Azərbaycanda tanınmış investisiya şirkətlərindən olan "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-nin böyük məbləğdə vergi borcu toplanıb.
FED.az xəbər verir ki, son məlumata görə, şirkətin vergi borcu 157 min manata çatır.
Xatırladaq ki, son illər "CPM-İnvest İnvestisiya Şirkəti"nin mənfəəti kəskin azalsa da, hələlik zərərə keçməyib. Belə kİ, şirkət 2023-cü ili 1 milyon 642 min manat xalis mənfəətlə tamamlamışdı. 2024-cü ildə bu məbləğ 10 dəfə azalaraq 168 min manata düşüb. Əvəzində 2025-ci ilin ilk yarısında şirkətin xalis mənfəəti 375 min manata yüksəlib.
Xatırladaq ki, "CPM-İnvest İnvestisiya Şirkəti"nin bir sahibi var. Kəmalə Məmmədova şirkətin bütün 800 səhmlərinin yeganə sahibidir.













