VAKANSİYA 1
BSC Consulting & Outsourcing Company
SMM Menecer
Son tarix 18 iyn 2022 - [email protected]
Vəzifənin təsviri:
Əsas Hədəflər:
Hədəf auditoriya kimi müəyyən edilmiş virtual cəmiyyətlərlə effektiv ünsiyyətin təşkili.
Əsas Funksiyalar:
Müştərilərin brendləri barədə geniş virtual auditoriyanı xəbərdar edilməsi, Müştərilərin məhsulların promo edilməsi və satışını artırmaq məqsədilə həmin müştərilərin sosial media strategiyaların həyata keçirilməsi və nəzarəti.
Mütəmadi gördüyü işlər:
- Gündəlik kontentın (orijinal mətn, şəkil, video və ya HTML) yaradılması, redaktə edilməsi və paylaşması;
- Müştərilərin kontentinin görünmə dərəcəsinin artırılması üçün müştəri sosial media saytlarının optimizasiyası;
- İstifadəçilər tərəfindən yaradılmış kontentin idarə olunması və moderasiyası;
- Daxili nizam-intizam qaydalarına, qəbul edilmiş kodekslərə əməl edilməsi.
Periodik və ya xüsusi hallarda gördüyü iş:
- Şirkət inkişaf siyasətinin ümumi konsepsiyasını müəyyənləşdirib uyğun təklifləri hazırlanması;
- Müştərilər üçün müvafiq hesabatların hazırlanması;
- Görülmüş işlər haqqında müvafiq hesabatların hazırlanması.
İşin tələb etdiyi biliklər:
- Təhsil səviyyəsi: Ali (bakalavr)
- Təhsil istiqaməti: Marketinq, İctimaiyyətlə Əlaqələr, Jurnalistika və oxşar.
- Əlavə təlim və sertifikatlaşma: tələb olunmur.
- İş təcrübəsi: SMM sahəsində ən azı 1 illik iş təcrübəsi.
- Kompüter bacarığı: MS office proqramlarında sərbəst işləmək bacarığı.
"Texniki" bacarıqlar:
- Foto/video/mətnin redaktə bilməsi,
- Sosial şəbəkələrlə təcrübə və sosial təhlil metodikaların bilməsi;
- Veb dizayn, CRO və SEO haqqında biliklər.
Digər bacarıqlar:
- Daxili nizam-intizam qaydalarının bilməsi;
- Güclü ünsiyyət bacarıqları;
- Təqdimetmə bacarıqları;
- İnformasiyanın toplanması, qiymətləndirilməsi və təhlilin metodlarının bilməsi.
Əmək haqqı: 500-600
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “ SMM Menecer ” qeyd etməklə göndərmələri xahiş olunur.
VAKANSİYA 2
Company
Təhlükəsizlik işçisi
Son tarix 18 iyn 2022 - [email protected]
Müxtəlif təyinatlı layihələr üzrə Təhlükəsizlik işçisi (SECURITY) işinə aşağıda qeyd edilən tələblərə cavab verən namizədlər fərdi müsahibəyə dəvət edilirlər.
Hal-hazırda yalnız aşagıda qeyd olunan regionlar üzrə sənədlər qəbul oluna bilər:
- Mingəçevir şəhəri
- Bərdə şəhəri
- Qazax şəhəri
- Şəki şəhəri
- Şamaxı şəhəri
- Şirvan şəhəri
- Lənkəran şəhəri
- Xaçmaz şəhəri
20 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşları;
- Müddətli həqiqi hərbi xidmət keçmiş ( qadınlar, müstəsna hallarda qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və azad edilənlər ) şəxslər;
- Məhkumluğu olmayan ( xüsusən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunan və əvvəllər məhkum olunmuş ) şəxslər;
- Fiziki cəhətdən sağlam ( tibbi rəy təqdim etməklə ) şəxslər;
- Boyu 1.80 m.-dən az olmayan ( çəkisi boyuna uyğun gələn ) şəxslər;
- Ali və ya orta təhsilli ( aidiyyatı kursları bitirmiş, müvafiq təcrübəyə malik olan və əcnəbi dilləri bilən gənclərə üstünlük verilir ) şəxslər.
İşin əsas xüsusiyyətləri:
- Əmək haqqı- 500 Azn;
- Xüsusi geyim və növbə ərzində 1 dəfə yeməklə təminat.
QEYD: Elanda qeyd edilən tələblərə uyğun gəlməyən şəxslərin namizədliyinə baxılmayacaqdır.
VAKANSİYA 3
MKT İstehsalat Kommersiya MMC
Monitorinq operatoru
Son tarix 18 iyn 2022 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Filial və məntəqələrdə quraşdırılmış təhlükəsizlik və müşahidə kameralarının işinə monitorlar vasitəsilə nəzarət;
- Müəyyən edilmiş neqativlərin qeydiyyatının aparılması və rəhbərliyə bildirilməsi;
- Cəmiyyətin quruluş bölmələrində baş verə biləcək xoşagəlməz hadisələr, faktlar və münaqişələr barədə qabaqlayıcı məlumatların əldə edilməsi;
- Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasının təmin edilməsi.
Tələblər:
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- MS ofis proqrlamlarında sərbəst işləmək bacarığı.
Səriştələr:
- Məsuliyyətli
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük
Əlavə məlumat:
- Əmək haqqı 350 AZN-dən başlayaraq;
- İş qrafiki: Növbəli qrafik;
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
VAKANSİYA 4
Ayan MMC
Auditor
Son tarix 18 iyn 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Audit obyektlərinin həcmini müəyyən etmək
- Fəaliyyət göstərilən ərazidə fakturaların və müştəri borclarının yoxlanışlarını həyata keçirmək və nəticələri raportlamaq
- Anbarda mövcud olan məhsulların sayımını həyata keçirmək və sayım nəticələrini raportlamaq
- Audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparır;
- Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında Departamentin adından iştirak edir
- Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işini həyata keçirir
- Ödənişlərin və satışın effektivliyini nəzərə alaraq aktivlərin idarə edilməsinə nəzarət edir, şirkətin aktivlərinin qorunması vasitələrini qiymətləndirir
- Şirkətdaxili kompaniyaların şərtlərinə uyğun olaraq malların anbardan təhvil alinib müştərilərə çatdırılması prosesinə nəzarət edir.
Namizədə dair tələblər:
- Müvafiq sahədə ali təhsil (Maliyyə, İqtisadiyyat və s. sahələrdə)
- Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsi
- Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
- Səlis Azərbaycan dili bilikləri
- İrəli səviyyədə MS Office ( Word, Excel, Outlook) bilikləri
- Şəxsi avtomobil
Əlavə məlumatlar:
- İş rejimi- 08:00-dan 17:00-dək
- İstirahət – Şənbə, Bazar
- Əmək haqqı – 800 fix + 400 KPİ
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Auditor” qeyd olunmaqla, göndərə bilərlər.
Müsahibəyə dəvət olunan nazmizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
VAKANSİYA 5
Resant Group
IT specialist
Son tarix 18 iyn 2022 - [email protected]
Requirements:
- Knowledge of computer software systems, including databases, office applications, and operating systems.
- Basic knowledge of Microsoft Domain infrastructure (AD, DNS, DHCP, Print Serve, File Server)
- Basic knowledge of network devices (switches, access points) and VOIP devices (IP Telephone, etc.,)
- Professional certification is preferable. (e.g. CompTIA A+, CCNA).
- Strong analytical, diagnostic, and problem-solving skills.
- Good communication ability, both written and verbal.
- Knowledge of English (good), Azerbaijani (fluent)
- Education: Bachelor degree, with a technical major, such as engineering or computer science
Working Conditions:
- Free lunch
- Salary: 1500 azn
Interested candidates are welcome to send their CVs by indicating the name of the IT specialist in the subject line of the letter.
VAKANSİYA 6
Maqro Construction Azerbaijan
İnsan Resursları Mütəxəssisi
Son tarix 18 iyn 2022 - [email protected]
Vəzifə üzrə öhdəliklər:
- AR-nın Əmək Qanunvericiliyinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
- İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
- Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- Xəstəlik vərəqələrinin doldurulması və qeydiyyatı;
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
- Həftəlik və aylıq hesabatların hazırlanması;
- Elektron və yazılı əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı;
- Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.).
- İşçi heyətinin tələb olunan hallarda düzgün əvəz edilməsinə nəzarət edilməsi (şirkəti tərk etdikdə, məzuniyyətə çıxdıqda, müvəqqəti əvəz olunduqda);
- İşçi heyəti üçün iş davamiyyəti cədvəllərinin hazırlanması və işçilərin əmək haqqılarının vaxtında və dəqiqliyi ilə ödənilməsini təmin etmək üçün Maliyyə departamenti ilə birgə işin təşkil olunması;
- İşdən çıxan işçilərin şəxsi işlərinin AR Qanunvericiliyinə uyğun olaraq arxivləşdirmək.
Tələblər:
- Ali ixtisas üzrə təhsil
- İnsan resursları sahəsi üzrə azı 3 il iş təcrübəsi
- Azərbaycan dili üzrə sərbəst biliklər (ingilis dili bilməsi arzu olunandır)
- Kompüter bilikləri : MS Office proqramları (1C 8.3 bilməsi arzu olunandır)
- Ünsiyyət qurma, komanda ilə işləmək, analitik bacarıqlar (riyazi məntiq arzu olunandır)
İş şəraiti:
- İş qrafiki: həftədə 5 gün, saat 09:00-18:00
- Əmək haqqı: 800-1000 AZN
Yalnız göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına, mövzu hissəsində “İnsan Resursları mütəxəssisi” qeyd edərək göndərə bilərlər
VAKANSİYA 7
FINCA Azerbaijan
Problemli Kreditlər üzrə Yığım işçisi
Son tarix 01 iyn 2022 - [email protected]
Rol haqqında:
Problemli Kreditlər üzrə Yığım işçisi şirkətin təyin olunmuş gecikmədə olan portfeli üzrə kreditlərə mərkəzləşdirilmiş qaydalara uyğun nəzarət, müştərilərlə yüksək keyfiyyətli danışıqlar aparmaq və səmərəli ünsiyyət vasitəsilə müştərinin geri ödənişini təmin edilməsinə cavabdehdir.
Vəzifə sahibi həmçinin müştərilərə dair qeydiyyata alınmış bütün məlumatları təhlil etmək və portfelində olan gecikmiş kreditlərin geri ödəniş ehtimalının vaxtında və düzgün qiymətləndirilməsini həyata keçirmək üzrə cavabdeh işçidir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- Gecikmələr üzrə təlimata əsasən təyin olunmuş portfel üzrə gecikmədə olan müştərilərə telefon zəngləri etmək və gecikmədə olan məbləğlərin geriyığımına nail olmaq
- Portfelində olan gecikmiş kreditlərin geri ödəniş ehtimalının vaxtında və düzgün qiymətləndirilməsini həyata keçirmək
- Gecikmədə olan müştərinin carı ödəniş qabiliyyətini analiz edib, gecikmədə olan məbləğin bərpası üçün müştəriyə alternativlər təklif etmək
- Gecikmənin səbəblərini müəyyənləşdirmək və müştəriləri geri ödəniş tərixlərinin müəyyənləşdirilməsi üçün problemli müştərilər və əlaqəli şəxs(lər)lə danışıqlar aparmaq
- Geri ödəniş üçün təyin olunan tərixlərin zamanlama və ardıcıllığını müəyyənləşdirmək
- Səmərəli danışıq üsulu seçmək və mövcüd müştəri üzrə hərəkət planını müəyyənləşdirmək məqsədilə gecikmədə olan müştərilərə dair qeydiyyata alınmış bütün mövcud məlumatları təhlil etmək
- Gecikmədə olan müştərilərlə səmərəli ünsiyyət qurmaq və həmin ünsiyyəti qoruyub saxlamaq
Namizəddən gözləntilərimiz:
Təhsil və Təcrübə:
- Təhsil: Ali (Bakalavr) istənilən sahədə
- İş Təcrübəsi: Bank və yaxud Qeyri Bank (Sığorta və s.) sahələrdə Problemli Kreditlər üzrə Zəng Mərkəzində və ya oxşar vəzifələr üzrə minumum 6 ay iş təcrübəsi
- Ödənişlərini gecikdirən müştərilərlə iş təcrübəsi
- Problemli Kreditlər üzrə iş təcrübəsi olanlara üstünlük verilir
- Müştəri Xidmətləri, Xidmət sahələri (Telefon Mərkəzi Xidmət sahəsi) üzrə təlim kursu sertifikatı olanlara üstünlük verilir
Bacarıqlar:
- Ünsiyyət bacarıqları (əla səviyyədə): fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olmaq
- Analitik Düşüncə bacarığı
- Yenilikçi, Dəyişikliklərə uyğunlaşma bacarığı
- Vaxtı İdarəetmə bacarığı
- Komanda ilə işləmək bacarığı
Digər Bilik və Bacarıqlar:
- Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq qabiliyyəti, Rus dilini bilmək üstünlükdür
- MS Office proqramları üzrə biliklər (MS Word, MS Excel, MS Outlook), məlumat daxiletmə və çapetmə bacarığı
Seçimlərdə növbəti addımlar:
Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda müraciət etmək üçün 31 May, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!
Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.
VAKANSİYA 8
IPE Group
Mühasib
Son tarix 18 iyn 2022 - [email protected]
Əmək haqqı: 1000-1200 AZN
İş yeri: Nərimanov rayonu, Montin qəsəbəsi, İsmayıl Hidayətzadə küç.
İş qrafiki: 5 günlük (08:30-17:30)
Vəzifə öhdəlikləri:
- Mühasibatlıq hesabatlarının vaxtında və düzgün hazırlanması;
- Aylıq, rüblük və illik vergi qeydiyyatının vaxtında və düzgün aparılması.
- Nağd pul və bank ödəmələrinin icrası;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi;
- Hesabatların dövlət orqanlarına aylıq, rüblük və illik vaxtında və düzgün çatdırılması;
- Şirkətin daxili və xarici auditinin vaxtında və keyfiyyətli aparılmasını təşkil etmək;
- Qanunvericiliyə uyğun olaraq bütün mühasibat sənədləşdirilməsini aparmaq;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim edilməsini, mühasibat, (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir;
- Daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.
Tələblər:
- Mühasib dərəcəsi və ya maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
- Azərbaycan və rus dillərində danışıq qabiliyyəti;
- Əla kompüter bilikləri (Microsoft Office), 1C8.3 ;
- Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik;
- Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Əla ünsiyyət qurmaq və yaxşı komanda üzvü olmaq bacarığı;
- İşçi heyəti ilə işləmək bacarığına malik olmalı.
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV - foto şəkil ilə) elektron poçtun ünvanına göndərə bilərlər.
VAKANSİYA 9
166 Yükdaşıma və Logistika
Marketinq menecer
Son tarix 18 iyn 2022 - Müraciət et
Öhdəliklər:
- Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil etmək;
- Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi;
- Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
- Marka mesajının doğru kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılmasının təmin edilməsi;
- PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
- Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi;
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
- Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
- Marketinq planının və layihələrinin məhsuldarlığının idarə edilməsi;
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi.
Tələblər:
- Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya magistr təhsilinin olması;
- Marketinq meneceri vəzifəsində minimum 2 il iş təcrübəsinin olması;
- Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;
- Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması;
- Yüksək səviyyədə kompüter bilgiləri;
- Rus və ingilis dillərini sərbəst bilməli;
- Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
- Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərar vermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır.
İş şərtləri:
- 5 günlük iş qrafiki.
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcəkdir.
- İş yeri: Nərimanov ray, Xətai pr 40 a.
Müraciət:
- Namizədlər portalımızda qeydiyyatdan keçərək vakansiyamıza müraciət edə bilərlər. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 10
Company
Tax Accountant
Son tarix 18 iyn 2022 - [email protected]
Job Description:
- Preparation and submission of reports to government agencies
- Correspondence with tax authorities
- Tax and accounting
- Preparation of salary, vacation, sick leave and business trip
- Knowledge of 1C program
- Writing tax invoices
- Banking and cash operations
- Work schedule: 5 days a week, from 09:00 to 18:00
Requirements:
- Only female candidates
- Responsible, accurate and professional
- Knowledge of Tax and Labor Code
- Knowledge of 1C, BTP, B3, MS Office programs
- Knowledge of Azerbaijani, English and Russian languages is mandatory
- Salary by agreement
- Age: 21 - 32 years
- Education: High
- Work experience: 1 to 3 years.
VAKANSİYA 11
ALCO MMC
Nəqliyyat və logistika üzrə mütəxəssis
Son tarix 18 iyn 2022 - [email protected]
İş barədə məlumat:
- Avtomobil, dəmir yolu, hava, dəniz ilə daşımaların həyata keçirilməsi üzrə işlərin təşkili və idarə olunması;
- Danışıqlar və müqavilə şərtlərinin razılaşdırılması fəaliyyətlərinin həyata keçirilməsi;
- Yeni nəqliyyat şirkətlərinin araşdırılıb tapılması;
- İdxal, ixrac və tranzit daşımaları üzrə əlverişli hərəkət marşurutlarını müəyyən etmək, optimal marşrut xəttlərinin seçilməsi, daşımasının təmin edilməsi;
- Daşıma hərəkətlərinin reyestrinin yaradılması, planlanan tarix üzrə icra vəziyyətinin izlənilməsi;
- Bazar tendensiyalarının öyrənilməsi;
- Yüklərin sərhəd keçid məntəqələrindən giriş-çıxışının nəzarətdə saxlanılması;
- Şirkətin biznes etikası, davranış qaydaları və nizam intizamına riayət edilməsi;
- Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi və görülən işlərdə məxfiliyin qorunması prinsipinə riayət edilməsi.
Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə minimum 1 il təcrübə
- Logistika sahəsində təcrübə
- Beynəlxalq ticarət və coğrafiya sahəsində yüksək bilik
- Səlist Azərbaycan, Rus, İngilis dili biliyi
- Standart kompüter bacarıqları (Word, Excel, Outlook, PPT)
- Danışıqlar aparma qabiliyyəti
- Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olması
İş şəraiti: 09:00-dan 18:00-dək (nahar vaxtı 13:00-dan 14:00-dək), AR qanunvericiliyinə əsasən sənədləşmə
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
CV-lərinizi e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Ünvan: Azərbaycan, Bakı, İçərişəhər, Vəli Məmmədov küçəsi 1/3
VAKANSİYA 12
BOKT AzKredit ASC
Problemli kreditlər üzrə mütəxəssis (Gəncə)
Son tarix 18 iyn 2022 - [email protected]
Əsas vəzifə və öhdəlikləri:
- Bank işinə dair hesabatların, standart rəsmi sənədlərin, poçt göndərişlərinin, maliyyə məlumatlarının işlənməsi,hazırlanması;
- Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin, iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin tərtib edilməsi;
- Müştərilərlə borcların ödətdirilməsi istiqamətində müvafiq kommunikasiyaların aparılması.
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
- Ali təhsil,
- Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət qurmaq bacarığı;
- Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək;
- Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
- Təşkilatın missiyasına sadiqlik.
Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini 17 iyun 2022-ci il tarixinədək e-mail vasitəsilə təqdim etsinlər.
E-məktubunuzun mövzu hissəsində “Problemli kreditlər üzrə mütəxəssis” göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 13
eManat
Satınalma üzrə mütəxəssis
Son tarix 18 iyn 2022 - [email protected]
Tələblər:
- Bazar araşdırmasının aparılması optimal qiymətin(keyfiyyət və.s) tapılması, satınalmaların (daxili və xarici) həyata keçirilməsi,müqavilələrin imzalanması prosesi, satıcılarla müntəzəm əlaqə, və şirkətin kollekttivi və Holdigin təhcizat komandası ilə sağlam gələcək perspektivli əlaqələrin qurulması.
- Qəbul edilmiş büdcəyə nəzarət edilməklə satınalma proqramı üzərindən alışların həyata keçirilməsinə nəzarət.
- Ayın əvvəlində növbəti ayların alışları haqqında təfsilatlı hesabatın təqdim edilməsi.
- İşin daha da operativ olması üçün təkliflərin verilməsi və.s
- Xarici satınalmalarda incoterms-2010/20, qaydalarını bilmək və gömrük orqanları ilə işləməyi bacarmaq
Namizədə qoyulan tələblər:
- Ali təhsil
- Müvafiq sahədə 3-5 il təcrübə
- Azərbaycan dilində səlis danışmaq, rus dili biliyi arzuolunandır
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Satınalma üzrə mütəxəssis” yazılmalıdır.
VAKANSİYA 14
Irshad Electronics
Satış təmsilçisi (Bakı, Lökbatan, Sumqayıt, Xırdalan)
Son tarix 18 iyn 2022 - [email protected]
Vəzifə və öhdəliklər:
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Müştərilərlə işləmək qabiliyyəti;
- Mükəmməl kommunikasiya qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Ali təhsilə üstünlük verilir;
- Müştəriyə məhsullar, zəmanət şərtləri haqqında dəqiq və ətraflı məlumatın verilməsi;
Tələblər:
- Yaş: 23-29 arası;
- Cinsi: kişi;
- Ali təhsil, Azərbaycan dili və rus dili səlis bilməyi;
- Mobil telefon və elektronika sahəsində iş təcrübəsi minimum 1 il olmalıdır.
VAKANSİYA 15
Company
Chief Accountant
Son tarix 18 iyn 2022 - [email protected]
Key Responsibilities:
- Receive and process all types of invoices, expense documents and payment requests;
- Checking accounts and accurately transferring them to the billing system;
- Carrying out daily operations on the Petty cash register;
- Preparation of daily bank reports after checking the bank and tax balances
- Implementation of the work related to accounting files accurately and in a timely manner;
- Preparation of cheques for payment;
- Maintaining and updating payment folders, invoices, supply orders, and accounts payable;
- To keep accounting records in accordance with the accounts and the cost center;
- Preparation of an accounting journal for approval by the immediate supervisor;
- To review and make adjustments to invoices, procurement orders and other accounting documents;
- Collection and analysis of a wide range of data during the dynamic control of cash flows
- Control payments, control accounts and make payments through "internet banking";
- Perform quarter -end accounting activities such as reconciliations and journal entries;
- Monitor and record financial transactions according to company policies and regulations;
- Assist in the preparation of annual budget process and financial forecast of expenses
- Monitor correct and timely settlement of receivables
Requirements:
- Bachelor's degree or higher in Finance/Accounting
- Previous 2-3 years’ experience in relevant field
- Highly developed analytical and communication skills.
- ACCA/ DIPIFR is preferable
- Microsoft Office skills
To be considered for this position, please email your resume with reference “Chief Accountant” in the email subject line. Only successful candidates (CV corresponding to all requirements) will be contacted.
VAKANSİYA 16
SR Construction
Tikinti sahəsi üzrə Baş Mühasib
Son tarix 18 iyn 2022 - [email protected]
Namizədə tələblər:
- Ali təhsil
- Azərbaycan dili (Rus dili və İngilis dili arzu olunandır)
- 27-40 yaş həddi
- Tikinti mühasibatlığında 3 ildən az olmayaraq iş təcrübəsi
- Kompüter bilikləri (Excel, 1C 8.3 UPP vəya 1C ERP)
- Şəxsi avtomobilin olması arzuolunandır
- Mühasibat və vergi bilikləri, dinamiklik, detallara yüksək diqqət, yüksək təhlil etmə bacarığı.
Vəzifələr:
- Tikinti materiallarının dəyərinin təhlili
- Tikinti mal-materiallarının mədaxil-məxarici
- Xərclərin smetaya uyğun maddələr üzrə işlənməsi
- Gəlirlərin və xərclərin vergi və İFRS üzrə düzgün tanınmasına nəzratə
- Kassa əməliyyatlarının düzgün təşkili və nəzarət
- Debitorlar və kreditorların uçotunun düzgün aparılamsı və nəzarət
- Maliyyə və vergi hesabatların hazırlanması
- Büdcə hazırlanması prosesində yaxından iştirak
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV-ni elektron ünvana təqdim edə bilərlər.
VAKANSİYA 17
Araz Supermarket
Maliyyə nəzarəti və hesabatvermə üzrə mütəxəssis
Son tarix 18 iyn 2022 - [email protected]
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və İqtisadiyyat üzrə);
- Yaxşı səviyyədə MS Office bilikləri (Excel əla səviyyədə);
- Dil bilikləri (İngilis dili- yaxşı);
- Beynəlxalq sertifakatlar ( ACCA, CFA, CIMA və s.);
- Logo (Tiger) proqramı üzrə biliklər;
- Operativlik, dəqiqlik, nəticə yönümlülük;
- Problemi həll etmə, analitik düşünmə, təqdimat və komanda işə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Maliyyə hesabatlarının hazırlanması;
- Daxili və xarici audit prosesini koordinasiya etmək;
- Büdcə prosesinin hazırlanmasına dəstək verilməsi;
- Mühasibatlıq əməliyyatlarına nəzarət etmək;
- Ay bağlanması prosesinə dəstək verilməsi;
- Daxili və xarici banklar üçün aylıq hesabatların hazırlanması;
- Gəlir və xərclərin analiz edilməsi;
- Maliyyə modellərinin qurulması;
- Aylıq maliyyə kontrolunun qurulması və tədbiq edilməsi.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Maliyyə nəzarəti və hesabatvermə üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 18
Pulsar MMC
Satış üzrə Mütəxəssis
Son tarix 18 iyn 2022 - [email protected]
Əmək haqqı: 800 – 1000 azn
Tələblər:
- Təhsil: Ali və ya Orta təhsil
- İş təcrübəsi: 2 il (İT və təhlükəsizlik sistemlərinin qurulması sahəsində təcrübəsi olanlar);
- Yaş həddi: 25 – 35;
- Ünsiyyətcil, düşüncələrini hərtərəfli ifadə edə biləcək, şifahi nitq qabiliyyəti olmalı;
- Aktiv, yenilikçi, kreativ, gülərüz, pozitiv, xoş görünüşlü, punktual, işinə və özünə qarşı tələbkar, məsuliyyətli, komandada ilə işləmə bacarığı olmalı.
Vəzifələr:
- Mövcüd müştəri bazası ilə işləmək və müştərilərlə əlaqələrin qurulması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
- İşgüzar yazışmaların həyata keçirilməsi və danışıqların aparılması;
- Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması;
- Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi;
- 1 C , Excell , Word işləmə bacarığı ;
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
- Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması;
- Maliyyə sənədlərinin müştəriyə göndərilməsi;
- Şirkətin rəhbərliyinə görülən işlər barədə hesabat verməli.
İş şəraiti:
- AR əmək məcəlləsinə əsasən sənədləşmə;
İş qrafiki: bazar ertəsi - cümə; iş saatı: 09:00 - 18:00; - Karyerada inkişaf imkanları.
Müraciət etmək istəyən namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “Satış üzrə Mütəxəssis” qeyd edərək göndərə bilərlər.
VAKANSİYA 19
Rashmed
SMM mütəxəssis
Son tarix 18 iyn 2022 - [email protected]
Əmək funksiyaları:
- Məhsul və xidmətlər haqqında reklam xarakterli qrafik və video materialların hazırlanması.
- Firmanın internet səhifəsində satılan məhsul məlumatları və media fayllarının yerləşdirilməsi.
- Firmanın sosial şəbəkə hesablarından (Facebook, instagram, Youtube və s.) reklam xarakterli media məlumatların doğru auditoriyaya vaxtında çatdırılması.
- Sosial şəbəkələr üzərindən kommunikasiyanın aparılması və aidiyyəti üzrə yönləndirilməsi.
- Görülən işlər və nəticələri ilə bağlı hesabatların hazırlanması.
- Tərəfdaşların təşkil etdiyi təlim, webinar və s. tədbirlərdə müştərilərin (sahə üzrə fəaliyyət göstərən həkimlər) iştirakının təmin edilməsi.
İş qrafiki: 10-18, altı günlük iş həftəsi
Vəd edirik: Əmək müqaviləsi, əməkdaşlıq etdiyimiz klinikada həkim və laborator müayinə qiymətlərində müəyyən güzəştlər (ailə üzvləri daxil).
Tələblər:
- Təhsil səviyyəsi: Bakalavr
- Dil bilikləri: İngilis dili – Üst orta səviyyə, Rus dili – Üst orta səviyyə.
- Word, Excel, PowerPoint – çox mürəkkəb olmayan tapşırıqların icrası səviyyəsində.
- Video və qrafik redaktor proqramları – çox mürəkkəb olmayan tapşırıqların icrası səviyyəsində.
- Arzu olunan xüsusiyyətlər: Fotoşəkil və video çəkmək həvəsi, Dürüstlük, Məsuliyyət, İşgüzar peşəkarlıq,
- Təşəbbüskarlıq.
Əmək haqqı: 500 AZN.
VAKANSİYA 20
Daşkəsən Dəmir Filiz MMC
Maliyyə mütəxəssisi
Son tarix 18 iyn 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Maliyyə cədvəllərinin hazırlanması, əvvəlki dövrlərin hesabatlarına nəzərən müqayisəli təhlillərin aparılması;
- Şirkətin maliyyə hеsаbаtının tərtibatında iştirak və fəаliyyətinin maliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lazım оlаn məlumatların tоplаnılmаsı və аnаlizi;
- Faktiki və büdcə rəqəmlərinin müqayisəli təhlili, kənara çıxmaların səbəblərinin araşdırılması;
- Şirkətin fəaliyyət xərclərinin аnаlizi, xərclərin аzаldılmаsı, mühasibat uçotunun düzgün təşkili və maliyyə vəsaitlərinin istifadəsində еffеktivliyinin artırılması istiqamətində təkliflərin verilməsi;
- Maliyyə ehtiyatlarının yetərli olub-olmamağını müəyyən etmək üçün maliyyə nisbətlərinin hesablanması;
- 1C proqram təminatına maliyyə məlumatlarının daxil edilməsinə iştirak etmək;
- Birbaşa rəhbərliyin tapşırıqların yerinə yetirmək
Namizədə tələblər:
- Ali təhsil (İqtisadiyyat üzrə, Maliyyə və ya Mühasibat uçotu üzrə);
- Mühasibatlıq üzrə minimum 2 il iş təcrübəsi;
- Analitik təhlil və riyazi hesablamalar apara bilməyi bacarmalıdır;
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
- Vergi Məcəlləsindən məlumatlı olmalı və BTP, E-taxes.gov.az, stat.gov.az, E-customs.gov.az portallarında işləmək bacarığı
Digər məlumatlar:
İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Maliyyə mütəxəssisi” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə e-mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 21
Zeta Group
1C Operator
Son tarix 18 iyn 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Brendlər üzrə gələn hesab-fakturaların sistemə işlənməsi və qeydiyyatı
- Sistemə işlənilən hesab-fakturaların excel formatında mühasibatlıq şöbəsinə göndərilməsi
- Mağazalara təyin edilmiş yeni işçilərə sistemdə uyğun giriş imkanların verilməsi və işdən ayrılan işçilərin adlarının çıxarılması.
- Sistem üzərindən brendlərə gedən sənədlərdə məlumatların düzgünlüyünü yoxlanması və problem yaranarsa aradan qaldırılması
- İlkin və təkrar malların dövriyəsi barədə sənədlərdəki məlumatların düzəldilməsi
- Yekun qiymət dəyişikliyi olan malların siyahısının müvafiq brendlərə yönləndirilməsi
- Mütəmadi olaraq anbar qalıqlarının uzlaşdırılması və sorğuları araşdırıb həll edilməsi.
- Vaxtaşırı təyin edilmiş endirimlərin sistemə işlənməsi və vaxtının uzadılması
- İnventarizasiyanın nəticələrini yoxlanılması və sistemə işlənməsi.
Namizədə tələblər:
- Müvafiq sahədə 1 il iş təcrübəsi
- Təhsil: Ali təhsil
- Dil bilikləri: Azərbaycan, Rus və İnglis dili arzuolunandır
- Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi
- Etibarlı istifadəsi: Microsoft Excel, Word
- Əzmkarlıq, stresə davamlı və komandada işləmə bacarığı
- Problemləri həll etmə bacarığı və dəqiqlik
- Tapşırıqlarını vaxtında yerinə yetirmək bacarığı
İş şərtləri:
- 5 günlük iş həftəsi
- İş saatı 9:00 –dan 18:00 -dək
- İstirahət: Şənbə və bazar günləri
- Əmək haqqı 550 - 600 AZN
- Namizədin biliyinə və təcrübəsinə əsasən Ə/M müəyyənləşəcək.
Maraqlanan şəxslər öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 22
Maqro Construction Azerbaijan
Smeta mühəndisi
Son tarix 18 iyn 2022 - [email protected]
Vəzifə üzrə öhdəliklər:
- Tikinti/quraşdırma üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
- Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb layihə rəhbərinə təqdim olunması;
- Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib azırlanması;
- İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması, onların yerinə yetirilməsi prosesinin hazırlanması, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmanın nəzərə alınması;
- İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edilməsi, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsi;
- Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üçün tapşırıqların tərtib edilməsi;
- Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması;
- Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi;
- Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
- Layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında aylıq, illik hesabatların tərtib edilməsi.
- Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
- Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
- Vahid qiymət analizləri;
- Aralıq ödənişlərinə nəzarət;
- Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi;
- Layihə cizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsi;
- Tikinti materialları və inventarına nəzarət;
- Layihə ilə bağlı proqresin sənədləşdirilməsi;
- Sub-podrat firmalara müqavilə ödənişlərinin təhlili və tətbiqi;
- BOQ qiymətləndirmə.
Namizəd bilməlidir:
- Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;
- Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.
Vəzifəyə dair tələblər:
- Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi;
- İnşaat mühəndisliyi üzrə ali təhsil;
- Eskiz və işçi layihəni oxuma bacarığı;
- Azərbaycan, ingilis dillərində sərbəst yazmaq və danışmaq bacarığı;
- Kompüter biliyi: MS Excel, MS Project, AutoCad;
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
- Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
- Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.
İş şəraiti haqqında məlumat:
- Həftə ərzində 5 günlük iş qrafiki
- İş saatı: 09:00-dan 18:00-dək
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək.
- İş yeri: Bakı şəhəri və rayonlar (ezamiyyələrə açıq olmalı)
Yalnız göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına, mövzu hissəsində “Smeta mühəndisi” qeyd edərək göndərə bilərlər.
VAKANSİYA 23
Nobel Energy
Senior Internal Auditor
Son tarix 18 iyn 2022 - [email protected]
Responsibilities:
- Perform periodic audits to ensure reliability and integrity of financial and operational information, as well as to ensure the processes are performed in compliance with laws, regulations and contracts;
- Ensure proper preparation of the Work Program for each of the Audit Engagements;
- Appropriately document audit engagement working papers;
- Prepare Key Engagement Findings Summary (including associated risks, cause of the finding, recommendation and reference to the supporting work paper) and present for discussion to the relevant auditee(s);
- Prepare Audit Report as a result of the performed audit engagement;
- Recommend control mechanisms for elimination of conditions inducing fraudulent actions;
- Perform other tasks related to the job.
Requirements:
- Higher education in economics, accounting or finance;
- At least 4 years of experience (including 2 years in the senior position) in the areas of internal audit or financial audit (internal audit experience is a significant plus);
- Fluent Azerbaijani and English;
- Proficient user of Microsoft Office programs;
- Any professional qualifications is a plus (CIA, ACCA, CPA).
To be considered for this position, please email your resume with reference “Senior Internal Auditor” in the email subject line. Only successful candidates (CV corresponding to all requirements) will be contacted.
VAKANSİYA 24
Divan Express Baku Hotel
Maliyyə meneceri
Son tarix 18 iyn 2022 - [email protected]
Vəzifə öhdəlikəri:
- Aylıq maliyyə hesabatların hazırlanması (Balans, Mənfəət və Zərər, Pul vəsaitlərinin hərəkəti hesabatları);
- Vergi (ƏDV, ÖMV, Mənfəət, Muzdlu və.s) bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
- Əmək haqqı ilə bağlı olan işlərin icrasına və hesabatların düzgünlüyünə nəzarət etmək;
- Büdcə və proqnoz hazırlanması;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi;
- Bütün satış və satınalmaları, mehmanxananın xərclərin yoxlanılması;
- Mühasibat uçotu ilə əlaqədar daxil olan sorğu və tələblərə vaxtlı-vaxtında cavab verilməsini və nəticə etibarilə müştəri məmnuniyyətini təmin edir;
- Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması və konfidensiallıq prinsipinə ciddi riayət olunması;
- Struktur bölmənin fəaliyyət dairəsinə daxil olan digər funksiyaları yerinə yetirilməsi;
Təhsil və Bacarıqlar:
- Maliyyə/mühasibatlıq və ya biznesin idarə edilməsi sahəsində ali təhsil;
- Təşkilati prosedurları bilməsi;
- Problemləri müəyyənləşdirmək və həll etmək, işə aktiv və planlı yanaşmaq bacarığı;
- İşi planlaşdırmaq və təşkil etmək bacarığı;
- İdarəetmə və liderlik bacarıqları;
- Qanunvericilik və normativ-hüquqi aktlar barədə biliklərin olması;
Dil bilikləri:
- İngilis və Rus dillərini bilməsi arzu olunandır;
İş təcrübəsi:
- Maliyyə və ya mühasibatlıq sahəsində ən azı 3 il təcrübəsi;
- Vergi qanunvericiliyi sahəsində biliklərə malik olmalı, müvafiq dəyişiklikləri daim izləməli və vaxtına tətbiq etməli;
- MS Office proqramlarını yüksək səviyyədə bilməli;
- Analitik təhlil və riyazi hesablamaları apara bilmə bacarmalı;
- Otel sahəsində təcrübəsi zəruridir;
- Əmək haqqı namizədin bilik və bacarıqları əsasında müəyyənləşəcək;
Necə müraciət etməli:
Yuxarıdakı tələblərə cavab verən namizədlər CV-lərini elektron ünvanına göndərə bilərlər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
VAKANSİYA 25
Chenot Palace
Marketing Coordinator
Son tarix 16 iyn 2022 - [email protected]
Key responsibilities:
- Assist in the development and implementation of the company’s brand strategy
- Support the marketing department's initiatives with the planning, executing, and tracking of marketing programs such as email, event, social media, or content marketing
- Manage Social Media Channels, preparing monthly calendars and Google Adwords campaigns
- Manage hotel’s database of press & guests
- Responsible for corporate messaging development and distribution
- Proactively generate ways to advance the hotel’s brand in industry trade publications, digital media, speaking opportunities, conference participation and other forms of advertising
- Prepare and manage leasing materials and project marketing materials as needed
- Provide market research, forecasts, competitive analyses, campaign results, and consumer trends
- Support the Sales & Marketing Director in evaluating and establishing the marketing plan and strategy by assembling and analyzing sales forecasts, setting objectives, planning and organizing promotional presentations, and updating calendars
- Plan and manage meetings, events, conferences, and trade shows by identifying, assembling, and coordinating requirements, establishing contacts, developing schedules and assignments, and coordinating mailing lists
- Write articles on behalf of Hotel/key employees
- Responsible for the distribution and content of e-newsletter
- Maintain a directory and inventory of sales support materials, ensuring all resources are current and accurate, and coordinate the creation of new materials as needed
- Ensure documents and marketing materials are current, accurate and properly reflect the brand and desired messaging
- Organizing Press Trip itineraries, meeting bloggers, influencers, journalists, etc.
- Performs other duties as assigned which are in the best interests of the Hotel
Requirements:
- Bachelor’s degree in marketing, advertising, or communications
- Past work experience as a marketing coordinator or similar role
- Knowledge of traditional and digital marketing, content marketing, and social media marketing
- Experience with research using data analytics software
- Excellent writing, communication, and presentation skills
- Proficiency in full Microsoft Office suite, especially with Excel and PowerPoint
- High level of written and verbal business Azeri, Russian and English;
- Highly developed organizational skills.
Benefits:
- Chance of co-working with well experienced team from worldwide famous hotel brands;
- Opportunity to participate in training & development programs;
- Maximum discount opportunities at hotels & other respective properties;
- Career opportunities in different industrial enterprises under PMD Group management;
- Medical insurance;
- Duty meal;
- Shared accommodation;
- Staff shuttle bus;
Interested candidates are requested to submit their CV by specifying the Job Title in the subject line.
Only shortlisted candidates will be contacted.
The deadline for application is June 15, 2022.
VAKANSİYA 26
Money4you.financial MMC
Press Officer
Son tarix 18 iyn 2022 - [email protected]
Job Description:
- Communicating with the press to deliver messages from the organization
- Building strong relationships with members of press and digital media
- Providing advice to senior members of staff with written communications with the press
- Proof reading and where necessary rewriting statements from senior members to press and media
- Managing various media campaigns throughout the organization with different goals and planned outcomes
- Ensuring the integration of digital and social media alongside any press and media campaigns
- Working on a wide range of marketing materials ensuring the message and tone of written communications is consistent throughout the organization and fits with the overall brand
- Being in contact with the press during times of crisis management or unexpected negative PR incidents
Job skills and Requirements:
- English language skills
- Computer skills on Microsoft Office 2019
- Knowledge about the media law and ethics
- Extraordinary communication skills
- Excellent writing and editing skills
- Proactive story generation
- Strong social media skills
- Strong teamwork skills
Please send your CV with "Press Officer (PO)" in the subject line.