Company
Daxili Audit üzrə aparıcı mütəxəssis
Son tarix 15 iyn 2025 - [email protected]
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: 2200 AZN
- İş qrafiki: 5 günlük (09:00 – 18:00)
Vəzifə öhdəlikləri:
- İllik Daxili Audit Planına əsasən daxili audit yoxlamaları aparmaq;
- Şirkətin Audit siyasəti, departamentin fəaliyyəti ilə bağlı olan şirkətdaxili təlimat, qayda və iş prosedurlarının layihəsini hazırlayıb həyata keçirmək;
- Müştəri və podratçılarla hesablaşmanın auditi;
- Illik daxili audit planının, strategiyanın və praktiki audit proqramının hazırlanması;
- İnkassasiya məlumatlarının sistem üzərindən seçmə üsulla yoxlanılması;
- Şirkətin fəaliyyətində mövcud olan və yarana biləcək mühüm risklər barədə hesabat hazırlamaq;
- Daxili nəzarət sisteminin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
- Daxili və kənar auditorlar tərəfindən irəli sürülmüş tövsiyələrin icraçılar tərəfindən icra olunub olunmamasına nəzarət etmək;
- Audit planına aid olan fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onların əhəmiyyətlilik dərəcəsini və fəaliyyətə xas olan məcmu risk dərəcəsini qiymət, cədvəl və keyfiyyət baxımından qiymətləndirmək
- Aparılmış audit yoxlamalarına dair hesabat və rəylərin hazırlanması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və lazımi qaydada hesabatların verilməsi
Namizədə tələblər:
- Ali təhsil (iqtisadiyyat,maliyyə yönümlü);
- Audit, daxili nəzarət, risk idarəçiliyi sahələrində azı 2 il iş stajı;
- Güclü maliyyə və mühasibat bilikləri
- MS Office proqramlarını bilməli;
- Analitik təfəkkür, problemli situasiyaların analiz edilməsi, risklərin müəyyənləşdirilməsi qabiliyyəti;
- Yeni məlumatları qəbul və icra edə bilmə;
- Komandada işləmək və kommunikasiya bacarığı;
- Özünütənqid, işində intizamlı, stressə davamlı və inkişafa meyilli;
- Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
- Ezamiyyət etmək imkanı
- “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununu bilməsi;
- Risklərin idarə edilməsi haqqında biliklərə malik olması;
- Liderlik, təşəbbüskarlıq, dürüstlük, dayanıqlılıq, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə sahiblik;
- Azərbaycan dilini səlis və ingilis dilini orta səviyyədə bilməsi
Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu yerində “Daxili Audit üzrə aparıcı mütəxəssis” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.
Baş mühasib
Son tarix 16 iyn 2025 Müraciət et
Vəzifə Təsviri:
- Şirkətin ümumi məqsədləri ilə uyğun maliyyə strategiyalarını hazırlamaq və həyata keçirmək.
- İllik büdcə planlaşdırma prosesinə rəhbərlik etmək və mütəmadi maliyyə proqnozları təqdim etmək.
- Maliyyə məlumatlarını və bazar tendensiyalarını təhlil edərək strateji qərarlar vermək.
- Rəhbərlik və maraqlı tərəflər üçün dəqiq və vaxtında maliyyə hesabatları, təqdimatlar hazırlamaq.
- Maliyyə qaydaları və mühasibat standartlarına uyğunluğu təmin etmək.
- Zərurət olduqda xarici auditorlar və tənzimləyici orqanlarla əlaqə qurmaq.
- Şirkətin pul axınını izləmək və likvidliyi optimallaşdırmaq.
- Effektiv nağd vəsaitlərin idarə olunması siyasət və prosedurlarını tətbiq etmək.
- Qərarvermə proseslərini dəstəkləmək üçün maliyyə təhlilləri və fikirləri təqdim etmək.
- Layihə rəhbərləri və şöbə müdirləri ilə əməkdaşlıq edərək layihələrin maliyyə nəticələrini optimallaşdırmaq.
- Şirkətin bütün satış, alış, əməkhaqqı və xərclərini nəzarətdə saxlamaq və təsdiq etmək.
- Bütün müqavilə və razılaşmaları izləmək, şərtlər, tələblər və faydalar barədə rəhbərliyi məlumatlandırmaq.
- Aylıq, üç aylıq və altı aylıq proqnoz və büdcələri il boyu hazırlamaq və əhəmiyyətli fərqliliklər barədə rəhbərliyi məlumatlandırmaq.
- Maliyyə risklərini müəyyənləşdirmək, qiymətləndirmək və qarşısını almaq üçün strategiyalar təklif etmək və həyata keçirmək.
- Şirkətin aktivlərini qorumaq məqsədilə effektiv daxili nəzarət sistemləri qurmaq və saxlamaq.
- Maliyyə şöbəsinin işçilərini işə qəbul etmək, təlim keçmək, rəhbərlik etmək, motivasiya etmək və intizam tədbirləri görmək.
- Yatırımları və əsas kapital xərclərini qiymətləndirmək, maksimal gəlirlilik üçün tövsiyələr vermək.
- Yeni layihələrin maliyyə səmərəliliyini qiymətləndirmək.
Tələblər:
- Maliyyə, Mühasibatlıq, Biznes və ya oxşar sahədə bakalavr dərəcəsi.
- Magistr dərəcəsi və ya peşəkar sertifikat üstünlükdür.
- Mühasibatlıq üzrə ən azı 7 il iş təcrübəsi.
- Tikinti layihələrinin maliyyəsi, xərc idarəetməsi və gəlir tanınması üzrə güclü biliklər.
- Maliyyə qaydaları, mühasibat prinsipləri və risklərin idarə olunması sahəsində dərin bilik.
- Yüksək analitik düşüncə, strateji yanaşma və problem həll etmə bacarıqları.
- Fəaliyyət sahələri üzrə komandalarla əməkdaşlıq üçün effektiv ünsiyyət və qarşılıqlı münasibət bacarıqları.
- Maliyyə proqramlarında və Microsoft Office proqramlarında yüksək səviyyədə bacarıq.
İş şəraiti:
- Əmək haqqı: 3000-4000 AZN (təcrübəyə əsasən)
- İş qrafiki: 5 günlük (10:00 – 19:00)
- Könüllü tibbi sığorta
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan formu dolduraraq müraciət edə bilərlər.