Azersun Holding
Maliyyə Departamentin Müdiri
Son tarix 18 sen 2023 Müraciət et
Tələblər:
- Ali təhsil ( magistr dərəcəsi olması arzuolunandır);
- Bank/sığorta sahədə ən azı 5-10 il iş təcrübəsi;
- Ezamiyyətə gedə bilməli;
İş haqqında məlumat:
- Departamentin fəaliyyətini təşkil etmək və ümumi rəhbərliyi həyata keçirmək;
- Mövcüd qanunvericiliyin tələblərini əsas tutaraq maliyyə və uçot siyasətini formalaşdırmaq;
- Hesabat dövründəki mövcud əmlakın, öhdəliklərin, kapitalın və digər hesablaşmaların inventarizasiyasının aparılmasını təmin etmək və onların nəticələrinin uçotda tam və düzgün əks etdirmək;
- Sığorta əməliyyatlarının, gəlir və xərclərin, təkrarsığorta əməliyyatlarının davamlı olaraq uçot registrlərində düzgün və fasiləsiz qeydiyyatını əks etdirmək;
- Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini vergi, mühasibat və idarəetmə uçotunuda düzgün formalaşdırmaq, büdcəyə nəzarəti həyata keçirməklə kənarlaşmalar barədə rəhbərliyi məlumatlandırmaq;
- Cəmiyyətin tərəfdar olduğu daxili və xarici auditorlar ilə qarşılıqlı əlaqələri prosedur qaydalara uyğun olaraq həyata keçirmək;
- İllik büdcənin bütövlükdə cəmiyyət üzrə yerinə yetirilməsinə operativ nəzarəti həyata keçirir və icrası barədə İdarə Heyətinə məlumat verir;
- Xərclərin azaldılmasına (optimallaşdırılmasına) və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirlərin icrasına nəzarət edir;
- Departamentin əsasnaməsindən və daxili qaydalardan irəli gələn bütün vəzifələrin icrasını təmin edir;
- Cəmiyyətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək;
- Fəaliyyəti ilə əlaqədar digər struktur bölmələri əlaqəndirməni təşkil etmək;
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Maliyyə Departamentin Müdiri” qeyd etməyiniz xahiş olunur.