VAKANSİYA-1
İşəgötürən: Parabank ASC
İnsan resursları departamentinə mütəxəssis
Vəzifə öhdəlikləri:
• Təşkilat üzrə potensial işçi mənbələrinin müəyyən edilməsini araşdırmaq;
• Təşkilat tələblərini yerinə yetirmək üçün vaxtında və məhsuldar yolla müvafiq işçilərin cəlb etməsilə bağlı təkliflərin verilməsi;
• Təşkilat üzrə mövcud vakansiyalara tələblərin müəyyən edilməsi, elanların yerləşdirilməsi,işə qəbul üzrə müsahibələrin aparılmasında iştirak;
• Müvafiq vakansiya yarandıqda Banka daxil olan CV-lərin seçilməsi, aidiyyatı departamentlərlə müsahibənin keçirilməsinin təşkil edilməsi;
• İşə qəbul edilən işçilərin eyni zamanda vəzifə dəyişikliyi və işdən azad edilmə prosesslərinin Elektron Hökümət Portalına yığılması;
• Potensial namizədləri müəyyənləşdirmək məqsədilə daxili işçi heyətinin, əmək bazarının və işə götürmə agentliklərinin dəyərləndirilməsində iştirak etmək;
• Təşkilatın potensial namizədlərə ən yaxşı iş yeri kimi tanıtmaq və təbliğ etmək;
• Yeni işçilər üçün tanışlıq/oriyentasiya prosesinin, o cümlədən xidməti fəaliyyətin qiymətləndirməsi təhlili standartlarının hazırlanması, inkişaf etdirilməsi və/və ya tətbiq edilməsi;
• Müvafiq dövlət idarələrinə və hesabat verilən təşkilatlara aylıq və illik hesabatın hazırlanmasına birbaşa nəzarətin həyata keçirilməsi;
• Təşkilatın məqsədlərinə nail olmaq üçün lazım olan bilik və bacarıqları inkişaf etdirmək, iş prossesində ortaya çıxan problemlərinin həllinə kömək göstərmək;
• İşçilərin qiymətləndirmə sistemi KPİ üzrə qiymətləndirilməin keçirilməsi və nəzarət;
• İnsan Resurslarının idarəedilməsilə bağlı təlimatların yazılmasında yaxından iştirak etmək;
• İR idarə edilməsilə əlaqədar məlumatların effektiv və dəqiq təmin və təhlilinə, başqa biznes sistemləri və prosesləri ilə vəhdətin təşkil etməsinə nail olmaq;
Tələblər :
• Əmək qanunvericiliyini mükəmməl bilməli
• Sahə üzrə təcrübə 3-5 il
• Elektron Hökümət Portalında işləmə bacarığı
• Microsoft Office Excel, Word, Outlook proqramları üzrə işləmə bacarığı
• Əmrlərin hazırlanması,sənədləşmə qaydalarını bilməli
Yalnız tələblərə uyğun olan namizədlərin CV-ə baxılacaq. CV-də şəkilin olması mütləqdir.
Maraqlanan şəxslər subject (mövzu bölməsində) “İnsan resursları departamentinə mütəxəssis” başlığı ilə [email protected], [email protected] ünvanına CV ilə müraciət edə bilərlər.
VAKANSİYA-2
İşəgötürən: Kontakt Home
"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vakansiya: Problemli kreditlər üzrə müfəttiş (Gəncə)
Tələblər:
• Təhsil: ali (hüquq təhsili olanlara üstünlük veriləcək)
• Problemli kreditlər sahəsində iş təcrübəsi arzu olunandır
• Tələbkar, obyektiv, məsuliyyətli, aktiv və çevik olmalı
• Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı
Vəzifələr:
• Problemli kredit portfellərinə nəzarət etmək
• Hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaratmaq
• Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi
• Gecikmədə olan problemli müştərilərlə bilavasitə ünsiyyətin yaradılması, iş aparılması, kompleks tədbirlərin həyata keçirilməsi
• Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: həftənin 6 günü, istirahet günü: bazar
• Telefon danışıqları və işlə əlaqədar digər xərclər şirkət tərəfindən təmin edilir
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
VAKANSİYA-3
İşəgötürən: Buta Construction
“Buta Construction” Qapalı Səhmdar Cəmiyyəti aşağıdakı vakansiya üzrə namizəd axtarır: Yol mühəndisi
Tələblər:
• Müvafiq sahədə ali təhsil;
• Yol tikintisi sahəsində təcrübəyə malik olmalı. Tikinti sahəsində iş təcrübəsi 5 ildən az olmamaq şərtilə;
• İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, AutoCAD,) ;
• Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmcinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilməli;
• Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilməli;
Vəzifə öhdəlikləri:
• Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edir;
• Yol-inşaat Materialların, konstruksiyaların və məmulatların araşdırılmasını, bu istiqamətdə beynəlxalq əlaqələrin qurulması üzrə təkliflərin verilməsi;
• Materialların qəbul olunmasını və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edilməsi;
• Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət edilməsi;
• Vəzifə təlimatında göstərilmiş digər öhdəlikləri yerinə yetirilməsi.
• İş rejimi : 6 günlük
• Şəhər: - Bakı
• Yaş: 25-45 yaş
• Təhsil: Ali
• İş yeri: Bakı şəh.,
CV üçün e-mail: [email protected] (Yol Mühəndisi başlığı ilə göndərməniz xahiş olunur).
VAKANSİYA-4
İşəgötürən: Emsan
Satış məsləhətçisi
İş barədə məlumat:
• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tədbiq etmək
• Müştəriləri mağazada qarşılamaq, mallar haqqında ətraflı və doğru məlumat vermək
• Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
• Mağaza müdirinin tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək
İş şəraiti:
• Əmək haqqı + bonus
• İş rejimi: 6 günlük iş rejimi
Tələblər:
• Təhsil: Orta ixtisas (Ali təhsili olması arzu olunandır)
• İş təcrübəsi: Satış sahəsində azı 1 il iş stajı
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
• Satış qabiliyyəti olmalı
• Dəqiq və işinə qarşı məsuliyyətli olan
• Ünsiyyəcil və yüksək danışıq qabiliyyəti
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Satış məsləhətçisi” qeyd edərək şəkili CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA-5
İşəgötürən: Cofferica
Компания Cofferica Coffee Roasters-Мы поставляем кофе на территории Азербайджана – объявляет о вакансии «Экспедитор - мерчендайзер».
Требования:
• Опыт работы на подобной должности минимум 1 год
• Полное среднее образование, высшее приветствуется
• Пол - Мужской
• Возраст от 20-28 лет
• Знание основ мерчендайзинга
• Стандартное знание офисных программ, MS Outlook
• Обязательное наличие рекомендации
Обязанности:
• Разработка стандартов мерчандайзинга, планограммы, фотоэталоны
• Мониторинг соответствия стандартам (визиты и фотоотчеты)
• Мониторинг конкурентов
• Ротация товара , улучшение стандартов для роста продаж
• Анализ продаж, поиск возможностей для роста продаж
• Доставка заказов оптовиков.
• Наличие прав обязательно.
Компетенции:
• Активность
• Креативность
• Ответственность
• Целеустремленность
• Пунктуальность
• Стремление к саморазвитию
Условия:
• Шестидневная рабочая неделя со сменным графиком (обсуждается индивидуально)
• Оклад 500 AZN + проценты от продаж.
• Профессиональный рост и развитие
• Оплачиваемый отпуск
Кандидатов просим отправлять свое резюме с фотографией на e-mail: [email protected] ,указав в теме письма название вакансии «Экспедитор».
На интервью будут приглашены только те кандидаты, которые будут соответствовать вышеуказанным требованиям..
VAKANSİYA-6
İşəgötürən: Quba Palace Hotel
Marketinq Meneceri
• Yeni müştərilərin analizi və potensial müştəri bazasının yaradılması
• Şirkətin fəaliyyətinə uyğun marketinq strategiyalarının hazırlanması və yeni ideyaların təqdim edilməsi
• Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketing fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
• Rəqiblərin araşdırılması və müvafiq təkliflərin hazırlanması
• Marketinq və satışın planlaşdırılması və hesabatlar
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
• Şirkətin yeni və mövcud layihələr üzrə marketinq və satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi
• Reklam və tanıtım ehtiyaclarının təyin edilməsi ( bütün çap materiallarının sifarişi və nəzarətin həyata keçirilməsi , reklamların və digər aktivliklərin sifarişinə, hazırlanmasına nəzarət edilməsi)
• Promoaksiyalarını və təkliflərini hazırlanması
• Sosial şəbəkələrdə və saytda carı aksiyalara dair bannerlərin və postların yerləşdirilməsinə nəzarət və sosial şəbəkələrdə aksiyaların keçirilməsinə dair büdcənin müəyyənləşdirilməsi, büdcə xərcləri hesabatının aparılması
• Bukletlərin paylanması üzrə planın tərtibi və nəzarəti
• Partyonlar ilə birlikdə aksiyaların hazırlanması
• Lazım olan prezentasiyaların və dizaynların hazırlanması
• Müştərilər tərəfindən olan şikayətlərə ciddi nəzarət (sosial şəbəkələrdə, telefonla zənglər, anket-sualçıda olan şikayətlər).
Tələblər :
- Ali təhsil
- Azərbaycan, Rus və İngilis dillərini mükəmməl səviyyədə bilməli
- Marketinq sahəsində ən azı 3 il iş təcrübəsi
- Marketinqin və satışın əsasları və təşkili üzrə əsas metod və vasitələri bilməli
- Marketinq strategiya və planların hazırlanması metodologiyasını, bazarda mövqeləşmə və seqmentasiya üsullarını bilməli
- Yüksək idarəcilik və təşkilatcılıq bacarığları
- Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı yüksək olmalıdır
- Nəqliyyat və yataqxana ilə təmin olunma;
- Nahar ilə təmin olunma;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.
Vakansiyaya uyğun olan namizədlər CV-lərini [email protected] ünvanlarına göndərə bilərlər.
VAKANSİYA-7
İşəgötürən: Cahan Motors
Ehtiyat hissələri üzrə menecer
∙ Müştərilər üçün düzgün ehtiyat hissələrinin anbarda olmasından əmin olmaq, sifariş zamanı düzgün analiz aparmaq və dövriyyədə olan boş vəsaiti minimuma çatdırmaq;
∙ Departamentdə iş gedişatını analiz etməli və lazımi yerlərdə işə müdaxilə edib vaxtında tamamlanmasına köməklik göstərmək;
∙ Müştəri razılığına və loyallığına nail olmaq üçün bütün lazımi vasitələrdən istifadə etməlidir, anbarda olan ehtiyat hissələrinin və aksessuarların sərfiyyatını izləməli və anbarda "ölü hissələr"i minimuma salmaq xidmətə nəzarət etmək;
∙ Xidmət ilə bağlı statistik hesabatlar hazırlamaq;
∙ Gündəlik iş şəraitində etik standartlara riayət olunmasına nəzarət etmək;
∙ Departamentin maliyyə durumunu analiz etmək, planlaşdırmaq və qoyulan hədəflərə nail olmaq;
∙ Servisin daxili, zəmanət və müştəri ehtiyaclarına nəzarət edən sistemin yaradılmasında və inkişafında köməklik etmək;
∙ Texniki məsələləri – kleimləri, zəmanət işlərini, kompyuter sistemlərini, proses və proseduraları, ehtiyat hissələrinin saxlanma və qəbulu qaydalarını və s. daima nəzarətdə saxlamalı, yoxlamalı və təkmilləşdirməli;
∙ Kompyuterdən istifadə edərək gündəlik əməliyyatlara nəzarət etmək;
∙ Ehtiyat hissələri sisteminin düzgün işləməsindən və məlumatların doğruluğundan əmin olmaq;
∙ Şöbədə təmiz və professional mühit yaratmalıdır;
∙ Ehtiyat hissələri şöbəsinin fəaliyyətində birbaşa iştirak etmək;
∙ Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək.
∙ Şirkətin mənafeyinin qorumaq, şirkətə, onun müştərilərinə aid olan məxfi məlumatları, sənədlərin (kommersiya sirri) üçüncü şəxslərə açmamaq;
∙ İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşımaq;
∙ Rəhbərlik tərəfindən verilən tapşırığı tam və vaxtında yerinə yetirilməsi;
∙ Korporativ etikaya riayət etmək və şirkətin tələblərinə cavab vermək;
Namizədlərə tələblər:
∙ Yaş: 30-40;
∙ Ali təhsil;
∙ Ehtiyyat hisələri sahəsində minimum 5 il iş təcrübəsi;
∙ MS Office proqramlarında işləmə bacarığı, ∙ Rus və, ingilis dilini bilmək;
∙ Analitik təhlil bacarığı, fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı yanaşma bacarığı.
∙ Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
∙ Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
∙ Stres altında işləmə qabiliyyəti;
∙ Fəal və işə planlı yanaşma.
Namizədlər [email protected] email adresinə CV göndərə bilərlər.
VAKANSİYA-8
İşəgötürən: U and R Company
Vəzifə: 1C (Əmək haqqı üzrə) Konsaltinq təcrübəçi
Tələblər:
- İqtisadiyyat sahəsində ali təhsil
- 1C 8.2,8.3
- Azərbaycan dilində mükəmməl, rus və ya ingilis dilini orta səviyyədə bilmək
- Microsoft Office (Excel, Word, Outlook)
- Komandada işləmək həvəsi
- Məntiqi-analitik qabilliyyət, riyazi biliklər
- Araşdırma qabiliyyəti, özünü inkişaf etdirməyə meyillilik
- Tapşırıqları müstəqil yerinə yetirilməsi
- Məsuliyyətlilik , kreativlik, dəqiqlik
Vəzifələr:
- 1C proqramında əmrlərin əmək məcəlləsinə uyğun sistemə tədbiqi və əmək haqqı hesablanmasının avtomatlaşdırılmasının öyrənilməsi və tətbiqi
- Şirkətin xidmət göstərdiyi digər şirkətlərdən gələn sorğuların qəbul edilməsi və cavablandırılması
- Mövcud proqram təminatları üzrə konsultasiya xidmətinin göstərilməsi
İş şəraiti:
- Həftədə 5 gün (09:00-18:00)
- Təcrübə artımı imkanları
- 3 aylıq sınaq müddəti uğurla bitdikdən sonra daimi işlə təmin olunması
Əlaqə: Müraciət üçün CV-nizi [email protected] ünvanına (mövzu hissəsində “1C (Əmək haqqı üzrə) Konsaltinq təcrübəçi” yazaraq) göndərməyiniz xahiş olunur.
VAKANSİYA-9
İşəgötürən: FLY PERFUME
"FLY PERFUME" MMC üçün Satıcı Ekspeditor xanım əməkdaş (iş ərazidədir) axtarırıq.
Tələblər :
1. Səlis Azərbaycan dilini bilməsi (əlavə olaraq rus dili bilənlərə üstünlük verilir)
2. Xoş və səliqəli zahiri görünüş
3. Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə və aktiv satış bacarığı
4. Səbrli və nəzakətli
5. İşgüzar və hədəf yönümlü
6. Gərgin iş mühiti və qrafikdə səmərəli işləmə bacarığı
7. Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, müştərilərlə nəzakətli rəftar
8. Kollektiv ilə işləmə bacarığı
Vəzifələr:
- Satış nöqtələrində sifarişlərin qeydə alınması və qaimələrin yazılması.
- Davamlı olaraq satış məntəqələrini ziyarət edərək mal çatışmamazlığını müəyyən etmək.
- Şirkət məhsullarının ərazilərdə satışının təşkili.
- Şirkətə məxsus malların ticarət nöqtələrinin rəflərində prioritet yerlərdə normativlərə uyğun düzülüşü.
- Şirkətə məxsus malların maksimum dərəcədə paylaşılmasını təmin etmək.
- Satış təmsilçisi satış məntəqələrində olan maddi vəsaitə nəzarət edir onun məsuliyyətini daşıyır.
- Birbaşa tabe olduğu rəhbəri tərəfindən tapşırıqların icrası.
- Günün sonunda satış hesabatlarını hazırlamaq və birbaşa rəhbərə təhvil vermək.
- Satış təmsilçisi satış nöqtəsinin anbarındakı şirkətə məxsus malların varlığına nəzarət etməlidir.
- Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməlidir.
AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
Həftədə 6 gün iş rejimi
Əmək haqqı 400 AZN + Bonus
Maraqlı namizədlərin CV-lərini [email protected] ünvanına yönləndirmələri xahiş olunur.
Firdovsi Qasımov - +99470 750 92 32
VAKANSİYA-10
İşəgötürən: Midas Service MMC
MÜHASİB KÖMƏKÇİSİ
İş barədə məlumat:
- Mühasibat, vergi uçotu ilə bağlı əməliyyatlar - Onlayn Kargüzarlıqda işləmək - E-Qaimə fakturalarının və Hesab Fakturaların (invoice) yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
- E-portal proqramı ilə işləmək bacarığının olması
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək.
- Bank hesabları ilə işləmək
- Daxili və xarici köçürmələr
- Müqavilələrlə işləmək
Namizədə tələblər
- Ali təhsil (Mühasibat uçotu üzrə)
- Microsoft Office proqramlarında (Word, Excel, Outlook)
- 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
- e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
- Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
- Balansın, Mənfəət-Zərər, Pul vəsaitlərinin hərəkəti haqqında hesabatların hazırlanması.
- Əmək haqqı: razılaşdırılma yolu ilə (400 + AZN)
- İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək
CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
VAKANSİYA-11
İşəgötürən: Baku Electronics LTD
KATEQORİYA MÜDİRİ (Böyük və Kiçik Məişət Əşyaları, Mobil və Notebook)
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• İdarə etdiyi məhsul kateqoriyasının hədəfinə çatmasını təmin etmək.
• Şirkətin satış siyasətinə uyğun kateqoriya üzrə məhsulları dəyərləndirmək
• Şirkətin satış siyasətinə uyğun idarə etdiyi kateqoriya üzrə məhsulların çeşidliliyi, qiyməti, mənfəəti və satış həcmini planlamaq və bununla bağlı işləri idarə etmək və təqib etmək.
• İdarə etdiyi məhsul kateqoriyasının inkişaf planlarının hazırlanmasını koordinasiya etmək və bununla bağlı işlərin həyata keçirilməsini idarə etmək.
• Mağazalarda məhsulların sərgilənməsini, çeşidliliyini və stok səviyyəsini təyin etmək və bunu mütəmadi təqib etmək.
• Tabeçiliyində olan məhsul mütəxəssisinin fəaliyyəti ilə bağlı işləri idarə etmək.
• Şirkətin Pərakəndə və Bayi satış nöqtələrində satış heyyətinin məhsul biliyi və təqdimatı səviyyəsini artırmaq məqsədi ilə mütəmadi treyninqlərin təşkili və satış heyyətinin bununla bağlı dəyərləndirilməsi;
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Təcrübə və Texniki bacarıqlar:
• Bazar araşdırması və analizi texnikaları
• Xarici dil bilikləri: İngilis və Rus dillərini B2 səviyyəsində bilmək
• Texnolojik məlumatlılıq
• Planlama qabiliyyəti (tələbin, stokun planlanması)
Əmək haqqı müsahibə əsasında təyin ediləcək
Vakansiyaya müraciət üçün CV-nizi “KATEQORİYA MÜDİRİ (Böyük və Kiçik Məişət Əşyaları, Mobil və Notebook)” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA-12
İşəgötürən: Kredit Evi QSC
“Kredit Evi” QSC: “Audit mütəxəssisi” vakansiyası elan edir.
Tələblər:
• Təhsili: ali;
• İş təcrübəsi: mövcud sahədə və ya Risklərin qiymətləndirilməsi sahəsində minimum 1 il təcrübə. (Kredit sahəsində təcrübəsi olan və risklərin aşkarlanmasında xüsusi bacarığı olanların da namizədliyi qiymətləndiriləcəkdir);
• Cinsi: kişi;
• Dil bilikləri: Azərbaycan dilini yaxşı səviyyədə, İngilis dili biliyi arzu olunandı;
• Kompüter bilikləri: MS Office proqramlarını (xüsusilə Word və Excel) yaxşı səviyyədə bilməlidir;
• Bacarıqlar: Risklərin qiymətləndirilməsi, Analitik düşünmə qabiliyyəti, təşəbbüskarlık qabiliyyəti, yüksək ünsiyyət qabiliyyəti olmalıdır.
İşin təsviri:
• Şirkətin struktur bölmələrində mütəmadi audit yoxlamalarının keçirilməsi;
• Mövcud risklərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması ilə bağlı tövsiyələr vermək;
• Şirkətə aid strukturaların yoxlanılması məqsədi ilə ezamiyyələrdə iştirak etmək;
• Yoxlamaya dair hesabatlar hazırlamaq;
• Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Tələblərə cavab verən şəxslər şəkilli CV-lərini (şəkilli CV mütləqdi) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Audit mütəxəssisi). Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaq.
VAKANSİYA-13
İşəgötürən: Collezione Italia
“Collezione İtalia” Avropanın premium mebel, mətbəx mebeli, santexnika, çılçıraq, qapı-parket, divar kağızları, pərdə, qab-qacaq, tekstil, yataq örtükləri və hədiyyə aksessuarları brendlərinin təmsilçisidir.
Ölkənin və regionun ən geniş seçimə malik olan “Collezione İtalia” şourumu brendlərin sərgilənməsi, satışı, luks interyer həllərinin təqdimatı üzrə missiyasını illərdir uğurla yerinə yetirir.
Təcrübəli və peşakar işçi qrupuna malik olan şirkət hər zaman bizimlə işləyib inkişaf etmək istəyən doormen-ləri öz ailəsinə qatmağa hazırdır.
Şirkət “Doorman” vəzifəsinə vakansiya elan edir.
Namizədə dair əsas tələblər:
• Boy: 170 sm-dən yuxarı;
• Cinsi: Kişi
• Təhsil: Ali və ya orta
• Azərbaycan, rus (sərbəst) bilmək
• Xoş xarici görkəm;
• Yüksək ünsiyyət qurmaq bacarıqları və gülərüzlülük.
Əsas vəzifə və öhdəliklər:
• Gələn bütün müştəriləri və qonaqları xoş gülərüz ilə qarşılamaq, yola salmaq;
• Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq olmaq;
• Əmək funksiyalarınn icrasını təmin etmək məqsədi ilə birbaşa şöbə rəhbəri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
• İşlərin prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək;
• Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;
• Tələb olunduqda birbaşa rəhbərinin tapşırığına əsasən əlavə funksiyaları yerinə yetirmək.
İş şəraiti:
• Əmək haqqı: 300 Azn
• İş qrafiki: 09:00-15:00-dək və ya 15:00-20:00-dək
• AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.
• Korporativ nömrə ilə təmin olunma.
• Təcrübə artımı imkanları.
• Yaş həddi:30 – 35 yaş
Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Doorman” sözlərini qeyd edərək [email protected] -ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.
VAKANSİYA-14
İşəgötürən: Max Print
MAX PRINT MMC – Təchizat meneceri
İş barədə məlumat
- Şirkətə uyğun məhsulların beynəlxalq bazarda axtarışı
- Rəqib məhsullarının təhlili və onların məhsullarını tanıma
- Xarici təchizatçı və məhsul təqdim edən şirkət və fabriklərlə əlaqələrin qurulması
- Beynəlxalq tərəfdaşların məhsullarının rəhbərliyə təqdim olunması, zamanında dilerlərdən qiymətlərin və xarakteristik məlumatların əldə olunması
- Çin, Avropa, Türkiyə bazarı ilə geniş əhatəli iş qurmaq
Namizədə tələblər
- Rus, İngilis dillərini bilmək vacibdir.
- Stressə davamlılıq, komanda şəklində çalışma bacarığı və təşəbbüskarlıq
- Biznes danışıq etik qaydalarını bilməli
- Xarici əlaqələrin qurulması, məhsul seçimi, keyfiyyətə nəzarət, gömrük və s. prosedurları hesablama
- Şifahi və yazılı qaydada səliq ünsiyyət bacarığı
Yalnız tikinti sektorunda çalışmış namizədlər nəzərdən keçiriləcəkdir
İş qrafiki: Bazar ertəsi – Cümə 09:00 – 18:00
Mobil danışıq xərcləri şirkət tərəfindən qarşılanır.
AR Əmək Məcəlləsinə uyğun ştata alınır. Maaş 800-1000 AZN (namizədə görə dəyişir)
CV göndərərkən “subject” bölməsində "Təchizat meneceri" sözünün yazılması mütləqdir.
E-mail: [email protected]
VAKANSİYA-15
İşəgötürən: Halal-P
Artıq 25 ildir ki «HALAL-P» şirkəti Poliqrafiya sahəsində fəaliyyət göstərir və 20-dən artıq dünya brendlərinin (Konica Minolta, Koenig & Bauer Sheetfed AG & Co. KG, Giesecke &Devrient, Masterwork, Orfix, FUJIFILM, Dainippon Screen, PERFECTA, Schneidemaschinenwerk GmbH, Mondi Group, RİSO, İDEAL və s.) Azərbaycandakı rəsmi distribütorudur. Şirkətimiz qabaqcıl texnologiyalardan yararlanaraq, Azərbaycanda poliqrafiya, ofis və bank sahəsini keyfiyyətli məhsul və peşəkar xidmətlərlə təmin edir, ofset və rəqəmsəl mətbəələrin qurulmasinda iştirak edir və uzun illərdir bu sahədə lider mövqe tutur.
Əməliyyatçı-mühasib vəzifəsinə elan verir.
Vəzifə öhdəliyi:
- İnternet Bankinqdən istifadə (Kreditor şirkətlərə olan borc vəsaitinin nağdsız ödənilməsi, işçilərin əmək haqqlarının karta köçürülməsi, Vergi, DSMF, ƏDV ödənilməsi)
- Sənədləşmə işləri (Alğı-satqı muqavilələrin, Protokolların, Aktların, Hesabların, Əlavələrin hazırlanması, göndərilməsi və saxlanılmasına nəzarət)
- E-Qaimələrin portal üzərindən göndərilməsi (Malların, işlərin, xidmətlərin təqdim edilməsi)
Minimum bilik, səriştə və keyfiyyətlər:
- Ali təhsilli
- Pozitiv davranış və düşüncə tərzi, ünsiyyətcillik
- İş təcrübəsi
- Zəruri kompüter proqramlarında işləmək bacarığı
Üstünlük verilən meyarlar:
- Komandada işləmək bacarığı
İş şəraiti:
- İş qrafiki: I- V günlər saat 09:00-18:00
- Əmək haqqı: 400-500 AZN
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyatçı-mühasib” qeydi edərək [email protected] elektron ünvanına göndərməyi xahiş edirik.
“Halal-P” şirkəti öz işçilərinə geniş inkişaf imkanları yaradır. Bu imkanlardan siz də yararlanın!
VAKANSİYA-16
İşəgötürən: Dərs Evi
Vəzifə: Satış Divizionun rəhbəri
Yerləşmə: Bakı şəhəri
Tələblərimiz:
- Ali təhsil
- Satış sahəsində rəhbər vəzifələrdə ən az 3 il iş təcrübəsi
- Azərbaycan və rus dillərində yüksək səviyyədə bilik
- Microsoft office proqramlarında yüksək səviyyədə işləmə bacarığı
- Yaranan problemli situasiyaları təhlil və həll etmə qabiliyyəti
- Mükəmməl dinləmə və nitq (şigahi və yazılı) bacarıqları
- Güclü analitik və rasional düşüncə, problem həll etmə bacarıqları
- Komandanı idarə etmək bacarığı.
Əsas öhdəliklər:
- Fərdi satış planının/məqsədlərinin (KPI) yerinə yetirilməsi;
- Satış komandasının satış planının/məqsədlərinin (KPI) yerinə yetirilməsinə nəzarət;
- Satış komandasının iş proseslərinə və mexanizmlərə icra etməsinə nəzarət;
- Satış komandasının əməkdaşlarının effektiv işinə nəzarət;
- Dövri hesabatların aparılması;
- Debitor borclarının bağlanmasının təhlili və ona nəzarət;
- Debitor borcunun aşkarlanması və azaldılması üzrə tədbirlərin hazırlanması və tətbiq edilməsi;
- Pul vəsaitərinin geri qaytarılmasına nəzarət, müştərilərlə kommunikasiya;
- Satış komandasında hesabatlılıq sisteminin təşkili və aparılması;
- Müxtəlif kəsiklərdə satış qıflarında konversiyanın analitikası;
- Satış komandasına əməkdaşların işə götürülməsi və təlimləndirilməsi, habelə motivasiya edilməsi;
- Əsas tərəfdaşlara/müştərilərə (key account) birbaşa satışların edilməsi;
- Satış həcminin artırılması üçün kompleks tədbirlərin təşkil edilməsi;
- Satış komandasının əməkdaşlarının efffektiv qarşılıqlı əlaqəsinin təşkil edilməsi;
- Satış komandasının əməkdaşlarının əmək şəraitinin yaxşılaşdırılması;
- Şirkətin məhsul və xidmətlərinin satışının artırılması;
- CRM, 1C və digər PT-da bütün uçot məlumatlarının düzgün aparılması;
- Satış Departamentinin Reqlamentində qeyd edilmiş göstərişlərə və məqsədlər matrisinə əsasən KPI-lara riayət edilməsi;
- Satış komandasının əməkdaşları ilə əlaqədar mübahisəli halların qarşısının alınması və həll edilməsi.
Necə müraciət etməli:
Xahiş olunur rezümenizi məktubun “Satış Divizionun rəhbəri” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərəsiniz.
Son tarix: 09.03.2021-ci il
VAKANSİYA-17
İşəgötürən: Morgan Trade
HR Manager
Vəzifə öhdəlikləri:
▪ E-gov portalında əməliyyatların icra edilməsi
▪ Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, işçi qovluqların hazırlanması, əmək müqavilələrinin hazırlanması
▪ İşçilərin şəxsi işlərinin formalaşdırılması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatı
▪ Məlumat bazasının mütamadi yenilənməsi
▪ Arayışların, xəstəlik vərəqələrinin və çıxarışların hazırlanması və qeydiyyatı
▪ Əmrlərin (qərarların) hazırlanması və onların qeydiyyatının aparılması
▪ Əmək kitabçalarında qeydlərin aparılması
▪ Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların hazırlanması və təqdim edilməsi
▪ İşçilərin iş vaxtı cədvəlinin hazırlanması
▪ Məzuniyyət təqviminin hazırlanması və onun monitorinqi
▪ Pensiya və kompensasiyaların təyin edilməsi üçün sənədlərin hazırlanması və təqdim edilməsi
Tələblər:
▪ Ali təhsil
▪ Ən azı bir il Kadrlar şöbəsində iş təcrübəsi
▪ Microsoft Office proqramlarında mükəmməl səviyyədə işləmək bacarığı
▪ Azərbaycan və Rus dili biliyi
▪ İngilis dili biliyi arzuolunandır
İş şəraiti:
▪ İş saatları: 1-5 günlər saat 09:00-18:00
▪ Əmək haqqı: razılaşma əsasında
E-mail: [email protected]
VAKANSİYA-18
İşəgötürən: TBC Kredit
TBC Kredit - Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.
İşəgötürən olaraq TBC Kredit peşəkarlar komandası yaradır, onların ixtisasının artırılmasının, motivasiyasının və sosial müdafiəsinin qayğısına qalır.
Hazırda TBC Kredit BOKT Kredit satışı üzrə təcrübəçi mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.
Öhdəliklər:
• Müştəri cəlbi, birbaşa marketinq funksiyalarını öyrənmək və mənimsəmək
• Şirkətin prosedurlarını, təlimatlarını və daxili qaydalarını öyrənmək
• Şirkətin daxili sistemini öyrənmək
• Kreditləşmədə zəruri olan sənədləşməni öyrənmək və digər normativ sənədləri mənimsəmək
• Təcrübəsi olan kredit mütəxəssisin yanında təcrübə keçərək, bu sahədə öz biliklərini əldə etmək
• Müştəri ilə ünsiyyət, müştəri münasibəti və müştəri təhlilini öyrənmək
• Şirkətlərdə və müəssisələrdə təqdimat və digər nümayyəndəlik funksiyaları həyata keçirilməsini öyrənmək
Tələblər:
• Ali təhsil
• Azərbaycan dilində səlist danışıq qabiliyyəti
• Rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandı
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
• Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• Müştərini cəlbetmə bacarığı
Əgər Siz də karyeranızı beynəlxalq təşkilatda başlama imkanını əldə etmək, kredit işini öyrənmək istəyirsizsə, xahiş olunur ki, CV-ləri 28 fevral 2021-ci il tarixinədək e-mail ([email protected]) vasitəsilə təqdim etsinlər.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Kredit satışı üzrə təcrübəçi mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.
VAKANSİYA-19
İşəgötürən: Caspel LTD
Vəzifə: Satış üzrə menecer
Struktur hissəsi: Satış şöbəsi
Birbaşa tabeçilik: Satış şöbəsinin müdiri
Funksional tabeçilik: Satış və marketinq departamentinin direktoru
MƏSULİYYƏT VƏ VƏZİFƏLƏR:
• Avadanlıq satışı ilə bağlı sorğu daxil olarsa, gələn sorğunu araşdırır, maya dəyərini öyrənmək üçün Maliyyə və inzibati idarəetmə departamentinin İnzibati idarəetmə şöbəsinə göndərir;
• İnzibati idarəetmə şöbəsindən sorğuya cavab gələndən sonra qiymət təklifini hazırlayır və müştəriyə göndərir;
• Layihə satışı ilə bağlı sorğu gələrsə, gələn sorğunu araşdırır və Strateji inkişaf departamentinə göndərir;
• Strateji inkişaf departamentindən cavab gələndən sonra layihəni qiymətləndirmək üçün Maliyyə və inzibati idarəetmə departamentinə göndərir;
• Layihənin qiymətləndirilməsi ilə bağlı Maliyyə və inzibati idarəetmə departamentindən cavab gəldikdən sonra layinənin satış qiymətini müəyyən edir və təsdiq edilməsi üçün Maliyyə və inzibati idarəetmə departamentinin direktoru və Baş direktora göndərir;
• Layihənin satış qiyməti Maliyyə və inzibati idarəetmə departamentinin direktoru və Baş direktor tərəfindən təsdiq olunduqdan sonra qiymət təklifini müştəriyə göndərir;
• Müştəridən müsbət cavab gəldikdən sonra, qiymət təklifini Müqavilə şöbəsinə göndərir;
• Satış müqaviləsinin imzalanmasına, icrasına və müştəri tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət edir
• Avadanlıqların satışının metod, forma, sxem və ardıcıllığını müəyyənləşdirir və bazarda satılmasını təmin edir.
• Alıcının tələblərinə müvafiq sürətdə satış tədbirlərini təşkil edir və satışın şərtlərini müəyyənləşdirir.
• Satılan avadanlıqlara bazarın tələbini müəyyənləşdirir və strateji olaraq satışı müəyyənləşdirir.
• Prespektiv və potensial alıcıları müəyyənləşdirmək,və onlarla işgüzar əlaqələr yaradır.
• Satış şərtlərini nəzərə alaraq, malların çatdırılma və ya daşınma şərtərinə müvafiq icranı təşkil edir.
• Alıcıların müqavilənin şərtlərinə müvafiq olaraq ödənişlərin vaxtında icra edilməsinə nəzarət edir.
• Daimi müştərilər ilə əlaqə saxlayır və müqavilələrin təzələnməsinə və müddətinin uzadılmasına nəzarət edir.
• Avadanlıqların satışı istiqamətində təklif olunanların sıyahısında əlavələr edir.
• Satış ilə əlaqədar tədlimlərin keçiririlməsi zərurəti yaranan hallarda, təkliflərlə Rəhbərliyə müraciət edir.
• Rəhbərliyin əmr və göstərişlərini yerinə yetirir.
• Öz fəaliyyətini “İşçilərin Təlimat Kitabçası”nın tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, müəssisənin sanitar-gigiyena, yanğından mühafizə norma və qaydalarına müvafiq şəkildə həyata keçirir.
Tələblər:
- Ali iqtisadi və ya texniki təhsil
- Azərbaycan, rus, ingilis dillərini bilmək
- Kompüterlə işləmək bacarığı
- Qeyd olunan sahədə 2 il əmək stajı
Fərdi keyfiyyətlər:
- Diqqətlilik
- Məsuliyyət hissi
- Kommunikabellik
- İdarəçilik
- Səliqəlilik
- Geniş dünya görüşü
Məşğulluq: Tam
E-mail: [email protected]
VAKANSİYA-20
İşəgötürən: İnci Group of Companies
Şirkət haqqında : 1995-cü ildə fəaliyyətə başlayan “İnci Group of Companies” MMC əsas fəaliyyətini satış və distributor şirkəti kimi davam etdirir. Topdan və pərakəndə satış üzrə şirkətin Bakı şəhəri və regionlarda dağıtım anbarları və satış komandaları vardır.
Vəzifənin adı : Direktor Assistenti
Namizədə dair tələblər:
- Ali təhsilli, Xanım Namizədlər;
- Yüksək not almaq qabiliyyəti və punktuallıq
- Səliqəli xarici görünüş, nəzakətli danışıq , intizamlı və işinə qarşı məsuliyyətli olmalı
- Rus dilini səlis bilmək mütləqdir
- Kompüter istifadə etmək bacarığı (Outlook, MS Word), MS Excel proqramını mükəmməl bilməli;
- Güclü təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı
- Vəzifələrin icrası üçün çalışqan olmaq;
- Komanda daxilində işləmək istəyi və bacarığı;
- Çox sayda tapşırıqları idarə etmək (məktublaşma bacarığı) və təzyiq altında işləmək bacarığı;
- Təşkilatın missiyasına sadiqlik;
- Yaş : 25-38;
İş barədə məlumat:
- Rəhbərin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrasına nəzarət
- Kargüzarlıq, müqavilələrin hazırlanması və ofis daxili işlər
- Görüşlərin təşkili
- Direktorun gündəliyinin tutulması, İclasların təşkili və iclas protokolunun tərtib edilməsi
- Email və telefon cavablandırılması
- Rəhbərliyin digər göstərişlərinin cavablandırılması
- Nahar şirkət tərəfində təmin olunur;
- İş qrafiki : 5 gün (09:00-18:00), 6-cı gün (09:00-15:00);
- İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;
Əmək haqqı müsahibə əsasında razılaşdırılacaq və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;
Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı - [email protected] emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.
VAKANSİYA-21
İşəgötürən: SR Group Co MMC
İş icraçısı (prorab)
Namizədə tələblər:
- Müvafiq sahədə ali təhsil
- Müvafiq sahədə ən azı 3 ildən az olmamaq şərtilə iş təcrübəsi
- Tikinti sahəsində qabaqçıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı
- Kompüter bilikləri (Autocard,MC Excel)
- Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək
- Tikintiyə aid FHN tələblərinə uyğun sənədlərin hazırlanması və yazılması
Vəzifə öhdəlikləri:
- İnşaat layihələrinin düzgün oxunması və düzgün təhlil edilməsi
- İnşaat layihələrinin tikinti norma və qaydalarının tələblərinə uyğun aparılması,görülən işlərin standartlara uyğunluğunun yoxlanılması
- Tikinti sahəsində işlərin layihə üzrə gedişatının texniki nəzarəti və yönəldilməsi
- Tikinti sahələrinə və ərazilərinə baxış, tikinti işlərinin keyfiyyətinin və kəmiyyətinin yoxlanılması
- Tikinti obyektlərində həyata keçirilən tikinti quraşdırma işlərinə və lazım gələrsə təmir işlərinə nəzarət etmək, yenidən təşkil və digər bərpa işlərində həyata keçirilən işlərə nəzarət etmək
- Tikinti quraşdırma işlərini əvvəlcədən təyin olunmuş iş planına uyğun aparılması. Gecikmə yaranarsa dərhal aradan qaldırılması üçün tədbirlərin görülməsi
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.