North West Construction
Müxtəlif vakansiyalar (Qarabağ layihələri)
Son tarix 06 dek 2023 - [email protected]
Aşağıda göstərilən vəzifələr üzrə vakansiyalar elan edirik:
- Baş geodeziya mühəndisi (Kəlbəcər, yol tikintisi)
- Geodeziya mühəndisi (Laçın, yol tikintisi)
- Topoqrafik alət operatoru (Laçın, yol tikintisi)
Təhsil/Təcrübə/Dil tələbləri:
- Əlaqəli sahə üzrə bakalavr/magistr dərəcəsi
- Mülki, infrastruktur və yol layihələrinin tikintisi və idarəçiliyində ən azı 4 illik peşəkar təcrübə tələb olunur
- AutoCAD istifadə bilik və bacarıqları (müvafiq vəzifələr üçün)
- Müvafiq olaraq kompüter və ofis proqram paketlərindən (MS Word, Excel, Access, PowerPoint) istifadə, həcm ölçmə/müqavilə idarəetmə proqramları və veb əsaslı idarəetmə sistemləri ilə iş təcrübəsi tələb olunur;
Müraciət forması:
- Hər bir namizəd yalnız yuxarıda göstərilən vəzifələrdən birinə müraciət edə bilər;
- Zəhmət olmasa bacarıqlarınız, bilikləriniz və təcrübənizlə ən uyğun olan vəzifəni seçin;
- CV/CV -nizi e-mail ünvanına mövzu hissəsində müraciət etmək istədiyiniz vəzifənin adını göstərərək göndərin.
Həcm üzrə mühəndis (Füzuli layihəsi)
Son tarix 06 dek 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Layihə sənədləri əsasında dizaynın və işin faktiki həcminin müəyyən edilməsi
- Layihə sənədləri əsasında tikinti-quraşdırma işlərinin smeta dəyərini hesablamaq
- Materialların sərfiyyatının yoxlanılması
- Müəyyən iş növləri üçün smeta sənədlərinin hazırlanması, ekspertizası, təsdiqi
- Tikinti maşın və mexanizmlərinin istismarı xərclərini hesablamaq
- Subpodratçılara işlərinin bölgüsü və nəzarəti
- Tikinti təşkilatında icra sənədlərinin aparılması qaydası
- Tikinti-quraşdırma işlərinə qəbul aktlarını tərtib etmək
Tələblər:
- Ali təhsil (İnşaat Mühəndisliyi və ya Memarlıq fakültələri üzrə)
- Yol tikintisi layihələrində minimum 3 il iş təcrübəsi
- Qanunvericiliyin və normativ hüquqi aktların tələblərini bilmək
- Tikinti-quraşdırma işlərinin əsas qrupları və növlərini bilmək
- MS Excel, AutoCad proqramlarını yaxşı bilmək və xüsusi proqramlardan istifadə etmək bacarığı
Muraciətinizi elektron poçt ünvanlarına “Həcm üzrə mühəndis (Füzuli)” başlığı ilə göndərməklə edə bilərsiniz.