AZAQROTAXIL MMC
Aqronom
Son tarix 14 avq 2023 [email protected]
Təsvir:
- Sahələr üzrə aylıq aqrokimyəvi və aqrotexniki tədbirlər planın icrasının təşkili və nəzarət
- Sahələr üzrə işçi qüvvəsinin və kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsinə, işlərin fərdi qeydiyyat bazasının düzgün formalaşdırılmasını təşkil edir, müvafiq tapşırıqlar verir və hesabatlılığını təmin edir
- Sahələrin fitapotoloji və aqrokimyəvi vəziyyətinin mütəmadi monitorinqinin aparılması
- Mineral və üzvü gübrələrin, pestisidlərin düzgün yerləşdirilməsinə, sahələrə təmin edilməsi ilə bağlı işləri planlayır və təşkil edir
- Sahələrdə əkinə hazırlıq, əkin, budama, məhsul yığımı kimi mövsümi işlərin icrasının və hesabatlılığın təmin edilməsi
- Rüblük hesabatların hazırlanması
- İllik aqrokimyəvi və aqrotexniki tədbirlər planın hazırlanmasında iştirak edir
- Hazır məhsulun təhvil-təslim işlərini və hesabatlılığı təmin edir.
- Bağlarda çalışan işçilərlə mütəmadi fərdi görüşlər təşkil edir, onların problemləri, təklifləri ilə maraqlanır və aidiyyati şöbələr üzrə məlumatların verilməsini təmin edir.
Tələblər:
- Cinsi: kişi;
- Yaş həddi: 30-45
- Anoloji sahədə minimum 5 il iş təcrübəsi
- Sahə üzrə ali təhsil (magistr təhsili üstünlükdür)
- Aqrotexniki və aqrokimyəvi tədbirlər barədə biliklər
- Kənd təsərrüfatı texnikaları ilə bağlı spesifik məlumatlar, işləmə prinsipləri barədə biliklər
- Gübrə, pestisidlərin tərkibi və istifadəsi ilə bağlı məlumatlar (MSDS-lər)
- İdarəetmə təcrübəsi
- Analitik düşünmə bacarığı.
Uyğun namizədlər CV-ləri e-mail ünvanına göndərə bilərlər.
Qaraj müdiri
Son tarix 14 avq 2023 [email protected]
Vəzifə funksiyaları:
- Müəssisə Rəhbərliyi tərəfindən tələb olunan sifarişlərin vaxtında və keyfiyyətli icra öhdəliyi;
- Müəssisədə mexanizasiya işlərinin təşkili, idarəedilməsi, nəzarət edilməsi və hesabatlılığın aparılması;
- Müəssisənin avtopark sahəsinin idarəedilməsi, texnikaların saxlanc sisteminin təşkili,
- Texnikalardan istifadənin optimallaşdırlması, illik texnoloji xəritənin tərtibi və təkmilləşmə ilə bağlı təkliflərin verilməsi;
- Texnikaların əsaslı və cari təmir planlarının hazırlanması və icrasına nəzarət.
- Təmir xərclərin optimallaşdırmasına nəzarət;
- Tabeçiliytində çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
- Mexanizasiya şöbəsinin davamlı fəaliyyəti üçün vacib olan ehtiyat hissə, material və s. üçün təchizat planının hazırlanması və proseslərə nəzarət;
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.
Tələblər:
- Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını və təmir metodlarını bilməlidir;
- Əməyin mühafizəsi,təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilməlidir;
- Sürücülük vəsiqəsi olmalıdır;
- Ali təhsil ( Nəqliyyat sahəsinə uyğun).
- Uyğun sahədə minimum 3-5 il iş təcrübəsi.
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları
- Güclü analitik, məntiqi düşünmə, liderlik, ünsiyyət və qərar qəbuletmə bacarıqları
- MS Office (Word, Excel )
Əlavə məlumat:
- Əmək haqqı 1800-2000 azn;
- İş qrafiki: Altı günlük iş qrafiki;
- İş yeri: “AZAQROTAXIL” MMC (Ağcabədi,Biləsuvar);
- Cinsi: Kişi
- Yaş həddi: 30-45
Müraciət qaydaları: CV –ni Azərbaycan dilində elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Qaraj Müdiri ” yazmaqla müraciət edilir
Direktor müavini
Son tarix 14 avq 2023 [email protected]
Əmək haqqı: 1800-2000 AZN
İş şəraiti:
- İş yeri: Ağcabədi,Biləsuvar
- 6 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat:
- Direktorun görüş cədvəllərini hazırlamaq və görüşləri təşkil etmək;
- Müxtəlif layihələr və aidiyyatı işlərlə bağlı elektron yazışmalar aparmaq;
- Direktorun gündəlik görüşlərini qeyd etmək;
- Struktur bölmə rəhbərlərinə tapşırılmış işlərinin icrasına nəzarət etmək və icra olunma statusunu direktora bildirmək;
- Rəhbərliyin verdiyi tapşırıqların vaxtında və dəqiq yerinə yetirməsinə nəzarət etmək;
- Lazımi hesabatların hazırlanması, toplanması və təqdim edilməsini təşkil etmək;
- Yazışmaların aparılması və rəhbərliyin iş qrafikinin planlaşdırılmasını təşkil etmək;
- Daxili və xarici ezamiyyətlər üçün hazırlıqlar görmək, marşrutları seçmək, səfər planlarını hazırlanmaq;
- Müəssisədə daxili və xarici sifarişlərin vaxtında təhvil veerilməsinə nəzarət etmək;
- Müəssisədə biznes proseslərin tətbiq olunmasına nəzarət etmək;
- Direktorun göstərişi ilə Direktor müavini səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək;
Namizədə Tələblər:
- Ali təhsilli;
- Cinsi: kişi;
- Yaş həddi: 30-45
- Azərbaycan dilini yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Ofis texnikası ilə işləmə bacarığı;
- Microsoft Office proqramlarını bilməlidir;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
- Planlama qabiliyyəti;
- İstehsalatın idarə edilməsində iş bacarığı;
- Yüksək təşkilatçılıq və analiz etmək bacarığı;
- Müvafiq vəzifədə minimum 3 il iş təcrübəsi;
- Qərar qəbul etmək və məsuliyyət almaq bacarığı;
Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.
İş şəraiti:
- İş yeri: Ağcabədi,Biləsuvar
- 6 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Direktor müavini” Mövzu bölməsində göstərin.
Direktor
Son tarix 14 avq 2023 [email protected]
Əsas Vəzifə Öhdəlikləri:
- Şirkətin texniki avadanlıqları barədə anlayış;
- Şirkətin cari fəaliyyətinə rəhbərlik etmək;
- Şirkətin işini, habelə onun işçiləri arasında daimi qarşılıqlı əlaqələri təşkil etmək;
- Şirkətin fəaliyyətinin cari, gələcək plan və proqramlarının tərtibatını təşkil etmək, onları Təsisçinin təsdiqinə təqdim etmək və Təsisçinin təsdiq etdiyi plan və proqramların yerinə yetirilməsini təmin etmək;
- Şirkətin Nizamnamə tələblərinin, habelə Təsisçinin bütün qərarlarının şərtsiz yerinə yetirilməsini təmin etmək;
- Şirkətin fəaliyyətinin gəlirliliyini təmin etmək;
- Müəyyən olunmuş müddətlərdə Təsisçiyə hesabatlar vermək;
- Şirkətin fəaliyyətində qüvvədə olan qanunvericiliyə riayət olunmasını təmin etmək;
- Şirkətin ticarət sirrinin saxlanılmasına riayət olunmasını, habelə müəyyən olunmuş qaydada və vəzifə səlahiyyətlərinə uyğun olaraq ticarət sirrinin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək;
- Şirkət tərəfindən vergi və rüsumların müəyyən olunmuş qaydada və müddətlərdə ödənilməsini təmin etmək;
- Vəzifə çərçivəsində Təsisçi tərəfindən ona tapşırılan digər vəzifələri yerinə yetirmək;
- Şirkətin direktoru qüvvədə olan qanunvericiliyə müvafiq surətdə xidməti ezamiyyətlərə göndərilə bilər;
- Şirkət işçilərinin əmək intizamına riayət etmələrini təmin etmək.
- Şirkətin maliyyə fəaliyyətinin hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
Namizədə Tələblər:
- Ali təhsil;
- Cinsi: kişi;
- Yaş həddi: 35-50
- Anoloji sahədə minimum 5 il iş təcrübəsi
- İngilis və Rus dili bilikləri
- Biznesin inkişafı sahəsində təcrübə
- Komputer bilikləri
İşçi şirkət tərəfindən korporativ nömrə və avtomobillə təmin olunacaq.
Ə/h: 2500-3000 AZN (namizəddən asılı olaraq)
Maraqlanan namizədlər məktubun başlıq hissəsində “Direktor” yazmaqla müraciət edə bilər.