AzərFinans QSC
Lizinq üzrə Kredit Mütəxəssisi (Gəncə)
Son tarix 24 noy 2023 - [email protected]
Təsvir:
- Kredit və lizinq məhsullarının satışlarını həyata keçirmək
- Kredit və lizinq məhsulları barədə müştərinin məlumatlandırılması.
- Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək
- Geri ödənişlərin normal axınını təmin etmək
- Kredit və girovların monitorinqinin həyata keçirilməsi.
- İş yeri: Gəncə filialı
- İş qrafiki (I-V 09:00-dan 18:00-dək, VI 10:00-dan 16:00-dək)
Tələblər:
- Cins: Kişi namizədlər;
- Şəhər: Gəncə
- Ali təhsilli olmalı (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
- Riyazi hesablama aparmaq
- Satış bacarığının olması
- Maliyyə (bank,bokt,lizinq,lombard) sektorunda iş təcrübəsi olanlara üstünlük veriləcək.
Zəhmət olmasa CV-lərinizi müraciət et bölməsində qeyd olunan mail adresinə göndərin.
Xalq Bank
Problemli Kreditlərin Təqibi üzrə Regional Təmsilçisi (Gəncə)
Son tarix 20 noy 2023 Müraciət et
Təsvir:
- Problemli Kredit portfelində olan müştərilərlə danışıqların aparılması, görüşlərin keçirilməsi, girov predmetinə, eləcə də müştərinin biznesinə baxışın keçirilməsi;
- Problemli Kredit portfelində olan müştərilərə dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası ilə bağlı müvafiq dövlət qurumlarına müraciətlərin edilməsi, zəruri olduqda yazışmaların aparılması;
- Bankın balansında olan, eləcə də onun törəmə cəmiyyətlərinin mülkiyyətində olan əmlakların vaxtaşırı monitorinqinin, satışının və icarəsinin həyata keçirilməsi ilə bağlı müvafiq işlərin aparılması.
Tələblər:
- Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;
- Analoji sahə üzrə və ya bank işi sahəsində minimum 1-2 illik iş təcrübəsi;
- Yaxşı səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- İşdə dəqiqlik, stressə davamlılıq və detallara fikirvermə qabiliyyəti;
- Kollektivdə və gərgin iş qrafikində işləmək bacarığı olmalı;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;
OMİD Mağazalar şəbəkəsi
Xanim Kassir (Gəncə ərazisi üzrə)
Son tarix 10 noy 2023 [email protected]
Əmək haqqı - 400-450 AZN
İş barədə məlumat:
- Alıcılara fasiləsiz kassa xidmətini təmin etməlidir;
- Müştərilərlə, eləcədə iş yoldaşlari ilə gülərüz, mehriban olmalı, kassa xidməti göstərərkən alıcılarla nəzakətli rəftar etməlidir;
- Alıcılara kassa xidməti göstərərkən rahat şərait yaratmalı, növbələrin yaranmaması üçün işini operativ şəkildə həyata keçirməlidir;
- Hər bir müştərinin çekini təqdim etdikdən sonra müştərilər tərəfindən alınan məhsulları paketlərə yığmalıdır;
- Kassa ətrafı satış məhsullarını müştəriyə təqdim etməlidir;
- Mağazanın forma geyim tələblərinə riayət etməlidir;
- 6 günlük iş rejimi.
- Nahar şirkət tərəfindən qarşılanır, bonus və əlavə imtiyazlar da mövcuddur.
Namizədə tələblər:
- 18-30 yaş (yalnız xanım namizədlər)
- Bəsit riyazi biliklərin olması vacibdir
- Ali və ya orta təhsilli (peşə və kollec məzunlarına üstünlük verilir)
- Müvafiq sahədə təcrübənin olması üstünlükdür.
Əlaqə nömrəsi 055-500-91-00
Gəncə və ona yaxın ərazisilərdə yaşayan xanım namizədlər müraciət edə bilər. Uyğun namizədlərdən CV-lərində yaşadığı ərazini və mövzu hissəsində “Kassir” başlığı ilə qeyd etməklə göndərmələri xahiş olunur.
AzerBlast MMC
Təhlükəsizlik xidməti üzrə menecer (Gəncə)
Son tarix 09 noy 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Zavodda yüksək riskli zonaların təhlükəsizliyinin təmin olunmasının, xüsusi nəzarətdə saxlanılmasının həyata keçirilməsi;
- Zavodun mühafizəsini həyata keçirilməsi, obyektlərdə siqnalizasiya vasitələrini quraşdıran və onlara texniki xidmət göstərən orqanlarla və xidmətlərlə əlaqənin saxlanılması və mühafizə sistemində yaranan hər-hansı qüsurun aradan qaldırılması;
- Yanğınaqarşı xüsusi vasitələrin, təhlükəsizlik kameralarının, siqnalizasiyanın, işıqlandırma sisteminin işlək vəziyyətdə olub-olmamasını yoxlanılması, aşkar olunmuş nasazlıqların aradan qaldırılması üçün tədbirlərin görülməsi,
- Təhlükəsizlik qaydaları haqqında mütəmadi olaraq təlim planının hazırlanılması, bütün işçilərə təlimin keçirilməsi;
- DİN-nin mühafizə xidmətinin işlərinin təşkili və kordinasiyası;
- İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət edilməsi;
- Zavodda buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət edilməsi;
- Zavod barəsində qeyri-səlis məlumatların yayılması nəticəsində mənəvi zərər dəyməsinin qarşısının alınması üzrə tədbirlər görülməsi;
- Zavodda baş verən hər hansı bir insidentin baş verdiyi təqdirdə daxili qaydalara əsasən araşdırmanın aparılması;
- Zavodda konfidensial məlumatların yayılmasının qarşısının alınması üçün tədbirlər görülməsi;
- Zavodun idarəetmə orqanları tərəfindən qarşıya qoyulmuş digər vəzifələrin yerinə yetirilməsi
- Zavodun mühafizəsini həyata keçirmək məqsədi ilə təhlükəsizlik işçilərinin təlimatlarının hazırlanması və icrasının həyata keçirilməsi;
Namizədə qarşı tələblər:
- Ali təhsil
- Yaş həddi 30-45 arası;
- Təhlükəsizlik sahəsində minimum 3 il rəhbər vəzifəsində iş təcrübəsinin olması;
- Azərbaycan,rus, türk və ingilis dillərini yaxşı səviyyədə bilməli (İngilis dilini bilənlərə üstünlük verilir);
- Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;
- Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
- İdarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
- Məxfilik, diqqət, analiz etmək, ünsiyyət bacarığı, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarının olması;
İş yeri: Gəncə şəhəri
Kontakt Home
Mühəndis (Telefon ustası)- Gəncə
Son tarix 04 noy 2023 Müraciət et
Təsvir:
- Təqdim olunan cihazların təhvil təslim aktına əsasən təmir üçün qəbul edilməsi;
- Qeyd olunan qüsurun hansı zəmanətə uyğun olmasının təyin edilməsi və lazimi ehtiyyat hissəsinin sifariş edilməsi;
- Təmir üçün yönləndirilən cihazların təmir müddətinə nəzarət edilməsi;
- Cihazın zəmanətinə uyğun avtorizə olunmuş servis mərkəzlərinə yönləndirilməsi;
- Avtorizə olunmuş təmir mərkəzlərində olan cihazların təmir statuslarının dəqiqləşdirilməsi;
Tələblər:
- Telefon mühəndisi kimi minimum 1 il iş təcrübəsi;
- Nizam intizamlı, məsuliyyətli, işində dəqiq olmağı vacib şərtdir;
- 1 C proqram bilikləri arzu olunandır.
İş şəraiti:
- İş günləri: I-VI günlər;
Asra Management
Satış təmsilçisi (Gəncədə)
Son tarix 02 noy 2023 [email protected]
İş barədə məlumat:
- Əmək haqqı: Satış bonusu ilə birlikdə 1500-1700 AZN
- İş saatı: 09:00-17:00
- İş qrafiki: 6 günlük
- İstirahət: Bazar günü
- İş yeri: Gəncə şəhəri
Namizədə dair tələblər:
- -Təhsil: Ali və ya orta ixtisas
- -Xarici dil bilikləri: Rus dili, İngilis dili arzuolunandır;
- -Komputer bilikləri: MS office (Word, Excel);
- -İş təcrübəsi : Minimum 3 il;
- -Ekonom avtomobil
- - 40 yaşadək namizədlər
İş barədə məlumat:
- Tikinti məhsullarının satış nöqtələrinə tanıdılması
- Ehtiyac müəyyənləşdikdən sonra məhsulun həmin mağazalar üzrə yerləşməsinə nəzarətin edilməsi
- Yeni məhsulların satış nöqtələrinə təqdim olunması, tanıdılması
- Bütün məhsullar üzrə qarşıya qoyulan satış hədəflərinin yerinə yetirilməsi
- Müştərilərin istək və ehtiyaclarını təxmin edə bilmək
- Malların təslimi və ödəmələr zamanı ortaya çıxan problemləri həll etmə bacarığı
- Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatı
Göstərilən tələblərə uyğun gələn namizədlərdən xahiş olunur cv-lərini göndərsinlər.
Xalq Bank
Gəncə filialının korporativ bankçılıq üzrə Müştəri təmsilçisi - mütəxəssisi
Son tarix 02 noy 2023 Müraciət et
Təsvir:
- Yeni korporativ müştərilər cəlb etmək;
- Potensial müştərilərdən bank xidmətləri üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
- Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək, onları müvafiq bank xidmət və məhsullarına dair məlumatlandırmaq;
- Müştəri müraciətlərinin aidiyyatı struktur bölmələr tərəfindən icrasını təmin etmək;
- Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
- Görülmüş işlər üzrə hesabat vermək.
Tələblər:
- Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;
- Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə satış bacarığı;
- Maliyyə hesabatlarının təhlil etmə bacarığı;
- Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.
OMİD Mağazalar şəbəkəsi
Kassir (Xanım) - (Gəncə)
Son tarix 02 noy 2023 [email protected]
İş barədə məlumat:
- Alıcılara fasiləsiz kassa xidmətini təmin etməlidir;
- Müştərilərlə, eləcədə iş yoldaşlari ilə gülərüz, mehriban olmalı, kassa xidməti göstərərkən alıcılarla nəzakətli rəftar etməlidir;
- Alıcılara kassa xidməti göstərərkən rahat şərait yaratmalı, növbələrin yaranmaması üçün işini operativ şəkildə həyata keçirməlidir;
- Hər bir müştərinin çekini təqdim etdikdən sonra müştərilər tərəfindən alınan məhsulları paketlərə yığmalıdır;
- Kassa ətrafı satış məhsullarını müştəriyə təqdim etməlidir;
- Mağazanın forma geyim tələblərinə riayət etməlidir;
- 6 günlük iş rejimi.
- Nahar şirkət tərəfindən qarşılanır, bonus və əlavə imtiyazlar da mövcuddur.
Namizədə tələblər:
- 18-30 yaş (yalnız xanım namizədlər)
- Bəsit riyazi biliklərin olması vacibdir
- Ali və ya orta təhsilli (peşə və kollec məzunlarına üstünlük verilir)
- Müvafiq sahədə təcrübənin olması üstünlükdür.
- Gəncə ərazisində yaşayan xanım namizədlər müraciət edə bilər
Gəncə ərazisində yaşayan xanım namizədlər müraciət edə bilər. Uyğun namizədlərdən CV-lərində yaşadığı ərazini və mövzu hissəsində “Kassir” başlığı ilə qeyd etməklə göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi 055-500-91-00
A+Co ASC
Gömrük bəyannamələrinin tərtibi üzrə mütəxəssis
Son tarix 24 noy 2023 [email protected]
Tələblər:
- Ali təhsil
- Gömrük qanunvericiliyi üzrə biliklərə sahib olması,
- Microsoft Office proqramlarından Excel və Word-də sərbəst işləmək bacarığı,
- Ən azı bir xarici dil(rus və ya ingilis) biliyi,
- Sifarişçilərə aid kommersiya sirri hesab olunan məlumatların məxfiliyini təmin etməli,
- Gömrük bəyannamələrinin tərtibi üzrə ən azı 1 il iş təcrübəsi,
- Bəyan ediləsi mallarla bağlı XİF ƏN kodlarınının müəyyən edilməsi üçün araşdırma apara bilməsi,
Vəzifə öhdəlikləri:
- Qısa idxal(QİB) və gömrük bəyannamələrinin (GB) tərtib edilməsi (idxal, ixrac, müvəqqəti idxal, müvəqqəti ixrac, daxildə və xaricdə emal vəs.),
- Təqdim olunan sənədlər əsasında CMR, invoys və digər mal-müşaiyət sənədlərinin hazırlanması,
- Dəqiqlik, diqqət və sənədlərlə düzgün işləmə bacarığı,
- Ünsiyyətcil, işgüzar, çevik və kollektivdə işləmək qabiliyyətinin olması,
- Rəhbərliyin tapşırıqlarını vaxdında və dəqiq icra etmək,
- Hesabatlılıq,
- Müəssisənin təlimat, qayda, intizam və kodekslərinə riayyət etmək.olaraq audit layihələrinin icrası və ya idarə edilməsi;
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar Şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Gömrük bəyannamələrinin tərtibi üzrə mütəxəssis” yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
A+Co ASC
Hüquqşünas
Son tarix 23 noy 2023 [email protected]
Tələblər:
- Hüquq sahəsi üzrə bakalavr dərəcəsi.
- Microsoft Office proqramlarını bilməli;
- Dili bilikləri : Azərbaycan dili və Rus dili . İngilis dili əlavə üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin fəaliyyəti ilə əlaqədar ortaya hüquqi sahələr üzrə yaranan sorğuları cavablandırmaq, habelə digər hüquqi məsələlərin həll edilməsini təmin etmək
- Məhkəmə, hüquq mühafizə orqanları, icra şöbələri, digər səlahiyyətli qurumlardan daxil olan hüquqi sorğuların cavablandırılmasını təmin etmək;
- Müqavilə-hüquq sənədlərinin layihələrinin hazırlanmasını, Cəmiyyətə daxil olan bank, investisiya, təchizat və digər müqavilələrin hüquqi ekspertizasınının aparılmasını təşkil etmək
- Cəmiyyətin hüquqi fəaliyyətinin təşkili ilə bağlı rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsini təmin etmək;
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar Şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” yazaraq göndərilməsi xahiş olunur.