VAKANSİYA 1
Hidro İnşaat Servis
Təchizat üzrə mütəxəssis
Son tarix 26 fev 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Təchizat prosesini vaxtında və prosedura uyğun icra etmək;
- Satınalma sifarişlərinin idarə edilməsini həyata keçirmək (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Satınalma prosesinin əsas icraçısı olaraq sənədləşmə işlərində bütün tərəfdaşlarla münasibətlərin əlaqələndirlməsi;
Namizədə dair tələblər:
- İnşaat sektorunda mövcud vakansiya üzrə minimum 3 il iş təcrübəsi;
- Satınalma müqavilələrin tərtibatı haqqında ümumi anlayış;
- İngilis və rus dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office proqramları və Logo proqramında işləmək bacarığı;
- Əməkdaşlıq, Təşəbbüskarlıq, Effektiv Ünsiyyət və Yenilikçi Yanaşma namizədlərdə axtarılan xüsusiyyətlərdir.
İş ünvanı: Nərimanov rayonu, Əhməd Rəcəbli küç. 2/28.
İş rejimi: Əlaqədar vəzifə üçün nəzərdə tutulan iş qrafiki həftəlik 6 gündür. İstirahət günü bazar günüdür.
Əmək haqqı: Namizədin bilik, bacarıqlarına və alacağı iş həcminə əsasən net 1000 – 1500 AZN aralığında olacaq.
Xahiş olunur, vakansiya üzrə təcrübəsi olan namizədlər işə müraciət üçün CV-lərini elan olunmuş vakansiya başlığı altında elektron ünvanına göndərsinlər.
Diqqətinizə çatdırlır ki; bütün müraciətlərə ayrı ayrı, diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən xüsusiyyətlərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri isə daha uyğun vakansiyalarda dəyərləndirilmək məqsədilə portala əlavə edilir.
VAKANSİYA 2
Azprotein Foods Group
Mühasib Köməkçisi
Son tarix 26 fev 2022 - [email protected]
Əmək haqqı: 700 AZN
İş qrafiki: Həftədə 6 gün
Nahar şirkət tərəfindən təmin olunur
Namizədə Tələblər:
- Yaxşı ofis proqramları biliyi (MS office)
- Azərbaycan dilini mükəmməl, rus və ingilis dilini bilmək arzuolunandır
- Müfaviq sahə üzrə ali təhsil
- Analitik təhlil, operativ işləmək bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq
- Vergi və Əmək Məcəlləsi üzrə biliklər
Vəzifə öhdəlikləri:
- Mühasibin tapşırıqlarının yerinə yetirilməsi
- Gündəlik satışların Excell-də işlənməsi
- Əməliyyatların 1C proqramında işlənməsi
- Əməliyyatların daxili mühasibatlıq sisteminə işlənməsi
- E-Qaimə fakturalarının yazılması
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Daxili mühasibatlıq işləri (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və.s
- Mühasibat sənədlərinin təhlükəsizliyini təmin etməlidir.
- Arxivə köçürülməsi üçün mühasibat sənədlərini elan etməlidir.
- İnventarizasiyada iştirak etməlidir.
- Mühasibat uçotu üzrə işlərin əmanət hissəsində iş görməlidir.
- Pul axınının ilkin mühasibat sənədlərində əks etdirməlidir.
- Müəssisənin bank hesablarında pul axını nəzarət etməlidir.
- Ödəniş sifarişlərini tənzimləyir və vaxtında təmin etməlidir.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.
VAKANSİYA 3
Bizim Market
İnventarlaşdırma üzrə mütəxəssis
Son tarix 26 fev 2022
Namizədə olan tələblər:
- Dəqiqlik və məsuliyyət;
- Rizayi biliyi və məntiqi təfəkkürü olmalı;
- Pərakəndə sektorunda təcrübəli olmalı;
- Komanda ilə işləmək qabiliyyəti;
- Səbrli və nəzakətli;
- İşgüzar və hədəf yönlü;
- Məsuliyyətli, dürüst;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
İş haqqında məlumat:
- Anbar sayımına hazırlıq prosesində və sayım prosesinin özündə iştirak etmək;
- Sayım işinin həyata keçirilməsi, oğurluq,mal əskikliyi və bu kimi mənfi halların aşkar olunması.
İş şəraiti:
- 5 günlük iş həftəsi (ay ərzində 5 gün gecə növbəsi);
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı 400-500 AZN.
VAKANSİYA 4
Company
Mühafizə rəisi
Son tarix 26 fev 2022 - [email protected]
İş haqqında məlumat:
- Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakının təhlükəsizliyini təşkil edir;
- Buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət edir;
- İş yerlərində istənilən şəxslər tərəfindən mümkün ziyan vurula biləcək əməllərin qarşısının alınması üzrə müvafiq tədbirlər təşkil edir;
- Şirkətdə təhlükəsizliklə bağlı insidentlərin baş verdiyi təqdirdə şirkətdaxili qaydalara əsasən daxili araşdırma aparır;
- Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparır;
- Müşahidə kameraları vasitəsi ilə, işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil edir;
- Daima işin təkmilləşdirilməsinə çalışmalı və bununla əlaqədar rəhbərliyə təkliflər irəli sürməlidir.
Namizədə olan tələblər:
- Təhlükəsizlik sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
- Azərbaycan dili (əla), Rus dili (arzuolunan);
- İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq;
- Yüksək ünsiyyət və danışıq qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Təzyiq altında işləmək bacarığı;
- Kompüter biliyi: MS Word, Outlook;
- Sürücülük vəsiqəsinin olması zəruridir.
İş şəraiti:
- Əmək haqqı: 1500 AZN +
- 5 günlük iş həftəsi
- Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur
Maraqlanan namizədlər mövzu bölümündə “Mühafizə rəisi” yazaraq CV-lərini göndərə bilərlər.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 5
Caspos MMC
Baş mühasib
Son tarix 26 fev 2022 - [email protected]
Məsuliyyət və vəzifələr:
- Mühasibatın işinə rəhbərlik edir və cavabdehlik daşıyır.
- Mühasibat sənədlərinin tərtibatına və dövriyyəsini tam nəzarət edir və cavabdehlik daşıyır.
- Cəmiyyətin mühasibatlığına daxil olan hesabların ERP proqram məhsulunun bazasına daxil edilməsini təmin edir;
- Daxil olan hesablara əsasən ödəniş tapşırığının hazırlanmasını təmin edir;
- Satış müqavilələrinə əsasən müştərilərə hesab göndərilməsini təmin edir, müştərilər tərəfindən ödənişin həyata keçirilməsinə nəzarət edir;
- Bank əməliyyatlarının aparılmasını və ERP proqram məhsulunun bazasında həmin əməliyyatların qeydiyyatını təmin edir;
- Kredit əməliyyatlarının aparılmasını və ERP proqram məhsulunun bazasında həmin əməliyyatların qeydiyyatını təmin edir;
- Əsas vəsaitlərin hərəkətinin qeydiyyatının aparılmasını təmin edir;
- Malların mədaxil və məxaric qaimələrinin yazılmasına nəzarət edir;
- Kassa əməliyyatlarının qeydiyyatının aparılmasına nəzarət edir;
- Müvafiq müxabirləşmələrə nəzarət edir və cavabdehlik daşıyır.
- Müəssisənin mənfəət və zərərinin müəyyənləşdirir
- Aylıq və rüblük hesabatların, illik balansın tərtib edir və müvafiq dövlət orqanlarına təqdim edir.
- Mühasibatın işini təşkil edir və nəzarət edir;
- Dövlət orqanlarına təqdim ediləcək hesabatları hazırlayır və tələb olunan müddətlərdə aidiyyatı üzrə təqdim edir;
- Mühasibatın işçilərinin vəzifə öhdəliklərini müəyyənləşdirir və rəhbərlik ilə razılaşdırırır;
- Mühasibatın işçilərinin peşqəkarlıq qabiliyyətlərinin artırılması məqsədilə onların kurs və təlimlərə göndərilməsi ardıjıllığını müəyyənləşdirir və rəhbərlik ilə razhılaşdırılır;
- İşçilərin müəyyən olunmuş vaxtda əmək haqqlarını almasını təşkil edir, sosial və digər müavinətlərin alınmasına nəzarət və təşkil edir;
- Balans hesabları üzrə təqdim edilmiş aylıq dövriyyə cədvəllərinə nəzarət edir;
- Aylıq olaraq cəmiyyətin mənfəətini müəyyənlləşdirir.
Tələblər:
- Ali iqtisadi təhsili
- Azərbaycan, rus , ingilis dillərini tələb olunan səviyyədə bilmək;
- Mühasibat proqramlarını bilmək və kompüterdə işləmək bacarığı
- Mühasibatlıq üzrə ən azı 3 il staj
Fərdi keyfiyyətlər:
- Diqqətlilik
- Məsuliyyətlilik
- Təşkilatçılıq
- Səliqəlilik
Məşğulluq: Tam
VAKANSİYA 6
BOKT AzKredit ASC
Problemli kreditlər üzrə köməkçi
Son tarix 26 fev 2022 - [email protected]
İş yeri Bakı şəhərində BOKT AzKredit ASC-nin Baş ofisində olacaq.
Əsas vəzifə və öhdəlikləri:
- Bank işinə dair hesabatların, standart rəsmi sənədlərin, poçt göndərişlərinin, maliyyə məlumatlarının işlənməsi, hazırlanması;
- Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin, iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin tərtib edilməsi;
- Müştərilərlə borcların ödətdirilməsi istiqamətində müvafiq kommunikasiyaların aparılması.
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
- Ali təhsil,
- Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət qurmaq bacarığı;
- Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək;
- Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
- Təşkilatın missiyasına sadiqlik.
Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini 26 fevral 2022-ci il tarixinədək e-mail vasitəsilə təqdim etsinlər.
E-məktubunuzun mövzu hissəsində “Problemli kreditlər üzrə köməkçi” göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 7
Asfarma
Bölgə müdiri (Bakı)
Son tarix 26 fev 2022 - [email protected]
Namizədə olan tələblər:
- Ali Tibbi və yaxud bioloji təhsil
- Yaş həddi 26-40
- BM vəzifəsində ən az 2 il iş təcrübəsi.
- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olan.
- Komanda şəklində işləməyi bacaran, punktual, yaradıcı,
- İşə planlı yanaşma bacarığı və stresə dözümlü şəxslər əsas namizəddir
- Ofis proqramları (Word, Excel, Power Point, Photoshop) və rus, ingilis dilləri bilgisi əlavə avantajdır.
İş barədə məlumat:
- Şirkətin məhsullarını tibbi müəsisələrdə tanıdılmasını təşkil etmək
- Verilən çalışma stratejilərinin bölgədə tətbiqinə nəzarəti heyata keçirmək
- Rəhbərliyin digər tapşırıqlarını həyata keçirmək və hesabatların hazırlanması.
- Tibbi nümayəndələrin təlimi.
- Tibbi nümayəndələrlə ikili vizitlərin icrası.
- Aparıcı həkimlərlə iş görüşmələrinin keçirilməsi.
Əmək haqqı 1500-2300 AZN
İş günləri: Həftə içi 5 gün, 09:00-dan 18:00-dək
Uyğun namizədlər məktubun mövzusunda “Bölgə Müdiri” göstərməklə öz şəkilli CV-lərini qeyd olunan e-mail ünvanına göndərə bilərlər.
Əlaqədar şəxs: Afaq Ağabalayeva
Telefon (012) 440-12-43, 563-50-15
VAKANSİYA 8
Zeta Group
Internal Financial Auditor
Son tarix 26 fev 2022 - [email protected]
Responsibilities:
- Researching companies in detail prior to commencing the auditing process.
- Planning financial audits of businesses from start to finish.
- Collecting, preparing, and organizing physical and digital documentation for auditing processes.
- Identifying key areas and issues for further investigation and analysis.
- Assessing core business competencies and valuations.
- Evaluating figures, accounts, and statements with other auditing clerks, internal auditors, and tax officers.
- Verifying documents, figures, and account details for auditing.
- Assisting other stakeholders in determining valuations, figures, and projections.
- Compiling and presenting findings in written and verbal forms to senior members of the auditing team.
- Recommending and advising on subsequent actions and processes to be undertaken by the business.
- Evaluate financial documents for accuracy and compliance with federal regulations
- Identify the financial risk of the organization and offer recommendations to reduce risk.
- Identify accounting and financial record-keeping processes that can be improved
- Determine ways to cut costs and improve profitability
- Assess the efficiency and productivity of internal staff and make recommendations for improvement
- Present findings to upper management in the form of reports and presentations
Requirements:
- A bachelor's or master's degree in accounting or accounting sciences.
- Certification as a Certified Internal Auditor, Certified Financial Services Auditor, or similar.
- At least 5 years’ experience as a financial accountant, financial analyst or business accountant.
- A thorough understanding of key areas such as risk, compliance, and financial legislation.
- In-depth knowledge of accounting software such as Sage Pastel, SAP, or similar systems.
- Impeccable organizational and analytical skills.
- Ability to work in a team environment.
- Ability to work according to tight deadlines.
- Proficient at detailed report writing and presentation.
- Exceptional financial research training and abilities.
Work conditions:
- Work hours 09:00 - 18:00
- Work days 5/2
- Salary 1500 net
Interested candidates please email your CV by indicating the position title (Internal Finance Auditor) in the subject line. Please note that only shortlisted candidates will be contacted.
VAKANSİYA 9
Falcon Finance
İnsan resursları üzrə Mütəxəssis
Son tarix 26 fev 2022 - [email protected]
Tələblər:
- Yaş: 22-30 arası;
- Cinsi: Xanım;
- Azərbaycan dili səlis, rus və ingilis dillərini bilməyi arzuolunandır;
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Analitik zəka,məntiq, müştərilərlə işləmək qabiliyyəti;
- Etik Davranış Məcəlləsinə riayət etmək;
- Mükəmməl kommunikasiya qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Vəzifə öhdəliyi:
- AR Əmək Qanunvericiliyi üzrə biliklər və Elektron Hökumət portalından sərbəst istifadə qabiliyyəti;
- Elektron sistemə kadr hərəkətinə müvafiq olaraq bildirişlərin daxil edilməsi;
- Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi və müvafiq sənədləşmənin təşkil edilməsi;
- Əmək haqqı kartlarının sifariş olunması;
- Əmək kitabçalarında müvafiq qeydlərin aparılması;
- Məzuniyyətlərin rəsmiləşdirilməsi;
- Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
- Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi;
- İnsan Resurslarının idarə edilməsi və digər icra edilən işlər ilə əlaqədar rəhbərliyə hesabatların verilməsi;
Şəxsi Keyfiyyətlərə tələblər:
- Təşəbbüskar;
- Ünsiyyətcil;
- Məsuliyyətli;
- Komandada işdəmək bacarığı;
Əmək haqqı: 250 Azn -300 Azn
VAKANSİYA 10
Asfarma
Bölgə müdiri (Gəncə)
Son tarix 26 fev 2022 - [email protected]
Namizədə olan tələblər:
- Ali Tibbi və yaxud bioloji təhsil
- Yaş həddi 26-40
- BM vəzifəsində ən az 2 il iş təcrübəsi.
- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olan.
- Komanda şəklində işləməyi bacaran, punktual, yaradıcı,
- İşə planlı yanaşma bacarığı və stresə dözümlü şəxslər əsas namizəddir
- Ofis proqramları (Word, Excel, Power Point, Photoshop) və rus, ingilis dilləri bilgisi əlavə avantajdır.
İş barədə məlumat:
- Şirkətin məhsullarını tibbi müəsisələrdə tanıdılmasını təşkil etmək
- Verilən çalışma stratejilərinin bölgədə tətbiqinə nəzarəti heyata keçirmək
- Rəhbərliyin digər tapşırıqlarını həyata keçirmək və hesabatların hazırlanması.
- Tibbi nümayəndələrin təlimi.
- Tibbi nümayəndələrlə ikili vizitlərin icrası.
- Aparıcı həkimlərlə iş görüşmələrinin keçirilməsi.
Əmək haqqı 1500-2300 AZN
İş günləri: Həftə içi 5 gün, 09:00-dan 18:00-dək
Uyğun namizədlər məktubun mövzusunda “Bölgə Müdiri” göstərməklə öz şəkilli CV-lərini qeyd olunan e-mail ünvanına göndərə bilərlər.
Əlaqədar şəxs: Afaq Ağabalayeva
Telefon: (012) 440-12-43, 563-50-15
VAKANSİYA 11
Avromed Company QSC
Executive Assistant
Son tarix 25 fev 2022 - [email protected]
Duties and responsibilities:
- Managing the executive’s calendar, including making appointments and prioritizing the most sensitive matters;
- Organizing meetings, including scheduling, sending reminders, and organizing catering when necessary;
- Handle requests and queries appropriately;
- Providing administrative assistance, such as writing and editing e-mails, drafting memos, and preparing communications on the executive’s behalf;
- Acting as the point of contact among executives, employees, clients and other external partners;
- Make travel and accommodation arrangements;
- Screen and direct phone calls and distribute correspondence;
- Copying, scanning, and faxing documents, as well as taking notes;
- Preparing facilities for scheduled events and arranging refreshments, if required.
Requirements:
- High education (preferably in Business Administration);
- Fluent in Azerbaijani language, English and Russian;
- Proven work experience as an Executive Assistant;
- MS Office proficiency;
- Excellent organisational and time management skills;
- Excellent verbal and written communications skills;
- Discretion and confidentiality;
- Ability to multitask and prioritise tasks;
- Excellent time management skills;
- Well-developed organisational skills;
- Attention to detail.
Please send your CV to email address by mentioning “Executive Assistant” in the subject line.
Deadline: 25 February 2022.
VAKANSİYA 12
Neptun Supermarket
Call Center Supervayzer
Son tarix 26 fev 2022 - [email protected]
Namizədə tələblər:
- Təhsil : Ali.
- İş təcrübəsi : 1 ildən 3 ilə qədər.
- Yaş : 20 - 35.
- Cins : Qadın
- Azərbaycan və rus dillərini mükəmməl bilinməsi.
- Kompüter bilikləri ( MS Office )
- Aydın və dəqiq danışıq qabiliyyəti.
- Səliqəli görünüş.
- Stressə davamlı.
- Komandada işləmək bacarığı.
- Problem həll etmə bacarığı.
- İşində məsuliyyətli, səliqəli və dəqiq olunması.
- Punktual, xoş görünüşlü.
- Effektiv ünsiyyət,çeviklik,məsuliyyətlililk, intizamlıq.
Vəzifə öhdəlikləri:
- Operativ olaraq telefon zənglərini qəbul edilməsi.
- Müştərilərin istəklərini qeydə alınması və texniki şöbəyə yönləndirilməsi.
- Müştərilər tərəfindən verilən sualları cavablandırması və müvafiq şəxsə yönləndirilməsi.
- Daxil olan müraciətlərin qeydə alınması.
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi.
- Zənglərin və müraciətlərin nəzarəti.
- Müştərilərin şikayət,təklif və tövsiyələrini dinləmək və müvafiq şəxsə yönləndirilməsi.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.
- Həftədə 6 iş günü.
- Nahar verilir.
Tələblərə cavab verən namizədlər mövzu yerində “ Call Center Supervayzer ” yazaraq, CV-lərini email ünvanına göndərə bilərlər.
VAKANSİYA 13
Star Mining LLC
Sənədlər üzrə Nəzarətçi
Son tarix 26 fev 2022 - [email protected]
Namizədə tələblər:
- Yaş həddi: 25-40
- Ən azı 1 il müvafiq sahədə təcrübə
- Rus və İngilis dillərində bilməsi arzu olunandır
- Outlook, Excel və Word proqramlarında peşəkar işləmək bacarığı
- Komandada işləmək bacarığı
- İşinə məsuliyyətli yanaşma, diqqqət və çeviklik
Vəzifə təlimatı:
- Təchizat şöbəsinə aid sənəd dövriyyəsi prossesinə nəzarət etmək;
- Təchizat şöbəsinin prosedurlarından xəbərdar olmaq
- Daxil və xaric olan sənədlərin qeydiyyat sisteminə daxil edilməsi, saxlanılmasını və istifadəsini yeniləmək və təmin etmək, elekron kopyaların saxlanılması;
- Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsini təşkil etmək və onun təkminləşdirilməsinə dair təkliflər vermək;
- Sənəd axınının qeydiyyatının və nəzarətin təşkili;
- Sənədləri aidiyyatı üzrə bölüşdürmək və icraçılara çatdırılmasını təşkil etmək;
- Sənədlərdən istifadə edilməsini təmin etmək;
- Sənədlərin təhlükəsizliyinin təmin olunması, nüsxələrin saxlanılması, arxivləşdirilməsinin və elektronlaşdırma işinin təmin olunması;
- Tərəfdaş şirkətlərin müqavilələrinin və sənədlərinin yoxlanılması, şirkətin proseduruna uyğun olub olmamasına nəzarət etmək;
- Sənədləşmə işi ilə bağlı yazışmaların və danışıqların aparılması;
- Aylıq hesabatların hazırlanması;
- Malların sənədlərini tam olmasını, gələn sənədlərin (qaimə, mədaxil və məxaric orderləri) yoxlamaq, anbarla uyğunlaşdırmaq;
- Şirkətin bütün prosedur və təlimatlarına, həmçinin təchizat etikalarına riayət etmək;
- Təchizat şöbəsinin rəhbəri tərəfindən verilən əlavə tapşırıqları yerinə yetirmək
İş vaxtı: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
Nahar şirkət tərəfindən təmin edilir.
İşə qəbul əmək məcəlləsinə uyğun aparılır.
Uyğun namizədlər CV formalarını mail-a mövzu yerində “Sənədlər üzrə Nəzarətçi/Təchizat” qeyd edərək göndərə bilərlər.
VAKANSİYA 14
NBCO KredAqro
59
Filial müdiri (Quba)
Son tarix 26 fev 2022 - [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Filialın işçi heyətinin idarə olunması;
- Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
- Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
- Filial kredit komitəsində iştirak etmək və komitəyə sədrlik etmək;
- Filialın büdcə proqnozlarının hazırlanmasında iştirak etmək və yerinə yetirilməsini təmin etmək;
- Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək, monitorinqlərin vaxtlı-vaxtında keçirilməsini təmin etmək.
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- İdarəetmə və liderlik qabiliyyəti;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
- Əmək haqqı 1000-1200 manat gross və aylıq bonus.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Filial müdiri, Quba) qeyd etməklə göndərmələri xahiş olunur.
VAKANSİYA 15
Retail Group Azerbaijan
İnsan resursları şöbəsinin rəhbəri
Son tarix 26 fev 2022 - [email protected]
İş yeri: Nargiz Mall Baş Ofis
İş vaxtı: 5 günlük (həftədə 40 saat) Şənbə - Bazar istirahət günləri
Tabeçilik: Ölkə üzrə direktor
Vəzifə və öhdəliklər:
- Beynəlxalq şirkətdə İnsan resursları proseslərinin idarə edilməsi;
- İşə qəbul, xitam, vəzifə dəyişikliyi, təlimlər və s. ibarət olan insan resursları prosedurlarının əhatə edildiyi təşkilati işlərin həyata keçirilməsi;
- İşə qəbul, təlimlər, əmək haqqı proseslərinin koordinasiyası və idarə edilməsi;
- İnsan resursları qaydalarının təkmilləşdirilməsi və tətbiq edilməsi;
- Təsdiq edilmiş qaydalara uyğun olaraq işə qəbul prosesinin həyata keçirilməsi və idarə edilməsi;
- Şöbə rəhbərlərinə yeni işçilərin qəbulu ilə bağlı müvafiq dəstək və tövsiyyələrin verilməsi;
- Baş ofisdə vakant vəzifələrlə bağlı müvafiq elanların verilməsi;
- Müsahibələrin keçirilməsi və lazım olduqda müsahibə mərhələlərində iştirak;
- Vəzifə təlimatlarının yazılması, yenilənməsində iştirak və bu prosesin təşkil edilməsi;
- Xidməti fəaliyyətin qiymətləndirilməsi (KPİ, target, evaluation) prosesinin təşkil edilməsi və həyata keçirilməsi;
- İşçi heyəti üçün müvafiq təlimlərin təşkil edilməsi, keçirilməsi və keçirilməsinə nəzarət;
- Günlük, həftəlik, aylıq davamiyyətə nəzarət edilməsi;
- İşçilərin əmək haqlarının, aylıq bonuslarının hesablanmasına nəzarət edilməsi və bu prosesin təşkili;
- İnsan resurslarının büdcəsinin idarə edilməsi;
- Şirkətin beynəlxalq və baş ofisi ilə mütəmadi əlaqələrin qurulması;
- Baş ofis tərəfindən təşkil edilən İnsan resursları ilə bağlı layihələrdə iştirak etmək;
- Daxili nizam-intizama nəzarət edilməsi;
- Administrativ dəstəyin göstərilməsi;
- Şirkətin beynəlxalq qaydalarının daxili qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
- İşə qəbul, xitam, vəzifə dəyişikliyi ilə bağlı sənədləşmələrin qanunauyğunluğuna nəzarət edilməsi;
- Əmək müqavilələrinin bağlanmasına və dəyişdirilməsinə, həmçinin Elektron hökümət portal ilə işə nəzarət edilməsi;
Tələblər:
- İnsan resursları sahəsində 5-10 il iş təcrübəsi;
- Yüksək səviyyədə idarəçilik bacarıqları;
- Yüksək səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri də üstünlük təşkil edir);
- Ofis proqramlarından əla səviyyədə istifadə etmək bacarıqları;
- Tələbkarlıq, inandıra bilmək, təqdimat, problemləri həll edə bilmək, məsələlərə kompleks yanaşma bacarıqları.
- Ali təhsil.
Zəhmət olmasa yalnız göstərilmiş tələblərə cavab verən namizədlər öz CV formalarını (şəkilli, azərbaycan və ya ingilis dillərində) email ünvanına göndərsinlər. Müsahibələrin növbəti mərhələsinə yalnız uyğun və seçilmiş namizədlər dəvət ediləcəkdir.
VAKANSİYA 16
Autolux Azerbaijan LLC
Marketing mütəxəssisi
Son tarix 26 fev 2022
İş qrafiki : 09:00-18:00/bazar ertəsi-cümə
Namizədə olan tələblər:
- 3 il müvafiq (Avtomobil sahəsində iş təcrübəsinə malik olanlara üstünlük verilə bilər) sahədə iş təcrübəsi ;
- Ali təhsil;
- Rus-dili biliyi ;
- İngilis-dili biliyi;
- Yaş həddi 22-30 ;
Vəzifə öhdəlikləri:
- Bütün marketinq, reklam və stimullaşdırma heyətininin və tədbirlərinin idarə olunması və əlaqələndirilməsinin həyata keçirilməsi
- Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi
- Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması
- Yeni və mövcud avtomobillər üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi
- Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi
- Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması
- Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi
- Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi
Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.