
• Kredit müraciətlərinin qəbulu və analizi;
• Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
• Mütəmadi olaraq aktiv marketinq təbliğatı həyata keçirmək;
• AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
• Əmək haqqı: 1000 manat (artan maaş) + bonus verilir;
• İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 17:00-dək, şənbə günü: 10:00-dan 16:00-dək
Namizəd üçün tələblər:
• Şəhər: Bakı,Quba,Xaçmaz,Gəncə
• Ali təhsilli olmalı (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
• Riyazi hesablama aparmaq və satış bacarığına mail olmaq qabiliyyəti;
• BOKT və ya Lombard sektorunda iş təcrübəsi olanlara üstünlük veriləcək.
Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Qeyd edək ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. CV göndərən zaman mövzu yerində “Lombard üzrə mütəxəssis” və Regionu qeyd etməyiniz xahiş olunur.
VAKANSIYA 14
eManat
İT Biznes Analitik
Namizədə qoyulan tələblər:
• Tətbiqi riyaziyyat və kibernetika / İnformasiya texnologiyaları sahəsində ali təhsil (magistr təhsili üstünlükdür)
• Sahə üzrə 1 il iş təcrübəsi
• Microsoft Office (Excel, Visio, PowerPoint, Word);
• Proqramlaşdırma biliklərinin əsas nəzəriyyələrini bilmək (Postman, soapui istifadəsi, restful APİ test edilməsi, UAT ssenarilərinin hazırlanması və s.)
• Automation testing prosesi üzrə biliklər;
• Task Management tətbiqlərini bilmək (Jira, trello və s.)
• Google Analytics tətbiqindən istifadə etmək bacarığı;
• Wireframe, mockup, prototyping alətlərini istifadə etmək bacarığı;
• Güclü analitik və problem həll etmə bacarıqları
• Müsbət münasibəti qoruyaraq müştəri xidməti göstərərək təzyiq altında işləməli və son tarixlərə cavab verməlidir
• Mükəmməl şifahi və yazılı (İngilis və Azərbaycan dili) ünsiyyət, təqdimat və prioritetləşdirmə bacarıqları
Vəzifə öhdəlikləri:
• Application üçün analizlərin olunması (survey), təşkilatı ehtiyacların müəyyən edilməsi və tapşırıqlar planının hazırlanması;
• Biznes proseslər üzrə texniki sənəd (istifadəçi və texniki səviyyədə - UML diaqramları (use case)) hazırlanması;
• Sistem problemlərinin araşdırılması və optimal həll yollarının təklif edilməsi;
• Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
• Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
• Automation testing prosesində iştirak etmək;
• Dəyişiklik edilmiş Biznes prosesin test mərhələsində Sifarişçiyə və Ödəmə Sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;
• Biznes prosesin Proqramlaşdırma komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi;
• Analiz zamanı report hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
• İT departamenti, Sifarişçi struktur və digər tərəfdaşlarla (3-cü şəxslər) texniki məsələlərin müzakirə edilməsi və uyğunluğun təmin edilməsi.
İş şəraiti:
• Ofis daxili;
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar yeməyinin təmin olunması;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “İT Biznes Analitik” yazılmalıdır.
VAKANSIYA 15
Nurgun Holding
Marketing meneceri
Öhdəliklər:
• Marketinq strategiyasının tədbiqi planının hazırlanması və rəhbərə təqdim edilməsi
• Şirkətin marketinq məlumat baza sisteminin qurulması
• Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi
• Şirkətin ətraf mühitinin və daxili imkanlarının analiz edilməsi və yeni rəqabət üstünlüklərinin hazırlanması
• Marketinq sahəsində fəaliyyət planının hazırlanması və rəhbərə təqdim edilməsi
• Yeni məhsulların bazara salınmasını təşkil etmək (yeni ideyalar,reklam,PR etmək bacarığı)
• Şirkət üzrə brend istifadəsinə nəzarət
• Şirkətin PR və Reklam siyasətinin hazırlanması
• Reklam və PR sahəsində təbliğat kanallarının seçilmə kriteriyalarının hazırlanması
• PR və Reklam işlərinin aparılması
• Marketinq xərclərinin analizi və təkmilləşdirilməsi
Tələblər:
• Ali təhsil;
• Yüksək səviyyədə komputer bilgiləri;
• Rus və ingilis dillərini sərbəst bilməli;
• Yaş həddi 27-35 arası;
• Ən azı 2 il iş təcrübəsi olmalı;
Şəxsi keyfiyyətlər:
• Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
• Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır;
• Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı;
Digər məlumatlar:
• yüksək karyera imkanları;
• iş saatları: 09:00-dan 18:00-dək;
Əmək haqqı: 700 AZN
E-mail: [email protected]
CV göndərərkən mövzu qismində " Marketinq meneceri " sözünün yazılması mütləqdir!
VAKANSIYA 16
OBA marketlər şəbəkəsi
Vəzifə: Kateqoriya mütəxəssisi
Direktor: Kommersiya Direktorluğu
İş yeri: OBA Marketlər şəbəkəsi, baş ofis
Namizədə dair tələblər:
• Təhsil: Ali təhsil
• Kompüter bilikləri: MS Office
• Dil bilikləri: Rus dili(yaxşı səviyyədə)
• Cinsi: qadın
• Yaş:35 yaşa qədər;
• İş təcrübəsi: satınalmada minimum 1 il
Vəzifə öhdəlikləri:
• Aksiya məhsullarının təqibi, yaranan problemlərin araşdırılması
• Yerli və xarici şirkətlərlə müqavilələrin hazırlanması və təqib edilməsi.
• Rəhbərlik tərəfindən verilən gündəlik hesabatların hazırlanması
Əlavə təminatlar:
• Nahar;
• Korporativ nömrə;
• Servis xidməti;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Kateqoriya mütəxəssisi " yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSIYA 17
Dövlət Agentliyi yanında Publik Hüquqi Şəxs
Hüquqşünas
Vəzifə öhdəlikləri:
• Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, hüquqi ekspertizası və müzakirəsi;
• Qanunvericilik layihələrinin hazırlanması və bununla bağlı müvafiq qurumlarla işlərin aparılması;
• Daxili idarəetmə prosedurlarının hazırlanması və onlara əməl edilməsinə mütəmadi nəzarət;
• Təşkilatın struktur bölmələrinə hüquqi məsləhət və dəstək verilməsi;
• Təşkilatın fəaliyyətinin müvafiq qanunvericilik aktlarına uyğunluğunu təmin etmək;
• Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və onların aradan qaldırılması üçün yeni yanaşmaların formalaşdırılması.
Tələblər:
• Hüquq və ya beynəlxalq hüquq sahəsi üzrə bakalavr dərəcəsi;
• Hüquq sahəsində minimum 1 il iş təcrübəsi (dövlət qurumlarında iş təcrübəsi olan şəxslərə üstünlük veriləcək);
• Dövlət satınalmaları sahəsində zəruri biliklərə sahib olmaq və prosedurları tətbiqini anlamaq;
• Müqavilələrin tərtibi sahəsində təcrübə;
• Mükəmməl azərbaycan və ingilis dili biliyi;
• Ofis proqramlarında sərbəst işləmək bacarığı;
• Güclü analitik və problem həll etmə bacarıqları;
• Təfərrüatlara diqqətlə yanaşmaq;
• Təşəbbüskar olmaq.
Namizədlər CV-lərini 28.10.2021 tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Xahiş edirik müraciət etdiyiniz vəzifənin adını (Hüquqşünas) elektron məktubun mövzü bölümündə qeyd edəsiniz. Nəzərə alardınız ki, yalnız seçilmiş namizədlərlə növbəti seçim mərhələsi üçün əlaqə saxlanılacaq.
VAKANSIYA 18
Vəzifə: Uçot əməliyyatları üzrə mühasib
İş yeri: OBA Marketlər şəbəkəsi, baş ofis
Namizədə dair tələblər:
• Təhsil: Ali təhsil (İqtisadi təhsil mütləqdir)
• ACCA üzrə sertifikatlar üstünlükdür
• Kompüter bilikləri: MS Office (excel əla səviyyədə)
• Yaş: 30 yaşa qədər;
• Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi
• Çevik, öyrənməyə həvəsli, inkişafa meyilli
Vəzifə öhdəlikləri:
- Uçot əməliyyatları üzrə prosesin vaxtında təşkili və idarə edilməsi
- Anbarlar üzrə mal-material uçot məlumatlarının düzgünlüyünün təmin etmək
- Şirkətə daxil olan mal-materialın giriş-çıxış hərəkəti ilə bağlı əməliyyatlar yoxlanılıb, müvafiq proqrama daxil olunması
- Uçot əməliyyatlarını əks etdirən sənədlərin müəyyən edilmiş tarix üzrə nəzarətinin təmini, vəzifə üzrə aylıq icranı yekunlaşdırmaq
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Uçot əməliyyatları üzrə mühasib" qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.