VAKANSİYA 1
Mebello.az
Satış Məsləhətçisi (Əhmədli filialı)
Son tarix 28 fev 2023 [email protected]
İş barədə məlumat:
Mebello.az mağazamızın Xətai r., Məhəmməd Hadi küçəsində fəaliyyət göstərəcək filialına satış məsləhətçisi tələb olunur:
-
Mağazada satılan mebel məhsullarının satışını həyata keçirib, bütün prosesin təqibini və müştəri məmnuniyyətini təmin etmək;
-
Mağazadakı məhsulların nizamından məsuliyyətli olmaq və mağaza içi vizual qaydalara əməl etmək;
-
İşində müştəri məmnuniyyətini əsas amil tutmaq;
-
Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədə tələblər:
-
20-35 yaşlarında kişi və xanım namizədlər;
-
Ali və ya orta təhsilli;
-
Etibarlı, məsuliyyətli, səliqəli və çevik;
-
Bu sahədə özünə karyera qurmaq istəyən;
-
İnandırma qabiliyyəti yüksək olan, pozitiv, ünsiyyətcil;
-
Komandada işləyə bilmək bacarığı;
-
Mebel satışında ən azı 1 il iş təcrübəsi arzu olunandır;
-
Rus dilini bilmək üstünlükdür;
-
MS Office proqramlarında işləmə bacarığı;
İş qrafiki:
-
Həftənin 6 günü saat 10:00-dan 20:00-dək;
-
Həftə içi 1 gün istirahət günü;
-
Əmək haqqı: 400 AZN + Bonus.
CV-lərinizi e-mail ünvanına göndərə bilirsiniz.
VAKANSİYA 2
Bestcomp Group
Müştəri Dəstəyi və Biliklərin Transferi üzrə Mütəxəssis
Son tarix 14 fev 2023 [email protected]
Vəzifə öhdəlikləri:
-
Şirkətin təmin və təqdim etdiyi alətlər vasitəsilə müştəri sorğularına vaxtında və dəqiq cavab vermək, müştəri ehtiyaclarını müəyyənləşdirmək.
-
Müştəri şikayətlərinə vaxt çərçivəsində müvafiq həllər və alternativlər təqdim etmək, texniki problemlərin həllini təmin etmək üçün daxili komandalarla işləmək.
-
Müştərilərin rəyini toplayıb, Məhsul Menecementi komandasıyla paylaşaraq xidmət keyfiyyətinin artırılmasına dəstək göstərmək.
-
Şirkətin ünsiyyət prosedurlarına, təlimatlarına və siyasətlərinə əməl etmək.
-
Layihə menecerindən və ya məhsul menecerindən daxil olan məlumatlara əsaslanaraq ətraflı test planları, test nümunələri və xəta hesabatlarının hazırlanması.
-
Proqram təminatının performans standartlarına cavab verdiyinə və hər hansı səhvlərin həllinə əmin olmaq üçün sınaqdan keçirilməsi.
-
Tətbiqin bütün aspektlərini, o cümlədən funksionallıq və istifadə imkanlarını sınaqdan keçirməklə bütün tələblərin yerinə yetirilməsini təmin etmək.
-
Xətalar haqqında rəy bildirmək və kodda təkmilləşdirmələr təklif etmək üçün məhsul sahibləri ilə qarşılıqlı ünsiyyət qurmaq.
-
İstifadəsinin asan olmasını və istifadəçi ehtiyaclarına cavab verməsini təmin etmək üçün tətbiqin istifadəçiləri ilə istifadəyə yararlılıq testlərində iştirak etmək.
-
Proqram təminatları biliklərinin idarə edilməsi metodologiyalarını öz təcrübə sahələrində tətbiqinə rəhbərlik etməklə biliklərin transferi və idarəetməsini təmin etmək.
-
Müştəriyə biliklərin effektiv ötürülməsi, paylaşılması və kommunikasiyası üçün standartları tərtib və təmin etmək.
-
Müvafiq təlim sessiyalarını planlaşdırmaq, videolar, təqdimatlar, sənədlər və s. kimi müxtəlif formatlarda təlim materialları hazırlamaq.
-
Müştərilərə qarşı hər zaman pozitiv, empatik və peşəkar münasibət saxlamaq.
Davranış bacarıqları:
-
Güclü analitik və problem həll etmə bacarıqları
-
Tənqidi düşünmə və qərar qəbul etmə qabiliyyəti
-
Mürəkkəb anlayışları aydın şəkildə çatdırmaq və bütün səviyyələrdə maraqlı tərəflərə təsir etmək bacarığı
-
Komandada işləmə bacarığı
-
Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı.
-
Ünsiyyət bacarığı
-
Güclü iş etikası
-
Təzyiq altında və sıx iş qrafikində təmkinliyini qoruya bilmək
-
Detallara diqqət
-
Tələblərin təhlili, sənədləşdirmə və yazı bacarıqları
Xüsusi tələblər:
-
Diplom:İnformasiya Texnologiyaları, İqtisadiyyat və ya Marketinq üzrə bakalavr dərəcəsi.
-
Təcrübə: Müştəri xidmətləri, test və ya təlim sahəsində minimum 2 illik təcrübə.
-
Kompüter bacarıqları:
-
MS Office, Service Desk, Visio, Jira, Confluence, Microsoft Azure Dev/Ops və bənzəri Agile alətləri.
-
Baza SQL bilikləri üstünlükdür.
-
Dil bilikləri:Azərbaycan mükəmməl, Rus və İngilis yaxşı (yazı və oxuma)
Maraqlanan namizədlər CV-ləri “Müştəri Dəstəyi və Biliklərin Transferi üzrə Mütəxəssis” başlığı altında göndərə bilərlər.
VAKANSİYA 3
Rifah Group
SMM Menecer
Son tarix 27 fev 2023 - [email protected]
Əsas vəzifə və öhdəliklər:
-
Şirkətin sosial şəbəkə hesablarının idarə edilməsi;
-
Günlük və həftəlik kontentin hazırlanıb paylaşılması;
-
Şəbəkəyə gündəlik gələn şərhlərə, mesajlara və sorğulara cavab verilməsi;
-
Potensial müştərilərə şirkətin məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatların verilməsi;
-
Reklam nəticələrinin hesabatının hazırlanması.
Tələb olunan keyfiyyətlər:
-
Ali təhsil;
-
Müvafiq vəzifə üzrə azı 1 (bir) il iş təcrübəsi;
-
Microsoft Office proqramlarında işləmək bacarığı;
-
Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
-
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
İş şəraiti:
-
İş qrafiki: 09:00 – 18:00
-
AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
-
Korporativ nömrə ilə təmin edilmə;
-
Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
-
Əmək haqqı 500 manat gross və aylıq bonus.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (SMM Menecer) qeyd etməklə göndərmələri xahiş olunur.
VAKANSİYA 4
ODONTOS LTD
Satış üzrə mütəxəssis (Naxçıvan)
Son tarix 28 fev 2023 - [email protected]
Namizədə verilən tələblər:
-
Yaş - 25-35 ;
-
Yalnız kişi namizədlər ;
-
Səlis Azərbaycan dilini bilməsi (əlavə olaraq rus dili bilənlərə üstünlük verilir) ;
-
Xoş və səliqəli zahiri görünüş ;
-
Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və aktiv satış bacarığı ;
-
Səbrli və nəzakətli ;
-
İşgüzar və hədəf yönlü ;
-
Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı ;
-
Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, alıcılara nəzakətli rəftar ;
-
Kollektiv ilə işləmə bacarığı;
İş barəsində məlumat:
-
Naxçıvan ərazisində şirkət məhsullarının satışının təşkili ;
-
Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək ;
-
Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi ;
-
Rəhbərliyə görülmüş işlər barədə gündəlik hesabatların verilməsi ;
-
Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı;
-
Şəxsi avtomobilinin olması vacibdir;
-
Satış strategiyası yaratmaq, inkişaf etdirmək və idarə etmək;
-
Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək;
-
İş saatı - 09.00 - 18.00;
-
Əmək haqqı – Razılaşma ilə
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Satış üzrə mütəxəssis” qeyd edərək öz CV-lərini elektron ünvanına göndərməyi xahiş olunur.
VAKANSİYA 5
POS.az
Специалист 1С
Son tarix 27 fev 2023 [email protected]
Обязанности:
-
Осуществление технической и консультационной поддержки пользователей на платформе 1С (Управление Торговлей 8.2, Розница 2.3) по существующему функционалу и доработанным решениям;
-
Обеспечение бесперебойной работы ПП 1С: обмен между конфигурациями, обмена клиент-банк-УТ, обмен с сайтом и др.;
-
Настройка ведения заказов и учета по ним в 1С;
-
Осуществление регламентных операции в 1С;
-
Подготовка инструкций, проведение обучения пользователей, по типовым вопросам;
-
Устранение сбоев в БД 1С на основании поступающих от пользователей заявок;
-
Исправление ошибок пользователей в случае их возникновения;
-
Разработка новых и доработка существующих отчетов, обработок, создание печатных форм, шаблонов и т.д.;
-
Тестирование доработок, документирование и внедрение доработок в работу компании;
-
Формализация поступающих от разных отделов требований, постановка задач исполнителям;
-
Взаимодействие со специалистами разработки web-сайта в разрезе внесения возможных изменений в механизм обмена с 1С;
Требования:
-
Опыт работы от 1 лет, высшее образование, полная занятость
-
Высшее образование;
-
Уверенное знание и практический опыт работы с конфигурациями УТ11, Розница 2.3, 1С: Бухгалтерия,1с УНФ .;
-
Опыт работы в аналогичной должности не менее лет;
-
Наличие навыков программирования на платформе 1С:Предприятие 8.3;
-
Умение понимать потребности и задачи бизнеса;
-
Опыт поддержки пользователей (коммуникабельность, терпение, способность объяснить необходимую последовательность действий, умение отвечать на вопросы).
Что мы хотим увидеть в кандидате
-
Аналитический склад ума, высокий интеллектуальный уровень, сообразительность;
-
Ответственный подход к задачам, нацеленность на результат;
-
Обязательность, дисциплинированность, исполнительность;
-
Желание и умение работать с людьми.
Заработная плата от 500 ;
График от 09:00 до 18:00
Просим кандидатов высылать свои СV.
VAKANSİYA 6
AGRO - WEST DC LLC
Şəbəkə Adminstratoru
Son tarix 27 fev 2023 [email protected]
Vəzifə öhdəlikləri:
-
L2 və L3 topologiyalarını planlamaq və həyata keçirmək
-
Şəbəkənin qurulumu və trafikin optimallaşdırılması
-
Linux (Ubuntu) əməliyyat sistemi üzrə iş bacarığı
-
S2S və C2S VPN -lərin qurulması
-
Static və Dinamik yönləndirmələrin yazılması
-
Şəbəkə sisteminin monitorinqi
-
İP&Analoq telefoniya sisteminin idarə olunması
Namizədə Tələblər:
-
Ali təhsil
-
Tələb olunan sahə üzrə minimum 2 il iş təcrübəsi
-
LAN/WAN, VPN texnologiyaları üzrə mükəmməl biliklər
-
Korporativ şəbəkənin iş prinsipləri üzrə biliklər
-
Switch, router, firewall avadanlıqlarının konfiqurasiyası, sazlanması və quraşdırılması üzrə biliklər
-
Network istehsalçı firmalarının (Cisco, Fortigate, Ubiquiti, MikroTik, HP və s.) məhsulları haqqında bilik və təcrübəsi olan
-
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
-
Texniki təlimatları oxuya biləcək səviyyədə İngilis dili biliyi
-
Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır)
-
Minimal İP telefoniya biliyi (Yealink, Yeastar, Dinstar, Panasonic)ss
-
Şəbəkə idarə olunması sahəsində müvafiq sertifikatlar arzuolunandir (Cisco, Fortigate və s.)
İş şəraiti:
-
İş qrafiki: Həftə içi 5 gün;
-
İş saatı: 09:00-18:00;
-
Nahar şirkət tərəfindən təmin edilir;
-
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq;
-
Ünvan: Bakıxanov qəs.,B.Bünyadov küç
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə "ŞəbəkəAdminstratoru" yazaraq mail ünvanına göndərə bilərlər.
VAKANSİYA 7
Regal Lift
Mühasib
Son tarix 27 fev 2023 - [email protected]
Tələblər:
-
Mühasib vəzifəsində 2 ilədək iş ştajı
-
Ali təhsil
-
Yaş həddi 22 - 30
-
Məsuliyyətli, öyrənməyə cəhd edən, ünsiyyətcil, pozitiv, cəld, operativ olan və komanda ilə işləmə bacarığı
İş barədə məlumat:
-
Şirkətin gündəlik maliyyə əməliyyatlarının icra olunması
-
Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq
-
Müqavilələrin redaktə edilməsi və düzəldlməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərinin tərtib edilməsi
-
Bank əməliyyatlarının həyata keçirilməsi
-
Ölkə daxili və xarici ödənişləri sərbəst etmə
-
Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
-
Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
-
E-Qaimə fakturalarının və gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
-
İşgüzar yazışmaların aparılması
-
Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
-
Ofis proqram bilikləri (xüsusilə Excell) və 1C mütləqdir
-
Vergi Məcəlləsi bilikləri
-
E-portal proqramı ilə işləmək bacarığının olması
-
Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
-
Şirkət rəhbərliyinə digər müvafiq maliyyə hesabatlarının hazırlanması
-
Mal-material uçotunun aparılması
-
Mövcud hazır mal-materialın maya dəyərinin düzgün hesablanması
-
AR Əmək Məcəlləsi və Vergi Məcəlləsi ilə işləmək
-
İşçilərin işə qəbulu (əmr, ərizə, müqavilə tərtibi), e-gov.az portalından istifadə etmə bacarığı, Əmək haqqı cədvəlinin tərtibi , hesablaması və ödənişləri
-
Həftədə 5 iş günü saat 09:00-dan - 18:00-dək
-
Nahar şirkət tərəfindən verilir
-
Korporativ mobil nömrə
-
Əmək haqqı:600+ AZN
VAKANSİYA 8
JW Marriott Absheron Baku
Uniform attendant
Son tarix 28 fev 2023 [email protected]
Job Description:
Operate and monitor washing, dry cleaning, and drying machinery, including adding chemicals and cleaning lint traps. Identify stained or damaged items and determine status for repair, spot treatment, rewash, or discard. Inspect cleanliness of articles removed from the washer, dryer, or dry cleaning machines and place in clean linen carts. Set dryers to designated times and temperatures based on fabrics contained in load. Remove lint and debris from dryer screens, dry cleaning filters, and drain trap after each load. Fold cleaned articles into designated size, either by hand or using folding machine. Maintain accurate records of items laundered.
Distribute clean uniforms to personnel according to company specifications. Record assigned and unassigned uniforms as they are distributed, returned, or cleaned. Inspect uniforms for damage and remove substandard uniforms from circulation and issue replacements. Complete inventory of uniforms and linens as assigned. Receive, check, record the guest garments sent for washing. To complete the master check and enter it into the Micros within one hour and to take it to the Front Desk. Responsible for repairs of the uniforms and guest cloth.
Requirements:
-
Laundry and/or tailor experience
-
Attention to details
-
Friendly and Energetic
To Apply:
Please send your CVs with “Laundry & Uniform Attendant” subject.
VAKANSİYA 9
Inter Promo
Satıcı
Son tarix 27 fev 2023 [email protected]
Tələblər:
-
Xanım namizədlərə üstünlük verilir.
-
Yaş həddi: 18 - 30
-
Tam orta təhsil (ali təhsil olması üstünlükdür).
-
Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (üstünlükdür).
-
Satış sahəsində təcrübə (üstünlükdür).
-
Təqdim etmə qabiliyyəti yüksək dərəcədə olmalıdır
-
Ünsiyyətcil və gülərüz olmalıdır
-
Komandada işləmə bacarığı.
Vəzifələr:
-
Mağazada kifayət qədər miqdarda çeşidin olmasına nəzarət etmək və lazım gələrsə onu doldurmaq.
-
Alqı - satqı zamanı alıcılara məsləhət vermək.
-
Mağaza tərəfindən malların qəbulunda köməklik etmək.
-
Satış üçün malların hazırlanması.
-
Malların saxlama müddətinə nəzarət etmək.
-
Mağazada malların yerləşdirilməsi və onlara nəzarət etmək.
-
Mağaza şəhərin mərkəzində yerləşir
İş qrafiki: Növbəli iş rejimi üzrə.
Həftə ərzində 1 gün istirahət
Səlahiyyətlər:
-
məsuliyyət
-
dəqiqlik
-
stresə dözümlülük
-
ünsiyyətlilik
-
müştəriyə diqqətçilik
Şirkət təklif edir:
-
əmək haqqı 400 manat +satışın 1%
-
peşəkar inkişaf və irəliləyiş
-
rəsmi qeydiyyat.
Telefon: 051-319-37-98
Namizələrdən mövzu yerində "Satıcı" vakansiyasının adını göstərərək CV-lərini fotoşəkili ilə e-poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
VAKANSİYA 10
Old Town Plaza
Менеджер по аренде офисной недвижимости
Son tarix 27 fev 2023 [email protected]
Задачи:
-
обработка входящих заявок;
-
обзвон клиентов;
-
организация встреч с клиентами;
-
ведение работы в crm-системе;
-
выполнение задач и планов,подписание договоров;
-
составление отчетности.
Требования:
-
опыт в недвижимости обязателен, наличие клиентской базы;
-
знать азы технических составляющих в офисных помещениях;
-
умение провести юридическую и финансовую консультацию на начальном уровне;
-
грамотно поставленная речь;
-
знать и соблюдать этику делового общения;
-
умение выявлять потребности клиента, работать с возражениями, ставить задачи на дальнейшие действия, работать с crm-системой (обучим);
-
коммуникабельность, ответственность, стрессоустойчивость, дружелюбие, умение работать в команде;
-
свободное владение азербайджанским и русским языками;
-
обязательный дресс-код; опрятный внешний вид.
Условия:
-
работа в престижной компании;
-
офис в самом центре города;
-
официальное трудоустройство;
-
график работы: пн-пт 09:00 до 18:00; сб-вс 10:00-17:00 (дежурство);
-
оплата труда: фикс + % от продаж.
-
возможность карьерного роста.
VAKANSİYA 11
Ideovate Consulting
Hüquqşünas
Son tarix 28 fev 2023 [email protected]
İş rejimi: 5 günlük (bazar ertəsi-cümə günü)
İş vaxtı: 09:30-dan 18:00-dək
İstirahət günləri: şənbə və bazar
Əmək haqqı: 800 manat
Vəzifə öhdəlikləri:
-
Şirkətlərlə bağlı hüquqi sənədlərin hazırlanması;
-
Hüquqi şəxsin qeydiyyata alınması prosedurunun aparılması;
-
Dövlət orqanlarına sənədlərin təqdim edilməsi, təhvil alınması;
-
Beynəlxalq müqavilələri hazırlamaq, müştəriyə risklərlə bağlı məlumat vermək, müştərilərin kontagent şirkətləri ilə danışıqları aparmaq və pretenziya məktublarını yazmaq;
-
İnzibati və Mülki məsələlər ilə bağlı Şirkətin və Müştəri şirkətlərin müvafiq icra hakimiyyəti orqanlarında və məhkəmələrdə təmsil etmək və maraqlarını qorumaq və s.
Namizədə tələblər:
-
Beynəlxalq hüquq və hüquq ixtisasları üzrə ali təhsil
-
26-35 yaş
-
Minimal iş təcrübəsi: Hüquq sahəsi üzrə 2 il
-
Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti
-
Rus dili və İngilis dili biliyinin olması üstünlükdü
Maraqlananlar CV-lərini elektron ünvanına 27.02.2023-cü il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində “Hüquqşünas” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 12
AGA Group
Satış mütəxəssisi
Son tarix 28 fev 2023 - [email protected]
Vəzifə haqqında məlumat:
-
İş rejimi: 5 gün, 09:00-18:00
-
Son müraciət tarixi: 27.02.2023
Xüsusi tələblər:
-
Təhsili/ixtisası: Ali təhsil;
-
İş təcrübəsi: Satış sahəsində 1-3 il;
Vəzifə tələbləri:
-
Dil bilikləri: Azərbaycan dilini əla səviyyədə bilmək; İnglis dili, rus dili (üstünlükdür);
-
Kompüter bilikləri: Excel (yaxşı səviyyədə);
-
Üstünlüklər: CRM bilikləri, Marketing sahəsi üzrə biliklər.
Vəzifə öhdəlikləri:
-
Müəssisənin maraqlarına uyğun müştərilərlə kommersiya danışıqlarının aparılması;
-
Müştərilərdən daxil olan məlumatların operativ şəkildə cavablandırması və rəhbərliyin diqqətinə çatdırılması;
-
Müştəri ilə görüşlərin və təqdimatların keçirilməsi;
-
Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi;
-
Müştəri debitor borcları ilə bağlı hesabatların hazırlanması;
-
Satış analizlərinin aparılması;
-
Müştərilərlə bağlanacaq müqavilələrin hazırlanmasını təmin edilməsi;
-
Müştərilərdən gələn bütün növ müraciətlərin həll olunması üçün müvafiq addımların atılması.
Bacarıqlar:
-
Aktiv satış bacarığı;
-
Şifahi və yazılı olaraq yüksək ünsiyyətqurma bacarığı;
-
Dəqiqlik və diqqətlilik ;
-
Məsuliyyətlilik.
Digər məlumatlar:
Vakansiya üçün müraciət qaydası: Müraciət etmək istəyən namizədlər mövzu hissəsində vəzifənin adını qeyd etməklə CV-lərini e-mail ünvanına göndərməlidirlər.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 13
Aral Group Baku
Resepşn
Son tarix 27 fev 2023 [email protected]
“Aral AUTO”-MMC , VOLVO satış mərkəzinə (Babək prospekti-375 ünvanında yerləşən) resepşn vəzifəsi üzrə vakansiya elan edir.Ə/h-800 AZN
İş barədə məlumat:
-
İş qrafiki: Həftədə 5 gün 9.00-dan 18.00-dək
-
Satış mərkəzinə gələn müştərilərin qarşılanması
-
Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi
-
Rahat ofis şəraiti
-
Mehriban kollektiv
-
Peşəkar inkişaf imkanı
Tələblər:
-
Ali təhsil
-
Xanım namizədlər
-
Yaş həddi: 20-30 yaş
-
Rus dili biliyi (vacib), İngilis dili (arzu olunandır)
-
Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyətcil.
-
Kompüter bilikləri: E-mail, Ofis proqramları - Word, Excel
-
İşgüzar münasibət etikası.
-
Səliqəli xarici görünüş.
VAKANSİYA 14
Dinçer&Carçıoğlu BM
Vergi uçotu üzrə mütəxəssis
Son tarix 27 fev 2023 - [email protected]
Tələblər:
-
Ali iqtisadi (iqtisadiyyat, maliyyə) təhsil;
-
İxtisas üzrə ən azı 5 il iş stajı;
-
Azərbaycan Respublikasının vergi qanunvericiliyini bilmək;
-
Vergi, sığorta və digər məcburi dövlət haqları ilə bağlı qanunlar və digər normativ hüquqi aktları haqda biliklər;
-
Mühasibat uçotu və hesabatla bağlı ölkə qanunları,vergi məcəlləsi və digər qanunlar haqqında biliklər;
-
Vergi, sığorta və statistik hesabatlarla bağlı ölkənin internet resursları ilə işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
-
Bankın vergi uçotunun aparılması;
-
Dövlət vergi orqanlarına və sosial sığorta orqanlarına dövri hesabatların hazırlanması və təqdim edilməsi;
-
Vergi öhdəliklərinin vergi orqanlarına vaxtında köçürülməsinə nəzarət;
-
Azərbaycan Respublikası Vergilər Nazirliyinin və digər dövlət orqanlarının internet resursları ilə işləmək;
-
Əsas vəsaitlərin, azqiymətli və köhnəlmiş əşyaların uçotunun aparılması;
-
Əsas vəsaitlərin illik köhnəlməsinin hesablanması və mövcud proqram sistemində əks olunması;
-
Azərbaycan Respublikası Vergilər Nazirliyinin və digər dövlət orqanlarının internet resursları ilə işləmək.
-
Bütün növ vergi bəyannamələrin tərtib edilməsi və göndərilməsi
-
Vahid Bəyannamə hesabatının göndərilməsi
İş saatları: Həftə içi 5 gün, şənbə günü qısaldılmış iş rejimi.
Əmək haqqı razılıq yolu ilə
Ünvan: Bakı şəhəri, Xətai ray. Xocalı pr. 84 D
CV-lərinizi elektron ünvana “Vergi uçotu üzrə mütəxəssis” başlığı ilə göndərməyiniz mütləqdir.
VAKANSİYA 15
Olivia Beauty & Care
Продавец-консультант (Kосметика и уход)
Son tarix 27 fev 2023 Müraciət et
Ищем Beauty Консультанта в недавно открывшуюся и динамично развивающуюся сеть мультибрендовых магазинов “Olivia” Beauty & Care. Если ты жизнерадостен и переполнен позитивной энергией, то ты именно тот, кто нам нужен!
-
Если ты видишь себя в сфере красоты;
-
Если ты умеешь ладить с людьми;
-
Если ты любишь делиться полезными советами и секретами красоты;
-
Если ты хочешь присоединиться к молодой, растущей и гибкой команде, тогда ты именно тот Beauty Консультант, которого мы ищем!
Мы предлагаем работать в удовольствие, а еще:
-
Официальное трудоустройство с первого дня и оплачиваемый отпуск в соответствии с Трудовым Кодексом АР;
-
Конкурентоспособную зарплату вплоть до 1000 AZN;
-
6 рабочих дней, 1 выходной (сменный график работы);
-
Мы подберем для вас наиболее удобное место работы рядом с домом;
-
Бесплатные тренинги в сфере красоты и ухода;
-
Возможность профессионального развития и карьерного роста (ты сможешь стать наставником, заместителем, директором)!
Чего мы ждем от тебя:
-
Навыки продажи;
-
Свободное владение азербайджанским языком;
-
Знание русского языка является преимуществом!
Если ты также хочешь стать членом нашей команды, подай заявку на вакансию, перейдя по нижеследующей ссылке.
VAKANSİYA 16
166 Yükdaşıma və Logistika
Təchizat üzrə mütəxəssis
Son tarix 27 fev 2023 - [email protected]
Öhdəliklər:
-
Şirkət daxili sifarişlərin yerinə yetirilməsi və icrasına nəzarət edilməsi;
-
Təchizat barədə bazarın araşdırılması və danışıqların aparılması;
-
Alınması zəruri hesab edilən mal, xidmət və ya işlərlə bağlı təchizatçı şirkətlərin müəyyən edilməsi, uyğun şirkətlərlə müqavilələrin bağlanması;
-
Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
-
Şirkəti mal-material, xammal və avadanlıqlarla təmin edilməsi;
-
Alınan malların keyfiyyətinə nəzarət edilməsi və qeydiyyatının aparılması;
-
Stok ehtiyatlarının idarə olunması;
-
Görülən işlər barədə aylıq və illik hesabatların aparılması;
-
Təchizatla əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.
Tələblər:
-
Sahə üzrə 1 ilə qədər iş təcrübəsi;
-
Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
-
MS Office proqramlarından sərbəst istifadə bacarığı;
-
İntizamlılıq, komandada işləmə bacarığı;
-
Təchizatçıların axtarışı və idarə edilməsi üsulları ilə tanışlıq;
-
Güclü təşkilatçılıq bacarığı;
-
Operativlik, çevik qərar vermə və vaxtdan düzgün istifadə bacarıqları;
-
Danışıqların aparılması sahəsində bacarıqları.
İş şərtləri:
-
İş qrafiki 5 günlük;
-
Karyerada yüksəliş imkanı.
Namizədlər mövzu hissəsinə “Təchizat üzrə mütəxəssis” qeyd edərək elekton ünvanına CV formalarını göndərərək müraciət edə bilərlər.
VAKANSİYA 17
Aral Group Baku
Call-Center Operator (xanım)
Son tarix 27 fev 2023 - [email protected]
İş barədə məlumat
Həftə içi (6 gün) qrafik üzrə
Əmək haqqı 500 AZN
Namizədə tələblər:
-
Azərbaycan və rus dilində səlist danışmaq
-
Kollektivlə işləmə bacarigi
-
Müştəri zənglərinin cavablandırılması və şatış haqqında müştərilərin tam olaraq məlumatlandırılması.
VAKANSİYA 18
Mashrig Group of Companies
Transport coordinator
Son tarix 28 fev 2023 - [email protected]
Responsibilities:
-
Receiving calls.
-
Distribution of requestes between drivers.
-
Maintaining and organizing communication with company employees on the organization of routes.
-
Keeping records of all shipments, as well as compiling and submitting the necessary reports.
-
Vehicles repair coordination.
-
Daily HSE checks against company standards.
-
Employment analytics for each employee
Requirements:
-
Experience in a related field (Preferred)
-
Knowledge of languages: Azerbaijani (advanced), Russian(advanced ), English (intermediate)
-
Male
-
Age : 22-40
Employment type:
-
Full time
-
Working days 5/2
-
Be in touch by phone 24/7
The company provides corporate mobile communications, lunch, and a service bus on those days when the working day takes place at the Company's Base, and not at the city office.
Обязанности:
-
Осуществление приема звонков.
-
Распределение заказов между водителями.
-
Поддерживание и организация связи с сотрудниками компании по вопросам организации маршрутов.
-
Ведение учета всех перевозок, а также составление и предоставление необходимой отчетности.
-
Координирование ремонтных работ автомобилей.
-
Ежедневные проверки нормы безопасности по стандартам компании.
-
Аналитика занятости каждого сотрудника
Требования:
-
Опыт работы в подобной сфере ( Желательно )
-
Знание языков: азербайджанский, русский, английским (средний)
-
Мужской пол
-
Возраст : 22-40
Тип занятости:
-
Полная занятость, полный рабочий день
-
График работы 5/2 - Быть на связи посредством телефона 24/7
Компания предоставляет корпоративную мобильную связь, обед , а также сервисный автобус в те дни, когда рабочий день проходит на Базе компании, а не в городском офисе
VAKANSİYA 19
Revelton Group
Личный ассистент руководителя
Son tarix 27 fev 2023 [email protected]
Зарплата: 800–1100 AZN
График: Полный день
Образование: Высшее.
Работа в БАКУ! В команду сети апарт-отелей ищем личного ассистента для собственника для помощи в организации личных дел и увеличения эффективности времени руководителя. Первые 2 месяца - испытательный срок. После 2 месяцев - повышение ЗП. Первое собеседование проводим по Zoom.
Для прохождения на следующий этап обязательное требование: заполнение анкеты по ссылке https://forms.gle/uVh5fdXxCHQkzftu9.
Требования:
-
Опыт работы личным ассистентом, бизнес ассистентом, прожект-менеджером
-
Умение водить автомобиль/ водительское удостоверение
-
Хорошее владение компьютером, программами, умение быстро разбираться в новом ПО
-
Быть на связи, оперативно реагировать
-
Креативный подход к задачам
-
Доведение задач до результата
-
Наличие организаторских способностей
Обязанности:
-
Выполнять поручения руководителя по организации личного времени и пространства
-
Организация поездок и мероприятий
-
Следить за состоянием личной собственности
-
Покупки под запрос
-
Ведение финансовой отчетности
-
Наличие личного автомобиля приветствуется.
Условия работы:
-
Рабочий график 5/2, в выходные быть на связи.
-
Готовность к периодическому ненормированному графику.
-
Частичный удаленный формат.
-
Оплата телефона и интернета.
-
Оплата проезда/бензина.
Эта вакансия в рубриках: Административный персонал / Персональный ассистент
Контактное лицо:
Regina (Director): [email protected]
Taghi: [email protected]
VAKANSİYA 20
Azertexnolayn
Risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis
Son tarix 27 fev 2023 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
-
Risklərin idarə edilməsi, minimullaşdırıması və qarşısının alınması ilə bağlı təkliflər vermək,
-
Yazılı hesabatların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizinin həyata keçirilməsi,
-
Məhsul və xidmətlər üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi,
-
Müəssisənin struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, monitorinqlərin həyata keçirilməsi,
-
Risk iştahının hazırlanmasında iştirak etmək.
Seçim meyarları:
-
İş təcrübəsi: Müvafiq sahədə minimum 1 il
-
Təhsili/ixtisası: Ali təhsil (Menecment, İqtisadi sahələr üzrə üstünlükdür)
-
Bacarıqlar: MS office proqramları( yüksək səviyyədə)
-
Dil bilikləri: İngilis dili biliyi irəli səviyyədə bilmək
-
Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)
İş şərtləri:
-
Struktur: Risklərin idarə edilməsi şöbəsi
-
İş rejimi: 5 gün 09:00 – 18:00
-
İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı
Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.
Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis" başlığı altında göndərmələri xahiş olunur
VAKANSİYA 21
Metal Yapı
Mühasib-operator
Son tarix 27 fev 2023 - [email protected]
Əmək haqqı: 800 Azn
İş Təsviri:
-
Bank və kassa ödənişlərinin həyata keçirilməsi,
-
Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi
-
E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması
-
Aylıq, rüblük və illik statistika, DSMF , ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunmasında iştirak etmək
-
İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
-
Mühasib tərəfindən icra olunan əməliyyatlara köməklik göstərilməsi
Namizədə Tələblər:
-
Ali təhsil (maliyyə ixtisası üzrə olması üstünlükdür)
-
Mühasibatlıq üzrə azı 3-5 il iş təcrübəsi (tikinti-quraşdırma sahəsində iş təcrübəsinə üstünlük verilir )
-
Qeyd:Xüsusilə türk dilini mühasibatlıq sahəsində yaxşı səviyyədə bilən namizəd tələb olunur (Rus və ingilis dili biliyi üstünlükdür)
-
Yaş həddi: 25-35
-
Xanım namizəd
-
Mühasibatlığa dair cari qanunvericilik bilikləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə)
-
BTP proqramı, 1C 8.2 və 8. 3 proqramında sərbəst işləmək , E-taxes,e-gov,e-sosial və digər portallardan istifadə etmək bacarığı
-
MS Office proqramlarında işləmək bacarığı (Xüsusilə - Excel )
-
Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı
-
Qeyd:SAP proqrami üzrə biliyi olan namizədə üstünlük verilir
-
Məsuliyyətli və işində dəqiq, riyazi hesablama aparma ,analitik düşüncə, ünsiyyət bacarığı, çeviklik kimi qabiliyyətlər önəmlidir
İş rejimi:
-
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
-
Həftə içi 5 gün (Bazar ertəsi-cümə)
-
Saat : 09:00-dan -18:00-dək
-
Nahar vaxtı 12:30-13:30
Vakansiya üçün müraciət etmək istəyən uyğun namizədlər öz CV formasını elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “Mühasib Operator” sözləri qeyd edilməlidir).
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılıb müsahibə mərhələsinə dəvət olunacaq .
VAKANSİYA 22
PASHA Life
Kredit, bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi
Son tarix 27 fev 2023 Müraciət et
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 06.02.2023-cü il
Vəzifə Öhdəlikləri:
-
İnvestisiya portfelinin və digər aktivlərin təhlil edilməsi yolu ilə kredit, bazar və likvidlik risklərinin aşkarlanması, ölçülməsi və nəzarətdə saxlanılması;
-
Kredit, bazar və likvidlik riskləri üzrə alət və modellərin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
-
Aktiv və öhdəliklərin müxtəlif meyarlar (valyuta, durasiya, faiz və s.) əsasında uzlaşdırılması və immunizasiyası;
-
İqtisadiyyatda mövcud və potensial dəyişikliklərin araşdırılması, stress-testlərin aparılması (Solvency II) və şirkətin maliyyə vəziyyətinə mümkün təsirinin təhlili;
-
Kredit, bazar və likvidlik riskləri üzrə Risk İştahı Bəyənnaməsi və/və ya digər normativ sənədlər ilə müəyyən edilmiş limitlərə nəzarət edilməsi;
-
IFRS 9 standartlarına uyğun olaraq hesablanan ehtiyatların monitorinqi
-
Birbaşa rəhbərin risklərin idarəedilməsi ilə bağlı digər tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə olan tələblər:
-
İş təcrübəsi: Risk/Maliyyə (maliyyə analitikası), İnvestisiya sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
-
Təhsili/ixtisası: Maliyyə və ya iqtisadiyyat üzrə bakalavr dərəcəsi tələb olunur.
-
Dil bilikləri: İngilis dili:əla, Azərbaycan dili: əla.
-
Üstünlüklər: Risklərin idarə edilməsi sahəsində iş təcrübəsinin olması, CFA I/FRM I sertifikatları, SQL proqramlaşdırma dili.
-
Kompüter bilikləri: MS Excel: əla, MS Word: əla , MS PowerPoint: əla, MS Outlook: əla.
-
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə, planlaşdırma.
İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 23
Qartal Tikinti Firması
Layihəçi-konstruktor
Son tarix 27 fev 2023 [email protected]
İş yeri: Sumqayıt şəhəri, Qartal TF-nın baş ofisi
Əmək haqqı: 1000 AZN
Tələblər:
-
İnşaat mühəndisi ixtisası üzrə ali təhsilli olmalı;
-
Minimum 5 il uyğun vəzifələrdə iş təcrübəsi olmalı;
-
Kompüter biliklərinə (word, excel, outlook, autocad, lira və s.) malik olmalı;
-
İnfrastruktur obyektlərinin, o cümlədən metalkonstruksiyaların layihələndirilməsini bacarmalı;
-
Layihə üzrə iş həcmlərinin çıxara bilməli;
-
İngilis dilini bilməsi arzuolunandır;
-
Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
İş haqqında məlumat:
-
Eskiz və işçi layihələri rəhbərliyin, eləcə də sifarişçinin tələbinə uygun hazırlamaq;
-
Layihə sənədlərinin icra qurumları və dövlət müəssisələri ilə razılaşdırılmasında iştirak etmək
-
Yeni layihələrin hazırlanmasında və layihə dəyişiklikləri zamanı texniki heyətdə iştirak etmək;
-
Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin hazırlamaq;
-
Başa çatmış tikinti-quraşdırma işlərinin təhvil-təslimində iştirak etmək;
İş şəraiti:
-
Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
-
Nahar yeməyi firmanın vəsaiti hesabına təmin edilir;
-
İş günləri 5 günlük iş rejimində, saat 09:00-18:00 arasındadır.
Əlaqə vasitələri:
Namizədlərin CV-lərini e-mail adresinə, mövzu hissəsində “Layihəçi-konstruktor” yazmaqla göndərmələri xahiş olunur.
Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
VAKANSİYA 24
Media Balans
Korporativ satış mütəxəssisi
Son tarix 27 fev 2023 - [email protected]
İş barədə məlumat:
-
Yeni korporativ müştərilərin cəlb etmək.
-
Şirkətin göstərdiyi xidmətlər barədə müştəriyə düzgün məlumat verilmək
-
Şirkətin hədəf kütləsinə uyğun olaraq müştəri bazasını qurmaq, idarə etmək və genişləmdirmək.
-
Rəqəmsal startup layihəsi üçün daxili komandalar və həlledici şəxslərlə müştəri arasındakı koordinasiyanı təmin etmək
Aparılan startup layihəsinin xətasız formada irəliləməsi üçün bütün lazımı addımları atmaq, bu barədə müştəriləri və daxili komandanı məlumatlandırmaq -
Rəqəmsal startup layihəsinin uğuruna təsir edə biləcək riskləri, maneələri və fürsətləri əvvəlcədən müəyyənləşdirmək üçün araşdırma aparmaq və müştəri ilə əvvəlcədən hazırlıq görmək
-
Şirkət və müştəri arasında olan sənədləşmə işlərini dəqiq və xətası aparılmaq
-
Aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
Namizədə tələblər:
-
Yaş həddi: 25-45
-
Marketinq, E-ticarət sahəsində təcrübəsi olanlara üstünlük veriləcək.
-
Satış sahəsində ən azı 3 illik iş təcrübəsi olmalı
-
MS Office proqramlarından ( xüsusilə də Excel) istifadə edə bilən
-
Hesabat yazmaq, sənədləşdirmə və e-poçt kommunikasiyasında bacarığı olan
-
İş intizamı və motivasiyası yüksək
-
İnandırma və etirazı idarə etmə qabiliyyəti yüksək
-
Aktiv, məqsədli və fokuslanmış işləməyə öyrəşmiş
-
Yazılı və sözlü kommunikasiyası güclü olan
-
Diksiya və danışıq qabiliyyəti olan
-
Rus dili bilən (İngilis dili bilənlərə üstünlük veriləcək).
İş rejimi: Həftənin 5 günü 09:00-dan 18:00-dək +Servis
Nahar şirkət tərəfindən verilir.
Zəhmət olmasa CV-lərinizi göndərərkən mövzu yerinə "Korporativ Satış mütəxəssisi B2B" yazarsınız.
VAKANSİYA 25
Ferrum Capital
Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas
Son tarix 27 fev 2023 - [email protected]
Hansı özəlliklərə malik olmalıdır?
-
Hüquq sahəsində ali təhsil;
-
Sahə üzrə təcrübə üstünlükdür;
-
Mükəmməl azərbaycan dili (rus dili arzu olunandır);
-
Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı.
Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas nə iş görür?
-
Qüvvəyə minmiş məhkəmə orqanlarının qərarlarının icrasını təmin etməklə bağlı müvafiq tədbirlər görmək;
-
Məhkəmə qərarına əsasən borclular ilə əlaqə yaratmaq və danışıqlar aparmaq;
-
İcra işinin təmin edilməsi üçün prosesə, aylıq ödənişlərə nəzarət etmək və borclunun adına olan əmlakların müəyyən edilməsi üçün müvafiq sorğuların verilməsini həyata keçirmək;
-
İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
-
Müvafiq məlumat bazası yaratmaq, hesabatlar hazırlamaq.
Əlavə məlumat:
-
Bazarertəsi – Cümə: 09:00 – 18:00
-
Əmək haqqı: 400 AZN + bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 26
Company
Mühasib
Son tarix 27 fev 2023 - [email protected]
Tələblər:
-
Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
-
Təcrübə: minimum 3 il;
-
Satışların, ehtiyatların təhlili üzrə bilikər və təcrübə;
-
Pul axınının, debitor-kreditor hesablaşmaların təhlili üzrə bilikər və təcrübə;
-
Komputer üzrə biliklər: 1C; MS Office (Excell- əla səviyyədə) proqramlarından sərbəst istifadə qabiliyyəti.
Vəzifə öhdəliki:
-
1C proqramın-da mühasibat müxabirləşmələrinin işlənməsi;
-
Aylıq, rüblük və illik statistika, DSMF , ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunması;
-
Vergilər Nazirliyi Onlayn karguzarlıq sistemi ilə iş. Gündəlik VN tərəfindən göndərilmiş məktubların, bildirişlərin müvafiq şöbələr üzrə ayrılması və təqdim olunması;
-
Ümumi satışlar üzrə elektron qaimələrin yazılması və 1 C proqramına işlənməsi;
-
Alıcılar ilə müqavilələrin hazirlamsı və üzləşmə aktlarının işlənməsi;
İş şəraiti:
-
5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
-
Nahar şirkət tərəfindən təmin olunur;
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
VAKANSİYA 27
Rifah Group
Kredit mütəxəssisi/Kassir
Son tarix 27 fev 2023 - [email protected]
Öhdəliklər:
-
Ödənişləri düzgün qəbul etmək;
-
Nağd pul əməliyyatlarını həyata keçirən zaman texniki təlimatlara uyğun olaraq müvafiq təhlükəsizlik tədbirlərini görmək;
-
Kassa aparatının, o cümlədən pul vəsaitlərinin qəbul edilməsini və debet əməliyyatlarını həyata keçirmək;
-
Müştərilərin sorğularına gülərüz, nəzakətli və dəqiq şəkildə cavab vermək;
-
Müştəriyə qəbz/qaimə təqdim etmək.
-
Sənədləşdirilən əməliyyatlarla mövcud olan nağd pul vəsaitlərini tutuşdurmaq;
-
Nağd pul vəsaitlərinin müəssisənin təhlükəsizlik tələblərinə uyğun olaraq saxlanmasını təmin etmək;
-
Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək
-
Öz fəaliyyətlərini planlaşdırmaq və nəticələri barədə hesabat vermək.
-
Geri qaytarılan malların ödənişlərini geri qaytarmaq
-
Müştəriyə malların kreditlə satılması barədə ətraflı məlumat vermək;
-
Kredit müraciətlərinin qəbulu və analizi
-
Kreditlə satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumat vermək
İş rejimi: 6 günlük iş rejimi
iş yeri: Yasamal Həsənbəy Zərdabi 56A
Əmək haqqı: 500 azn
VAKANSİYA 28
Kontakt Home
Təftiş üzrə kiçik mütəxəssis
Son tarix 27 fev 2023 - Müraciət et
Vəzifə öhdəlikləri:
-
Qarşıya qoyulmuş tapşırıqların tələb olunan müddət və keyfiyyətdə həyata keçirilməsi;
-
Planlaşdırılmış və qəfləti mal qalığının inventarizasiyasının aparılması;
-
Kassa qalıqlarının yoxlanılması;
-
Müvafiq hesabatların hazırlanması;
-
Rəhbərliyin göstərişi ilə digər tapşırıqların həyata keçirilməsi.
Tələblər:
-
Ali təhsil;
-
Səlis Azərbaycan və Rus dili biliyi;
-
Müvafiq sahə üzrə iş təcrübəsi;
-
Microsoft Office proqramlarında yaxşı səviyyədə çalışma bacarığı;
-
Kollektivdə komanda ilə işləmə bacarığı;
-
Güclü analitik bacarıqları;
-
Tez öyrənmək və uyğunlaşmaq bacarığı;
-
İş ilə bağlı ezamiyyə etmək imkanı.
İş şəraiti:
-
İş günləri: I-V günlər;
-
İş saatı: 10:00-19:00;
-
Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 29
Qaya Safety Solutions
Mühasib
Son tarix 27 fev 2023 - [email protected]
Əmək haqqı 1000-1500 AZN (Namizədlərin bilik və təcrübəsi əsasında əmək haqqı müsahibə zamanı danışılacaq).
İş barədə məlumat:
-
Hesab-faktura, təhvil-təslim aktı, elektron qaimə və mühasibat uçotu üzrə digər ilkin sənədlərin hazırlanması, toplanması və arxivləşdirilməsi;
-
Bank və kassa əməliyyatları, təhtəl-hesab şəxslərlə hesablaşmaların icra olunması, avans hesabatların hazırlanması;
-
Ölkədaxili və ölkəxarici bank əməliyyatlarının şirkətin daxili prosedurıarına uyğun olaraq icra olunması,
-
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının, əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların, aylıq xərclərin e-qaimə və Yük Gömrük
-
Bəyannnamələri əsasında mühasibat yazılışlarına uyğun olaraq proqram təminatında əks olunması;
-
İstehsalatda bədbəxt hadisələrlə bağlı İcbari Sığorta Bürosu portalında sığorta müqavilələrinin əlavə olunması, ödənilməsi və işdən azad olmuş işçilərin sığorta müqavilələrinə xitam verilməsi;
-
Əmək haqqı kartlarının sifariş olunması, itirilmiş və vaxtı keçmiş kartların müddətinin uzadılması və dəyişdirilməsini təmin etmək;
-
Əmək haqqı, məzuniyyət, son haqq-hesab, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin hesablanması və ödənilməsi;
-
Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların təqdim olunmasında köməkçi işlərin icrası.
İş şəraiti:
-
İş yeri: Bakı şəhəri;
-
İş qrafiki 5 günlük;
-
AR qanunvericiliyinə uyğun sənədləşmə.
Namizədə tələblər:
-
Ali iqtisadi təhsil;
-
Mühasibat sahəsində minimum 3 il iş təcrübəsi;
-
Mühasibat uçotu və mühasibat yazılışları üzrə biliklər;
-
Azərbaycan Respublikası Vergi və Əmək Məcəlləsi üzrə biliklər;
-
1C 8.3 versiyası və ofis proqramları ilə sərbəst işləmək;
-
Məsuliyyətli, operativ və komanda ilə işləmə bacarığı;
-
Elektron portallardan (E-taxes.gov.az, e-gov.az, customs.gov.az, isb.az və sair) istifadə təcrübəsi.
Elektron poçtun “Mövzu” yerinə “Mühasib” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq
VAKANSİYA 30
Socar - STP
NDT Inspector
Son tarix 27 fev 2023 - [email protected]
Reporting to: QA/QC EngineerS
Duties:
NDT Inspector is responsible for performing inspections of various NDT techniques in PT, MT and UT methods in accordance with the company, codes and customer specifications and procedures.
Responsibilities:
-
Inspect raw materials, welds, and finished products throughout the manufacturing process.
-
Preparation of reports of conducted NDT activities;
-
Setting up and calibrating NDT equipment;
-
Performing UT, MT, and PT appropriate codes requirements;
-
Evaluate test results and make accurate accept/reject decisions in accordance with appropriate reference acceptance criteria of standards;
-
Preparation weekly report of project progress;
-
Estimation of NDT Consumables for all techniques;
-
Coordination and Verification of NDT documentation;
-
Planning and co-ordination of NDT activities;
-
Developing processes and procedures to support quality assurance activities and rigorous testing.
-
Comply with all company and industry safety standards;
Competency requirements:
Education:
-
Higher education: Bachelor's Degree
-
Current NDT Level II certifications in UT, PT, and MT (EN or ASNT)
Training:
-
General information about the ISO 9001 and EN standards relevant to NDT and welding
Skills:
-
Good knowledge written and verbal in English
-
Good written and verbal communication skills
-
Excellent problem-solving and analytical skills
-
Ability to use measuring devices like gauges, meters, callipers
-
In-depth understanding and following of company procedures and policies
-
Up-to-date knowledge of industry standards, specifications and best practices
-
Blueprint reading capabilities
-
Documentation and reporting skills
-
Teamwork and collaboration
-
Proficient in the use of MS Word, Excel.
-
Excellent report-writing skills.
Experience:
-
Minimum of 5 (three) years in relevant positions familiarity with appropriate codes and regulations for EN and ASME.
If you feel you have the skills, competency and experience required for performing this role, please send your CV to below mentioned email addresses:
Please be informed that only shortlisted candidates will be contacted.