AzerGold CJSC
İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin Baş mütəxəssisi
Son tarix 22 avq 2024 - Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Cəmiyyətin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə Cəmiyyət tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılmasında iştirak etmək;
- Press-reliz, məktub, xidmət məruzə, bəyanat, açıqlamaların hazırlanmasında iştirak etmək;
- Press-reliz, məktub, xidmət məruzə, bəyanat, açıqlamaları rus dilinə tərcümə etmək;
- Tədbir, sosial aksiyaların təşkilində iştirak etmək;
- Mətbuat icmallarının hazırlanmasında iştirak etmək;
- Cəmiyyətin tanıtım materiallarının hazırlanması (prezentasiyalar, korporativ kitablar, broşurlar və s.) və ictimaiyyətə təqdim edilməsini təşkil etmək;
- Cəmiyyətin maraq dairəsində ola bilən tədbirləri araşdırmasında və bu tədbirlərdə (ictimai tədbirlər, prezentasiyalar, sərgilər, konfranslar və s.) * Cəmiyyətin nümayəndələrinin yüksək səviyyədə iştirakını təmin edilməsində və tənzimləməsində iştirak etmək;
- Cəmiyyətin sosial informasiya siyasətinin formalaşdırılması üçün təkliflər vermək;
- Şöbənin dövrlər üzrə iş planının tərtib edilməsində və müvafiq hesabatların hazırlanmasında iştirak etmək;
- Şöbənin sifarişçisi olduğu müqavilələri nəzarətdə saxlayaraq uçotun aparılması;
- Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Dil bilikləri: Azərbaycan dili və Rus dili səlis bilməli, İngilis dili isə arzuolunandır;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- PR və SMM sahəsində biliklərin olması arzuolunandır;
- Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali (jurnalistika sahəsində təhsil arzuolunandır);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Namizəd ezamiyyətlərə açıq biri olmalıdır.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı müsahibə əsnasında təyin olunur.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.