Company
Hüquq şöbəsinin müdiri
Son tarix 02 yan 2025 - [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Şöbənin ümumi fəaliyyətini təşkil etmək, işçilər arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək;
- Şirkətin fəaliyyətinin qanunvericiliyin tələbləri əsasında həyata keçirilməsi məqsədi ilə hüquqi ekspertizaların aparılmasını,hüquqi risklərin dəyərləndirilməsi üzrə zəruri tədbirlərin icrasını təmin etmək
- Şirkətin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqəli müqavilələrin, əqdlərin, memorandum və bu qəbildən olan digər sənədlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə hazırlanmasını,yoxlanılmasını, o cümlədən müqavilələrin idarəçiliyi bağlı müvafiq işlərin həyata keçirilməsini təmin etmək və icrasına nəzarət etmək;
- Şirkətin səlahiyyətlərinə aid olan məsələlərə dair bağlanmış müqavilələrin icrasından irəli gələn əlaqəli sənədlərin zəruri olduqda hüquqi ekspertizasının aparılmasını təşkil etmək, icraya nəzarət etmək;
- Dövlət orqanı/qurumlarından daxil olmuş qanun layihələri və digər normativ aktların layihələrinə, dəyişikliklərə baxış keçirilməsi, qanunvericiliyin tələbləri və şirkətin mövqeyi nəzərə alınmaqla, təkliflərin verilməsi, müxtəlif normativ aktların layihələrinin hazırlanmasını təşkil etmək, proseslərdə iştirak etmək, icraya nəzarət etmək;
- Şirkətin satınalma prosesi ilə əlaqədar müvafiq hüquqi dəstək verilməsini təmin etmək;
- Hasilatın pay bölgüsü sazişi tipli xüsusi sazişlər üzrə fəaliyyətin tənzimlənməsi;
- İnvestisiya qoyuluşu, birgə müəssisələrin yaradılması və digər bu qəbildən olan münasibətləri tənzimləyən əqdlərin tərtibi, xarici kontragentlərlə münasibətlərdə iştirak, danışıqların aparılması;
- Korporativ idarəetmə standartlarının tələblərinə uyğun işin təşkili;
- Şöbənin səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət qurumlarından, daxil olan məktub, sorğu və təklifləri qanunvericiliklə müəyyən edilmiş müddətdə araşdırılmasını təmin etmək, zəruri hallarda nəticələrinə dair rəhbərliyə məruzələr etmək;
- Qanunvericilikdə baş verən yeniliklər üzrə əlavə və dəyişikliklərə dair qanunvericilik buraxılışlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsini təmin etmək;
- Şöbənin səlahiyyətləri çərçivəsində şirkətin fəaliyyəti ilə əlaqədar investisiya qiymətli kağızları üzrə hüquqi prosedurların icrasını təmin etmək;
- Tapşırıq əsasında şirkətin idarə, nümayəndəlik və filialların, həmçinin törəmə şirkətlərin təsis edilməsi istiqamətində hüquqi rəy vermək və hüquqi şəxslərin təsisi ilə bağlı proseslərin təşkili və icrasına nəzarət, onların hüquqi məsələlər üzrə fəaliyyətinin təşkilinə dəstək olmaq və icrasına nəzarət etmək, həmçinin bu istiqamətdə zəruri tədbirləri icra etmək;
- Tapşırığa uyğun olaraq şirkətin fəaliyyəti ilə bağlı olan müxtəlif mövzularda araşdırmalar aparılmasına, müvafiq hüquqi arayış, rəy və məlumatların hazırlanmasına nəzarət etmək və nəticələrini aidiyyəti üzrə təqdim etmək;
- Şöbənin səlahiyyətləri daxilində şirkətin Müşahidə Şurası və Ümumi Yığıncağı ilə fəaliyyətin təşkili və zəruri tədbirlərin icrası
- Şöbənin fəaliyyət təşkili və təkmilləşdirilməsinə dair rəhbərliyə təkliflər vermək;
- Şöbənin fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsini təmin etmək;
- Tapşırıq əsasında müvafiq lisenziya, icazələrin və sertifikatların alınmasını,əqli mülkiyyət sahəsində zəruri işlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə icra edilməsini təşkil etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Mülki hüququ, Kommersiya hüququnu, Korporativ hüququ, Ekologiya hüququnu, habelə Şirkətin fəaliyyət istiqamətinə aid xüsusi normativ hüquqi aktları (“Yerin təki haqqında” Qanun və sair) bilmək.
- “Hasilatın Pay Bölgüsü Sazişləri” (“Production Sharing Agreements”), birgə müəssisələrin yaradılması, habelə xarici investisiyaların cəlb edilməsi layihələri üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir.
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis və Rus dilləri isə yaxşı səviyyədə.
- Məsuliyyət, Əməkdaşlıq, İnnovativlik-öz üzərində çalışma, Dürüstlük, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Planlama, Çeviklik, Analiz və problem həll etmə, Liderlik, Layihələrin idarəolunması bacarığı
Tələb olunan təhsil və iş təcrübəsi:
- Hüquq üzrə bakalavr dərəcəsi mütləqdir. Hüquq üzrə magistr dərəcəsi olanlara üstünlük verilir.
- Müvafiq sahə üzrə təcrübə müddəti - ən azı 6 il
- Müvafiq sahə üzrə rəhbər vəzifədə təcrübə müddəti – ən azı 4 il