Bank Avrasiya bir neçə vəzifə üzrə vakansiya elan edib.
Xatırladaq ki, "FED.az Renkinq"in 2023-cü ilin 1-ci rübünün nəticələri üzrə tərtib etdiyi sonuncu sıralamaya əsasən, "Bank Avrasiya" aktivlərin həcmi üzrə Azərbaycanın ən kiçik bankıdır.
Bank Avrasiya
Plastik Kartlarla Əməliyyatlar Şöbəsinin Mütəxəssisi
Son tarix 18 avq 2023 cv@bankavrasiya.az
Namizədlər üçün irəli sürülən tələblər:
- İqtisadiyyat üzrə ali təhsil
- Bankda qeyd olunan sahədə ən azı 1 il iş ştajı
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək
- İngilis dilini yaxşı səviyyədə bilmək
- MS Office proqramlarının sərbəst şəkildə işləmək bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
- Plastik kartlarla və POS-terminallarla bağlı, klirinq əməliyyatlarının icrası;
- Chargeback prosedurlarının icrası (BKM, Visa, Mastercard);
- Gündəlik “Issuing” və “Acquiring” üzrə Risk Monitorinq prosesinin aparılması;
- Baş vermiş əməliyyatların nəticəsi olaraq gündəlik klirinqin aparılması, müxbir hesablar üzrə müxabirləşmələrin aparılması, hesablara nəzarət
- Gündəlik əsasda Prosessinq Mərkəzindən daxil olan gündəlik əməliyyat fayllarının qəbul edilməsi, balans faylın göndərilməsi;
- POS-terminal müraciətləri əsasında sənədlərin hazırlanması, POS-terminalların quraşdırılması və monitorinqi;
- “POS reversal/refund prosedurlarının icrası, ATM inkassasiya öncəsi və sonrası sənədlərin/hesabların yoxlanılması;
- Visa, Mastercard və Prosessinq Mərkəzi ilə birlikdə layihələrin aparılması – yeni xidmət, funksional və ya mövcud funksionalın icrası.
Xahiş olunur mövzu hissəsində Plastik Kartlarla Əməliyyatlar Şöbəsinin Mütəxəssisi vəzifəsini qeyd edib CV göndərəsiniz.
Xəzinədarlıq Departamentinin Mütəxəssisi
Son tarix 18 avq 2023 cv@bankavrasiya.az
Namizədlər üçün irəli sürülən tələblər:
- Ali təhsil
- Bank sektorunda ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan dilində səlist danışıq bacarığı
- İngilis və Rus dili biliyi yüksək səviyyədə
- MS Office proqramlarının bilikləri
- Analitik qabiliyyət və detallara diqqət yetirmə bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
- Xarici valyutalar ilə əməliyyatların həyata keçirilməsi
- Xarici valyuta mövqeyinin tənzimlənməsi
- Banklararası kreditlərin, depozitlərin yerləşdirilməsi və cəlb olunması ilə bağlı əməliyyatların icrası
- Bank əməliyyat sistemində Xəzinədarlıq departamentinə aid əməliyyatların icrası
- Hesablar planına əsasən müxabirləşmələrin yaradılması
- Mərkəzi Banka göndərilən və daxili hesabatların hazırlanması
- Likvidliyin planlaşdırılması və valyuta mövqeyinin idarə olunması
Xahiş olunur mövzu hissəsində Xəzinədarlıq Departamentinin mütəxəssisi vəzifəsini qeyd edib CV göndərəsiniz.
Əməliyyat İnzibatçılığı şöbəsinin Mütəxəssisi
Son tarix 10 avq 2023 cv@bankavrasiya.az
Namizədlər üçün irəli sürülən tələblər:
- Ali təhsil
- Bank sektorunda ən azı 2 il iş təcrübəsi (Kredit və ya əməliyyat sahəsində təcrübə arzuolunandır);
- Azərbaycan dilində səlist danışıq bacarığı
- MS Office proqramlarının bilikləri
- Analitik qabiliyyət və detallara diqqət yetirmə bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
- Kredit, təminat və.s müqavilələrin tərtibini və rəsmiləşdirilməsini həyata keçirmək;
- Verilmiş kreditlərin məlumat bazasında düzgün qeyd olunmasını təmin etmək;
- Kredit tranşlarına dair müxabirləşmələr vermək;
- Tələb olunduğu hallarda ödənişlərə dair müxabirləşmələr vermək;
- İmtina almış müraciətlərin reyestrini aparmaq və ilkin sənədlərin qovluqlaşdırılaraq saxlanılmasını təmin etmək;
- Kredit və təminatlar üzrə müqavilələrlə bağlı tələb olunan bütün digər sənədlərin mövcudluğunu yoxlamaq.
Xahiş olunur mövzu hissəsində Əməliyyat İnzibatçılığı Şöbəsinin mütəxəssisi vəzifəsini qeyd edib CV-ləri e-mail ünvanına göndərəsiniz.
Kredit üzrə satış mütəxəssisi
Son tarix 10 avq 2023 cv@bankavrasiya.az
Namizədlər üçün irəli sürülən tələblər:
- Ali təhsil (İqtisadiyyat və ya maliyyə-kredit sahəsində)
- Kredit satışı üzrə ən azı 1 il iş stajı
- Potensial müştərilərin axtarışı və cəlb etmə bacarığı
- Kreditləşdirmə barədə nəzəri və praktiki bilgilərə malik olma
- Bank qanunvericiliyi barədə biliklərin olması
- Azərbaycan dilində səlist danışıq bacarığı (rus dili və ingilis dili arzuolunandır)
- MS Office proqramlarının bilikləri
- Analitik qabiliyyət və maliyyə təhlil bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
- Müştərilərin cəlb olunması və onlara çarpaz satışların edilməsini;
- Yeni müştərilərə təkliflərin hazırlanması və təqdim edilməsi üzrə işlərin görülməsi;
- Maliyyə təhlili əsasında müştərilərin ödəniş qabiliyyətini təyin edilməsi;
- Mövcud müştəri portfelinin idarə edilməsi, bu seqmentə aid olan bütün növ bank məhsullarının təklif edilməsi;
- Müştəri sənədlərinin və hesabatlarının hazırlanması və Kredit Komitələrinə təqdim edilməsi;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş perspektivində maliyyə məsləhətlərinin verilməsi;
- Qarşıya qoyulmuş aylıq/illik planları icra etməklə keyfiyyətli kredit portfelinin qurulması və idarə edilməsi.
Xahiş olunur mövzu hissəsində Kredit üzrə satış mütəxəssisi vəzifəsini qeyd edib CV-ləri göndərəsiniz.