VAKANSİYA 1
“Soyuzaqrokontrakt” MMC
Mühasib (Abşeron rayonu, Xırdalan şəhəri).
Əsas vəzifə öhdəlikləri:
- Daxil olan pul vəsaitlərinin aidiyyəti üzrə xərclənməsini, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışının, iş və xidmətlərin uçotunun aparılmasını icra edir
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu aparmaq.
Namizədə dair tələblər
∙ Ali təhsilinin olması;
∙ Bakı, Xırdalan, Sumqayıt şəhərində yaşayanlara üstünlük verilir;
∙ Azərbaycan və rus dilini bilmək;
∙ Yüksək qavrama və öyrənmə qabiliyyəti;
∙ İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
∙ Kompyuter biliklərinin olması (excel, word), 1c proqram
. Əmək haqqı: 800 AZN
İş qrafiki: 6 günlük iş həftəsi.İstirahət günü hər həftənin bazar günüdür.
CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA 2
“Bonus Market” MMC “Mağaza müdiri” vakansiyasını açıq elan edir.
Ərazi: Ramana
Tələblər:
- Ali təhsil
- Pərakəndə sektorunda ən az 5 il iş təcrübəsi olmalı
- Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı
- Satış texnikası və prinsiplərini bilmək
- Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək
- İşgüzar davranış etikası
- Xoşgörünüşlü
- Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik
- Karyerasını satış sahəsində qurmaq istəyi
- Azərbaycan Dili (əla), Rus dili (arzuolunan)
- Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook), 1C proqramı
Vəzifə öhdəlikləri:
- Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək
- Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək
- Mağazanın fəaliyyətinə aid hesabatların təqdim edilməsi
- Sifarişlərin düzgün idarə edilməsini nəzarətdə saxlamaq
- Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək
- Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək
- Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq
- Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək
- Mağazanın ümumi idarə edilməsi
Yuxarıdakı tələblərə cavab verən namizədlər mövzu yerində “Mağaza müdiri - Ramana” yazaraq, CV-lərini [email protected] elektron ünvanına göndərər bilərlər.
VAKANSİYA 3
MOV multi brend geyim mağazalar şəbəkəsinin Lənkəran filialında Satış məsləhətçisi vakansiyası açıq elan edilir.
Tələblər:
- Təhsil Ali və ya orta
- İş stajı : Satış sahəsində ən azı 2 il;
- Dil biliyi: Azərbaycan dili bilikləri mükəmməl səviyyədə olmal, rus və ingilis dilləri arzuolunandır;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Satış qabiliyyəti olmalı;
- Məhsulları təqdim etmək bacarığına malik olmaq.
Əsas vəzifələr:
- Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
- Müştərinin seçimi üçün optimal şərait yaratmaq;
- Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq
Yuxarıdakı tələblərə cavab verən namizədlər mövzu yerində “SM_Lənkəran” yazaraq, CV-lərini [email protected] elektron ünvanına göndərər bilərlər.
VAKANSİYA 4
AzEstetik Group MMC-yə satış üzrə aşağıda qeyd edilmiş vakansiya üzrə əməkdaş axtarışındadır:
Satış təmsilçisi
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı
- Müştərilərlə işləmək qabiliyyəti
- Mükəmməl kommunikasiya qabiliyyəti
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
- Müştəriyə məhsullar haqqında dəqiq və ətraflı məlumatın verilməsi
- İş vaxtı: 5gün, 09:00-dan 19:00-dək, 6-ci gün 10:00-17:00
Namizədə tələblər
- Yaş: 22-30 arası
- Əmək haqqı: 400 + artan maaş
- Cinsi: xanım
- Azərbaycan dili və rus dili səlis bilməyi
Əlaqə : 050 209 48 44
E-mail: [email protected]
VAKANSİYA 5
Resant Group
Cost Controller
Vəzifə öhdəlikləri:
• Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
• Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi;
• Qiymət məlumat bazasının hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak;
• Aylıq və illik istehsalat nəticələrinin təhlili, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlaşdırılan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;
• Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması;
• Faktiki çəkilmiş xərclərin təhlili və xərc növləri üzrə mütəmadi hesabatların hazırlanması;
• Şirkətin daxili qaydalarına uyğun olaraq bütün departamentlərin xərclərinə nəzarət;
• Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət;
• Mövcud olan bütün anbarların qalıqlarının şıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;
• Gündəlik və aylıq istehsalat, anbar qalığını əks etdirən hesabatların hazırlanması;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Namizədə bağlı tələblər:
• Təhsil-Ali;
• Restoran və ya otel sahəsində ən azı 3 il iş təcrübəsi;
• Microsoft Office, 1C proqramlarını əla səviyyədə bilməli;
• Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı.
İş Şərtləri:
• İş vaxtı: həftədə 6 gün;
• AR Əmək Məcəlləsinə əsasən sənədləşdirmə
Maraqlanan namizədlər mövzu yerində “Cost Controller’’ yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
VAKANSİYA 6
“Bonus Market” MMC “Qida və qeyri-qida şöbəsinin müdiri” vakansiyasını açıq elan edir.
Ərazi: Ramana
Tələblər:
• Ali təhsil
• Mağaza müdiri və ya müavin vəzifəsində ən az 2 il iş təcrübəsi olmalı
• Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı
• Satış texnikası və prinsiplərini bilmək
• Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək
• İşgüzar davranış etikası
• Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik
• Karyerasını satış sahəsində qurmaq istəyi
• Azərbaycan Dili (əla), Rus dili (arzuolunan)
• Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook), 1C proqramı
Vəzifə öhdəlikləri:
• Marketin personalı üzərində operativ rəhbərliyi və idarəetməni həyata keçirmək
• Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək
• Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək
• Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək
• Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək
• Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək
• Marketə lazım olan malların sifarişinin formalaşdırmasına nəzarət etmək
• Market və personalın səliqə və təmizliyinə nəzarət etmək
Yuxarıdakı tələblərə cavab verən namizədlər mövzu yerində “Qida və qeyri-qida şöbəsinin müdiri” yazaraq, CV-lərini [email protected] elektron ünvanına göndərər bilərlər.
VAKANSİYA 7
“İrşad Elektronics” MMC Bakı, Mingəçevir, Mehtiabad və Lökbatan ərazisi üzrə aşağıda qeyd edilmiş vakansiya üzrə əməkdaş axtarışındadır:
Satış təmsilçisi
Vəzifə və öhdəliklər:
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Müştərilərlə işləmək qabiliyyəti;
- Mükəmməl kommunikasiya qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- ali təhsilə üstünlük verilir;
- Müştəriyə məhsullar, zəmanət şərtləri haqqında dəqiq və ətraflı məlumatın verilməsi;
Tələblər:
- Yaş: 23-29 arası;
- Cinsi: kişi;
- Ali təhsil, Azərbaycan dili və rus dili səlis bilməyi;
- Mobil telefon və elektronika sahəsində iş təcrübəsi minimum 1 il olmalıdır.
E-mail: [email protected]
VAKANSİYA 8
Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.
Əlavə məlumat
- İş yeri – Çinar Plaza
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
- Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə
Vakansiya – İnzibati işlər üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
• Baş və əməliyyat ofisinin avadanlıq, inventar, material və ləvazimatları ilə təchiz edir;
• Struktur bölmələrdən göndərilmiş tələbnamələrin daxili sistemdə qeydiyyatı, müvafiq alışların tamlığının yoxlanması
• Cəmiyyətin struktur bölmələrinin fəaliyyəti üçün lazım olan avadanlıqlara, texnikaya, mal və materiallara olan tələbatın ödənilməsinə inzibati dəstək göstərir;
• Daxil olan və çıxan bütün sənədlərin qeydiyyatı, struktur bölmələrə sənədlərin təhvili və sənəd dövriyyəsinin izlənməsini həyata keçirir;
• Cəmiyyətin təsərrüfat, nəqliyyat , rabitə xidmətiləri ilə əlaqədar hesabatların hazırlanması ;
• Müxtəlif növ tədbirlərin təşkilati işlərində yaxında iştirak edir, texniki dəstək göstərir;
• Mallar, işlər və xidmətlər üzrə tələbnamələrin hesabatının aparılmasını və qeydiyyata salınmasını təmin edir;
• Daxili və Xarici ezamiyyələr zamanı otel, bilet, viza və digər sənədlərin hazırlanması;
• Cəmiyyətin işçi heyətinin nahar xidmətinin qarşılanması üçün əməkdaşlıq edilən şirkət ilə koordinasiyalı işin aparılması, yeməyin keyfiyyəti ilə bağlı mütəmadi sorğuların keçirilməsi
Tələblər
• Təhsil : Təhsil - Ali
• Təcrübə: Əlaqədar sahədə minimum 1 -3 il
• Dil bilikləri: Azərbaycan Dili ana dili ,İngilis dili yaxşı səviyyədə
• İT üzrə biliklər: MS Office (xüsusilə MS Excel yaxşı səviyyədə), 1C proqramı (üstünlükdür)
Texniki Bacarıqlar
• Kargüzarlıq haqqında qaydalar üzrə biliklər
• Satınalma qaydaları haqqında biliklər
Səriştəlik
• Məsuliyyətli, disiplinli, Təşkilatçılıq bacarığı
• Problem həll etmə və əməkdaşlıq bacarıqları
• Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
• Prinsip və Dəyərlərə sadiqlik
• Prosedur və qaydalara riayət etmək
• Operativlik və İcra etmək bacarığı
• Detallara fikir vermə
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “İnzibati işlər üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
VAKANSİYA 9
“Crocus Construction” MMC SƏTƏMM üzrə mühəndis vakansiyasını elan edir:
Vəzifə öhdəlikləri:
- Müəssisədə əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
- Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
- İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq;
- İşçilərə əməyin mühafizəsi üzrə məsləhətlər vermək;
- İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və ƏM və TT qaydaları üzrə təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
- Müəssisənin departamentlərinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını, həmçinin müvafiq informasiya lövhələrinin quraşdırılmasını təşkil etmək;
- Yeni işə qəbul olunanlara, ezamiyyətə və qonaq gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrə əməyin mühafizəsi üzrə giriş təlimat proqramına uyğun təlimat keçmək;
- Müəssisənin departamentlərində təhlükəsiz iş şəraitinin təmin olunması üçün öz rəhbərinə təkliflər vermək;
- Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, avadanlıqların, mühafizə vasitələrinin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsini, qoruyucu və mühafizə vasitələrinin vəziyyətini, xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasını və verilməsini nəzarətdə saxlamaq;
- İşçilərin əməyin mühafizəsi üzrə biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə nəzarət etməlidir;
- İstehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına nəzarət etməlidir;
- Əməyin mühafizəsi üzrə tətbiq edilən yeni qanunvericilik və digər normativ hüquqi aktları işçilərin nəzərinə çatdırmaq;
- Fəaliyyəti ilə əlaqədar qanunvericiliyə uyğun hesabatlar hazırlayıb birbaşa rəhbərə təqdim etmək.
Tələblər:
- Mühənislik üzrə ali təhsil;
- Tikinti sahəsində minimum 3 illik təcrübə;
- Fövqəladə Hallar Nazirliyinin sertifikatı;
- Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartların mükəmməl bilməsi;
- Microsoft Ofis proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı;
- Xarici dil bilikləri olan namizədlərə üstünlük veriləcək.
Əlavə məlumat:
- Əmək haqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
- İş saatı: 6 günlük iş qrafiki ilə təyin olunur.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər:
E-mail: [email protected]
VAKANSİYA 10
Karvan - L
Marketinq üzrə mütəxəssis
İş barədə məlumat:
• Şirkətin xidmət sahəsi haqqında geniş məlumatı sosial şəbəkələrdə yerləşdirmək və müştəri bazası yaratmaq,
• Müştəri və müvafiq sahə üzrə bazar araşdırmasının icrası, nəticələr əsasında analizlərin aparılması və inkişaf kanallarının müəyyən edilməsi.
• Kampaniyaların hazırlanması, satışa elan edilməsi, test edilməsi, tətbiqinin izlənilməsi, kampaniyalarla bağlı təkliflərin verilməsi,
• Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verir.
• Yeni ideyalar yaradaraq uğurlu marketinq kompaniyalarını həyata keçirmək və idarə etmək.
• Əsas partnyorlarla strateji əlaqələr qurmaq.
• Müştərilərlə görüşlərin keçirilməsi, müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tədbirlərin görülməsi.
• Xarici dövlətlərin satış şirkətləri ilə əlaqələr qurmaq, partnyorluq əlaqələri yaratmaq, müqavilələr imzalamaq,
• Satışın artırılması üçün təkliflərin hazırlanması.
• Şirkətin bazarda təqdim etdiyi bütün növ xidmət, tərəvəz və başqa məhsullarının reklamını təşkil etmək.
• Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
• E-mail marketinq sahəsində mütəmadi olaraq konseptlərin hazırlayır və təqdimatını aparır;
• Müştəri bazasını genişləndirir;
• Şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlayır və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabat yazaraq təqdim edir.
• İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir.
• Müştərilərdən gələn sorğuları cavablandırır;
Tələblər:
- Təhsil : Ali (İqtisadiyyat, Marketinq və ya Biznes idarəçiliyi üzrə)
- Müvafiq sahədə ən azı 5 illik iş təcrübəsi
- MS Office (Word, Excel, Power Point) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ingilis dili mütləq əla səviyyədə.
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
- Düzgün yazılı və şifahi ünsiyyət qurmaq.
İş qrafiki:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- İş günləri: Həftənin 6 günü, şənbə qısaldılmış iş günü
- İstirahət bazar günü.
- Nahar şirkət tərəfindən verilir.
- Telefon nömrəsi ilə təmin edilir.
- Ünvan: Bakı şəh. Babək pr.
- Əmək haqqı razılaşma yolu ilə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Marketinq üzrə mütəxəssis" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verməyən namizədlərin CV-nə baxılmayacaq.
VAKANSİYA 11
"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.
Vakansiya: Kredit üzrə mütəxəssis
Tələblər:
• İş stajı : müvafiq sahədə ən azı 1-2 il;
• Dil biliyi : Azərbaycan dilində səlis danışmaq/yazmaq; rus və ya ingilis dillərindən birində fikrini sərbəst ifadə etmək bacarığı;
• Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
• Yüksək analitika qabiliyyəti;
• Yüksək ünsiyyət və təqdim etmə bacarıqları.
Əsas vəzifələr:
• Müraciət etmiş müştərilərə kredit şərtləri barəsində məlumat vermək;
• Kredit müraciətlərinin qəbulu və analizi;
• Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
• Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər:
https://jobs.talhunt.az/optimal/525-kredit+uzre+mutexessis
VAKANSİYA 12
TBC Kredit - Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.
İşəgötürən olaraq TBC Kredit peşəkarlar komandası yaradır, onların ixtisasının artırılmasının, motivasiyasının və sosial müdafiəsinin qayğısına qalır.
Hazırda TBC Kredit BOKT Kredit satışı üzrə təcrübəçi vəzifəsinə işçi qəbulu elan edir.
Öhdəliklər:
• Müştəri cəlbi, birbaşa marketinq funksiyalarını öyrənmək və mənimsəmək
• Şirkətin prosedurlarını, təlimatlarını və daxili qaydalarını öyrənmək
• Şirkətin daxili sistemini öyrənmək
• Kreditləşmədə zəruri olan sənədləşməni öyrənmək və digər normativ sənədləri mənimsəmək
• Təcrübəsi olan kredit mütəxəssisin yanında təcrübə keçərək, bu sahədə öz biliklərini əldə etmək
• Müştəri ilə ünsiyyət, müştəri münasibəti və müştəri təhlilini öyrənmək
• Şirkətlərdə və müəssisələrdə təqdimat və digər nümayyəndəlik funksiyaları həyata keçirilməsini öyrənmək
Tələblər:
• Ali təhsil
• Azərbaycan dilində səlist danışıq qabiliyyəti
• Rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandı
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
• Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• Müştərini cəlbetmə bacarığı
Əgər Siz də karyeranızı beynəlxalq təşkilatda başlama imkanını əldə etmək, kredit işini öyrənmək istəyirsizsə, xahiş olunur ki, CV-ləri 2 iyul 2021-ci il tarixinədək e-mail ([email protected]) vasitəsilə təqdim etsinlər.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Kredit satışı üzrə təcrübəçi). Əks təqdirdə belə müraciət edənlərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.
VAKANSİYA 13
BME SH HILTI
Vəzifə Adı: Satış nümayəndəsi (TS)
Vəzifə Öhdəliyi:
Bazar potensialının qısa və orta müddətli nəzərdən keçirilməsi,Hilti Satış Strategiyasının nəzərə alınması,bütün şirkət siyasətlərinə və prosedurlarına riayət edilməsi.
Məsuliyyət sahəsi:
• Mövcud və yeni müştərilərlə effektiv əlaqələrin yaradılması, əlaqələrin davamlı inkişafı , müştəri ehtiyaclarının həlli.
• Məhsulların satışı,yeni məhsulların tikinti sahələrində, ofislərdə və istehsal müəssisələrində tətbiqi, müştərilərə məhsullar və onların istifadəsi barəsində məlumatların verilməsi.
• Satış direktorunun dəstəyi ilə şirkətin strategiyası və prioritetlərinə uyğun olaraq aylıq, rüblük və illik satışların həyata keçirilməsi.
• Şirkətin strategiyasına sadiq qalmaq,hər il verilən biznes və inkişaf məqsədləri çərçivəsində bacarıq və qabiliyyətlərinin artırılması.
• Gündəlik hesabatları, müştəri haqqında məlumatları, həftəlik (aylıq) plan və tələb olunan hesabatların rəhbərliyə təqdim edilməsi
• Satışdan sonra, alacaqların toplanılmasını , göstərilən müddətlə təqib edilməsi.
Profil:
• Mühəndislik sahəsində təhsil almış
• Yüksək ünsiyyət bacarığı, satışda müvəffəqiyyət və hədəf yönümlü inkişaf
• Nəticəyə istiqamətlənmiş, dinamik, energetik, ünsiyyət qurmaq və özünü ifadə etmək bacarığı
• Problemlərin həllində və qərarların qəbul edilməsində strateji və yaradıcı yanaşmaların olması
• İngilis və Rus dili biliyi, MS Office proqramlarında işləmək bacarığı
• Sürücülük vəsiqəsi
Zəhmət olmasa CV-lərinizi [email protected] e-mail ünvanına Satış Nümayəndəsi başlığıyla göndərin.
VAKANSİYA 14
Yeni Qalaaltı Hotel Company
Qalaalti Hotel & Spa yeni və gözəl arxitekturaya malik, Bakı şəhərindən cəmi 120 km məsafədə Şabran şəhərində yerləşən müalicəvi və istirahət kompleksidir. Bu kompleks digərlərindən öz unikal müalicəvi suyu, müasirliyi və rahatlığı ilə fərqlənir. Otel 157 superior-class, 16 suite otaq və müxtəlif dizaynlı 3 villaya malikdir.
Qalaaltı Otel & Spa Şabran şəhərində İnsan Resursları komandasına qoşulmaq üçün müxtəlif istedadlara malik açıq fikirli və enerjili İnsan Resursları üzrə Mütəxəssis vəzifəsində çalışacaq namizədlər axtarır.
Vəzifə öhdəlikləri:
• İşçilərin şəxsi işlərini hazırlanması və formalaşdırılması, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd olunması;
• Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirilməsi;
• Aylıq uçot-tabellərinin icra olunması;
• Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparılması ;
• HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
• İşə qəbul və oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni əməkdaşın oriyentasiya olunması, sınaq müddətində izlənməsi;
• İşəqəbul hesabatlarının hazırlanması;
• İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən olunması;
• Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
• İnsan resursları departamentinə aidiyyəti olan hesabatların tərtib edilməsi və təqdim edilməsi;
Bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirmək üçün aşağıdakı bacarıq və ixtisas tələb olunur:
• İnsan resurslarının idarə edilməsi sahəsində minimum 2 il təcrübə, otel təcrübəsi arzuolunandır;
• Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
• 1C proqram təminatı ilə işləmək bacarığı;
• Microsoft Office (Word, Excel, Powerpoint,Outlook) proqramlarında işləmək bacarığı;
• Azərbaycan dilində mükəmməl bilməli, Rus və İngilis dillərində bilməsi arzuolunandır;
• Analitik düşünmə tərzi,ünsiyyətçil,təqdimat bacarığı;
• İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır;
Əgər dünyanın hər yerindən yeni insanlarla tanış olmaq, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz “İnsan resursları üzrə mütəxəssis” vakansiyasının adını qeyd edəsiniz.
"Qalaalti Hotel & Spa" şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.