VAKANSİYA 1
Jurisaz
Mühasib
Son tarix 24 iyn 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Maliyyə hesabatlarının tərtib edilməsi,
- Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi,
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil edir,
- Aylıq və rüblük hesabatların tərtib edilməsi,
- Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi,
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması,
- Balans, avans hesabatının aparılmasını təmin etmək,
- Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması,
- Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı,
- Gündəlik əməliyyatların (invoysların, elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturaların, ödəniş tapşırıqlarının hazırlanması) həyata keçirilməsi
- Bank hesablarının açılması və bank hesabı vasitəsilə köçürülmələrin aparılması
- İşçilərin işə qəbul, işdən çıxma, başqa işə keçirilmə, məzuniyyət, xəstəlik, ezamiyyə və digər müvafiq əmrlərin sənədləşdirilməsi
- Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil (Təcrübəli şəxslərə üstünlük veriləcəkdir),
- Göstərilən sahə üzrə ən az 2 il mühasibatlıq sahəsində iş təcrübəsi,
- Məsuliyyətli və işində dəqiqlik,
- Komandada işləmək bacarığı,
- MS Office və 1C 8.2/8.3 proqramlarında işləmək bacarığı
- Vergi Məcəlləsini bilməli,
- Gömrük işlərindən anlayışı olmalı,
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli,
- İnternet-banking üzrə lazımi əməliyyatların və ödənişlərin icra edə bilməli,
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti.
İş qrafiki:
- Həftə içi 5 gün saat 9:00-18:00.
- Əməkhaqqı: 800 AZN,
- Ünvan: Bakı şəh, Atatürk prospekti, Aral Plaza
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Mühasib” yazaraq göndərə bilərlər
Əlaqə nömrəsi: 050-880-11-05
VAKANSİYA 2
Gens Elektrik
Təchizat üzrə mütəxəssis
Son tarix 23 iyn 2022 - [email protected]
İş barədə məlumat:
- Xarici və yerli alışları yerinə yetirməli;
- Şirkətdaxili formalaşdırılmış sifarişləri anbar ehtiyyatları ilə müqaisə edib aidiyyati şöbələri məhsullarla təmin etməlidir;
- Şirkətin satınalma siyasətinə ciddi şəkildə riayyət etməlidir;
- Təchizat üzrə sənədləşmələrin düzgün şəkildə yerinə yetirilməsi;
- Alınması zəruri hesab edilən mal, xidmət və ya işlərlə bağlı təchizatçı şirkətlərin müəyyən edilməsi, uyğun şirkətlərlə müqavilələrin bağlanması;
- Təchizat barədə bazarın araşdırılması və danışıqların aparılması;
- Alınan malların keyfiyyətinə nəzarət edilməsi və qeydiyyatının aparılması;
- Görülən işlər barədə aylıq və illik hesabatların aparılması;
- Təchizatla əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 1 ildən yuxarı iş təcrübəsi;
- Azərbaycan, ingilis və rus dillərini mükəmməl səviyyədə bilmək vacibdir.
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- İntizamlılıq, punktuallıq,komandada işləmə bacarığı
- 1C ERP proqramında iş təcrübəsi.
İş şəraiti:
- İş vaxtı 09:00 - 18:00 (6 günlük iş həftəsi)
- İstirahət: Bazar günü.
- Şirkət tərəfindən korporativ nömrə, telefon və digər ofis ləvazimatları ilə təmin olunur.
- Əmək haqqı: 500-800 AZN:
- İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli küç. 185
Əlaqə: Aynur x. Mob: (051)703 96 96 .
VAKANSİYA 3
Ambiens MMC
134
Tibbi nümayəndə
Son tarix 24 iyn 2022 - [email protected]
İşin təsviri:
- Tibbi müəssisələrin və apteklərin ziyarət edilməsi
- İstehsalçı zavodların preparatlarının tanıdılması
- Seminar və prezentasiyaların təşkil edilməsi
- Aptek aksiyalarının həyata keçirilməsi
- Farmakonəzarət (preparatların əlavə təsirlərinin monitorinqi)
- Görülən işlər barəsində hesabat hazırlanması və rəhbərinə təqdim edilməsi
- İş qrafiki həftə içi 5 gün (saat 9:00-dan 18:00-dək)
- Əmək haqqı 700-1000 manat, bonus sistemi mövcuddur
- İşçi sınaq müddətindən sonra şirkət tərəfindən avtomobillə təmin edilir
Namizədə tələblər:
- Ali təhsil (mütləqdir)
- Kardiologiya, nevrologiya və psixiatriya sahələri üzrə minimum 2 il tibbi nümayəndə vəzifəsində iş təcrübəsi (mütləqdir)
- Ezamiyyət məhdudiyyəti olmamalıdır
- Xarici görünüşünə və səliqəli geyiminə diqqət etməli
- Səlis danışıq qabiliyyəti
- Dürüst, səbirli və məsuliyyətli
- Ünsiyyət yaratmaq bacarığı
- Komandada işləmək bacarığı
Maraqlanan şəxslər CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 4
Toca Residence
Ofis meneceri
Son tarix 24 iyn 2022 - [email protected]
Əmək haqqı: 700-800 AZN
Namizədə tələblər:
- Azərbaycan və rus dilində səlis danışıq qabiliyyəti;
- Aktiv və çalışqan, komanda ilə işləmək bacarığına malik;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq,analitik düşüncə kimi müsbət göstəricilərə sahib olmaq;
- Təzyiq altında işləmək, problemləri həll etmə bacarıqlarına malik olmaq;
- Xoş görünüşlü və ünsiyyətcil;
- Təşəbbüskar, qərar qəbul etmə bacarığı;
- Müqavilələrin və müxtəlif hesabatların hazırlanması təcrübəsi;
- Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə etmə bacarığı;
- Ms Office proqramlarında işləmək bacarığı, (Word, Excel mütləqdir);
- Müvafiq sahədə 1 il təcrübə.
İş barədə məlumat:
- Gündəlik kargüzarlıq və ofis daxili işlərin yerinə yetirilməsi, yönləndirilməsi,icrasına nəzarət;
- E-mail və telefonların cavablandırılması;
- Aidiyyatı şəxslərlə əlaqənin qurulması və qeydiyyatının aparılması;.
- Sənədlərin qeydiyyatı, şirkətə daxil olan və şirkətdən göndərilən məktubların qeydiyyatı;
- Alqı-satqı müqavilələrinin, müxtəlif günlük, həftəlik, aylıq hesabatların hazırlanması;
- Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
- Rəhbərliyn qərarlarının icrasına nəzarət etmək.
- İş qrafiki: B.e.-Şənbə 10:00-dan 19:00-dək
Qeyd: Satış bacarığı olan şəxslərə üstünlük veriləcək.Uyğun namizədlər, ŞƏKİLLİ CV-lərini qeyd olunan ünvana göndərə bilərlər. Şəkilsiz və telefonla olan müraciətlərə baxılmır!
VAKANSİYA 5
Makro 2000
Backend Developer
Son tarix 24 iyn 2022 - [email protected]
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Vəzifə öhdəlikləri:
- Linux və MySQL üzrə təcrübə,
- PHP çərçivələri üzrə PHP biliyi və təcrübəsi olan (Codeigniter arzuolunandır),
- Javascript biliyə malik,
- Texniki sənədləri oxuyub başa düşməyi bacaran,
- Git-dən istifadə etməyi bacaran,
- MVC strukturunda bacarıqlı,
- Tədqiqata, öyrənməyə və yeni texnologiyaların inkişafına açıq olan tərtibatçılar axtarırıq.
- Təhsil : Ali
- İş təcrübəsi : 2 ildən artı
- İş yeri : Bakı
- Əmək haqqı: 800 Azn
- İş qrafiki 6 gün
Göstərilən tələblərə cavab verən Şəxslər Mövzu hissəsində “Backend Developer” yazaraq öz CV-lərini e-poçt ünvanına göndərsinlər. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
VAKANSİYA 6
Falcon Finance
Satışa dəstək üzrə mütəxəssis
Son tarix 24 iyn 2022 - [email protected]
İş barədə məlumat:
- N.Nərimanov Əhməd Rəcəbli 156 Aynalı Plaza
- İş qrafiki: Bazarertəsi – Cümə: 09:00 – 18:00, Şənbə-natamam iş günü
- Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı; (birbaşa marketinq funksiyasını həyata keçirir)
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
- Mövcud müştərilərlə danışıqların aparılması, məhsul və xidmətlər barəsində müştərilərin məlumatlandırılması
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
- Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə qeydlərin aparılması və hesabatlar hazırlaması
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirilməsi
Tələblər:
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ali təhsil
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Ana dilində səlis danışıq (Rus dili arzu olunandır)
- Müştəri yönümlülük, təqdimetmə bacarığı
- Səliqəli görünüş, düzgün danışıq qabiliyyəti və inandırmaq bacarığı
- Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Yalnız qadınlar müraciət etsin.
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “ Satışa dəstək üzrə mütəxəssis” (müvafiq bölgə adı yazılmaqla)" başlığı ilə elektron ünvanına göndərməkləri xahiş olunur.
VAKANSİYA 7
Global Management
Müxbir
Son tarix 24 iyn 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Sosial şəbəkə mütəmadi xəbərlərin yerləşdirilməsi,
- Sosial şəbəkələrdə canlı yayımda çıxış etmək,
- Mətn, məqalə, informasiya tipli yazılar yazma bacarığı,
- Mətnlərin hazırlanmasına, mətnlərin səsləndirilməsi,
- Mətn hazırlayan zaman real vəziyyərdə tam diqqətli və obyektiv olmaq,
- Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə bacarığı,
- Gündəmə aid açıqlamalar almaq,
- Rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Azərbaycan və Rus dilini səlis bilməli,
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalıdır,
- İşləri vaxtında yerinə yetirməlidır,
- Komanda ilə və stress vəziyyətlərdə işləmək bacarığı.
- “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə bilməlidir
İş şərtlərimiz:
- Əmək haqqı: 600-700 AZN (təcrübəyə əsasən müəyyən olunacaq)
- İş qrafiki : 21:00-09:00 . Qrafikə əsasən istirahət.
- Ünvar: Bakı şəhəri Winter Plaza .
- Qanunverciliyə uyğun olaraq sənədləşmə əsasında işə qəbul.
Maraqlananlar mövzu yerinə “Müxbir “ yazaraq , CV-lərini e-mail ünvanına göndərə bilər.
VAKANSİYA 8
Resant Group
Mühasib köməkçisi (Restoran)
Son tarix 24 iyn 2022 [email protected]
Vəzifə öhdəlikləri:
- Mühasib köməkçisi restoranın Direktorunun əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirilməsinə dəstək olunması;
- Şirkətin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasının və hərəkətinin nəzarətinə kömək göstərilməsi;
- Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatını aparır;
- Şirkət tərəfindən ona həvalə olunmuş elektron poçt qutusuna mütəmadi olaraq nəzarət edir və elektron yazışmaların operativ cavablandırılmasını icra edir.
Namizədə bağlı tələblər:
- Təhsil-Ali;
- Restoran sahəsində ən azı 1-2 il iş təcrübəsi;
- Microsoft Office, 1C və İİKO proqramlarını bilməli;
- Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı.
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
İş Şərtləri:
- İş vaxtı: həftədə 6 gün;
- Əmək haqqı: 600 AZN
Maraqlanan namizədlər mövzu yerində “Mühasib köməkçisi (Restoran)” yazmaqla öz CV-lərini göndərə bilərlər.
VAKANSİYA 9
MOGAN Hotel
Xərclərə nəzarət üzrə mütəxəssis
Son tarix 24 iyn 2022 - [email protected]
Namizədə tələblər:
- Cinsi: Xanım və bəy namizədlər
- Yaş: 20-50
- Qrafik: 5 iş günü 2 gün istirahət.
- Nahar şirkət tərəfindən verilir.
- Restoran və ya otel sahəsində (cost controller ) üzrə azı 2 il iş təcrübəsi;
- Rus və ingilis dili orta səviyyədə bilməlidir.
- Əmək haqqı müsahibə əsasında
Görəcəyi iş:
- Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
- Məhsulların norma və faktiki maya dəyəri üzrə hesabatların tərtib və təqdim olunması;
- Qiymət məlumat bazasının hazırlanması və Satış qiymətlərinin formalaşması prosesində aktiv iştirak;
- Dövri təhlillərin aparılması və nəticlərin rəhbərliyə təqdim edilməsi. Mümkün xərc azalmaları ilə bağlı təkliflərin hazırlanması.
- İstehsal prosesindı itkilərin araşdırılması və itgilərin minimum endirilməsi üçün prosedurlara icra edilməsinə nəzarət
- Sənədlər üzrə xərclərin mühasibat uçotuna uyğun uçotunun aparılması;
- Mühasibat uçotu standartlarına və Şirkətin daxili qaydalarına uyğun olaraq bütün şöbələrin xərclərinə nəzarət;
- Anbar hərəkətlərinə nəzarət, Anbardarın apardığı əməliyyatlara nəzarət və sistemə düzgün daxil edilməsinin təşkili.
- Aylıq (lazım gələrsə aralıq dövrlər üzrə) sayımların aparılmas faktiki və mühasibat uçotu qalıqlarının üzrləşdirilməsi və itgilərin araşdırılması həmçinin itgilər üzrə müvafiq səndlərin tərtibi və mühasibat uçotunda əks etdirilməsi.
- Bütün mal material hərəkətinin gündəlik olaraq mühasibat uçotuna uyğun hesablarda əks etdirilməsi və qalıqlarla bağlı dövri hesabatların hazırlanması
CV-ləri e-mail ünvanına göndərə bilərsiz.
Requirements for the candidate:
- Gender: Mrs. and Mr. candidates
- Age: 20-50
- Schedule: 5 working days, 2 days off.
- Lunch is provided by the company.
- At least 2 years of experience in the field of restaurant or hotel (cost controller);
- Must have intermediate knowledge of Russian and English.
- Salary based on interview.
Work to be done:
- Determining the norm (based on the recipe) cost of products, keeping it under constant control and regularly comparing it with the actual cost;
- Preparation and submission of reports on the normative and actual cost of products;
- Active participation in the process of developing a price database and forming sales prices;
- Periodic analysis and submission of results to management. Preparation of proposals for possible cost reductions.
- Investigate losses in the production process and monitor the implementation of procedures to minimize losses
- Accounting for document costs in accordance with accounting;
- Control over the expenses of all departments in accordance with the accounting standards and internal rules of the Company;
- Control over warehouse movements, control over warehouse operations and organization of proper entry into the system.
- Conducting monthly (if necessary, interim) counts, reconciling actual and accounting balances and investigating losses, as well as compiling and documenting relevant loss documents.
- Record all day-to-day material flows in the appropriate accounting records and prepare periodic reports on balances
You can send your CV to e-mail.
VAKANSİYA 10
Company
Sənədlərə nəzarət üzrə mütəxəssis
Son tarix 24 iyn 2022 -[email protected]
Vəzifə və öhdəlikləri:
- Daxil olan və çıxan sənədlərin izlənilməsi və arxivləşdirilməsi;
- Rəhbərlik adından göndərilən bütün məktub, sərəncam, tapşırıq layihələrinin hazırlanması və imzaya təqdim edilməsi;
- Kurasiya üzrə tapşırıqlarının icraçılara çatdırılması, icrasının təmin edilməsi, mütəmadi olaraq icrada olan işlərin vəziyyəti barədə Rəhbərliyin məlumatlandırılması;
- İcrada olan işlərin cədvələ salınması və mütəmadi olaraq icraçılardan icranın tələb edilməsi və nəzarətdə saxlanılması;
- Əmr, qərar, məktub və tapşırıqlar siyahısının hazırlanması, icrası haqqında gündəlik Rəhbərliyə məlumatların təqdim edilməsi;
- Zərurət yarandığı halda Rəhbərliyin keçirdikləri iclaslara katiblik edərək həmin iclasın protokolunun hazırlanması;
- Üzərinə düşən işlərin Kargüzarlığın aparılmasına dair təlimatın, banklarda korporativ idarəetmə standartlarına, eləcə də digər normativ-hüquqi sənədlərin tələblərinə uyğun təşkili;
- İstifadənin asan olması üçün sənədlərin etiketlənməsi, çeşidlənməsi və təsnifatı:
- Şirkət daxilində sənədləşmə təcrübəsinin ardıcıllığını təmin etmək üçün həmkarları ilə işləmək;
- Sənədlərin bütövlüyünün təmin edilməsi;
- Sənədlərə girişə nəzarət;
- Köhnəlmiş sənədlərin silinməsi;
- Elektron sənədləşmə üçün saxlama proqramlarından və tətbiqlərindən istifadə;
Tələblər:
- Ali təhsil:
- MS Office proqramlarını bilməli;
- Azərbaycan dili səlis, İngilis dili səlis, Rus dili bilikləri arzu olunandır;
- İşdə dəqiqlik və detallara fikir vermə bacarığı.
Şərtlər:
- 5 günlük iş qrafiki:
- İş saatları 09:00-18:00
- Əmək haqqı 600 AZN (NET)
- İstehsalat sahəsində 2-3 il iş təcrübəsi;
- Yaş həddi 24-32 arası.
- Nahar və rabitə xərcləri şirkət tərəfindən təmin olunur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.
VAKANSİYA 11
Gədəbəy Mineral Suları MMC
Marketing Manager
Son tarix 24 iyn 2022 - [email protected]
İşin təsviri:
- Strategiyaya əsəsən Şirkətin brendləri üçün marketinq və kommunikasiya strategiyasını hazırlamaq.
- Hər bir marka və məhsul kateqoriyası üçün böyüməni təmin etmək üçün səmərəli marketinq taktikalarını müəyyənləşdirilməsi və müvafiq olaraq fəaliyyət planlarını həyata keçirilməsi və idarə edilməsi.
- Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi;
- Marka mesajının doğru kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılmasının təmin edilməsi;
- PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
- Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi;
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
- Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
- Marketinq planının və layihələrinin məhsuldarlığının idarə edilməsi;
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
Tələblər:
- Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya maqistr təhsilinin olması;
- FMCG sektorunda Marketinq meneceri vəzifəsində minimum 3 il iş təcrübəsinin olması;
- Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;
- Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması;
- Yüksək səviyyədə komputer bilgiləri;
- Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
- Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır;
VAKANSİYA 12
İşə qəbul mütəxəssisi
Son tarix 24 iyn 2022 - [email protected]
Yerli istehsalat müəssisəsi vakansiyası elan edir:
Hesabat verir: İnsan Resursları şöbə rəisinə.
Əsas vəzifə öhdəlikləri:
- Operativ səviyyədə işə qəbul və yerləşdirmə fəaliyyətlərinin aparılması təşkil edilməsi;
- İşçi qüvvəsinin planlaşdırılmasında iştirak etmək;
- Açıq vakansiyaları təhlil etmək, şirkətdaxili və şirkətxarici elanları hazırlamaq və yerləşdirmək;
- Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı və tapılması;
- İşə qəbul kanallarının idarə olunması və müasir metodların tətbiqinin həyata keçirilməsi;
- Seçim müsahibələrinin təşkili;
- Müsahibə nəticələrinin qeydiyyatının aparılması;
- İşəqəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq;
- İşə qəbul hesabatlarının hazırlanması və s.
Namizədə tələblər:
- İşə qəbul sahəsində 5 il iş təcrübəsi;
- Ali təhsil (İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
- Əmək qanunvericiliyini bilməlidir;
- Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək
- Komandada işləmək qabiliyyətinə və ruhuna sahib olmalı
- Dəqiqlik, punktuallıq və tapşırıqların vaxtlı-vaxtında icrası
İş şəraiti:
- İş yeri – Bakı şəhəri
- İş saatları –09:00-19:00, bir saat nahar fasiləsi
- Nahar təmin edilir
- İstirahət günləri – Şənbə və bazar
- Əmək haqqı – nett 1000 - 1200 AZN
Maraqlanan şəxslər mövzu yerində “İşə qəbul mütəxəssisi” qeyd etməklə elektron poçt ünvanına CV göndərə bilərlər.
VAKANSİYA 13
Bizim Market
İnventarlaşdırma üzrə mütəxəssis
Son tarix 24 iyn 2022 -
Namizədə olan tələblər:
- Dəqiqlik, məsuliyyətlilik və dürüstlük;
- Rizayi biliyi və məntiqi təfəkkürü olmalı;
- Pərakəndə sektorunda təcrübəli olmalı;
- Komanda ilə işləmək qabiliyyəti;
- Səbrli və nəzakətli;
- İşgüzar və hədəfyönlü;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
İş haqqında məlumat:
- Vaxtaşırı olaraq əsas vəsaitlərin təftişinin həyata keçirilməsi (mağaza vitrinləri);
- Müəssisələrdə əsas vəsaitlərin uçotunun aparılmasına nəzarətin həyata keçirilməsi;
- Əsas vəsaitlər siyahısının mütəmadi yenilənməsinin təşkil olunması;
- Aşkar olunan çatışmamazlıqlar barəsində hesabatların hazırlanması.
İş şəraiti:
- 5 günlük iş həftəsi (ayın müəyyən günləri gecə növbəsi);
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı 400 AZN+bonuslar.
Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.
VAKANSİYA 14
AZ Logistika
Mühasib operator
Son tarix 24 iyn 2022 - [email protected]
İş barədə məlumat:
- Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- 1 C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti (köçürmə, silinmə, inventarların, məişət aksesuarlarının, təkrar istifadə olunan materiallarla əməliyyatlar və s.) istismara verilməsi
- Mühasibat uçotunda materialların hərəkəti üzrə mühasibat əməliyyatlarının düzgün rəsmiləşdirilməsinə aylıq nəzarət
- Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması
- Mühasibat uçotunda materialların hərəkəti üzrə mühasibat əməliyyatlarının düzgün rəsmiləşdirilməsinə aylıq nəzarət
- Hesabat dövrü başa çatdıqdan sonra malların və materialların hərəkəti üzrə ilkin uçot sənədlərinin əslinin mühasibatlığa çatdırılmasına nəzarət
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək
- Bank əməliyyatlarının həyata keçirilməsi
AR ƏM əsasən rəsmiləşmə
Əmək haqqı 600-800 man
İş rejimi: 5 günlük, saat 08:00-dan 17:00-dək
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi
Namizədə tələblər:
- Xüsusi tələblər: stressə davamlılıq, detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, müxtəlif tipli insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığı
- İş stajı : ən azı 1-3 il iş stajının olması
- İngilis dili biliyi arzu edilir
- Yaş həddi: 25-35
- Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
VAKANSİYA 15
Bizim Market
Kiçik Audit Mütəxəssisi
Son tarix 24 iyn 2022 -
Vəzifə öhdəlikləri:
- Xidmətin fəaliyyət istiqaməti üzrə aydın və uzun müddətli audit planının hazırlanmasında iştirak etmək;
- Mövcud struktur bölmələri üzrə plan daxilində və ya plandan kənar audit yoxlamalarını aparmaq və təşkil etmək;
- Yoxlama zamanı həyata keçirilən təhlillərin, nəzarət tədbirlərinin və audit rəylərini sənədləşdirmək;
- Audit nəticələrinə dair hesabatların tərtib edilməsi;
- Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Ali təhsil (audit, mühasibat uçotu, maliyyə-kredit, hüquq);
- Müvafiq sahə üzrə ən azı 2 (iki) il iş təcrübəsi;
- MS Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzu olunandır);
- Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
- Ünsiyyət qurma bacarığı;
- Məsuliyyətlilik.
İş şəraiti:
- 5 günlük iş həftəsi
- Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
VAKANSİYA 16
Bizim Market
Mağaza direktoru
Son tarix 24 iyn 2022
Vəzifələr:
- Mağazanın ümumi fəaliyyətini təşkil edir;
- Mağazanın açılmasına, bağlanmasına və təhlükəsizlik işlərinin düzgün aparılmasına nəzarət edir;
- Mağazada malların qəbulu və girişlərini qaydalara görə həyata keçirilməsini təmin edir;
- Mağazanın əmtəə həcminə nəzarət edərək, sifarişlərin düzgün tərtib edilməsini təmin edir;
- Şirkət tərəfindən mağaza qarşısında təyin edilmiş hədəflərin yerinə yetirilməsini həyata keçirir;
- Mağazanın bütün əməkdaşlarına rəhbərlik edir: onların iş geyimlərinin və xarici görünüşünün qaydalara uyğun olmasına, müştərilərlə düzgün ünsiyyət qurmalarına nəzarət edir;
- Xüsusi proqram vasitəsilə, işçilərin gündəlik davamiyyətinin qeydiyyatını aparır;
- İşçilərin şirkətin daxili qaydalarına və öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə nəzarət edir;
- Müştərilərin təklifləri ilə maraqlanır, daxil olan şikayətlərin aradan qaldırılması yönündə tədbirlər görür;
- Mağazada yaranmış hər hansı problemin həll edilməsi üçün müvafiq tədbirlər görür;
- Mağazanın rəflərində etiket, elan və qiymət bildirmə metodlarının düzgün və əksiksiz aparılmasını təmin edir;
- Mağazada aparılan bütün əməliyyatların şirkətdaxili prosedurlara əsasən keçirilməsinə nəzarət edir;
- Mağazanın inkişafı, məhsulların və xidmətlərin yaxşılaşdırılması barədə təkliflər verir;
- Mağazanın sanitariya və gigiyena şərtlərinə uyğun olmasını təmin edir;
- Mağazada oğurluq hadisələrinin qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirir;
- Mağazanın bütün əməkdaşlarının həftəlik və aylıq iclaslarını keçirir.
Tələblər:
- İdarəçi vəzifədə minimum 1 il, o cümlədən market sahəsində minimum 2 il iş stajı;
- Azərbaycan dili sərbəst, rus dili arzu olunandır;
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
- İdarəçilik bacarıqları;
- Liderlik xüsusiyyətləri;
- MS Office proqramlarını bilməli;
- Satış texnikası və pərakəndə satış haqqında biliklərə malik olmalı.
Əmək şəraiti:
- Altı günlük iş həftəsi;
- Nahar təmin edilir;
- Şirkətdaxili karyera inkişafı;
- Əmək haqqı razılaşma yolu ilə müəyyən edilir.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
VAKANSİYA 17
Chique Vogue Boutique
Satış təmsilçisi (xanım)
Son tarix 24 iyn 2022 - [email protected]
Tələblər:
- Yalnız xanım namizədlər
- Səmimi, aktiv, dinamik, səbrli və gülərüz
- Müştərilərlə yüksək səviyyədə ünsiyyət
- Kollektivlə işləmək bacarığı
- Azərbaycan dili səlis, rus dili səlis bilən
Vəzifələri:
- Mağaza rəhbərinin tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi
- Müştəri məmnuniyyətinin təmin olunması
- Müştərilərinin seçimlərində yardımçı olunması, onlara məhsullar haqqında dolğun informasiyanın verilməsi
İş şəraiti:
- Əmək haqqı 400 AZN
- İş vaxtı həftədə 6 gün, istirahət günü yalnız həftə içi.
- Qrafik üzrə iş: 11:00-20:00 (mağazanı açmalıdır)
- Mağazalar şəhər mərkəzində yerləşir
- Satışdan gələn bonuslar
- AR Əmək qanunvericiliyinə uyğun sənədləşmə.
Əlaqə nömrəsi: 050 790 0079.