VAKANSİYA 1
AvtoExpress Baku
Mühasib
Son tarix 27 yan 2023 - [email protected]
Əmək haqqı: Təcrübəsindən asılı olaraq 600-800 azn
Hesabat verir:: Baş Mühasibə.
İş barədə məlumat:
- Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatlar aparılması;
- Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
- Vergi hesabatlarının (Mənfəət, ÖMV, ƏDV, Əmlak, DSMF və s.) təqdim edilməsi;
- Əmək haqqının, məzuniyyət və xəstəlik vərəqəsi üzrə ödənişlərin hesablanması;
- İnternet bankçılıq vasitəsilə bank, kredit, ödəniş tapşırıqları, maliyyə sənədləri və əmək haqqı kartlarının müraciət edilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Dövlət qurumlarına hesabatların təqdim edilməsi və yazışmalar;
- E-qaimələrin təqdim edilməsi, gələn qaimələrin yoxlanılması və nəzarət olunması;
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək.
Vəzi̇fəyə dair tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Analoji sahə üzrə minimum 2 il təcrübəsinin olması; (konsaltinq təcrübəsi üstünlükdür);
- 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
- Mühasibatlıq sahəsində beynəlxalq sertifikatların (ACCA) olması üstünlükdür;
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Excel-i yüksək səviyyədə bilməli;
- Gömrük bəyannamələri əsasında işləmə bacarığı
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini bilmək;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyəti maddələrini bilmək;
- Elektron portallarda işləmək bacarığının olması (, e-sosial, e-taxes və s.).
Bi̇z təkli̇f edi̇ri̇k:
- İş vaxtı: 09:00 – 18:00;
- İş qrafiki həftənin 5 günü (şənbə/bazar istirahət);
- Rəsmi əmək müqaviləsi;
- Nahar fasiləsi: 13:00 – 14:00 (şirkət tərəfindən təmin edilir);
- İş yeri: Eldar Babayev 30/24 Yeganə şadlıq sarayının yaxınlığı;
- Gənc və peşəkar işçi heyəti.
CV (yalnız foto ilə) və əmək haqqı gözləntinizi e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Mühasib) qeyd etməyinizi xahiş edirik.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
VAKANSİYA 2
Industrial Business Ltd
Təchizat üzrə mütəxəssis
Son tarix 26 yan 2023 - [email protected]
Vəzifə təlimatı:
- Sifarişlərin qəbulu, təhlili;
- Tədarükçulərin araşdırılması, əlaqələrin yaradılması;
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
- Tədarükçülərlə müqavilələrin bağlanması;
- Müqavilənin icrası uçotunun aparılması;
- Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması);
- Malların gətirilməsi və anbara təhvil verilməsi;
- Malların qeydiyyatının aparılması;
- Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması;
Tələblər:
- Ali təhsilli, texniki ali təhsili olan namizədlərə üstünlük verilir;
- INCOTERMS çatdırılma qaydalarını bilməlidir;
- Azərbaycan, rus və ingilis dillərində yaxşı səviyyədə danışıq və yazma qabiliyyəti;
- Kompyuter biliyi: Microsoft Office proqramlarını bilməli;
- Neft-mədən və digər sənaye mallarını tanımalıdır;
- İş təcrübəsi əlaqəli sahədə 3 ildən artıq;
- Fərdi keyfiyyətlər: məsuliyyət, diqqətlilik, ünsiyyət qurmaq qabiliyyəti;
Şərtlər:
- İş qrafiki: Həftənin 5 günü, saat 10.00-19.00
- İşə qəbul AR Əmək Məcəlləci əsasında
- Mobil rabitə.
- Əmək haqqı: Danışıq əsnasında
- Müsahibə CV əsasında aparılacaq.
Xahiş edirik, mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) və gözlənilən əmək haqqını qeyd etməklə e-poçt ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
VAKANSİYA 3
Oil Supply LLC
İqtisadçı
Son tarix 26 yan 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Müqavilələrin hazırlanması;
- Tenderin işləri;
- Qiymətin əmələqəlməsi işlərini yerinə yetirilməsi;
- İqtisadi hesabatların aparılması;
- Gündəlik işlərin planlaşdırılması və analizi;
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
- E-mail və yazışmaların həyata keçirilməsi
- Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi, poçt və ya kuryerlə göndərilməsi;
- Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;
Namizədə tələblər:
- Ali təhsil – Iqtisadçı
- İşində məsuliyyətli olmaq
- Azərbaycan , rus və ingilis dilləri yüksək səviyyədə olmalı (Mütləq!)
- MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti, 1C programda işləmə bacarığı;
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;
- İşə davamiyyətə nəzarət etmək
Əmək haqqı: 500 azn
İş vaxtı: 5 günlük iş həftəsi 09:00-18:00 / şənbə günü 09:30-15:00
Maraqlnan namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “İqtisadçi” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər
VAKANSİYA 4
Retail Group Azerbaijan
ZARA Store Manager/Store Manager Assistant/Department Manager
Son tarix 26 yan 2023 - [email protected]
Workplace: Ganjlik Mall, 28 Mall, Nargiz Mall
Reports to: Operation Manager
Responsibilities:
- Supervise the tasks of the Visual Commercial and Management teams
- Guarantee that the merchandise and store image meet corporate criteria
- Monitor the store's sales and control the budget of the hours
- Supervise and authorize changes/orders of furniture and other elements of decoration/signage
- Compile and report weekly schedules within legal deadlines
- Resolves customer service issues and follows up with corresponding corporate department
- Organize daily resources and priorities of the store
- Manage HR needs (Training, New Hires, Internal Potential, Schedules and Vacations)
- Comply with the company's Health & Safety policy and supervise the correct functioning of the store's safety equipment
- Ensure the company's risk prevention measures are followed
Requirements:
- Experience: 2 years - 6 years
- Results-based approach
- Excellent analysis, prioritization and organizational skills
- Ability to work well under pressure and delegate tasks
- Articulate with excellent communication skills
- Strong numerate and literacy skills
- Energetic & enthusiastic
- Good interpersonal skills
- Strong initiative & self-motivation
- Strong negotiation and conflict management skills
- Ability to see bigger picture
- Ability to think "out of the box"
- Open/flexible to work varied hours including nights, weekends and or holidays
- Ability to maintain professional standards of personal presentation, in order to represent the image of the brand
- Passion for fashion
If you trust yourself and your capability, please, send your CV's (resumes) in Azerbaijan and English languages by subject " ZARA Store Manager" or " Zara Store Manager Assistant" or "Zara Department Manager" to our mail box
VAKANSİYA 5
Trion Trade
Office Manager
Son tarix 27 yan 2023 - [email protected]
İş barədə məlumat:
- Təhsil: Orta ixtisas (Ali təhsili olması arzu olunandır)
- Yaş : ( 21 - 30 )
- MC ofis proqramlarında müstəqil inkişaf
- Daxil olan zənglərin qəbul edilməsi
- Gələn qonaqların qarşılanması
- Şirkətin elektron ünvanına daxil olan məktubların cavablandırılması
- Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi
- Kreativ, məsuliyyətli, ünsiyyətcil, gülərüz, aktiv, səliqəli olması vacibdir
İş barədə məlumat:
- Ofisə daxil olan zənglərin cavablandırılması və qeydiyyat
- Lazımi yazışma/sənədləşmə prosesini idarə edib raport vermək
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirilməsi
İş şəraiti:
- İş qrafiki: 6 gün (bazar istirahət günü)
- İş vaxtı:09:00-dan-19:00-dək
- Əmək haqqı:500 AZN
VAKANSİYA 6
PASHA Insurance
Satış üzrə assistent (Naxçıvan)
Son tarix 27 yan 2023 - [email protected]
Vəzifə və Öhdəliklər:
- Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi
- Şirkətə müraciət edən müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsi
- Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanın Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi
- Zərurət yarandığı halda sığorta obyektlərinə baxışın həyata keçirilməsi
- Fərdi və bank müştərilərinə xidmət edilməsi, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələrin yazılması
- Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edilməsi və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi
- Şirkətin əməkdaşlıq etdiyi partnyorların (agentlərin) maddi-texniki təminatına dəstək göstərilməsi
Biliklər:
- Ali təhsil - Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir
- Dil bilikləri: Azərbaycan dilini sərbəst bilmək
Təcrübə:
- Müvafiq iş təcrübəsinin olmasına üstünlük verilir
Bacarıqlar:
- Ünsiyyət qurmaq bacarığı
- Dəqiqlik
- Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
- Komanda ilə işləmək bacarığı
- Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı
Son müraciət tarixi: 26 yanvar 2023
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.
VAKANSİYA 7
Nabruq Group
İxracat üzrə kiçik mütəxəssis
Son tarix 26 yan 2023 - [email protected]
Öhdəliklər:
- Özünə bağlı ölkələrdə yeni müştərilərin axtarılması;
- Müştəri məmnuniyyətinin ölçülməsi, bazara nəzarət, satışların artırılması;
- Yeni məhsulların bazarlanması üçün müştəriyə təqdim və təşviq edilməsi;
- Mövcud və potensial ixracat bazarının dəyərləndirilməsi və potensial müştərilərlə rəsmi görüş və tanıtımların keçirilməsi;
- Müştərinin ilkin sifarişindən məhsulun xarici ölkədə market, bazar ve yaxud topdançının dükanına çatmasına qədər bütün məsələlərin təqibi və müştəriyə hər bir məsələdə dəstəyin verilməsi;
Əməkhaqqı – 400-500 AZN
İş qrafiki - 5 günlük,09:00-18:00
Tələblər:
- Ali təhsilli olmalı;
- Rus və Ingilis dillərini səlis bilməli;
- MS Office proqramlarından sərbəst istifadə etməli;
- Beynəlxalq ticarət ve beynəlxalq satış əməliyyatlarını bilməli;
- Aparılan işlərlə bağlı aylıq, rüblük və illik hesabatların hazırlanması;
- Fuarlar və sərgilərdə iştirak edilməsi;
Vakansiyaya uyğun şəxslər bu mailə İxracat üzrə kiçik mütəxəssis başlığıyla CV lərini atmalarını xahiş edirik.
VAKANSİYA 8
Viva Dessert
Aparıcı Mühasib
Son tarix 27 yan 2023 - [email protected]
Namizədə aid tələblər:
- 25-45 yaş arasında;
- Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat) ;
- Azərbaycan və Rus dilləri üzrə mükəmməl biliklər (İngilis dili-arzuolunandır);
- Minimum 3 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi;
- AR Vergi Məcəlləsi,Əmək Məcəlləsi və mühasibat uçotu üzrə mükəmməl biliklər;
- Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
- 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
- E-taxes.gov.az və digər portallardan istifadə etmək yüksək bacarığı;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;
- Dövlət hesabatların tərtib olunması;
- Yüksək idarəçilik və təşkilatçılıq bacarıqları;
- Məsuliyyətli, dəqiq və peşəkar;
- Yüksək səviyyədə yazışma bacarığı;
- ACCA , CIMA CFA üzrə sertifikatlar üstünlük sayılacaq;
Əsas vəzifə və öhdəliklər:
- Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyi məlumatlandırmalı və həlli barədə məsləhətlər verməli;
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir;
- Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
- Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır;
- Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
- Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir;
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir;
- Cəmiyyət üzrə debitorların və kreditorlarların, əsas vəsaitlərinin, qeyri-maddi aktivlərinin uçotunu aparır;
- Aylıq əmək haqqını hesablayır;
- Bank sənədlərini tərtib edir;
- Kassa uçotuna nəzarət edir;
- Maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən hazırlanması (Profit and loss statement, cash flow statement, balance sheet and etc);
- Mühasibat məlumatlarını 1C bazasına vaxtı vaxtında işləməli, Vergilər Nazirliyinə və DSMF-na təqdim edilən bəyannamələr və hesabatların düzgünlüyünü yoxlayır;
- Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və nəzarət edir;
- Borcların təhlili və sifarişçilərlə borcların bağlanmasına dair qabağlayıcı tədbirlərin görülməsi;
- Tender və Təchizat proseslərinində iştirak etmək və gedişi haqqında hesabatların hazırlayır;
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Sınaq müddəti- 3 ay;
- 5 günlük iş rejimi;
CV göndərərkən mövzu yerinə vakansiyanın adı qeyd olunsun.
VAKANSİYA 9
Improve Consulting
Müştəri xidmətləri üzrə mütəxəssis
Son tarix 26 yan 2023 - [email protected]
Vəzifə və öhdəliklər:
- Gələn zəngləri cavablandırmaq;
- Şirkətdə olmayan xidmətləri əməkdaşlıq edilmiş şirkətlərdən almaq və satışı həyata keçirmək;
- Müştəri bazasını yığmaq;
- Sosial şəbəkələr vasitəsilə müştərilərin suallarını cavablandırmaq;
- İnstagram, Whatsapp və mail üzərindən gələn müraciətləri cavablandırmaq;
- Mövcud müştərilərlə işləmək və davamlı təkliflər göndərmək;
- Menecerə işin nəticələri barədə hesabatlatları təqdim etmək;
Tələblər:
- Ali təhsil (biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir);
- Satış və ya müştəri xidmətləri sahəsində 1 il iş təcrübəsi (Telesatış üzrə iş təcrübəsi üstünlük hesab olunur);
- Azərbaycan dilini səlis bilməlidir, rus və ingilis dili arzuolunandır;
- Yüksək satış qabiliyyəti, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;
- Ünsiyyət və rəqabət yönümlü bacarıq;
İş şəraiti:
- ARƏM uyğun işə qəbul;
- İş saatı: 09:00-18:00 (6 cı gün yarı iş günü)
- Nahar şirkət tərəfindən qarşılanır
- Həftədə 1 gün istirahət;
Əmək Haqqı: 400 AZN (Başlanğıc üçün)
Ünvan: Elmlər Akademiyası, BDU üzbəüz çıxışı, Z.Xəlilov 31B.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.
VAKANSİYA 10
Güvənli MMC
Əməliyyatçı-Xəzinədar
Son tarix 27 yan 2023 - Müraciət et
İş haqqında məlumat:
- İş gününün əvvəlində filial müdiri və filialın mühasibi ilə birgə kassanın açılması, nəğd pul vəsaitlərini və digər qiymətli sənədlərin mövcudluğunun sayılaraq yoxlanılması;
- Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən qalıq çıxarılması; və faktiki qalıq məbləği ilə yoxlanılması;
- Günün sonunda mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması
- AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 17:00-dək, şənbə günü: 10:00-dan 16:00-dək.
- Əmək haqqı: müsahibə əsasında
Tələblər:
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
- Şəhər: Bakı;
- Cins: Xanım və kişi namizədlər;
Qeyd: Ali təhsil müəssisələrini yeni bitirən gənclərə üstünlük veriləcək.
VAKANSİYA 11
BeIT & Partners
Mühasib
Son tarix 27 yan 2023 [email protected]
“Olcay Yapı Malzeme” komandasına Mühasib axtarılır:
İş haqqında məlumat:
- Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatının aparılması;
- Kassa və bank əməliyyatlarının icrası;
- E-taxes, gov.az, elektron portallarında iş;
- Elektron qaimə qəbulu və göndərilməsi;
- Maliyyə (rəsmi) hesabatlarıınn hazırlanması və təqdimi;
- Mühasibat, Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların aparılması;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Debitor və kreditorların uçotunun aparılması;
- Mal və xidmət alışlarının sistemə daxil edilməsi;
- Mal və xidmət satışlarının sistemə daxil edilməsi;
- Mühasibatlıqla bağlı digər işlərin həyata keçirilməsi;
Namizədə tələblər:
- ERP haqqında ilkin anlayış
- Microsoft Office proqramları (xüsusilə Excel) ilə işləmə bacarığı
- Mühasibatlıq üzrə minimum 1 il iş təcrübəsi
- Ali təhsil(Maliyyə, mühasibatlıq üzrə ali təhsil arzuolanandır)
- F3 üstünlükdür
- Komanda ilə işləmə bacarığı
- Azərbaycan dili (türk dil biliyi üstünlükdür)
İş haqda məlumat:
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə
- Aylıq 700 - 1000 AZN arası gross əmək haqqı
- 6 günlük iş rejimi
- Namizədə LOGO (ERP) proqramı öyrədiləcəkdir
- Ünvan: N.Nərimanov ray., Bakı Zooloji Parkının yanı
Maraqlanan namizədlərdən şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Mühasib” sözünü qeyd etməklə, elektron ünvanına göndərməsi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.
VAKANSİYA 12
Zəfəran Hospital
Sığorta üzrə mütəxəssis
Son tarix 27 yan 2023 - [email protected]
Tələblər:
- Təhsil: Ali tibb təhsili;
- Təcrübə: Sığorta sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı bacarığı, Rus dili biliyi arzuolunandır;
- MS ofis proqramlarından sərbəst istifadə etmək bacarığı;
- Effektiv kommunikasiya bacarığı;
- İşində dəqiq və məsuliyyətli.
Vəzifə öhdəlikləri:
- Tibbi sənədlərin yoxlanılması, düzəlişlərin edilməsi və sistemə daxil olunması;
- Görülmüş işlər barədə müvafiq hesabatların hazırlanması;
- İş prosesində yaranmış problemlərin araşdırması və müfaviq tədbirlərin görülməsi.
İş şəraiti:
- İş qrafiki: Tam iş günü
- İş yeri: Zəfəran Hospital (Nərimanov rayonu, Asif Məmmədov 30)
- Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin olunur
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Sığorta üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-58-71 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
VAKANSİYA 13
Gavali Group
Mühasib
Son tarix 27 yan 2023 - [email protected]
Tələblər:
- Cinsi: qadın
- İş təcrübəsi: min. 2 il
- Yaş həddi: 22-30 yaş
- Gündəlik əməliyyatların 1C 8.3 proqram təminatına işlənməsi
- e-taxes.gov.az, e-gov.az, e-customs gov.az, internet bankinq və digər portallardan istifadə etmək
- Office (Excel, Word) və BTP proqramlarında işləmə bacarığı
- Bütün ilkin sənədlərin: elektron qaimə-fakturaların, hesab-fakturaların, xərc sənədlərinin, müqavilə sənədlərinin və onlardan irəli gələn aktların qəbul edilməsi, qeydiyyata alınması, yoxlanılması və müvafiq ödənişinin icra edilməsi üçün nəzarətdə saxlanılması
- Bütün növ mühasibatlıq sənədlərinin işlənməsi və qorunub saxlanması, müvafiq qovluqlara yerləşdirilməsinin təmin edilməsi
- Ali təhsil (Maliyyə-mühasibatlıq, iqtisadiyyat üzrə)
- Rəhbərliyin verdiyi digər tapşırıqların vaxtında və düzgün icra edilməsi
- Diqqətli, məsuliyyətli, tələbkar olması və kollektivdə işləmə bacarığı vacibdir
Əmək haqqı: başlanğıc üçün 600-800 AZN (namizədin iş təcrübəsindən asılı olaraq).
İş rejimi: bazar ertəsi-cümə tam iş günü, şənbə qısa iş günü
Uyğun namizədlər CV-lərini ünvanına göndərə bilərlər.
Əlaqə nömrə: 051 277-07-12
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küç. 4A (H.Əliyev mərkəzinin yanı)
VAKANSİYA 14
Başak Group
Satınalma üzrə mütəxəssis
Son tarix 26 yan 2023 - [email protected]
Namizədə aid tələblər:
- Ali təhsil;
- 3-5 illik analoji iş təcrübəsi
- Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
- İngilis və ya rus dilində ünsiyyət bacarığı,
- MS Office proqramları üzrə biliklər.
Vəzifə öhdəlikləri:
- Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi və bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
- Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
- Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
- Hesabat, təqdimat, memorandum və s. hazırlanması;
- Bazar tendensiyalarını, rəqib strategiyalarını və bazar tədarükçülərini izlənilməsi;
- Yeni komponentlər və tədarükçülər üçün tədqiqat aparılması;
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əmək haqqı: 1000 AZN+Bonus (əmək haqqı bilik və bacarığa əsasən artandır)
- Ünvan: Bakı şəh, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.
VAKANSİYA 15
Company
SMM mütəxəssis
Son tarix 27 yan 2023 -[email protected]
İş barədə məlumat:
- Şirkətə aid müvafiq brendləin təhvil alınması və Sosial Media hesablarının idarə olunması (Facebook, Instagram).(Zoo sahəsində)
- Sosial şəbəkələr üçün post mətnlərinin hazırlanması.
- Sosial Media təqvimin həftəlik/aylıq kontent planının hazırlanması və planlaşdırılması.
- Gündəlik olaraq şəkil və mətn daxil olmaqla sosial mediada paylaşımların yaradılması və yerləşdirilməsi.
- Reklamların idarə olunması, büdcənin hesablanması və aylıq təyinatı.
- Kontentlərin yazılması.
- Yeni ideyaların olması
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra olunması.
- İş saatı: 09:00-18:00.
- 6 günlük iş rejimi.
- Nahar şirkət tərəfindən verilir.
- Maaş : 500 - 600 azn (maaş namizədin bilik və bacarıqlarına görə təyin olunacaq).
- Qeyd : Ünvan: Heydər Əliyev pr.
Namizədə tələblər:
- Cins : Xanım.
- Yaş : 22-35 .
- Təhsil : Ali .
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi.
- Sosial media sahəsində biliklərin olması.
- Səlis Azərbaycan dili bilikləri, Rus dili bilikləri .
- Düzgün kopiraytinq, mətn yazma bacarığı.
- Müstəqil və komandada işləmək bacarığı.
- Planlama və təşkilatçılıq bacarığı.
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz.
VAKANSİYA 16
Araznet MMC
Brend menecer köməkçisi
Son tarix 27 yan 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin imicinin tədqiqinin aparılması (müştərilərin və rəqiblərin rəylərinin monitorinqi);
- Rəqiblərin, trendlərin, yeniliklərin, bütövlükdə bazarın təhlili;
- Malların və ya xidmətlərin çeşidinin idarə edilməsində, qiymət siyasətində iştirak;
- Marketinq tədbirlərində iştirak;
- İşin gedişatı üzrə istehsalçılar və təchizatçılarla daim əlaqədə olmaq;
- Yeni məhsul və brendlərin bazara çıxarılmasında iştirak etmək;
- Menecerlərlə iş (təhsil, təlimlər, məsləhətlər, təqdimatlar).
Namizədə dair tələblər:
- Ali təhsil (marketinq, maliyyə və texniki sahələr üzrə)
- Göstərilən sahədə 1 il iş təcrübəsi arzuolunandır.
- Yaş: 25-35
- Ofis proqramları həmçinin Outlook-dan istifadə edə bilmək, Power Pointdə təqdimat bacarığı:
- Azərbaycan - ana dili. Rus dili - sərbəst, İngilis dili arzuolunandır;
- Detallara diqqət və problem həlletmə bacarığı.
- Komanda şəklində işləmə bacarığı.
- Analitik qabiliyyətə, təhlil etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyətli, kreativ və yaradıcı qabiliyyət.
İş qrafiki: 5 günlük
Yeni məzun olan ali təhsilli biznes analitikə marağı olan namizədlərə üstünlük verilir.
Maraqlanan namizədlər email ünvanına “Brend menecer köməkçisi” başlığı ilə müraciət edə bilər.
VAKANSİYA 17
AzerTunelSuTikinti
Çilingər
Son tarix 26 yan 2023 - [email protected]
Əmək haqqı: 600-800 AZN.
İşin təsviri:
- Yük maşınları və ekskavator təmiri üzrə çilingər
- Sexin daxili nizam-intizam qaydalarına və təhlükəsizlik qaydalarına ciddi riayət edir;
Vakansiya üzrə tələblər:
- Təhsil: Ali və ya orta texniki;
- Yaş:25-50;
- Fiziki sağlam;
- Dəqiq, aktiv və işinə qarşı məsuliyyətli olmalı.
- İş yeri: Suraxani- Azertunelsutikinti MMC
Əlaqə nömrəsi :+994502828592 Zeynal.
VAKANSİYA 18
PASHA Bank
iOS Developer
Son tarix 27 yan 2023 - Müraciət et
İşiniz nədən ibarətdir?
- Məhsul yaradılmasına töhfə verilməsi, öz kod və qərarları ilə həll təklifi, biznes dəyərlərini çatdırmaq üçün mobil mühəndislik təcrübəsinin gücləndirilməsi;
- Banka dəyər qatacaq Android/iOS platforması üçün yüksək səviyyəli proqramların yaradılması;
- Tələb olunan proqramın visual elementlərini yaratmaq üçün UI/UX dizayn çərçivələrinin koda çevrilməsi;
- Qrafik dizayn və texniki icra arasında boşluğu aradan qaldırmaq üçün UI/UX dizaynerlər ilə əməkdaşlıq və hər iki tərəfin işində aktiv iştirak etməklə proqramın iş prinsipinin müəyyən edilməsi;
- Üçüncü tərəflərlə əməkdaşlıq, onların təmin etdiyi verilənlər bazası, kitabxanalar və APİ-lar ilə iş, həmçinin sürət, keyfiyyət və stabillik üçün testlərin təşkili;
- Dəqiqlik və funksionallıq üçün kodların nəzərdən keçirilməsi;
- İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllərin hazırlanması;
- “Agile” işləmə yollarının təkmilləşdirilməsi və dəstəklənməsi;
- Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri də daxil olmaqla, mühəndislik işlərinin təmin edilməsi;
- Şöbənin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedur, məxfilik siyasəti və dövlət qanunvericiliyinə uyğun olaraq icrası;
- Bankın daxili qayda, proses, siyasət, o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar təlimatlarına ciddi şəkildə əməl edilməsi və onların pozulmasına görə məsuliyyət.
Sizdən nə tələb olunur?
Təhsil: İnformasiya texnologiyaları, riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr təhsili
İş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 1 il
Xarici dillər: İngilis
Komputer bilikləri:
- “Native Android” və ya “Native iOS development”
- “Kotlin” və ya “Swift”
- “RESTful APIs” daxil olmaqla HTTP infrastuktur biliyi
- “Verilənlərin strukturu və alqoritmlər” biliyi
- Məlumatların saxlanılması (keşləmə)
- Asinxron proqramlaşdırma
Digər: İdarəçilik, ünsiyyət və hesabat bacarıqları
Üstünlük verilir:
- Proqram dizayn üsulları
- Reaktiv proqramlaşdırma
- CI/CD
- Parallel proqramlaşdırma
- Firebase, və ya digər analitika alətləri ilə təcrübə
VAKANSİYA 19
Massi
Operator (Satış təmsilçisi)
Son tarix 26 yan 2023 - [email protected]
İcra edəcəyi iş:
- Müştərilər tərəfindən verilən sualları cavablandırmaq
- Şirkətin xidmət və tarifləri haqqında müştəriyə düzgün məlumat vermək
- Operativ olaraq telefon zənglərini qəbul etmək
- Sosial şəbəkələrin mütəmadi olaraq cavablandırılması
- Müştərilərin qarşılanması və çay təqdim olunması
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək
Tələblər:
- Yalnız Xanım namizədlər
- İş təcrübəsi tələb olunmur
- Azərbaycan dilində səlist danışmalı, qrammatik cəhətdən mükəmməl bilməli
- Əla ünsiyyət qurmaq və komanda üzvü olmaq bacarığı
- Xoşgörünüşlü və səliqəli olmalı
- Aktiv, gülərüz,məsuliyyətli,həvəsli, enerjili olmalı (Qeyd olunmuş xüsusiyyətlərə malik olmayan şəxslər, xahiş olunur CV göndərməsinlər)
- Şirkətdə daimi işləməyi özünə hədəf seçən.
İş şəraiti:
- Stabil iş
- AR ƏM əsasən rəsmiləşdirmə
- Yaş həddi – 18 - 23
- Əmək haqqı – 800 azn (fix + bonus)
- İş rejimi: 09:30-dan 18:30-dək (həftədə 1 gün istirahət, qrafik üzrə)
- İş yeri: : Bakı Nizami r-nu, Heydər Əliyev pr 115, Caspian Sport Plaza B korpus
Xahiş olunur, yalnız xanım namizədlər CV-sini “Satış təmsilçisi” başlığı ilə [email protected] ünvanına göndərsinlər.
VAKANSİYA 20
Embawood
Maliyyə mütəxəssisi
Son tarix 27 yan 2023 [email protected]
İş qrafiki: 5 günlük / saat 09:00 – 18:00
İşin təsviri:
- Mal-material xə xidmət alışı üzrə satınalma sənədlərinin sistemə daxil edilməsi
- Təchizatçılarla periodik üzləşmələrin aparılması
- Mühasibat hesabları üzrə əməliyyatlar
- Xərclər üzrə analitik hesabatların hazırlanması
- Hesabat ayının bağlanması üzrə müvafiq sistem əməliyyatlarının həyata keçirilməsi
Tələblər:
- Maliyyə və mühasibat sahəsində Ali təhsil
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
- ACCA F3 sertifikatının olması
- 1C və MS Office proqramlarında işləmə bacarıqları
- Analitik düşünmə qabiliyyəti
- Detallara diqqətli olması
- Komandada işləmə bacarıqları
Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “Maliyyə mütəxəssisi” qeyd edib göndərəsiniz.
VAKANSİYA 21
Oil Supply LLC
Ofis meneceri
Son tarix 26 yan 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Email-yazışmaların qeydiyyatı; şöbələr arasında bölüşdürülməsi
- Katiblik işlərinin yerinə yetirilməsi
- Zənglərin və müraciətlərin icrası
- Poçt və kuryelərlə işlərin idarə olunması
- Təkliflərin yazılımı və göndərilməsi
- Şirkət daxili sənəd mübadiləsinin idarə olunması
- Sənədlərin arxivləşdirilməsi
- Rəhbərliyin verdiyi ofis işlərinin (tapşırıqların) vaxtında və düzgün yerinə yetirilməsi
- Gündəlik işlərin planlaşdırılması və analizi
Namizədə tələblər:
- Ofis meneceri vəya katiblik şöbələrində iş təcrübəsi
- İşində məsuliyyətli olmaq
- Azərbaycan , rus və ingilis dilləri yüksək səviyyədə olmalı (Mütləq!)
- MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti, 1C programda işləmə bacarığı;
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;
- İşə davamiyyətə nəzarət etmək
Əmək haqqı: 500 azn
İş vaxtı: 5 günlük iş həftəsi 09:00-18:00 / şənbə günü 09:30-15:00
Maraqlnan namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “Ofis meneceri” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər
VAKANSİYA 22
Aztelekom
B2B satış şöbəsinin müdiri
Son tarix 27 yan 2023 - [email protected]
Əsas vəzifə və öhdəlikləri:
- Mənfəət və yüksək satışa nail olmaq üçün biznes planları və satış strategiyasının hazırlanması
- Şirkətin biznes planına uyğun olaraq illik və aylıq satış hədəflərinin müəyyən edilməsi
- Şirkətin ümumi biznes planları və strategiyaları üzrə məqsədlərinə nail olmaq üçün şirkət müştərilərinin tələblərini uğurla yerinə yetirmək
- B2B sahəsi üzrə bütün satış fəaliyyətlərini əlaqələndirmək, idarə etmək və rəhbərlik etmək
- Şirkətin məlumat bazasının gələcək inkişafı üçün planların işlənib hazırlanması
- Korporativ müştərilərin cəlb olunması və mövcud müştərilərin şirkətdə saxlanmasını idarə edilməsi
- Satış hədəflərini planlaşdırılması və idarə edilməsi
- Müəyyən olunmuş sahə və müştəri qrupları üzrə təyin olunmuş vaxt çərcivəsində satış hədəflərinin icra edilməsi
- Müştəri məlumat bazasının yığılması və davamlı təklimlləşdirilməsi
- Potensial müştərilərə satış təqdimatların hazırlanması və təqdim edilməsi
- Həftəlik və aylıq satış fəaliyyəti haqda hesabatların rəhbərliyə təqdim edilməsi;
Kvalifakasiya üzrə tələblər və bacarıqlar:
- Biznes, Maliyyə, Satış,Marketinq, Kommersiya sahələrindən biri üzrə ali təhsil;
- Korporativ satış sahəsində ən az 3 il iş təcrübəsi (Telekommunikasiya, korporativ satış üzrə iş təcrübəsi üstünlük hesab olunur);
- Rəhbər vəzifəsində çalışmış namizədlərə üstünlük verilir;
- MS Office proqramlarında hesabat hazırlamaq bacarığı;
- Ünsiyyət bacarığı, müştərilərlə məmnunluq səviyyəsinin qorunub saxlanılması;
- Azərbaycan, Rus və İngilis dili mükəmməl səviyyədə (mətnlərin hər 3 dildə yaradılması vacib olduğundan, dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir)
- Tapşırıqların idarə olunması üzrə alət və proqramlardan istifadə;
- Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
- İdarəetmə bacarığı;
- Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı;
- Təşəbbüskar və yaradıcılıq;
- Rəqib kompaniyalardan ve trendlərdən xəbərdar olmaq;
- Vendorlarla işləmə bacarığı;
- Təşkilatçılıq bacarığı;
- Vaxtın düzgün idarə olunması bacarığı
- Təzyiq altında işləmə bacarığı
İş haqqında məlumat:
- 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
- iş vaxtı: 09:00 - 18:00
- iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “B2B satış şöbəsinin müdiri” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
VAKANSİYA 23
BeUstad Təhsil Mərkəzi
Analitik
Son tarix 26 yan 2023 - [email protected]
Tapşırıqlar:
- Məlumat toplamaq və şirkət strategiyasının hazırlanmasında köməkliyin göstərilməsi;
- Yeni məlumat mənbələrinin axtarışı və müəyyən edilməsi;
- Bazar araşdırmalarının aparılması;
- Potensial müştərilərin təhlilin həyata keçirilməsi;
- Biznes planların tərtibində köməkliyin göstərilməsi;
Tələblər:
- Təhsil : Ali
- Təcrübə arzuolunandır
- Dil bilikləri: İngilis dili (yüksək səviyyədə), Rus dili (yüksək səviyyədə)
- İT biliklər: MS Office (yaxşı səviyyədə)
- Məsuliyyətli, disiplinli, təşkilatçılıq bacarığı
- Problem həll etmə və əməkdaşlıq bacarıqları
- Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq
- Prosedur və qaydalara riayət etmək
- Operativlik və icra etmək bacarığı
İş qrafiki: 6 gün (şənbə günü qısaldılmış)
Əmək haqqı müsahibənin nəticəsindən asılı olaraq müəyyən olunur (600-800 AZN)
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Analitik” yazaraq göndərmələri xahiş olunur.
VAKANSİYA 24
Grand Motors Company
Korporativ satış üzrə mütəxəssis
Son tarix 27 yan 2023 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması və ehtiyat hissələrin satışını həyata keçirilməsi
- Şirkətin satış həcminin artırılmasına dəstək
- Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi
- Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
- Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
- Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması
- Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
- Ziyarət nəticələrinin izlənilməsi
- Sifarişlərin icra olunması
- Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
- Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
- Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
- Müştəri ödəmələrinin izlənilməsi
Namizədə dair tələblər:
- Ali təhsil (Satış, biznesin inkişafı və vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi arzuolunandır)
- İş təcrübəsi: Korporativ satış sahəsində 2 illik iş təcrübəsinin olması (Ehtiyat hissələrin və ya avtomobillərin satışı üzrə təcrübə üstünlükdür)
- Yaş həddi - 27-40
- Şəxsi avtomobil (B,BC kateqoriya sürücülük vəsiqəsi)
- Azərbaycan, rus dillərini mükəmməl səviyyədə bilməli, Ingilis dili arzuolunandır
- Ms. Office proqramlarını yüksək səviyyədə bilməli
- İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitiklik bacarığı
- Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli
- Müştəriyönümlü satış etmək bacarığının olması
- Liderlik keyfiyyətlərinə malik olmalı
İş şərtləri:
- 5 günlük tam iş qrafiki (Şənbə günləri bir neçə həftədən bir olmaqla növbəli iş rejimi tətbiq olunur)
- İş saatları 08:30-17:30 (Şənbə günləri natamam)
- Əmək haqqı: Sabit + bonus olaraq müsahibədə namizədə görə təyin olunacaqdır
- Korporativ nömrə, yanacaq şirkət tərəfindən təmin edilir
- İş ünvanı: Binəqədi şossesi, Mədən küçəsi 4 (Xırdalan)
Maraqlanan namizədlər mövzu yerində “Korporativ Satış üzrə mütəxəssis” yazmaqla öz CV-lərini göndərə bilərlər.
VAKANSİYA 25
ENGINET
Müştəri xidmətləri üzrə mütəxəssis
Son tarix 26 yan 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Sistemdə mövcud abunəçilərin ödənişlərinə sazlanan bildiriş tiketlərinə nəzarət və ödənişi gecikdirən abunəçilərə zənglərin olunması;
- Mövcud abunəçilərin xidmətdən imtina müraciətlərinin idarə olunması, geri dönüş zənglərinin icrası;
- Abunəçi müqaviləyə xitam verilməsi barədə qərar alırsa prosedurun yerinə yetirilməsi üçün gecikdirmədən lazımi məsul şəxslərə tam məlumatın əks olunmasından sonra sorğunun ötürülməsi;
- Görülən işlərə aid məlumatın gündəlik doldurulması və aylıq hesabatın hazırlanması
- Mövcud müştərinin (GPON) imtinası qeydə alındıqdan sonra imtinadan geri qaytarılması, qaytara bilmədikdə isə prosesə uyğun yönləndirilməsi, proses sona çatdıqda tiketin işlənməsi və hesabatda qeydə alınıb müvafiq şəxs/şöbəyə təqdim olunması;
Namizədə verilən tələblər:
- Müştəri xidmətləri sahəsində ən azı 1 il iş təcrübəsi
- Müştərilərlə ünsiyyət təcrübəsi;
- Müştəriyönümlülük; detallara diqqət yetirmə; analitik zəka; stressə davamlılıq; komandada işləmək bacarığı;
- Azərbaycan dili və rus dili əla (yazılı və şifahi)
- Yaş həddi-23-35
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: 500 azn + bonus
- Korporativ telefon nömrəsi və danışıq paketi.
Müraciət qaydası: CV-nizi elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Müştəri xidmətləri üzrə mütəxəssis” yazmaqla göndərə bilərsiniz.
VAKANSİYA 26
Agro Dairy
Alıcı
Son tarix 27 yan 2023 - [email protected]
Hesabat verir: Təchizat müdri
Ünvan: “Agro Dairy” MMC region.
Təhsil: İqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil
İş təcrübəsi: 1 il.
Tələb olunan bilik və bacarıqlar:
- Kommersiya məlumatlılığı.
- Şəxslərarası ünsiyyət bacarıqları, xüsusən danışıqlarda.
- Qərar qəbul etmək bacarığı.
- Təzyiqlərin öhdəsindən gəlmək və vəziyyətlərə uyğunlaşma bacarığı.
- Analitik bacarıqlar.
- Riyaziyyat bacarıqları.
- IT bacarıqları.
- Komandada yaxşı işləməyi bacarmaq.
- Sürücülük vəsiqəsi B
- Azərbaycan dili (rus, ingilis dillərinə üstünlük verilir)
Vəzifə öhdəlikləri:
- Şirkətin təchizatı zəncirinin tələblərinə əsaslanaraq mal və xammal alışının planlaşdırılması
- Kəşfiyyat və keyfiyyət-kəmiyyət nisbəti baxımından ən yaxşı təchizatçıların kvalifikasiyası
- İqtisadi və müqavilə şərtləri əsas götürülərək, yəni vaxt, maya dəyəri, miqdar, çatdırılma şərtləri ilə bağlı danışıqlar aparılması
- Mövcüd sistemdən istifadə edərək satınalmaların idarə edilməsi , sifariş və məlumatların daxil edilməsi
- Təchizat və çatdırılmalara nəzarət etmək
- Öz fəaliyyəti barədə hesabat hazırlamaq
- Bazar tendensiyalarının təhlili
- Satışın qiymətləndirilməsi və yeni əşyaların tətbiqi
Dil bacarıqları: Azərbaycan dili (rus, ingilis dillərinə üstünlük verilir)
Komputer bacarıqları: MS Office
VAKANSİYA 27
Prior Leasing
Kopirayter
Son tarix 26 yan 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Veb-saytlarda yerləşdiriləcək mətnlərin, blog və press relizlərin yazılması;
- Reklam və bloq mətnlərinin şirkətin ümumi yazı formatına uyğunlaşdırılması;
- Sosial media üzrə kontentin hazırlanması;
- Sayt və sosial şəbəkələr üçün kreativ həllərin təqdim edilməsi və tətbiqi, bu sahədə işləyən şirkətlərlə görüşlərin keçirilməsi.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə 2 il iş təcrübəsi;
- Azərbaycan dili/rus/ingilis dillərini yüksək səviyyədə bilməli;
- MS Office proqramlarında çalışmaq bacarığı;
İş şərtlərimiz:
- 5 günlük iş qrafiki, 08:30 - 17:30;
- Əmək haqqı: 800-1000 AZN;
- İş yeri: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV və portfolio nümunələrini mövzu hissəsinə “Kopirayter” yazaraq göndərmələri xahiş olunur.
VAKANSİYA 28
SMM mütəxəssis
Son tarix 27 yan 2023 - [email protected]
İş barədə məlumat:
- Şirkətə aid müvafiq brendləin təhvil alınması və Sosial Media hesablarının idarə olunması (Facebook, Instagram).(Zoo sahəsində)
- Sosial şəbəkələr üçün post mətnlərinin hazırlanması.
- Sosial Media təqvimin həftəlik/aylıq kontent planının hazırlanması və planlaşdırılması.
- Gündəlik olaraq şəkil və mətn daxil olmaqla sosial mediada paylaşımların yaradılması və yerləşdirilməsi.
- Reklamların idarə olunması, büdcənin hesablanması və aylıq təyinatı.
- Kontentlərin yazılması.
- Yeni ideyaların olması
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra olunması.
- İş saatı: 09:00-18:00.
- 6 günlük iş rejimi.
- Nahar şirkət tərəfindən verilir.
- Maaş : 500 - 600 azn (maaş namizədin bilik və bacarıqlarına görə təyin olunacaq).
- Qeyd : Ünvan: Heydər Əliyev pr.
Namizədə tələblər:
- Cins : Xanım.
- Yaş : 22-35 .
- Təhsil : Ali .
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi.
- Sosial media sahəsində biliklərin olması.
- Səlis Azərbaycan dili bilikləri, Rus dili bilikləri .
- Düzgün kopiraytinq, mətn yazma bacarığı.
- Müstəqil və komandada işləmək bacarığı.
- Planlama və təşkilatçılıq bacarığı.
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz.
VAKANSİYA 29
Demo Gastro
Satış məsləhətçisi
Son tarix 27 yan 2023 [email protected]
Hansı özəlliklərə malik olmalıdır?
- Ali və ya orta təhsil
- Aktiv, çevik, məsuliyyətli və kollektivlə işləmə bacarığı
- Sahə üzrə təcrübə
- Güclü ünsiyyət, problem həll etmə və qərar vermək bacarığı
- Ofis proqramlarını bilməsi arzuolunandır.
- Xarici dil biliyi arzu olunandır.
Satış məsləhətçisi nə iş görür?
- Vitrinlərin, rəflərin tərtibatı, mal təminatını izləmək
- Müştərilərə xidmət, onlara malların xarakteristikası üzrə müştərilərə xidmət qaydalarına uyğun şəkildə məlumat vermək.
- Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq
- Mağaza müdirinin sərəncamı ilə inventarizasiyanın keçirilməsində iştirak etmək
- Şirkətin qəbul etdiyi qayda və prosedurlara riayət etmək
Əlavə məlumat:
- 6 günlük iş qrafiki
- Əmək haqqı: Sabit əmək haqqı + bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Satış məsləhətçisi” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 30
Kartaş LTD (Mr.Fix)
Mühasib
Son tarix 27 yan 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin müxtəlif mədaxil, məxaric orderləri, hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasının və hərəkətinin nəzarətinə kömək göstərilməsi;
- Bütün növ hesabat sənədlərinin qeydiyyatını aparır;
- Bank və kassa əməliyyatlarının icrası;
- Elektron qaimə qəbulu və göndərilməsi
- Gömrük bəyannaməsi sistemində işlənməsi, əməliyyatların yerinə yetirilməsi
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Daxili hesabatların hazırlanması və təqdim olunması;
- Debitor və kreditorların uçotunun aparılması.
Namizədə tələblər:
- Sahə üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3 (üç) il iş təcrübəsi;
- MS Office proqramlarında, əsasən EXCEL-də yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
- E-taxes portalında sərbəst işləmək;
- Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
İş şəraiti:
- İş qrafiki- 6 günlük;
- İş saatları- 08:30-17:30;
- İş yeri- Binəqədi şossesi 7.
Təminatlar:
- Korporativ mobil nömrə
- Nahar müəssisə tərəfindən qarşılanır
Müraciət etmək istəyən namizədlər CV-lərini göndərməkləri xahiş olunur.